Aprel döyüşləri – Azərbaycan işğal olunan torpaqlarını azad etmək gücündədir – ŞƏRH
AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
APREL DÖYÜŞLƏRİ
Bizim inancımızda, mentalitetimizdə bayraq sancılan, şəhid qanı tökülən yerə yurd deyilir, Vətən deyilir.
Məşhur bir müdrik kəlamda: “torpaq su ilə qarışanda palçıq, qanla qarışanda vətən olur” deyilir. Vətən bu qədər əzizdir, bizim üçün, hər bir vətəndaş üçün.
Vətən sevgisi ən ülvi sevgilərdən biridir, qiymətli sevgidir. Dinimiz də vətən sevgisini imandan saymışdır. Çünki iman olmadan vətənin, vətən olmadan da varlığımızın heç bir məna və qiyməti yoxdur. Bu səbəblə bir insanın həyatda qarşılaşa biləcəyi ən böyük çətinlik vətənsiz qalmaqdır (bunu vətənindən, yurdundan məhrum qalanlar daha yaxşı bilər). Vətən bizim canımız, qanımız və mayamızdır. Kədərlərimizin sevincə, arzularımızın gerçəyə çevrilməsi ancaq və ancaq vətənimizin hər daim azad olması, bütöv olması və müstəqilliyi ilə mümkündür.
Bu kimi səbəblərlə üstündə yaşadığımız və “cənnət vətən” deyə adlandırılan bu müqəddəs torpaqları canımızdan, qanımızdan daha çox sevir, malımızdan, övladlarımızdan daha əziz sayırıq. Onun daimi olması üçün ehtiyac olduğu anlarda canımızı, malımızı ürəkdən fəda edirik və bu mövzu ilə əlaqəli inancımızı və qərarlılığımızı da dost-düşmən hamı bilir. Məhz bu xüsusiyyətlərə görə vətən müdafiəsini imanın bir hissəsi hesab edən bu xalq hər zaman vətən üçün tökülən qanı vətənsiz nəfəs alan bir cana tərcih etmişdir. Ata-babalarımız canını, malını və iman dolu şəxsiyyəti ilə bütün varlığını hazırda yaşadığımız bu müqəddəs vətənimizə hədiyyə etmişdir.
Üzərində yaşadığımız bu əziz vətən yalnız xoşbəxt günlərimizin və rahat zamanlarımızın torpağı deyil! O, ağ günlərimizin olduğu qədər, qara günlərimizin, çətin günlərimizin də vətənidir. Biz yalnız bu ölkənin nemətindən faydalanmaq üçün deyil, eyni zamanda yükünü çəkmək, hətta uğrunda canımızı fəda etmək üçün də yaşayırıq. Çünki bu ölkənin yalnız gündüzləri deyil, gecələri də bizimdir.
Biz şəhidlərimizlə birlikdə yaşayan bir millətik. Birimiz hamımız üçün, hamımız birimiz üçün. Bizim inancımızda mən, sən, o yoxdur, yalnız “biz” var.
Gözü doymayan, başqa millətlərin torpaqlarına əl uzatmağa çalışan insanlar hər zaman mövcud olmuşdur. Belə həmlələrə qarşı, vətəni düşmən arzularına təslim etməmək üçün həmişə müdafiə, mühafizə üçün hazır olmalıyıq. Atalarımız gözəl deyir: “Su yatar, düşmən yatmaz!”, “Düşmən qarışqa da olsa, kiçik hesab etmə!”
Aprel döyüşləri məhz bu həssasiyyətin, vətən müdafiəsində düşmənin təxribatlarına qarşı ayıq-sayıqlığın nəticəsi idi. Qısa müddət davam edən aprel döyüşlərində düşmən layiq olduğu cəzanı bir kərə daha görərək, yaşayaraq anladı ki, qarşısında duran millət vətəni üçün, namusu üçün, müqəddəs dəyərləri üçün nələri etməyə qadirdir.
