Press "Enter" to skip to content

Klassik antiklik: dövrlər və onların xüsusiyyətləri

Ellin dünyası ilə Albaniyanın əlaqələri haqqında Mingəçevir və Şamaxıdan tapılmış möhürlər xəbər verir.Albaniya ərazisində tapılmış Suriya mənşəli şüşə muncuqlar da Albaniyanın Yaxın Şərq ilə ticarət münasibətləri haqqında məlumat verir. Dövlətin yaranması, şəhər mədəniyyətinin təşəkkülü beynəlxalq əlaqələrin genişlənməsinə zəmin yaradırdı. Beləliklə, Atropatenada olduğu kimi, Albaniyada da bu dövrdə şəhər mədəniy­yəti, sinfi cəmiyyət inkişaf edirdi, yerli əhalinin qədim Şərq ölkələri, antik dünya ilə siyasi, iqtisadi, mədəni, ticarət əlaqələri genişlənirdi.

AZƏRBAYCAN ƏHALİSİNİN ANTİK DÖVRDƏ MƏŞĞULİYYƏTİ

Azərbaycanın ərazisi əlverişli coğrafi mövqeyə və təbii zənginliklərə malik olduğundan, burada qədim cəmiyyətin təşəkkül tapıb inkişaf etməsi üçün real imkanlar mövcud olmuşdur. Cəmiyyətin inkişaf tarixinin öyrənilməsində ayrı-ayrı təsərrüfat sahələrinin arxeoloji material və yazılı məlumat əsasında təhlili başlıca məsələlərdən biridir. Arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş maddi mədəniyyət qalıqları Azərbaycan əhalisinin təsərrüfat və ticarət həyatını öyrənmək üçün müəyyən qədər imkan yaradır. Azərbaycanın qədim dövlətlərindən olan Albaniyanın e.ə.IVəsr — e.III əsrlərində ticarət münasibətlərinə dair materialların azlığına baxmayaraq, antik müəlliflərin məlumatları, müxtəlif sikkə nümunələri, Cənubi Qafqaz və dünya tranzit ticarətində mühüm rol oynayan Xəzər dənizi və Kür çayı kimi su yollarının olması onun bir çox ölkələrlə əlaqələrini aydınlaşdırmağa imkan yaradır. Ticarət antik dövr Albaniya şəhərlərinin iqtisadi həyatında böyük rol oynayırdı [2, s.152]. Ticarət istehsalı ilə əlaqədar olan əkinçiliyin və sənətkarlığın inkişafı öz növbəsində ticarətin inkişafına şərait yaradırdı.

Albanların təsərrüfatında əkinçilik, maldarlıq və sənətkarlıq əsas yer tutmuşdur. Bunlarla əlaqədar olaraq, yardımçı təsərrüfat sahələri — bağçılıq, bostançılıq, balıqçılıq da mövcud olmuşdur [ 6,s. 102]. Antik müəlliflərin məlumatları kənd təsərrüfatının kifayət qədər dəqiq mənzərəsini verir [1,s. 80].

Azərbaycanın təbii-coğrafi mühiti qədimdən əkinçilik təsərrüfatının inkişafı üçün imkan yaratmışdı.Tədqiq edilən ərazidən aşkar olunmuş müxtəlif əmək alətləri, təsərrüfat küpləri və quyuları, taxıl qalıqları və s. Albaniyada əkinçilik təsərrüfatının inkişafı haqqında aydın təsəvvür yaradır. Y.İ.Krupnov “ Şimali Qafqazın qədim tarixi” adlı əsərində etnoqrafik dəlillərə və Strabonun Albaniyada xışdan istifadə haqqındakı məlumatına əsaslanaraq Qafqazda qədimdə kobud ağır xışdan istifadə edilməsi fikrini irəli sürür [3,s.313].

Əkinçiliyin Albaniyada başlıca təsərrüfat sahələrindən biri olmasını, Göyçay və Ağsu çayları hövzələrində aparılmış arxeoloji tədqiqatlar zamanı tapılmış müxtəlif əmək alətləri də təsdiq edir. Əldə edilmiş maddi mədəniyyət qalıqları içərisində müxtəlif ərzaq məhsullarının saxlanması ilə əlaqədar olan tapıntılar da maraqlıdır. Qalagah, Nüydi, Mollaisaqlı yaşayış yerlərindən və qəbir abidələrindən aşkar edilmiş iri küplər taxıl, un və bu kimi məhsulların saxlanması üçün əsas avadanlıq hesab edilir. Təsərrüfat küplərinə və torpaqda qazılmış təsərrüfat quyularına Albaniya yaşayış yerlərində çox təsadüf edilmişdir. Strabon qeyd edir ki, albanlar və iberlər “münbit torpağa malikdirlər və təsərrüfatı yaxşı inkişaf etdirə bilirlər”[ XI,2,19]. Biz Strabonda əkinçilik üçün yararsız ərazi haqqında da məlumata rast gəlirik. Məsələn, o, yazır ki, İberiyadan Albaniyaya gedən yol “Kambisenadan – suyu qıt olan dərə -təpəlik ərazidən keçir” [XI,4,5].

Azərbaycanda həm bərk, həm də yumşaq buğda növü əkilirdi. Bərk buğda dəninin və ununun Mingəçevirdə aşkar edilmiş qalıqları həmin vaxtlara aiddir [1,s.82]. Kənd təsərrüfatı məhsullarının emalında işlədilən alətlər taxıl istehsalının səviyyəsini göstərir. Əhali dən daşlarından geniş istifadə edirdi. Dən daşlarından əlavə əl dəyirmanları da aş­kar olunmuşdur. Qeyd etmək lazımdır ki, bostançılıq yardımçı təsərrüfat sahələrindən biri olmuşdur. Bağçılığın albanların təsərrüfatında xüsusi rol oynadığını göstərən yazılı mən­bələr arxeoloji tapıntılarla təsdiq edilir [6,s.106]. Strabon Albaniyanın üzümlüklərin­dən, habelə üzüm tənəklərinin bol üzüm gətirməsindən danışır. Məlum olduğu kimi, üzümdən müxtəlif məhsullar hazırlanması təsərrüfat həyatında böyük əhəmiyyətə malik idi.

