Press "Enter" to skip to content

Aqata Kristi – Qara qəhvə (İlahə Eldarqızı)

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Aqata Kristi “Qara Qəhvə” PDF

“Qara qəhvə” məşhur detektiv yazar Aqata Kristinin məşhur əsərlərindən biridir. Yazıçı burada artıq təqaüdə çıxmış detektiv Erkül Puaronun iti zəkasının ortaya çıxardığı cinayət işindən bəhs edir. Əsərdə görkəmli fizikin zəhərlənərək öldürülməsindən danışılır. Onun qətlində şübhəli şəxslər çoxdur – oğlundan gəlininədək. Ancaq Erkül Puaro tələsik nəticələr çıxarmır və cinayətin üstünü isti izlərlə aça bilir. Bu zaman o, bir sıra maraqlı fəndlərə əl atır. Yəqin ki, Aqata Kristinin digər əsərləri kimi “Qara ­qəhvə” əsəri də detektivsevərlərin rəğbətini qazanacaq.

1890 – 1976

Onu «cinayətlərin kraliçası» adlandırırdılar, amma özünün başqa — “Ölüm hersoginyası” titulu xoşuna gəlirdi. Onun dahi təfəkküründə yüzlərlə ölüm və oğurluq hadisəsinin ideyası yaranmışdı. Odlu silahdan zəhləsi getsə də, zəhərləri.

Mir.az-a Dəstək üçün ianə edin!

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Aqata Kristi “Qara Qəhvə” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Azərbaycanca.pdf

Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.

Aqata Kristi – Qara qəhvə (İlahə Eldarqızı)

Dedektiv janrını sevməsəmdə arada müraciətim olur bu janra. Sevimli dedekivlərim var ki, bunların arasına Aqata Kristinin Puarosunu da daxil etmək istədim. Düzdü Axillesim və Lenqdonum kimi bəyənməsəm də pis deyil, deyə bilərəm. Kristinin yaradıcılığı ilə tanış deyildim. İlk dəfə idi müraciət etdim. “Qara Qəhvə”sinin dadına baxıb şirin yaxud acı olmasını bilmək istədim. Qəhvəsinin dadına baxdım acı idi, çünki xüsusi zəhərli maddə qiosin qatılmışdı.

Hermetiv dedektiv janrında yazılan bu romanı çox yaxşı əsər adlandıra bilməsəm də pis əsər də deyə bilmərəm, normal idi. Əsərdə Puaronun maraqlı bir bənzətməsi var hansı k, o deyir: “Qulluqçu bütün qaranlıq yerlərə baxır, kiminsə gözündən yayınan məqamlar qulluqçunun gözündən yayınmır. Məgər dedktivin işi də elə qulluqçunun işi kimi, başqalarının görmədiyi, fikir vermədiyi, vecinə almadığı aşkarlamaq və təmizləmək deyilmi?” Aqata bir müddət əczaçı işləyib. Detektivlərinin 83-də qəhrəmanlarını zəhər içdirərək “öldürüb”. Bunun digər səbəbini Kristi qan içində uzanmış ölülərdən xoşu gəlmədiyini və odlu silahlardan başı çıxmadığı ilə əlaqələndirib. Doğurdan da qan içində uzanmış meyitlər mənə oxucu olaraq çox pis təsir edir. Ümumiyyətlə çox qadından fərqli olaraq mən qab yumağı sevən qadınam, amma qab yuyan zaman qab yumağı sevməməzliyim ucbatından Kristi kimi roman mövzusu düşünmürəm “Əgər kitablarımı heç kim oxumasa belə, mən onları həyat yoldaşım üçün yazacağam”, – deyirdi Kristi.

Comments are closed, but trackbacks and pingbacks are open.