Press "Enter" to skip to content

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ

AZƏRBAYCAN RESPUBLİKASININ
KƏND TƏSƏRRÜFATI
NAZİRLİYİ

Referatlar

Aqrar sahə milli iqtisadiyyatın mühüm tərkib hissələrindən biri kimi istər ölkənin ərzaq təminatı və təhlükəsizliyinin ödənilməsində, istərsə də regionların sosial-iqtisadi inişafında olduqca böyük əhəmiyyətə malikdir. Bu baxımdan da, aqrar sahədə mövcud potensial imkanlardan səmərəli şəkildə istifadə olunması, aqrar təyinatlı təbii-iqtisadi resurs ehtiyatlarının tam və səmərəli şəkildə təsərrüfat dövriyyəsinə cəlb olunması xüsusi aktuallıq kəsb edir. İqtisadiyyatın müxtəlif sahələrində olduğu kimi, aqrar sahədə də birgə məqsədlərin həyata keçirilməsi, daha uğurlu nəticələrin əldə olunması ən mükəmməl səviyyədə öz həllini iştirakçıların səmərəli əməkdaşlığına və ayrı-ayrı təsərrüfat subyektlərinin resurlarının könüllü birləşdirilməsinə əsaslanan kooperasiya əlaqələrinin qurulması ilə tapır. Ona görə ki, kooperasiyaya əsaslanan iqtisadi inteqrasiya və əlaqələr aqrar sahədə məhsul istehsalı, tədarükü, emalı, saxlanması və istehlakçılara çatdırılması istiqamətində iqtisadi fəaliyyətin,sahədaxili bölmələrin bir-birinə yaxınlaşması, uzlaşdırılması, həmçinin bir-birinə istehsal və iqtisadi cəhətdən uyğunlaşması prosesidir.

  • Göndərən: Elməddin Kamallı
  • Əlavə edilib: 06.11.2019
  • Son yüklənmə tarixi: 10.03.2023
  • Cəmi yüklənib (PDF, Word): 132
  • Word: 37 səhifə
  • Word Ölçüsü: 135 KB
  • PDF: 3 səhifə
  • PDF Ölçüsü: 195 KB
  • Referatın tipi: Buraxılış işləri
  • Kateqoriya: İqtisadiyyat

Aqrar sahd kooperasiya laqlrinin tkmillşdirilmsi

AZƏRBAYCAN RESPUBLİKASININ
KƏND TƏSƏRRÜFATI
NAZİRLİYİ

Torpaqlarımız, hava, su ərazimiz Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının sürətlə artırılmasına yönəldilməli, istifadə edilməlidir!

Heydər Əliyev

Torpaqlarımız, hava, su ərazimiz Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının sürətlə artırılmasına yönəldilməli, istifadə edilməlidir!

Heydər Əliyev

  • Ana səhifə
  • Xəbərlər
  • PREZİDENT AQRAR SAHƏDƏ İDARƏETMƏNİN TƏKMİLLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI ƏLAVƏ TƏDBİRLƏR HAQQINDA FƏRMAN İMZ.

PREZİDENT AQRAR SAHƏDƏ İDARƏETMƏNİN TƏKMİLLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI ƏLAVƏ TƏDBİRLƏR HAQQINDA FƏRMAN İMZALAYIB

Prezident İlham Əliyev aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.

Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması və səmərəliliyinin artırılması, həmin dövlət xidmətlərinin daha az həcmdə resurs sərf edilməklə həyata keçirilməsi, dövlət vəsaitinə qənaət edilməklə bu sahədə inzibati idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin həyata keçirilməsində keyfiyyətə nəzarətin təşkili, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi, elektron xidmətlərə keçidin sürətləndirilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (bundan sonra – Agentlik) yaradılsın.

