Press "Enter" to skip to content

Azərbaycana qanunsuz gətirilən 81 iPhone telefonu aşkar edildi – FOTO

Avqustda dərc edilmiş məlumatda tədqiqatçılar bildiriblər ki, “Apple” bu yaxınlarda təqdim etdiyi yeniləmələrdən birində bu boşluğu aradan qaldırıb, ancaq sınaqlar üçün istifadə olunmuş “Android 10” əməliyyat sisteminin idarəetməsi altında işləyən “Pixel XL” smartfonu əvvəlki kimi bu hücum qarşısında dayanıqsız olub.

Xəbərlər > “Google Play”-də AhRat cəsus troyanı aşkar edilmişdir.

“Google Play Store”-da yeni troyan aşkar edilib. Aşkar edilmiş yeni troyan öz operatorlarına distant şəkildə Android smartfon üzərində idarəni ələ keçirtməyə yardımçı olur. Troyan öz növbəsində smartfon ekranının videosunun çəkilməsi üçün nəzərdə tutulmuş tətbiq daxilində yerləşdirilib və həmin tətbiq 10 minlərlə yüklənmə sayına sahibdir. Aşkar edilmiş yeni troyan AhRat adını əldə edib. O, “iRecorder-Screen Recorder” adlı tətbiq daxilində gizlədilib. Maraqlısı ondadır ki, tətbiqin özü “Google Play Store” platformasına 2021-ci ilin sentyabr ayında yerləşdirilib və həmin vaxtda onun tərkibində sözügedən troyan mövcud olmayıb.

2022-ci ilin avqust ayında isə tərtibatçılar bu tətbiq üçün yenilənmə təqdim ediblər və məhz həmin yenilənmə ilə troyan tətbiqə inteqrasiya edilib. Beləliklə ilk günlərdə zərərsiz görünən tətbiq daha sonra zərərli proqram təminatına çevrilib. iRecorder-Screen Recorder 50 000 yüklənmə sayına malikdir. Tətbiq artıq “Google Play Store”-dan silinib. Lakin ona kənar tətbiq mağazalarında rast gəlmək olar. Smartfona daxil olandan sonra AhRat adlı bu troyan geolokasiyanı izləyə, audio zənglərin tarixçələrini, kontaktları və mətnli mesajları oğurlaya bilir. Lakin troyanın imkanları bununla məhdudlaşmır. Belə ki, AhRat smartfonun kamerası vasitəsilə fotolar çəkə, SMS mesajlar göndərə və smartfonun diktofonu vasitəsilə audio fayllar yaza bilər.

Azərbaycana qanunsuz gətirilən 81 “iPhone” telefonu aşkar edildi – FOTO

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda mobil telefonların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısı alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Dövlət Gömrük Komitəsinin saytında yer alıb.

Mənbə yazır ki, Doha-Bakı aviareysi ilə gələn Rusiya Federasiyası və Azərbaycan Respublikası vətəndaşları “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən gömrükçülər tərəfindən “Qırmızı kanal”a yönləndiriliblər.
Vətəndaşlara məxsus çamadanlar rentgen aparatından keçən zaman mobil telefonlara bənzər təsvirlərin əks olunduğu müəyyən edilib.

Yoxlama zamanı Rusiya Federasiyası vətəndaşının çamadanından 40 ədəd, Azərbaycan Respublikası vətəndaşının çamadanından isə 41 ədəd olmaqla ümumilikdə 81 ədəd əvvəlcədən gömrük orqanına təqdim edilməyən, şifahi, elektron və yazılı formada bəyan olunmayan müxtəlif yaddaşlarda “iPhone” markalı (15 ədəd “iPhone 14 Pro 128gb”, 20 ədəd “iPhone 14 Pro 256gb”, 5 ədəd “iPhone 14 Pro 512gb”, 20 ədəd “iPhone 14 Pro Max 128gb”, 20 ədəd “iPhone 14 Pro Max 256gb”, 1 ədəd iPhone 13 Pro 256 gb”) mobil telefonlar aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

“Bluetooth”da aşkar edilmiş boşluq milyardlarla qurğunu təhdid edir

Milyardlarla smartfon, planşet, noutbuk və “Əşyalar interneti” qurğuları bu yay aşkar edilmiş proqram səhvindən istifadəyə əsaslanan hücumlar qarşısında dayanıqsız olan “Bluetooth” proqram təminatından istifadə edir. Onların böyük hissəsi heç vaxt təhlükəsizlik yeniləməsi almayacaq.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, “BLESA” (Bluetooth Low Energy Spoofing Attack) adlandırılmış boşluq “Bluetooth Low Energy” (BLE) protokolundan istifadə edən qurğuları təhdid edir. Bu, daimi qoşulma vaxtı enerji istehlakını minimuma endirmək üçün “Bluetooth”un optimallaşdırılmış klassik protokolunun variantıdır. Yüksək enerji səmərəliliyi sayəsində sözügedən protokoldan son illərdə geniş istifadə olunurdu.

Avqustda dərc edilmiş məlumatda tədqiqatçılar bildiriblər ki, “Apple” bu yaxınlarda təqdim etdiyi yeniləmələrdən birində bu boşluğu aradan qaldırıb, ancaq sınaqlar üçün istifadə olunmuş “Android 10” əməliyyat sisteminin idarəetməsi altında işləyən “Pixel XL” smartfonu əvvəlki kimi bu hücum qarşısında dayanıqsız olub.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.