Anar bayramov biznes v menecmentin sasları
Широкое распространение вируса COVID-19 во всем мире наряду с нанесенным здоровью людей вредом, также вызвал застой в глобальной экономике. Государственная поддержка предпринимателей в Азербайджане , в частности, пакеты финансовой помощи, ряд налоговых льгот и прочие стимулирующие меры для поддержания экономической стабильности в стране являются крайне важными.
Anar Bayramov “Biznes idarəçiliyi” PDF
Əziz dost!
3-cü kitabımı sizə təqdim edirəm. Bundan əvvəl 2011-ci ildə “Biznes və menecmentin əsasları”, 2015-ci ildə isə “Biznes nə istəyir?” kitabı ilə görüşünüzə gəlmişdim. Həmin kitablarda da biznesin idarə olunmasına xüsusi yer verilsə də, qərara aldım ki, sırf idarəçilikdən bəhs edən kitabımız olsun.
Kitab “Biznes idarəçiliyi – Anar Bayramov ilə” adlanır. Adın bu cür seçilməsi onunla bağlıdır ki, biznesin idarə olunması mənim baxış bucağımdan təqdim olunur.
Kitabda “idarəetmə” deyil, əsasən “idarəçilik” sözündən istifadə olunur. Bu, onunla bağlıdır ki, bir peşə, məslək adı olaraq “idarəçilik”! daha uyğun hesab edirəm. Amma bütün hallarda “idarəetmə” də doğrudur və o cür də istifadə oluna bilər.
Kitabda idarəçilik təcrübəmdə rastlaşdığım, effektivliyinə inandığım idarəçilik texnikalarını, alətlərini sizinlə bölüşürəm.
Kitab biznesdə çalışan menecerlər, sahibkarlar, bu sahə ilə maraqlanan hər kəs üçün nəzərdə tutulmuşdur.
Kitab ümumilikdə 9 fəsildən ibarətdir.
Kitabın strukturuna nəzər salsaq, 1-ci fəsil giriş əhəmiyyəti daşıyır. İdarəçilik haqda ümumi məlumatlar təqdim olunur. “Yaxşı idarəçilik necə olur?” sualına ümumi olaraq cavab axtarılır.
“Menecerin işi” adlanan 2-ci fəsildə isə “idarəçi necə olmalıdır?”, “idarəçidən nə tələb olunur?” suallarına cavab axtarılır.
3-cü fəsil liderlik, motivasiya, ideal iş mühiti yartamaqdan bəhs edir. Motivasiyanın kökü, iş mühitinin yaxşılaşdırılmasına sistemli yanaşma söhbət mövzusudur.
Mir.az-a Dəstək üçün ianə edin!
Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?
Anar Bayramov “Biznes idarəçiliyi” PDF
Biznes və Menecment – Ümumi konsepsiya
Gəlir dövr ərzində mal və xidmətlərin satılmasından əldə olunası pulun ümumi məbləğidir.
Zərər (itki) o vaxt yaranır ki, dövr ərzində xərclər gəlirlərdən çox olsun.
Biznes olduqca çoxşaxəli, spektrli sahələrdən ibarətdir. Misal olaraq, tikinti, məhsul istehsalı, bankçılıq, sığorta, turizm, nəqliyyat və s. göstərə bilərik. Hər bir sahibkar özünə uyğun bildiyi sahəni seçir, fəaliyyət göstərir.
Biznes fəaliyyətində əsas motiv sahibkar üçün mənfəət əldə etmək olsa da, dolayı yolla iqtisadiyyatın, bütövlükdə ölkənin inkişafına yardım edir. Bu təsiri tanınmış iqtisadçı Adam Smit “görünməz əl” adlandırmışdır.
Misal. Konfet istehsal edən ABN şirkətinin birbaşa məqsədi konfeti satıb mənfəət qazanmaq olsa da, dolayı yolla:
– Müştəriləri konfetlə təmin edir
– Əhalini işlə təmin edir
– Ölkə iqtisadiyyatını gücləndirir və s.