1. Müəyyən edilsin ki:

2.1.1. baytarlıq və fitosanitar xidmətlərinin təşkilini və idarə edilməsini, keyfiyyətinə nəzarəti həyata keçirir, bu sahədə dövlət aqrar inkişaf mərkəzlərinin (bundan sonra – DAİM) fəaliyyətini əlaqələndirir;

2.1.2. kənd təsərrüfatı texnikasının qeydiyyatını, texnikaya nəzarət fəaliyyətini və bu sahədə dövlət xidmətlərini DAİM vasitəsilə həyata keçirir;

2.1.3. aqrokimya, toxum və bioloji laboratoriyalar, sort sınaq məntəqələri, toxum sertifikatlaşma mərkəzlərində xidmətlərin təşkili və göstərilməsinə nəzarət edir;

2.1.4. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan dövlət xidmətlərinin digər hüquq və vəzifələrini həyata keçirir;

2.2. Agentliyin Aparatının işçilərinin say həddi 85 nəfərdir.

3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin regional bölmələrinin işçilərinin say həddində ştat vahidləri DAİM-ə verilsin.

4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:

4.1. Agentliyin əsasnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. regionlarda DAİM vasitəsilə göstəriləcək xidmətlərin siyahısını və həmin xidmətlərin reqlamentlərini üç ay müddətində təsdiq etsin;

4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan dövlət xidmətlərində işləyən dövlət qulluqçularına münasibətdə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”na uyğun olaraq tədbirlər görsünlər.

6. Agentliyin əsasnaməsi təsdiq edilənədək bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan dövlət xidmətləri öz fəaliyyətlərini davam etdirsinlər.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

7.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.4. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan dövlət xidmətlərinin balanslarındakı dövlət əmlakının Agentliyin əsasnaməsi təsdiq edildiyi gündən bir ay müddətində Agentliyin balansına verilməsini təmin etsin;

7.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 yanvar 2019-cu il.

