Ağqoyunlu dövləti
Ağqoyunlular Trabzon yunan dövlətilə hələ Azərbaycanda hakimiyyətə gəlməmişdən çox əvvəl — Diyarbəkr və onun ətrafını əhatə edən kiçik feodal dövləti ikən dostluq əlaqəsi yaratmışdılar. Trabzon imperatoru Osmanlı Türkiyəsinə qarşı Ağqoyunlu dövlətinin müttəfiqi idi. Türkiyəyə qarşı öz müstəqilliyini qorumaq iqtidarında olmayan Trabzon imperatorları hələ XIV əsrin ortalarında Ağqoyunlularla dostluq etməyə başlamışdılar. Ağqoyunlu Tur Əlibəyin oğlu Qutluq bəy və Bayandurlar sülaləsinin banisi Qara Yuluq Osman bəy Trabzon sarayı ilə qohum idilər. Bayandurlar sülaləsinin ən görkəmli nümayəndəsi Uzun Həsən isə Trabzon imperatoru IV İohann Homnenin qızı Feodora ilə — Dəspinə xatunla evlənmişdi.
Uzun Həsən Dəspinə xatundan doğulan qızı Martanı-Aləmşah bəyimi bacısı oğlu Şeyx Heydərə ərə vermiş, bu izdivacdan Səfəvi hökmdarı Şah İsmayıl doğulmuşdu.
Osmanlı sultanı Qərbdəki istilalarını həyata keçirərkən öz arxasını təhlükəsizləşdirmək istəyirdi. Osmanlı sultanı tərəfindən Trabzonun fəthi ilə Ağqoyunlu dövləti təkcə öz müttəfiqini deyil, həm də Qara dənizə yeganə çıxış yolunu itirdi. Ağqoyunlu — Türkiyə münasibətləri kəskinləşdi.
Uzun Həsən, eyni zamanda, həm şərqdən, həm də qərbdən güclü Osmanlı dövlətinə zərbə endirmək üçün Avropa ölkələri ilə əlaqəyə girərək cəsarətli tədbir gördü. Çünki Osmanlı imperiyasının siyasəti Ağqoyunlu dövlətinin mənafeyinə ziyan vururdu. Türk sultanı Azərbaycanla Avropa ölkələri arasında karvan ticarətinə mane olur, bu yerlərdən keçirilib aparılan mallardan böyük gömrük xərci alırdı. Ona görə bu plan bir sıra Avropa dövlətləri tərəfindən rəğbətlə qarşılandı. Guya Osmanlı işğalı Avropada Polşa, Macarıstan, Hapsburq krallığı, Venesiya, Roma papası, Neopol üçün təhlükə yaradırdı. II Mehmetin gömrük siyasəti Avropa-Asiya tranzit ticarətinə mənfi təsir edirdi. Osmanlı dövlətinin bu siyasəti Ağqoyunlu dövlətində daha çox hiss olunurdu. Bunun başlıca səbəbi o idi ki, Avropa ölkələri iki türk dövlətinin yaxınlaşmasına mane olur, onların arasına ziddiyyət salmağa çalışırdılar. Uzun Həsən isə bu diplomatiyanı lazımi dərəcədə qiymətləndirmədiyindən, Türkiyəsiz Avropa ölkələri ilə bilavasitə ticarət əlaqələrini möhkəmləndirməyə çalışırdı. Daha sonra, Ağqoyunlu hökmdarı osmanlılara qarşı mübarizə aparan Qaraman bəyliyi, Kipr krallığı və Rodos feodal dövləti ilə də sıx əlaqə saxlayır, həmin ölkələri öz başçılığı altında sultana qarşı vahid cəbhədə birləşdirməyə çalışırdı.
Ağqoyunluların Şərqlə Qərb arasındakı ticarətində vasitəçilik edən Venesiya respublikası ilə əlaqələri daha geniş idi. 1463-cü ildə 16 ilə qədər davam edən (1463-1479) Venesiya-Türkiyə müharibəsinin başlanması bu əlaqələrin daha müntəzəm şəklə düşməsinə səbəb oldu. 1463-cü il dekabrın 2-də Venesiya respublikasının senatında Osmanlı Türkiyəsinə qarşı Ağqoyunlu dövləti və Qaraman bəyliyilə ittifaqa girmək haqqında xüsusi məsələ müzakirə edildi.