Yəni, ABN şirkətinin məqsədi insanları konfetlə təmin etmək olmasa da, “görünməz əl” vasitəsilə insanların tələbatını ödəmiş olur.
Bu misaldan da aydın görünür ki, əslində biznes fəaliyyətinin ölkənin həyatında rolu çox böyükdür.
Biznesin (biznes təşkilatlarının) əsas məqsədi mənfəət əldə etmək olsa da, heç də bütün bizneslər mənfəət əldə edə bilmir. Ona görə də biznesə başlamaq riskli fəaliyyət hesab olunur. Biznesə başlayan şəxs (və ya şəxslər) sahibkar adlanır. Başqa sözlə, sahibkar vaxtını və pulunu biznesinin uğuru üçün riskə qoyan şəxsdir. Sahibkar biznesi özü idarə etməyə də bilər. Ümumiyyətlə, biznesi işə saldıqdan sonra onun normal fəaliyyətini təmin etmək üçün menecerlərə və digər işçilərə ehtiyac yaranır. Bu həm də onunla bağlıdır ki, sahibkarın menecerlik qabiliyyətinin olması şərt deyil.
Qeyd etməliyik ki, bizneslər təkcə sahibkarına mənfəət gətirmək üçün mövcud deyil. Bizneslərin iqtisadi əhəmiyyəti odur ki, o, insanların zəruri (ərzaq, paltar, ev, nəqliyyat, tibbi xidmət və s.) və digər tələbatlarını ödəyir.
Biznesi idarə edən menecerlər təkcə biznes sahibinin deyil, həm də biznesin fəaliyyətində digər maraqlı tərəflərin (steykholderlərin) mənafeyini nəzərə almalıdır. Steykholderlər biznesin fəaliyyətində hər hansı marağı olan şəxslərdir. Bunlara biznesin sahibləri, müştərilər, işçilər, təchizatçılar, dilerlər, kredit təşkilatları, dövlət və hökümət təşkilatları, cəmiyyət və s. daxildir.
Bütün steykholderlərin maraqlarını eyni dərəcədə təmin etmək mümkün deyil. Məsələn, işçiyə nə qədər çox əməkhaqqı versən, sahibkarın mənfəəti bir o qədər azalacaqdır. Bununla belə, yaxşı menecer steykholderlərin maraqlarını maksimum balanslaşdıra bilən menecerdir. Menecerlər qərar qəbul edərkən bütün amilləri, o cümlədən daha çox mənfəət əldə edilməsini nəzərə almalıdırlar.
Yuxarıda qeyd etdiyimiz kimi, şirkətlər bütün qərarlarını mənfəətə bağlamırlar, eyni zamanda, iqtisadiyyatın, cəmiyyətin inkişafında mühüm rol oynayırlar.
Bu mənada, şirkətlər get-gedə sosial məsuliyyət məsələsinə daha çox diqqət yetirməyə başlayıblar. Buna bir çox amillər təsir edir:
– şirkətin ictimai nüfuzu
– rəqiblərindən geri qalmamaq
– cəmiyyətdəki rolunu dərk etmə və s.
Yəni, şirkətlər sosial fəaliyyətləri ilə cəmiyyətə mesaj verirlər ki, bizim üçün yeganə məqsəd mənfəət deyil.
Sosial məsuliyyətin şirkətin qərarlarına təsiri də az deyil. Məsələn, şirkətin maliyyə vəziyyəti işçilərin sayının azaldılmasını labüd edirsə, menecment bu qərarın işsizlik problemi yaradacağını dərk edərək müvəqqəti də olsa vaz keçə bilər. Digər tərəfdən, etik baxımdan fikirləşirlər ki, şirkət bu günədək bu işçilərin sayəsində yaxşı işləyirdi. Bu mənada, şirkətlər işçilər qarşısında mənəvi məsuliyyətini dərk edir.
Bu, həm də “Biznes etikası” məfhumu ilə əlaqədardır.
