Anatomiya dərslik
O, həm də patoloji anatomiya üzrə Azərbaycan dilində ilk dərsliyin ilk azərbaycanlı müəllifi və nəhayət, patoloji anatomiya ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edən ilk azərbaycanlı olmuşdur. Azərbaycanda patoloji anatomiya fənni üzrə ilk dərs vəsaiti türk dilində 1933-cü ildə “Patoloji anatomiyadan qısa rəhbərlik” adı ilə C.Y.Hüseynov tərəfindən yazılmışdır. C.Y.Hüseynovun müəllifliyi ilə Azərbaycan dilində 1935-ci ildə patoloji anatomiya sahəsində ilk rəsmi dərslik kimi 390 səhifə həcmində “Ümumi patoloji anatomiya” kitabı çapdan çıxır. Daha sonralar isə yenidən işləmələr və əlavələrlə C.Y.Hüseynovun müəllifliyi ilə 1948-ci ildə “Xüsusi patoloji anatomiya”, 1963-cü ildə “Ümumi patoloji anatomiya”, 1975-ci ildə “Ümumi patoloji anatomiya”, 1976-cı ildə “Xüsusi patoloji anatomiya” dərslikləri tərtib olunur və çap edilir.
Anatomiya dərslik
Ushbu darslik tibbiyot oliygohlari talabalariga ushbu fan bo’yicha dars o’tishning ko’p yillik tajribasi negizida chop etilgan.
Сканируй меня
Подписывайтесь на нас
Электронная библиотека
- Учебная литература
- Монографии
- Художественная литература
- Методические указания
- Авторефераты и диссертации
Мы в социальных сетях
Наш адрес
- г. Самарканд, ул. Амира Темура, 18
- +998 (66) 233 28 63
- sammu@sammu.uz
Карта
Все права защищены. Все права на сайте защищены в соответствии с законодательством Республики Узбекистан, в том числе авторские и смежные права. При использовании материалов сайта ссылка на сайт Самаркандского государственного медицинского университета обязательна.
Внимание! Если вы обнаружите ошибки в тексте, выделите их и нажмите Ctrl+Enter, чтобы уведомить администрацию
ANATOMIYA
ANATOMIYA (Yunoncha anatome — kesaman, yoraman) — ayrim a’zolar, sistemalar va butun organizmning shakli va tuzilishini o’rganadigan fan; morfologiyaning bir qismi. Anatomiya hayvonlar Anatomiyasi (zootomiya) va o’simliklar anatomiyasi (fitotomiya) ga bo’linadi. Hayvonlar Anatomiyasidan odam Anatomiyasi (antropotomiya) ajratiladi. Odam va hayvonlar organizmi evolyutsiyasining asosiy bosqichlarini o’rganadigan qiyosiy (solishtirma) Anatomiya ham bor. “Anatomiya” termini ko’proq odam Anatomiyasini ifodalash uchun ishlatiladi. Odam Anatomiyasiga inson organizmi faoliyati haqidagi fan — fiziologiya bilan bir butun holda qaraladi. Anatomiya har bir a’zoning kishi jinsi va yoshiga qarab o’zgarish xususiyatlarini, atrof muhit hamda mehnat faoliyatining a’zolar tuzilishi, vazifasiga ta’sirini ham o’rganadi. Dastlab har bir a’zo alohida-alohida o’rganilgan bo’lsa, keyinchalik a’zolarning o’zaro munosabatlarini, ularning bir sistemaga birlashish qonuniyatlarini, organism bir butun bo’lib, uni tashqi muhit bilan chambarchas bog’liqligini, a’zolarning shakli bilan funktsiyasi o’rtasidagi o’zaro bog’liqlikni hisobga olgan holda o’rganila boshlandi. Anatomiyaga oid dastlabki ma’lumotlar eng qadimgi Xitoy va hind asarlarida, shuningdek Gippokrat, Aristotel (Arastu) asarlari va ayniqsa Aleksandriya maktabi vakillarining asarlarida uchraydi. Keyinchalik Abu Ali Ibn Sinoning 5 jildli “Tib qonunlari” asarida tibbiyotning barcha sohalariga, xususan Anatomiyaga oid mukammal ma’lumot berildi. Italyan rassomi Leonardo da Vinchi murdani yorib tekshirib normal Anatomiyaning bir qadar mufassal tavsifini bergan. Hozirgi