Ağqoyunlular dövləti
Oğuz tayfalarından olan Ağqoyunlular Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynamaqla yanaşı, Azərbaycan dövlətçilik tarixində də əhəmiyyətli yer tutmuşdur. «Azərbaycan tarixi» kitabında göstərildiyi kimi, bayraqlarında ağ qoç rəmzi olan bu böyük tayfa birliyi hələ erkən orta əsrlərin başlanğıcından, bəlkə də əvvəl Cənubi Qafqazda, başlıca olaraq Qafqaz dağları ilə Araz çayı arasındakı ərazidə, o cümlədən, Qarabağda, Göyçə gölü ətrafındakı torpaqlarda, Alagöz yaylaqlarında və başqa yerlərdə yaşayırdılar. Ağqoyunluların ön dəstələri Azərbaycanın cənub rayonları Şərqi Anadolu, Qərbi İran, Dəclə və Fərat vadiləri də daxil olmaqla, çox geniş ərazidə yayılmışdı.Cahanşahın hakimiyyətinin sonuna yaxın Azərbaycanın qərbində və Kürdüstanın cənubunda yaşayan Ağqoyunlu tayfalarının əmirləri qüvvətləndilər. Ağqoyunlu tayfaları siyasi birliyinin başçısı Bayandur tayfasından olan Pəhləvan bəy idi (1370-1388). Pəhləvan bəyin ölümündən sonra tayfa ittifaqı zəiflədi. Əlaəddin Turəli (1388-1392) və Fəxrəddinin (1392-1394) Ağqoyunlu tayfa ittifaqlarını möhkəmləndirmək cəhdləri heç bir nəticə vermədi.
XIV əsrin sonu — XV əsrin əvvəllərində Ağqoyunlu tayfa ittifaqının daxilində başlanan münaqişə daha da kəskinləşdi. Fəxrəddinin üç oğlu: Əhməd, Pirəli və Bahəddin Qara Yuluq Osman bəyin (Qara Osman) ətrafında birləşərək hakimiyyəti öz əllərində birləşdirməyə çalışırdılar. Onlar qorxulu hesab etdikləri Qara Yuluq Osman bəyi həbsə aldılar, lakin qaraqoyunluların Ağqoyunlu torpağına hücumu nəticəsində Qara Yuluq həbsdən qurtuldu. Tezliklə o, qaraqoyunlulara qarşı yaradılmış qoşuna başçı təyin edildi. O, Sivas uğrunda apardığı mübarizələrdə qaraqoyunlular üzərində qələbə çalaraq möhkəmləndi, az sonra Ərzincan, Mardin torpaqları da onlardan asılı vəziyyətə düşdü.
Qara Yuluq Osman bəy (1394-1434) Diyarbəkri mərkəz seçdi, öz adına pul kəsdirdi, feodal çıxışlarını yatırdı və bir sıra tədbirlər həyata keçirməklə Ağqoyunlu tayfa ittifaqını xeyli möhkəmləndirdi. 1434-cü ildə qaraqoyunlularla döyüşlərin birində 90 yaşlı Qara Yuluq öldürüləndən sonra, Ağqoyunlu tayfa ittifaqında feodal mübarizəsi daha da şiddətləndi.
Əli bəy (1434-1444) bu münaqişələrdə müəyyən uğurlar əldə etsə də, nəticədə məğlub olacağını duydu və Misir sultanlığı ilə ittifaqa girdi. Misir hakimi Məlik Əşrəf ona 50 min nəfər döyüşçü verdi. Birləşmiş qüvvə Əli bəyin qardaşı Həmzə bəyə qarşı mübarizənin gedişində məğlub oldu və Diyarbəkri itirdi, az sonra Əli bəy və Həmzə bəy öldürüldü. Əli bəyin oğlu Cahangir bəy (1444-1453) qısa vaxt ərzində Ağqoyunlu tayfalarını birləşdirərək Diyarbəkrdə möhkəmləndi. Lakin o, tayfa ittifaqının başçısı kimi lazımi rol oynaya bilmədi. Uzun Həsən (1453-1478) Ağqoyunlu tayfa birləşmələrinin möhkəmlənməsi əleyhinə çıxan qüvvələrə qarşı mübarizədə daha çox fəallıq göstərdi. Birinci növbədə, o, 1453-cü il yanvarın 16-da Diyarbəkrə daxil oldu, qardaşı Cahangir Mirzənin qüvvələrini dağıtdı. Cahangir Mirzə Mardinə qaçdı, sonralar ağqoyunluların əsas rəqibi olan Qaraqoyunlu Cahanşahla ittifaqa girdi. Uzun Həsən qaraqoyunlulara qarşı mübarizə aparmaq üçün ciddi tədbirlər gördü. O, eyni zamanda, Osmanlı imperiyası ilə mübarizə aparmalı oldu. XV əsrin 50-ci illərində Uzun Həsən Ərməniyyə və Gürcüstanın qaraqoyunlulara tabe olan şərq hissəsini tutdu. 1467-ci ilin mayında Cahangir Muş düzündə həm özünün baş əmiri Qasım Pərvənəçi ilə, həm də Ağqoyunlu Uzun Həsənin böyük qoşunu ilə döyüşə girdi. Bu döyüş qaraqoyunluların məğlubiyyəti ilə qurtardı, Cahanşah öldürüldü, Uzun Həsən qələbəsini rəqiblərinə bildirmək və onları açıq mübarizədən çəkindirmək məqsədilə Cahanşahın kəsilmiş başını Herata-Teymuri Əbu Səndə, oğlu Məhəmmədin başını isə İstanbula-II Mehmetə (1451-1481) göndərdi.
