Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı
TARİXƏ PƏNCƏRƏ
Türk sufi triadası – Şeyx Əhməd Yəsəvi, Yunis İmrə, İmadəddin Nəsimi
VII əsrin sonlarından başlayaraq XIII-XIV, hətta, bəzi yerlərdə XV əsrə qədər davam edən və bir sıra hallarda fərqli coğrafiyalarda indi də davam etməkdə olan islamlaşma prosesi türk-müsəlman ədəbiyyatında din və təkkə, divan və xalq ədəbiyyatı (Bax. Ahmet Kabaklı. Türk edebiyatı. II cilt. İstanbul-1997. s.218.) şəklində təzahür etmişdir.
Hələ X-XI əsrlərdə Əbu Reyhan Biruni ( 973 -1048) və Abdulkərim Kuşeyri ( 986 – 1072,) araşdırmalarında “təsəvvüf” sözünün ərəbcə “saf” və ya “suffə”, yaxud da “yun” anlamına gələn “sofi” və ya “sufi” sözlərinin cəm şəkli olan “sofiya”, yaxud “sufiyə” sözlərindən törədiyini deyil, yunan mənşəli “feylesof” (“hikmətsevər”, “bilgin”) sözündəki “sof”, “sofos” və ya “sofiya” tərkibindən gəldiyini (Bax. Yaqub Babayev. Təriqət ədəbiyyatı: sufizm, hürufizm. Bakı, “Nurlan”, 2007. Səh. 9., Bax. Ahmet Kabaklı. Türk edebiyatı. II cilt. İstanbul-1997.s.236.) ) göstərmişlər.
Sufi ədəbiyyatı təkcə islami görüşlərlə izah etmək çox vaxt səhv nəticələrə gətirib çıxardığından Həllac Hüseyn ibn Mənsur (858-922), Fəzlullah Nəimi (1339-1394), İmadəddin Nəsimi (1369-1417) kimi dühaların dərilərinin soyulmalarına və edamına hökm verilmişdir. “İşraqilik” (“Aydınlaşma”) təliminin banisi Şihabəddin Yəhya Sührəverdi (1154-1191) isə yunanlardan, hindlilərdən, məcusilərdən bəhrələnməkdə (Bax. Zakir Məmmədov. Azərbaycan fəlsəfəsi tarixi. Səh.73.) təqsirləndirilmişdir. Əgər islami görüşlər baxımından verilən bu hökmlər doğru olsaydı, müsəlman aləmi edama və günahlandırılmağa məruz qalan sufilərin məzarlarını ziyarətgaha çevirməzdilər -V.As. Sufi ədəbiyyatda Tanrıçılıq, Şamanlıq, Bütpərəstlik, Atəşpərəstlik, Zərdüştilik, Buddaçılıq, Musəvilik, İsəvilik, Manilik, Konfusiçilik elementləri olduğundan onu Yer kürəsini əhatə edən və etməkdə olan biliklər, təsəvvürlər, miflər, rəmzlər, inanclar, tapınaqlar sistemində axtarmaq, incələmək və şərh etmək lazımdır-V.As. Çünki sufi ədəbiyyatda ilkinliklə müşayiət edilən təkamül əqli və hissi idrakın sinkretizmi şəklində özünü göstərir-V.As. O, Yaradana və yaradılanlara mümkün olan bütün görmə bucaqlarından baxışdır-V.As. Dini – dünyəvi bilikləri və təsəvvürləri içinə alan təsəvvüf özünəməxsus düşüncə tərzidir-irfan və ürfan yoludur. Orada tez-tez rast gəlinən “eşq”, “sevgili”, “dost”, “şərab”, “məclis”, “sərxoş” və s. sözlər rəmzi məna daşıyır və Allaha ünvanlanır.