Əhalinin iqtisadi həyatında maldarlıq nəzərə çarpacaq yer tuturdu. Yazılı qaynaq­larda Kaspi torpağında dəvələr olması haqqında da məlumatlar qalmışdır. Dəvələrdən digər ölkələrə mal daşımaq üçün istifadə olunurdu. Ticarət məqsədilə həyata keçirilən səyahətlərdə istifadə olunan minik və yük heyvanları maldarlıqda da xüsusi yer tuturdu. Bunlardan atı xüsusilə qeyd etmək lazımdır. Deməli, hərbi işlərdə geniş istifadə olunma­larından əlavə, Albaniyada dəvə və atlardan ticarətdə minik və yük daşımaq məqsədilə də istifadə olunurdu. Arxeoloji tapıntılardan və mənbələrin verdiyi məlumat­dan göründüyü kimi, Albaniyanın iqtisadi həyatında heyvandarlıq böyük əhəmiyyət kəsb edirdi.

Bir çox mənbələr qədim Azərbaycan əhalisinin balıqçılıqla da məşğul olduğunu göstərir. Təbii ki, balıqçılıq Xəzər dənizi, Kür və Araz kimi iri çayların yaxınlığında yaşayan tayfaların həyatında mühüm rol oynaya bilərdi. Buna baxmayaraq, dağ çaylarında olan farel balıqlarından, eləcə də ölkə daxilində mübadilə yolu ilə Kür və Araz çaylarında və Xəzər dənizində ovlanmış balıqlardan istifadə olunmuşdur. Yəqin ki, Albaniyanın digər ölkələrlə ticarət əlaqələrində balıq və balıq məhsulları özünəməxsus yer tuturmuş. Klavdi Elian yazır ki, Kaspi torpağında nəhəng bir göl var və bu göldə itiburun adlanan nəhəng balıqlar üzür. Kaspilər onları tutur, duzlayır və ya qurudurdular. Sonra isə dəvələrə yükləyib Ekbatanaya aparırlar. Bu məlumat həm Albaniyaya, həm də Atropatenaya aiddir.Yəni, həm ölkə daxili, həm də ölkəxarici ticarətdə balıqdan istifadə edirdilər. Bu balıqların piyindən məlhəm hazırlayırdılar. Bundan başqa, çox əlverişli olan yapışqan düzəldirdilər. Yəqin ki, ticarətdə bu yapışqandan istifadə olununrdu. Həm də xaricdən gətirilən fil dişindən əşyalar hazırlayan ustalar da bu yapışqandan işlədirdilər. Balıqlara vurmaq üçün lazım olan çoxlu duz Atropatena duz mədənlərindən gətirilirdi.

Albaniyanın iqtisadiyyatında əkinçilik və maldarlıqla bərabər, müxtəlif sənətkarlıq sahələri də başlıca yerlərdən birini tutmuşdur.Tədqiq olunan sahələrdən biri dulusçuluq­dur və metalişləməyə aid, qismən də şüşə istehsalı ilə əlaqədar olan sənətkarlıq haqqında bir qədər ətraflı məlumat əldə edilmişdir.Qalan sənət sahələri haqqında məhdud məlumat və material vardır.

Arxeoloji qazıntılar nıticəsində dulus kürələrinin və çoxlu gil qabların tapılması sübut edir ki, bölgədə saxsı məmulat istehsalı geniş yayılmışdır. Bu tip qablar Mollai­saqlı, Mingəçevir, Qəbələ və Nüydi abidələrindən külli miqdarda aşkar edilmişdi. Albaniyada dulusçuluqda mürəkkəb proseslər tətbiq olunmuş və o, ayrıca bir sənət sahəsi kimi kütləvi şəkil almışdır.

Metalişləmə Azərbaycanın qədim əhalisinin həyatında əhəmiyyətli rol oynayırdı. Mis filizi çıxarılan qədim mədən və şaxtaların mövcud olması, arxeoloji qazıntılar zamanı çoxlu metal məmulat tapılması göstərir ki, qədim əmək alətləri, silahlar və bəzək əşyaları yüksək sənətkarlıq səviyyəsində istehsal edilirdi. Qədim Azərbaycanda metal­döymə, metalda naxışaçma və qəliblərə metaltökmə geniş yayılmışdı. Tunc, gümüş və qızıl əşyalar qədim ustaların zərgərlik sənəti texnologiyasını ətraflı izləməyə imkan verir. Antik dövrdə sənətlərin digər növləri də inkişaf etmişdi. Albaniya yaşayış yerləri və qəbir abidələrindən tapılmış metal ziynət əşyaları albanların zərgərlik işləri ilə məşğul olmalarını öyrənməyə xeyli kömək edir. II əsr Roma tarixçisi Appian Qafqaz çaylarının çoxunda xırda dənəciklər şəklində qızıl olduğunu qeyd edir. Metalişləmə ilə bərabər Albaniyada müxtəlif qiymətli daşlardan bəzək əşyaları, habelə müəyyən şəxsi və ictimai məqsəd daşıyan möhürlər hazırlanmışdır.

Albaniyada şüşə məmulatı istehsalı kimi nisbətən incə və mürəkkəb sənət sahəsinin mövcud olması haqqında arxeoloji materialların təhlili mülahizələrə imkan verir. Qazıntılar zamanı gətirilmə şüşə qablarla yanaşı, yerli istehsal nümunələrinin də varlığı müəyyənləşdirilmişdir [6,s.114]. Şüşə qablar Albaniyaya həm ticarət əlaqələri vasitəsi ilə xaricdən gətirilmiş, həm də yerli sənətkarlar tərəfindən istehsal edilmişdir. Bəzi şüşə qabların ətraflı tədqiqi nəticəsində aydın olmuşdur ki, onlar yerli istehsalın məhsuludur [5,s.113-122]. Lakin şüşə qablar istehsalında yerli formaların tətbiqi ilə yanaşı Yaxın Şərq şüşə istehsalı elementlərinin də varlığı məlum olur. Albaniyada şüşə istehsalı yerli gil qab istehsalının bəzi xüsusiyyətlərinin tətbiqi vasitəsilə, eyni zamanda mədəni əlaqələr nəticəsində mənimsənilmiş forma və üsullarla da təkmilləşdirilmişdir [ 6,s.97]. Azərbaycan ərazisində şüşə məmulatı, o cümlədən məharətlə düzəldilmiş küplər, qədəh­lər, ətirqabılar və s.başlıca olaraq, küp, katakomba və taxta qəbirlərdə aşkar edilmişdir. Məişətdə şüşədən düzəldilən qab-qacaqdan istifadə edilirdi, dəfn mərasimində lazım olan ətirlər və ətirli yağlar da şüşə qablarda saxlanılırdı [1,s.99]. K.V. Treverin fikrincə, Albaniya ərazisində üzə çıxarılmış bəzi şüşə məmulatların yerli, yaxud Suriya, Kiçik Asiya vilayətlərindən gətirilmə olduğunu demək hələlik çətindir [9,s.81].