Bəzi mütəxəssislər “biznes etikası” ifadəsini dünyanın ən məşhur oksimoron ifadələrindən sayırlar. Qeyd edək ki, oksimoron əks xarakterli sözlərin əmələ gətirdiyi ifadələrdir. Yəni etika əxlaq, tərbiyə ilə bağlı söz olsa da, biznes daha çox qarmaqarışıqlıq, xaotik, şəxsi maraqların üstünlük təşkil etdiyi fəaliyyət kimi başa düşülür.
Bununla belə, bu gün “Biznes etikası” ifadəsi olduqca populyardır. Xüsusilə, dünyanın inkişaf etmiş ölkələrində biznesin etik tərəfləri öyrənilir, təbliğ edilir.
Biznes etikası biznes fəaliyyətində, biznes qərarlarında digərlərinin (işçilərin, səhmdarların, müştərilərin, investorların, hökumətin, cəmiyyətin və s.) nəzərə alınmasıdır.
Bazarda uzunmüddətli dövrdə uğurun təmin olunması üçün dürüstlüyün, ədalətliliyin gözlənilməsi, rəqiblərə hörmət, yüksək etik standartların gözlənilməsi vacib şərtlərdir.
Etik prinsiplərin pozulması halları dünyanın bir çox məşhur şirkətlərində rast gəlinmişdir. Belə hallardan ən məşhuru 2001-ci ildə Enron (ABŞ) şirkətinin iflası ilə nəticələnən hadisədir. Belə ki, Enron şirkətinin menecmenti şirkətin xərclərini və kreditor borclarını gizlətməklə qısamüddətli maraqları naminə ictimaiyyəti aldatmışdır.
Oxşar hallar Xerox, Worldcom kimi şirkətlərdə də baş vermişdir.
Sosial məsuliyyətin rolunu dərk edən bir çox qabaqcıl şirkətlərdə hətta sosial məsuliyyət departamenti yaradılmışdır. Bundan başqa, bəzi şirkətlər cari sosial məsuliyyətin vəziyyətini yoxlamaq üçün sosial audit keçirirlər.
Müasir biznesin xüsusiyyətlərindən biri də odur ki, məhsuldarlıq artdıqca mal və xidmətlərin istehsalı üçün daha az insan resursları tələb olunur. Nəticədə bir sıra işçilərin iş yerlərini itirməsinə gətirib çıxarır.
Mallar – toxunula bilən məhsullar (ərzaq, paltar, maşın, kompüter və s.).
Xidmətlər – toxunula və görülə bilməyən məhsullar (təhsil, səhiyyə, sığorta, turizm və s.).
Biznesin normal fəaliyyət göstərməsi üçün rəqabət şəraitinin də rolu böyükdür. Rəqabət şəraiti o vaxt təmin olunur ki, nə alıcılar, nə də satıcılar bazarda hökmranlıq etməsin. Mükəmməl rəqabət həm də inkişafa aparan əsas amildir. Qeyd edək ki, normal rəqabətli bazarlarda şirkətlər qiymətin formalaşmasında birbaşa iştirak etmirlər. Tələb (alıcıların maraqları) və təklifin (satıcıların maraqları) nəticəsində bazar qiyməti formalaşır. Bu halda hansı şirkət xərclərini bazar qiymətilə ödəyə bilirsə, bazarda qala bilir.
Qeyri-rəqabətli bazarlarda isə qiymətlər alıcının və ya satıcının diktəsi ilə formalaşır.
Məsələn, fərz edək ki, BNH şirkəti bazarda sementin yeganə satıcısıdır. Bu halda şirkət inhisarçı (hökmran satıcı) gücə malik olacaq, yüksək qiymətlər qoyacaq. Hansı tikinti şirkəti həmin qiymətə sement almağa razı olacaqsa, fəaliyyətini davam etdirəcək, əks halda bazardan çıxacaq. Əlbəttə, inhisarçı şirkət də qiymət həddini elə müəyyən edəcək ki, satış minimuma enməsin, gəlir əldə edə bilsin.
Həm iqtisadiyyata, həm də müştərilərin maraqlarına ziyan vurduğu üçün inhisarçılıq və digər anti-rəqabət fəaliyyətləri iqtisadiyyata dövlətin müdaxiləsini zəruri edir.
