Press "Enter" to skip to content

Aqrar sahədə kooperasiya əlaqələrinin təkmilləşdirilməsi

3.0.16. aqrar sahə üzrə hüquqi maarifləndirmə işini həyata keçirmək, DAİM-in fəaliyyəti haqqında ictimai maraq kəsb edən məlumatları kütləvi informasiya vasitələrində yaymaq;

Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması və səmərəliliyinin artırılması, həmin dövlət xidmətlərinin daha az həcmdə resurs sərf edilməklə həyata keçirilməsi, dövlət vəsaitinə qənaət edilməklə bu sahədə inzibati idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin həyata keçirilməsində keyfiyyətə nəzarətin təşkili, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi, elektron xidmətlərə keçidin sürətləndirilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (bundan sonra – Agentlik) yaradılsın.

2. Müəyyən edilsin ki:

2.1.1. baytarlıq və fitosanitar xidmətlərinin təşkilini və idarə edilməsini, keyfiyyətinə nəzarəti həyata keçirir, bu sahədə dövlət aqrar inkişaf mərkəzlərinin (bundan sonra – DAİM) fəaliyyətini əlaqələndirir;

2.1.2. kənd təsərrüfatı texnikasının qeydiyyatını, texnikaya nəzarət fəaliyyətini və bu sahədə dövlət xidmətlərini DAİM vasitəsilə həyata keçirir;

2.1.3. aqrokimya, toxum və bioloji laboratoriyalar, sort sınaq məntəqələri, toxum sertifikatlaşma mərkəzlərində xidmətlərin təşkili və göstərilməsinə nəzarət edir;

2.1.4. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan dövlət xidmətlərinin digər hüquq və vəzifələrini həyata keçirir;

2.2. Agentliyin Aparatının işçilərinin say həddi 85 nəfərdir.

3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin regional bölmələrinin işçilərinin say həddində ştat vahidləri DAİM-ə verilsin.

4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:

4.1. Agentliyin əsasnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. regionlarda DAİM vasitəsilə göstəriləcək xidmətlərin siyahısını və həmin xidmətlərin reqlamentlərini üç ay müddətində təsdiq etsin;

4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan dövlət xidmətlərində işləyən dövlət qulluqçularına münasibətdə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”na uyğun olaraq tədbirlər görsünlər.

6. Agentliyin əsasnaməsi təsdiq edilənədək bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan dövlət xidmətləri öz fəaliyyətlərini davam etdirsinlər.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

7.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.4. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan dövlət xidmətlərinin balanslarındakı dövlət əmlakının Agentliyin əsasnaməsi təsdiq edildiyi gündən bir ay müddətində Agentliyin balansına verilməsini təmin etsin;

7.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 yanvar 2019-cu il.

Aqrar sahədə kooperasiya əlaqələrinin təkmilləşdirilməsi

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi dövlət aqrar inkişaf mərkəzlərinin Əsasnaməsinin təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ

AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN QƏRARI

Qəbul edildiyi tarix

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi dövlət aqrar inkişaf mərkəzlərinin Əsasnaməsinin təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

Qüvvəyə minmə tarixi

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin 18.5-ci və 18.8-ci bəndlərini rəhbər tutaraq

QƏRARA ALIRAM:

1. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi dövlət aqrar inkişaf mərkəzlərinin Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. “ Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rayon (şəhər) kənd təsərrüfatı idarəsinin əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin 2015-ci il 30 mart tarixli 16-Q nömrəli qərarı ləğv edilsin.

3. Hüquq şöbəsi (İlhamə Qədimova) bu qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

Əsas: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin institusional fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər və “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 225 nömrəli Fərmanının 2-ci hissəsi.

Nazir İnam Kərimov

Azərbaycan Respublikası kənd təsərrüfatı Nazirinin 2018-ci il “16” avqust tarixli “04Q” nömrəli qərarı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi dövlət aqrar inkişaf mərkəzlərinin Əsasnaməsi

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (bundan sonra – Nazirlik) dövlət aqrar inkişaf mərkəzləri (bundan sonra – DAİM) “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin institusional fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər və “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 225 nömrəli Fərmanının 1-ci hissəsinə uyğun olaraq yaradılmışdır və Nazirliyin struktur qurumudur.