Məlum olduğu kimi, toxuculuq hələ ən qədim zamanlardan insanların həyatında müəyyən yer tutmuşdur. II-III əsrlərdə yaşamış Klavdi Elianın verdiyi məlumatdan Albaniyada istehsal olunan yunun xarici ölkələrdə satıldığı aydın olur. O yazır ki, burada dəvələr olduqca çoxdur və onlar yumşaq yunla örtülmüşdür. Onların yunu çox zərifdir, belə ki, öz yumşaqlığına görə, Milet yunundan geri qalmır. Toxuculuğun inkişafı bir sıra xırda peşələrin də meydana çıxmasını və onunla əlaqəli şəkildə inkişaf etməsini şərtləndirmişdi. Bunlardan biri boyaçılıqdır. İstehsal olunmuş parçanı, lifi, ipi, yaxud da paltarın özünü bir çox bitkilərin kök, gövdə, qabıq və çiçəyindən, habelə başqa material­lardan müxtəlif üsullarla alınan cürbəcür rənglə boyamışlar. Yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək mümkündür ki, Albaniya toxucuları müxtəlif xammalla təmin olunmuş­dular.Yerli boyalar olan- marena və koşenil haqqında da danışmağa əsas vardır [9,s.82] .

Arxeoloji tapıntılar gön və dəridən müxtəlif geyimlər tikilməsini söyləməyə imkan verir. Təbii ki, bunlar hamısı ticarət münasibətlərinin inkişafında mühüm rol oynayırdı. Toxuculuğun, eləcə də başqa sənət növlərinin inkişafı öz növbəsində iqtisadiyyatın digər sahələrinin — mübadilə və ticarətin inkişafına da təsir göstərə bilmişdi.

Arxeoloqlar müxtəlif rəngli və ölçülü asma bəzək əşyaları da üzə çıxarmışlar. Səliqə ilə düzəldilmiş heyvan heykəlcikləri, sxematik göz şəkilli muncuqlar, skarabeuslar [Misir və Suriya mənşəli, üzərində ornamenti olan daş və saxsı böcəklər] və başqa əşyalar bu qəbildəndir [1,s.73]. Torpaq və katakomba məzarlarından aypara şəkilli qızıl sırqalar üzə çıxarılmışdır. A.A.Qaraəhmədovanın fikrincə, bunlar Roma dövləti ilə ticarətin məhsulu olub, bu bölgəyə oradan idxal edilirdi. Həqiqətən, arxeoloji qazıntılar nəticəsində yerli istehsala mənsub olmayan, eramızdan əvvəl son illərə-eramızın başlanğıcına aid çox sayda gümüş, bürünc və dəmir fibulalar, eyni zamanda maddi mədniyyət ilə bağlı qızıl, gümüş, sümük, şüşə və qiymətli daşlardan hazırlanan tapıntılar üzə çıxmışdır. T.İ.Qolub­kinaya görə, bu dövr üçün yunan-roma dünyasından gəlmiş və ya yerli istehsala məxsus gemmalı üzüklər əhəmiyyət kəsb edir. Roma gemmalarının yayılmasında Pompeyin və Antoninin yürüşləri mühüm rol oynamış, gəlmə gemmalar çox olduğundan onları yerli məmulatlardan ayırmaq mümkün deyildir. Tədqiqat göstərir ki, gemma qaynağı Qərb dünyası əraziləri olmaqla bərabər şərq ölkələrində, o cümlədən Azərbaycanda ortaya çıxması romalıların şərqə doğru yürüşləri ilə bağlıdır. Müharibə allahı Mars, Günəş allahı Helios, sevgi tanrısı Eros və gözəllik ilahəsi Afroditanın şəkli olan gemmalar bu qəbildəndir. Digər hissəsi, yəni üzərində müqəddəs heyvan, bitki aləmi və dövrün sırf dini simvolları olan gemmalar yerli mədəniyyət məhsulu kimi qələmə verilir. Deməli, gemmaların əksəriyyəti Yunanıstan, Romadan gətirilirdi. Lakin gemmaların bir qismi Yunanıstan, Roma mədəniyyətinin təsiri altında olan yerli oymaçı ustaların əlinin məhsuludur.

Beləliklə, Azərbaycanın ellin dövlətlərlə ticarət əlaqələrinin inkişafında ölkələrin əlverişli coğrafi mövqeyi, bu dövrdə onların iqtisadi inkişafı, zəngin təbii şəraiti, bu regionların qədim şərq mədəniyyət mərkəzlərinə yaxınlığı və s. mühüm rol oynayırdı. Deməli, buna həm də Atropatena və Albaniya ərazilərindən keçən və bu iki ölkəni ellin dövlətlərlə birləşdirən tranzit ticarət yolları da təkan verirdi. Bu barədə həm antik müəlliflərin yazılı məlumatları, həm də arxeoloji və numizmatik materiallar məlumat verir. Ə.Rəcəbli özünün”Azərbaycanın numizmatikası”adlı kitabında yazır ki, ”Albaniya­nın mühüm xarici əlaqələri cənub istiqamətində-Atropatena vasitəsilə, oradan isə nəhəng ellin dünyası ilə mövcud olmuş və inkişaf etmişdir”[8, s.12].

Ticarətin canlanması Ekbatanadan başlanan Qazakadan keçərək Artaksataya, oradan da şimala doğru uzanan ticarət yollarının daha da inkişaf etməsinə səbəb olurdu. Cənubda qədim quru ticarət yolları geniş Parfiya çarlığının ərazisi ilə qərbdən şərqə Dəclə çayının sahilindəki Antioxiyadan və Selevkiyadan Margianaya qədər uzanan böyük qədim şərq magistral yollarına çıxırdı. Bu magistrallar qərbə, Romanın tabeliyində olan ölkələrə və şərqə, Hindistan və Çinə aparır, başlıca olaraq Ekbatana yaxınlığında qovuşurdu. Antik müəlliflər quru ticarət yollarından əlavə, dəniz və çay ticarət yollarından da bəhs edirlər. Strabon, ehtimal ki, Qara dəniz sahillərindən Xəzərə gedən yolun ümumi uzunluğunu nəzərdə tutaraq yazırdı ki, bu ərazi “Kür çayının mənsəbindən Kolxidaya qədər, Albaniya və İberiya daxil olmaqla, dənizdən-dənizə tədricən üç min stadi uzanır, buna gorə də bərxəz şəklindədir”[XI,1,5].

Fəal ticarətdə duz mühüm yer tuturdu. Bununla əlaqədar olaraq, Strabonun Mateana gölündə ”duzxanalar duzəldilmişdir”[XI,14,8] — deyə verdiyi məlumat olduqca qiymətli­dir. Duzxanaların olması, görünür, ona sübutdur ki, həm Atropatenanın, həm də qonşu ölkələrin uzaq və yaxın rayonlarına duz ixrac edilirmiş.