Ağqoyunlulara qarşı mübarizə aparmaq üçün Qaraqoyunlu əmirləri Maku qalasında həbsdə saxlanılan Cahanşahın oğlu Həsənəlini azad edib, hökmdar seçdilər. Bundan sonra Cahanşahın varisləri — Həsənəli və Hüseynəli arasında hakimiyyət uğrunda mübarizə başlandı və Hüseynəli tezliklə öldürüldü, Həsənəli isə öz qüvvələrini toplayaraq, ağqoyunlulara qarşı mübarizəyə başladı. O, rəiyyəti öz tərəfinə çəkmək üçün Təbriz yoxsullarına və kəndlilərə iri məbləğdə pul payladı. Lakin onlar Həsənəlini müdafiə etmədilər. Ona görə də 1468-ci ildə Uzun Həsən heç bir çətinlik çəkmədən Azərbaycanın cənubunu və Qarabağı tutdu, Həsənəlini sıxışdırdı. Qaraqoyunluların xeyli hissəsi ağqoyunlularla birləşdi. Beləliklə, Qaraqoyunlu dövləti süquta uğradı. Ağqoyunlu dövləti onu əvəz etdi. Təbriz yeni dövlətin paytaxtı oldu.
Ağqoyunlu dövləti özünün ən qüdrətli çağlarında Kürdən cənubda olan Azərbaycan vilayətləri Ərməniyyə, Diyarbəkr, Şərqi Gürcüstan, Ərəb İraqı, Mazandaran və Xorasan istisna olmaqla, İranın qalan vilayətlərini əhatə edirdi.
Qeyd edək ki, Ağqoyunlu dövlətində vəziyyət yaxşı deyildi. Uzun Həsənin dövründə şəhər və kənd əhalisi üzərinə ağır vergi və mükəlləfiyyətlər qoyulmuşdu. Bu, öz növbəsində, dövlətin iqtisadi əsasını sarsıdırdı. Azərbaycanın ayrı-ayrı mahallarında başlanan kəndli hərəkatı dövlətin siyasi nüfuzuna da mənfi təsir edirdi. Ona görə də Uzun Həsən xalqın rəğbətini qazanmaq üçün bir sıra tədbirlər gördü. Vergi işlərini nizama salmaq üçün «Qanunnamə» verdi. Xondəmir yazır ki, Uzun Həsənin vergi islahatı nəticəsində əkinçilik işləri xeyli yaxşılaşdı, vergilərin miqdarı nisbətən azaldı. Lakin bu tədbir geniş xalq kütlələrinin vəziyyətini yaxşılaşdırmadı. Əsrin sonunda vəziyyət yenə ağırlaşdı. Uzun Həsən köçəri tayfaları və hərbi feodal əyanlarını mərkəzi hakimiyyətə tabe etmək üçün mübarizəyə başladı.
Uzun Həsən feodalların müqavimətini qıra bildi, lakin onların xeyirinə də bəzi güzəştlərə getməyə məcbur oldu. Çünki bunsuz ölkədə iqtisadi dirçəliş mümkün deyildi. Uzun Həsən müəyyən uğurlarına baxmayaraq, möhkəm mərkəzləşdirilmiş dövlət yarada bilməmişdi. Çünki bu geniş ərazidə müxtəlif etnik təsərrüfat və mədəni şəraitə malik olan əhalini birləşdirmək mümkün olmadı.
Ağqoyunlu dövlətinin başlıca düşmənn Fateh Sultan II Mehmet idi. Ona görə də Uzun Həsənin xarici siyasətinin mərkəzində Osmanlı Türkiyəsi ilə münasibətlər dayanırdı. Çünki II Mehmetin Kiçik Asiyanın şərqini istila etməsi Ağqoyunlu dövləti üçün ciddi təhlükə törədirdi. Türkiyə sultanı Ön Qafqazı, xüsusən, Azərbaycanı tutmaq üçün də cəhd göstərirdi.
Ağqoyunlular Trabzon yunan dövlətilə hələ Azərbaycanda hakimiyyətə gəlməmişdən çox əvvəl — Diyarbəkr və onun ətrafını əhatə edən kiçik feodal dövləti ikən dostluq əlaqəsi yaratmışdılar. Trabzon imperatoru Osmanlı Türkiyəsinə qarşı Ağqoyunlu dövlətinin müttəfiqi idi. Türkiyəyə qarşı öz müstəqilliyini qorumaq iqtidarında olmayan Trabzon imperatorları hələ XIV əsrin ortalarında Ağqoyunlularla dostluq etməyə başlamışdılar. Ağqoyunlu Tur Əlibəyin oğlu Qutluq bəy və Bayandurlar sülaləsinin banisi Qara Yuluq Osman bəy Trabzon sarayı ilə qohum idilər. Bayandurlar sülaləsinin ən görkəmli nümayəndəsi Uzun Həsən isə Trabzon imperatoru IV İohann Homnenin qızı Feodora ilə — Dəspinə xatunla evlənmişdi.