zamon Anatomiyasi Uyg’onish davridan, ya’ni yevropalik anatom-olim A. Vezaliy murdalarni yorib tekshirib, odam tanasi tuzilishining to’liq, sistematik va aniq tavsifini bergan vaqtdan boshlanadi. Anatomiya umuman normal a’zo va to’qimalarning shakli va tuzilishini o’rgangani uchun normal Anatomiya deb ataladi. Normal Anatomiya, organizmning funktsional sistemalariga muvofiq ravishda suyaklar haqidagi ta’limot — osteologiya, bo’g’imlar haqidagi ta’limot — artrologiya, muskullar haqidagi ta’limot — miologiya, ichki a’zolar haqidagi ta’limot —splanxnologiya, qon aylanish va limfa sistemasi haqidagi ta’limot — angiologiya, Markaziy va pereferik nerv sistemasi haqidagi ta’limot — nevrologiya, sezgi a’zolari haqidagi ta’limot — esteziologiya va ichki sekresiya bezlari haqidagi ta’limot — endokrinologiyatga bo’linadi. Anatomiyadan quyidagi fanlar ajralib chiqqan: gistologiya (a’zo va to’qimalarning mikroskopik tuzilishini o’rganadi); patologik Anatomiya (kasallik oqibatida o’zgargan a’zo va to’qimalarning shakli va tuzilishini o’rganadi), topografik yoki amaliy Anatomiya (xirurgik Anatomiya ham deyiladi, odam tanasida a’zo va to’qimalarning joylanishini o’rganadi). Bundan tashqari, vazifasi tasviriy san’at (rassomchilik, haykaltaroshlik) uchun odam gavdasining tashqi ko’rinishini tasvirlab berishdan iborat bo’lgan plastik Anatomiya, a’zolarning shakllari va tuzilishini ularning faoliyati bilan bog’liq holda o’rganadigan funktsional yoki nazariy Anatomiya, yosh Anatomiyasi va boshqa Anatomiyalar ham bor. Miyaning faoliyati bilan bog’liq holda uning noziq tuzilishi, qon va limfa tomirlarining nerv bilan ta’minlanishi, bir qismi ishdan chiqqan qon aylanish sistemasining tiklanish (kompensasiya) qobiliyati va boshqa masalalar ham Anatomiyaning tadqiqot mavzuidir. Anatomiyaning asosiy va eng qadimgi o’rganish usulidan foydalanilgan, bora-bora kesib preparatlar tayyorlash, arralash, qon tomirlarga turli suyukliklar yuborish, rentgen nuri va mikroskopii qo’llash usullari joriy etildi: tirik odamda esa paypaslab ko’rish, perkussiya (barmoq yoki bolg’acha bilan urib o’rganish) yoki auskultasiya (eshitib ko’rish) usullari qo’llanila boshlandi. Bundan tashqari, Anatomiya (proektsion Anatomiya) hayvonlar va sog’lom odamlarda (tashqi belgilarga qarab) chuqurroq yotgan a’zolarning joylanishini tajriba yo’li bilan aniqlaydi. O’zbekistonda Anatomiya fanining haqiqiy rivoji 1940-50 yillarga to’g’ri keladi. O’zbek olimlaridan H. Z. Zohidov Markaziy nerv sistemasining ayrim sohalarini, odamning yoshiga xos tuzilishini, R. E. Xudoyberdiyev nerv sistemasining qon bilan ta’minlanishini, qon tomirlar Anatomiyasini, M. N. Xolqo’ziyev vegetativ nerv sistemasi Anatomiyasini, N. K. Ahmedov periferik nerv sistemasiga rentgen nurlarining ta’sirini o’rgandilar. Olimlardan S. Sh. Shahrbiddinov, A. T. Okdlov, F. N. Bahodirov, N. A. Ibodov, I. K. Qosimxo’jayevlar ham Anatomiya rivojlanishiga munosib hissa qo’shdilar. Hozir Anatomiyaning dolzarb masalalari — jigar, tomirlarning normal va regenerasiya sharoitidagi o’zgarishlari hamda nervlarning tiklanishi va periferik qon aylanishi ustida ilmiy izlanishlar olib borilmoqda. Ad:. Ahmedov N. K., Shomirzaev N. X., Normal va topografik anatomiya, T., 1991; Ahmedov N. K., Atlas. Odam anatomiyasi, 1— 2-1., T., 1996-97. Nosir Ahmedov.
