Aqata Kristi
Müharibə bitən kimi onlar da hamı kimi normal yaşadı. Kristi artıq tanınmış yazıçı, xoşbəxt ana idi. Arçibald isə Sitidə bizneslə məşğul olurdu. Qızlarının iki həftəsi heç bitməmişdi ki, Arçiyə kaloniyalarda iş təklif eləyirlər. Aqata heç tərəddüd eləmədən qızını anasına verib ərinin dalıyca «dünyanın axırı»na yollandı. Gəmi səyahətlərini sevməsə də uzun səfərlərdə rahat kupelərdə baş verən hadisələr artıq romanlarda peyda olmağa başladı. İlk kitabın qonorarı o qədr idi ki, onlar ev ala bildilər. Arçi heç gizlətmirdi ki, arvadının cızma-qaralarına qarşı etinasızdır. O, qolfla maraqlanırdı. Aqata həmişə deyərdi: «Mən qolyun dul qalmış arvadıyam». Qızı isə anasından daha artıq ataya bağlı idi. İkinci uşaqdan söhbət düşəndə Arçi deyərdi ki, ikinci avtomobil almaq daha məqsədəuyğundur. İlk evlərini Aqatanın romanına uyğun «Staylz» adlandırdılar.
«Qadının sürüşkən kişini abra salacağına inam dünyanın ən qədim qadın ilüzayalarından biridir»
Aqata 1926-cı ili «Ömrümün ən çətin ili» adlandırır. Həmin il onun anası rəhmətə getdi. Borcları olduğuna görə valideynlərinin evini satmalı oldular. Ərini köməyə çağıranda o, «Yol uzundu və mən bazar günü qolf oyununu buraxmaq istəmirəm» demişdi. Aqatada amneziya əlamətləri peyda oldu. Çekdə harda imza atacağını, bəzən adını da unudurdu. Qızlarının ad günündə Arçi elan eləyir ki, müdürünün katibəsi Nensi Nilə vurulub və boşanma tələb elədi. Ərini itirməkdən daha artıq qızını düşünərək bir il boşanma ərizəsinə qol çəkmirdi. Bu bir il ərzində bir sətir də yaza bilmədi.
Məşhur romanların müəllifi birdən özü yoxa çıxdı. İki həftədən artıq London polisi onun axtarışıyla məşğul idi. Onun avtomobilini yol qırağından tapmışdılar. Günahkarların siyahısında əri birinci dayanmışdı. Əri Arçi məşuqəsiylə istirahətə getməsini hamıya danışmaq istəmirdi. Heç kimin ağlına da gəlməzdi ki, bütün bunları Aqata özü quraşdırıb. Bu iki həftəni o, ərinin məşuqəsinin adı altında mehmanxanada yaşayıb. Maşını bilərəkdən Arçinin məşuqəsiylə əyləndiyi yerin yaxınlığında buraxıb və bilərəkdən içindən paltarlarını və şubanı götürməyib. Aqata istəyirdi ki, ərini onun ölmündə günahkar bilsinlər. O, mehmanxanada yaşayaraq ərinin əzab çəkməsi barədə yazılan məqalələri oxuyub ləzzət alırdı. Mətbuata elan olundu ki, Aqata yaddaşını itirdiyindən kimliyini unutmuşdu. Aqatanı sağ və salamat tapanda qəzetlər «Rocer Ekroydun qətli» romanını reklam kampaniyası olduğunu aləmə car çəkirdi. Aqata o qədər məşhurlaşır və jurnalistlər onun zəhləsini o qədər tökürlər ki, sonralar Kristi bir daha müsahibə vermədi.
Aqata Kristi
Kəskin süjetli janrın ustaları çoxdır, amma Aqata Kristi, bu sadə ingilis qadın detektivin yeganə kraliçası sayılır. Aqata Kristinin romanlarını tanıyanlar Britaniya muzeyinin qarşısında 1920-ci ilin tünd göy rəngli vaqonunu görsələr təəcüblənməzlər. Bu yazıçının ən məşhur romanlarında təsvir edilmiş «Mavi ekspress»dən biridir. Bu vaqona daxil olub romanın qəhrəmanları 12 nəfərin yaşadığı şəraiti görmək olar. Bu Aqata Kristinin ölümünün 25 illiyinə hazırlanmış xüsusi ekspozisiyadır. Sərgi yazıçının arxeoloji fəaliyyətinə həsr edilib. Əlbəttə, Kristinin arxeoloqluğu romanlarının uğuruylu bərabər tutula bilməz. Yəqin arxeoloq və detektiv peşələri arasında əlaqə çox böyükdür.