Uzun Həsən Dəspinə xatundan doğulan qızı Martanı-Aləmşah bəyimi bacısı oğlu Şeyx Heydərə ərə vermiş, bu izdivacdan Səfəvi hökmdarı Şah İsmayıl doğulmuşdu.
Osmanlı sultanı Qərbdəki istilalarını həyata keçirərkən öz arxasını təhlükəsizləşdirmək istəyirdi. Osmanlı sultanı tərəfindən Trabzonun fəthi ilə Ağqoyunlu dövləti təkcə öz müttəfiqini deyil, həm də Qara dənizə yeganə çıxış yolunu itirdi. Ağqoyunlu — Türkiyə münasibətləri kəskinləşdi.
Uzun Həsən, eyni zamanda, həm şərqdən, həm də qərbdən güclü Osmanlı dövlətinə zərbə endirmək üçün Avropa ölkələri ilə əlaqəyə girərək cəsarətli tədbir gördü. Çünki Osmanlı imperiyasının siyasəti Ağqoyunlu dövlətinin mənafeyinə ziyan vururdu. Türk sultanı Azərbaycanla Avropa ölkələri arasında karvan ticarətinə mane olur, bu yerlərdən keçirilib aparılan mallardan böyük gömrük xərci alırdı. Ona görə bu plan bir sıra Avropa dövlətləri tərəfindən rəğbətlə qarşılandı. Guya Osmanlı işğalı Avropada Polşa, Macarıstan, Hapsburq krallığı, Venesiya, Roma papası, Neopol üçün təhlükə yaradırdı. II Mehmetin gömrük siyasəti Avropa-Asiya tranzit ticarətinə mənfi təsir edirdi. Osmanlı dövlətinin bu siyasəti Ağqoyunlu dövlətində daha çox hiss olunurdu. Bunun başlıca səbəbi o idi ki, Avropa ölkələri iki türk dövlətinin yaxınlaşmasına mane olur, onların arasına ziddiyyət salmağa çalışırdılar. Uzun Həsən isə bu diplomatiyanı lazımi dərəcədə qiymətləndirmədiyindən, Türkiyəsiz Avropa ölkələri ilə bilavasitə ticarət əlaqələrini möhkəmləndirməyə çalışırdı. Daha sonra, Ağqoyunlu hökmdarı osmanlılara qarşı mübarizə aparan Qaraman bəyliyi, Kipr krallığı və Rodos feodal dövləti ilə də sıx əlaqə saxlayır, həmin ölkələri öz başçılığı altında sultana qarşı vahid cəbhədə birləşdirməyə çalışırdı.
Ağqoyunluların Şərqlə Qərb arasındakı ticarətində vasitəçilik edən Venesiya respublikası ilə əlaqələri daha geniş idi. 1463-cü ildə 16 ilə qədər davam edən (1463-1479) Venesiya-Türkiyə müharibəsinin başlanması bu əlaqələrin daha müntəzəm şəklə düşməsinə səbəb oldu. 1463-cü il dekabrın 2-də Venesiya respublikasının senatında Osmanlı Türkiyəsinə qarşı Ağqoyunlu dövləti və Qaraman bəyliyilə ittifaqa girmək haqqında xüsusi məsələ müzakirə edildi.
Uzun Həsənin ölümündən sonra 1478-ci il iyulun 15-də Yaqub Mirzə Cənubi Azərbaycanda, Xoy yaxınlığındakı döyüşdə qardaşı Xəlil Mirzəni öldürərək, taxta çıxdı. Yaqub Mirzənin hökmranlığı zamanı (1478-1490) ağqoyunlu ordusu Süleyman bəy Bicanoğlunun komandanlığı altında 1480-ci ildə osmanlıları məğlub etdi. Türkiyə sultanı II Bəyazid (1481-1512) sülh təklif etməyə məcbur oldu. Beləliklə, Misir və Osmanlı sultanları Azərbaycanı işğal edə bilmədilər. 1480-ci ildə Urfa yaxınlığındakı döyüşdə ağqoyunlu ordusu Misir və Suriya sultanı Qayıtbəyin (1468-1496) qoşununu məğlubiyyətə uğratdı.
