Press "Enter" to skip to content

Aprel döyüşləri – Azərbaycanın döyüş uğurlarının təməli – ŞƏRH

Aprel döyüşləri uzun illərdir ki, Ermənistanda yalandan formalaşdırılmış “məğlubedilməz ordu” mifini heçə döndərdi. Vasitəçilər və yalvarış dolu açıqlamalar olmasa idi Azərbaycan ordusu Xankəndində müstəqil Azərbaycanın üçrəngli bayrağının dalğlnmasını təmin edəcəkdi. Həmin vaxtlar Serj Sarkisyan rejiminin və separatçı “DQR” rəhbərliyinin xarici ölkələrlə apardıqları danışıqları xatırlamaq kifayət edər. Yəni bütün bunlar bir daha sübut etdi ki, “erməni ordusu” əfsanəsi əslində sabun köpüyündən başqa bir şey deyilmiş. Aprel zəfərindən sonra Ermənistan və Azərbaycan prezidentləri münaqişənin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin rəsmilərinin iştirakı ilə Vyanada görüşdülər, həmçinin iyunun 20-də Sankt-Peterburqda Rusiya prezidentinin iştirakı ilə üçtərəfli danışıqlar keçirildi. Görüşlərdə münaqişə bölgəsində etimad tədbirlərinin möhkəmləndirilməsi, insidentlərin araşdırılması mexanizmlərinin yaradılması, ATƏT-in fəaliyyətdə olan sədri ofisinin genişləndirilməsi haqqında razılıq əldə edildi.

Aprel döyüşləri tarixi qələbəmizdir

Tarixi sənədlər və mövcud faktlar Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiq edir və bunu heç şübhəsiz işğalçı Ermənistanın terrorçu baş bilənləri də aydın şəkildə bilirlər. Demokratik düşüncəli dünya xalqları və beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyini birmənalı və qəti şəkildə dəstəkləyirlər. BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycanın ərazilərinin işğal edilməsini qınayan və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələr qəbul etməsi buna misal ola bilər. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını təsdiq edib və işğalçı qüvvələrin bütün işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. ATƏT, AŞPA, İKT, Qoşulma Hərəkatı və digər beynəlxalq təşkilatlar da oxşar mövqe nümayiş etdiriblər. İşğalçı Ermənistan isə dünya birliyinin tələb və qərarlarına əməl etmək istəmir və işğalçılıq siyasətini davam etdirməkdədir. Təbii ki Azərbaycan xalqı Ermənistanın təcavüzkar siyasətinin davam etdirilməsinə imkan verməyəcək. Necə ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayan və ayın 5-də Rusiyanın vasitəçiliyi ilə atəşkəs razılaşmasının imzalanmasına qədər davam edən döyüşlərdə Ordumuz işğal altında olan torpaqlarımızın bir hissəsini, strateji məntəqələri azad etməklə işğalçını cəzalandırmağa qərarlı olduğunu nümayiş etdirdi.

40 dəqiqəyə işğalıçı ölkənin 40 tankı 420 canlı qüvvəsi məhv edildi

Hərbi əməliyyatlar zamanı işğalçı Ermənistana məxsus 45 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib. Düşmənin 500 – dən çox döyüşçüsü öldürülüb və 500-dən artıq döyüşçüsü yaralanıb. Əks-hücum əməliyyatı aparan ordumuz mühüm mövqelərə sahib oldu. Lələtəpə kimi yüksəklik alındı. Nəticədə 1994-cü ildə düşməndən azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin olundu. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır.

