Press "Enter" to skip to content

Mobil operatorlar bizi necə talayır? İnanılmaz fırıldaq – FOTOFAKT – VİDEO

“Müvafiq araşdırmanın aparılması və daha dəqiq məlumatın verilməsi üçün xahiş edirik müraciətinizdə qeyd etdiyiniz halların hansı nömrə ilə əlaqədar olduğunu bildirərdiniz. Əlavə məlumat üçün nəzərinizə çatdırmaq istərdik ki, “Azercell Telekom” MMC tərəfindən təqdim edilən mobil rabitə xidmətləri çərçivəsində abunəçilər bəzi internet səhifələr vasitəsi ilə müxtəlif qısa nömrələrdən istifadə etməklə müxtəlif əməliyyatlar həyata keçirilməsi, məzmun (rəqəmsal məzmun və s.) əldə edilməsi imkanına malikdirlər. Müvafiq qısa nömrələr üzrə məzmun təminatı müqavilə münasibətləri əsasında “Azercell Telekom” MMC- əməkdaşlıq etdiyi 3-cü şəxs tərəfindən həyata keçirilir. Abunəçilər müvafiq xidmətlərdən istifadə qaydaları, tarifləri ilə bağlı məlumatlar əldə etməsi üçün, həmçinin yükləmələrin məzmunu, keyfiyyəti və s. barədə mülahizələri ilə əlaqədar məzmun təminatçısına müraciət edə bilərlər. Abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin şərtlərinə əsasən “Azercell Telekom” MMC telekommunikasiya şəbəkəsindən istifadə etməklə üçüncü şəxs(-lər) tərəfindən göstərilən xidmətlər və ya belə xidmətlərə görə verilən hesablar habelə, üçüncü şəxs(-lər) tərəfindən rabitəyə müdaxiləyə görə məsuliyyət daşımır. Abunəçilərə nömrədən zənglər həyata keçirərkən, SMS sorğular göndərərkən diqqətli olmağı, müvafiq xidmətdən istifadə qaydaları və tarifləri ilə əvvəlcədən tanış olmağı, istifadə etmək istənilən xidmətin yığım qaydalarına dəqiq riayət etmək tövsiyə edilir. Abunəçilər “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, hazırda qüvvədə olan tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər. Göstərilənlərlə yanaşı “Azercell Telekom” MMC-nin fəaliyyətini diqqət mərkəzində saxladığınıza, öz istək və mülahizələrinizlə müraciət etdiyinizə görə təşəkkür edirik”.

Android-də yenilik var

Bu ilin yay fəslində Google şirkəti məlumatların sürətli mübadiləsi üçün Nearby Sharing funksiyasının beta testini iş salmışdı. Bu funksiya bir Android cihazdan digərinə sürətli foto, video və linklərin ötürülməsi imkanını verir. İndi isə Google şirkəti bu funksiyanın imkanlarının genişləndirdiyini elan edib. Belə ki, istifadəçilər digərləri ilə Google Play tətbiqlərini bölüşə biləcəklər. Bu barədə 4pda saytı xəbər verib. Google bu yeni özəlliyin texniki təfərrüatları barəsində məlumat verməyib. Lakin şirkət bildirib ki, bu özəllik yaxın zamanda təqdim olunacaq yenilənmənin vacib funksiyalarından biri olacaq.

Beləliklə Nearby Sharing funksiyasının yenilənməsi ilə Android istifadəçiləri yaxınlıqda olan digər istifadəçilərə Google Play tətbiqlərini göndərə biləcəklər. Hətta Wi-Fi qoşulması və mobil şəbəkə olmasa da istifadəçilər bunu reallaşdıra biləcəklər. Məlumata əsasən Google Play-də My Apps & Games bölməsində Send Apps hissəsi istifadəyə veriləcək. Nearby düyməsinə klikləyəndən sonra istifadəçi yaxınlıqda yerləşən digər istifadəçini seçərək ona lazımi tətbiqi göndərə biləcək. Tətbiqi qəbul edəcək istifadəçinin cihazı isə Wi-Fi qoşulmasına və ya mobil şəbəkəyə sahib olmasa da göndərilmiş tətbiqi qəbul edə biləcək.

