Aprel döyüşləri və xatırlanan uşaqlıq…
Cavid Gülbala oğlu Dədəkişiyev
Şanlı Aprel döyüşlərinin şəhidləri – SİYAHI
2016-cı ilin aprel döyüşlərindən artıq dörd il keçir. Torpaqlarımızın azad olunması yolunda canlarından keçmiş şəhidlərimizin hünəri bu gün də gənclərimizə örnəkdir. Dörd gün davam edən Aprel döyüşləri Azərbaycan tarixində daha bir şərəfli qələbə kimi yaddaşlarda qalıb.
Tarix boyu Azərbaycan əsgəri vətəni, bir qarış torpağı uğrunda canından keçməyə hazır olub. Şəhidlik elə bir zirvədir ki, o hər insana nəsib olmur. Onların adları, xatirəsi yaddaşlarda əbədi yaşayacaq.
Milli.Az oxu.az-a istinadən Aprel döyüşlərində şəhid olan hərbçilərimizin xatirəsini hörmətlə anaraq, 2016-cı ilin aprel döyüşlərində şəhid olan əsgər və zabitlərimizin siyahısını təqdim edir:
Polkovnik:
Vüqar Nurəddin oğlu Yusifov
Polkovnik-leytenant:
Raquf Cahangir oğlu Orucov
Murad Telman oğlu Mirzəyev
Mayor:
Təbriz Tariyel oğlu Musazadə
Urfan Üzeyir oğlu Vəlizadə
Rasim Əbdül oğlu Məmmədov
Elnur Adil oğlu Əliyev
Samit Gülağa oğlu İmanov
Kapitan:
İnqilab Çingiz oğlu Quliyev
Mühid Qurban oğlu Orucov
Vaqif Dilqəm oğlu Bayramov
Nəcməddin Akif oğlu Savalanov
Baş leytenant:
Əbu Bəkir Vüqar oğlu İsmayılov
Mirzə Sərvər oğlu Novruzov
Rəşid Rövşən oğlu Mehdiyev
Ziya Niyazi oğlu Həsənov
Elvin Məmməd oğlu Namazov
Cavid Gülbala oğlu Dədəkişiyev
Elnur İsgəndər oğlu İsgəndərov
Sahil Həsrət oğlu Şirinov(leytenant)
Gizir:
Dilsuz Məmmədağa oğlu Qarayev
Elimdar Səlimxan oğlu Səfərov
Orxan Kazım oğlu Hümbətov
Orxan Ələsgər oğlu Müstəcəbov
Məhəbbət Zaman oğlu Mirzəyev
Nurlan Rasim oğlu Abdullayev
Ravil Elman oğlu Novruzov
Rusif İbrahim oğlu Ağayev
Teymur Sabir oğlu Qasımov
Murad Vaqif oğlu Məmmədov
Bəxtiyar Rəfael oğlu Hüseynov
Toğrul Habil oğlu Fərəczadə
Şahin Yaşar oğlu Cavadzadə
Pəncəli Nurməmməd oğlu Teymurov
Tural Gülşad oğlu Qurbanov
Mirsalam Təvəkkül oğlu Cəfərov
Seymur Qulamhüseyn oğlu Baxışov
Babək Vəfadar oğlu Abidov (Kiçik gizir)
Çavuş:
Təbriz Hamlet oğlu Əsgərov
Elvin Sədrəddin oğlu Qayıbov
MAXE hərbi qulluqçu:
Ruhin Əşrəf oğlu Qəhrəmanov
Nurlan Bayram oğlu Əsgərov
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Aprel döyüşləri və xatırlanan uşaqlıq…
“2016-cı il aprel ayında demək olar ki, hər kəsin müzakirə nöqtəsi, narahatçılığı, qürur yeri, kədəri, sevinci cəbhədəki vəziyyətlə bağlı oldu. Hamının aparıcı mövzusu, müzakirə yeri aprel ayında bir neçə gün ərzində qazanılan qalibiyyət oldu. Bəzilərinə görə, yarımçıq kəsilən münaqişə, bəzilərinə görə isə daha düzgün seçilən bir yol. Fikirlər müxtəlif olduğu kimi, təkliflər və arzular da müxtəlif oldu. Gün keçdikcə bu təkliflər, düşüncələr dəyişir və dəyişəcək. Dəyişməyən yeganə reallıq torpağımız və şəhidlərimizdir. Onlar bizim həm qürur yerimiz, həm kədərimiz, həm tariximiz, həm də qalibiyyətimizdir. “Vətən sağ olsun”, deyib balasını torpağa əmanət edən, övladının tabutu üzərindəki bayrağı qoxlayıb sanki iyini ondan alan analar, atalar, sevgiləri nakam qalıb qəbri üzərinə oxuyacaqmış kimi qoyulan məktublar, ömürlərinin sonuna kimi ondan yadigar qalan övladları ilə təsəlli tapacaq şəhid xanımları… və onların arxasında dayanan “şəhidimiz ölmədi, biz hamımız övladınızıq” – deyən Azərbaycan xalqı…