2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü “Azərbaycanın Milli Qəhrəmanı”, 7 üzvü “Azərbaycan Bayrağı” ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 19 üzvü “Vətən uğrunda” medalı, 43 üzvü “İgidliyə görə” medalı, 45 üzvü “Hərbi xidmətlərə görə” medalı, 2 üzvü “General-mayor” ali hərbi rütbəsi ilə mükafatlandırıldı. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bu gün insanların təhlükəsiz yaşaması mümkün olub. Bununla da həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb. Bu məqsədlə ölkə başçısı İlham Əliyev 24 yanvar 2017-ci il tarixində “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel döyüşlərinə xüsusi önəm verərək, onu şanlı tariximiz adlandırdı: “Bu döyüşlər zamanı Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi. Aprel döyüşləri bizim böyük hərbi qələbəmizdir. Uzun illər Ermənistan öz ordusu haqqında miflər yaradırdı, uydurmalar irəli sürürdü ki, guya bunların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, kimin ordusu yenilməzdir”. Ermənistanın aprel döyüşlərində öz acı məğlubiyyətini etiraf etməyə məcbur olduğunu vurğulayan Ali Baş Komandan İlham Əliyev onu da bildirib ki, “Məhz aprel döyüşlərindən sonra Ermənistanın müdafiə naziri başda olmaqla bir çox yüksək vəzifəli hərbçilər öz vəzifələrindən kənarlaşdırıldı. Bu, aprel döyüşlərinin nəticəsi idi. Bizim əsgərlərimiz, zabitlərimiz qəhrəmanlıq göstərdilər. Biz şəhidlər də verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq torpağımızı qoruduq, torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdik. Aprel döyüşləri hərbi kitablara salınmalıdır. Azərbaycan Ordusu həm hərbi peşəkarlıq, həm qəhrəmanlıq göstərmişdir”.

Erməni işğalçıları tərəfindən işğal olunmuş torpaqlarımızın 2000 hektar ərazisi Azərbaycan Ordusu tərəfindən azad edildikdən sonra ölkə başçısının cəbhəyanı bölgələrə səfər etməsi və əsgərlərimizlə, zabitlərimizlə görüşməsi, orada yaşayan əhalinin yaşayış şəraiti ilə yaxından tanış olması bir daha xalqımızın mənfur düşmən üzərində əldə edəcəyi növbəti qələbələrə inamını artırdı.

Artıq Ermənistanın bir çox tanınmış ictimai-siyasi xadimləri, siyasi şərhçiləri bu torpaqların Azərbaycana məxsus olduğunu söyləməklə yanaşı, Sarkisyan rejiminin işğalçılıq siyasətini pisləyən bəyanatlar səsləndirib, işğalçı ordunun Azərbaycan torpaqlarından çıxmasını tələb edirdilər. Ona görə ki, aprel döyüşləri ilk növbədə Ermənistan dövlətini, cəmiyyətini sarsıtdı, onlara ağır zərbə vurdu. Digər tərəfdən, cinayətkar, qaniçən Sarkisyan rejiminin girovuna çevrilmiş erməni xalqı aprel döyüşlərindən sonra öz taleyi haqqında daha çox düşünməyə başladı. Beləliklə də, nəhayət də Serj Sarkisyan rejimini hakimiyyətən uzaqlaşdlırmağa nail oldular. Bunla yanaşı ermənilər Qarabağın Azərbaycanın torpaqları olduğunu və yaxın vaxtlarda bunu gerçəkləşdirəcəyini dərk etdiklərindən bir çox erməni ailələri öz övladlarını Qarabağ cəbhəsinə hərbi xidmətə göndərməyə etiraz edir, onları hansısa harın rejimin siyasətinə qurban verməyəcəklərini bildirlər.

Aprel döyüşləri uzun illərdir ki, Ermənistanda yalandan formalaşdırılmış “məğlubedilməz ordu” mifini heçə döndərdi. Vasitəçilər və yalvarış dolu açıqlamalar olmasa idi Azərbaycan ordusu Xankəndində müstəqil Azərbaycanın üçrəngli bayrağının dalğlnmasını təmin edəcəkdi. Həmin vaxtlar Serj Sarkisyan rejiminin və separatçı “DQR” rəhbərliyinin xarici ölkələrlə apardıqları danışıqları xatırlamaq kifayət edər. Yəni bütün bunlar bir daha sübut etdi ki, “erməni ordusu” əfsanəsi əslində sabun köpüyündən başqa bir şey deyilmiş. Aprel zəfərindən sonra Ermənistan və Azərbaycan prezidentləri münaqişənin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin rəsmilərinin iştirakı ilə Vyanada görüşdülər, həmçinin iyunun 20-də Sankt-Peterburqda Rusiya prezidentinin iştirakı ilə üçtərəfli danışıqlar keçirildi. Görüşlərdə münaqişə bölgəsində etimad tədbirlərinin möhkəmləndirilməsi, insidentlərin araşdırılması mexanizmlərinin yaradılması, ATƏT-in fəaliyyətdə olan sədri ofisinin genişləndirilməsi haqqında razılıq əldə edildi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, bütün region üçün ciddi təhlükə mənbəyidir. Yəni hər an müharibə alovlana bilər. Bunun real olduğunu işğalçı və onun havadarlarıda gözəl anlayırlar. Bu baxımdan münaqişənin uzanması və vaxt qazanmaq üçün müxtəlif hiyləgər vasitələrdən istifadə edirlər. Ancaq Azərbaycan bəyan edir ki, işğal faktı, mövcud status-kvo ilə barışmaq və Ermənistanın təxribatlarına dözmək niyyətində deyil. Əksinə, düşmənə layiqli cavab vermək, torpaqlarını azad etmək iqtidarındadır. Azərbaycan Ordusu düşmənə qarşı öz ərazilərimizdə əməliyyat aparıb. Bu baxımdan da beynəlxalq təşkilatlar, nüfuzlu ölkələr aprel döyüşlərilə bağlı Azərbaycan əleyhinə bir söz deyə bilməzdilər. Azərbaycan qarşılıqlı qaydada hərbi əməliyyatları dayandırmağa razı oldu və bununla da münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiyini bir daha nümayiş etdirdi.