Parfiyanın iqtisadi həyatına qoşulmuş yerli tacirlər ticarətdə fəal rol oynamışdırlar. Onlar bir-birindən uzaq ölkələri birləşdirən böyük bir magistralı əllərində saxlayırdılar. Bütün bunlar göstərir ki, bir tərəfdən Avropadan, digər tərəfdən Çindən, Hinditandan, Orta Asiyadan uzanan ticarət magistralları Parfiya ərazisində kəsişir, gətirilən mallar isə ya yerli tacirlər tərəfindən başqa yerlərə ötürülür, ya da iri şəhərlərdə qalaraq böyük yolların qolları ilə tədricən hər tərəfə yayılırdı. Atropatena və Albaniya bu ticarətdə müəyyən yer tuturdular: ixrac edilən mallar Ekbatanaya daşınır, buradan da başqa yerlərə aparılırdı. Antik Atropatena və Albaniya üçün nəzərdə tutulan idxal malları da Ekbatanaya bu əsas ticarət yolları ilə gətirilirdi.

Yuxarıda deyildiyi kimi, ticarət antik dövrdə Albaniyanın şəhərlərinin iqtisadi həyatında əhəmiyyətli rol oynayırdı. Şəhər bazarlarında kənd sakinləri, həmçinin əmtəə istehsalı ilə məşğul olan şəhər sənətkarları öz məhsullarının artıqlarını satırdılar. İstehsalçı ilə istehlakçı arasında vasitəçi rolunu da çox zaman fəaliyyət çevrəsini ticarət təşkil edən tacirlər oynayırdılar [2,s.152].

Azərbaycan ərazisinin coğrafi və iqlim şəraitləri qədim zamanlardan müxtəlif məhsulların istehsalı və onların mübadiləsinə şərait yaratmışdır. Antik dövrə qədər burada ticarət mübadilə yolu ilə aparılırdı.Ticarətin inkişafi və satılan malların assorti­mentlərinin artması onlardan bəzilərinin pul vasitəsi funksiyasını yerinə yetirməyə gətirib çıxardı. Ellinizm dövründə pul dövriyyəsi yüksək səviyyəyə çatmışdır və pul dövriyyəsi üçün uyğun iqtisadi bazası olan bir çox ölkələrə yayılmışdır.Yəni pul zərbi yunan dunyasından yavaş-yavaş pul dövriyəsinin yaranması və inkişafı üçün uyğun ictimai-iqtisadi bazası olan ölkələrə yayılmağa başladı. Bu məsələdə Albaniya da istisna təşkil etmirdi. Əhəməni İranında da pul zərbi mövcud idi. Güman edilir ki, Əhəmənilərin dövründə Albaniyada ticarət mübadilə vasitəsilə həyata keçirilirdi. Pul dövriyyəsinin yaranması üçün şərait Albaniyada ellinizm dövründə yarandı. Bu dövrdə ümumdünya ticarətinə yeni-yeni ölkələr cəlb olunurdu. Albaniya da belə ölkələrdən idi. Albaniyada artıq bir sıra yaşayış məskənləri şəhərlərə çevrilir və sənətkarlıq və ticarət durmadan inkişaf edirdi. Bütün bunlar pul dövriyyəsinin yaranıb inkişaf etməsi üçün içtimai-iqtisadi bazanın formalaşmağına gətirib çıxarırıdı. Qafqazın numizmatik materiallarının davamlı tədqiqi Y.A.Paxomovaya belə qənaətə gəlməyə imkan vermişdi ki, Azərbaycan ərazisində pul dövriyyəsi e.ə.III əsrdən meydana gəlmişdir. Numizmatik tapıntılar əsasında Albaniyanın pul dövriyyəsini iki əsas böyük dövrə bölmək mümkündür: e.ə.VI əsrdən-e.ə.I əsrin ortalarınadək olan birinci dövr və e.ə.I əsrin ortalarından eramızın III əsrinədək olan ikinci dövr. Bu dövrlərin özlərini də Albaniyanın pul dövriyyəsində müəyyən dəyişiliklər baş verən bir neçə mərhələyə ayırmaq mümkündür [2,s.155].

Albaniyanın ellinizm dövründə pul dövriyyəsini işıqlandırmaq üçün mühüm material tapılmış ayrı-ayrı sikkə və böyük pul dəfinələridir. Dəfinələr arasında pulların sayına və tərkibinə görə ən əhəmiyyətlisi 1966-ci ildə antik dövr Qəbələ yaxınlığında tapılmış dəfinədir. E.ə. II əsrin 20-ci illərinə aid bu dəfinənin ümumi qiyməti ondadır ki, burada 500-dən artıq alban zərbli pul tapılmışdır.Yalnız bu dəfinə Albaniyaya məxsus pul kəsilmə təkamülünü izləməyə imkan verir.Yerli zərbə aid pullar olan digər dəfinələr əsasında bu təkamülü izləmək mümkün deyil. Qəbələ dəfinəsi sayəsində dəqiq müəyyənləşdirmək mümkün oldu ki, ellinizm dövrünə aid yerli alban pulları Böyük İsgəndərin pullarının təqlidi idi. Zaman keçdikcə yerli pullar tənəzzülə uğradılar, İsgəndərin sikkələri ilə genetik əlaqəli olmalarına baxmayaraq, pulların növləri də dəyişdi. Tədqiqatçılar belə nəticəyə gəlmişlər ki, Albaniyada İsgəndərin pullarına bənzət­mə artıq e.ə. III əsrdən başlamışdır. Belə sikkələr Makedoniyalı İsgəndərin sikkələrinin şərq ölkələri bazarlarında geniş yayıldığı dövrlərdə kəsilirdi. Məhz elə buna görə də bu pullar Qafqaz Albaniyasının ilk pullarının zərbində etalon rolunu oynamışlar [4,s.48].

