Press "Enter" to skip to content

Uşaq Şeirləri

Sən can yandır anana,
Sənə candan yanana.
Sev atanı könüldən,
Qulluq elə ona sən.

Aşıq əhməd şeirləri

Möcüzələr diyarı Kəlbəcərdə dünyaya göz açmış görkəmli el sənətkarı Aşıq Şəmşir ulu dağlarımızın çiçək ətrini, büllur bulaqlarımızın saflığını, hikkəli çaylarımızın təmizliyini, bir sözlə, bəndinə-bərəsinə qarış-qarış bələd olduğu kövrək torpaqlarımızın əvəzsiz şirinliyini yaşarımisralara çevirməklə, özündən sonrakı nəslə ədəbi irs qoyub gedib.
Aşıq Şəmşirin ilk ustadı atası Aşıq Qurban və Aşıq Ələsgər olub. Göyçə aşıq mühitinin bir qolu olan Kəlbəcər aşıq sənətkarlığının inkişafı məhz Dədə Şəmşirin adı ilə bağlıdır.
Xalq şairi Səməd Vurğun Kəlbəcər dağlarında bu istedadlı el sənətkarı ilə tanışlığını sənət aləmində nadir tapıntı hesab etmişdi.
İllər keçdikcə Aşıq Şəmşir sazından qopan havalar və havacatlara qoşulan qoşqular məmləkətimizi oba-oba, oymaq-oymaq dolaşaraq, xalq arasında dərin rəğbət, böyük məhəbbət qazanıb.
Yaxın tariximizin quruculuğu olan 70-ci illər tərəqqisini öz gözləri ilə görüb, ilhama gələn ustad sənətkarın görkəmli dövlət xadimi Heydər Əliyevə həsr etdiyi şeirlər, bugün – üstündən illər keçdikdən sonra, maraqlı və təzə-tər göründüyü kimi, zamanla da həmahəng səslənir:

Möhürlə yazılıb xalqın qəlbinə,
Silinməz tarixdən adı Heydərin.
Qəhrəman ellərdən alıb dərsini,
Belə böyük var ustadı Heydərin..

Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü, bütövlüyünü şair fəhmi ilə dərk edən Dədə Şəmşirin tərənnüm şeirlərini oxuduqca ustadın səmimi və təbii deyimlərinə valeh olursan. Həmişə elin dərdi ilə ağlayıb, sevinci ilə gülən böyük ozanın qarlı zirvələrdən qanadlanan ilham qartalı doğma Azərbaycanımızda gedən vüsətli inkişafı və HeydərƏliyev həqiqətlərini, təbiiki, görməli idi:

Çiçəklənib Azərbaycan,
Bu illərdə, bu illərdə.
Al bəzənib cümlə-cahan,
Bu illərdə, bu illərdə.

Ustad sənətkar bu şeirləri yazdığı illərdə Azərbaycan Sovetlər Birliyinin “vahid ailə” üzvlərindən biri idi. Təbii ilhama, fitri istedada malik bir el sənətkarı kimi Aşıq Şəmşir Odlar Yurdu Azərbaycanın tərəqqi və yüksəlişinə saz tutub, söz qoşurdu:

Azərbaycanımızın igid oğluna,
Qızıl ulduz qoşa-qoşa yaraşır.
Alqış kamalına, alqış ağlına,
Zərli tac kamallı başa yaraşır.

Dədə Şəmşirin Heydər Əliyevə həsr etdiyi şeirlərdən parçalar:

Möhürlə yazılıb xalqın qəlbinə,
Silinməz tarixdən adı Heydərin.
Qəhrəman ellərdən alıb dərsini,
Belə böyük var ustadı Heydərin.

Sədarət daşını bu yerdən atıb,
Nurla məhəbbəti bir-birə qatıb.
Ötüb beş milyonu,altıya çatıb,
Oğlu-qızı—öz övladı Heydərin.

Edir naxələfin ömrünü təbah,
Gülür xalqın üzü, daha çəkmir ah.
Qaranlıq gecəni eyləyib sabah,
Şəmşir, bizə var imdadı Heydərin.

Azərbaycanımın igid oğluna,
Qızıl ulduz qoşa-qoşa yaraşır.
Alqış kamalına,alqış ağlına,
Zərli tac kamallı başa yaraşır.

Qəhrəmanlar beşiyidir bu diyar,
Hələ belə olmayıbdı bəxtiyar
Su içib səhralar hər yan verir bar
Bürünübdür al qumaşa, yaraşır.