Menecment nədir? Menecment ümumi mənada hər hansı təşkilatın idarə olunmasıdır. Bu kitabda “menecment” dedikdə, biznesin idarə olunması kimi nəzərdə tutulur.
Müxtəlif ədəbiyyatlarda menecmentin müxtəlif təriflərinə rast gələ bilərik. Bunlardan biri də aşağıdakı kimidir:
Menecment təşkilatın məqsədlərinə çatmaq üçün resurslardan (maliyyə, fiziki, informasiya, insan resursları) effektiv və səmərəli şəkildə istifadə etməklə həyata keçirilən işlərin (planlaşdırma-qərar qəbul etmə, təşkil etmə, liderlik və nəzarət) məcmusudur.
Başqa sözlə, menecerlər əllərindəki (əllərinin çatdığı) resurslarla biznesin məqsədlərinə çatmağa çalışırlar.
Əsas menecment funksiyaları aşağıdakılardır:
– planlaşdırma və qərar qəbul etmə
– təşkil etmə
– liderlik
– nəzarət
Planlaşdırma və qərar qəbul etmə funksiyası dedikdə, şirkət üçün hədəflərin, eləcə də həmin hədəflərə çatmaq üçün yolların müəyyən edilməsidir.
Təşkil etmə funksiyasına şirkətin resurslarının düzgün yönəldilməsi, proseduraların formalaşdırılması daxildir.
Liderlik dedikdə, işçi heyətinin ümumi məqsədə çatmaq istiqamətində düzgün motivasiyasının təşkilidir.
Nəzarət funksiyasına şirkətin fəaliyyətinin ümumi məqsədlərə doğru olub-olmamağının yoxlanılması, lazım gəldikdə müdaxilə edilməsi daxildir. Nəzarət prosesinin effektivliyi üçün şirkətlərdə hesabatlılıq sistemi qurulur.
Bütün menecerlər fəaliyyətlərində qeyd olunan menecment funksiyalarını həyata keçirir. Lakin vəzifəsindən asılı olaraq bu funksiyaları müxtəlif dərəcələrdə həyata keçirirlər. Məsələn, yüksək vəzifəli menecerlərin (top menecerlərin) işinin əsas hissəsi planlaşdırma və nəzarət funksiyalarına həsr olunur. Nisbətən aşağı vəzifəli menecerlərin işində isə planlaşdırma və nəzarət funksiyalarının payı azlıq təşkil edir.
Misal.
“DMX” İnşaat şirkətinin əsas fəaliyyəti ofis təyinatlı binaların tikintisidir. Şirkət hər altı ayda bir dəfə ümumi fəaliyyət planını təsdiq edir. Bu proses müxtəlif funksional menecerlərin (maliyyə, marketinq, İT, insan resursları şöbələrindən) iştirakı ilə həyata keçirilir. Fəaliyyət planına investisiya layihələrinin təsdiqi, yeni alınacaq avadanlıqların müəyyən edilməsi, reklam büdcəsi, yeni cəlb ediləcək iş icraçılarının və texniki işçilərin həddinin müəyyənləşdirilməsi və s. aiddir.
Şirkətdə sifarişlər satış şöbəsi tərəfindən qəbul edilir, layihə-planlaşdırma şöbəsi ilə birlikdə qiymətləndirilir. Qiymət müştəri tərəfindən məqbul hesab edilirsə, iş icraya verilir. İşə birbaşa rəhbərlik iş icraçıları tərəfindən həyata keçirilir. İş icraçıları öz növbəsində plana uyğun olaraq tikintini həyata keçirir. İş icraçıları gündəlik olaraq yuxarı rəhbərliyə hesabat verir, eyni zamanda, problemlər rəhbərlik qarşısında qaldırılır. Texniki işçilərin (usta və fəhlələrin) işinin yönəldilməsi tamamilə iş icraçısı tərəfindən həyata keçirilir.