Danışmağı bacarmayan qız
Ailədə Aqata Kristini o qədər də dərrakəli uşaq saymırdılar. Qardaşı Monti və bacısı Mec zirək, dilboğaza qoymayan uşaqlardı, amma Aqata utanmaq və çaşqınlıqdan kəkələməkdən başqa bir şey bilmirdi. Oxumağı da fərli deyildi. Amma o vaxtlar qız uşağının oxuması nəsə bir abstrakt anlayış idi, hətta qızlar məktəbə getməyə də bilərdi. Kiçik xanımları ərə getməyə hazırlayırdılar və onlar naxış vurma, musiqi və rəqsdən ibarət «elmləri» bilsəydi bəs olurdu. Amma yazıya xüsusi fikir verilirdi, çünki gələcək kavalerin məktublarına layıiqli cavab yazmağı hər bir ingilis ledisi yaxşı bacarmalıydı. Tərslikdən Aqatanın yazısı da çox pisiydi. Ömrünün sonuna kimi o, artıq tanınmış yazıçı olan vaxtlarda belə ciddi qrammatik səhvlər buraxırdı.
Bir dəfə dayə müşahidə elədi ki, Aqata tək qalanda öz-özüylə danışır. Daha doğrusu özüylə yox, başqalarının görmədiyi müsahiblə. Aqatanın anası hesab eləyirdi ki, qızlara 8 yaşından tez oxumağı öyrənmək olmaz. Bir gün dayə üzündə faciəvi ifadəylə 4 yaşlı qızın anasına xəbər verir ki, «Qorxuram ki, mem, miss Aqata artıq oxumağı bilir». Bu ana üçün fəlakət idi! «Alisa, möcüzələr ölkəsində» onun stolüstü kitabı idi. Artur Konan Doylun «Mavi karbunkul» eşitdiyi ilk detektiv roman oldu. Məhz o vaxt beyninin hansısa bir güşəsində özünə söz verdi: «Nə vaxtsa mən də detektiv roman yazacam!».
Qəribəsi odur ki, uşaqlıqdan lap ahıl yaşlarınacan Aqata yuxuda eyni adamı görürdü. Özlüyündə onu Qatil İnsan, ya da Pistoletli Adam adlandırırdı. Olurdu ki, ailə yığışıb çay içərkən həmin İnsan sevimli adamının «içinə girir» və Aqatanı qorxudurdu. Bəzən Aqata nahara gecikəndə dayə ciddi sifətlə «Bu gün miss Aqatanın yuxusuna yenə də pistoletli Adam girib» deyə elan edərdi. Ailənin sonsuz sevgi dairəsinə dayənin monumental fiqurunu və kiçik iti də əlavə eləsək tam idillik səhnə alınırdı. Bu iti qıza bağışlayanda o özünü səadətdən itirib qaçıb gizlənmişdi. Aqata ayaqyolunda əllərini düyünləyib Tanrıya dua eləyirdi. Axı 5 yaşı olsa da o, anlayırdı ki, ingilis xanımı öz emosiyalarını gizləməlidir. Amma hələ ki, onları hara gizləməyin yerini dəqiq bilmirdi.
Onun qorxularından dayə Nennidən başqa heç kim xəbər tutmurdu. Bir dəfə təsadüfən onlar gəzərək başqasının bağına girirlər. Kimin gəldiyinin fərqinə varmadan qonşu çıxırmağa başladı: «Bu saat sizi diri-diri yeyəcəm! Qaynar suda bişirəcəm!». 4 yaşlı uşağa qonşu adamyeyən simasında görünmüşdü deyən o, ağzını necə açdığını, əvəvl onu, sonra yekəpər dayəni ağzına atdığını təsəvvür eləmişdi. Sonrakı 3 gün Aqata heç kimlə danışa bilmirdi. Dayə Nenni ondan aralanmalı olanda həmsöhbət kimi Aqata yekəpər, sakit təbiətli aşbaz Ceyni seçmişdi. Axı o, təkrarsız pudinqlər bişirirdi. O vaxtdan bəri yemək Aqatanın köməyi və təsəllisinə çevrildi. Əlbəttə, onun nənələri də vardı. Aqata Marqarit nənənin yanına İvlinqə getməyi lap çox sevirdi. Onun qədim mebellə bəzənmiş, içi müxtəlif əşyalarla dolu kamodları olan böyük evi vardı. Sonralar jurnalistlər Aqata Kristidən qəhrəmanlarının prtotipləri barədə soruşanda belə demişdi: «Mən nənəmin köhnə əşyalarıyla oynayırdım. Onun qədim teatr çantasını tapdım. İçini silkələdim, ordan şirin çörək qırıntıları və bir neçə qırıq krujeva səpələndi. Bu da sizin mis Marpl».
Aqata 10 yaşı olanda sinfin ən yaxşı pianoçusu kimi fortepianoda çalmalıydı. Həyəcandan titrəyən Aqata səhnəyə çıxan kimi donub qaldı. Sonra onu qucağa alıb səhnədən çıxarmaq lazım gəldi. Evə gedib bir sutka qızdırma içində yatandan sonra dəqiq qərara gəldi ki, səhnə onun yeri deyil. Atası vəfat eləyən kimi Aqatanın da uşaqlığı bitdi. Anası Aqatanı pianoçu karyerasına hazırlaşdırmağa başladı. Amma hamı anlayırdı ki, gözəl qabliyəti olsa da Aqata adam arasında çala bilməyəcək. Onda Aqatanı müğənni eləməyi qərarlaşdırdılar və Parisə oxumağa göndərdilər. Amma Aqatanın çox məlahətli və o qədər də zəif səsi vardı. Artıq 60 yaşında olanda yazıçı etiraf eləyir ki, opera müğənnisi olmağı həmişə arzulayıb. Opera müğənnisi olmağa səsi olsa da cəsarət və temperamenti çatmadı.