İ.Babayevin fikrinə görə, Albaniyada Makedoniyalı İsgəndərin draxma və tetradrax­malarına oxşar pulların zərbinə e.ə.III əsrin birinci yarısında, hətta ola bilər ki, e.ə. IV əsrin sonu — III əsrin əvvəllərində başlamışlar. Albaniya Makedonyalı İsgəndərin Şərq yürüşü sayəsində əhəmənilərin zülmündən azad olub müstəqil dövlət olmuşdur. İlkin olaraq Albaniyaya çox sayda İsgəndərin pulları daxil olmuşdur və bununla da Albaniya ellinist dünyası ilə ticarətə cəlb olunmuşdur. Əhalinin artan tələbatını təkcə gətirilmə pullar ödəmədiyi üçün ölkədaxili ticarət də yüksək səviyəyə çatmışdı. Buna görə də Albaniya hökmdarları özləri pul zərb etməyə məcbur oldular. Əvvəlcə bu pullar orijinala daha yaxın idi, lakin vaxt keçdikcə öz görünüşlərini dəyişirlər[2,s.49]. Güman etmək olar ki, Makedonyalı İsgəndər və selevkilərin pullarının bir hissəsi Albaniyaya e.ə. IV əsrin sonlarında daxil olmuş və e.ə.III-II əsrlərdə burada əsas ödəmə vahidi rolunu oynamaqda davam edirmiş. Bunu, bir tərəfdən, məlum bir fakt sübut edir ki, ölümündən sonra Makedonyalı İsgəndərin pulları Şərqdə olduğu kimi,Yunanıstanda da uzun müddət zərb olunurdu.Onlar əvvəlki kimi beynəlxalq valyuta vəzifəsini yerinə yetirirdilər. Digər tərəfdən, bu, sözü gedən pulların selevki, roma və parfiya pulları ilə birgə dəfinələrdə üzə çıxarılmasını təsdiqləyir[7,s.93-94].

Ellin dünyası ilə Albaniyanın əlaqələri haqqında Mingəçevir və Şamaxıdan tapılmış möhürlər xəbər verir.Albaniya ərazisində tapılmış Suriya mənşəli şüşə muncuqlar da Albaniyanın Yaxın Şərq ilə ticarət münasibətləri haqqında məlumat verir. Dövlətin yaranması, şəhər mədəniyyətinin təşəkkülü beynəlxalq əlaqələrin genişlənməsinə zəmin yaradırdı. Beləliklə, Atropatenada olduğu kimi, Albaniyada da bu dövrdə şəhər mədəniy­yəti, sinfi cəmiyyət inkişaf edirdi, yerli əhalinin qədim Şərq ölkələri, antik dünya ilə siyasi, iqtisadi, mədəni, ticarət əlaqələri genişlənirdi.

Yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək mümkündür ki, Azərbaycan öyrənilən dövrdə, bir tərəfdən müstəqilliyini qorumağa çalışaraq, bir sıra yaxın, uzaq ölkələrlə mübarizə aparmış, digər tərəfdən isə kənd təsərrüfütını, ayrı-ayrı sənət sahələrini, dini baxışlarını, mədəniyyətinin müxtəlif sahələrini yüksək inkişaf səviyyəsinə çatdırmışdır.

MƏNBƏLƏR VƏ ƏDƏBİYYAT

  1. Əliyev K.H., Əliyeva F.K. Azərbaycan antik dövrdə, Bakı, 1997, 119 s.
  2. Бабаев И.А. Города Кавказской Албании в IV в. до н.э.- III в.н.э, Баку, 1990, 234 с.
  3. Крупнов Е.И. Древняя история сев. Кавказа. Москва, 1960, 370 с.
  4. Левиатов В.Н.Азербайджан с V в. до н э.- III в.н.э. Изв. АН Азерб.ССР, 1950, № 1, с.48-95.
  5. Nuriyev A.B. B.Azərbaycan ərazisində aşkar edilmiş oymalı şüşə piyalələr haqqında. Az.SSR EA Tarix institutu aspir. I elmi konf.-nın mat.-rı. Bakı, 1965, s.11-12.
  6. Osmanov F.L. Qafqaz Albaniyasının maddi mədəniyyəti, Bakı, 1982, 158 s.
  7. Расулова М.М. Торгово-экономические и культурные связи Кавказской Албании с античным и эллинистическим миром: IV в.до н. э.- III в. н.э. Баку, 2008, 216 с.
  8. Раджабли А.М. Нумизматика Азербайджана, Баку, 1997, 232 с.
  9. Тревер К.В. Очерки по истории и культуре Кавказской Албании , М.-Л., 1959, 391 с.

Fəridə Əliyeva

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

TARİX İNSTİTUTU

Klassik antiklik: dövrlər və onların xüsusiyyətləri

Klassik antik dövr Yunan-Roma mədəniyyətinin inkişaf etdiyi dövrü təyin etmək üçün tarixçilər tərəfindən istifadə edilən ad. Bəzi müəlliflər bunu çox Avrosentrik bir termin hesab etsələr də, əksər tarixçi cərəyanlar bu termini qəbul edirlər.

Bu dövrün baş verdiyi coğrafi ərazi Aralıq dənizi hövzəsi və Yaxın Şərq idi. Xronoloji çərçivəyə gəldikdə, onun başlanğıcı eramızdan əvvəl V əsrdə qeyd edilmişdir. C., Perikl adlanan əsrin başlanğıcı ilə, sonu isə V əsrdə tarixləndi d. Roma İmperiyasının tənəzzülü başladığı zaman C.

Yunan və Roma mədəniyyətləri, bir çox cəhətdən fərqli olmasına baxmayaraq, bəzi ortaq xüsusiyyətlərə sahib idi. Məsələn, Romalılar mifologiyalarının çox hissəsini Yunanlılardan götürmüşlər. Bənzər bir şey sənət ilə, bəzi dövrlərdə danılmaz bir üslub bənzərliyi ilə baş verdi.

Xüsusi xüsusiyyətlərə gəlincə, Yunanıstanın demokratiyanın anası kimi anlayışı və ya fərqli fəlsəfi məktəbləri vurğulamaq olar. Romada, öz növbəsində, siyasi təşkilat, respublikanın qüvvədə olduğu bir dövrə baxmayaraq, demək olar ki, həmişə monarxiyaya meylli idi.

Dövrlər və xüsusiyyətlər

Qeyd edildiyi kimi, Klassik Antik dövr Yunan və Roma mədəniyyətlərinin Avropada və Yaxın Şərqin bir hissəsində hakim olduğu dövrə uyğundur. Müvəqqəti olaraq, eramızdan əvvəl V əsrdən təxminən 1000 il davam edən bir dövrdür. C. V əsrə qədər d. C.

Tarixçilər bu tarixi mərhələni, Yunan-Roma irsinin böyük bir hissəsinin itirildiyi Klassik Qədimlik və Orta əsrlər arasında keçid dövrü olan Son Qədimliklə zidd etməyə meyllidirlər.

Klassik Yunanıstan

Klassik antikliyin ilk dövrü eramızdan əvvəl 510-cu ildə başladı. C., Afinalıların hakim zalım Hipiyaya qarşı rəhbərlik etdiyi bir üsyan başladıqda.Spartalı qoşunların köməyi ilə kralın devrilməsini bacardılar, baxmayaraq ki, Spartalılar şəhəri necə idarə etməyə çalışdılar.