Qələbə günü uzaqda deyil

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev beynəlxalq tədbirlərdə çıxışlarında və KİV-lərə verdiyi açıqlamalarında hər zman bəyan edib ki, Ermənistanın müstəqil bir ölkə kimi fəaliyyəti qonşularla münasibətlərini tənzimləməkdən və öz qüvvələrini Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarmasından asılıdır: “Biz sadəcə olaraq çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq son illər ərzində aldığımız ən müasir, – mən onu bir daha qeyd etmək istəyirəm, – dünyanın ən müasir silahları bizə çox böyük imkan yaradır. Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Bu, bir daha onu göstərir ki, aprel döyüşləri Ermənistanın təxribatı idi. İndi bəziləri müxtəlif versiyalar, fərziyyələr irəli sürürlər ki, Azərbaycan əməliyyat keçirməyi planlaşdırırdı, o da sonra dayandırıldı və sair. Birincisi, biz nəyi etmək istəmişiksə, onu da etmişik. Əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib. Əgər aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik. Bunlar sirr deyil. Burada hər şey beynəlxalq monitorinq altındadır. Bilirlər ki, bizim uzaqmənzilli raketlərimizin, pilotsuz döyüş aparatlarımızın gücü nədən ibarətdir. Biz onlardan demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq. Bunu onlar bilsinlər və özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbrimizlə oynamasın”.

Bir sözlə, güclü və qüdrətli Azərbaycan ordusu aprel zəfəri ilə işğalçı Ermənistana layiq olduğu zərbəni və cəzanı verdi. Təbii ki, qələləbənin və zəfərin davamı olacaq. O zaman ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev orduya əmr verəcək. O gün və zaman isə uzaqda deyil.

İ.ƏLİYEV

Aprel döyüşləri – Azərbaycanın döyüş uğurlarının təməli – ŞƏRH

Aprel döyüşləri – Azərbaycanın döyüş uğurlarının təməli – ŞƏRH Azərbaycan müstəqilliyi, onun bərpası uğrunda qurbanlar verdiyi kimi, ərazi, bütövlüyü, suverenliyi və müstəqillyini qorumaq yolunda da mübarizə aparır, bu yolda da şəhidlər verir.