Müsəlman aləmində VIII əsrdə yaşamış və ilk dəfə “sufi” deyə çağırılmış şəxs Əbu Haşim Kufəi olsa da, onun müasiri Əbu İshaq Bəlxi sufiyanə həyat tərzi keçirərək hakimliyindən və var-dövlətindən imtina etsə də (Bax. Rəhim Əliyev. Nəsimi və klassik dini üslubun təşəkkülü. Səh. 28. Bakı, “Nafta Pres”, 2006.), ilk sufilərdən biri sayılan Rəbiə əl-Ədaviyə (713/718-801) adlı bir qadın “Mən mövcudluğumdan çıxdım, öz-özümün içindən çıxdım, Allahla birləşdim, bütünlüklə onun oldum” (Bax. Y.E.Bertels. Sufizm i sufiyskaya literatura. S.18. Moskva, “Nauka”, 1963.) deyə özünü, “Allahım, əgər mən səni cəhənnəm qorxusuna görə sevirəmsə, məni onda yax. Əgər səni cənnət arzusu ilə sevirəmsə, məni ondan məhrum et. Əgər sənin camalını görmək ümidi ilə sənə ibadət edirəmsə, o görüşü məndən əsirgəmə” (Bax. Yaqub Babayev. Təriqət ədəbiyyatı: sufizm, hürufizm. Bakı, “Nurlan”, 2007. Səh. 6-7.) deyə yaşamının mənasını ifadə etsə də, ərəb aləmində Zünnun Əl- Misri (?-854), Əbu Abdullah əl-Mühasib (IX əsr ), Bəyazid Bistami (?-874) , Həllac Hüseyn ibn Mənsur (858-922), Cüneyd Bağdadi (820-910) və başqaları sufi təlimin banisi hesab edilsələr də (Bax. ASE, IX c. S.91. Bakı,1986.), türk aləmində islam dininin Qaraxanilər (840-1212) dövründə 932-ci ildə dövlət səviyyəsində qəbul edilməsindən sonra sürətlə inkişaf etməyə və yayılmağa başlayan türk-islam sufizmi təsəvvüf ədəbiyyatını və fəlsəfəsini daha da zənginləşdirdi.
Inancın və etiqadın islam qatında yeni bir inkişaf mərhələsinə daxil olan türk sufizmi dünya ədəbi-bədii-fəlsəfi təfəkkür tərzinə təsir göstərən ədəbiyyata çevrildi. Türkün “Tanrı” sözü və anlayışı ilə ərəbin “Allah” sözü və anlayışının müəyyən mənada üst-üstə düşməsi bu prosesə daim təkan verdi. Mürşid – mürid münasibətlərinə əsaslanan sufizmin fəlsəfi əsası canlı və cansız aləmdə Allahın təzahürünü görə bilmək (panteizm) olduğundan Nəqşbəndilik, “İşraqilik”, Bəktaşilk, Mövləvilik, Xəlvətilik, Hürufilik və sair kimi sufi təriqətlər meydana gəldi və türk mütəsəvviflərin adı ilə bağlandı. Onlar dünyanı bir dinə gətirmək istiqamətində eninə, uzununa və dərininə inkişaf etməkdə olan sufizmə böyük töhfələr verdilər. Prof. Dr. Gülşən Əliyeva – Kəngərli demişkən: “. erkən sufilərdən gələn “kamil insan” konsepsiyası sufizmdə “ilahi insan” həddinə – son həddə qədər (Bax. Prof. Dr. Gülşən Əliyeva – Kəngərli. Azərbaycan ədəbiyyatında sufizm. 525-ci qəzet. 31. 12. 12. 15:00) yüksəldi.” Bunların sırasında sırf türkcə yazıb yaradan mütəsəvviflər də var idi ki, onlar əqli və hissi yaşantılarını, ədəbi-bədii-fəlsəfi düşüncələrini poetik bir dillə ifadə edirdilər. Çünki türk ruhu qanadlı ruh olduğundan poetizmi daha yaxşı qəbul edirdi. Elə bu mənada Şeyx Əhməd Yəsəvi, Yunis İmrə, İmadəddin Nəsimi triadası türk-islam sufi ədəbiyyatının əqli və hissi idrak çevrəsini daha genişləndirmiş, onu dünyanın hər yerindən görünən bir zirvəyə qaldırmışdır. Xoca Əhməd Yəsəvi. O, təsəffüf ədəbiyyatında ilk türk təkkə şairi, dərviş və kəramət sahibi olan övliya kimi tanınmaqdadır. Onu fəxrlə Türküstan piri də adlandırırlar. O, “Vücudnamə”, “Divani-hikmət” və “fəqirnamə” əsərləri ilə məşhurdur. Şeirlərində Oğuz ünsürləri vardır.