Nəhayət, 508 a. C., Sparta tərəfindən qoyulan lider, Afina demokratiyasının təməli sayılan islahatlar sayəsində devrildi.

Bu mərhələnin digər bir mühüm hadisəsi, yunanlarla farslar arasındakı müharibə, sözdə tibbi müharibələr idi. 50 illik qarşıdurmadan sonra Afina Yunanıstanın ən vacib polisi oldu.

Bu mərhələdə ən böyük əzəmət anı idi. Nəticədə, Afina bütün sahələrdə böyük bir mədəni bumu yaşadı.

Əvvəlcə Sparta, sonra da Thebes Afina hegemonluğuna son qoysa da, klassik Yunanıstanın daha çox əraziyə hakim olmasına səbəb olan güclü Makedoniya Krallığı idi. Əvvəlcə bütün Yunanistan ərazisini fəth etməyi bacaran II Filippin fəthləri ilə.

Daha sonra oğlu Makedoniyalı İskəndər Misir, Fars, Orta Asiya və Hindistana hakimliyini genişləndirdi. M.Ö. 323-cü ildə ölümü. C. və nəticədə imperatorluğunun parçalanması bu dövrün sonunu qoydu.

Bu dövr fəlsəfə baxımından ən parlaq dövrlərdən biri idi. Aristotel, Platon və onların Akademiyası və ya Stoik məktəbinin üzvləri kimi mütəfəkkirlər dünyanı görmə tərzini dəyişdirdilər, sonrakı bütün sivilizasiyaları təsir etdi.

Helenistik dövr (e.ə. 330 – 146)

İskəndərin fəthləri yerini Ellinizm dövrünə verdi. Yunan mədəniyyəti artıq yarımadada və yaxın adalarda məhdudlaşmırdı və dünyanın digər bölgələrinə yayıldı. Əlavə olaraq, Fars, Misir və ya Hindistan kimi sivilizasiyalarla əlaqə, məlumat və adət mübadiləsinə səbəb oldu.

Mədəni və elmi əzəmət dövrü idi. İskəndəriyyə Kitabxanası dünyanın hər yerində məlumat mərkəzinə çevrildi və Yunan alimləri hər sahədə əhəmiyyətli töhfələr verdilər.

Bu mərhələ Yunanıstanın yeni yüksələn güc tərəfindən fəthi ilə başa çatdı. Bu, eramızdan əvvəl 146-cı ildə baş verdi. C.

Roma Respublikası (MÖ 5 – 1 əsrlər)

Roma monarxiyası eramızdan əvvəl 509-cu ildə devrildi. C., respublika dövrünə yol verir. Bu, təqribən 500 il davam etdi, bir sıra sivil qarşıdurmalar imperiya dövrünün gəlməsinə səbəb oldu.

Roma Cümhuriyyəti, Lazioda yalnız dominant bir bölgə olanı Aralıq dənizinin əsas gücünə çevirdi. Bu proses kəskin deyildi, ancaq eramızdan əvvəl IV və III əsrlərdə bir sıra fəthlər yolu ilə yavaş-yavaş inkişaf etdi. C.

Lazioya ən yaxın şəhərləri məğlub etdikdən sonra Romalılar Karfagenlilər (Punik müharibələri) və Makedoniyalılarla qarşılaşdılar. Romalıların qələbəsi və bunun nəticəsində Yunanıstan və Kiçik Asiyanın fəthi hökmranlıqlarını çox genişləndirdi.

Bu güc və ərazilərdəki artım, böyük siyasi qeyri-sabitlik və Romada sosial narazılığın artması ilə müşayiət olundu. Bu amillər müxtəlif sui-qəsdlərə, daxili müharibələrə və ilk triumviratın qurulmasına səbəb oldu. Nəhayət, Roma Respublikası, eramızdan əvvəl I əsrin ikinci yarısında bir imperatorluğa çevrildi. C.

Roma İmperiyası (eramızdan əvvəl 1-ci əsrdən 5-ci əsrə qədər)

Tarixçilər Roma imperatorluğunun başlanğıcını qoyan dəqiq tarixdə bir razılığa gəlməmişlər. Əslində, son respublika mərhələsi ilə ilk imperatorluq arasındakı həqiqi fərqlər olduqca cüzi idi.

Bu şəkildə, imperatorluq tacını işğal edən ilk sülalə Julio-Claudia, Cümhuriyyət quruluşlarını qorudu, ancaq fövqəladə güclərə sahib oldu. Dövlət özü, Res publica adını qorudu, bu adı Qərbi Roma İmperiyasının süqutuna qədər qorudu.

Roma tərəfindən idarə olunan ərazilər onsuz da nəhəng idi. Hakimiyyəti İspaniyaya, Şimali Afrikanın bir hissəsinə, Qalliya, Yunanıstan, Iliria, Suriya, Yəhudiya və Kiçik Asiyaya qədər uzandı. Bir imperiya olaraq ilk fəthi Oktavianın həyata keçirdiyi Misir idi.

Digər tərəfdən, Roma imperatorluğunun mədəniyyəti əsasən Yunanist idi. Eynilə, oryantal təsirləri aldı və zamanla Xristianlığı qəbul etdi. Eramızın III əsrindən. C., Romanın gücü azalmağa başladı.

Siyasi təşkilat

Bu dövrdə Yunanıstan vahid bir siyasi dövlət olaraq mövcud deyildi. Əslində fərqli xüsusiyyətlərə malik müxtəlif polislər (şəhər əyalətləri) birlikdə yaşayırdılar.

Bununla birlikdə, bütün tarixçilər Yunanların siyasi sahədə əsas töhfəsinin nə olduğuna dair bir fikirdədirlər: demokratiya. Fəlsəfi nəzəriyyələr müdrik insanlar hökumətinin aristokratik tələbi ilə istəyi arasında dəyişsə də, Afina iştirakçı siyasi idarəetmə sistemini qəbul etdi.

Afina demokratiyası ümumdünya deyildi. Siyasi həyatda iştirak müəyyən sosial təbəqələrlə məhdudlaşdı və qadınlar iştirak edə bilmədi. Ancaq bu, ənənəvi avtokratik rejimlərdən böyük bir uzaqlaşma idi.

Roma da öz növbəsində yarandığı gündən aristokratik bir dövlət olaraq quruldu. Cümhuriyyət adlanan dövrdə də elitalar güclərini itirmədilər. Pleblər və orta siniflər, bəzən Senatda öz təmsilçilərinə sahib idilər, amma əsla ən yüksək hakimiyyət məqamlarına çata bilmədilər.

