Lev Tolstoy – Anna Karenina ( Aygün Ələkbərova )
Anna Karenina 23 March 2020
Anna Karenina
Çox mübahisələrə səbəb olmuş məşhur roman. Müəllif bir evin, bir ailənin problemindən başlayır və bütün Rusiyanın üzləşdiyi çətinliklərə toxunur. Hissləri dolaşıq düşmüş, həyatda azıb qalmış bir qadın haqqında roman. Onun hər şeyi var: əri, oğlu, evi, sərvəti, adı. Amma o heç nəyə baxmadan bunların hamısından imtina edir! O özünü eşq girdabına atır və bununla da öz həyatını çətinləşdirir. Anna Karenina obrazı çox ziddiyyətlidir. Həyatı alt-üst olduğu üçün oxucunun ona yazığı gəlir, oynaşından ötrü öz oğlunu atdığı üçünsə oxucu ona nifrət edir.
Oxşar kitablar
Qara pişik
Edqar Allan Po
Cild : Yumşaq
Dəniz canavarı
Cek London
Cild : Yumşaq
Romeo və Cülyetta
Uilyam Şekspir
Cild : Yumşaq
Qulaq Arxipelaqı 1918 -1956 l cild (1 ci və 2-ci hissələr)
Aleksandr Soljenitsın
Cild : Yumşaq
Mayaka doğru
Virciniya Vulf
Cild : Yumşaq
Böyük ümidlər
Çarlz Dikkens
Cild : Yumşaq
Uşaqlıq
Lev Tolstoy
Cild : Yumşaq
Sirli ada
Jül Vern
Cild : Yumşaq
Ölü evdən qeydlər
Fyodor Dostoyevski
Cild : Yumşaq
Paris Notr-Dam kilsəsi
Viktor Hüqo
Cild : Yumşaq
Gün var əsrə bərabər
Çingiz Aytmatov
Cild : Yumşaq
Oliver Tvistin macəraları
Çarlz Dikkens
Cild : Yumşaq
Stokda yoxdur
Kapitan Qrantın uşaqları
Jül Vern
Cild : Yumşaq
Doktor Jivaqo
Boris Pasternak
Cild : Yumşaq
Hərb və Sülh (2 ci cild)
Lev Tolstoy
Cild : Yumşaq
Lautenzak qardaşları
Lion Feyxtvanger
Cild : Yumşaq
İdiot
Fyodor Dostoyevski
Cild : Yumşaq
Solomon nəğməsi
Toni Morrison
Cild : Yumşaq
Kotlovan
Andrey Platonov
Cild : Yumşaq
Ceyn Eyr
Şarlotta Bronte
Cild : Yumşaq
Çovdarlıqda uçurumdan qoruyan
Cerom Devid Selincer
Cild : Yumşaq
IX Karlın hakimiyyət tarixçəsi
Prosper Merime
Cild : Yumşaq
Tufanlı Yoxuşlar
Emili Bronte
Cild : Yumşaq
Ovod
Etel Lilian Voyniç
Cild : Yumşaq
Stokda yoxdur
Rəylər
Fatma Əliyeva 8 April 2021
Bu kitabin Azerbaycan dilinde pdf mene lazimdir xahis edirem komeklik gosteresiniz [email protected]
Anna Karenina 23 March 2020
“Anna Karenina” romanının müxtəlif qiymətləndirmələrini analiz edərkən belə nəticəyə gəlmək olar ki, L.N.Tolstoyun müasirləri əsərin əsl mənasını anlamağa müvəffəq olmamışlar. Belə görünür ki, buna səbəb Konstantin Levin obrazının ideya-kompozisiya rolu, iki süjet xəttinin – Anna və Levinin romanın bədii strukturunda qarşılıqlı əlaqəsi anlaşılmamışdır. Başqa sözlə – romanın bədii vahidliyini mühafizə edən L.N.Tolstoyun təbirincə desək, müasirləri həmin “daxildəki kilid”i görə bilməmişlər. Qarşınızdakı məqalədə “Anna Karenina” romanına L.N.Tolstoyun müasirlərinin yanaşma tərzi nəzərdən keçirilir. Anna Karenina” əsəri 1873-1877-ci illər aralığında ərsəyə gəlib, bu zaman yazıçı artıq cəmiyyətin yüksək qatlarında həyatın mənasızlığını dərk etmişdi və öz sinfi ilə münasibətlərinin sona yetməsi astanasında idi. Tolstoyun “müasir Rusiyanı və ya ən azından müasir cəmiyyəti təsvir etməyə çalışdığı. ” “Anna Karenina” “müasir həyatı canlandıran romandır”. Roman 1875-ci ildə “Russkiy vestnik” jurnalında M.N.Katkovun redaksiyası altında dərc edilmiş, dərhal çoxsaylı oxucu rəylərini qazanmışdır. Şərhlərin bir qismində oxucular əsərə heyranlığını gizlətmir, qəhrəmanların psixologiyasına dərin