Press "Enter" to skip to content

Lümlə görüş

– Çox əladır. Amma gərək o, darıxdırıcı qoca qadını – öldürəydi.

“Ölümlə görüş”, “Komissar Meqre”, “Metempsixoz”, “Kamillik elmi”

“Qanun” Nəşrlər Evinin çap etdiyi yeni kitablar haqda qısa məlumatları oxucuların diqqətinə çatdırırıq.

Aqata Kristi, “Ölümlə görüş” (təkrar nəşr)

Romanda Herkül Puaronun Yaxın Şərqdəki macəralarından söz açılır. Qüdsdə istirahət edərkən məşhur detektivin təsadüfən eşitdiyi söhbət böyük bir cinayətin üstünü açmağa kömək edir. Tiran, sadist, qəddar ana olan miss Boyntonun qatilini axtararkən Puaro bütün ailə ilə üzləşməli olur. Bəs kimdir günahkar? Puaro əmindir ki, sadəcə şübhəlilərlə söhbət etmək canini tapmağa kifayət edir.

Aqata Kristinin “Ölümlə görüş” detektiv romanını ilk dəfə Böyük Britaniyada “Collins Crime Club” nəşriyyatı 1938-ci ilin mayında çap edilib. Amerikada isə kitabı “Dodd, Mead and Company” nəşriyyatı elə həmin ildə çap edib.

Əsəri ingiliscədən Gülər Qasımova tərcümə edib.

Kitabın satış qiyməti 5.49 manatdır.

Jorj Simenon, “Komissar Meqre. Latış Pietr”

İki qardaş ikilikdə böyümüşdü, ancaq Pietr həmişə Hansı kölgədə qoyurdu: uşaqkən ən yaxşı şagird, gənc ikən aktivist-qiyamçı idi. Bir qədər sonra dələduzluq istedadı sayəsində çox varlı adamlarla işləməyə başladı.

Beynəlxalq quldur dəstələrinin ittifaqını yaradan insana çevrildi. Hans Çexov kimi dramaturq olmaq istəyirdi. Qardaşının təhqirlərinə dözür, Berti bütün varlığı ilə sevirdi.

Əsəri fransızcadan Minə Candan tərcmə edib.

Kitabın satış qiyməti 4.49 manatdır.

Kamran Novruzzadə, “Metempsixoz”

“Mən hər dəqiqəni xatırlayıram. Düy­məsi həmişəlik yanılı qalmış diktofonam elə bil. Uşaqlıqda özümü çox güclü hesab edirdim, əmimin qalxanını əlimdə tuta bilmirdim, indi isə sığır. Bir şey davamlı baş verəndə, sayını itirirsən artıq. Məndə də belə olub: neçə Günəş, neçə Ay görmüşəm, heç xəbərim yoxdur. Gör nə qədər il keçib?! Mən balaca, zəif və aşırı dərəcədə sadəlövh idim. İndi isə sən bunu görməyəcəksən: zaman içində itirməyə məcbur olduqlarımı və itirdiklərimi. Çünki mən bir daha səni qəlbimə buraxmayacağam, yox. Mən rədd edilməkdən imtina edirəm”.

Kitabın satış qiyməti 4.90 manatdır.

Baltasar Qrasian, “Kamillik elmi”

XVII İspan mütəfəkkiri, böyük Alman şairi H.Heynenin təbirincə desək, “əsrinin birinci adamı” Baltasar Grasianın “Kamillik elmi” fəlsəfi traktatı uzun əsrlər nəinki dövlət adamlarının, həm də filosofların belə masaüstü kitabı olmuşdur. Sevindirici haldır ki, belə bir dərin məzmunlu və eyni zamanda anlaşıqlı əsər doğma dilimizdə nəşr olunub, həm indiki, həm də gələcək gəncliyi kamilliyə və saflığa çıxaracaq.

Kitabı Abib Rzayev və Məlahət Əsədova tərcümə ediblər.

Kitabın satış qiyməti 4.99 manatdır.

Ölümlə görüş

Также данная книга доступна ещё в библиотеке. Запишись сразу в несколько библиотек и получай книги намного быстрее.

Как читать книгу после покупки

  • Чтение только в Литрес «Читай!»