Biz korrupsiyaga qarshimiz
Anatomiya dərslik
1919-cu ildə Bakı Dövlət Universiteti və onun nəzdində tibb fakültəsi yaradılarkən universitetdə çalışmaq üçün Rusiyadan müxtəlif sahələr üzrə çoxlu tanınmış mütəxəssislər dəvət olunmuşdu. Onların arasında tanınmış patoloq-anatom, professor İvan İvanoviç Şirokoqorov da var idi. Professor İ.İ.Şirokoqorov (1869-1946) 1919-cu ildən 1929-cu ilin sonuna qədər universitetin tibb fakültəsinin dekanı vəzifəsində çalışmış, patoloji anatomiya üzrə mühazirələr oxumuş, seminarlar aparmışdır. 1920-ci ildə tibb fakültəsinin patoloji anatomiya kafedrası yaradılmış və İ.İ.Şirokoqorov kafedraya rəhbərlik etməyə başlamışdır. İlk 4-5 il ərzində dosent P.F.Zdrodovski tərəfindən kafedrada həm də bakteriologiya və epidemiologiya (mikrobiologiya) fənləri də tədris olunmuşdur. İlk 10 il müddətində patoloji anatomiya kafedrasında İ.İ.Şirokoqorovdan başqa Q.Q.Zeman, A.İ.Şirokoqorova, B.P.Uqryumov, B.S.Leytman, F.İ.Bauts, İ.S.Ginzburq, C.Y.Hüseynov, N.M.Kolesnikov, S.V.Qəhrəmanov da çalışmışlar. Bu illərdə kafedrada tədris yalnız rus dilində aparılmışdır.
1930-cu ildə tibb fakültəsi Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığının nəzdinə verilmiş və onun bazasında da Azərbaycan Tibb İnstitutu yaradılmışdır. Əvvəldən də olduğu kimi patoloji anatomiya kafedrasına yenə də professor İ.İ.Şirokoqorov rəhbərlik etməyə başladı (o vaxt bu vəzifə “Patoloji-anatomik İnstitutun direktoru” adlandırılırdı). 1930-cu ildən sonra 1940-cı ilə qədər kafedra əməkdaşları sırasında Q.Ə.Səlimxanov, S.D.Abbasova, H.K.Həsənov, M.Muxtarov və V.S.Karagedova da qoşulmuşlar. Kafedranın ilk müdiri olmaqdan başqa professor İ.İ.Şirokoqorov həm də Azərbaycanda nəzəri patoloji anatomiyanın əsasını qoymuş və Azərbaycanda praktik patoloji-anatomik xidmətin də yaradıcısı olmuşdur. Bu dövrlərdə Bakı şəhərindəki iri xəstəxanalarda artıq patoloji-anatomik müayinələr aparılmağa başlanılmışdı. “Azərbaycan patoloqanatomlarının Elmi Cəmiyyəti” də ilk dəfə 1924-cü ildə professor İ.İ.Şirokoqorovun təşəbbüsü ilə yaradılmış və o, Elmi Cəmiyyətin ilk sədri olmuşdur. Cəmiyyət yarandığı dövrlərdən çox intensiv fəaliyyət göstərməyə başlamışdır. Təsadüfi deyildir ki, “Patoloqanatomların Ümumittifaq Elmi Cəmiyyəti”nin II qurultayı 1930-cu ildə beynəlxalq səviyyədə məhz Bakı şəhərində keçirilmişdir. Azərbaycan səhiyyəsində böyük nüfuz sahibi olmuş və parlaq elmi, pedaqoji və praktik fəaliyyət göstərən professor İ.İ.Şirokoqorov 1936-cı ildə Azərbaycan SSR “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, 1944-cü ildə SSRİ Tibb Elmlər Akademiyasının akademiki, 1945-ci ildə isə SSRİ Elmlər Akademiyasının akademiki seçilmişdir. 1946-cı ildə İ.İ.Şirokoqorov vəfat etdikdən sonra patoloji anatomiya kafedrasına onun istedadlı tələbəsi və yetirməsi olan C.Y.Hüseynov rəhbərlik etməyə başladı.
Professor Cəlil Yusif oğlu Hüseynov (1896-1979) patoloji anatomiya kafedrasına 1946-cı ildən 1979-cu ilə qədər – 33 il rəhbərlik etmişdir. Azərbaycanda patoloji anatomiyanın təşəkkül tapmasında, fundamental bir elm sahəsi və praktik tibb sahəsi kimi formalaşmasında və fəaliyyət göstərməsində, ümumilikdə isə Azərbaycanda tibb elminin inkişafında Azərbaycan elminin korifeylərindən olan professor C.Y.Hüseynovun xidmətləri əvəzsiz olmuşdur.
C.Y.Hüseynov 1924-cü ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini bitirdikdən sonra ömrünün sonuna qədər 55 illik həyatını Azərbaycanda patoloji anatomiyanın inkişafına həsr etmiş və patoloji anatomiya kafedrasında çalışmışdır. O, bu kafedrada əvvəlcə prozektor köməkçisi vəzifəsində işləmiş, sonra isə assistent (1927), dosent (1930), nəhayət professor (1936) və kafedra müdirliyi (1946) vəzifəsinə qədər yüksəlmişdir. C.Y.Hüseynov Azərbaycanda patoloji anatomiya fənnini doğma dildə tədris edən ilk pedaqoq olmuşdur. C.Y.Hüseynov təkcə patoloji anatomiya üzrə deyil, həm də patofiziologiya, mikrobiologiya, histologiya fənlərini də Azərbaycan dilində tədris edirdi. Bu göstərilən fənlər və həmçinin məhkəmə təbabəti üzrə ilk dəfə olaraq Azərbaycan dilində terminləri (ümumilikdə 7 mindən artıq) məhz o tərtib etmişdi. Azərbaycan dilində tibbi terminologiya ilə o, xüsusilə 40-cı illərdə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında Eksperimental Təbabət İnstitutunun patomorfologiya şöbəsinə rəhbərlik etdiyi illərdə məşğul olmuşdu.