nüfuz edilir, situasiyaların və personajların həyatiliyi qeyd olunur, digərlərində romandan narazılıq ifadə edilir, hətta Tolstoy ideyasının qavramamazlıqdan irəli gəldiyini sübut edən mənfi qiymətləndirmələr də dilə gətirilirdi. N.N.Straxov L.N.Tolstoya 1876-cı il 8 aprel tarixli məktubunda etiraf edirdi: “Mən “Anna Karenina”nın yaratdığı heyranlıq və qəzəbə ədəbiyyatda rast gəlməmişəm. Şərhlərin sayı-hesabı yoxdur”. Növbəti ildə “Anna Karenina”nın altıncı hissəsinin dərcindən sonra Tolstoya ünvanlanan məktubda isə tənqidçi yazır: “Sizin roman hər kəsə maraqlıdır və həvəslə oxunur. Uğurunuz möhtəşəmdir. Bu cür ancaq Puşkinlə Qoqol (əsərlərinin hər səhifəsinə hücum edilərək) oxunub”. İlk heyranlıqların ardınca mənfi qiymətləndirmələr də başladı. Roman hələ tam dərc olunmamış ilk oxunuşu zamanı İ.S.Turgenevi, F.M.Dostoyevskini, V.V.Stasovu, M.E.Saltıkov-Şedrini həvəsdən saldı. Turgenev 1875-ci ildə yazırdı: “bu, hələ ki, süni və cılız, hətta (deməyə də çəkinirəm!) darıxdırıcıdı”. Saltıkov-Şedrin romanı “ancaq cinsi meyllər” üzərində qurulmuş əsər olaraq qiymətləndirirdi”. Məşhur ictimai xadim və ədəbiyyat tənqidçisi P.N.Tkaçov da iddia edirdi ki, Tolstoyu cinsi münasibətlərdən başqa heç nə maraqlandırmır. Digər tənqidçi A.M.Skabiçevski “Anna Karenina”nın ilk hissələrini “uşaq bələyinin idilliyası”, “qədim fransız romanları ruhunda melodramatik cəfəngiyat” adlandırırdı. Əslində cəmiyyət “Anna Karenina”nı qavrayarkən iki düşərgəyə ayrılırdı: demokratlar romanı müzakirə edirdi, liberallar isə əksinə, onu yüksək qiymətləndirirdi. Amma hər iki tərəf siyasi meyllərin təsiri altında romanın məğzini tez-tez təhrif edirdilər. “Anna Karenina” haqqında ilk məqalələrdən birini ədəbiyyatçı və tənqidçi, əsərin cəmi iki hissəsini oxuyaraq Tolstoyun məqsədini tamamilə anlamadan yazıçını aristokrat cəmiyyətin müğənnisi adlandıran V.Q.Avseenko yazmışdır. O, həm də romanda “ahəng” çatışmazlığını qeyd edirdi. “Anna Karenina”da bədii “ahəng”in yoxluğu ideyası Tolstoyun bir çox tənqidçiləri tərəfindən hallanmışdır. P.N.Tkaçov 1878-ci ildə yazdığı “Salon incəsənəti” məqaləsində hətta “Anna Karenina”nın roman adlandırılmasına etiraz edir: “Bu, insan əməllərinin protokolunun toplusu, fotoşəkillərin kolleksiyasıdır. Bu kolleksiya görünür, tamamilə təsadüfən, hansısa plansız, xüsusi ideya olmadan tərtib edilmişdir. Fotoqraf heç nədən iyrənmirdi, onların necə göründüyü vecinə də deyildi”. “Anna Karenina”nın 7 hissəsinin dərci (8-ci hissə M.N.Katkovun müəlliflə ideya ziddiyyətləri nəticəsində jurnalında dərc edilməmişdir) bir çox yazıçı və tənqidçidə Tolstoyun romanı haqqında ilkin səthi və ədalətsiz yanaşmanı dəyişmələrinə səbəb olmuş, bu da yeni şərhlərin yaranmasına gətirib çıxarmışdır. F.M.Dostoyevski “Yazıçının gündəliyi”ndə yazırdı: “Anna Karenina” müasir dövr Avropa ədəbiyyatında müqayisə edilməyəcək qədər mükəmməl bədii əsərdir”. Yazıçını romandakı mənəvi problem cəlb etmişdir. İ.A.Qonçarov Tolstoyun ustalığını xalqın müxtəlif təbəqələrinin təsvirində qeyd edir: “O, (Tolstoy – İ.B) ovçunun tor qurduğu kimi – yüksək və ən aşağı təbəqədən olan insan kütləsini nəhəng çərçivəyə salır, həmin çərçivəyə düşən heç kəs onun nəzərindən, analiz və təsvir fırçasından