1.2. DAİM öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və digər normativ hüquqi aktları, Nazirliyin Kollegiyasının qərarlarını, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin (bundan sonra – Nazir) əmr və qərarlarını, habelə bu Əsasnaməni rəhbər tutur.

1.3. DAİM öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin aparatının struktur bölmələri, strukturuna daxil olan qurumlar və tabeliyindəki digər təşkilatlar (bundan sonra – Nazirliyin qurumları), hüquqi şəxslər, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, habelə qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. DAİM müstəqil balansa, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına, xəzinə hesablarına, üzərində Azərbaycan Respublikasının dövlət gerbinin təsviri, Nazirliyin və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.5. DAİM-in saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

2. DAİM-in fəaliyyət istiqamətləri

2.0. DAİM-in fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. regionlarda aqrar siyasətin həyata keçirilməsini, bu sahədə dövlət xidmətlərinin vahid və əlaqələndirilmiş formada, etik davranış qaydalarına əməl edilməklə təşkilini və göstərilməsini təmin edir;

2.0.2. regionlarda kənd təsərrüfatına dövlət dəstəyi tədbirlərini təşkil edir, k ə nd t ə s ə rrüfatı m ə hsulları istehsalçılarının bu sah ə d ə t ə tbiq edil ə n güz ə ştl ə rd ə n v ə subsidiyalardan istifadə edə bilmələri üçün Nazirliyin qurumları ilə birlikdə tədbirlər həyata keçirir; [1]

2.0.3. regionlarda aqrar sahə ilə bağlı problemlərin həllində mərkəzi icra hakimiyyəti orqanlarının yerli struktur bölmələri ilə əməkdaşlıq qurur;

2.0.4. aqrar sahədə yerli istehsalçıların dəstəklənməsi üçün tədbirlər görür, kənd təsərrüfatı məhsullarının istehsalçılarına və emalçılarına aqroservis, aqrokimyəvi, informasiya-məsləhət və digər xidmətlərin “vahid pəncərə”, operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsipləri əsasında göstərilməsini təşkil edir;

2.0.5. Nazirliyin regionlarda fəaliyyət göstərən digər yerli qurumlarının fəaliyyətini əlaqələndirir;

2.0.6. bitkiçilik və heyvandarlıq sahələrinin intensiv inkişafının təmin edilməsi üçün həyata keçirilən tədbirlərdə iştirak edir, yeni texnika və texnologiyaların, innovativ inkişaf üsullarının tətbiq edilməsi barədə Nazirliyə təkliflər verir;

2.0.7. kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə müəssisələrin yaradılması və yenidən qurulması barədə təkliflər verir, onların fəaliyyətinin dəstəklənməsi üzrə qanunvericiliklə müəyyən olunmuş tədbirlər görür;

2.0.8. region ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə edilməsinə, onların keyfiyyətinin yaxşılaşdırılmasına nəzarətin həyata keçirilməsində, torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması, münbitliyinin bərpası və mühafizəsi üçün tədbirlərin görülməsində iştirak edir və bu sahədə Nazirliyə təkliflər verir;

2.0.9. kənd təsərrüfatı istehsalçılarına dəstək məqsədi ilə fermerlər və koordinasiya şuralarının yaradılmasına və fəaliyyətinə dəstək verir;

2.0.10. Nazirlik tərəfindən həvalə edilən digər istiqamətlərdə fəaliyyət göstərir.

3. DAİM-in vəzifələri

3.0. DAİM bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.0.1. regionda aqrar sahənin inkişafına dövlət dəstəyi mexanizmlərinin tətbiqi və həyata keçirilməsini təşkil etmək, Az ə rbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömr ə li F ə rmanı il ə t ə sdiq edilmiş “K ə nd t ə s ə rrüfatı m ə hsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda mü ə yy ə n edilmiş xidm ə tl ə ri göst ə rm ə k, bu sahədə olan çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görmək; [2]

3.0.2. torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması, münbitliyinin bərpası və mühafizəsi sahəsində, səmərəli aqrotexniki, aqrokimyəvi, meliorativ, fitosanitar və erroziyaya qarşı mübarizə tədbirlərinə dair əsaslandırılmış təkliflər vermək, sahə ilə bağlı kənd təsərrüfatı məhsulları istehsalçıları ilə yerlərdə görüşlər keçirmək, onları aqrokimyəvi xidmətin təşkili ilə bağlı qabaqcıl təcrübələr barədə məlumatlandırmaq, bu istiqamətdə dövlət tədbirlərinin həyata keçirilməsində iştirak etmək;