Elm aləmi Xoca Əhməd Yəsəvinin 1102/1103 – 1166/1167-ci illərdə ömür sürdüyünü qəbul edir. O indiki Çimkənd yaxınlığındakı Seyram (o dövrdəki İsficab və Akşehr) şəhərində Şeyx İbrahimin ailəsində doğulmuşdur.
Onun “Vücdnamə”sinin bir yerində
Ərənlərdən fəyzu fütuh alalmadım,
Yüz yiqirmə beşqə kirdim, biləlmədim.
Haqq taala taətlərin kılalmadım,
Eşitib, oxub, yerqə kirdi kul Xoca Əhməd.
(Bax. Füzuli Bayat. Xoca Əhməd Yəsəvi və xalq sufizminin bə’zi problemləri. Bakı, “Ağrıdağ”, 1997. S.9.)
digər bir yerində isə
Əya, dostlar, qulaq salın ayduğumda,
Nə səbəbdən altmış üçdə girdim yerqə?
Me’rac üzrə haq Mustafa ruhum gördü,
Ol səbəbdən altmış üçdə girdim yerqə.
(Bax. Pənah Xəlilov.Əhməd Yəsəvi. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı-1997, s.13.)
deyilməsi “Vücudnamə”nin Xoca Əhməd Yəsəvidən sonra gələn sufilər tərəfindən təkrar-təkrar işlənməsindən xəbər verir..
Xoca Əhməd Yəsəvi 6-7 yaşlarında valideynlərini itirmiş, bir müddət böyük bacısının himayəsində qalmış, daha sonra Yəsi şəhərinə gəlmişdir.
Yəsi şəhəri XVI əsrdən Türküstan adlandırılmış və bu adla indi də Qazaxıstanda ziyarətgahdır. O, təhsili və fəaliyyəti bu şəhərlə bağlı olduğundan özünə “Yəsəvi” nisbəsini təxəllüs olaraq götürmüşdür. “Vücudnamə”yə görə, Xoca Əhməd Yəsəvi ilk təhsilini Yəsidə, Şeyx Arslan Babadan almış, onun vəsiyyəti ilə Buxaraya getmiş, İyirmi səkkiz yaşında piri Şeyx Yusif Həmədaniyə rast gəlmiş, ondan təsəvvüf elmini öyrənmiş, otuz dörd yaşında alim olub hikmət söyləmiş, otuz altı yaşında kamal mərtəbəsinə çatmış, mürşidi Yusif Həmədaninin (1048-1140) vəfatından sonra Buxarada bir müddət onu əvəz etmiş, təqribən 50 yaşlarında Yəsiyə (Bax. Füzuli Bayat. Xoca Əhməd Yəsəvi və xalq sufizminin bə’zi problemləri. Bakı, “Ağrıdağ”, 1997. s.9, 12-14., Pənah Xəlilov.Əhməd Yəsəvi. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı-1997, s. .8-9.). qayıtmışdır . Məhəmməd peyğəmbərin ömründən artıq ömür sürmək istəməyib öz müridlərindən Yəsi şəhərindəki təkkəsinin qabağında bir quyu qazmağı xahiş etmişdir. O bu quyuya nərdivanla enirmiş. Quyunun dibində bircə nəfər yerləşə bilirmiş. Buna çilləxana (Bax. Pənah Xəlilov.Əhməd Yəsəvi. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı-1997. s.4.) deyirmişlər. Onu elə öz təkkəsinin yanında (Bax. Füzuli Bayat. Xoca Əhməd Yəsəvi və xalq sufizminin bə’zi problemləri. Bakı, “Ağrıdağ”, 1997. S.16.) dəfn etmişlər. Onun türbəsini Qızıl Orda xanı Nasirəddin Toxtamış xan (təx. 1342-1405-08) 1387-ci ildə yəğmalatdırsa da, Əmir Teymur (1336-1405) onu1395-1397-ci illərdə bərpa etdirib yanında bir məscid (Bax. Pənah Xəlilov.Əhməd Yəsəvi.