İndi onların maddi problemləri də vardı. Həm də ki, Aqatanın kuğar cəmiyyətə çıxarmağın da vaxtı çatmışdı. Onlar Misirə səfər eləyirlər, çünki burda həyat dəfələrlə ucuz idi. İlk «sezonunu» Kairdə keçirən cavan, savadlı, üzügülər və dəhşətli dərəcədə utancaq Aqatanı zabitlər, arxeoloqlar, elm işçiləri görməyə bilməzdi. Qolf oyunları, pikniklər, klublarda söhbətlər… və əlbəttə ki, ballar! Belə balların birində Aqata cavan zabitlə tanış olur. Qızı anasının yanına ötürəndən sonra zabit dedi: «Qızınızı sizə qaytarıram. O, artıq rəqs eləməyi çox yaxşı bacarır. Ona bir az danışmağı da öyrətsəydiz pis olmazdı». Aqata öz hisslərini sözlə ifadə eləməyi heç vaxt bacarmırdı.
Aqata Kristinin həyatı haqqında video
«Mən qolfun dul qalmış arvadıyam»
Kristinin bioqrafları deyir ki, gəncliyində Aqata baletlə məşğul olur, gözəl çalır və oxuyurdu. Gələcək əriylə Aqata rəqs meydanında tanış olub. Hündür sarışın və bir qədər ədəbsiz hərbçi Arçibald Kristi diqqətini cəlb elədi. Əsrin əvvəllərində pilot çox cəlbedici sənət sayılırdı. Tanışlığının üçüncü günündə Aqata evə gəlib elan elədi ki, nişanı qaytarıb cibində bir qəpiyi də olmayan Arçiyə ərə gedir.
Artıq 1914-cü il idi, Birinci Dünya Savaşı başlamışdı. Arçi cəbhəyə getdi, Aqata isə qospitalda işləyirdi deyən onlar nadir hallarda görüşürdülər. Aqata əməliyyata kömək edir, xəstələrin yatağının qarşısında oturur, dərmanlar hazırlayırdı. Başqa qadınlar kimi qan görəndə Aqatanın ürəyi getmirdi. O özünü ələ alaraq çətin əməliyyatlarda da iştirak eləyirdi.
Arçi isə qəhrəmanlıqlar göstərir, adlar və mükafatlar alır və təkcə məzuniyyət barədə düşünürdü. Amma ilk 3 günlük məzuniyyət zamanı onlar azı 3 dəfə həmişəlik küsüb barışdılar. Milad bayramı ərəfəsində isə onlar evləndi. Ağ paltar və fata əvəzinə Aqata plaş və qırmızı şlyapa geymişdi, Arçi isə həmişəki kimi mundirdəydi. Arçi bir gön sonra arvadını qoyub cəbhəyə qayıtmalı oldu. Onlar sonrakı 6 ayda görüşə bilmədilər.
Müharibə bitən kimi onlar da hamı kimi normal yaşadı. Kristi artıq tanınmış yazıçı, xoşbəxt ana idi. Arçibald isə Sitidə bizneslə məşğul olurdu. Qızlarının iki həftəsi heç bitməmişdi ki, Arçiyə kaloniyalarda iş təklif eləyirlər. Aqata heç tərəddüd eləmədən qızını anasına verib ərinin dalıyca «dünyanın axırı»na yollandı. Gəmi səyahətlərini sevməsə də uzun səfərlərdə rahat kupelərdə baş verən hadisələr artıq romanlarda peyda olmağa başladı. İlk kitabın qonorarı o qədr idi ki, onlar ev ala bildilər. Arçi heç gizlətmirdi ki, arvadının cızma-qaralarına qarşı etinasızdır. O, qolfla maraqlanırdı. Aqata həmişə deyərdi: «Mən qolyun dul qalmış arvadıyam». Qızı isə anasından daha artıq ataya bağlı idi. İkinci uşaqdan söhbət düşəndə Arçi deyərdi ki, ikinci avtomobil almaq daha məqsədəuyğundur. İlk evlərini Aqatanın romanına uyğun «Staylz» adlandırdılar.
«Qadının sürüşkən kişini abra salacağına inam dünyanın ən qədim qadın ilüzayalarından biridir»
Aqata 1926-cı ili «Ömrümün ən çətin ili» adlandırır. Həmin il onun anası rəhmətə getdi. Borcları olduğuna görə valideynlərinin evini satmalı oldular. Ərini köməyə çağıranda o, «Yol uzundu və mən bazar günü qolf oyununu buraxmaq istəmirəm» demişdi. Aqatada amneziya əlamətləri peyda oldu. Çekdə harda imza atacağını, bəzən adını da unudurdu. Qızlarının ad günündə Arçi elan eləyir ki, müdürünün katibəsi Nensi Nilə vurulub və boşanma tələb elədi. Ərini itirməkdən daha artıq qızını düşünərək bir il boşanma ərizəsinə qol çəkmirdi. Bu bir il ərzində bir sətir də yaza bilmədi.