O, həm də patoloji anatomiya üzrə Azərbaycan dilində ilk dərsliyin ilk azərbaycanlı müəllifi və nəhayət, patoloji anatomiya ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edən ilk azərbaycanlı olmuşdur. Azərbaycanda patoloji anatomiya fənni üzrə ilk dərs vəsaiti türk dilində 1933-cü ildə “Patoloji anatomiyadan qısa rəhbərlik” adı ilə C.Y.Hüseynov tərəfindən yazılmışdır. C.Y.Hüseynovun müəllifliyi ilə Azərbaycan dilində 1935-ci ildə patoloji anatomiya sahəsində ilk rəsmi dərslik kimi 390 səhifə həcmində “Ümumi patoloji anatomiya” kitabı çapdan çıxır. Daha sonralar isə yenidən işləmələr və əlavələrlə C.Y.Hüseynovun müəllifliyi ilə 1948-ci ildə “Xüsusi patoloji anatomiya”, 1963-cü ildə “Ümumi patoloji anatomiya”, 1975-ci ildə “Ümumi patoloji anatomiya”, 1976-cı ildə “Xüsusi patoloji anatomiya” dərslikləri tərtib olunur və çap edilir.
1936-cı ildə “Malyariya zamanı nekroz və qanqrena, onların patogenezi” mövzusunda doktorluq dissertasiyası müdafiə edən C.Y.Hüseynov 1946-cı ildən 1979-cu ilə qədər N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun patoloji anatomiya kafedrasının müdiri, Azərbaycan SSR Səhiyyə Nazirliyinin Baş patoloqanatomu, “Azərbaycan patoloqanatomlarının Elmi Cəmiyyəti”nin sədri olur. 1941-1945-ci illərdə II Dünya müharibəsi illərində kafedranın yerləşdiyi klinik institut (keçmiş F.Əfəndiyev adına 4№-li Şəhər Klinik xəstaxanası) hərbi hospitala çevrildiyi üçün kafedrada yaradılmış ilk patoloji-anatomik muzey demək olar ki, tamamilə məhv olmuş, kafedranın bir çox əməkdaşları müharibəyə səfərbər olunmuşlar. 40-cı illərdə professor İ.İ.Şirokoqorov və C.Y.Hüseynov kimi mötəbər şəxslərin və elm xadimlərinin hesabına nüfuzu günü-gündən yüksələn patoloji anatomiya kafedrasının kollektivi daha da genişlənir. Kafedrada L.H.Məmmədbəyova, D.A.Abdullayeva, B.P.Uqryumov, A.N.Tahirov və başqaları fəaliyyətə başlayırlar. C.Y.Hüseynov həm də 1928-1948-ci illərdə M.Əzizbəyov adına doğum evinin prozekturasının, 1948-1979-cu illərdə isə Semaşko adına 1 saylı Şəhər Klinik xəstəxanasının prozekturasının müdiri vəzifəsində çalışmışdır. 1957-ci ildə o “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, 1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilmışdir. Professor Hüseynov uzun illər müxtəlif tədqiqat üsulları ilə, xüsusilə də elektron mikroskopunda sinir sistemini öyrənmiş və aparmış olduğu bütün bu elmi-tədqiqat işlərinin nəticəsi kimi 1957-ci ildə “Periferik sinir sisteminin – reseptor və sinapsların patomorfologiyası barədə” və 1965-ci ildə isə “Patologiya şəraitində reseptor və sinapslarda struktur dəyişikliklər (makro, mikro və elektronmikroskopik tədqiqatlar)” adlı monoqrafiyaları yazır.