2 Aprel , 2022 09:43
https://static.report.az/photo/c809e30b-203c-3622-904c-0ed937641f71.jpg

Azərbaycan müstəqilliyi, onun bərpası uğrunda qurbanlar verdiyi kimi, ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini qorumaq yolunda da mübarizə aparır, bu yolda da şəhidlər verir. Nə yaxşı ki, belə hadisələrin bir çoxu artıq tarixdir. Belə şərəfli günlərdən biri də Azərbaycan tarixinə Aprel döyüşləri, Aprel müharibəsi adı ilə düşüb. Dörd günlük müharibə 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə başlayıb. Bu, 1994-cü ildə Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəsdən sonra ilk ən şiddətli döyüş sayılır. Döyüşlər Azərbaycan əsgərinin qələbəsi ilə nəticələnib. Aprel müharibəsi nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olundu. Aprel müharibəsi 44 günlük döyüşlərin, Ermənistan ordusunun darmadağınının əsasını qoydu. Həmin döyüşlər Ermənistan ordusu barədə yayılan və havadarları tərəfindən təbliğ edilən mifi də dağıtdı. Məlum oldu ki, Ermənistan ordusu, kəşfiyyatı heç də müxtəlf mənbələrin təbliğ etdikləri səviyyədə deyil. Aprel döyüşlərindən sonra Ermənistan silahlı qüvvələrində istefalar oldu, bir çox yüksək vəzifəli şəxslər həbs edildi. Rəsmi İrəvan çaşbaş vəziyyətə düşdü. Hakimiyyət günahkarları axtarmağa başladı. Bu hadisələr həm də Ermənistanda hakimiyyət dəyişikliyinin əsasını qoydu. Düz iki il sonra, 2018-ci ilin aprelində Ermənistanda yeni siyasi qüvvələr hakimiyyətə gəldi. O vaxtkı prezident Serj Sarqsyana qarşı müxtəlif ittihamlar qaldırılıb, istintaq hələ də davam edir. Serj aprel döyüşləri məğlubiyyətinin əsas suçlusu olaraq qınanır. Serj Sarqsyan apreldə uduzmalarının səbəbini əsaslandıra bilmirdi. Xocalı sakinlərinin qatili hakimiyyətdə olduğu müddətdə ilk dəfə Azərbaycan əsgəri tərəfindən sarsıdıcı zərbə almışdı. Həmin günlər İrəvan-Moskva arasında danışıqlar da intensivləşmişdi. Ermənistanın xahişi, Rusiyanın istəyi və vasitəçiliyi ilə 2016-cı il aprelin 5-də tərəflər atəşkəsə razılaşdılar.

Aprel müharibəsi Azərbaycan hərbçilərinin döyüşə hazırlıq vəziyyətinin yoxlanılması üçün baş məşq də sayıla bilər. Həmin günlərdə Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan bəzi hərbi texnikalar da sınaqdan çıxarılıb. Məlumata görə, döyüşlərdə Azərbaycan qüvvələri “Harop” kamikadzek PUA, “ThunderB” nəzarət dronları və “Spike”ləri, “TOS-1A” 24-barrel termobarik (uzun məsafədə alovsaçan) raket sistemləri tətbiq edib. Məlumatlara görə, 4 günlük döyüşlər başlamazdan əvvəl Azərbaycan Ordusunun hərbçiləri cəbhənin dərinliyinə sızaraq bəzi əməliyyatlar həyata keçirib. Belə əməliyyatlardan biri Aprel döyüşlərindən iki həftə öncə baş verib. Eyni zamanda Azərbaycan hərbçiləri arxa cəbhənin olduqca dərinliyinə sızaraq Əsgəran bölgəsindəki Hava Hücumundan Müdafiə Kompleksinin RLS-ni məhv etmişdi. Azərbaycan hərbçilərinin yüksək qabiliyyətli döyüş bacarıqları və uğrularını dövlət başçısı qiymətləndirib. 2016-cı il aprelin 19-da Prezident İlham Əliyevin uyğun sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin üç üzvü “Azərbaycanın Milli Qəhrəmanı”, 7 üzvü “Azərbaycan Bayrağı” Ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli “Vətənə xidmətə görə” Ordeni, 19 üzvü “Vətən uğrunda” medalı, 43 üzvü “İgidliyə görə” medalı, 45 üzvü “Hərbi xidmətlərə görə” medalı, 2 üzvü “general-mayor” ali hərbi rütbəsi ilə mükafatlandırıb.

Həmin günlərdə cəmiyyət də özünü təmkinli və mübariz apardı. Azərbaycan cəmiyyəti müstəqilliyinin bərpası və ərazi bütövlüyü uğrunda göstərdiyi birliyi apreldə də nümayiş etdirdi. Aprel döyüşləri Azərbaycan cəmiyyətinin birliyinin yoxlanılması üçün bir sınaq oldu. Həmin günlərdə beynəlxalq ictimaiyyətin təmsilçiləri – BMT, ABŞ, Avropa İttifaqı, onların ətrafındakı ayrı-ayrı dövlətlər Azərbaycanı qınadılar və ittiham etdilər. Onlar yenə də uzun illərdir deyilən açıqlamaları təkrarlayırdılar. ABŞ-ın o vaxtkı dövlət katibi, Azərbaycana qarşı tətbiq edilən 907 saylı düzəlişin həmmüəllifi Con Kerri və müavini Viktoriya Nuland Azərbaycanı açıq şəkildə təhdid edib.