qaça bilmir”. Lakin yuxarıda qeyd etdiyimiz fikirləri oxuduqda romanın tam nəşrindən sonra oxucular tərəfindən qeyd-şərtsiz qəbul olunduğu qənaətinə gəlinməməlidir. Fransız yazıçısı və ədəbiyyat tarixçisi, “Rus romanı” (1886) kitabının müəllifi Ejen Melkyor de M.Voqyu “Anna Karenina”da müxtəlif çatışmayan cəhətləri qeyd etmişdir: simmetriyanın pozulması, uzun-uzadı dəqiq təsvirlər (bu sıraya o, misal olaraq ovçuluq və cıdır haqqındakı fəsilləri aid etmişdir). Romana Rusiyanın inkişaf yolları və ərazisi haqqında düşüncələrin daxil olma səbəbini anlamayan müəllif əsəri sadəcə növbəti ailə dramı olaraq görür. Bundan başqa, Voqyu üçün “Anna Karenina”nın fransız tənqidçisinin romanda “lüzumsuz” hesab etdiyi (Rusiyanın ərazisi və inkişaf yolları haqqında) hissələr barədə düşüncələrinin əlaqədar olduğu Levin obrazının ideya-kompozisiya qeydi olmadan təyin edilməsi mümkün olmayan janr spesifikası da anlaşılmaz olaraq qalır. Eyni zamanda (1887-ci ildə) ingilis şairi və tənqidçi Metyu Arnold “Qraf Lev Tolstoy” məqaləsində “Anna Karenina”nı birbaşa olaraq “ənənəvi ailə dramının çərçivə və sxemlərini sındıran” əsər olaraq xarakterizə etmişdir. Oxucular zamanla “Anna Karenina”nın bədii mənasını dərk etməyə başlayırdı. Gördüyümüz kimi romanda əsas qəhrəman, Anna Kareninanın parlaq obrazına ilk əvvəl kölgə salan Konstantin Levin obrazı dərhal anlaşılmamışdır. Sonralar isə nəhayət ki, Levin obrazının vacibliyini dərk edən müasirlər ona müxtəlif formalarda şərh verirdilər. Oxucunun nəzərində Konstantin Levinin avtobioqrafik obrazı isə dərhal formalaşdı. Mülkədar olmasına baxmayaraq xalqla bərabər alaq edən, ot biçən Levini müasirləri müəllifin özü ilə uzlaşdırırdılar. Tolstoyun yaxınları, tanışları və ailəsi qəhrəmanın soyadının yazıçının adı ilə eyniköklü “Lev” sözündən götürüldüyünü anlamışdılar. Təkcə davranış və sözlərin eyniyyətini deyil, Levinin və müəllifin özünün həm də mənəvi əzablarını tənqidçi N.K.Mixaylovski də qeyd edirdi: “Konstantin Levinin sevgi hekayəsi vasitəsilə qraf Tolstoy bizə nə zamansa sarsıntı keçirdiyi və artıq rahatlığa qovuşduğu həyat dramının təsvirlərini ötürmüşdür”. F.M.Dostoyevski Levinin avtobioqrafik obrazı haqqında 1877-ci ili əhatə edən “Yazıçının gündəliyi”ndə bircə düzəlişlə yazmışdır: “Bir çoxları iddia edir və hətta mən də aydın görürəm ki, Levinin üzündə müəllif bir çox hallarda öz qənaət və düşüncələrini ifadə edir, onları Levinin dilindən, hətta bəzən bədiiliyi qurban verərək az qala məcburən dilə gətirir, amma Levinin surətini müəllifin təsvir etdiyi kimi müəllifin öz üzü ilə qarışdırmıram”. Əcnəbi oxucunu Levin obrazındakı mənəvi təmizlik, adət edilmiş siniflərdən qəfil uzaqlaşma, daxilində harmoniya yaratmaq hədəfi cəlb edir. Məsələn, “Tolstoyun həyatı” kitabının müəllifi (1911) Romen Rollan Levinin mənəvi axtarışlarında avtobioqrafik izləri qeyd edərək güman edirdi ki, məhz qəhrəmanın bütün sosial şərtləri rədd edən və mujik həqiqətinə müraciət edən mənəvi axtarışları romanın əsas marağını təşkil edir. Lakin Levin obrazı heç də hər kəs tərəfindən eyni cür qəbul edilmədi. İlahiyyatçı, filosof və yazıçı K.N.Leontyevə görə isə Levin obrazının – onun nöqteyi-nəzərincə mujikə səcdə etməsi “həddi