Yuxarıdakı misala əsasən “DMX” şirkətində menecment funksiyalarının bölgüsünə fikir verək. Gördüyümüz kimi, planlaşdırma və strateji qərarların verilməsi işləri əsasən şirkət rəhbərliyi tərəfindən həyata keçirilir – investisiya layihələrinin, büdcənin təsdiqi, yeni avadanlıqların alınması, işəgötürmə qərarları və s. Kiçik menecerlər isə (iş icraçıları) layihə çərçivəsində işləri planlaşdırır, ustalara birbaşa nəzarəti həyata keçirirlər. Lakin əsas nəzarət funksiyası top menecmentin üzərinə düşür. Qeyd olunduğu kimi, iş icraçıları rəhbərliyə gündəlik hesabat verirlər. İşin (tikintinin) birbaşa təşkili isə (təşkil etmə funksiyası) əsasən kiçik menecerlərin üzərinə düşür. Liderlik funksiyası, bunun tərkib hissəsi kimi motivasiya demək olar ki, bütün menecerlərdən eyni dərəcədə tələb olunur.
Sonrakı fəsillərdə menecmentin başlıca funksiyaları barədə daha ətraflı şəkildə bəhs edilir.
Biznes sahiblik baxımından müxtəlif formalarda yaradıla bilər. Bu mənada 3 əsas forma daha geniş yayılmışdır:
1) Fərdi sahibkarlıq
2) Partnyorluq
3) Korporasiya
Bunlardan ən asanı və geniş yayılmışı fərdi sahibkarlıqdır. Fərdi sahibkarlıqda biznes vahidinin sahibliyi bir nəfərdən ibarət olur. Əksər hallarda həmin şəxs özü biznesini idarə edir. Amma biznesin idarəçiliyi başqa bir menecerə də həvalə oluna bilər.
Bəzi hallarda sahibkarlar resurslarını (pul, texnologiya, bilik və s.) birləşdirib partnyorluq yaradırlar. Bu halda biznesin sahibliyi ən azı iki nəfərdən ibarət olur.
Həm fərdi sahibkarlıqda, həm də partnyorluqda sahibkarların riski kifayət qədərdir. Belə ki, sahibkar təkcə qoyduğu kapital həcmində deyil, bütün şəxsi əmlakı ilə də məsuliyyət daşıyır.
Bu səbəbdən korporasiya ən az riskli sahiblik forması hesab olunur. Korporasiyanın bütün hüquqi öhdəlikləri sahiblərinin hüquqi öhdəliklərindən ayrıdır. Yəni, sahibkar ən pis halda qoyduğu kapitalını itirə bilər. Dünyanın əksər böyük şirkətləri korporasiya şəklində təsis olunmuşdur. Səhmlər korporasiyada sahibliyi təsdiq edən sənəddir. Yəni, şirkətin 100 səhmindən 30-nu alırsansa, şirkətin 30%-nə sahib olursan. Bu, eyni zamanda o deməkdir ki, 30% səsvermə hüququ səndədir, bölüşdürülən mənfəətin 30%-i sənə çatır və s.
Bizneslərin yuxarıda qeyd olunan formalarının hər birinin zəif və üstün cəhətləri var. Onlara diqqət yetirək:
Fərdi sahibkarlığın ən böyük üstünlüyü asan yaradılma imkanıdır. Bundan başqa, sahibkarın sərbəstliyini qeyd edə bilərik. Başqa sözlə, fərdi sahibkar “özü özünün müdiri”dir. Onlar asanlıqla heç kimdən asılı olmadan iş qrafiklərini müəyyən edə, gəlirləri barədə təkbaşına qərar verə bilərlər.
Fərdi sahibkarlığın ən zəif cəhəti öhdəlikləri üzrə riskdir. Yəni, sahibkarın biznesdəki uğursuzluğu şəxsi əmlaklarının itirilməsi ilə nəticələnə bilər. Digər zəif cəhətlərinə artım potensialı, məhdud maliyyə resursları və s. aid edilir. Fərdi sahibkarların maliyyə resurslarına çıxış imkanı əsasən aşağı səviyyədədir. Çünki kredit təşkilatları onlara kredit ayırmağa maraqlı olmur, digər tərəfdən, fərdi sahibkarlıq vahidləri investorlar üçün də cəlbedici olmur.