Məşhur romanların müəllifi birdən özü yoxa çıxdı. İki həftədən artıq London polisi onun axtarışıyla məşğul idi. Onun avtomobilini yol qırağından tapmışdılar. Günahkarların siyahısında əri birinci dayanmışdı. Əri Arçi məşuqəsiylə istirahətə getməsini hamıya danışmaq istəmirdi. Heç kimin ağlına da gəlməzdi ki, bütün bunları Aqata özü quraşdırıb. Bu iki həftəni o, ərinin məşuqəsinin adı altında mehmanxanada yaşayıb. Maşını bilərəkdən Arçinin məşuqəsiylə əyləndiyi yerin yaxınlığında buraxıb və bilərəkdən içindən paltarlarını və şubanı götürməyib. Aqata istəyirdi ki, ərini onun ölmündə günahkar bilsinlər. O, mehmanxanada yaşayaraq ərinin əzab çəkməsi barədə yazılan məqalələri oxuyub ləzzət alırdı. Mətbuata elan olundu ki, Aqata yaddaşını itirdiyindən kimliyini unutmuşdu. Aqatanı sağ və salamat tapanda qəzetlər «Rocer Ekroydun qətli» romanını reklam kampaniyası olduğunu aləmə car çəkirdi. Aqata o qədər məşhurlaşır və jurnalistlər onun zəhləsini o qədər tökürlər ki, sonralar Kristi bir daha müsahibə vermədi.
«Arxeoloqlar keçmişin detektivləridir»
Tək qalandan sonra Kristi həmişə arzuladığı səyahətlərə başlayır. İlk səfəri «Şərq ekspresi»ndən başlayır. (Bu adda romanı ən məşhur kitablarındandır). Şumer sivilizasiyasının qazıntılarına Aqata dostlarının məsləhətiylə gəlir. Tarixi abidələrlə tanış olmaq istəyəndə ona Maksı ən yaxşı mütəxəssis kimi bələdçiliyə məsləhət bilmişdilər. Maks 39 yaşlı ömür boyu səyahət arzulamış yazıçı üçün yeni, qədim şəhərlər, məqbərələr dünyasını kəşf elədi. 25 yaşlı arxeoloq Aqataya evlənmək təklifini edəndə onu düz iki ay yola gətirmək lazım gəldi. 14 yaş fərqiylə uğursuz nigahdan az keçmiş evlənmək Aqataya dəlilik kimi gəlirdi. Nigah mərasimində Maksın əynində təzə aldığı ağ kostyum, Aqatanın əlində isə doğum tarixini dəyişdirdiyi yeni pasport vardı. Onların toyunda qohumlardan yalnız Aqatanın qızı Rozalinda iştirak edirdi. Çünki çoxları ondan üz döndərmişdi. Aqata bunu zarafata çevirərək xəyanətkarları «Qorxaq Siçan Ordeni»nə, atmayanları isə «Vəfalı İtlər Ordleni»nə bölüşdürürdü.
Aqatanın bu nigahı görünməz dərəcədə uğurlu, uzun və xoşbəxt oldu. Yaş fərqinə gələndə isə Aqata hər şeyi zarafata çevirirdi: «Maks arxeoloqdu. Arxeoloqlarsə qədimliyi sevərlər. Ona görə də yaşım artdıqca mən ona daha maraqlı görünürəm». Onlar birlikdə bütün dünyanı gəzdilər. Tezliklə Aqata frofessonal fotoqraflar kimi çəkməyi də öyrəndi və bütün ekspedisiyalarda əriylə birgə oldu. Çadırda plitə üstündə yemək bişirərkən «qətl» hadisələrinin süjetlərini uydurmağı da yadından çıxarmırdı. Amma Qatil Adam arabir yuxularına girirdi. Amma o da olmasaydı Aqata Kristi bütün dünyanı ustalıqla qorxuda bilərdimi?
«Mən danışdığımdan bir qədər yaxşı yazıram»
Aqata Kristinin yazı yazmaq vərdişi qəribə idi. Detektiv yazmaqçün ona isti vanna və alma lazım olurdu. Saatlarla vannada oturub alma xartıldadaraq o beynində ölüm hadisələrinin labirintini quraşdırırdı. Ondan soruşanda ki, «Niyə zəhərlərdən çox istifadə edirsiz?» Aqata demişdi ki, «Qan içində uzanmış ölülərdən xoşum gəlmir. Odlu silahdan isə qaçıram, çünki bundan tamamilə başım çıxmır. Zəhərləmək isə o qədər asandır ki». Aqata Kristi yazıçılığına xobbi kimi yanaşır. Arxeoloq Maks Mellounla nigahda olarkən «məşğuliyyətiniz» soruşulan bölmədə «evli xanım» yazardı. Oxucuların hisslərinə hörmətlə yanaşdığından Aqata Kristi heç vaxt seksual cinayətləri romanının mövzusuna çevirmədi.