İlanlı səhralar verir ağ üzüm,
Mədənlər axıdır ləl düzüm –düzüm.
Qarabağ xörəyim, Naxçıvan duzum,
Nemət olub başdan-başa yaraşır.

Şəmşirəm,bu ada oldum minnətdar,
Vətəni hünərlə edir gülüzar.
Azərbaycanımızın 60 yaşı var,
Oğlu çatsın qoy 100 yaşa,yaraşır.

TORPAĞIN DADI

Ömrün uzun olsun,igid Heydərim,
Şöhrətin tarixin varağındadı.
Cənnətə dönübdü şoranlı çöllər,
Qüdrətin Vətənin çırağındadı.

Şəmşir, sevin, gülşən olub mənzərən,
Ad qazanır pambıq yığan, çaydərən.
Meyar var-əyrini, düzü göstərən,
Hərkəsin qiyməti qabağındadı.

Uşaq Şeirləri

Uşaq şeirlərinə aşağıdakı siyahıdan baxa bilərsiniz. Tehsil.com.az olaraq uşaqlar üçün bir-birindən gözəl 9 şeiri sizlər üçün bir araya topladıq.

1️⃣GÖYQURŞAĞI | Mina Rəşid.

Al-əlvan rənglərimlə
Göyün yaraşığıyam.
Sevir məni uşaqlar
Mən bir göyqurşağıyam!

Hərdən görünürəm mən
Yeddi rəngli donumda.
Günəş şəfəqlərilə
Yağış görüşən anda.

De, hansı rəssam çəkər?
Heyrətlə baxır hamı.
Allahın əsəriyəm
Məndən gözəl de, hanı?

2️⃣ KƏPƏNƏK | Abdulla Şaiq.

Mənəm qanadlı çiçək,
Adım isə kəpənək.
Al-əlvan xallarım var.
Qızıl kimi parıldar.
Qanadımı açaram,
Budaq – budaq uçaram.
Yuvam, otağım ancaq
Olur yaşıl bir yarpaq.
Mənim dostumdur hər gül,
İncə telli göy sünbül.
Oynağımdır çöl, çəmən,
Məni tutmaq istəyən,
Ey mehriban uşaqlar,
Siz yaşayın bəxtiyar!
Mənim də bu dünyada
Bir başqa aləmim var…

3️⃣ BOYUM UZANIB | Aləmzər Əlizadə.

Bir səhər gəzə-gəzə,
Çıxdıq çiçəkli düzə.
Sarı boyçiçəyini
Nənəm göstərdi bizə.
Söylədi: ─Bu çiçəyin,
Yaman gözəl ətri var.
Hər kim dərib qoxlasa,
Onun boyu uzanar.
Mən də dəstə bağladım,
Evimizdə saxladım.
Boyum uzansın deyə,
Axşam-səhər qoxladım.
Biləsiz, belə yaxşı,
Ətirli çiçək olmaz.
Axı, deyəsən mənim.
Boyum uzanıb bir az…

4️⃣ QIZIL GÜL” |Abdulla Şaiq.

Qızıl güləm, qızıl gül,
Məni sevər hər könül.
Yaşıldır incə belim,
Qızıldandır hər telim.

Səhər erkən açaram,
Gözəl qoxu saçaram.
Ətrim tutar hər yanı,
Mənim kimi gül hanı?

Mən əllərdə gəzərəm,
Süfrələri bəzərəm.
Mənəm gözəl qızıl gül,
Sən ey qönçəm, açıl, gül

5️⃣ ƏLA QiYMƏT | Əyyub Türkay.

Səhər saat səkkizdə mən,
Məktəbimdə olmalıyam.
Hazırladım dərslərimi,
Əla qiymət almalıyam.

Müəllimim söyləyir ki,
Hər gün dərsə hazır gəlin.
Arxayınlıq yaranmasın,
Qoy qaldırsın, hamı əlin.

Dərslərini yaxşı bilən,
Alar layiqli qiyməti.
Savadsız bir cəmiyyətin,
Artar daim əziyyəti.

6️⃣ ARI |Abdulla Şaiq.

Arıyam, zəhmətkeşəm,

Bal, mum çəkməkdir peşəm.

Səhər güllər açınca,

Gözəl qoxu saçınca

Uçaram göy yamaca,

Çiçək açmış ağaca,

Ya çəmənə, meşəyə,

Qonaram hər çiçəyə;

Çalışaram doqquz ay,

Hamı məndən alır pay.

Balımdan qoy yesinlər,

Mənə: “Sağ ol!” desinlər.