Partnyorluğun fərdi sahibkarlığa nisbətən əsas üstünlüyü həm maliyyə, həm də digər resurslara çıxış imkanının yüksək olmasıdır. Çünki ən azı 2 nəfər resurslarını bir araya gətirir.
Partnyorluğun zəif cəhətləri aşağıdakılar hesab olunur:
– Öhdəliklər üzrə məsuliyyətin qeyri-məhdudluğu. Fərdi sahibkarlıqda olduğu kimi, burada da sahibkarlar biznesə bütün öhdəlikləri üzrə cavabdehdirlər;
– Mənfəətin bölgüsü. Partnyorlar bir çox hallarda birgə qazandıqları mənfəətin bölgüsü zamanı narazıçılıqlarla üzləşirlər. Mənfəətin hansı nisbətdə bölünməsi, nə zaman bölünməsi və s. əsas kəsişmə nöqtələridir;
– Partnyorlar arasında narazılıq. Narazılığın əsas mənbəyi partnyorun birinin digəri üzərində “üstün mövqe” tutmaq istəyidir. Bunlara misal olaraq kimin işə götürülməsi, kimin daha çox işləməsi, investisiya qərarları və s. göstərə bilərik.
– Partnyorların ayrılması. Partnyorların ayrılması təbii proses olsa da, praktiki olaraq bu proses olduqca problemlidir. Belə ki, partnyorlar ayrılanda resurslar hansısa nisbətdə bölünməlidir. Məsələn, hər hansı bacarıqlı işçi tərəflərin yalnız birində qala bilər.
Fərdi sahibkarlığın və partnyorluğun yuxarıda qeyd olunan və olunmayan çatışmazlıqları korporasiyaların meydana gəlməsinin əsas hərəkətverici qüvvəsi olur. Korporasiyanın üstünlükləri aşağıdakılardır:
– Məhdud məsuliyyət. Bu o deməkdir ki, korporasiyanın borcları yalnız korporasiyanın aktivləri hesabına ödənilə bilər. Korporasiyanın sahiblərinin (səhmdarların) şəxsi əmlaklarının korporasiyanın işinə heç bir aidiyyatı yoxdur.
– Maliyyə resurslarına çıxış imkanı. Korporasiya hər zaman yeni səhmlərini satışa çıxara bilər. Bundan başqa, korporasiyalar kredit təşkilatları üçün daha cəlbedici hesab olunur.
– Sahibliyin menecmentdən ayrı olması. Korporasiyanın sahiblərinin onun idarə olunmasında rolu demək olar ki, yoxdur. Bu amil bir çox insanları korporasiyalara investisiya qoymağa həvəsləndirir. Başqa sözlə, investisiya qoyub kənardan mənfəəti gözləyirlər.
– Sahibliyin dəyişilməsinin asanlığı. Partnyorluqdan fərqli olaraq, korporasiyada sahibliyin dəyişilməsi heç bir problem yaratmır. Bir səhmdarın səhmlərini digərinə satması korporasiyanın işinə təsirsiz ötüşür.
Qeyd olunan üstünlüklərlə yanaşı, korporasiya bir sıra zəif cəhətlərsiz də deyil:
– İkiqat vergitutma. Korporasiyalar mənfəət vergisi ödəməklə yanaşı, səhmdarlar əlavə olaraq aldıqları dividentdən vergi verirlər. (Dividend – səhmdarların mənfəətdən aldıqları paydır). Başqa sözlə, səhmdarlar həm mənfəətdən vergi verirlər, həm də mənfəətdən aldıqları dividentdən. Beləliklə, eyni mənbədən iki dəfə vergitutmaya məruz qalırlar.
– Təşkilati işlərin çətinliyi. Buraya məcburi mühasibatlığın aparılması, məcburi audit yoxlaması və s. daxildir.
– Menecment və səhmdarlar arasında münaqişələr. Bu, o zaman yaranır ki, menecment öz maraqlarını korporasiyanın maraqlarından önə çıxarır.