Professor C.Y.Hüseynov öz şərəfli həyat və yaradacılığı, elmi, praktik və pedaqoji fəaliyyəti dövründə yuxarıda göstərilənlərdən və minlərlə həkim kadrların hazırlanması işindən başqa, həm də Azərbaycan patoloji anatomiyasının tanınmış simalarından ibarət böyük bir məktəbin yaradıcısı və lideri olmuşdur. Onun rəhbərliyi ilə bu məktəb müxtəlif kəskin və xroniki xəstəliklər zamanı sinapslar və reseptorlar səviyyəsində periferik sinir sisteminin, o dövrlərdə Azərbaycanda çox geniş yayılmış bəzi infeksion xəstəliklərin (malyariya, qarayara, səpkili yatalaq, leyşmanioz, taun, quduzluq, vərəm, cüzam və s.), endokrin xəstəliklərin morfologiyasının, herontoloji (qocalıq) problemlərin, Naftalan neftinin heyvan orqanizminə müxtəlif üsullarla yeridilməsi zamanı qanda və qanyaradıcı üzvlərdə baş verən patomorfoloji dəyişikliklərin və s. patologiyaların müxtəlif tədqiqat üsulları səviyyəsində öyrənilməsi ilə məşğul olmuşdur.
C.Y.Hüseynov məktəbinin yetirmələri içərisində çoxlu sayda tanınmış professorlar, dosent və yüksək ixtisas dərəcəli mütəxəssis patoloqanatomlar vardır. Öz elmini və həyatını çox mürəkkəb və çətin, şərəfli və məsuliyyətli bir sənətə – patoloji anatomiyaya həsr etmək bütün həkimlərin arzusu və iradəsi daxilində ola bilmir. Bu peşəyə yiyələnmək və patoloqanatom vəzifəsində çalışmaq, xüsusilə də Azərbaycan şəraitində və qadınlar üçün ikiqat çətindir. Buna baxmayaraq Azərbaycanın patoloqanatomlar kollektivi özünün bütün inkişaf mərhələlərində millətinin gözəl, fədakar qızları və qayğıkeş anaları – professor Leyla xanım Məmmədbəyova, professor Püstə xanım Məlikaslanova, Dilarə xanım Abdullayeva, Leyla xanım Qarayeva, Şükufə xanım Sultanova, Sevil xanım Həşimli, Elmira xanım Hüseynova və digər belə ziyalı xanımlarımızla daha da gözəlləşmiş və onların yüksək varlıqları ilə həmişə fəxr etmişdir.
Azərbaycanın elmi və praktik patoloji anatomiyasını xalqının istedadlı, fədakar və mübariz qızı, Azərbaycanın nəinki patoloji anatomiyasında, eləcə də bütün səhiyyə sistemində və tibb elmində özünəməxsus xüsusi yerə və çəkiyə malik olan professor L.H.Məmmədbəyovasız təsəvvür etmək çox çətindir. Məmmədbəyova Leyla xanım Hüseynağa qızı (1922-2006) 1943-cü ildə ATİ-ni bitirdikdən sonra şəxsən akademik İ.İ.Şirokoqorovun tövsiyyəsi ilə patoloji anatomiya kafedrasında aspiranturada saxlanılır. 1947-ci ildə kafedranın assistenti təyin edilir, 1954-cü ildə “Metamalyariya splenohepatomeqaliyanın patomorfologiyasına dair” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək patoloji anatomiya sahəsində ilk azərbaycanlı qadın elmlər namizədi olur. Kafedranın dosenti vəzifəsinə seçilir. Qaraciyər xəstəliklərinin inkişaf mexanizmi, qaraciyər venalarında müxtəlif patoloji proseslər zamanı baş verən neyromorfoloji dəyişikliklər sahəsində öz elmi axtarışlarını davam etdirir. 1966-cı ildə “Qaraciyər venalarının sinir aparatının histopatologiyası” mövzusunda doktorluq dissertasiyası müdafıə edərək patoloji anatomiya sahəsində ilk azərbaycanlı qadın elmlər doktoru və professor olmuşdur. 1963-cü ildə akademik M.A.Topçubaşov adına Elmi-Tədqiqat Klinik və Eksperimental Cərrahiyyə İnstitutunda (hazırki akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi) patomorfologiya şöbəsinin müdiri vəzifəsinə seçilən L.H.Məmmədbəyova 2006-cı ilə qədər həmin vəzifədə çalışır. Onun rəhbərlik etdiyi şöbədə müxtəlif patoloji proseslər, xüsusilə də insanlarda və eksperimentdə heyvanlarda damar və endokrin xəstəliklər zamanı mikrosirkulyasiya səviyyəsində hemodinamik mexanizmlərdə baş verən struktur dəyişikliklər və digər patomorfoloji dəyişikliklər öyrənilir. 1990-cı ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. 1994-2006-cı illərdə Səhiyyə Nazirliyinin Baş patoloqanatomu olmuşdur. Ümumilikdə 200-dən çox elmi əsərin və 1 monoqrafiyanın müəllifidir. Professor Leyla xanım Məmmədbəyovanın elmi axtarışlara tükənmək bilməyən həvəsi patoloji anatomiyaya, ümumiyyətlə tibb elminə olan sədaqəti həmişə hamıya örnək olmuşdur.