Azərbaycan Dövlət Nəşriyyatı. Bakı-1997. s.10.) tikdirdirmişdir. Yəsəvinin bu nəhəng məqbərəsinin qapısı üzərində bu sözlər yazılmışdır: “Qeybin açarı ondadır. Ondan başqa heç kim (Bax.Füzuli Bayat. Xoca Əhməd Yəsəvi və xalq sufizminin bə’zi problemləri. Bakı, “Ağrıdağ”, 1997. s.17.) bilməz.”
(ardı növbəti sayımızda)
AYB Şəki bölməsinin sədri
ADPU Şəki filialının baş müəllimi
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı
Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib. E-mail:edebiyyat-az.com@mail.ru Əlaqə telefonu: 051 785 44 33; 070 815 12 96 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri
Aşıq ədəbiyyatında işlənən şeir janrları
Aşıq ədəbiyyatının ən geniş yayılmış janrlarından biri də Qoşmadır.Hər bəndi dörd misradan və hər misrası on bir hecadan ibarət olan şeir şəklinə Qoşma deyilir.Ədəbiyyatşünaslıqda qoşmaya
“məhəbbət şeiri” və ya “aşiqanə şeir” də deyilir.Qoşmanın ilk bəndində birinci və üçüncü misralar sərbəst olur.İkinci və dördüncü misralar isə bir-biri ilə qafiyələnir:abcb.Sonrakı bəndlərdə isə ilk üç misra öz aralarında qafiyələnir, dördüncü misra isə birinci bəndin ikinci və dördüncü misrası ilə qafiyələnir:çççb,dddb…Qoşmada bəndlərin sayə tək və cüt olur.Azərbaycan Ədəbiyyatında bəzi qoşmalar 3,5,7; bəziləri isə 2,4,6,8 bənddən ibarət olur.Qoşmanın son bəndində müəllif adətən öz təxəllüsünü göstərir.Həmin bənd “möhürbənd” adlanır.Ədəbiyytaşünüslıqda son bəndə bəzən “tapşırma” da deyilir.Qoşma əsasən heca vəznində olur.Misra daxili bölgü 6+5,5+6,4+4+3 şəklində olur.Aşıq ədəbiyyatında və klassik ədəbiyyatda da işlənir.
Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutan görkəmli xalq şairlərimizin də yaardıclığında qoşma janrında yazılmış şeirlərə rast gəlinir.Məsələn,Nəriman Həsənzadənin “Mən”,”Ay Həkim”,Zəlimxan Yaqubun “Gəlib”, “Dəli olmağıma bir addım qalıb”,Bəxtiyar Vahabzadənin “Bakıyla Təbrizin ararsındayam”,”Səninlə dünyada bəxtiyram mən” və
Aşıq ədəbiyyatının ən geniş yayılmış şeir janrlarından biri də gəraylıdır.Hər bəndi dörd misradan, hər misrası 8 hecadan ibarət olan şeir şəklinə Gəraylı deyilir.Gəraylının ilk bəndində birinci və üçüncü misralar sərbəst olur.İkinci və dördüncü misralar isə bir-biri ilə qafiyələnir:abcb.Sonrakı bəndlərdə isə ilk üç misra öz aralarında qafiyələnir, dördüncü misra isə birinci bəndin ikinci və dördüncü misrası ilə qafiyələnir:çççb,dddb… Gəraylıda bəndlərin sayə tək və cüt olur.Azərbaycan Ədəbiyyatında bəzi gəraylıda 3,5,7; bəziləri isə 2,4,6,8 bənddən ibarət olur.Gəraylının son bəndində müəllif adətən öz təxəllüsünü göstərir.Həmin bənd “möhürbənd” adlanır.Ədəbiyytaşünüslıqda son bəndə bəzən “tapşırma” da deyilir.Gəraylı əsasən heca vəznində olur.Misra daxili bölgü 4-4, 5-3, 3-5 şəklində olur.Aşıq ədəbiyyatında və klassik ədəbiyyatda da işlənir.