Dünyada biznes praktikası günü-gündən inkişaf edir, təkmilləşir. Buna bir çox amillər təsir edir:
— İnformasiya texnologiyalarının inkişafı
— Biznes infrastrukturunun inkişafı
— Korporativ mədəniyyətin formalaşması
— Rəqabətin yüksək səviyyəsi və s.
Qeyd olunan meyllərin əsas hərəkətverici qüvvəsi elə sonuncu amildir – rəqabət.
Biznesdə rəqabətin inkişafı menecerlərə, liderlərə olan tələbləri də artırmışdır. Bu gün uğur qazanan liderlər qalstuk geyinib toxunulmaz kabinetlərdə ağır iş rejimi keçirənlər yox, çevik, məlumatlı, işçilərin əli çatdığı, problemlərdən qorxmayan liderlərdir.
Yeni biznes meylləri, biznes mühiti barədə 2-ci fəsildə daha ətraflı məlumat verilmişdir.
Anar Bayramov. Biznes və menecmentin əsasları. Bakı, “Nurlan”2011
Анар Байрамов: Господдержка предпринимателей в Азербайджане, в частности, ряд налоговых льгот, являются крайне важными
Широкое распространение вируса COVID-19 во всем мире наряду с нанесенным здоровью людей вредом, также вызвал застой в глобальной экономике. Государственная поддержка предпринимателей в Азербайджане , в частности, пакеты финансовой помощи, ряд налоговых льгот и прочие стимулирующие меры для поддержания экономической стабильности в стране являются крайне важными.
Как передает Day.Az, об этом сказал Trend эксперт в налоговой сфере Анар Байрамов .
По его словам, с целью пресечения широкого распространения коронавируса на территории страны государство приняло ряд превентивных мер и иные важные решения.
“В стране был объявлен особый режим карантина. В этот период, исключая стратегически важные сферы жизнедеятельности, были закрыты многие рабочие места, многие налогоплательщики приостановили свою деятельность. Однако есть обязательные статьи расходов, в том числе налоговые выплаты, которые предприниматели обязаны выполнять, а это крайне тяжелое финансовое бремя для них в нынешней ситуации. Государственная поддержка в Азербайджане предпринимателей, в частности, пакеты финансовой помощи, ряд налоговых льгот и прочие стимулирующие меры для поддержания экономической стабильности в стране являются крайне важными”, – отметил Байрамов .
Он отметил, что такие пакеты поддержки укрепляют доверие граждан к государству и повысят уровень ответственности и дисциплинированности налогоплательщиков в постпандемический период.
“Как известно, сумма финансовой помощи, которая оказывается пострадавшему от пандемии предпринимателю, определяется из расчета общей суммы налогов, выплаченных в госбюджет за прошедший период. В таком случае налогоплательщик осознает, что выплаченные им в период получения большой прибыли налоги не являются утерянными средствами, а депозитом, возвращенным ему в трудные дни. Эта помощь – финансовая и своего рода моральная поддержка налогоплательщиков для продолжения своей предпринимательской деятельности и частичного покрытия понесенных убытков. Благодаря этой поддержке налогоплательщики продолжают свою деятельность, не сокращают рабочие места, что создаст благоприятные условия для развития бизнеса в постпандемический период, когда повысится экономическая активность”, – уточнил Байрамов .
По его словам, если предприниматель по какой-либо причине приостанавливает свою деятельность, то уже возобновить ее становится сложнее.
“Существует ряд сфер экономической деятельности, например, производство и ремонт мебели, древесной продукции, ремонт автомобилей, деятельность которых не была запрещена или ограничена. Однако налогоплательщики и этих сфер получат государственную поддержку. Также следует отметить, что частные предприятия, рядовые граждане, предприниматели, сотрудники госструктур, чиновники, исходя из позиции гражданской ответственности, пожертвовали средства в Фонд поддержки борьбы с коронавирусом . А это уже является олицетворением единства народа и государства, показателем взаимного доверия”, – добавил Анар Байрамов .
Comments are closed, but trackbacks and pingbacks are open.