aşmaq”dır, bu səbəbdən də o, Tolstoyu məzəmmət edirdi. Leontyev “Rusiyaya Tolstoydan daha gərəkli və qiymətli” şəxsiyyət olaraq Levini deyil, Aleksey Vronskini görürdü. V.P.Meşerski də məhz bu barədə yazır, əsas qəhrəman qismində Vronskini qeyd edir və məhz onun “doğma diyarda qiyam yarada” biləcəyini iddia edirdi. Aydın olur ki, Levin obrazının məramını dəqiqləşdirmədən romanın mənasını anlamaq qeyri-mümkündür. “Qrajdanin” qəzetində anonim tənqidçi yazırdı: “biz öz təsərrüfatının səmərəli qurulmasına sadiq olan və xalqı səmimi qəlbdən sevən mülkədar Levinin tipik şəxsiyyətini sükutla qarşılaya bilmərik. ”. “Mülkədar Levinin şəxsiyyəti – tənqdiçi davam edir – romanda olduqca əhatəli sərgilənir və ümumiyyətlə qeyd etmək gərəkdir ki, qraf Tolstoyun yeni əsərindəki bu hissə Anna Karenina ilə Vronski arasındakı intriqadan heç də az maraq kəsb etmir”. “Anna Karenina”nın mənasını digər müasirlərdən daha çox N.N.Straxov qavramağa nail olmuşdur. “Anna Karenina”da “zehni narazılıq dövrü”nün təsvirindən danışarkən o, “müəllifin simpatiya bəslədiyi” Levini “həmin narazılığın ən yaxşı nümayəndəsi” adlandırırdı – Straxov Levinin romanda əhəmiyyətini və onun bədii strukturunda süjet xəttinin vacibliyini qeyd edir. Levin obrazının romanda vacibliyinin dərk edilməsi ilə bərabər həm də müasir tənqiddə Levinin süjet xəttinin Anna Kareninanın süjet xətti ilə harmonik uyğunlaşmaması düşüncəsi öz yerini möhkəm qoruyub saxlamağa müvəffəq olmuşdur. Bundan başqa, bəzi tənqidçilər, məsələn V.Çuyko (“Qolos” qəzeti, 1875) “Levin”in fəsillərini “romanın marağına xələl gətirən yalnışlıq” kimi dəyərləndirirdi. Hətta Straxov da onların süst və zəif olduğunu qeyd edirdi. “Konstantin Levinin hekayəsi – Anna Kareninanın hekayəsinə zorla əlavə edilmişdir” deyə N.K.Mixaylovski iddia edirdi. Hətta romanın bədii strukturunda Levin obrazının mühümlüyü etiraf edildikdə belə romanda iki süjet xəttinin öz aralarında necə əlaqələnməsi tənqidçilər üçün tam aydın olmadı. Buna sübut olaraq məşhur pedaqoq, professor S.A.Raçinskinin 1878-ci ildə Tolstoya yazdığı “romanın yaranmasında köklü çatışmazlıqlar” haqqında məktubunu misal göstərə bilərik: “Burada memarlıq yoxdur. Burada (romanda-İ.B.) möhtəşəm, bir-biri ilə əlaqəsi olmayan iki mövzu yanaşı inkişaf edir”. Həmin məktuba L.N.Tolstoy bu cür cavablandırmışdır: “Sizin “Anna Karenina” haqqındakı müddəalarınız mənə yanlış təsiri bağışlayır. Mən əksinə memarlıqla fəxr edirəm – ixtisarlar elə aparılıb ki, qıfılın harada olduğunu görmək mümkün deyil. Mənim çalışdığım da bu idi. İnşaatın əlaqəsi şəxslərin fabulasında və şəxslərin münasibətlərində axtarılmamalıdır. İnanın, bu, qınaqları qəbul etməmək məsələsi deyil – əslində, siz onu düzgün yerdə axtarmırsız və ya biz əlaqəni müxtəlif cür başa düşürük, mənim əlaqə qismində anladığımı isə – bu işi mənim üçün əhəmiyyətli edən əlaqə orada var – yaxşı baxsaz, tapacaqsız”. Beləliklə, “Tolstoyun romana iki baş qəhrəmanla əlaqələndirilmiş iki süjet xətti salmasının səbəbi nədir, onları birləşdirən “qıfıl” haradadır, romanın “inşasının” “daxili əlaqəsi” nəyə əsaslanır, Levin obrazının ideya-kompozisiya əhəmiyyəti nədir” – bütün bunlar gələcəkdə düşünməli olduğumuz məsələlərin bir qismidir.