Eyni zamanda həmin günlərdə Azərbaycanın dostları və düşmənləri bir daha təsdiqləndi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə telefon danışığında silahlı toqquşma nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının şəhid olması ilə bağlı başsağlığı verərək bildirmişdi: “Çox təəssüf ki, neçə illər ərzində Dağlıq Qarabağ bölgəsindəki münaqişəyə ATƏT-in Minsk qrupu həmsədrlərinin laqeyd yanaşması nəticəsində biz bu mənzərə ilə qarşı-qarşıya qaldıq”. Pakistan Prezidentinin katibi Əhməd Fərrux isə belə demişdi: “Pakistan həmişə Azərbaycanın yanındadır. Azərbaycan qardaş və dost ölkədir”. Təəssüf ki, İran Aprel müharibəsi zamanı verdiyi bəyanatın arxasında 44 günlük döyüşlərdə durmadı. İranın müdafiə naziri general-mayor Hüseyn Dehqani Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənova telefon danışığı zamanı ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha qeyd etmiş, münaqişəsinin qısa müddətdə beynəlxalq hüquq normaları əsasında həll olunacağına ümid etdiyini bildirmişdi. O, münaqişənin həll olunmasında Azərbaycana yardım və dəstəyini təklif etmişdi. Ukrayna Prezidenti Petro Poroşenko Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğulamışdı və s.

Aprel döyüşləri bir neçə məsələyə aydınlıq gətirdi: Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək əzmindədir; Azərbaycan cəmiyyəti birliyini göstərdi; Azərbaycan Ordusu döyüş qabiliyyətini nümayiş etdirdi; Prezident İlham Əliyevin hadisələrdən əvvəl ərazi bütövlüyünün bərpası ilə bağlı verdiyi bəyanatları bu döyüşlərlə təsdiqləndi; Ermənistanın bütün sahələrdə gücsüzlüyü və döyüş qabiliyyətinin çox zəif olduğu dünyaya məlum oldu; Ermənistanın havadarlarına zərbə vuruldu; ATƏT-in Minsk qrupunun fərsizliyi və fəaliyyətsizliyi bir daha sübuta yetdi; Ermənistan siyasi-ideoloji xülyalarının puç olduğunun əsası qoyuldu; Aprel döyüşləri Ermənistanın dövlət deyil, regionda başqalarının sifarişini yerinə yetirən, ianə ilə dolanan təşkilat olduğunu faş elədi; Türkiyə, Pakistan, Ukrayna və başqalarının Azərbaycanla dost, əsl müttəfiq olduqları bir daha təsdiqləndi və b.

Azərbaycan Aprel müharibəsi ilə regionda maraqları olan dövlətlər və ermənlərin havadarlarına sübut elədi ki, regionun təhlükəsizliyi daha çox Azərbaycandan asılıdır. Cənubi Qafqazda təhlükəsizliyi və əməkdaşlığı təhdid edən, buna mane olan regiondaxili amil Ermənistandır. Rəsmi Bakı aprel hadisələri ilə beynəlxalq güclərə, erməni lobbisinə, havadarlarına ərazilərini hərb yolu ilə azad etməyə qadir olduğu ismarışını da verdi. Dörd günlük müharibə 4 ildən sonra 44 günlük Vətən müharibəsi ilə davam etdi. Qələbə paradı ilə yekunlaşdı. Yeri gəlmişkən, Azərbaycan cəmiyyətində aprel ayı məyusluq da yaradıb. Çünki 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətini ermənilər, bolşeviklər işğal edib, süquta yetiriblər. Ancaq Aprel döyüşlərinin qəhrəmanları bu ayı Azərbaycana şərəfli təqvim olaraq təqdim etdilər.

Milli qəhrəmanlar

Tarixə nəzər yetirərkən aydın olur ki, bütün müharibələrin gedişində bir dönüş nöqtəsi olub və bu dönüş nöqtələri savaşın müqəttaratında böyük rol oynayıb. Məlum aprel hadisələrini də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində gönüş nöqtəsi kimi qiymətləndirsək yəqin ki, yanılmarıq. Ordumuzun bu hadisələr zamanı göstərdiyi şücaət belə deməyimizə tam əsas verir.