Mənfur tapdaq altında, işğalda qalan Qarabağ torpaqlarına qayıdış da məhz “öncə vətən” deyən ərənlərimizin sayəsində bu qısa müddətli zəfərdən başladı.
Ona görə hər bir ölkə vətəndaşı şəhid qanı ilə sulanan əziz vətənimizin qiymətini yaxşı bilməlidir. Həmçinin bir şeyi də unutmamalıyıq ki, vətənimiz üçün canını fəda edən hər şəhid və canını fəda etməyi gözə alan hər qazi bu xalqın ortaq dəyəridir. Böyük türk şairi Mehmet Akif Ersoyun dediyi kimi:
Basdığın yerləri torpaq deyərək keçmə, tanı!
Düşün altındakı minlərlə kəfənsiz yatanı.
Sən şəhid oğlusan, incitmə, yazıqdır, atanı!
Vermə, dünyaları alsan da, bu cənnət vatanı!
Bunu da qeyd etmək lazımdır ki, heç kimin əsarətində olmadan müstəqil şəkildə yaşamaq, bu əziz torpaqları bizdən sonra gələcək nəsillərə bütöv və salamat şəkildə çatdırmaq, can və mal təhlükəsizliyi ilə dinc və etibarlı bir mühit yaratmaq ancaq hər hücuma qarşı mübarizə apara bilən güclü və təsirli müdafiə ilə mümkündür. Xüsusilə də böyüyün kiçiyi udduğu, güclünün zəifi əzdiyi və hər cür haqsızlığın baş verdiyi bir dünyada yaşamaq və mövcudluğumuzu qorumaq üçün güclü olmaq, gözlənilən hücumlara qarşı tədbir görüb müdafiəyə üstünlük vermək labüddür. Gələcək nəslimizi, övladlarımızı/gənclərimizi məhz bu milli-mənəvi ruhda yetişdirməyimiz lazımdır.
Mövzunu bir şəhid vəsiyyətinin qısa bir misrası ilə yekunlaşdırmaq istəyirəm:
Bilmirəm, eşidirsinizmi səsimizi?!
Qorxmayın, ağlamayın, qürur duyun!
Elə övladlar yetişdirin ki,
adları Sahil, Polad, Mübariz, soyadları Şəhid olsun.
Rəbbimiz xalqımızı, ölkəmizi hər cür təhlükədən qorusun. Xalqımızı qırğınlara məruz qalmaqdan, gözüyaşlı vəziyyətə düşməkdən mühafizə eyləsin!
Qara torpağın bağrına düşən Aprel şəhidlərimiz başda olmaqla, bütün şəhidlərimizə rəhmət, yaralı olan qazilərimizə şəfa, qəhrəman əsgərlərimizə də güc-qüvvət diləyirik.
Aprel döyüşləri – Azərbaycan işğal olunan torpaqlarını azad etmək gücündədir – ŞƏRH
Bakı. 2 aprel. REPORT.AZ/ Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən iki il ötür. Üç gün davam edən bu döyüşlər Azərbaycan və bölgədə maraqları olan dövlətlər üçün çox ciddi mesajlar verdi. Bu döyüşlər Ermənistan silahlılarının atəşkəsi pozması nəticəsində baş verib. 2016-cı ilin mart ayının ortalarından başlayaraq ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə ermənilər aprelin 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olub. Bu hadisələr nəticəsində Azərbaycan ordusu şəhid verib, həmçinin mülki əhali arasında da ölən və yaralananlar olub. Döyüşlər zamanı Azərbaycan ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib, 2000 hektardan artıq ərazi işğalçılardan təmizlənib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam azad edilib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəkliyə Azərbaycan ordusu dövlət bayrağını sancıb. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb. Ötən müddət ərzində işğaldan azad olunan ərazilərdə, o cümlədən aprel qələbəsi ilə düşmən təhlükəsinin uzaqlaşdırıldığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təmir-bərpa işləri aparılıb, orada yeni qəsəbə salınıb, ata-baba yurdlarından didərgin salınan insanlar geri dönüblər. Əslində, bu döyüşlər Azərbaycanın öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək qüdrətində olduğunu sübuta yetirdi. Hadisələr bir daha təsdiqlədi ki, işğalçıya yerini göstərmək üçün ən yaxşı təsir vasitəsi gücdür. Həmin döyüşlərdən sonra Ermənstan silahlı qüvvələrində çaxnaşma yarandı. Müdafiə naziri Seyran Ohanyan tutduğu vəzifədən azad edildi, işğalçı orduya rəhbərlik edən şəxslərin xeyli hissəsi işdən qovuldu. Bu hadisə işğalçı ordu və onun havadarları barəsində yaradılan mifi dağıtdı. Nəhayət, Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrini işğal altında saxlayan Ermənistanın əsl mahiyyəti üzə çıxdı. Bölgəni işğal altında saxlayan gücü və status-kvonun qalmasında maraqlı olan dövlətləri bir daha göstərdi. Eyni zamanda aprel döyüşləri Azərbaycan xalqının erməni işğalı altında olan torpaqların hərbi yolla azad edilməsinə daha çox inandığını sübuta yetirdi. Yeri gəlmişkən, döyüşlər Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal olunmasının 23-cü ildönümü günü başlamışdı. Bu gün Kəlbəcərin işğalından 25 il ötür. Bu müddət ərzində işğal edilən torpaqların, o cümlədən Kəlbəcərin azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası 822, 853, 874, 884 saylı qətnamələr qəbul edib. Ancaq ötən 25 il ərzində Ermənistan bu qətnamələri yerinə yetirməyib. Bu hadisələr Ermənistanın atəşkəsə əməl etmədiyini, onun təcavüzkar olduğunu göstərdi. Aprel döyüşlərindəki məğlubiyyətdən sonra erməni təbliğatçıları Ermənistan cəmiyyətində ruh yüksəkliyi yaratmaq üçün Türkiyə və Azərbaycan torpaqlarına iddialarını bir daha açıq formada göstərdilər. Ancaq bununla belə, Azərbaycan ordusunun apardığı hərbi əməliyyatlardan sonra Ermənistanda Rusiyaya qarşı çıxışlar da artdı. Yerevanda və Los-Ancelosda ermənilər Rusiya əleyhinə aksiyalar keçirdilər. Həmin aksiyada “İşğalçı Rusiya Ermənistanı tərk et!”, “Rusiya imperiyadır!” şüarları səslənmişdi. Hadisələrdən sonra Moskva Yerevanın və bütövlükdə ermənilərin könlünü almaq üçün Ermənistan ordusuna 100 milyon dollarlıq kredit verdi. Hətta Ermənistanda “İskander” zenit-raket kompleksini də yerləşdirdi. Son aylar Ermənistanda yenidən Rusiya əleyhinə çıxışlar başlayıb. Bu il martın 29-da Ermənistanda çıxan “Haykakan Jamanak” qəzetində “1996-cı ildə Gümrüdə 102 saylı hərbi bazanın rusiyalı əsgərlərinin törətdikləri qanlı özbaşınalılqlar” başlığı altında məqalə dərc olunub. Rusiyalı hərbçilərə nəzarət məqsədilə Gümrüdə hərbi polis dəstələri yaradılacaq. Bu şəhərdə fəaliyyət göstərən “Kompas” Elmi-Araşdırma, Maarifləndirici Konsaltinq Mərkəzinin mütəxəssisi Karen Petrosyan hərbi polis dəstələri və Rusiya əsgərlərinin törətdikləri cinayətlərdən danışıb. O bildirib ki, belə dəstələrin yaradılması haqqında Ermənistan və Rusiyanın birgə bəyanat verməsi yaxşı olardı. K.Petrosyan 102 saylı bazanın hərbçisi Valeri Permyakovun 2015-ci il yanvarın 12-də Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü qətlə yetirməsini yada salıb: “Avetisyanların qətlindən sonra Gümrünün Bullvar məhəlləsində Rusiya hərbçisinin meyiti aşkar olundu”. Mütəxəssis deyib ki, 1996-cı ildə həmin hərbi hissənin əsgərləri Denis Popov və Aleksandr Kamaenevin Gümrüdə avtomat silahdan açdıqları atəş nəticəsində 2 nəfər ölmüş, 8 