3.0.3. kənd təsərrüfatına yararlı torpaqlardan yüksək məhsul əldə olunması və həmin torpaqların mühafizəsinin təmin edilməsi məqsədilə mütərəqqi torpaqbecərmə işlərinin aparılması, texnika və texnologiyaların tətbiqi ilə bağlı tədbirlərdə, habelə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin identifikasiyası əməliyyatlarının aparılmasında iştirak etmək;

3.0.4. kənd təsərrüfatı təyinatlı torpaqlar, torpaqların keyfiyyət və kəmiyyət göstəriciləri, uqodiyası, torpaq və bitki örtüyü və digər kateqoriyadan olan torpaqlar haqqında coğrafi məlumatlar, kənd təsərrüfatı məhsullarının istehsal və satış qiymətləri haqqında məlumatları yaradılmış informasiya sisteminə daxil etmək;

3.0.5. aqrar sahədə yeni istehsal və emal sahələrinin yaradılması ilə bağlı araşdırmalar aparmaq, yeni investisiya layihələrinin həyata keçirilməsi barədə Nazirliyə təkliflər vermək;

3.0.6. regionlarda genetik modifikasiya olunmuş bitkilər istisna olmaqla yeni bitki sortlarının yetişdirilməsi və yayılması üçün tədbirlər görmək;

3.0.7. kənd yerlərində infrastrukturun inkişafı və sosial problemlərlə bağlı məsələlərin həllində, o cümlədən müvafiq dövlət proqramlarının həyata keçirilməsində iştirak etmək;

3.0.8. əkinə yararlı torpaqların aqrokimyəvi tədqiqatların aparılmasına, su təchizatının yaxşılaşdırılmasına dair tədbirlər həyata keçirmək, təkmilləşdirici təkliflər vermək;

3.0.9. kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili, onların fəaliyyətinə normal şəraitin yaradılması, əhali və fermerlər üçün əlverişli ticarət mühitinin formalaşdırılması, yarmarkalarda sui-istifadə hallarının aradan qaldırılması üçün tədbirlər görmək və bu barədə Nazirliyə təkliflər vermək;

3.0.10. regionlarda ailə kəndli təsərrüfatlarının və aqrar sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin inkişafını dəstəkləmək, kənd təsərrüfatı kooperativlərinin, iri fermer təsərrüfatlarının yaradılmasını və inkişafını təşviq etmək, fermer və koordinasiya şuraları formalaşdırmaqla bu sahədə problemlərin, həlli yolları ilə bağlı təkliflərin öyrənilməsini təmin etmək;

3.0.11. digər DAİM ilə əməkdaşlıq etmək, təcrübə mübadiləsi aparmaq, qabaqcıl təcrübənin öyrənilməsi və regionda tətbiqi üçün tədbirlər görmək;

3.0.12. kənd təsərrüfatı sahəsində dövlət xidmətlərinin, o cümlədən informasiya-məsləhət xidmətinin göstərilməsini “vahid pəncərə”, operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsipləri əsasında təşkil etmək və bu sahədə xidmətlərin təkmilləşdirilməsi üçün Nazirliyə təkliflər vermək;

3.0.13. aqrar sahədə region əhalisinin məlumatlandırılması üçün elektron informasiya ehtiyatının (internet saytının) yaradılmasını və onun daimi yenilənməsini təmin etmək;

3.0.14. Nazirliyin qurumlarının yerli bölmələrində işin təşkili ilə bağlı vəziyyəti öyrənmək, ümumiləşdirmək və nəticələr üzrə Nazirliyə təkliflər vermək;

3.0.15. kənd təsərrüfatı məsələləri üzrə vətəndaşların qəbulunu həyata keçirmək, onların müraciətlərinə baxmaq, kənd təsərrüfatı məhsulları istehsalçıları və fermerlərlə yerində görüşlər keçirilmək, ortaq problemlərin həlli ilə bağlı müzakirələr təşkil etmək;