Bu il yaşanan aprel hadisələri 23 il əvvəli yada saldı. İkinci sinifdə oxuyurdum. Axşam idi. Şam yeməyini təzəcə yemişdik ki, atəş səsləri eşidildi. Hər gün duyduğumuz səslərə artıq alışmışdıq. Amma bu dəfə fərqli idi. Susmayan, fasiləsiz atəş səsləri getdikcə yaxınlaşırdı. Anam qardaşımla məni geyindirib, hələ üç aylıq körpə olan bacımı da yorğanına büküb tez bayıra çıxardı. Evimizdən çıxanda əlimi gəlinciyimə uzadıb götürmək istədim, anam “onsuz da bir azdan qayıdacağıq” deyib tələsməmizi söylədi. Bayıra çıxanda daha dəhşətli mənzərə ilə qarşılaşdım. Hər kəs təlaş içərisində idi. Ən çox qorxan uşaqlar idi…
Gedərkən yenə də oyuncaqlarımı götürmək istədim, ancaq bu dəfə babam icazə vermədi: “Mənim gözəl nəvəm, onsuz da tezliklə qayıdacağıq, gəlib evdə oynayarsan…”
Elə bu sözlər, bu hadisələr Qarabağ haqqında son xatirələrimdir. Bir də o yadımdadır ki, hər gün televizorda cəbhə xəbərlərini ötürmədən izləyən valideynlərim bəzən ümidlə, bəzənsə üzgün təəssüratlarla qayıdacağımız günü gözləyirdilər. Bəlkə də tam mənasını anlamasam da qəlbimdə vətənpərvərlik hissləri o zamandan cücərməyə başlayıb.
Nəinki mənim, o dövrün bütün uşaqlarının, desəm, yanılmaram. Bəli, biz “müharibə uşaqlarıyıq”, vətən həsrəti ilə, lakin inamla yaşayan və inkişaf edən bir nəsilik. Yanılmıramsa, artıq üçüncü nəsil bu münaqişənin şahidinə çevrilib. Ancaq müşahidələrim göstərir ki, nəsillərin artmasının, zamanın irəliləməsinin heç də insanlarda vətənpərvərlik hisslərinin zəifləməsinə, vətən sevgisinə heç bir təsiri olmadı.
Əmin oldum ki, tariximizə dayanan, keçmişimizə bağlı olan bir xalq kimi formalaşmışıq. İllər ötsə də, zaman keçsə də heç kim bizim vətən sevgimizi nə azalda, nə də bundan məhrum edə bilər. Qanımız, ruhumuz vətənpərvərliklə yoğrulub bizim. Dörd gün ərzində ürəyimizdəki ümid qığılcımları, qisas hissi, birlik duyğusu sanki silkələndi. Mürgüləyərkən oyandıq. Bir olduq. Birliyimizin fərqinə vardıq. Səfərbərliyin elan edilməsini gözləyən gənclərimiz böyük ruh yüksəkliyi ilə hər an önə atılmağa hazır idilər. Bir sözlə inamımızın, ümidimizin, mübarizliyimizin ölmədiyinin şahidi olduq.
Qarabağ indiyə qədər ürəyimizdə yara olaraq qalır. Bu yara illər ötdükcə, uşaqlıq xatirələrimə sarılaraq ürəyimdə sızıldadıqca, beynim o illəri yaddaşımda qoruyaraq unutmağa qoymur. Qarabağ xatirələrimizi nağıl olaraq övladlarımıza danışaraq müsbət sonluqlarla tamamlayırıq. Sonluğun isə reallaşmaması bizi ruhdan salmır, çünki inamımız və imanımız var.
Aprel döyüşləri
Milli Ordumuzun Aprel qələbəsi müasir tariximizin şərəfli səhifələrindən biridir. 2016-cı il aprel ayının ilk dörd günü ərzində Milli Ordumuz düşmənin yaratdığı «keçilməz müdafiə istehkamları» mifini alt-üst etdi.