Qəhrəmanlıq haqqında belə bir deyim var: “Anadan olanda heç kim dünyaya qəhrəman kimi gəlmir. Qəhrəmanlar döyüşdə doğulur”. Bu baxımdan 2016-cı ilin apel ayında Azərbaycanın növbəti qəhrəmanları doğulduar. Düşmən hücumlarına layiqli cavab verən igidlərimiz torpaqlarımızın sahibsiz olmadığını bir daha sübut etdilər. Ən başlıçası aprel döyüşləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində bir çox mətləblərə aydınlıq gətirdi. Əgər ümumiləşdirsək dörd gün davam edən döyüşlər dörd danılmaz həqiqəti üzə çıxartdı.

Bu həqiqətlərdən biri və birincisi hərbi müstəvidə tərəflərin nəyə, hansı gücə və potensiala malik olduqlarının açıq şəkildə görünməsidir. Aprel döyüşləri Ermənistan ordusunun çox acınacaqlı bir durumda olduğunu sübut etdi. Məlum oldu ki, düşmən ordusunun maddi-texniki bazasını, təchizatını yalnız dünyanın ən geridə qalmış ölkələri ilə müqayisə etmək olar. Bununla yanaşı bu orduda şəxsi heyətin mənəvi-psixoloji problemləri, peşəkarlıq baxımından hətta ibtidai hərbi biliklərə malik olmamaları da aşkar göründü.

Ordudan kütləvi yayınma və fərarilik halları Ermənistan rəhbərliyini məcbur etdi ki, döyüşlərə qadınları və xidmət yaşları ötmüş insanları cəlb etsinlər. Belə aciz bir addımın atılmağının da son nəticəsi Ermənistana baha başa gəldi.

Bütün bunların məntiqi nəticəsi olaraq illər boyu Ermənistan iqtidarı tərəfindən sadə xalqın beyninə yeridilən “qalib ordu” imici, “güclü ordu” mifi darmadağın edildi. Ən nəhayət, Ermənistan prezidenti yüksək çinli hərbçiləri vəzifələrindən azad etməklə, cəzalandırmaqla, həbs etdirməklə ordunun yarıtmazlığını özü sübur etdi. Real faktlar onu göstərdi ki, Ermənistanda ordu quruculuğu işi sıfır səviyyədədir.

Dörd günlük aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin gücünü, qüdrətini, ordumuzun peşəkarlığını o qədər də geniş şərh etməyə yəqin ki, ehtiyac yoxdur. Yüksək peşəkarlıq, ciddi nizam intizam, lazımi səviyyədə təchizat, yetərli maddi-texniki baza, şəxsi heyətin ruh yüksəkliyi, sağlam zabit – əsgər münasibəti, hərbi və əməliyyat tapşırıqlarının yerinə yetirilməsində elmi və praktiki təcrübə kimi halları ordumuzun ünvanına qürur hissi ilə ünvanlaya bilərik.

Sevidirici haldır ki, bu gün Azərbaycan ordusu xalqımıza məxsus olan zəngin hərbi ənənələri böyük məsuliyyət və şərəflə davam etdirir. Azərbaycan ordusunun qüdrətlənməsi və inkişafı ilə bağlı ən önənli və danılmaz fakt isə ondan ibarətdir ki, dövlət ordu quruculuğuna xüsusi diqqət və qayğı ilə yanaşır.

1. İqtisadi cəhətdən inkişaf edən Azərbaycan ordusunun qüdrətlənməsi üçün kifayət qədər imkanlara malikdir və artıq buna nail olub;

2. İqtisadi baxımdan başqalarından asılı olan Ermənistan öz ordusunu saxlamaq iqtidarında deyil.

Dörd günlük aprel döyüşlərinin üzə çıxartdığı ikinci həqiqət Ermənistanda onsuz da sabit olmayan ictimai-siyasi vəziyyətin daha da gərginləməsi ilə bağlı oldu. Ermənistan əhalisi təmas xəttindəki uğursuzluqlardan sonra prezident Serj Sarkisyanın yarıtmaz fəaliyyəti ilə bağlı açıq etiraz aksiyalarına başladılar. Sarkisyana və mövcud rejimə qarşı kampaniyalar daha geniş vüsət almağa başladı. Əhali kəskin şəkildə övladlarının cəbhəyə göndərilməsinə qəti etirazlarını bildirdi. Bu etirazların arasında “Qarabağ Azərbaycana məxsusdur, niyə bizim övladlarımız orda ölməlidir?” kimi etiraflar da səsləndi. Və bu ifadələri bəyan edənlərin arasında tanınmış erməni simaları da göründü.