nəfər yaralanmışdı. K.Petrosyanın sözlərinə görə, yaradılacaq Rusiya hərbi polis dəstələrinin səlahiyyət həddini aşaraq rusiyalı hərbçilər kimi davranmayacaqlarına təminat yoxdur. Əslində, belə zənn etmək olar ki, Rusiya bu polis dəstələri adı altında Ermənistandakı hərbçilərinin sayını artırır. Erməni təhlilçilər yeni yaradılacaq hərbi qurumdan ehtiyat edirlər. Onun Ermənistana xeyrinin olmayacağını bildirirlər. Erməni şərhçi Naira Ayrumyan yazıb: “Bu hərbi polis Rusiyaya niyə lazımdır? Bu suala Ermənistanın cavabı yoxdur. Rusiyanın Gümrüdən başqa Erebunidə hərbi bazası var. Bundan başqa, Ermənistanın dövlət sərhədlərini Rusiya Federal Təhlükəsizlik Xidmətinin hərbçiləri qoruyur. Rusiya hərbçilərinin əksəriyyətinə xarici pasport verilmir. Onların çoxu daxili pasportla asanlıqla Ermənistana səfər edə bilirlər”. Bu arada aprelin 2-də Rusiyanın Ermənistanda yerləşən hərbçiləri Alagöz yüksək dağlıq poliqonunda keçirilən təlimlərdə iştirak edirlər. İkitərəfli taktiki təlimlərə mindən çox hərbçi, təqribən, 300 ədəd hərbi texnika, o cümlədən qırıcı təyyarələr, ordu və pilotsuz aviasiya cəlb olunub. Bundan başqa, anti-Rusiya çıxışları qarşılığında Moskva Yerevana daha bir güzəştli kredit ayıracaq. Rusiya Ermənistana hərbi avadanlıqlar almaq məqsədilə cari il 100 milyon dollarlıq kredit verəcək. Yeri gəlmişkən, ABŞ-ın Xarici Siyasət Şurasının analitiki Stiven Blank bu yaxınlarda qeyd edib ki, ABŞ-ın yeni sanksiyaları digər dövlətləri Rusiya silahları almaqdan çəkindirə bilər: “Rusiya silahlarının Cənubi Qafqaza gəlməsinin dayandırılması pis olmazdı, heç olmasa, bu tərəflərin sülh əldə etməsinə yardım göstərərdi. Rusiya silahları alanlara dövlət səviyyəsində müəyyən istisnalar olunsa da, RF-dən böyük həcmdə silah alan Ermənistan surprizlərlə rastlaşa bilər. Ümumiyyətlə, bir dövlətə sanksiyalar tətbiq etmək mümkündür”. Belə çıxır ki, Ermənistanda cəmiyyətin fikirləri rəsmi Yerevan üçün əhəmiyyətli deyil. Rusiyanın isə bu ölkəyə öz ərazisi kimi baxdığı dönə-dönə təsdiqini tapır. Yaxud bu iddia doğru deyilsə, o zaman Moskva anti-Rusiya təbilğatı əksilməyən bir ölkəni niyə belə canı-dillə dəstəkləyir, ona yardım edir? Hətta 2016-cı ilin aprelin 2-5-də keçirilən hərbi əməliyyat belə Rusiyanın istəyi və xahişi ilə dayandırıldı. Əks halda, daha böyük ərazilərin işğalçıdan təmizlənəcəyi istisna olunmurdu. Beləliklə, aprel döyüşləri Azərbaycana torpaqların hərbi yolla işğaldan azad etmək üçün “yaşıl işıq” da yandırdı, bunu reallaşdırmaq üçün Azərbaycanın hər cür imkanı olduğu nümayiş etdirildi. Eyni zamanda Azərbaycan cəmiyyətinin də işğal faktını çox uzanmasından narahat olduğu üzə çıxdı. Ona görə də ilk növbədə münaqişənin dinc yolla həllinin tərəfdarı olub atəşkəs rejiminin pozulmamasından ötrü canfəşanlıq edən və təcavüzkar Ermənistana bir dəfə də olsun həddini bildirməyən beynəlxalq vasitəçiləri ittiham edirlər. Aprel döyüşləri sübut etdi ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan Ermənistanı və havadarlarını Azərbaycan hərbi yolla cəzalandıra, işğalçı siyasətdən çəkindirə bilər. Habelə iki il əvvəl keçirilən hərbi əməliyyatlar bir daha təsdiqlədi ki, Azərbaycan işğal olunan torpaqlarını azad etmək gücündədir.