Посоветуйте книгу друзьям! Друзьям – скидка 10%, вам – рубли

По вашей ссылке друзья получат скидку 10% на эту книгу, а вы будете получать 10% от стоимости их покупок на свой счет ЛитРес. Подробнее

Стоимость книги: 245,12 ₽
Ваш доход с одной покупки друга: 24,51 ₽
Чтобы посоветовать книгу друзьям, необходимо войти или зарегистрироваться Войти

  • Жанр:з арубежные детективы, к лассические детективыРедактировать

Эта и ещё 2 книги за 399 ₽

По абонементу вы каждый месяц можете взять из каталога одну книгу до 700 ₽ и две книги из персональной подборки. Узнать больше

Оплачивая абонемент, я принимаю условия оплаты и её автоматического продления, указанные в оферте
Оплатить Отмена
Описание книги

Romanda Herkül Puaronun Yaxın Şərqdəki macəralarından söz açılır. Qüdsdə istirahət edərkən məşhur dedektivin təsadüfən eşitdiyi söhbət böyük bir cinayətin üstünü açmağa kömək edir.Tiran, sadist, qəddar ana olan Miss Boyntonun qatilini axtararkən Puaro bütün ailə ilə üzləşməli olur. Bəs kimdir günahkar? Puaro əmindir ki, sadəcə şübhəlilərlə söhbət etmək canini tapmağa kifayət edir. Aqata Kristinin “Ölümlə görüş” dedektiv romanı ilk dəfə Böyük Britaniyada Collins Crime Club nəşriyyatı tərəfindən, 1938-ci ilin mayında çap edilib. Amerikada isə kitabı Dodd, Mead and Company nəşriyyatı elə həmin ildə çap edib.

Aqata Kristi Ölümlə görüş

Romanda Herkül Puaronun Yaxın Şərqdəki macəralarından söz açılır. Qüdsdə istirahət edərkən məşhur dedektivin təsadüfən eşitdiyi söhbət böyük bir cinayətin üstünü açmağa kömək edir.Tiran, sadist, qəddar ana olan Miss Boyntonun qatilini axtararkən Puaro bütün ailə ilə üzləşməli olur. Bəs kimdir günahkar? Puaro əmindir ki, sadəcə şübhəlilərlə söhbət etmək canini tapmağa kifayət edir.

Aqata Kristinin “Ölümlə görüş” dedektiv romanı ilk dəfə Böyük Britaniyada Collins Crime Club nəşriyyatı tərəfindən, 1938-ci ilin mayında çap edilib. Amerikada isə kitabı Dodd, Mead and Company nəşriyyatı elə həmin ildə çap edib.

BİRİNCİ HİSSƏ 1

– Başa düşürsən, hə? O öldürülməlidir!

Sual sakit qaranlıq gecəyə axdı, orada bir müddət asılı qaldıqdan sonra yenidən Ölü Dəniz tərəfə, qaranlığa gömüldü.

Erkül Puaro əlini pəncərə tutacağına qoyub, bir dəqiqə susdu. Sonra qaşqabağını tökərək pəncərəni bağladı ki, zərərli gecə havası içəri daxil olmasın. Erkül Puaro uşaqlıqdan əmin idi ki, çöl havası elə çöldə qalmalıdır və xüsusilə də gecə havası sağlamlıq üçün çox ziyanlıdır.

Pəncərələrin pərdəsini çəkdikdən sonra Puaro gülümsəyərək yatağına tərəf getdi. “Başa düşürsən, hə? O öldürülməlidir!” sözlərini yenidən düşünərək sakitcə gülümsədi. Bu, detektivin Qüdsdə ilk gecədə eşitdiyi sözlər idi.

“Doğrudan da hara gedirəmsə mütləq cinayət baş verməlidir!” – o mızıldandı. Yazıçı Antoni Trollop haqqında

eşitdiyi lətifəni yadına saldıqda yenidən gülümsədi.

Trollop Atlantik okeanında gəmidə üzərkən iki sərnişinin onun son romanı barədə danışdığını eşidir. Onlardan biri deyir:

– Çox əladır. Amma gərək o, darıxdırıcı qoca qadını – öldürəydi.

Romançı onlara yaxınlaşaraq gülümsəyir və deyir:

– Centlmenlər, çox minnətdaram. Elə bu dəqiqə gedib onu öldürəcəyəm!

Erkül Puaro indicə eşitdiyi sözlərə nəyin səbəb olduğunu düşündü. Bəlkə kimsə pyes və ya kitab yazır. Sonra təbəssümünü pozmadan fikirləşdi: “Bu sözlər bir gün pis mənada xatırlana bilər”.

O sözləri deyən səsi fikirləşdi. Səs kişiyə və ya gənc oğlana aid idi və olduqca gərgin, əsəbi idi.

Erkül Puaro yatağının yanındakı gecə lampasını söndürərkən düşündü: “O səsi yenidən eşitsəm, yəqin ki, – tanıyaram. ”.

Comments are closed, but trackbacks and pingbacks are open.