Yaqub Mirzə atasının siyasətini davam etdirərək, Şirvanla dostluq əlaqələri saxlayırdı. O Şirvanşah Fərrux Yasarın (1462-1500) qızı ilə evlənərək bu əlaqələri daha da möhkəmləndirdi. Lakin atasının Səfəvilərin Ərdəbil hakimiyyətinə olan müsbət meylini qoruyub saxlamadı. Çünki getdikcə qüvvətlənən bu hakimiyyəti özü üçün təhlükə hesab edirdi. Ona görə də Ərdəbil hakimiyyəti ilə də ağqoyunlular arasında ziddiyyət başladı. XV əsrin sonunda Ağqoyunlu dövlətini daxili çəkişmələr bürüdü. Getdikcə kəskinləşən sinfi mübarizə dövləti zəiflədən amillərdən birinə çevrildi. Ağqoyunlu dövləti süqut etdi.
Şirvanşahlar, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri XV əsrin ən güclü dövlətləri idi. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin ərazisi Cənubi Azərbaycanı və Qarabağı, şimalda Kür çayına qədər Gəncə və Şamxoru əhatə edirdi. Hər üç dövlətin quruluşu əsaslı fərqlənmirdi. Fərq orasında idi ki, Qaraqoyunlu və Ağqoyunlu dövlət aparatında Azərbaycan tayfalarının hərbi feodal əyanları — baharlı və bayanduri tayfaları rəhbər rol oynayırdılar. Hər iki sülalənin dövlət başçıları «padşah», Ağqoyunlu padşahları isə «sultan» titulu daşıyırdılar. Şirvanda isə dövlət hakimiyyəti əhalinin feodal əyanlarına mənsub idi. Şirvan dövlətinin başçıları özlərini “şah” adlandırırdılar.
Hakim sülalənin üzvlərindən və ya məşhur əmirlərdən təyin olunan ordunun baş komandanı əmir-ül-üməra (əmirlər əmiri) titulunu daşıyır, padşahdan sonra birinci şəxs sayılırdı. İkinci yerdə sədr-əzam dayanır, mövlana (ağa) ləğəbini daşıyırdı. O, ruhanilərə başçılıq edir, vəqf mülklərinə, onlardan vergilərin toplanmasına, mədrəsə və dini müəssisələrə başçılıq edir, məhkəmə işlərini nizamlayırdı.
Mərkəzi dövlət aparatında sonrakı yeri baş vəzir tuturdu. O, daxili inzibati və xarici işlərə nəzarət edirdi. Ondan sonra dövlət gəlirinin hesablanmasına və maliyyə işlərinə baxan şahın möhrdarı sahibi — divan idi.
XV əsrdə Azərbaycan feodal dövlətinin torpaqları padşah və onun varisləri, əyalətlər isə sülalə üzvləri tərəfindən idarə olunurdu. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin bütün hərbi təşkilati işləri köçəri adətilə sıx bağlı idi. Qoşun hissəsi ailə üzvləri ilə birgə olurdu. Onların qadınları çox qəşəng geyinir, at minir, onu məharətlə idarə edirdilər.
XV əsrdə Avropa dövlətləri və Osmanlı Türkiyəsinin orduları ilə müqayisədə Azərbaycan feodal dövlətlərində hərbi texnika zəif idi.
Müəllif: Vahid ÖMƏROV, fəlsəfə üzrə fəlsəfə doktoru
Mənbə: SƏS QƏZETI
Ağqoyunlu dövləti
Azərbaycanın tarixində mühüm rol oynamış ağqoyunlular oğuzların Bayandur boyundandır. Ağqoyunlu tayfaları hələ VI-VII əsrlərdən Azərbaycanın Araz çayı ilə Göyçə gölü ətrafında, Alagöz yaylaqlarında yaşayırdılar. Monqol yürüşləri zamanı Şərqi Anadoluya çəkilən ağqoyunlular XIV əsrin ortalarında Elxanilər dövlətinin süqutundan sonra Tur Əli bəyin rəhbərliyi altında güclü tayfa birliyində birləşmiş və dövrün siyasi hadisələrinə qatılmışlar. XIV əsrin sonunda tayfa birliyinin möhkəmlənməsində Qara Osmanın (1394-1435) mühüm xidməti olmuşdur. Bu zaman Diyarbəkr şəhəri bu tayfa birliyinin mərkəzi olmuşdur. Uzun Həsən 1453-cü ildə tayfa birliyinin rəhbəri olduqdan sonra onun mövqeyi daha da güclənmiş və Şərqi Anadoluda Qaraqoyunlulara məxsus şəhər və qalaların bir hissəsi onların ixtiyarına keçmişdir. Uzun Həsən Trabzon yunan dövlətilə sıx əlaqələr saxlamışdır.1461-ci ildə Sultan II Mehmetin yürüşü zamanı anası Sara xatunu onunla danışıqlara göndərərək bu hücumun qarşısını almağa çalışmışdır. Yassıçəmən sülhünün bağlanmasına baxmayaraq Trabzonu xilas etmək mümkün olmamışdır.