7️⃣ Danışan hərflər | Gülarə Münis.

Hərflər dilə gəldi,
Biri belə söylədi:
“A “deyirlər adıma,
“N” yetişsə dadıma.
Yaranar “Ana” sözü,
Gülər dünyanın üzü.

Bir “T” gəlsə o saat,
Vərəqdə yazılar “At”.
Bir “A”da çağıraram,
“Ata” sözü yazaram.

“B” söylədi: Sus bir az,
Qarşıda bir “B” da yaz,
İki “B” və iki “A”,
Birlikdə olar “Baba”.

Bu dəfə dözmədi “C”,
Dilə gəldi bu bacı:
Mənimlə yazılır “Can”,
Vətənim Azərbaycan.
Çox şirindi dilimiz,
Bəxtəvərdi elimiz!.

8️⃣ “BÖYÜKLƏRƏ HÖRMƏT ET” | Mirvarid Dilbazi

Sən can yandır anana,
Sənə candan yanana.
Sev atanı könüldən,
Qulluq elə ona sən.

Hörmət etmək nənənə
Qoy bir borc olsun sənə.
Eşit baba sözünü,
Sevdir ona özünü.

Bir yıxılan görəndə,
Tut əlindən, balacan.
Yaxşı işlər görməyə
Tələsməlidir insan.

9️⃣ MƏNIM DOĞMA VƏTƏNIM ŞEIRI | Mina Rəşid.

Azərbaycan adlanır
Mənim doğma vətənim.
Azərbaycan dilidir
Mehriban ana dilim.

Vətənimin paytaxtı
Yaraşıqlı Bakıdır.
Möhtəşəm Qız qalası
Bakının baş tacıdır.

Bayrağım üçrənglidir
Qırmızı, yaşıl, mavi.
Mənim nağıllarımda
“Cırtdan” aldadır “Div”i.

Dinim İslam dinidir
Vətənim Odlar yurdu.
Torpağımı qoruyur
Böyük, güclü bir ordu.

Oxşar yazılar:

Aşıq əhməd şeirləri

Aşıq Əhməd – 100

Kim desə dünyadan doydum, yalandı.

Yazımın sərlövhəsindəki bu misranı Aşıq Əhmədin ömrünün son vaxtlarında yazdığı bir şeirindən götürmüşəm. Ustad az qala doxsanacan yaşadı. Ömrü boyu sazın, sözün sehrindən ayrılmadı. Əli qələm tutmayanda sinədən dedi.

. Bir gün eşitdim ki, yatağa düşüb. Gedib ona baş çəkdim. Hal-əhval tutub, necəsən, ay aşıq, deyə soruşdum. O, özünə məxsus yarıciddi-yarızarafatla: Necə olacam – dedi – üzü payıza gedirəm. Deyəsən payızın soyuğuna bir şey qalmayıb.

Söhbətimizin kədərli ovqatını dəyişmək üçün dil-ağız elədim, ürək-dirək verdim. O isə öz düşüncələrində idi. Başını qatdığı bircə şey vardısa o da əlindəki təsbeh idi, bir də qəlbində yaşatdığı, özü ilə ömür yoldaşı olduğu xatirələr.

Onun titrək səsi aramızdakı sükutu pozdu. Sanki bir anlıq eyni açıldı. Başını yastıqdan qaldırıb dirsəkləndi. Yaxşı gəlmisən – dedi – daha əlim sözümə baxmır, heç nə yazıb-poza bilmirəm. Qələm-kağız götür, bir-iki vəsiyyətim var, deyim yaz. Yanımda bloknotum vardı. Amma özümlə gətirdiyim diktofonu açdım. Özünü çəmlədi, ürəyindəki misraları dilə gətirdi:

Qoca dünya hey boşalıb-dolandı,

Dünyaya gəldiyim xeyli zamandı.

Şər-pislikdən uzaq olun, amandı,

Kim desə dünyadan doydum, yalandı.

Bu gözəl dünyadan daim zövq alın,

Yaxşılıq qalacaq dünyada, bilin.

Yetimə-yesirə siz həyan olun,

Gedirəm, a dostlar, salamat qalın.

Əhməd deyir: ya rəiyyət ol, ya da şah,

Bu dünya heç kimə qalmaz, ey vallah.

Dostlar, sizə and verirəm, siz Allah,

Bir-birinizdən muğayat olun.

Sözünə bir anlıq ara verib: Bunu da Mələyə (həyat yoldaşı) deyirəm:

Əlvida Vətənim, torpağım, daşım,

Qohumum, əqrəbam, yarım, yoldaşım.