Aprel döyüşlri
AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
- Müdafiə naziri
- Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi
- Müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi
- Мüdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi
- Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı
- Мüdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı
- Мüdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı
- Müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini
- Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzi
- “Azərbaycan Ordusu” qəzeti
- “Hərbi Bilik” jurnalı
- “Milli təhlükəsizlik və hərbi elmlər” jurnalı
- Hərbi And
- Qanunvericilik
- Nizamnamələr
- Bayraqlar
- Orden və medallar
- Emblemlər
- Azərbaycan Milli Qəhrəmanları
- Geyim qaydası
- Beynəlxalq hərbi əməkdaşlıq
- İkitərəfli və çoxtərəfli hərbi əməkdaşlıq
- NATO ilə əməkdaşlıq
- Beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak
- BQXK ilə əməkdaşlıq
- Beynəlxalq silahlara nəzarət üzrə fəaliyyətlər
- CISM – Beynəlxalq Hərbi İdman Şurası
- Azərbaycandakı xarici hərbi nümayəndəliklər
- Beynəlxalq Ordu Oyunları
- Azərbaycan Ordusunun hərbi elm və təhsil sistemi
- Hərbi Elmi Tədqiqat İnstitutu
- Hərbi İdarəetmə İnstitutu
- Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi
- Heydər Əliyev adına Hərbi İnstitut
- Cəmşid Naxçıvanski və Heydər Əliyev adına Hərbi Lisey
- Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi
- Dövlət rəmzləri
- Bayramlar
- Ermənistan-Azərbaycan münaqişəsi
- Vətən müharibəsi
- Qan yaddaşı
- Xəbərlər arxivi
- Cəbhə xəbərləri arxivi
- Foto arxiv
- Video arxiv
- “Azərbaycan Ordusu” qəzetinin arxivi
- “Azimut” Bülleteninin Arxivi
Xəbərlər
17 Fevral 2018 09:14
Aprel döyüşləri – böyük zəfərin başlanğıcı
2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi.
Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.
Aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi. Onların əlavə qüvvələr göndərməklə hücumu davam etdirmək planı da baş tutmadı. Hazırlıqlı bölmələrimiz tərəfindən düşmənin strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazasının qərargahına və erməni könüllülərini daşıyan avtobusa zərbə endirildi.
Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Madagiz və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimiz tərəfindən önləyici zərbələrlə dağıdıldı.
Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat qruplarımız tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində şimal istiqamətində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi ətrafında, cənubda isə Horadiz şəhəri və Araz çayı boyu Cəbrayıl rayonunun bəzi kəndlərinin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm ərazilər azad edildi. Bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mövqelər quruldu və mühəndis-istehkam tədbirləri həyata keçirildi.
Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Bizdə olan məumatlara görə, 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsinə yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi.