Azərbaycanın tanınmış patoloq-anatomlarının biri də uzun illər respublikanın patoloji anatomiya və məhkəmə-tibbi ekspertiza sahələrində çalışmış professor Əliqulu Rzaqulu oğlu Atakişiyevdir (1925-1996). Ə.R.Atakişiyev 1949-cu ildə ATİ-ni bitirdikdən sonra 1 il Tbilisi şəhərində patoloji anatomiya ixtisası üzrə ixtisaslaşma kursu keçmiş və 1950-53-cü illərdə əvvəlcə Lənkəran, sonra isə Füzuli rayonlararası zonanın məhkəmə-tibb eksperti və patoloqanatomu işləmişdir. 1953-cü ildə ATİ-nin patoloji anatomiya kafedrasına aspiranturaya daxil olmuş və 1956-cı ildə aspiranturanı bitirdikdən sonra Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza Bürosu”nda işləmiş, lakin bununla yanaşı patoloji anatomiya kafedrasında da praktik dərslər aparmışdır. 1956-59-cu illərdə Ə.R.Atakişiyev Azərbaycanda ilk dəfə olaraq məhkəmə-tibbi ekspert – histoloq kimi işləməyə başlamış, Məhkəmə-tibbi ekspertiza Bürosunda II şöbənin nəzdində ilk dəfə yaradılan “Məhkəmə-histoloji bölmə”yə rəhbərlik etmiş və bütün bunlarla da Azərbaycanda məhkəmə histologiyasının yaradıcısı olmuşdur. 1960-62-ci illərdə Ə.R.Atakişiyev Moskva Vilayət Məhkəmə-tibbi ekspertiza Bürosunda işlədikdən sonra 1962-ci ildə Rusiyanın Kuybışev şəhərində prof. C.Y.Hüseynovun elmi rəhbərliyi ilə “Daxili üzvlərin xərçəngi zamanı periferik sinir sisteminin neyronlararası əlaqələri – sinapslarının patomorfologiyası” mövzusunda namizədlik disssertasiyasını müdafıə edir. Bundan sonra Ə.R.Atakişiyev Bakı şəhərinə qayıdır və 1967-cı ilə qədər ATİ-nin “Mərkəzi Elmi-Tədqiqat Laboratoriyası”nda “Morfologiya və histologiya şöbəsi”nə rəhbərlik edir. 1967-ci ildə “Miokard infarktı zamanı ürəkdaxili sinir strukturlarının morfoloji və histokimyəvi xarakteristikası” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Həmin il tibb elmlər doktoru Ə.R.Atakişiyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza Bürosu”na rəis təyin edilir və 1980-ci ilə qədər bu vəzifədə çalışır. 1970-ci ildən professor elmi adını alır. 1967-1969-cu illərdə həm də əvəzçilik üzrə ATİ-nin məhkəmə təbabəti kafedrasında professor vəzifəsində çalışır. 1981-1996-cı illərdəprofessorƏ.R.Atakişiyev Elmi-Tədqiqat Onkologiya institutunun (indiki Milli Onkoloji Mərkəz) patositomorfologiya şöbəsində çalışmışdır.
Patoloji anatomiya kafedrasının tanınmış professorlarından biri də Qüdrət Əhməd oğlu Səlimxanov (1905-1981) olmuşdur. Q.Ə.Səlimxanov 1929-cu ildə Bakı Dövlət Universitetinin tibb fakültəsini bitirdikdən sonra professor İ.İ.Şirokoqorovun təqdimatı ilə patoloji anatomiya kafedrasına prozektor vəzifəsinə işə qəbul olunmuş, bütün ömrü boyu kafedrada çalışmış, kafedranın professoru və kafedra müdiri vəzifələrinə qədər yüksəlmişdir. Uzun illər Bakı şəhərinin Baş patoloqanatomu kimi Bakı şəhərində patoloji-anatomik xidmətə rəhbərlik etmişdir (əvvəllər Bakı şəhər Baş Səhiyyə Şöbəsinin nəzdində ayrı-ayrı sahələr üzrə ştatdankənar baş mütəxəssis vəzifələri mövcud idi). Q.Ə.Səlimxanov 1959-cu ildə “Bakı şəhəri üzrə materiallara əsasən vərəmin bəzi xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Doktorluq dissertasiyasının materialları əsasında sonradan o, “Müharibə şəraitində vərəm xəstələrinin patoloji-anatomik xüsusiyyətləri” adlı dəyərli bir monoqrafiya da yazmışdır. Professor Q.Ə.Səlimxanov 1979-1981-ci illərdə patoloji anatomiya kafedrasının müdiri vəzifəsində işləmişdir.