3.0.16. aqrar sahə üzrə hüquqi maarifləndirmə işini həyata keçirmək, DAİM-in fəaliyyəti haqqında ictimai maraq kəsb edən məlumatları kütləvi informasiya vasitələrində yaymaq;

3.0.17. “Elektron kənd təsərrüfatı” informasiya sisteminin yerlərdə tətbiqi üzrə tədbirlər görmək, o cümlədən Nazirliyin təqdim etdiyi elektron xidmətlərin təşviq edilməsi və onlardan istifadə sahəsində kənd təsərrüfatı məhsulları istehsalçıları və emalçılarının bacarıqlarının artırılması, onların təlimatlandırılması məqsədi ilə tədbirlər görmək;

3.0.18. kənd təsərrüfatı texnikasının və kənd təsərrüfatı təyinatlı torpaqların istifadə vəziyyəti və istifadəsində yol verilən pozuntular barədə Nazirliyə məlumat vermək;

3.0.19. aqrar sahədə tələb olunan statistik məlumatların Nazirliyə bilavasitə və ya fermerlər vasitəsilə verilməsini təmin etmək;

3.0.20. fermer və kəndlilər arasında aqrar sahə ilə bağlı sorğular keçirmək və nəticələri barədə Nazirliyə məlumat vermək;

3.0.21. Nazirliklə razılaşdırma yolu ilə “Könüllü fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq regionda könüllü fəaliyyətini təşkil etmək;

3.0.22. Nazirliklə razılaşdırma yolu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 221 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”yə uyğun olaraq istehsalat təcrübələrinin Nazirliyin yerli istehsalat müəssisələrində keçirilməsini təşkil etmək;

3.0.23. Nazirlik tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək.

4. DAİM-in hüquqları

4.0. DAİM bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.0.1. regionda kənd təsərrüfatının inkişaf etdirilməsinə dair Nazirliyə təkliflər vermək və Nazirliklə razılaşdırmaqla regionun aidiyyəti orqanları qarşısında məsələ qaldırmaq;

4.0.2. regionda aqrar sahənin inkişafına dövlət dəstəyi mexanizmlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

4.0.3. kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsi üçün Nazirliyin qurumlarının regiondakı fəliyyətinə əməli və metodiki rəhbərliyi həyata keçirmək, habelə dövlət orqanlarının yerli bölmələri ilə birlikdə tədbirlər görmək;

4.0.4. aqrar sahədə yerli mütəxəssislərin hazırlanması, onların peşəkarlığının və ixtisasının artırılması, habelə DAİM-in strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi barədə Nazirliyə təkliflər vermək;

4.0.5. səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı məhkəmələrdə iddiaçı və cavabdeh qismində iştirak etmək;

4.0.6. fəaliyyət istiqamətlərinə uyğun məsələlərlə bağlı dövlət orqanlarının yerli bölmələri, özünüidarəetmə orqanları, aqrar sahədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə sorğular göndərmək, məlumatlar almaq, təhlillər və ümumiləşdirmələr, habelə tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq, onların nəticələrinə uyğun olaraq Nazirliyə məlumatlar və təkliflər vermək;

4.0.7. yığıncaqlar, seminarlar və digər tədbirlər keçirmək, sərgilər təşkil etmək;

4.0.8. müstəqil ekspertləri və mütəxəssisləri Nazirlikdə razılaşdırmaqla öz fəaliyyətinə cəlb etmək;

4.0.9. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

5. DAİM-in fəaliyyətinin təşkili

5.1. DAİM-in strukturu və ştat vahidlərinin sayı nazir tərəfindən müəyyən edilir və təsdiq olunur.

5.2. DAİM-in fəaliyyətinə Nazir tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən direktor rəhbərlik edir.

5.3. Direktor bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə şəxsən məsuliyyət daşıyır.

5.4. Direktorun Nazir tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən bir müavini vardır.

5.5. Direktor məzuniyyətdə və ya ezamiyyədə olduqda, yaxud digər üzrlü səbəblərdən öz vəzifəsini icra edə bilmədikdə onun səlahiyyətlərini direktorun müavini həyata keçirir.