Son Yazılar
- Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
- “Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
- “Euronews.com”: Azərbaycan turizm üçün möhtəşəm ilə hazırlaşır VİDEO
- UNESCO-nun rəsmi sosial şəbəkələrində Hacı Zeynalabdin Tağıyev haqqında məlumat paylaşılıb
- Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Teatr Xadimləri İttifaqında olub
Arxivlər
Blogroll
Kateqoriyalar
- “Açık Kara” dergisi
- “Alkış” dergisi
- “Ədəbi Körpü” dərgisi
- “Güzlek”
- “Güzlek” dərgisi
- “Hece Taşları” dergisi
- “Kümbet” dergisi
- “Mevsimler” dergisi
- “Türkay” dərgisi
- “Usare” dergisi
- “Yarpuz” dergisi
- “Yeni nəşrlər”
- “Zərif kölgələr”
- “Zərrələr”
- “Kardelen” dergisi
- AJB Sumqayıt şəhər təşkilatı
- Ana səhifə
- Azərbaycan Dövlət Aqrar Universiteti
- Azərbaycan ədəbiyyatı
- Azərbaycan Prezidenti
- Dilçilik İnsitutu
- Ədəbiyyatşünaslıq
- Haqqımızda
- Mədəniyyət
- Müsabiqə
- Müsahibə
- Pakistan ədəbiyaytı
- Prezident Mükafatçıları 2022
- Publisistika
- Ruskaya literatura
- SOCAR «Azərikimya» İB
- Sumqayıt RMTİ
- Türk xalqları ədəbiyyatı
- Türkiyə Cümhuriyyəti
- Türkiyə ədəbiyyatı
Təqvim
BE | ÇA | Ç | CA | C | Ş | B |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |
Son Yazılar
- Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb 11 Mart 2023
- “Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq 11 Mart 2023
- “Euronews.com”: Azərbaycan turizm üçün möhtəşəm ilə hazırlaşır VİDEO 11 Mart 2023
- UNESCO-nun rəsmi sosial şəbəkələrində Hacı Zeynalabdin Tağıyev haqqında məlumat paylaşılıb 11 Mart 2023
- Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Teatr Xadimləri İttifaqında olub 11 Mart 2023
- Bəlkə də son nəfəsində Anna qatara gülmüşdü… – NARGİS 10 Mart 2023
- Nargis.”ZERO. ” 10 Mart 2023
- Gülnar SƏMA.”Fədakarlığı örnək qadınlarımız” 10 Mart 2023
- İlyas Əfəndiyevin “Körpüsalanlar” romanında qadının inqilabi “xəyanəti” 10 Mart 2023
- Milli Teatr Günündə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə telemarafon keçiriləcək 10 Mart 2023
- Milli Kulinariya Mərkəzi loqosunu yeniləyib 10 Mart 2023
- Milli kulinarların Avropada qalib gələn menyularının təqdimatı olub 10 Mart 2023
- Gənc xanım yazar Şəhanə Müşfiqin “Qutsal yolçu” kitabının təqdimat mərasimi keçiriləcək 10 Mart 2023
- Xalq yazıçısı Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılışı olub – 10 Mart 2023
- TÜRKSOY Yazarlar Birliyi yaradıldı 10 Mart 2023
- TÜRKSOY-un 30 illiyi münasibətilə “TÜRKSOY HİMNİ” üçün şeir (söz) müsabiqəsi elan edilir 10 Mart 2023
- Şair-publisist Əkbər Qoşalının yardıcılıq gecəsi keçiriləcək 10 Mart 2023
- 10 Mart – Milli Teatr Günüdür 10 Mart 2023
- İbrahim İlyaslını doğum günü münasibətilə təbrik edirik! (10 mart 1963-cü il) 10 Mart 2023
- Rüfət Axundlunu doğum günü münasibətilə təbrik edirik! (10 mart 1983-cü il) 10 Mart 2023
TariXƏ PƏNCƏRƏ azərbaycan sufi ƏDƏBİyyatinda
özünün xoş m ünasibətilə dövrün dini-fəlsəfi m əktəbləri arasında özünəm əxsus yer tutur.
Bu istiqam ətdə sufizmin m ultikultural m ahiyyəti və tolerantlığı xüsusilə nəzərə çarpır.