Hamının sevdiyi personaj Erkül Puaro Aqata Kristinin ilk romanında ortaya çıxır. Bu qəhrəman son romanların birində vəfat edir. Maraqlıdır ki, bu roman nəşr olunandan 40 il əvvəl yazılmışdı. Amma naşirlər sevimli personajın ölmü olan kitabı çap eləməkdən boyun qaçırırdılar. Onun kolleqası Miss Marpl da ilk romanlardan birində peyda olmuşdu. Kristi 60 detektiv roman və 19 hekayə məcmuəsi çap eləyib. Başqa dillərə tərcüməyə görə Şekspirdən sonra o, birinci ingilis yazıçısıdır. Aqata Kristinin 16 pyesi Londonda səhnələşdirilib və onların əsasında filmlər çəkilib. Bu yaxınlarda Aqata Kristinin nəvəsi evlərinin çardağından nənəsinin 27 kasetə yazdığı audiomüsahibəsini tapıb. Aqata Kristi burda bütün həyatını kiçik detallara qədər danışıb. Burda bəzi intim məqamlar olduğuna görə kassetlərin hamısı ictimaiyyətə aşkarlanmayıb. Kasset kolleksiyası çardaqda 40 il gizli qalıbmış.
Məşhur qəhrəmanı Erkül puaronun «ölüm»ündən sonra müəllifin də bu dünyada işi qalmamışdı. Son kitabının nəşrindən sonra o, dedi: «Mən indi artıq borca yaşayıram. Elə bil ki, dəhlizdə oturub çağırış siqnalını gözləyirəm. Mən ölümlə görüşə hazıram. Həmişə eskimo dondurmasını çox sevmişəm. Bir gün əziz qoca nənə üçün xüsusi təam hazırlanacaq və o, buzlu yola düşüb gedəcək. Və bir daha qayıtmayacaq…»
Müəllif: Gülnarə Rəfiq [email protected]
Mənbə: Bizim Yol qəzeti
- Teqlər:
- Aqata Kristi
- , detektiv yazar
- , ingilis ədəbiyyatı
- , yazıçı
Aqata Kristi
Sifarişləri Bakıya, Azərbaycanın bölgələrinə və bütün dünya ölkələrinə çatdırırıq!
Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur .
Operativ çatdırırıq: 24 saat ərzində * sürətli çatdırılma * poçtla * “Özün götür” xidməti ilə
Ödəniş etmək asandır: onlayn kartla * pos-terminalla * hissə-hissə * kuryerə nəğd * MilliÖn və E-Manat terminalları ilə
ISBN: 9789952520446
Aqata Kristi bütün dövrlərin ən çox oxunan yazıçısıdır. Onun əsərləri 100-dən çox dilə tərcümə olunub. Yazıçının “On zənci balası” adlı əsəri dünyanın ən çox oxunan 10 kitabı arasındadır. Aqata özünəməxsus detektiv əsərləri, sirli mövzuları və düşündürücü hekayələri ilə milyonlarla oxucu tərəfindən sevilən sirlər şahzadəsinə çevrilib.
Məhsulun kodu: 9789952520446
Janr: Uşaq ədəbiyyatı
Nəşriyyat: 3 Alma
Cild: Bərk
Müəllif: Mariya İzabel Sançez Veqara
Səhifə sayı: 28
dil: Azərbaycan
şərhlər 0
Paskal Romano
Mixail Gerşenzon
Michael Kogge
J.R.R. Tolkien
PULSUZ ÇATDIRILMA Məhsul mövcud deyil
Məhsul mövcud deyil
Məhsul mövcud deyil
Məhsul mövcud deyil
Məhsul mövcud deyil
Məhsul mövcud deyil
Robert Lyuis Stivenson
Məhsul mövcud deyil
Məhsul mövcud deyil
Viktor Hüqo
Devid Uolyams
İlqar Əlfioğlu (tərtibatçı)
Elinor Porter
Hektor Malo
Annie M.G.Schmidt
Frensis Börnet
Paskal Romano
Məhsul mövcud deyil
Məhsul mövcud deyil
Ruvim Frayerman
Məhsul mövcud deyil
Məhsul mövcud deyil
E.Seton-Tompson
Məhsul mövcud deyil
Məhsul mövcud deyil
Məhsul mövcud deyil
Məhsul mövcud deyil
Haqqımızda
Aksiyalar Və Endirimlər
- Möhtəşəm endirimlər
- Pulsuz çatdırılma fürsəti
- Bağda darıxırsan?
- Hədiyyə Sertifikatları
- VISA kartla ödəniş zamanı 7% endirim
Sifariş haqda
- Sifarişi necə etmək?
- Ödənişi necə etmək?
- Promokodu necə istifadə etməli?
- Bölgələrdən sifariş etmək qaydası
- Çatdırılma
- Sərfəli taksit imkanı
- Bir kliklə alış-veriş
- “Özün götür” xidməti nədir?
- Bizimlə əlaqə saxlayın
- Sifarişimi qaytarmaq (dəyişmək) istəyirəm
- Geyimlərin rahat qaytarılması
- Pulsuz dənəmə nədir?
- Evə kitabxana lazımdır?