5.6. DAİM-in direkoru:

5.6.1. fəaliyyəti təşkil edir və ona rəhbərlik edir;

5.6.2. işçiləri (direktor müavini istisna olmaqla) qanunvericiliklə müəyyən olunmuş qaydada Nazirliklə razılaşdırılmaqla vəzifəyə təyin edir və vəzifədən azad edir;

5.6.3. işçiləri arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra intizamına riayət etmələrinə nəzarət edir;

5.6.4. DAİM-in fəaliyyəti üzrə Nazirliyin Kollegiyasında müzakirə olunmalı məsələləri müəyyənləşdirərək, bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir, bu Əsasnamənin 1.2-ci bəndində göstərilən qanunvericilik aktlarının və təşkilati-sərəncamverici sənədlərin icrasını təmin edir;

5.6.5. işçilər (direktor müavini istisna olmaqla) barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.6.6. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericiliyə uyğun qaydada baxılmasını təşkil edir;

5.6.7. kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

5.6.8. dövlət və yerli özünüidarəetmə qurumlarında, habelə hüquqi və fiziki şəxslərlə münasibətlərdə və məhkəmələrdə DAİM-i təmsil edir;

5.6.9. Nazirin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;

5.6.10. fəaliyyət istiqamətləri üzrə icrası məcburi olan əmrlər və göstərişlər verir, onların icrasına nəzarəti həyata keçirir;

5.6.11. DAİM-in hər bir əməkdaşı vəzifə təlimatlarında nəzərdə tutulmuş funksiyaların yerinə yetirilməsinə, həmçinin hazırladığı, araşdırdığı və imzaladığı sənədin Azərbaycan Respublikasının qanunvericilik aktlarına, nazirin əmr və sərəncamlarına uyğunluğuna görə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələr çərçivəsində şəxsən məsuliyyət daşıyır.

5.6.12. DAİM-in hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun məsuliyyət daşıyır.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 30 sentyabr 2019-cu il tarixli Q-15-19 nömrəli Azərbaycan Respublikası K ə nd T ə s ə rrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201909301519 , Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 oktyabr 2019-cu il)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 30 sentyabr 2019-cu il tarixli Q-15-19 nömrəli Azərbaycan Respublikası K ə nd T ə s ə rrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201909301519 , Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 oktyabr 2019-cu il) ilə Az ə rbaycan Respublikasının K ə nd T ə s ə rrüfatı Nazirliyi dövl ə t aqrar inkişaf m ə rk ə zl ə rinin Ə sasnam ə si”nin 2.0.2-ci yarımb ə ndind ə “k ə nd t ə s ə rrüfatı m ə hsulları istehsalçılarına bu sah ə d ə t ə tbiq edil ə n güz ə ştl ə rd ə n ” sözl ə ri “k ə nd t ə s ə rrüfatı m ə hsulları istehsalçılarının bu sah ə d ə t ə tbiq edil ə n güz ə ştl ə rd ə n v ə subsidiyalardan ” sözl ə ri il ə ə v ə z edilmişdir.

[2] 30 sentyabr 2019-cu il tarixli Q-15-19 nömrəli Azərbaycan Respublikası K ə nd T ə s ə rrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201909301519 , Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 oktyabr 2019-cu il) ilə Az ə rbaycan Respublikasının K ə nd T ə s ə rrüfatı Nazirliyi dövl ə t aqrar inkişaf m ə rk ə zl ə rinin Ə sasnam ə si”nin 3.0.1-ci yarımb ə ndin ə “t ə şkil etm ə k, ” sözl ə rind ə n sonra “Az ə rbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömr ə li F ə rmanı il ə t ə sdiq edilmiş “K ə nd t ə s ə rrüfatı m ə hsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda mü ə yy ə n edilmiş xidm ə tl ə ri göst ə rm ə k, ” sözl ə ri ə lav ə edilmişdir.

İlham Əliyev aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə aqroparkların yaradılması barədə təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Fərmanda Prezident kənd təsərrüfatının institusional inkişafını təmin etmək, aqrar sahədə idarəetməni müasir dövrün tələblərinə uyğunlaşdırmaq, o cümlədən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturunu və fəaliyyətini təkmilləşdirmək məqsədi ilə qərara alıb ki, rayonlar üzrə aqrar siyasətin həyata keçirilməsinin təmin edilməsi, kənd təsərrüfatına dövlət dəstəyi tədbirlərinin təşkili, aqrar sahə ilə bağlı problemlərin həllində müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının yerli struktur bölmələri ilə səmərəli əməkdaşlığın qurulması məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri yaradılsın.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə aqroparkların yaradılması barədə təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

Bundan başqa Kənd Təsərrüfatı Nazirliyi beynəlxalq təcrübəyə əsaslanmaqla, aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində şəffaflığı və hesabatlılığı təmin etmək üçün “elektron kənd təsərrüfatı” informasiya sisteminin üç il müddətində mərhələlərlə yaradılmasını təmin etsin və həyata keçirilən tədbirlər barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.

Tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfat hesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi, yenidən təşkili və idarəetməyə verilməsi barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir. Xarici investorları cəlb etməklə respublikada kənd təsərrüfatı təyinatlı texnikanın istehsalının təşkilinə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim eməlidir. Tabeliyindəki laboratoriyaların fəaliyyətinin təkmilləşdirilməsi və onların beynəlxalq akkreditasiyadan keçməsinin təmin edilməsi istiqamətində tədbirlər görməlidir. Heyvandarlığın mövcud vəziyyəti barədə etibarlı məlumat bazasının formalaşdırılması məqsədi ilə kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı sisteminin üç il müddətində mərhələlərlə yaradılmasını təmin etsin və həyata keçirilən tədbirlər barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.

Qeyri-dövlət fitosanitar xidmətlərinin, o cümlədən bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı, idxalı, satışı və saxlanılmasının xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim eməlidir.

Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsinə dair təkliflərini beş ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir. Aqrar elmin inkişafı konsepsiyasının layihəsini beş ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin beynəlxalq lizinq standartlarına uyğunlaşdırılması sahəsində tədbirlər görməlidir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə aqrar sahədə kadr hazırlığı və təminatı sisteminin yaxşılaşdırılmasını təmin etsin, aqraryönümlü orta ixtisas və peşə təhsili müəssisələrinin fəaliyyətinin təşkilinə dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycan Respublikasının Torpaq və Xəritəçəkmə Komitəsi ilə birlikdə torpaqların münbitliyinin qorunması və artırılması, şoranlaşmış və şorakətləşmiş, eroziyaya uğramış torpaqların sağlamlaşdırılması tədbirlərini ölkədə aparılan iqtisadi strategiyaya uyğun olaraq müvafiq proqramlar əsasında həyata keçirməlidir.

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə xarici investorların kənd təsərrüfatına cəlb edilməsi məqsədi ilə bu sahədə yaradılacaq aqrobiznes qurumlarının nizamnamə kapitalında “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin iştirakını təmin etməlidir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası altı ay müddətində kəndli fermer təsərrüfatlarının daha iri kənd təsərrüfatı müəssisələri formasında birləşmələrinin iqtisadi stimullaşdırılmasını nəzərdə tutan “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

İstehlak bazarında qiymət sövdələşməsinin qarşısının alınması məqsədi ilə antikartel fəaliyyətini tənzimləyən normativ hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində Kənd Təsərrüfatı Nazirliyinin yeni strukturu və işçilərinin say həddi barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını təsdiq etməlidir.

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin və rayon aqroservis filiallarının istifadəsində olan, cəmiyyət tərəfindən yeni alınan, lizinqə verilmiş və lizinq yolu ilə satılan texnikaya tətbiq edilə biləcək güzəştlərə, eləcə də mineral gübrələrin satışı üzrə dövlət tərəfindən tətbiq olunan güzəştin həcminin artırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda baytarlıq xidmətlərini həyata keçirən idarə və müəssisələrin özəlləşdirilməsinə yol verilməsi ilə bağlı müvafiq dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Kənd təsərrüfatı sahəsində sığorta mexanizminin təkmilləşdirilməsinə və bu sahədə prosedurların sadələşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Kənd təsərrüfatı təyinatlı torpaqların zəbt olunmasına və ya onlardan qanunsuz istifadə edilməsinə görə məsuliyyəti müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan “elektron kənd təsərrüfatı” informasiya sisteminin təşkilini və fəaliyyətini, o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin informasiya resursları ilə inteqrasiyasını təmin etmək məqsədi ilə “elektron kənd təsərrüfatı” informasiya sistemindən istifadə qaydalarını altı ay müddətində müəyyən etməlidir.

Bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Comments are closed, but trackbacks and pingbacks are open.