Ermənistanla yanaşı, Qarabağda yaşayan erməni icması da Ermənistan rəhbərliyinə qarşı öz etiraz səslərini boğmadılar. Aprel döyüşləri zamanl ermənilər cəbhə bölgəsindən qaçmağa məcbur oldular. Az-çox imkanı olanlar isə Qarabağı çoxdan tərk etmişdilər. Səbəb isə aydındır. Artıq bu bölgədə yaşayan ermənilər haqsız siyasi bir oyunun oyuncaqlarına çevrildiklərini yaxşı dərk edirlər. Elə buna görə də istər Ermənistanda, istərsə də Qarabağda gərginləşən siyasi vəziyyət ortaya yalnız bir tələb qoydu: Serj Sarkisyanın istefa tələbini. Bu gün də bu gərginlik davam edir və tələb də eyni olaraq qalır. Bu Sarkisyana verilən aprel dərslərinin nəticəsi idi. “Böyük Ermənistan” xülyası ilə yaşayan “əzabkeş erməni xalqı”nın isə nədənsə aprel hadisələrindən sonra Qarabağ “sevgisi” və döyüşlərə taqəti tükənmişdi.

1. Ermənistanda siyasi böhran hökm sürür;

2. Ermənistan vətəndaşları və Qarabağın erməni icması mövcud Ermənistan rejiminin torpaq iddiası xülyasını rədd edir.

Üçüncü həqiqət Azərbaycanla bağlıdır. Aprel döyüşləri Azərbaycan üçün nə demək idi? Bu hadisələr zamanı hansı həqiqətlər üzə çıxdı?

Sözsüz ki, ilk növbədə bu döyüşlər xalqın orduya inamını bir daha təsdiqlədi. Xalq və ordu arasındakı münasibət yeni mərhələyə qədəm qoydu.

Aprel hadisələri Azərbaycan xalqının həmrəyliyini nümayiş etdirdi. Siyasi mövqeyindən, sosial durumundan, maddi vəziyyətindən, əqidəsindən asılı olmayaraq hər bir kəs öz vətəndaşlıq mövqeyini göstərdi.

Aprel döyüşləri Azərbaycan gənclərinin yeni ruhunu ortaya qoydu, onların Vətən sevgisinin, mübarizə əzminin, sağlam düşüncələrinin şahidi olduq. Təhsildən, əmək fəaliyyətindən, istirahətdən, əyləncədən öncə Vətəndir düşünən saysız hesabaız Azərbaycan gəncləri könüllü olaraq cəbhəyə yollanmaq üçün Müdafiə nazirliyinə üz tutdular.

Ermənilərin işğalçılıq siyasətinə və vəhşiliklərinə etiraz əlaməti olaraq gənclərimiz təkcə Bakıda və Azərbaycanın digər bölgələrində deyil, həm də Amerika Birləşmiş Ştatlarında, Rusiyada, Fransada, İtaliyada, Kanadada, Ukraynada, Belçikada, Latviyada, Litvada, Gürcüstanda, Çexiyada, Polşada və bir sıra ölkələrdə etiraz aksiyaları keçirdilər. Həmçinin, məhz gənclərimiz tərəfindən şəhidlərimizin əziz xatirəsi ilə bağlı fərqli tədbirlər də həyata keçirildi.

Aprel döyüşləri zamanı diqqəti çəkən ən həssas məqamlardan biri də o oldu ki, şəhidlərimizin dəfni adi hüzr məclisi kimi deyil, bir qəhrəmanlıq dastanının şahidliyinə yığışan izdihamlarla yadda qaldı.