Uzun Həsən 1467-ci ildə Cahanşah, növbəti ildə isə onun oğlu Həsənəli üzərində qələbədən sonra mərkəzi Təbriz şəhəri olan Ağqoyunlu dövlətini yaratdı. Bu dövlətin ərazisinə qərbdə Fərat çayından şərqdə Xorasana kimi, şimalda Kür çayından cənubda İran körfəzinə kimi olan torpaqlar daxil edildi. Uzun Həsən 1477-ci ildə VI Baqrat üzərində qələbədən sonra Tiflis daxil olmaqla Şərqi Gürcüstanı da Ağqoyunlu dövlətinə birləşdirdi.
Lakin Trabzonun itirilməsi Ağqoyunluları Qara dənizə çıxışdan məhrum etmişdir. Qaraman uğrunda rəqabət Ağqoyunlu-Osmanlı münasibətlərini kəskinləşdirdi və müharibə vəziyyətinə gətirdi. Uzun Həsən 1472-73-cü illərdə Osmanlılara qarşı hərbi əməliyyatlara başladı. Malatya döyüşündə qələbə qazansa da, Otluqbeli döyüşündə məğlub oldu. 1478-ci ilin 6 yanvarında Uzun Həsənin ölümündən sonra Ağqoyunlu dövləti zəiflədi və 1501-ci ildə Şərur döyüşündə İsmayıl Səfəvi Sultan Əlvəndi məğlub edərək Ağqoyunlu dövlətinə son qoydu.
Paytaxtı Təbriz şəhəri
Hakimiyyətdə olan hakimlər:
1453-1478 Uzun Həsən
1478-1490 Yaqub Mirzə
1490-1492 Baysunqur
1492-1497 Rüstəm Mirzə
1497-1499 Gödək Əhməd
1499 (may-dekabr) Məhəmməd Mirzə
1500-1501 Əlvənd Mirzə
Ağqoyunlu dövləti
Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir.
Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır.
Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.
Erkən orta əsrlərdən Azərbaycan torpaqlarında məskunlaşan Ağqoyunlu oğuz türkman boyları sonralar Dəclə və Fərat çaylarının şimalına, Şərqi Anadoluya da yayıldılar. XIV əsrdə Van gölündən qərbdə yerləşən ərazilərdə Ağqoyunlu tayfa ittifaqı yarandı. Tayfa ittifaqının əsasını Bayandurlar nəslindən olan Pəhləvan bəy qoymuşdu. Bayandurların digər məşhur nümayəndəsi Qara Osman bəy isə Diyarbəkri mərkəz seçərək öz adına pul kəsdirmiş, siyasi nüfuzunu genişləndirərək Ağqoyunlu bəyliyini yaratmışdı. Ağqoyunlu bəyliyinin nüfuzunun artmasından narahat olan Osmanlı sultanı İldırım Bəyazid Qara Osmana qarşı mübarizəyə başlayır. Qara Osman isə Əmir Teymurla yaxınlaşaraq əsas rəqibləri olan Osmanlı dövləti və Qaraqoyunlulara qarşı güclü müttəfiq qazanır. Əmir Teymurun Osmanlılar üzərində qələbəsi ona Ağqoyunlu bəyliyinin ərazisini genişləndirməyə imkan vermişdi.
Ağqoyunlu bəyliyinin daha da güclənməsi və geniş ərazili dövlətə çevrilməsi tarixdə Uzun Həsən kimi tanınmış Həsən bəy Bayandurun adı ilə bağlıdır.
1453-cü ildə qardaşı Cahangir ilə hakimiyyət uğrunda mübarizədən qalib çıxan Həsən bəy Bayandur Ağqoyunlu bəyliyində hakimiyyəti öz əlinə aldı. Qərbdən Osmanlı dövləti, şərqdən isə Qaraqoyunlu dövləti ilə sərhəddə yerləşən Ağqoyunlu bəyliyinin idarə olunması və varlığını qoruması xüsusi siyasi səriştə tələb edirdi. Həsən bəy Şərqdə diplomat qadın kimi şöhrət qazanmış anası Saray (Sara) xatunun da yaxından köməyi ilə bu vəzifənin öhdəsindən məharətlə gəldi.
Azərbaycan uğrunda mübarizədə Qaraqoyunlu Cahan- şahı məğlub edən Həsən bəy Bayandur 1468-ci ildə sonuncu Qaraqoyunlu hökmdarı Həsənəliyə də qalib gələrək Təbrizi tutdu. Beləliklə, paytaxtı Təbriz olan Azərbaycan Ağqoyunlu dövləti yarandı. Diyarbəkirdən Xorasana, Kür çayından İran körfəzinə qədərki ərazilər bu dövlətin tərkibinə qatıldı. Qonşuluğunda yeni dövlətin yaranması ilə barışmaq istəməyən teymuri Əbu Səidin də qüvvələri Muğanda mühasirəyə alınaraq darmadağın edildi. Bundan sonra əsas rəqib Osmanlı imperiyası idi.