Aprel döyüşlərinə qədər qoşunların təmas xəttində hər gün atışmalar müşahidə olunurdu. İlk dəfə idi ki, ən irihəcmli hücum baş verirdi. Aprelin 1-də bütün cəbhəboyu mövqelərimiz Ermənistan silahlı qüvvələri tərəfindən iriçaplı silahlardan atəşə tutuldu.
Bu dəfə Ermənistan ordusundan dəfələrlə güclü olan Azərbaycan ordusu düşmənə aman vermədi. Qısa müddətdə həlledici addımlar atdı. Azərbaycan silahlı qüvvələri tərəfindən həyata keçirilən sürətli əks-həmlə başlandı. Ermənistan hərbi qüvvələrinin möhkəmləndirdiyi birinci müdafiə xətti yarıldı. Bir sıra strateji əhəmiyyətli mövqelər ələ keçirildi. Cəbrail rayonundakı «Lələtəpə» adlı yüksəklik azad olundu, Tərtər rayonunun Talış kəndinin ətrafındakı strateji yüksəkliklər geri alındı, Seysulan kəndi erməni işğalçılarından təmizləndi.
Vətən, torpaq uğrunda Azərbaycan əsgərlərinin göstərdiyi fədakarlıq dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Aprel döyüşlərində igidliyinə görə Şükür Həmidov, Samid İmanov və Murad Mirzəyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Aprel döyüşləri Ermənistan işğalçılarına psixoloji cəhətdən ağır zərbə vurdu. Ermənilər gördülər ki, Azərbaycan Ordusu çox qısa zamanda işğal altında olan doğma torpaqlarını azad edə bilər.
Ali baş komandan Prezident İlham Əliyev Aprel döyüşləri haqqında demişdir: “Əks-hücum əməliyyatı nəticəsində ordumuz düşmənə güclü sarsıdıcı zərbə vurub və minlərlə hektar torpaq işğaldan azad edilib. Aprel döyüşləri həm bizim parlaq qələbəmizdir, həm də bir daha Azərbaycan dövlətinin gücünü göstərdi”.
Bütün beynəlxalq təşkilatlar, hətta illərdən bəri münaqişəni seyr edən ATƏT-in Minsk qrupu xəbərdarlıq almış oldu. Aprel qələbəsi bir çox dövlətlərə öz xarici siyasətlərinə yenidən baxmağa məcbur etdi. AŞPA- nın sədri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan etdi. Bir sıra respublikaların dövlət başçılarının bəyanatı Ermənistan dövlətini qınaq obyektinə çevirdi.
Azərbaycan Prezidenti İlham Əliyev demişdir: «Mən, əlbəttə, istəyirəm ki, biz bunu qan tökülmədən edək. Ancaq biz istənilən varianta hazır olmalıyıq və hazırıq. Bu gün nəinki güclü iqtisadiyyatımız, güclü ordumuz var. Ordu potensialı da, insan potensialı da, vətənpərvərlik hissləri də çox güclüdür».
Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü bir daha göstərdi, xalqımızda Ordumuza olan inamı daha da artırdı.
Milli Ordumuzun aprel döyüşlərindəki böyük qələbəsi bir daha göstərdi ki, Azərbaycan dövləti bu münaqişəni hərbi yolla həll etmək iqtidarına malikdir. Aprel döyüşləri bir daha təkrar olunarsa,
Ermənistanın bütün işğal planlarının alt-üst olacağı şübhəsizdir.
Azərbaycan ordusunun aprel qələbəsinin gətirdiyi ruh yüksəkliyini nəzərə alaraq Prezident İlham Əliyev «Aprel döyüşləri Azərbaycan Respublikasının hərb tarixinə salınmalıdır» deyərək bu qələbəni yüksək qiymətləndirmişdir.
Aprel döyüşləri Silahlı Qüvvələrimizin ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə qadir olduğunu göstərdi. Bu qələbə hamı kimi məktəbli-gənclərimizdə də böyük qürur hissi yaratdı. Şagirdlərdə vətənpərvərlik hissinin artmasına, dövlətimizə və dövlətimizin qüdrətinə inamı artırdı.
Müəllif: Qasım Hacıyev, Əyyub Əbdüləzimov
Mənbə: Qarabağ tarixi — 7 Ümumtəhsil məktəblərinin 7 ci sinfi üçün Qarabağ Tarixi fənni üzrə Dərslik
- Teqlər:
- Aprel döyüşləri
- , Milli Ordu
- , Aprel qələbəsi
Comments are closed, but trackbacks and pingbacks are open.