Dörd günlük müharibə zamanı Azərbaycanın kütləvi informasiya vasitələrinin fəaliyyəti haqqında da fikirləri bölüşmək yerinə düşərdi. Bu ərəfədə media cəbhədə baş verənlər haqqında ictimaiyyəti məlumatlandırmaq kimi missiyanı peşəkarlıqla həyata keçirdi. Hərbi sirrlərin qorunması şərtilə təmas xəttindəki əməliyyatlar əhalinin diqqətinə catdırıldı. Bəzi istisnaları çıxmaqla bütövlükdə Azərbaycan mediası öz fəaliyyətini müharibə dövrünə uyğun qura bildi. Burada Müdafiə nazirliyinin Mətbuat xidməti ilə kütləvi informasiya vasitələrinin sıx işgüzar əlaqələrini xüsusilə vurğulamaq lazımdır.

Bunlarla yanaşı xarici ölkələrin kütləvi informasiya vasitələrində Azərbaycanla bağlı gedən qərəzli yazılara, aprel döyüşləri haqqında həqiqətə uyğun olmayan informasiyalara media mənsublarımızın çevik və operativ reaksiya verməsini də yanlız alqışlamaq olar.

1. Azərbaycan xalqı öz haqlı mübarizəsində inamlıdır və yekdildir;
2. Azərbaycan vətəndaşlarının vətənpərvərlik hissi yüksəkdir, döyüş əzmi sarsılmazdır.

Dörd günlük aprel döyüşlərinin üzə çıxartdığı dördüncü həqiqət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yenidən beynəlxalq müstəviyə gəlməsi ilə bağlıdır.

İlk növbədə qeyd etmək yerinə düşər ki, aprel hadisələrindən sonra Ermənistanı istər açıq, istətsə də gizli şəkildə dəstəkləyən xarici havadarları ən azı susmaq məcburiyyətində qaldılar.

Ayrı-ayrı xarici dövlətlərin aprel hadisələri ilə bağlı münasibətləri və bəyanatları Azərbaycanın xeyrinə səsləndi.

Bəzi dunya miqyaslı siyasətçilərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin “dondurulmuş münaqişə” kimi fikirlərini aprel hadisələri dörd günə əritdi.

Məhz aprel döyüşləri ilə Azərbaycan beynəlxalq təşkilatların ünvanına ciddi mesajlar yönəltdi.
Aprel hadisələrindən sonra beynəlxalq birliyin Azərbaycana dəstəyi aşkar şəkildə müşahidə olundu.

Nəhayət, bu hadisələrdən sonra Ermənistan Azərbaycanın ətraflnda olan ciddi və samballı müttəfiqlərin və onların münaqişə ilə bağlı Azərbaycana dəstəklərinin şahidi oldu.

1. Aprel hadisələri beynəlxalq aləmdə Azərbaycanın imicinə müsbət təsir göstərdi;
2. Ermənistan bu hadisələrdən sonra xarici havadarlarından lazımi dəstək ala bilmədi.

Dörd günlük aprel döyüşlərində Azərbaycanın Silahlı Qüvvələri düşmən hücumlarının qarşısını məharətlə aldı. Əks-həmlə əməliyyatları zamanı ordumuz Ağdərə rayonu (keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi), eləcə də Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəklikləri və strateji əhəmiyyətli əraziləri işğaldan azad etdi.

Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi azad edildi və daha çox ərazi əməliyyat baxımından ordumuzun nəzarəti altına keçdi.

Aprel döyüşləri Azərbaycanın Ermənistana verdiyi dərs idi. Sıradan gələn adi bir dərs yox, bütün dünyanın seyr edə biləcəyi açıq dərs. Bu dərslə Azərbaycan Ermənistana yuxarıda sadaladığımız dörd həqiqəti başa saldı.

Dərsin mövzusunun Ermənistan və Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən daha yaxşı mənimsənilməsi üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ermənilər üçün bu arzuolunmaz dərsə bir əlavə də etdi: “Azərbaycan Ordusu bu gün istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Ordu quruculuğunun ölkəmizin müstəqillik illərində belə sürətlə inkişafı, əlbəttə ki, hər bir Azərbaycan vətəndaşını sevindirir. Biz fəxr edirik ki, bizim güclü ordumuz var. Mən dəfələrlə demişəm ki, Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var.

. Biz ikinci Ermənistan dövlətinin Azərbaycan torpaqlarında yaranmasına imkan verməyəcəyik. Torpaqlarımız nəyin bahasına olursa olsun azad olunmalıdır”.

Comments are closed, but trackbacks and pingbacks are open.