Ticarətə böyük önəm verən Həsən bəy Bayandur Qara dəniz sahilində yerləşən Trabzon krallığı ilə qohumluq əlaqələri quraraq müttəfiq olmuşdu. Bu, Ağqoyunlu tacirlərinə Avropa ölkələri ilə birbaşa ticarət əlaqələri yaratmağa imkan verirdi. Lakin XV əsrin ortalarında Osmanlı sultanı II Mehmetin Konstantinopolu fəth etməsi Kiçik Asiyada qüvvələr nisbətinə və ənənəvi ticarət əlaqələrinə ciddi təsir göstərdi. Kiçik Asiyadakı xristian mülklərini ləğv etmək və Şərqdən gələn ticarət yollarına nəzarəti ələ keçirmək istəyən II Mehmet bu dəfə ağqoyunlu tacirlərinin Qara dənizə mühüm çıxış məntəqəsi olan Trabzonu hədəfə aldı. Trabzon məsələsi Ağqoyunlu- Osmanlı münasibətlərini daha da kəskinləşdirdi. Öz müttəfiqini müdafiə etmək məqsədilə Qoyluhisarda Osmanlıların ön dəstələri ilə döyüşə girən Həsən bəy Bayandur qalib gəlsə də, yaranmış şəraiti düzgün qiymətləndirərək barışığa gəlmək qərarını verdi. Anası Saray xatunu sülh bağlamaq və II Mehmeti Trabzon üzərinə yürüşdən çəkindirmək məqsədilə onun düşərgəsinə göndərdi. Sülhə razılıq verən II Mehmet Trabzon üzərinə yürüş fikrindən daşınmadı. 1461-ci ildə Bizans imperiyasının son qalığı olan Trabzon krallığı süqut etdi. Qohumluq əlaqələrini əsas gətirən Saray xatun Trabzon xəzinəsinin bir hissəsini II Mehmetdən ala bildi.
Trabzonun fəthi Ağqoyunlu-Avropa ticarət əlaqələrinə ağır zərbə vurdu, Ağqoyunlu tacirlərinin Qara dənizə birbaşa çıxışı itirildi. II Mehmetlə sülh isə Ağqoyunlu-Osmanlı münasibətlərinə yalnız müvəqqəti sakitlik gətirdi.
Ağqoyunlularla Avropa dövlətləri arasında diplomatik münasibətlər də məhz bu dövrdən başladı. Güclü Ağqoyunlu dövlətinin yaranması Avropa dövlətlərinin təşəbbüsü ilə başlanan diplomatik münasibətlərin daha da genişlənməsinə səbəb oldu. Şərqdən gələn ticarət yolları bu dövlətin ərazisindən keçirdi. Osmanlı dövlətinin Avropa-Asiya tranzit ticarətinə ağır zərbə vuran gömrük siyasəti Ağqoyunlu hökmdarı Uzun Həsəni narazı salmışdı. Venesiya, Polşa, Macarıstan, Neapol krallığı, Kipr və digər Avropa dövlətləri Osmanlı əleyhinə Ağqoyunlu dövləti ilə diplomatik münasibətlər yaratmışdılar. Ağqoyunlu dövləti Avropa dövlətlərinin ümid yerinə çevrilmişdi.
Venesiya ilə danışıqlar 1472-ci ildə Osmanlı əleyhinə hərbi ittifaqın bağlanması ilə başa çatdı. Venesiya Ağqoyunlu dövlətinə odlu silahlar və mütəxəssislər göndərməli idi. Əldə edilən razılaşmaya uyğun olaraq elə həmin il 20 minlik Ağqoyunlu qoşunu Qaraman bəyliyi ərazisindən Aralıq dənizi sahillərinə çıxdı. Lakin Venesiyalılar verdikləri vədə sadiq qalmayaraq silahları gətirmədilər. Geri dönən Ağqoyunlu qoşunu Beyşehir yaxınlığında Osmanlıların üstün qüvvələri tərəfindən məğlub edildi. 1461-ci il sülhü pozuldu, Ağqoyunlu-Osmanlı müharibələrinin növbəti mərhələsi başladı. İlk böyük döyüş Fərat çayının sahilində 1473-cü ilin avqustun 1-də başlandı. Malatya yaxınlığında baş verən bu döyüşdə Uzun Həsənin sərkərdəlik məharəti bir daha üzə çıxdı. Osmanlı ordusunun zərbə qüvvəsini hərbi hiylə ilə Fəratın sol sahilinə keçirən Uzun Həsən osmanlıların sayı 12 minə çatan bu dəstəsini tamamilə məhv etdi. Ruh düşkünlüyü içərisində geri çəkilən Osmanlıları təqibə başlayan Ağqoyunlu qoşunları Otluqbeli adlı yerdə yenidən döyüşə girdilər. Lakin odlu silahın və yeniçəri həmlələrinin əsas rol oynadığı bu döyüşdə osmanlılar üstün gəldi. Buna baxmayaraq, II Mehmet də hərbi əməliyyatları davam etdirə bilmədi və onun Azərbaycanı ələ keçirmək planı iflasa uğradı. Bu qələbədən sonra Osmanlı dövləti əsas diqqətini Venesiya və Avropa dövlətləri ilə mübarizəyə yönəltdi. Osmanlı-Ağqoyunlu münasibətləri Uzun Həsənin ölümünə qədər kəskin olaraq qalmışdı.