Rəy yaz
Ünvan: Bakı, Tbilisi prospekti, 76
Abunə olmaqla hər həftə kitablardan və kitab dünyasında baş verən yeniliklərdən xəbərdar ola bilərsiniz.
Lev Tolstoy – Anna Karenina ( Aygün Ələkbərova )
Anna Karenina hər kəsin qibtə etdiyi bir qadındır. Yüksək vəzifədə çalışan həyat yoldaşına, gözəl bir övlada ,kənardan baxıldığında xoşbəxt bir ailəyə sahibdir.Lakin ruhunda gələcəkdəki faciəsinə başlangıc verəcək boşluqların fərqində deyildir.Zəngin,parıltılı,dəbdəbəli,monoton və məhəbbətsiz heyatı Qraf Vronski ile qarşılaşacagı ana qədər ideal sayıla biləcək qədər qane edicidir. Moskva səfərində heyatının alt-üst olacağı dəmiryol stansiyasındakı gözlənilməyən o görüş Annanın həyatının dönüm nöqtəsinə çevrilir.Zəngin və yaraşıqlı hərbçi Vronski o gündən sonra Annanı rahat buraxmır,onunla birlikdə Peterburqa qayıdır.Özüylə və qəlbiylə böyük mübarizələr aparan Anna ən sonda məhəbbətə təslim olur.Və bundan sonra qəhrəmanımız məhəbbət və ailə məvfumlarının arasında çırpınmağa davam edir.
Peterburq kübar cəmiyyətinin böyüyən dedi-qodularına önəm verməyən Aleksey Andreyoviç cıdır yarışında onun hisslərine şahid olur. Annanın qəlbindəki məhəbbət ona rahatlıq vermir və hər şeyi etiraf edir.Aleksey Andreyoviç ondan daha diqqətli olmasını xahiş edir,alicənablıq göstərək onu əfv edir.Hətta bətnindəki körpəni belə qəbul edəcəyini bəyan edir.Amma Anna nə qədər özüylə mübarizə aparsa da yenə məhəbbətə məğlub olur.Vronskiyle birgə İtaliyaya gedir.Uzun müddətden sonra Peterburqa qayıdan Anna qardaşı Stephan Arkadiçin vasitəsi ilə həyat yoldaşını boşanmaga razı salmağa çalışsa da,Aleksey qərarını dəyişmir.Kübar cəmiyyətinin dedi-qoduları,Annanı xor görməsi,onu əxlaqsızlıqla ittiham etməsi onu hər addımda kölgə kimi izləyir. Vronskinin azalan məhəbbəti ,hər gün böyüyən diqqətsizliyi,soyuqluğu və başqa bir qadınla evlənəcəyi dedi-qodusu Annanın həyatını cəhənnəm əzabına dönderir.Qısqanclıq,özünə nifrət,xəcalət, peşmançılıq – bu hisslərin burulğanında boğulan Anna sonda bir qərar verməli olduğunu anlayır.Həyat yoldaşına qayıdıb ondan əfv diləməkmi? Vronski il yenidən təmiz bir səhife açmaq üçün Peterburqu tərk etməkmi? Yoxsa…. Bunu yalnızca əsəri oxudugunuz zaman biləcəksiniz. Tolstoyun bir çox hekayələri ilə tanış olsam da bu oxudugum ilk iri həcmli əsəri oldu. Realist rus ədəbiyyatının görkəmli nümayəndələrindən olan Tolstoy 1873-1877 illərde bu əsəri qələmə almışdır.Henri Troyatın Tolstoy bioqrafiyası adlı kitabında bele deyilir.”O bir il bundan əvvəl olmuş,onu dərindən təsirləndirən bir hadisəni xatırladı. Qonşusu və eyni zamanda dostu olan Bibikov Anna Stephanova Pirigova adlı uzunboylu,genişüzlü,gözəl və cazibədar bir qadınla yaşayırdı. Bu qadın onun qeyri-rəsmi xanımı idi. Bibikov onu vecinə almır,hətta başqa bir qadınla evlilik planları qururdu.Onun