Onsuz da imperiya dövründə, Roma liderləri dəfələrlə despot şəkildə idarə etdilər. Dövrün sonunda imperatorların zəifliyi Alman tayfalarının İmperiya üzərində nəzarəti əldə etməsinə imkan verdi.

Din

Yunan dini, çox sayda öz tanrısı və digər mədəniyyətlərdən qəbul edilmiş və Yunanlaşmış digər tanrıları olan çoxhəcmli idi. Yunan tanrıları, intriqaları, ehtirasları və güc uğrunda mübarizələri ilə insanlara çox bənzər bir davranışa sahib idilər.

Yunan panteonunun başında, sözdə Olimpiya tanrılarına, yəni Olympus dağında yaşayanlara rəhbərlik edən Zeus idi.

Romalılar bütün Yunan tanrılarını qəbul etdilər və adlarını dəyişdirdilər. Bundan əlavə, atalarının ruhlarından, evin və ya kilerin ruhlarından ibarət olan bəzi ev və ya ailə tanrılarını birləşdirdilər.

Cəmiyyət

Yunan cəmiyyəti olduqca sərt bir hiyerarşiyə sahib idi, baxmayaraq ki, polislərə və zamana görə fərqlər var idi.

Ümumiyyətlə, üç fərqli qrupun varlığına işarə etmək olar. Bunlardan birincisi, yalnız doğuşdan əldə edilən hüquqi statusu olan vətəndaşlardı. Onların imtiyazları arasında torpağa sahib ola və siyasətdə iştirak edə biləcək tək sahib olmaq idi.

Sosial quruluşda ikinci yeri vətəndaş olmayan insanlar tuturdu. Əksər hallarda onlar əcnəbi idilər və bəzi hüquqlarına sahib olsalar da, siyasətdə iştirak edə və mülk sahibi ola bilmirdilər.

Piramidanın son pilləsində kölələr dururdu. Bəzi polislərdə vətəndaşlar, bəzilərində isə dövlətə məxsus idilər.

Romada cəmiyyət öz tərəfi ilə iki əsas üzərində qurulmuşdu: sərvət və sosial hüquqlar. Beləliklə, müxtəlif kateqoriyalı azad adamlar və kölələr var idi. Sərbəst kişilər arasında əsas olan vətəndaşların statusu patrikslər və avamlar üçün qorunurdu.

Birincisi, Roma elitası idi və onların qurucularının nəsillərindən olduğu güman edilirdi. Ortaq bir əcdadı olanlar tərəfindən qurulan ailələr tərəfindən bölündü. Torpaqların sahibləri və siyasi hüquqlara sahib olanlar bunlardı.

Nəhayət, avam insanların yalnız mülki və siyasi hüquqları yox idi. Normalda sənətkarlıq və ya ticarətə həsr olunmuşdular, baxmayaraq ki, kiçik torpaq sahələrinə sahib ola bildilər.

İqtisadiyyat

Əvvəlcə Yunan polisi iqtisadiyyatlarını kənd təsərrüfatına söykənirdi. Vaxt keçdikcə əhali artımı və ya əkin sahələrinin çatışmazlığı kimi amillər səbəbindən başqa fəaliyyətlərlə məşğul olmağa başladılar. Bunlar arasında ticarət və əl sənətlərinin işlənməsi.

Rumlar sikkələrdən təxminən eramızdan əvvəl V əsrdə istifadə etməyə başladılar. C., əsas ticarət sistemi olaraq barteri tərk etmədən. Bu, fərqli polislər arasında məhsul mübadiləsi kimi başladı, lakin çox keçmədən digər ərazilərə də yayıldı.

Beləliklə, Afina Aralıq dənizindəki ən böyük ticarət gücünə çevrildi, gəmilər Asiyaya, Balkanlara, Qara dənizə və ya Misirə yola düşdü.

Roma iqtisadiyyatının təkamülü də buna bənzəyirdi. Başlanğıcda əkinçilik və heyvandarlıq ən vacib fəaliyyət sahələri idi. Üzüm, taxıl və ya zeytun əkinləri bir neçə torpaq sahibinə məxsus geniş ərazilərdə inkişaf etdirilmişdir. Ərazisinin genişlənməsi Misir, Karfagen və ya Siciliyadan taxıl tədarükündən də istifadə etməyə imkan verdi.

Cümhuriyyət dövrünün sonunda ciddi bir problem ortaya çıxdı: əhali o qədər çoxaldı ki, uzaq ölkələrdən ərzaq və digər məhsullar gətirmək lazım idi. Romalıların qurduğu mükəmməl rabitə şəbəkəsi tərəfindən üstünlük verilən ticarət getdikcə daha da artdı.

İncəsənət

Klassik antikanın diqqət çəkən məqamlarından biri də bədii istehsalı idi. Bu günə qədər memarlıqdan heykəltəraşlığa qədər bütün sahələrdə çoxsaylı əsərləri qorunub saxlanılır.

Ümumiyyətlə, Rumlar və Romalılar öz əsərlərini ahəngdar və balanslı bir gözəllik növü axtarmağa əsaslanırdılar. İstər memarlıq, istər rəsm, istərsə də heykəltəraşlıqda həmişə mükəmməl bir nisbət axtarılırdı.

Rumların və Romalıların memarlığı xüsusiyyətlərinin yaxşı bir hissəsini bölüşdü. Birincisi üçün, ən əhəmiyyətli əsərləri məbədlər, ictimai binalar, açıq hava teatrları və ya məqbərələr idi. Zamanla üç fərqli üslubdan istifadə etdilər: Dorik, İonik və Korintian.

Romalılar bu sahədəki Yunan təsirini artırdılar və digər tikililər arasında nəhəng məbədlər, zəfər tağları, sirklər, forumlar və ya su kanalları tikdilər.

Heykəltəraşlığa gəlincə, iki mədəniyyət böyük bir mükəmməllik səviyyəsinə çatdı. Əksər hallarda yüksək dərəcədə idealizə edilmiş insan fiqurlarını təmsil edirdilər (baxmayaraq ki, tanrıları təmsil edirdilər). Ən vacib yunan sənətkarlarından bəziləri Myron, Polykleitos və Phidias idi.

Yunanlıların üslubunu davam etdirməklə yanaşı, Romalılar əsərlərinə çox böyük realizm bəxş edən çoxsaylı büstləri daxil etdilər.

Klassik dövrün fəlsəfəsi

Yunanların ən böyük töhfələrindən biri fəlsəfə idi. Klassik Yunanıstan dövründən varlıq haqqında ən əsas sualları verən mütəfəkkirlər meydana çıxdı.

Bundan əlavə, Yunan filosofları gerçəkliyi, insan düşüncəsini və təbiətini açmağa çalışmaqla məhdudlaşmır, eyni zamanda ən yaxşı idarəetmə növü və ya kainatın necə təşkil edildiyi barədə nəzəriyyələr inkişaf etdirirlər.