Hakimiyyətin sonuna yaxın Uzun Həsən padşah Gürcüstana da yürüşlər etmişdi. 1477-ci ildə gürcü çarı VI Baqratla bağlanan sülhə görə Tiflis daxil olmaqla Şərqi Gürcüstan Ağqoyunlu dövlətinə birləşdirilmişdi.
Uzun Həsənin ölümündən (1478) sonra hakimiyyətə onun oğlu Sultan Yaqub gəldi. Onun 12 illik hakimiyyəti Ağqoyunlu dövlətinin durğunluq dövrü kimi səciyyələndirilir. Qiyam və çıxışları yatıran Sultan Yaqub Osmanlı dövləti ilə toqquşmalardan çəkinmiş, Osmanlı sultanı II Bəyazidlə dostluq münasibətləri yaradaraq əsas diqqətini daxili sabitliyin qorunub saxlanmasına yönəltmişdi. Uzun Həsənin zamanında Səfəvi nəsli ilə olan yaxın münasibətlər Sultan Yaqubun zamanında pozuldu. Səfəvilər nəslinin əhali arasında nüfüzunun artmasından və Şeyx Heydərin dövründə Ərdəbil hakimliyinin güclənməsindən narahat olan Sultan Yaqub onu cəzalandırdı. Ərdəbil hakimliyinə məxsus mülklər müsadirə olundu.
Sultan Yaqubun ölümündən sonra Ağqoyunlu dövlətinin sabitliyi pozuldu. XV əsrin sonlarında ağqoyunlu şahzadələri arasında başlanan hakimiyyət uğrunda çəkişmələr dövləti zəiflətdi. Qısa müddətdə hakimiyyətdə olmuş Gödək Əhmədin (1497) dövləti xilas etmək təşəbbüsləri də onun öldürülməsi ilə yarımçıq qaldı. Ağqoyunlu şahzadələri arasındakı çəkişmələrə Əlvənd Mirzə və Sultan Murad arasında 1500-cü ildə imzalanmış Əbhər sazişi ilə son qoyuldu. Bu saziş ilə dövlətin parçalanması rəsmiləşdirildi. XVI əsrin əvvəllərində Səfəvilərin zərbələri altında Ağqoyunluların hər iki qolu süqut etdi.
Qaraqoyunlu Qara Yusif və Ağqoyunlu Uzun Həsənin cəhdlərinə baxmayaraq, mərkəzləşmiş dövlət qurmaq mümkün olmadı. Buna mane olan amillərdən biri vilayətlərdə yarımköçəri həyat tərzi keçirən elatlara nəzarətin tam mümkün olmaması, digəri isə soyurqal sisteminin mövcudluğu idi. Dövlətin gücü daha çox hökmdarın nüfuzundan və onun hərbi uğurlarından asılı olurdu.
Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində ordunun əsasını elatlardan toplanan döyüşçülər təşkil edirdi. Ağqoyunlu dövlətində ordu iki hissədən ibarət idi: elatlardan toplanan qoşunlar və daimi qoşun. Elatlardan müharibələr zamanı toplanan qoşunlar ordunun sayca çox hissəsini təşkil edir, yalnız hərbi əməliyyatlar zamanı dövlətdən maaş alırdılar. Onlara əmirlər başçılıq edirdi. Ağqoyunlu dövlətində “xassə əsgərləri” adlanan daimi qoşunlara illik maaş verilirdi, bu qoşun ordunun özəyini təşkil edirdi. Kəşfiyyat işini “qaravul” adlandırılan dəstələr həyata keçirirdi. Müharibə ərəfəsində vilayətlərdən qoşun toplayan və onların sayını dəqiqləşdirən məmur “təvaçi” adlanırdı.
Hərbi yürüşlərdə ordunu musiqiçilər dəstəsi də müşayiət edirdi. Hücum vaxtı gərənaylar (uzun zurnalar), qələbə qazanılanda isə təbil və nağaralar çalınırdı.
XV əsrdə Azərbaycan döyüşçüləri əsasən nizə, qılınc, xəncər, ox və kaman, gürzlə silahlanırdılar. Döyüşçülər dəridən və dəmir halqalardan hazırlanmış xüsusi zireh geyinir, süvarilərin atları da dəmir zirehə bürünürdü. Qədim türk ənənələrinə uyğun olaraq yürüşə yollanan döyüşçüləri çox zaman onların ailələri və xidmətçiləri də müşayiət edirdilər.
Comments are closed, but trackbacks and pingbacks are open.