Milli.Az

Mobil operatorlar bizi necə talayır? – İnanılmaz fırıldaq – FOTOFAKT – VİDEO

İstifadə etdiyi mobil operatorun onun pulunu qanunsuz oğurladığını və məsuliyyəti üzərindən atdığını qeyd etmişdi. Minlərlə müştəri hər gün bu halla rastlaşır. Şikayət edib vəziyyəti bir müddət düzəldə bilirlər. Lakin bu cibgirliklə sona kimi mübarizə aparmaq olmur.

Hazırda ölkədə 3 böyük mobil operator vətəndaşlara xidmət edir. İstifadə etdiyimiz bu operatorlar insanlara xidmət göstərməklə yanaşı, onların cibinə müdaxilə etməyi də özlərinə sanki ata-baba borcu bilir.

Müqavilə imzaladıqları kontent provoyderlərlə düzgün iş sistemi qura bilməyən (yaxud onlara bu cür sərf etdiyi üçün, dəyişikik etməyə ehtiyac duymayan) mobil operatorlar müştərini xəbərdar etmədən müxtəlif kompaniyalara qoşulur və konturu yükləməyə peşman olursan. Operatorla əlaqə saxladığımız vaxt isə:”Əziz müştəri, siz filan kompaniyalara qoşulduğunuz üçün kontur çıxır”. Nə qədər and-aman etsən də ki, heç bir kompaniyaya qoşulmamısan, şikayətinə baxan olmur.

Kampaniyalardan imtina etdikdən sonra bir müddət ödədiyin pulu istifadə edə bilirsən. Amma bu, uzun çəkmir.

Bu cür proseslər o qədər davam edir ki, artıq vətəndaşlar elə belə də olmalıdır deyib, şikayət etmirlər.

Bu problemlərin hardan qaynaqlandığının cavabını özləri bilər deyib, mobil operatorlara sorğu göndərdik. Bu cür şikayətlərdən birini nəzərinizə çatdırırıq.

Sual: Müştərilərə niyə xəbərdarlıq etmədən balansını sıfırlayır, kampaniyaya qoşursunuz?

Azercellin sualımıza olan cavabını təqdim edirik:

“Müvafiq araşdırmanın aparılması və daha dəqiq məlumatın verilməsi üçün xahiş edirik müraciətinizdə qeyd etdiyiniz halların hansı nömrə ilə əlaqədar olduğunu bildirərdiniz. Əlavə məlumat üçün nəzərinizə çatdırmaq istərdik ki, “Azercell Telekom” MMC tərəfindən təqdim edilən mobil rabitə xidmətləri çərçivəsində abunəçilər bəzi internet səhifələr vasitəsi ilə müxtəlif qısa nömrələrdən istifadə etməklə müxtəlif əməliyyatlar həyata keçirilməsi, məzmun (rəqəmsal məzmun və s.) əldə edilməsi imkanına malikdirlər. Müvafiq qısa nömrələr üzrə məzmun təminatı müqavilə münasibətləri əsasında “Azercell Telekom” MMC- əməkdaşlıq etdiyi 3-cü şəxs tərəfindən həyata keçirilir. Abunəçilər müvafiq xidmətlərdən istifadə qaydaları, tarifləri ilə bağlı məlumatlar əldə etməsi üçün, həmçinin yükləmələrin məzmunu, keyfiyyəti və s. barədə mülahizələri ilə əlaqədar məzmun təminatçısına müraciət edə bilərlər. Abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin şərtlərinə əsasən “Azercell Telekom” MMC telekommunikasiya şəbəkəsindən istifadə etməklə üçüncü şəxs(-lər) tərəfindən göstərilən xidmətlər və ya belə xidmətlərə görə verilən hesablar habelə, üçüncü şəxs(-lər) tərəfindən rabitəyə müdaxiləyə görə məsuliyyət daşımır. Abunəçilərə nömrədən zənglər həyata keçirərkən, SMS sorğular göndərərkən diqqətli olmağı, müvafiq xidmətdən istifadə qaydaları və tarifləri ilə əvvəlcədən tanış olmağı, istifadə etmək istənilən xidmətin yığım qaydalarına dəqiq riayət etmək tövsiyə edilir. Abunəçilər “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, hazırda qüvvədə olan tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər. Göstərilənlərlə yanaşı “Azercell Telekom” MMC-nin fəaliyyətini diqqət mərkəzində saxladığınıza, öz istək və mülahizələrinizlə müraciət etdiyinizə görə təşəkkür edirik”.