Detektiv janrında yazılmış ən yaxşı kitablar
Bu məqaləmizdə Azərbaycan dilində əldə edə biləcəyiniz ən yaxşı detektiv kitablarını bir yere topladıq. Çingiz Abdullayev, Elxan Elatlı, Aqata Kristi və s. ən yaxşı yazarların əsərlərini bu məqaləmizdə tapa biləcəksiniz.
Ən yaxşı detektiv əsərlər
1. Çingiz Abdullayev – Ailə sirləri
Detektiv əsərlər müəllifi Çingiz Abdullayevin “Ailə sirləri” adlı romanında Qazaxıstandan Avropaya köçmüş qohumlar arasındakı düşmənçilikdən, onlardan birinin müəmmalı şəraitdə öldürülməsindən bəhs olunur.
Gənc almaniyalı qadın Emma Vihert məşhur xəfiyyə Dronqonu Potsdama ‒ yaşlı qohumunun yubileyinə dəvət edir. Onlar çoxdan tanış idilər. Emma Dronqonun nadir qabiliyyətindən xəbərdar idi. Məhz buna görə də yubileydə beynəlxalq ekspertin iştirakında hamıdan çox Emma maraqlı idi. Necə deyərlər, hər ehtimala qarşı. Çünki qadın intuisiyası Emmaya deyirdi ki, banketdə nəsə bir hadisə baş verməlidir. Bəli, gənc qadın yanılmamışdı – tədbirin səbəbkarı olan Martanı ziyafətin ən vacib məqamında zəhərləyib öldürürlər. Dronqo vaxt itirmədən təhqiqata başlayır və dərhal başa düşür ki, qatil. səhvə yol verib.
2. Çingiz Abdullayev – Alqış sədaları altında ölüm
“Alqış sədaları altında ölüm” adlı romanda hadisələr Rusiyadakı teatrların birində cərəyan edir.
Şekspirin “Hamlet” faciəsinin bu dəfə real həyatda, özü də birbaşa səhnədə yaşanacağı heç kəsin ağlına gəlməzdi – nə teatr rəhbərliyinin, nə aktyorların, nə də ki, tamaşaçıların. Amma bu faciə yaşanır. Nə qədər inanılmaz olsa da, “Hamlet”də oynayan bir aktyor digərini elə səhnədəcə qətlə yetirir. Tamaşaçılar isə xalq artistinin kralın ölüm səhnəsini həddən artıq teatral və qeyri-adi istedadla oynadığını zənn edib onu alqışlayırlar. Bəs səhnədə əslində nə baş verir? Teatra məxsus rekvizit qılıncı əsl qılıncla kim dəyişmişdi? Hamletin əlindəki qılıncı ona kim vermişdi? Dronqo qatili axtarmağa başlayır, amma elə bu zaman növbəti cinayətlər baş verir.
3. Çingiz Abdullayev – Bumeranq zərbəsi
Çingiz Abdullayevin “Bumeranq zərbəsi” adlı romanında seriya qatilin axtarışlarına cəlb edilmiş hüquq-mühafizə orqanlarının üzləşdiyi çətinliklər təsvir olunur.
Hadisələr Rusiyanın bir neçə şəhərində cərəyan edir, daha doğrusu, seksual manyak olan qatil ayrı-ayrı şəhərlərdə eyni üsulla dalbadal qətllər törədir. Tədbirlilikdə və amansızlıqda Çikatilo ilə müqayisə olunan qatilin qurbanları əsasən gənc və gözəl qadınlardır. O, qurbanlarını səbirlə izləyir, yaxalayır və zorlayıb öldürür, amma heç bir iz qoymur. Onu görən də yoxdur. Ufada qətl törədib Çelyabinskə gedir, oradan başqa şəhərə keçir. Moskvadakı yüksək rütbəli milis məmurları başını itirib. İşə məşhur xəfiyyə və psixoanaliz üzrə professor da cəlb olunur. Bu iki ekspert qatilin psixoloji portretini yaradır, onun intellektual, yaraşıqlı, ünsiyyətcil və gənc bir adam olduğunu deyirlər. Yüksək rütbəli milis zabitləri bundan narazı qalır.
4. Elxan Elatlı – Bakıdan gələn xəfiyyə
Detektiv romanlar müəllifi Elxan Elatlının psixoloji detektiv janrında qələmə aldığı “Bakıdan gələn xəfiyyə” romanında Rusiyada baş verən cinayət hadisəsinin araşdırılmasından bəhs olunur.