Professor C.Y.Hüseynov məktəbinin layiqli davamçılarından biri də professor İsayev İbrahim Mirzə oğludur (1937-2004). ATİ-ni 1961-ci ildə bitirən İ.M.İsayev institutun Elmi Şurasının qərarı ilə həmin il patoloji anatomiya ixtisası üzrə aspiranturada saxlanılır. 1964-cü ildə kafedrada asisstent vəzifəsinə təyin edilir, 1967-ci ildə professor C.Y.Hüseynovun elmi rəhbərliyi ilə “Müxtəlif etiologiyalı pnevmosklerozlar zamanı ağciyərin sinir aparatında gedən dəyişikliklər” mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Bundan sonra patoloji anatomiya kafedrasında baş müəllim və dosent vəzifələrinə seçilir. 1968-1987-ci illərdə eyni zamanda müalicə-profilaktika fakültəsində əvvəlcə dekan müavini, sonra isə 12 il fakültə dekanı vəzifəsində çalışmışdır. 1981-ci ildə patoloji anatomiya kafedrasına müdir vəzifəsinə seçilir və 2004-cü ilə – ömrünün sonuna qədər bu vəzifədə çalışır.
Professor İ.M.İsayev 1990-cı ildə “Termiki zədələnmələr zamanı periferik sinir sisteminin patoloji anatomiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Yanıq xəstəliyi zamanı periferik sinir sistemində baş verən morfoloji dəyişiklikləri ilk dəfə müasir müayinə üsullarının köməkliyi ilə kompleks şəkildə öyrənmiş və bunların qarşısını almaq üçün praktik tövsiyyələr hazırlamışdır. 2000-ci ildə ona “Əməkdar elm xadimi” fəxri adı verilmişdir. İ.M.İsayev 1981-1994-cü illərdə “Azərbaycan patoloqanatomlarının Elmi Cəmiyyəti”nin sədri olmuşdur. 1988-ci ildən etibarən isə iki Elmi Cəmiyyətin birləşməsi ilə əlaqədar “Azərbaycan məhkəmə-tibb ekspertləri və patoloqanatomlarının Elmi Cəmiyyəti”nin həmsədri olmuşdur. 1992-1993-cü illərdə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin patoloji anatomiya kafedrasındakı işi ilə yanaşı professor İ.M.İsayev həm də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Birliyinin Baş direktoru vəzifəsində çalışmışdır. Çoxşaxəli elmi-praktik və pedaqoji fəaliyyəti ilə yanaşı professor İ.M.İsayev həm də Azərbaycan ictimaiyyətində qayğıkeş, gözəl insan və siyasi xadim kimi də tanınmışdır. Müstəqil Azərbaycan Respublikasının Ali Dövlət qurumu olan Milli Məclisə III çağırış 2000-ci il şeçkilərində o, Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Azərbaycanda patoloji anatomiyanın yuxarıda göstərilən korifeylərindən başqa professor M.Ş.Cahangirov, professor P.S.Məlikaslanova, t.e.d. V.A.Əlizadə, t.e.d. V.M.Abdullayev, dosent Ş.M.Sultanova, t.e.n. Y.Ə.Musayev, D.Ə.Abdullayeva və s. bu kimi tanınmış və adlı-sanlı nümayəndələri də vardır. Azərbaycanın istər nəzəri, istərsə praktik patoloji anatomiyası bu kimi nümayəndələri ilə daha da zənginləşmiş və dəyərlənmişdir.
Patoloji anatomiya kafedrasının professoru Cahangirov Məmməd Şamil oğlu (1933) əvvəllər N.Nərimanov adına ATİ-nin “İnsanın normal anatomiyası” kafedrasında və “Operativ cərrahlıq və topoqrafik anatomiya” kafedrasında müxtəlif vəzifələrdə, o cümlədən də “Operativ cərrahlıq və topoqrafik anatomiya” kafedrasında professor, kafedra müdiri vəzifəsində çalışmışdır. 1978-ci ildən etibarən patoloji anatomiya kafedrasının professoru, 2005-2011-ci illərdə isə professor M.Ş.Cahangirov patoloji anatomiya kafedrasının müdiri vəzifəsində çalışmışdır.
2012-ci ildən hal-hazıradək ATU-nun patoloji anatomiya kafedrasına tibb elmləri doktoru, professor Həsənov Ədalət Bəybala oğlu rəhbərlik edir. O, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Birliyinin Baş direktoru vəzifəsində çalışır. Professor Ə.B.Həsənov Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü, Azərbaycan Tibb Universitetinin Böyük Elmi Şurasının və II Müalicə-profilaktika fakültəsinin Elmi Şurasının üzvü, Azərbaycan Tibb Universitetində “Nəzəri fənnlər” üzrə Problem Komissiyasının sədridir.