Biz həm in m üsbət baxışı N əsim i, Füzuli, Xətai, Seyid Y əhya Şirvani, Seyid N igari kimi
m ütəfəkkirlərim izin, о cüm lədən digər A zərbaycan sufilərinin yaradıcılığında görürük.
“H əllac M ənsur kimi asılsam da yolum dan dönm ərəm ” [1, s. 130, 223] deyən Seyid
Nəsimi öz əsərlərində şəriətin dar hüdudlannı aşaraq kamil insanı Allah səviyyəsinə qaldınr. O,
öz müəllimi Fəzlullah haqqında söylədiyi şeirində hürufiliyin kamil insana baxışını belə izah
“Həm rəəytü-rəbbi dedi leylətül-m eracdə,
Sənsən, ol fi surətin-əhsən ki, verdi Həq liqa” [2, s. 351].
Ş airkam il insanla A llahı eyniləşdirərək deyir ki, “ey Fəzl, M əhəm m əd (ə.s.), merac
gecəsi tanrm ı gözəl bir gənc surətində gördüyünii demişdir. Allahın təcəssüm etdiyi о gənc
surət sən idin!” . O, özünün başqa bir beytində isə kamil insanm qəlbini Kəbəyə bənzədir:
“H əcci-əkbər qılm aq istərsən gəl, ey zahid, bəri,
A şiqin qəlbi içində sən bu beytullahı gör!” [2, s. 140].
N əsim i həm də “Q orxuram mən dərvişə sən deyəsən din tərkin et” [3, s. 65] deyərək,
özünü sevdiyi qıza görə X ristianlığı qəbul edən Şeyx Sənana da bənzədir. Q eyd edək ki,
sufizm və hürufiliyin insana tolerant m ünasibəti xristian m ütəfəkkirlərinin də sufizmə
yönəlm əsinə səbəb olmuşdur. Bunlara nüm unə olaraq, öz əsərlərində sufiliyi, hürufiliyi
təbliğ edən Sayat Nova, Miran kimi erməni aşıq və şairbrini göstərə bibrik. Ədəbiyyatşünas
D övlət və Din – № 05 (46) SENTYABR – OKTYABR 2016
TARİXƏ PƏNCƏRƏ
N .Cəfərovun dediyi kimi, həm in erm əni şairləri də A zərbaycan intibahının məhsııludurlar
[4, s. 30]. Biz onların əsərlərində Nəsimi, Xətai fəlsəfəsinin izb rin i, hətta təbliğini görürük.
Dahi Füzuli isə sufi fəlsəfəsinin əsasını təşkil edən kamil insanın səcdəgah ol-
ması prinsipindən hərəkətlə о m ərtəbəyə yüksələn kam ilin gözündə im an və küfrün eyni
dərəcədə olduğunu, kamil insanın dinlərüstü olduğunu ortaya qoyur:
“ Səcdədir hər qanda bir büt görsəm, ayinim m ənim,
Xah m öm in, xah kafir tut, budur dinim m ənim ” [4, s. 30].
Öz m üasirləri tərəfindən Piri-türk adlanan Ə rdəbil şeyxi Şeyx Səfiəddin “Və bu
övliyaların könlü daha K əbədir” deyərək övliyaların H aqqın təzahürü olduğunu qeyd
Böyük Xətai isə m üqəddəs dini kitabların kam il insanı v ə sf etdiyini belə bildirirdi:
“ Bu vəchin təfsiri Tövratü İncil,
Edərlər anu fıirqan əhli təvil” [6, s. 180].
XV əsr Şirvan sufisi Seyid Y əhya Şirvani “Q isseyi-M ənsur” əsərində Həllac Mən-
surun dar ağacında ikən bir m əcnun ilə olan m üsahibəsini m ənzum m əsnəvi tərzində
qələm ə almış, Seyid N igari isə “N igam am ə” əsərində Həllacın “Ə nəlhəq” fikrini miidafiə
etmiş, onun faciəvi ölüm ünün təsvirini vermişdir.