Uzaq Sibirin balaca və sakit şəhərlərinin birində yerli iş adamı və onun erməni sürücüsü qətlə yetirilir. Daha sonra azərbaycanlı biznesmenə yaxın bir polis zabitini binadan atıb öldürürlər. Yerli sakinlər və həmin şəhərdə yaşayan ermənilər bu cinayətdə azərbaycanlıları günahlandıraraq onlara müharibə elan edir, sonuncular isə naçar qalaraq məşhur bakılı xəfiyyədən kömək istəməyə məcbur olur. Uzun illər Rusiyada çalışmış polkovnik Qasımlı təhqiqatlarını dərinləşdirdikcə yerli mafiyanın daha dəhşətli cinayətlərinin izinə düşür.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
5. Aqata Kristi – On zənci balası
Kiçik bir ada və bir-birini tanımayan on qonaq… Naməlum ev sahibi… Bəs görəsən, hər kəsi bura dəvət edən bu məşum cənab kimdir? Qonaqların bunu araşdırmağa isə vaxtı qalmır. Patefon valından növbəylə səslənən ittihamlar bütün qonaqlar sanki hakim qarşısında, müttəhim kürsüsündə hiss etməyə vadar edir. Əlqərəz, əsl faciələr də bundan sonra başlanır. Naməlum ev sahibi tərəfindən ittiham olunan qonaqlar qəribə ardıcıllıqla qətlə yetirilirlər. Adada isə onlardan başqa heç kim yoxdur…
6. Elxan Elatlı – Dilənçi qadının sirri
Detektiv romanlar müəllifi Elxan Elatlının “Dilənçi qadının sirri” romanında hadisələr Bakıda cərəyan edir. Əsər detektiv janrda yazılsa da, burada həyatın çətinliklərinə, mürəkkəb ailə münasibətlərinə və digər problemlərə də toxunulur.
Arvadının xəyanəti ilə üzləşən biznesmen bu rüsvayçılığa dözə bilməyərək ailə-uşağını atıb Türkiyədən Azərbaycana köçür. Bakıda şirkət açıb biznes quran orta yaşlı iş adamı burada özündən 30 yaş cavan qadınla rastlaşır. Kasıb bir fəhlənin arvadı olan, lakin dəbdəbəli həyata can atan bu gözəl və gənc qadın ərinə elə onun dostu ilə xəyanət edəndən sonra boşanaraq özünə imkanlı məşuq tapsa da, türk iş adamının evlənmək təklifini sevinclə qarşılayır. Az sonra onların bir oğlu da olur. Uşaq 3 yaşına çatanda ailədə qəribə hadisələr baş verir. Əvvəlcə brilyantlar yoxa çıxır, sonra uşaq oğurlanır və ailədən pul tələb edilir. Biznesmen özəl detektivdən yardım istəməli olur.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
7. Elxan Elatlı – Cəhənnəmdən gələn səs
“Cəhənnəmdən gələn səs” romanında XX əsrin ən dəhşətli vəhşiliyi olan Xocalı soyqırımından, erməni əsirliyindəki azərbaycanlıların qorxunc planlara alət edilməsindən və onların tükürpərdici aqibətindən bəhs olunur.
17 ildir erməni əsirliyində olan bir azərbaycanlı qadın təsadüfən əlinə keçən imkandan istifadə edərək Bakıdakı təsadüfi nömrələrin birinə zəng vurub Azərbaycanda təxribat və qətllərə hazırlaşan ermənilərin müdhiş planı haqda məlumat verir. Qadın özü kimi erməni əsirliyində olan Səid adlı oğlunun təlimatlandırılaraq Bakıya göndərildiyini deyib telefonu söndürür. Gecə yarısı evinə zəng gələn adam isə bu məlumatı Azərbaycanın xüsusi xidmət orqanlarına çatdırır. Azərbaycan kəşfiyyatçıları dərhal fəaliyyətə keçərək əməliyyat planı hazırlayırlar. “Leopard” ləqəbli Azərbaycan kəşfiyyatçısı Ermənistandan Bakıya zəng vuran qadını axtarmaq üçün düşmən ölkənin ərazisinə keçir.
8. Çingiz Abdullayev – Etiraflar vadisi
Çingiz Abdullayevin “Etiraflar vadisi” əsərində hadisələr İndoneziyanın ekzotik bir adasında baş verir. Cəngəllikdə kərgədan ovuna çıxan dostlar hər şeyi diqqətlə nəzərə almışdı. Qeyri-adi heç nə ola bilməzdi. Bir neçə imkanlı səyyah tam hazırlıqlı vəziyyətdə Kalimantan adasına yola düşmüşdü. Bələdçilər peşəkar idi. Marşrutu təcrübəli ovçular yoxlamışdı. Artıqlaması ilə silah vardı. Amma həmişə olduğu kimi, işə mane olan insan faktoru da vardı. Qrupa bir qatil də qoşulmuşdu. Bu da nəticə – biri kürəyindən aldığı bıçaq yarasından ölmüş, digəri zəhərlənmiş, üçüncüsü də güllə ilə vurulmuşdu. Səyyahlardan biri – Roman Lompadov isə möcüzə nəticəsində sağ qalmışdı. Gerçəklər üzə çıxdıqca o, heyrətini gizlədə bilmirdi.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
“. Həmin il banditlər tökülüşüb üstümüzə gəldi. Biznesimizi əlimizdən almaq istəyirdilər. Çətin zəmanə idi. Özümüzə başqa banda tutmağa məcbur olduq. Onlara böyük pullar ödədik. Sonra obyektlərimizi yoxlamaq üçün müfəttişlər gəldi. Onlara pul təklif elədik, ancaq axıra qədər sıxıb suyumuzu çıxarmaq əmri almışdılar. İşi belə görəndə müfəttişləri sadəcə aradan götürdük. Onların ardınca prokurorluq və FTX əməkdaşları peyda oldu. Bu adamlarla dil tapmaq çox çətin idi, amma bacardıq. Onların generallarının birinə pul ötürə bildik. Yoxlamanı burmağa başladılar. General çox acgöz çıxdı, elə hey pul tələb edirdi. Onun bu hərəkəti bizi boğaza yığdı, maşınında partlatdıq getdi. Sonra onun ölümü ilə bağlı istintaqın şəxsən prezidentin nəzarətində olduğunu öyrəndik. Qətli törədən killer isə sevgilisi ilə Yunanıstana qaçdı. Nəsə bir tədbir görmək lazım idi. Üç ən yaxşı “sənətkarı” ora göndərdik. Ondan sonra killerlə sevgilisi barədə heç kəs heç nə eşitmədi. Dörd-beş ildən sonra onların qalıqlarını kirayə götürdükləri villanın yaxınlığından tapdılar. “
9. Elxan Elatlı – On dördüncü adam
Detektiv əsərlər müəllifi Elxan Elatlının “On dördüncü adam” romanı bir insanın gəncliyində buraxdığı səhv ucbatından yaşadığı faciəli həyatdan bəhs edir. Roman detektiv süjet üzərində qurulsa da burada Tanrıya münasibət, insanın öz taleyində daşıdığı rol və məhəbbət mövzuları ön plana çəkilib.