Professor Ə.B.Həsənovun kafedraya rəhbərlik etdiyi vaxtdan etibarən universitetdə patoloji anatomiya fənninin tədrisi prosesinin təkmilləşdirilməsi, kafedranın maddi-texniki bazasının yaxşılaşdırılması, həmçinin kadr potensialının yeniləşdirilməsi yönündə çox ciddi işlər həyata keçirilmişdir. 2016-cı ildə patoloji anatomiya kafedrası müasir səviyyədə təmir olunmuş və yaxşı təchiz olunmuş yeni ünvana köçmüşdür. Kafedrada dərs prosesinin günün tələbləri səviyyəsində aparılması üçün lazımi şərait yaradılmışdır. Kafedranın nəzdində Azərbaycan Tibb Universitetinin “Patohistoloji laboratoriyası” da yaradılmışdır.
Hal-hazırda kafedrada 1 tibb elmləri doktoru, professor; 7 tibb elmləri namizədi, dosent; 3 tibb elmləri namizədi, baş müəllim; 5 assistent və 2 baş laborant olmaqla böyük bir kollektiv çalışır. Kafedrada müalicə-profilaktika, hərbi-tibbi, stomatologiya və tibbi-profilaktika fakültələrinin tələbələrinə “Ümumi patoloji anatomiya” və “Xüsusi patoloji anatomiya” fənlərindən mühazirə və təcrübə məşğələ dərsləri keçirilir. Dərslər 3 dildə: azərbaycan, rus və ingilis dillərində aparılır. Kafedrada “Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza” ixtisası üzrə rezidentlər də diplomdan sonrakı təhsillərini davam etdirirlər. Bununla yanaşı, hər ay bütün tibb müəssisələrində rezidentura təhsili alan çoxlu sayda digər əksər ixtisaslar üzrə rezidentlər də rotasiya qaydasında kafedrada tədris prosesinə cəlb olunurlar.
ATU-nun patoloji anatomiya kafedrası yarandığı vaxtdan hazırki dövrə qədər Azərbaycanda patoloji anatomiyanın həm əsas elmi mərkəzi, həm də praktik bazası rolunu oynayır. Kafedrada çoxlu sayda elmi-tədqiqat işləri aparılmış, namizədlik və doktorluq dissertasiyaları işlənib hazırlanmış və müvəffəqiyyətlə müdafiə olunmuşdur. Kafedrada “İnsanın müasir dövrdə geniş yayılmış bəzi əsas xəstəliklərinin klinik-morfoloji xüsusiyyətləri” mövzusu üzrə elmi-tədqiqat işi davam etdirilir. Bununla yanaşı, tələbələrin iştirakı ilə meyitlərin patoloji-anatomik müayinəsi aparılır, kliniki-anatomik konfranslar keçirilir, saysız-hesabsız biopsiya materiallarının patomorfoloji müayinəsi həyata keçirilir.
Kafedra əməkdaşları müxtəlif yerli və beynəlxalq elmi tədbirlərdə iştirak edir, ölkəmizi layiqincə təmsil edirlər. 13-16 oktyabr 2016-cı il tarixdə Azərbaycan Tibb Universitetində respublika məhkəmə-tibbi ekspertiza tarixində ilk dəfə olaraq ATU-nun patoloji anatomiya kafedrasının, Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin, Türkiyə Cümhuriyyəti Malatya Adli Tıp Qurumu və Türkiyənin İnönü Universitetinin birgə təşkilatçılğı ilə “I Beynəlxalq Türkiyə-Azərbaycan (TURAZ) Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya konfransı” (I Uluslararası Türkiye-Azerbaycan (TURAZ) Adli Tıp ve Patoloji Kongresi” keçirilmişdir. Konqresdə Türkiyədən 120, Azərbaycandan 157 nəfər olmaqla 280-ə yaxın şəxs iştirak etmişdir. Konqresin gedişində 49 sözlü və 69 poster təqdimatı olmuşdur.
Kafedra müdiri professor Ə.B.Həsənovun rəhbərliyi ilə “Azərbaycan Tibb Universitetində aparılan eksperimental-klinik yönümlü elmi-tədqiqat işləri zamanı patoloji dəyişikliklərin molekulyar-genetik dəyərləndirilməsinin təmini” adlı layihə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun kompleks elmi-tədqiqat proqramları üzrə 2015-ci ildə elan etdiyi əsas qrant müsabiqəsinin (EİF-KETPL-2015-1(25)) qalibi olmuşdur. Layihənin digər iştirakçıları baş müəllim, t.e.n. M.T.Orucov, assistent C.S.Musayev, baş laborant A.V.İbişova və baş laborant A.N.İsayevdir.
Comments are closed, but trackbacks and pingbacks are open.