Aprel döyüşlərindən sonra – may ayında Ermənistan və Azərbaycan prezidentləri münaqişənin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin rəsmilərinin iştirakı ilə Vyanada görüşdülər, həmçinin iyunun 20-də Sankt-Peterburqda Rusiya Prezidentinin iştirakı ilə üçtərəfli danışıqlar keçirildi. Görüşlərdə münaqişə bölgəsində etimad tədbirlərinin möhkəmləndirilməsi, insidentlərin araşdırılması mexanizmlərinin yaradılması, ATƏT-in fəaliyyətdə olan sədri ofisinin genişləndirilməsi haqqında razılıq əldə edildi.
Əslində, Ermənistanın hər dəfə cəbhədə təxribata əl atmasının səbəbi heç kimə sirr deyil: cinayətkar rejim münaqişənin nizamlanması ilə bağlı danışıqlar ərəfəsində daim cəbhədə vəziyyəti gərginləşdirir və bununla da öz xalqının fikrini ölkədəki ictimai-siyasi, sosial-iqtisadi böhrandan yayındırmağa cəhd edir. Düşmənlə müqayisədə Azərbaycan isə münaqişənin dinc yolla həllinə tərəfdardır və bu istiqamətdə səylərini əsirgəmir.
Azərbaycan Ordusu düşmənə qarşı öz ərazilərimizdə əməliyyat aparıb. Bu baxımdan da beynəlxalq təşkilatlar, nüfuzlu ölkələr aprel döyüşləriylə bağlı Azərbaycan əleyhinə bir söz deyə bilməzdilər. Azərbaycan qarşılıqlı qaydada hərbi əməliyyatları dayandırmağa razı oldu və bununla da münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiyini bir daha nümayiş etdirdi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, bütün region üçün ciddi təhlükə mənbəyidir. Rəsmi Azərbaycan bəyan edir ki, işğal faktı, mövcud status-kvo ilə barışmaq və Ermənistanın təxribatlarına dözmək niyyətində deyil. Əksinə, düşmənə layiqli cavab vermək, torpaqlarını azad etmək iqtidarındadır.
Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar, Ermənistan rəhbərliyini çətin vəziyyətdə qoyur, həmçinin işğalçı ölkə beynəlxalq iqtisadi layihələrdən kənarda qalır. Dövlət başçımızın Azərbaycan Ordusunun aprel qələbəsinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə də qeyd etdiyi kimi, Ermənistan öz müstəqil həyatını Azərbaycan torpaqlarının işğalına qurban verib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev həmişə bəyan edir ki, Ermənistanın müstəqil bir ölkə kimi fəaliyyəti qonşularla münasibətlərini tənzimləməkdən və öz qüvvələrini Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarmaqdan asılıdır.
“Biz sadəcə olaraq çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq son illər ərzində aldığımız ən müasir, – mən onu bir daha qeyd etmək istəyirəm, – dünyanın ən müasir silahları bizə çox böyük imkan yaradır. Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Bu, bir daha onu göstərir ki, aprel döyüşləri Ermənistanın təxribatı idi. İndi bəziləri müxtəlif versiyalar, fərziyyələr irəli sürürlər ki, Azərbaycan əməliyyat keçirməyi planlaşdırırdı, o da sonra dayandırıldı və sair. Birincisi, biz nəyi etmək istəmişiksə, onu da etmişik. Əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib. Əgər aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik. Bunlar sirr deyil. Burada hər şey beynəlxalq monitorinq altındadır. Bilirlər ki, bizim uzaqmənzilli raketlərimizin, pilotsuz döyüş aparatlarımızın gücü nədən ibarətdir. Biz onlardan demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq. Bunu onlar bilsinlər və özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbrimizlə oynamasın”.
Prezident İlham Əliyev bu sözləri ilə bir daha təsdiqləyir ki, Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verilməyəcək. “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində həmişə olub, bu gün də onun tərkibindədir, gələcəkdə də olacaq”.
Ramil ABBASOV,
Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi
Comments are closed, but trackbacks and pingbacks are open.