XIX əsrdə m əzhəbçiliyə və şəriətin dar sərhədlərinə qarşı sufizmi müdafiə edən
Seyid Nigari “ Biz vəhdətiyiz m əzhəbim iz rahi-X udadır” [7, s. 183], “Talibə guşeyi-vəh-
dət kimi m əktəb olm az” [7, s. 193] deyərək m əzhəb ixtilaflarının tərkini tövsiyə edir,
“biz vəhdət yolunun yolçusuyuq, iki m əzhəblilik bizə yaraşm az” deyirdi. Şairə görə, il-
ahi eşqdə m əzhəb ola bilməz. Bütün s e v g ib r A llaha aid olduğu kim i, bütün təriqətlər,
m əzh əb lər də A llah a gedən m ü x tə lif yollardır.
XIX əsrin Cənubi A zərbaycan şairəsi Zərrintac Tahirə xanım da “ Sildim həm ka-
firliyi həm m üsəlm anlığı; K əbəylə kilsədə fərq yoxdur m ənə!” [8] deyərək öz təsəvvüfi
şe irb ri ilə dinlərüstü tolerantlıq və m ultikulturalizm in ədəbi in cib rin i yaratmışdır. Deyə
b ib rik ki, onun ədəbi-fəlsəfi yaradıcılığı XIX əsr babi fəlsəfəsinin təm əl sütunlarından
N əcəfdə ali dini təhsil alan şair S.Ə.Şirvani də H aqqa qovuşm ada КэЬэ və kilsənin
öz yolu olduğunu qeyd edərək, deyir:
D övlət və Din – № 05 (46) SENTYABR – OKTYABR 2016
TARİXƏ PƏNCƏRƏ
“K iınisi K əbədə həqqi, kim i deyr (kilsə) içrə görər,
Hərə bir növü gəzər, axtarar ol sübhani” .
Şair sufizmin və hürufiliyin kam il insam beytullah – A llah evi ib bərabər sayması
prinsipindən yola çıxaraq yazırdı:
“Нэсэг о xal, üzün Kəbə, qara örtügü zülfun,
Q oyub səni, niyə hüccaclər H icazə gedərlər” [9, s. 77].
X IX əsrin sonu – XX əsrin əvvəllərində A zərbaycanda m ütərəqqi dini m aarifçilik
hərəkatı in kişaf edir. Bu dövrdə fəaliyyət göstərm iş Bakı qazısı M ir M əhəm m əd K ərim
əl-Bakuvi və onun 1904-1906-cı illərdə H .Z.Tağıyevin dəstəyilə nəşr olunm uş Azər-
baycan dilində ilk təfsir sayılan “K əşfül-həqayiq” (“ H əqiqətlərin açıqlanm ası”) əsəri də
sufizm və m ultikulturalizm baxım ından m üstəsna əhəm iyyətə malikdir. О bu əsərinin
III cildinin m üqəddim əsində m üsəlm anları m aarifləndim ıək istəm əsindəki əsl qayəsinin
onlar arasında ixtilafı yox etm ək və İslam dinində təfriqə yaradan m üxtəlif təriqətləri,
m əzhəbləri birləşdirm ək olduğunu bildirirdi. Ə l-B akuvi Q uranm başqa din m ənsubları
ib , о cüm lədən bütün m i l b t b r b sülh, ədalət və insafla davranm ağı buyurduğunu qeyd
edir [10, s. 225-229] və təfriqənin səbəbi olaraq Q urana zidd, saxta etiqadları, savadsız
ru h an ib ri göstərirdi. M ütəfəkkir İslam da parçalanm a yaradanları nəzərdə tutaraq b e b
deyirdi: “Ayə о zam an olm ayıbdır ki, m üsəlm an qardaşlar – rnən şiəyəm , sən sünni, ya
b ib k s davasm ı kənara qoyub yekdil və yekqövl (bir qəlblə və bir s ö z b ) bir kitab, bir din
və bir peyğəm bər və b ir m əzhəbə ittifaq e y b s in b r. Və bu nifaqın xəbis b f z b r in i tərk edib
İslam və ittihad b f z b r i ixtiyar edib “eyd” (vahid güc) hökm ündə olsunlar” [10, s. 645].