Ən əhəmiyyətli filosoflar arasında Sokrat, Platon, Demokrit, Anaxagoras və Aristotel fərqləndilər. Sonuncunun təsiri klassik antikadan sonra əsrlər boyu qorunub saxlanıldı.

Roma hüququ

Yunanlar fəlsəfənin ataları idilərsə, Romalılar müasir qanunun ataları idilər. Roma hüququ deyilən bu gün də bir çox hüquq sisteminin əsasını təşkil edir.

Qanuni sistemi, mülki yoldan keçən, cinayətdən inzibati əraziyə qədər bütün sahələri əhatə edirdi. Roma hüququnun ümumi prinsipləri Corpus Juris Civilis, İmperator Justinian tərəfindən sifariş edilmişdir.

İstinadlar

  1. Tarix və tərcümeyi-hallar. Qədim tarix Roma və Qədim Yunanıstan tarixi. Historiaybiografias.com saytından əldə edilmişdir
  2. Kolumbiyada. Sivilizasiyaların tarixi. Encolombia.com saytından əldə edilmişdir
  3. National Geographic. Klassik antik miras. Nationalgeographic.com.es saytından əldə edilmişdir
  4. Xan Akademiyası. Klassik Yunan mədəniyyəti. Khanacademy.org saytından bərpa edildi
  5. History.com Redaktorları. Klassik Yunanıstan. History.com-dan əldə edildi
  6. Rodriguez, Tommy. Qədim Romalılar Dünyası – Mədəniyyət. Theancientworld.net saytından əldə edildi
  7. Gill, N. S. Antik Roma Respublikasındakı Kültür. Thoughtco.com-dan əldə edildi

Antik fəlsəfə

Antik fəlsəfənin meydana gəlməsi və formalaşmasında Elladanın fəlsəfəyə qədərki mifoloji şüurunun böyük rolu olmuşdur. O, isə Homer, Hesoid və fikirlərin mifologiyasında öz əksini tapmışdır. Onlardan birincisi aristokratik, ikincisi demokratik, üşüncüsü isə qul şüurunun təzahürlərindən ibarət olmuşdur. Qədim Yunan fəlsəfəsinin öyrənilməsində onu iki dövrə bölmək ənənəsi özünə yer etmişdir. Birinci dövr Sokrata qədərki filosofların yaradıcılığı, ikinci dövr isə Sokratdan sonrakı filosofların yaradıcılığı dövrüdür.
Antik fəlsəfənin təşəkkülündə «yeddi müdriklərin» böyük rolu olmuşdur. Onlar e.ə. VII əsrin sonu VI əsrin əvvəllərində yaşayıb yaratmışlar. Qədim Yunanıstanda fəlsəfi fakir e.ə. VI əsrdə meydana gələrək 3 (üç) mərhələdən ibarət olan inkişaf dövrü keçmişdir. Birinci dövr e.ə. VI əsrdən-V əsrə qədərki meydana gəlmə; ikinci dövr e.ə. V-IV əsrlərdə özünün yetkinlik və çiçəklənmə; üçüncü dövr e.ə. III-I əsrlərdə ellinizm və Roma respublikası dövründə tənəzzül mərhələsi Qədim Yunanıstanda ilk fəlsəfə məktəbi İoniya fəlsəfəsidir. Məhz burada «Coğrafi məkan» və iqlim şərait Yaxın şərq ölkələri ilə birbaşa təməsda olması. Orada Homer, Herodat və coğrafiyaçı Hekatay kimi görkəmli mütəfəkkirlər yetişmişdirlər.
Qədim Yunanıstanda fəlsəfə ənənəsində e.ə. V əsrdə Afinada meydana gəlib formalaşan sofistlərin fəlsəfəsi mühüm yer tutmuşdur. Sofistikanın banisi Protaqor (481-441 e.ə.) olmuşdur. Onun fikrincə «insana həm mövcud olanların mövcud olduğuna görə, həm də mövcud olmayanların mövcud olmadıqlarına görə hər şeyin ölçüsüdür». Onun fikrincə bütün mühükimələr nisbidir, onda nə yalan, nə də həqiqət mövcuddur. Qədim Yunanıstanın görkəmli idealist filosoflarından SokratıPlatonu göstərmək olar. Sokratın fikrincə, özünü dərk etmək bütün adamlar üçün ümumi olan keyfiyyətlər anlayışını tapmaqdan ibarətdir. Sokratın tələbəsi olmuş Platon Afinada Akademiya təşkil etmişdir. Onun fəlsəfə sistemi ontologiyadan, teologiyadan, kosmologiyadan, psixologiyadan, etika və sosiologiyadan ibarətdir. Platonunfikrincə, həqiqi varlıq nə isə ağılla dərk edilən və cisimsiz ideyalardan ibarətdir. Onun fikrincə bilik yalnız ideyaların öz aləmində seyr etməsini xatırlamaqdan ibarətdir. Bilik anadan gəlmədir və onu heç bir digər hissi qavrayış əvəz edə bilməz. Elladanın sonuncu filosofu Aristoteldir. O, Likey adlı fəlsəfə məktəbinin əsasını qoymuşdur. Onun əsərlərini səkkiz qrupa bölürlər: məntiq, ümumfəlsəfi, fiziki, bioloji, psixoloji, etnik, iqtisadi-siyasi və sənətşünaslıq Aristotelin əsas fəlsəfi əsəri «Metafizika»-dır (fizikadan sonra).
Aristotelin fəlsəfəsində materiyanın rolu yüksəkdir. Çünki təbiətdə mövcud olanların hamısı materiya və formadan ibarətdirlər. Materiyasız nə təbiət, nə də onun hadisələri mövcud ola bilməz. O, göstərir ki, mahiyyət hər şeydən əvvəl fikirdə, ikincisi isə müstəqil mövcud olmaq qabiliyyətində aşkar olunur.
Aristotelin məntiqə dair baxışları indi də öz əhəmiyyətini itirməmişdir. Onun məntiqində birincisi, ehtimallı bilik metodu, yəni dialektika, ikincisi, tərif və sübutdan ibarət olan həqiqi biliyin metodu, üşüncüsü, induksiyadan ibarət olan biliyin əsasını tapılma metodudur. Aristotel cəmiyyətdəki ünsiyyət formaları içərisində mənafe və məqsədlərin rolunu, insanın mahiyyətini göstərən ilk filosof olmuşdur.

  • Teqlər:
  • antik fəlsəfə
  • , fəlsəfə tarixi

Comments are closed, but trackbacks and pingbacks are open.