Ay Mələk, ay Mələk, sağ-salamat qal,

Ətrimi, güllərdən, çiçəklərdən al.

Əməkdar Mədəniyyət işçisi Aşıq Əhməd Rüstəmov 100 il bundan əvvəl – 1920-ci ildə Kürdəmirin Carlı kəndində anadan olub. Atası Ədil bəy Məşədi Rüstəm oğlu yaşadıqları Kür çayı bölgəsində varlı adamlardan olub. Bu var-dövlət Ədil bəyə ata-babasından miras qalmışdı. Beşqovaq bağı, Əncil bağı, İydəli qoruq, Çərövüş, Böyük Ağ çalanın bir hissəsi Əhmədin atası Ədil bəyin torpaqları olub.

Aşıq Əhməd söhbətinə əlavə edib dedi: Atamın Şıx təpəsində mal-qara üçün qışlağı, Kürün o tayında – Xəlifə gölü ətrafında lobya, küncüt, darı, sılıf əkmək üçün torpaq sahələri vardı. İndi baxın görün belə bir xeyrül-əməl sahibinin son aqibəti necə oldu?! 1924-cü ildə vəzifə başına keçənlər atamı “xalq düşməni” adıyla qollarını bağlayıb at döşündə kənddən Kürdəmirə aparanda elə yarı yoldaca, yolun kənarındakı qamışlıqda güllələyib öldürdülər. Sonra da bütün var-dövlətini yığıb apardılar. Özümüzü də evdən bayıra atdılar. Bizə tək bir camış, bir dənə də inək verdilər, vəssalam. Biz kənddə Mehdiqulu adlı bir kişinin talvarının altında yaşadıq. Yan-yörəsini qamışla-avarla çəpərləyib tapanladıq. Novruz bayramında heç bir şey tapmayan anam pəncərəmizdəki qanovuz pərdəni qoparıb ondan mənim üçün bir köynək tikdirib geyindirdi. Cibimə arpa qovurğası töküb (buğda hər adamda olmurdu) bağdakı çal-çağır məclisinə apardı. Mənə tapşırdı ki, qovurğanı xəlvət ye, heç kəs bilməsin ki, arpa qovurğası yeyirsən.

Tez-tez səsi titrəyən, ah çəkib kövrələn, yalnız əlindəki təsbehə güc verən həmsöhbətim keçdiyi həyat yolunu ardıcıllıqla yada salmağa çalışırdı: 1930-cu ildə – dedi – ibtidai məktəbə qəbul edildim. Dərd bizi ozana, Qazana döndərmişdi. Çəkdiyim məşəqqətlərə, yaşadığım həyatın ağırlığına baxmayaraq şeirə, sənətə böyük maraq göstərirdim. Üçüncü sinifdə ilk şeirimi yazdım:

Xəzan yeli bağ-bağatı soldurur,

Allah birin yıxıb, birin qaldırır.

15-16 yaşımdan başlayaraq taxtadan bir saz qondarıb, qonum-qonşuda, bayramda, çilə çıxaran qızların məclisində çalıb-oxuyardım. Mənim anam Umhanı da sənətsevər adam idi. Çox möhkəm hafizəsi vardı. Yaxınlıqdakı Ərəbxana kəndindən olan aşıq Zeynalabdin bizim kəndə toy məclisinə gəlib, çalıb-oxuyanda anam onun dediyi sözləri, oxuduğu havaları dərhal əzbərləyərdi. Odur ki, “Seydi və Kərəm” dastanını mən anamdan öyrənmişdim.

Əlimə saz götürüb ilk dəfə elədiyim toy bizim Carlı kəndində Nəsir adlı bir oğlanın toyu olub. Ondan sonra anam məni həmkəndlimiz balabançı, həm də saz çalmağı bacaran Əli dayının yanına apardı. Bir tağar buğdaya, bir camış düyəsinə, üç batman lobyaya qiymət kəsdilər ki, məni öyrətsin. Əli dayı mənə Ordubadi gözəlləməsini, Qobustan pişrolarını, “Kərəmi” ni, Osmanlı havalarını çaldırdı, oxutdu, oynatdı. Beləliklə əsl sənətə qədəm qoymağa başladım. Sevdiyim sənət mənim qaranlıq həyatımda parlayan işıq oldu.