bu xəyanetini öyrənən Anna….” Bu məlumatın davamını paylaşsam kitabın sonunu demiş olaram.Göründüyü kimi Anna real həyatdan götürülmüş qəhrəmandır vəTolstoy bu qehrəmanı ən en incə detalına qədər elə realistcə işləyib ki,günümüzdə də bu cür hadisələrlə qarşılaşdığımızda Annanı onlardan fərqləndirmək çətindir. Vladimir Nabokov deyir:” Bir çox insan Tolstoya qarşı qarmaşıq duygular bəsləyir.Bəziləri ondakı sənətkara böyük sevgi göstərəkən,bəziləri ondakı məsləhətçi,doğruyu göstərən,ibrətamiz nəticələrə işarə edən mühazirəçi Tolstoydan sıxılırlar.Lakin Tolstoyun bu yönünü sənətkar yönündən ayırmaq olduqca çətindir.Onun istər təsviri,istər məsləhət verməsi onun həqiqətə çatmaq arzusundan qaynaqlanır.O Anna Kareninanın yazıçısı olaraq heqiqətə çatmağın yolunu bir yolunu tapar,məsləhətçi olaraq da,başqa bir yolunu” Doğrudan da Tolstoyun əsas ideyası həmişə düz yola gətirmək,doğru olanı göstərməkdir.Annanın içinə düşdüyü fırtınanı,onun duyğularını,verdiyi qurbanları,həyatını necə məhv etməsini ,sonda nə qazanmasını açıq şəkildə oxucunun ixtiyarına buraxır.Hər oxucunun birdən çox nəticələr çıxaracagı bu əsər rus ədəbiyyatının ən dəyərli incilərindən və Tolstoy yaradıcılığının şah əsəri hesab edilir. “Bütün xoşbəxt ailələr bir-birinə bənzəyər.. Bədbəxt ailələrin isə hərəsinin özünə xas bir bədbəxtliyi vardır..” Təkcə kitabın bu ilk cümləsi ailə psixologiyası sahəsində bir çox araştırmalarda istifdə edilmişdir. Javed Dioamond “Tüfəng,Mikrob və Dəmir” kitabında bu əsərin çatdırmaq istədiyi əsas ideyasından bəhs edilir. Pr.Dok.Ferruh Uztugun ,, “Reklamcılıkda Anna Karenina” adlı bir kitabı da var. Kitabın ikinci önəmli obrazlarından biri də Konstantin Levindir. O,kənd təssərüffatı ilə məşğuldur və Kitiyi sevməkdədir.İlk başda rədd cavabı alan Levin sonda öz arzusuna çatır və Kitiylə birgə müqəddəs ,sağlam təməllərə söykənən gözəl bir yuva qurur.Sanki Tolstoy bu iki cütlüyü oxucuya müqayisə edə bilmək üçün teqdim edir. Levini kənd təssərüffatında işləyən kəndlilərin vəziyyəti kədərləndirir,daha yaxşı şəraitdə,daha yaxşı nəticələr əldə etmek üçün yollar axtarır.Bu haqda kitab yazmağa çalışır,kəndlilərin həyatını yaxşılaşdırmaq üçün əlindən gələni edir.Bundan başqa Tanrıya olan inamı olmadıgı üçün daima daxilində bir çox suallara cavab tapmağa çalışır.Qardaşı Nikolayın onun gözləri qarşısında ölməsindən sonra Levin ilk dəfə ölümü canlı şəkildə görür.Bundan sonra “həqiqətini tapmaq” yolunda irəlileyir.Kəndlilərdən biri ilə söhbət zamanı bir tək söz onun bütün suallarına cavab olur və ən sonda Tanrının varlığına inanır. Levin Tolstoyun prototipidir.Tolstoyun da qardaşının adı Nikolay olmuşdur ve o da Tolstoyun gözləri önünde həyata gözlerini yummuşdur.Tolstoyun həyatı haqqında bilmək istəyənlər bu əsəri oxumaqla qismən də olsa buna nail ola bilərlər.