“K əşfül-həqayiq”də dövrün şəriət x ad im b ri tərəfindən k ü frb ittiham e d ib n H əllac
M ənsur, N əsim i kimi “ənəlhəq” deyən su fib r m ü d a fb olunur və onları qətlə yetirənlər
günahlandırılırdı. M ütəfəkkir Q uranın “Talıa” surəsinin 14-15-ci ayələrinə əsaslanaraq
bu nüm unəni gətirirdi: “Bir ağacdan “Мэп H əqqəm ” dem ək doğrudur da, niyə xoşbəxt
birindən olm asın?” [11, s. 439]. Ə l-Bakuvi “O zam anlarda səltənət və hökum ət zalim lər
əlində olm aq cəhətinə nəinki M ənsur, ondan da böyük dini-islam rəisb rin in qətlinə fətva
verib m uradlarına y e tişd ib r” [12, s. 87] deyərək, tarix boyu nadan din, о cüm lədən d ö v b t
x ad im b ri tərəfindən təqib və qətl edilm iş Həllac M ənsur, N əsim i kim i m ütəfəkkirlərə öz
rəğbətini ortaya qoymuşdur.
Q eyd edək ki, Q uranın m ultikultural ideyaları, “B əqərə” surəsinin 62-ci ayəsində
buyurulan “ İman gətirənlərdən, m usəvi, isəvi və sabiilərdən A llaha, axirət gününə
inanıb yaxşı iş görənlərin m ükafatları R əbbinin yanm dadır” ayəsi və bənzər ayələr
m üsəlm anlar üçün d in b rin vəhdətinə bir nümunədir. Bu prinsiplər, həm çinin əl-Bakuvi
kim i sufi m ü təfəkk irbrin ortaya qoyduğu m ultikulturalizm ideyaları A zərbaycan Respub-
D övlət və D in – № 05 (46) SENTYABR – OKTYABR 2016
TARİXƏ PƏNCƏRƏ
likasının K onstitusiyasınm 47 və 48-ci m addələrindəki “Fikir və söz”; “Vicdan azadlığı”
prinsipləri ilə də həm ahəngdir. Dövlət başçım ız cənab İlham Ə liyevin də qeyd etdiyi
kimi, – “ İslam sülh dinidir” [13]. Bu ideyaların klassik sufi m ütəfəkkirlərim izin ideyalan
ib birlikdə təbliği gənc nəslin daha tolerant, m ultikultural yetişm əsi baxım ından çox
əhəm iyyətlidir və daim təbliğ edilməlidir.
1. N əsim i İ. Seçilm iş əsərləri. İki cilddə, I cild. B akı: 2004.
2. N əsim i İ. S eçilm iş əsərləri. İki cilddə, II cild. Bakı: 2004.
3. A zərbaycan m ultikulturalizm inin ədəbi-bədii qaynaqları. Elm i red.: K .A bdulla. Bakı: 2016.
4. C əfərov N . F üzulidən Vaqifə qədər. Bakı: 1991.
5. Q ara m əcm uə. Şeyx Səfiəddin Ə rdəbilinin şeirləri, sözləri, öyüdləri və m ənqəbələri // T ərtib edən:
D ok to r H üseyn M əhəm m ədzadə Sədiq. Tehran: 2001.
6. X ətai Ş.İ. Ə sərləri. II cild.
7. N igari. D ivan // H az.: A .B ilgin. A nkara: 2011.
8. h ttp ://w w w .bahaigrafik.com /w p-content/uploads/2013 / 12 /T A H IR E .pdf
9. Ə hm ədli R. S eyid Ə zim Şirvaninin fəlsəfi g ö rü şb ri. Bakı: 2005.
10. ol-B akuvi. K əşful-həqayiq, I cild. Tiflis: 1904.
11. əl-B akuvi. K əşfıil-həqayiq. II cild. Tiflis: 1904.
12. əl-B akuvi. K əşfiil-həqayiq, III cild. Tiflis: 1906.
13. http://w w w .xezerxeber.com /gundem /128576/ilham -eliyev-islam -sulh-dinidir
D ö v b t və Din – № 05 (46) SENTYABR – OKTYABR 2016
Comments are closed, but trackbacks and pingbacks are open.