Aşıq Əhməd haqqında alim sözü və yaxud aşıq Ələsgərin

bağlamasını açan sənətkar

Bir gün Bakı Dövlət Universitetinə, folklorçu alim professor Qara Namazovun iş yerinə getdim. Məqsədim bu idi ki, bu tanınmış folklor bilicisindən aşıq Əhməd haqqında onun fikirlərini öyrənim. Qara müəllim aşıq Əhmədin adını eşidəndə dedi: Mən onun haqqında çox fəxrnən, ürəknən, cannan-başnan danışa bilərəm. Qara müəllim sözünə əlavə edib onu da dedi ki, aşıq Əhmədin “İtən sazım” kitabına ön sözü də mən yazmışam. Mən Qara Namazovla söhbətimizi diktofonuma da yazdım. Yazdım ki, bu dəyərli fikirlər tarixə çevrilsin.

Professor Qara Namazovun aşıq Əhməd haqqında dediklərindən: Aşıq Əhməd Rüstəmovun sənətinə, şeir yaradıcılığına başqaları kimi mənim də böyük marağım, rəğbətim olub. O, mükəmməl saz çalırdı, yaxşı dastanlar söyləyirdi, əsl obrazlar yaradırdı. Şeirlərinin sanbalına və dəyərinə görə istedadlı şair kimi tanınırdı. O, 20 dastanın, çox məzmunlu, dəyərli ustadnamələrin müəllifi olub. Onu da xatırladım ki, ustad aşıq Ələsgərin 2 məşhur bağlamasını aşıq Əhmədə qədər heç kim aça bilməmişdi. Aşıq Əhməd isə ulu ustadın dediyim o bağlamalarını aça bildi.

İstər saz çalmaqda, söz qoşmaqda, istərsə də deyişmələrdə aşıq Əhmədin öz sənətkarlıq dəst-xətti olub. Aşıq şeircatının istənilən növündə aşıq Əhməd maraqlı şeirlər yazıb. Onun gəraylıları, qoşmaları, müxəmməsləri, müstəcadları, təcnisləri də var. Əhməd bu şeir formalarından çox məharətlə, yüksək sənətkarlıqla istifadə edib. O, xalq fəlsəfəsi istiqamətində çox dəyərli ustadnamələr yazmaqla öz hikmətli, ibrətamiz, fəlsəfi fikirlərini geniş oxucu kütləsinə çatdırmağı bacarıb. Yaradıcı aşıq kimi Əhməd böyük hörmət qazanmışdı.

Aşıq Əhməd saz havalarını təkmilləşdirir, həm də özünə məxsus ustalıqla ifa edirdi. O, şair-aşıq idi. Onun şeirləri, qoşmaları fəlsəfi, hikmətli fikirlərlə, ibrətamiz nəsihətlərlə və kəlamlarla zəngin idi:

Cahandan köçənlər qayıtmır bir də,

Min surət çürüyür hər qarış yerdə.

Təqvimlər, saatlar, dəqiqələr də

Ömrü parçalayıb bölmək üçündü.

Yeri gəlmişkən deyim ki, heca vəznində yazılmış qoşmaların heç də hamısı saz havalarına uyuşmur. Aşıq Əhmədin qoşmaları, lirik ricətləri isə özünün dünyagörüşündən, həyata, zəmanəyə, yaşadığı mühitə baxışından yarandığına görə idi ki, bunlar saz havalarının ahənginə çox gözəl uyuşurdu. Odur ki, bu sözlər məclislərdə, hətta sazsız da, avazsız da oxunsa belə maraqla qarşılanır. Bunlar isə ustad aşığın sənət dünyasına verdiyi layiqli töhfələrdir. Aşığı yaşadan ilk növbədə onun söz sənətidir. Bu mənada aşıq Əhməd xoşbəxt sənətkarlardan olub.

Sənət aləminə layiqli töhfələr

Aşıq Əhmədin yaradıcılığı musiqi aləmi ilə sıx bağlı idi. Mən bunu deyəndə bir çox aşıq və müğənnilərin, xanəndələrin repertuarını nəzərdə tuturam. Onlar aşıq Əhmədin şeirlərinə, qoşmalarına, hətta qəzəl üslubunda yazılmış nümunələrinə böyük həvəslə müraciət etmişlər. Unudulmaz müğənni-aşıq Rəhilə Həsənovanın (mən onu uşaq yaşlarımda kəndimizin klubunda sinəsində saz çalıb-oxuyan görmüşəm) ifasında aşıq Əhmədin “Gəlsin” rədifli qoşması necə də gözəl səslənirdi.

Tofiq Abdullayev

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

Comments are closed, but trackbacks and pingbacks are open.