ƏSƏRƏ ÇƏKILMIŞ FİLM HAQQINDA
Oxuduğum kitabların filmlərini (əgər varsa) izləmək artıq məndə vərdiş halına gəlib son zamanlarda. Demək olar ki,yalnızca kitablara çəkilmiş filmləri izləyirəm. 2012 -ci ildə Joe Wrightin rejissorluq etdiyi, baş rollarını Kaice Knightley,Jude Law,Aaron Taylor Johnson,Domhnall Gleesonun paylaşdıgı film əsəri yetəri qədər əks etdirməsə də, məncə, kifayət qədər uğurlu alınıb.Sujet xətti bir az teatr səhnəsini xatırlatsa da,filmin təsvirinə heyran olmamaq mümkün deyil.Tolstoyun təsvirlərinin canlılığını filmdə yetərincə hiss etmək olur. 19-cu əsrin kənd həyatı,təssərüffatda işləyən işçilər,ov səhnələri, dəmiryol stansiyası,kübar cəmiyyət və onların dəbdəbəsi,parıltılı və iddialı geyimlər,rəqslər,musiqilər,məkanlar, tamaşalar hekayəni çox gözəl tamamlayır və əsla göz yormur.Aktyorların qısa və anlamlı dialoqları tamaşaçını filmdən bir an olsun ayrılmaga qoymur. Filmdə Annanın əsaləti,gözəlliyi,cazibəsi,kəskin baxışları,məğrur göz yaşları,Vronskinin vecsizliyi,özünəvurğunlugu,Aleksey Andreyoviçin son dərəcə sakit,rahat,alicənab davranışları ugurlu şəkilde canlandırılmışdır.Kitabını oxumayanlar filmdən çox da böyük həzz ala bilməzlər.Lakin əgər oxumusunuzsa mütləq baxın deyirəm.
ƏSƏR HAQQINDA FİKİRLƏRİM
Bu günə kimi özümə təlqin etdiyim ən böyük dəyərlərdən biri insanları qınamamaqdır.Hər nə olursa olsun insanları ittiham etmək haqqına sahib deyilik məncə.. Annanı qınamadım,ona bir an belə əxlaqsız qadın gözüyle baxmadım.Çünki o,əeyat yoldaşını gerçəkləri söyləməkdən heç vaxt boyun qaçırmadı. Özünə rəva bildiyi bu günaha görə acıdım ona.O,sadəcə müqəddəs bildiyimiz məhəbbətinin arxasıyca getdi. Əksinə onun cəsarətini,qorxmazlığını alqışladım. Məncə, hər qadının cəsarət edə biləcəyi bir şey deyil. Bəşər yaranandan bu yana qadınlara göstərilən ikilistandartlar həmişə qadınları əzməyə meyilli olmuşdur. Əgər həmin cəmiyyet boşanan bir qadını insanlardan təcrid etməkden əl çəksəydi,yenidən ailə qurmaq məqbul sayılsaydı,bəlkə də Annanın taleyi belə olmazdı. Onu bu sonluga ” kübar” adlandırılan cəmiyyət sürüklədi.O,məhəbbətsiz aile qurmuşdu və bunun nəticəsini ən ağır şəkildə ödədi. Bir ananın övladından vaz keçib rahat şəkildə yaşaya biləcəyinə inanana bilmirəm.Anna da oğlunun yoxlugunda qızına isinişə bilmirdi,bəlkə də onunla doğmalaşmağı ogluna xəyanət olaraq görürdü.O, Vronskini həqiqətən sevirdi və bu sevgi uğrunda hər şeyini qurban vermeye hazır idi.Lakin Vronskinin sevgisi eyni dərəcədə şiddətli deyildi. Yaranan dedi-qodulara görə Annadan utanan “müddətli aşiq” onu ilk fürsətdə aldatmağa hazır idi.Özünü tapança ilə vurduğu səhnədə ona inanmış,Alekseyin Annanı əfv edib ona get dediyi dialoqda,hətta onunla birlikdə mən də ağlamışdım.Ancaq sondakı davranışları onun gerçək üzünü göstərmiş oldu. İtaliyaya və kəndə getdikləri vaxtlarda bir çox şeylərlə məşgul olub, özlərini aldatmaga çalışmış,heç vaxt həqiqətən xoşbəxt ola bilməmişdilər. Çünki bu məhəbbətin təməlinde günah yuva qurmuşdu. Əsərdə qismən bəyəndiyim obraz Aleksey oldu. Onun alicənablığı,,inancı,,Annaya göstərdiyi mərhəmət , ona verdiyi dəyər, son dərəcə mədəni şəkide ona