Standart cavab, üstəgəl, istədiklərinə də skrinli sübut qoyuruq.

Bakcell isə hələ də araşdırma aparır:

Zəhmət olmasa problemin baş verdiyi mobil nömrəni bizə bildirin.

Sorğunuzla bağlı müvafiq araşdırma aparıb tez bir zamanda sizə cavab verəcəyik”.

Bu halların niyə yaşandığı və yaşandığı təqdirdə nə etməliyik sualımıza “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz cavab verdi. O bildirdi ki, bu cür hallar baş verdiyi zaman müştəri mobil operatoru məhkəməyə verməlidir:

“Bu problem mobil operatorlarla müqavilə əsasında işləyən kontent provayderlərə görə yaranır. Hansı ki, həmin provayderlərin mobil operatorlarla reklam müqavilələri var. Ona görə də ilk öncə onlar öz aralarında bu işi elə qurmalıdırlar ki, vətəndaşlara problem yaranmasın. Deməli, burda bir üçbucaq var: Mobil operator, kontent provoyder və müştəri. Vətəndaşla mobil operator arasında olan bu şirkətə xidmət göstərən elə mobil operatorun özüdür. Müştərinin problemi də həmin bu provoyderlə yaranır. Düşünürəm ki, bu çox ciddi məsələdir. Mobil operatorlar onların üzərinə düşən öhdəlikləri qanunvericiliklə həll etməlidir. Müştərinin razılığı olmadan onlara sms və reklamlar getməməlidir. Əgər bu hal baş verərsə ondan imtina etmək üçün xidmətlər təklif edilməlidir. Sistemdə sadələşdirilmə aparılmalıdır. Lakin zaman-zaman vətəndaşlar bu hallarla rastlaşır. Düşünürəm ki, bu halla rastlaşan vətəndaş dərhal operatora müraciət etməlidir. Operator kontent provoyderlə müqaviləyə xitam verməlidir. Müştəri bununla bağlı aidiyyatı orqanlara və məhkəməyə də müraciət edə bilər. Vətəndaşın razılığı olmadan ikinci dəfə bu cür hal yaşanarsa, bu artıq ciddi qanun pozuntusu hesab olunur”.

DAHA VACİBİ BAŞQA BİR SOYĞUNÇULUQ

Bu öyrəşmiş olduğumuz oğurluqdan başqa, operatorlar cibimizə başqa vasitələrlə də daxil olur. Məsələn dünya bazarında fəaliyyət göstərən operatorlar da öz müştərilərinə müxtəlif tarif paketləri təqdim edir və bu tarif paketlərinin vaxt limiti olmur.

İstifadə edirsən bitir, sonra ödənişi edirsən və yenidən həmin tarif paketini aktivləşdirə bilirsən. Bizim mobil operatorlar arasında bu xidməti yalnız “Nar mobile” göstərir. Bu sualımıza Azercell cavab verməsə də, Bakcell bildirdi ki, bu tarif paketləri müxtəlifdir və hər kəs öz istəyinə və özünə uyğun olanı seçir.

Təbii ki, hər kəs öz istəyinə uyğun ödəniş edib, tarif paketini götürür. Osman Gündüz bu sualımıza açıqlamsaında bunun düzgün yanaşma olıduğunu qeyd etdi:

“Mobil operatorla müxtəlif kateqoriyalı insanları düşünərək, onlar üçün tarif planı yaradılıb. Bu, əslində düzgün yanaşmadır”.

Bəs müştəri qoyulan vaxt ərzində təklif olunan xidmətlərdən istifadə etmirsə, bu zaman növbəti ay üçün niyə ödəniş etsin? Bu ona bənzəyir ki, bazardan məhsul alırsan. Nöbvbəti dəfə yenidən eyni məhsuldan almaq istəyəndə satıcı deyir ki, keçən dəfə aldığın məhsulundan nə qalıbsa onları qaytar yenisini al. Lakin sən aldığın məhsulun ödənişini etmisən və onun qalığı da sənə aid olmalıdır.

Mövzuyla bağlı vətəndaşlarımız arasında sorğu etdik.

Mobil operatorların əlindən dad çəkən nə qədər müşərilər varmış.

Cavablar isə heç ürəkaçan olmadı:

Comments are closed, but trackbacks and pingbacks are open.