Evin yeganə oğul övladı olan gənc böyük arzularla Bakıya ali təhsil almağa gəlir. Bir neçə ildən sonra anlayır ki, ömrünün ən gözəl çağlarını yaşayan əksər tələbələr kimi onun da sevib-sevilməyə ehtiyacı var. Amma universitetdə yüzlərlə gözəl qızın arasında olan bu gənc öz taleyinin qismətini qəribə üsulla seçməyə qərar verir, həyatını qumara qoyur. O ümidlə ki, tale qismətinə də elə ilk baxışdan vurulduğu həmin o qızı çıxaracaq.
Amma tale onunla amansız oyun oynayır. Həyat eşqi aşıb-daşan, gələcək xoşbəxtliyinin xəyallarını quran gəncin qarşısına sonradan evlənməyə, az sonra isə boğub öldürməyə məcbur olacağı qızı çıxarır. Bu qadın onu qatilə, qumarbaza, bədbəxt bir adama çevirir..
10. Aqata Kristi – Saatlar
Stenoqrafçı qız divanın arxasından kişi cəsədi aşkar edir… Şeyla Veb ona verilən təlimata əsasən Vilbraham Kresent küçəsi, 19 nömrəli evə daxil olmuşdu. Evə daxil olduqdan sonra dəhşətli hadisə ilə qarşılaşdı; qonaq otağının döşəməsində sərilmiş bir kişi cəsədi. Cinayətin Puaroda maraq oyandıran tərəfi isə zaman faktoru idi. Şokda olmasına baxmayaraq Şeyla ququ saatının üçü vurduğunu aydın bir şəkildə xatırlayırdı. Lakin qonaq otağındakı dörd saat isə saat 4.13-ü göstərirdi. Ən qəribəsi isə bu saatlardan sadəcə biri ev sahibinə məxsus idi!
11. Elxan Elatlı – O gecə yağış yağırdı
Kitabda tanınmış detektiv ustası Elxan Elatlının bu janrda ilk qələm təcrübələri olan dörd hekayə və iki povest yer alıb. Sonrakı əsərlərində romançılıq yolunu tutaraq, Azərbaycan milli detektivində öz üslubunu və mövqeyini qəti şəkildə müəyyənləşdirmiş yazıçının bu kitabdakı əsərləri klassik detektivin maraqlı nümunələri hesab edilə bilər.
12. Elxan Elatlı – Xəyanət
Bu kitab Azərbaycan milli detektivinin əsas yaradıcılarından hesab olunan Elxan Elatlının geniş oxucu kütləsi qazanmasında əhəmiyyətli rol oynamışdır. Romanda yüksək vəzifə sahibi olan birinin başına gələn ağlasığmaz faciədən bəhs olunur. İnsan xislətinin ayrılmaz ünsürü olan xəyanətkarlıq ön plana çəkilir və bu təəssüfedici hal Qaplan adlı sədaqətli itlə müqayisədə daha qabarıq çatdırılır…
Qeyd: Məqalə hər ay yenilənəcək və daha çox oxunan detektiv janrında olan kitablar əlavə olunacaqdır. Əgər siz də oxuduğunuz maraqlı kitabları bu əsərlər arasında görmək istəyirsinizsə rəy yazaraq bunu bizə bildirə bilərsiniz.
Ən maraqlı detektiv kitablarını hardan əldə edə bilərəm?
Bu mövzunu da sizlər üçün araşdırdıq. Ən rahat kitab ala biləcəyiniz saytları təqdim edirik:
Sizə maraqlı olacağını düşündük:
- 15 ən yaxşı dedektiv filmləri
Comments are closed, but trackbacks and pingbacks are open.