xəbərdarlıq etməsi,bu söhbeti etməzdən əvvəlki özüylə mübarizəsi,tərəddütləri,qısqanclıq haqqındakı fikirləri çox xoşuma gəldi. “Mən bir üzüme vuranlara o biri üzümü de çevirmek istəyirəm,kaftanı əynimdən çıxaranlara köynəyimi de vermek isteyirəm və Allahıma yalnız ona görə yalvarıram ki,əfv etmək xoşbəxtliyini mənim əlimdən almasın! – Onun gözləri yaşla dolmuşdu və bu gözlərin işıqlı,sakit baxışları Vronskini heyrətə saldı, -Mənim vəziyyətim budur. Siz məni çirkaba atıb tapdalaya bilərsiniz,məni cəmiyyet içərisinde rüsvay edə bilərsiniz,lakin mən Annanı tərk etməyəcəm” sözləri onun fədakarlığının sübutudur.Annanın Vronskidən olan qızına qayğısı,ona ata kimi sahib çıxması,adını verməsi,öz oğlu ilə birlikdə böyütməsi məni çox təsirləndirdi. Bütün bu bəhs etdiyim hadisələri,obrazları Tolstoy ən dərin psixoloji məqamlara qədər ustalıqla qələmə almışdır.Siz buradakı bütün qəhrəmanların hiss və duyğularına şahı olacaq,onların düşüncə tərzlərinə, dünyagörüşlərinə,inanclarına yaxından bələd olacaq və doğru müşahidə aparıb,düzgün nəticeler əldə edə biləcəksiniz.Bu kitab bize aile,əxlaq,məhəbbət,qadın-kişi münasibətləri,insanların cəmiyyətdəki rolu,nüfuzu və cəmiyyət qanunlarından kənara çıxıldığı təqdirde qarşılaşacagımız münasibetləri anladır,eyni zamanda kübar cəmiyyətini kəskin şəkildə tənqid edir. Yazımı Annanın bu sözləri ilə bitirmək istəyir’m : “Baxmağa bir şey qalmamışdırsa, her şeyə baxmaq insanı iyrəndirirsə şamı söndürmək lazımdır” P.S Kitabı oxuma səbəblərimin arasında Milan Kunderanın Varlığın Dözülmez yüngüllüyü romanında Tomaşın Tersaya gətirdiyi itin adının Karenina olması idi. O kitabda da bu əsər haqqında az da olsa danışılır.
Anna karenina azərbaycan dilində
Muallif: Lev Tolstoy
Hajmi: 38,6 Mb
Fayl tipi: pdf, zip
Saqlab olish
Saytimiz rivojiga hissa
Uzcard: 8600 5504 8563 9786
© 2004-2020 – Ziyo istagan qalblar uchun! Saytda taqdim etilgan elektron manbalardan faqatgina shaxsiy mutolaa maqsadida foydalanish mumkin. Tijoriy maqsadlarda foydalanish (sotish, chop etish, ko‘paytirish, tarqatish) qonunan taqiqlanadi. Saytdan materiallar olib chop etilganda manzilimiz koʻrsatilishi shart.
- Bosh sahifa
- Portal haqida
- Portal tarixi
- Sayt xaritasi
- Muallif haqida
- Tafakkur gulshani
- Mumtoz faylasuflar hikmati
- Ibratli hikoyatlar
- Jahon xalqlari maqollari
- Jadid matbuoti
- Sovet davri matbuoti
- Qayta qurish davri matbuoti
- Mustaqillik matbuoti
- Hozirgi davr matbuoti
- Tarix
- O‘zbekiston hukmdorlari
- Temuriy malikalar
- Yurt bo‘ynidagi qilich.
- Qomusiy olimlar, sarkardalar
- Reytinglar
- O‘zbek xalq og‘zaki ijodi
- O‘zbek xalq maqollari
- O‘zbek xalq ertaklari
- O‘zbek xalq topishmoqlari
- O‘zbek mumtoz adabiyoti
- Zamonaviy o‘zbek she’riyati
- Muxlislar ijodidan
- Barcha kitoblar
- Ziyouz jurnalxonasi
- Ziyouz audiokutubxonasi
- Mobil kutubxona
- Maktab darsliklari
- Oliy va OMTM darsliklari
- Durdona to‘plamlar
- Android uchun kitoblar
- Videogalereya
- Узбекская библиотека
- Islomiy sahifamiz
- Forum
- Kross-shou
- Foydali sahifalar
- Saytdan qidirsh
- Ziyouz viktorinasi arxivi
Comments are closed, but trackbacks and pingbacks are open.