YENİ AZƏRBAYCAN PARTİYASI

– Eldar müəllim, hazırda cəmiyyətimizdə 2017-ci ilin birinci yarısını yekunları geniş müzakirə olunur. Bu barədə nə deyə bilərsiniz? – Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizin sosial-iqtisadi mənzərəsi geniş şəkildə öz əksini tapdı. İclasda verilən məlumatlar göstərdi ki, qarşıda duran vəzifələr yerinə yetirilib. Bu gün Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası uğurla həyata keçirilir və yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir. Prezident İlham Əliyev qarşıya belə məqsəd qoyub ki, Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrin sırasına qoşulmalıdır və bu yöndə 2003-cü ildən məqsədyönlü siyasət həyata keçirilir. Bu, həm daxili, həm də xarici siyasətdə özünü göstərir. Azərbaycanın daxili siyasətində inkişaf şaxələndirilmiş iqtisadi strategiyaya əsaslanır. Cənab Prezidentin dediyi kimi biz neft kapitalını insan kapitalına çevirməliyik, neft gəlirlərini qeyri-neft sektoruna yatırmaqla ölkənin bütün regionlarının inkişafını təmin etməliyik. 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları icra olunur və hazırda bu proqramların üçüncü mərhələsi həyata keçirilir. Dövlət proqramlarında qarşıya qoyulan məqsədlərin hamısı demək olar ki, icra olunur. Bu gün Azərbaycanın abadlaşmayan və sosial simasını dəyişməyən bölgəsi yoxdur. Biz daim yeni tikinti, sosial, mədəni və digər obyektlərin təməlinin qoyulmasının və ya açılışının şahidi oluruq. Cənab Prezidentin iclasda vurğuladığı kimi Azərbaycanda bütün sosial-iqtisadi məsələlər uğurla öz həllini tapır, ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. Azərbaycan bu bölgədə və dünyada sabitlik məkanı kimi tanınır. Əlbəttə ki, belə bir şəraitdə həm investisiyaların qoyuluşu üçün maraq göstərilir, eyni zamanda, xalqımız rahat yaşayır, əhalimizin rifah halı yaxşılaşır. Dövlət başçısı onu da bildirib ki, ölkəmizdə sosial infrastruktur obyektlərinin tikintisi uğurla aparılıb. Belə ki, birinci altı ayda 26 tibb müəssisəsi tikilib və təmir edilib. İyirmidən çox modul tipli məktəb tikilib. İlin sonuna qədər onların sayı 100-ə çatmalıdır. Yəni, sosial infrastruktur məsələlərinin həlli daim diqqət mərkəzindədir. Eyni zamanda, bu dövrdə qeyri-neft iqtisadiyyatımız 1,7 faiz artıb. Qeyri-neft sənayesində isə artım 4,4 faizdir. Bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub. Həmçinin, ölkəmizin valyuta ehtiyatları artıb və bu günə 40,6 milyard dollar təşkil edir. Altı ay ərzində isə valyuta ehtiyatlarımız təxminən 3 milyard dollar artıb. Bir məqamı da deyim ki, kənd təsərrüfatında da 2,2 faiz səviyyəsində artım baş verib. Nazirlər Kabinetinin iclasında dövlət başçısı aqrar sahənin inkişafını təmin edən əsas istiqamətləri açıqladı və bu sahənin ölkəmizdə böyük potensiala malik olduğunu vurğuladı. – Nazirlər Kabinetinin iclasında dövlət başçısı aqrar sahənin inkişafı ilə bağlı fikirlərini bildirdi və müvafiq tapşırıqlar verdi. – Qlobal iqtisadi çətinliklər fonunda ölkəmizdə aqrar sektorun inkişafının güclü şəkildə dəstəklənməsi təsadüfi deyil. Azərbaycan kənd təsərrüfatının inkişafı sahəsində tarixən güclü ənənələrə malik olan ölkədir. Dövlət başçısı bir sıra digər sahələrlə yanaşı, aqrar sektorun üstün inkişafının təmin olunmasını da prioritet istiqamət kimi bəyan edib. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Eyni zamanda, həyata keçirilən səmərəli siyasət sayəsində Azərbaycanın iqtisadi potensialının və maliyyə imkanlarının artması respublikamızda kənd təsərrüfatı sahəsində mövcud olan imkanlardan istifadə edilməsinə münbit zəmin yaradır. Ölkə əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını və məşğul əhalinin 40 faizinin kənd təsərrüfatında çalışdığını nəzərə alsaq, deyə bilərik ki, aqrar sektorun inkişaf etdirilməsi sosial baxımdan da ciddi önəm kəsb edir. Ölkəmizdə kənd təsərrüfatına praktiki müstəvidə geniş maliyyə və texniki dəstək göstərilir, eyni zamanda, bu sahədə hədəflənən yüksək nəticələrin əldə olunması məqsədilə institusional islahatlar həyata keçirilir, qanunvericilik bazası möhkəmləndirilir. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün növ vergi ödənişlərindən azaddırlar. Müasir meliorasiya, irriqasiya sistemləri dövlət investisiyaları hesabına qurulur. Eyni zamanda, iri fermer təsərrüfatlarının yaradılması respublikamızda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq və əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Hazırda aqrar sahənin daha da inkişafı xüsusi diqqət mərkəzindədir. Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev vurğulayıb ki, aqrar sahədə yeni aqroparkların yaradılması sürətlə gedir. Bu günə qədər dövlətin təşəbbüsü və maliyyə dəstəyi ilə 32 iri fermer təsərrüfatı yaradılıb. İndi 38 böyük aqropark yaradılır. Dövlət başçısının vurğuladığı kimi, tezliklə 38 aqroparkın yaradılması bizim ixrac potensialımızı böyük dərəcədə artıracaq. Ölkə rəhbəri qeyd edib ki, qeyri-neft sektoru məhsullarının ixracı 27 faiz artıb. Bu məhsullar sırasında kənd təsərrüfatı məhsulları da üstünlük təşkil edir. Amma vəzifəmiz bununla bitmir. Çünki qarşıya vəzifələr qoyulub ki, bu sahədə daha böyük nəticələr əldə olunsun. İclasda Prezident İlham Əliyev pambıqçılıq, taxılçılıq, baramaçılıq, tütünçülük, üzümçülük, fındıqçılıq, zeytunçuluq və digər ixrac potensialı yüksək olan məhsulların istehsalının daha da artırılması ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verdi. İnanırıq ki, yaxın gələcəkdə bu istiqamətdə əhəmiyyətli dərəcədə yüksək nəticələr əldə olunacaq. – Hazırda aqrar sahənin inkişafı xüsusi diqqət mərkəzindədir. Bu sahəyə dövlətin dəstəyini necə dəyərləndirirsiniz? – İqtisadiyyatın bütün sahələrində olduğu kimi ölkəmizin aqrar sahəsində də zamanın çağırışlarına uyğun olaraq iqtisadi inkişaf modellərindən istifadə olunur. Hazırda aqrar sahəni innovasiyalar tətbiq etmədən inkişaf etdirməyi təsəvvür etmək çox çətindir. Bunu nəzərə alaraq ölkə başçısının tapşırığı əsasında aqrar sahədə innovasiyanın tətbiqi istiqamətində geniş işlərə başlanmışdır. İnnovasiya elmi-texniki tərəqqinin yeni texnologiyada və məhsulda öz əksini tapması kimi anlaşıldığına və dərin islahatlar strategiyasının əsasını təşkil etdiyinə görə dünyanın qabaqcıl ölkələrində kənd təsərrüfatı, istehsal olunan məhsulun daha çox elmi tutumlu olması istiqamətində inkişaf edir. Ona görə də Azərbaycan Respublikasında da aqrar-sənaye kompleksinin innovasiyalı inkişafı qarşıda duran əsas vəzifədir və onun həll olunması istiqamətində işlər aparılır. Qeyri-neft sektorunun prioritet istiqaməti olan aqrar sektorun, xüsusilə onun ölkəmizdə ənənəvi sahələri olan pambıqçılığın, üzümçülüyün, tütünçülüyün, baramaçılığın inkişaf etdirilməsi, bu sahələrə dövlət dəstəyinin göstərilməsi barədə ölkə Prezidentinin xüsusi göstərişləri olmuş və müvafiq sənədlər imzalanmışdır. Prezidentimiz İlham Əliyev gələcəkdə bu uğurları daha da genişləndirmək və dərinləşdirmək üçün müvafiq proqramların hazırlanması barədə 2016-cı il 16 mart tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında“ Sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq 11 istiqamət üzrə strateji yol xəritələri hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Prezident İlham Əliyevin Ulu öndər Heydər Əliyevin ideyalarından bəhrələnən yeni islahatlar kursunun əsasını təşkil edən bu yol xəritələri iqtisadiyyatın və ictimai həyatımızın müxtəlif istiqaməti üzrə qarşıdakı 10 il və sonrakı dövr üçün iqtisadi fəaliyyət məramnaməsi sayılır. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” də bu istiqamətlərdən biridir. Bu Strateji Yol Xəritəsinin ümumi məqsədi Azərbaycan Respublikasında kənd təsərrüfatı sektorunun yüksək rəqabət qabiliyyətinə və dayanıqlı inkişafına nail olmaqdır. Strateji yol xəritəsində ölkəmizin kənd təsərrüfatı məhsullarının istehsalında və emalında istifadə olunan istehsal vasitələri və bu sektorda həyata keçirilən xidmətlə təminat məsələləri də dərindən araşdırılmış və bütün bu məsələlərin yaxşılaşdırılması üçün görülməsi vacib olan istiqamətlər müəyyən edilmişdir. Strateji yol xəritəsində onun əsas məqsədlərindən biri olan əhalinin ərzaq və qida təhlükəsizliyinin təmin olunması çox geniş və əhatəli formada təhlil edilərək görüləcək işlər müəyyən edilmişdir. Bu məqsədlə Ərzaq Təhlükəsizliyi Komissiyasının və Qida Təhlükəsizliyi Agentliyinin yaradılması, beynəlxalq normalara uyğun rasional fizioloji istehlak normalarının hazırlanması, ölkənin, həmçinin hər bir regionun və inzibati rayonun ərzaq məhsulları üzrə tələbatı bu normalar əsasında dəqiqləşdirilərək, ərzaq ehtiyatlarının çeşid və həcm göstəriciləri üzrə yaxın, orta və uzunmüddətli proqnozların hazırlanması nəzərdə tutulur. Onu da qeyd etmək lazımdır ki, artıq bu istiqamətdə konkret işlər görülür. Belə ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı və Fərmanı ilə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılmışdır. Strateji yol xəritəsinin hər bir bölməsində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi üçün tələb olunan vəsaitin müəyyən edilib əks olunması onu deməyə əsas verir ki, bu proqramın icrası tam təmin ediləcəkdir. Belə bir Proqramın qəbul edilməsi və onun icrası üçün həyata keçirilən tədbirlər aqrar sahənin inkişafına göstərilən dövlət dəstəyinin bariz nümunəsidir. Biz qətiyyətlə inanırıq ki, Heydər Əliyev siyasətinin davamçısı olan dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistem xarakterli dərin islahatlar və qlobal iqtisadi çağırışlara uyğun olaraq hazırlanmış ”Strateji yol xəritəsi”nin icrası nəticəsində ölkəmizdə formalaşmış iqtisadi islahatlar və inkişafın Azərbaycan modeli mahiyyət etibarı ilə daha yüksək vüsət alacaq və ölkə əhalisinin daha firavan yaşaması təmin ediləcəkdir. – Eldar müəllim, iyulun 14-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Bu Dövlət proqramının əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik. – Əlbəttə ki, dövlət proqramı çox mühüm bir sənəddir. Xatırladım ki, ötən ilin iyun ayında Milli Məclis “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun qəbul edib. Qanunun məqsədi Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və məhsuldarlığı artırmaqdır. Qanun layihəsi hazırlanarkən dünya təcrübəsi öyrənilib. Kooperasiya sistemi Azərbaycanda kənd təsərrüfatının inkişafına, istehsal olunan məhsulların rəqabət qabiliyyətliliyinin daha da artırılmasına və onların Avropa standartlarına uyğun gəlməsinə öz töhfəsini verəcək. Kənd təsərrüfatı kooperativləri dünyanın hər yerində, o cümlədən Avropanın inkişaf etmiş ölkələrində mövcuddur. Kooperasiya məhsul istehsal edən fermerdən tutmuş həmin məhsulun emalı, saxlanması, onun bazara çıxarılaraq satışının təşkilinədək bütün məsələləri özündə ehtiva edən bir sistemdir. Bu isə bir adamın, bir fermerin görəcəyi iş deyil. Istehsalçı, tədarükçü, emalçı və istehlakçı- bunların hamısı bir sistemdir. Dövlət başçısı tərəfindən təsdiq olunmuş proqramda mühüm məsələlər əksini tapır. Sənəddə kənd təsərrüfatı kooperasiyasının mahiyyəti və əsas xüsusiyyətləri, kənd təsərrüfatında kooperasiyanın rolu və üstünlükləri, kooperasiyanın inkişafının şərtləri, eləcə də Dövlət Proqramının məqsədi və vəzifələri öz əksini tapır. Əsas məqsəd və vəzifələr Dövlət Proqramının məqsədi kənd təsərrüfatı məhsulları istehsalçılarının birgə təsərrüfatçılıq fəaliyyətini təşviq etmək, könüllülük əsasında kənd təsərrüfatı kooperativlərinin təşkilinə əlverişli şərait yaratmaq, kooperativlərin dayanıqlı fəaliyyətini təmin etmək, həmçinin aqrar sahədə kooperasiyanın formalaşmasına və inkişafına dəstək verməkdir. Bu məqsədə nail olmaq üçün Dövlət Proqramı çərçivəsində bir sıra vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur. Onların sırasında kooperativlərin fəaliyyəti ilə bağlı maarifləndirmənin və təbliğat-izahat işinin gücləndirilməsini, kooperativlərin dövlət tərəfindən dəstəklənməsini, aqrar sektorun rəqabət qabiliyyətinin yüksəldilməsini, torpaqdan səmərəli istifadə edilməsini, kənd təsərrüfatı kooperasiyası sisteminin inkişaf etdirilməsini, kənd təsərrüfatı istehsalında səmərəliliyin təmin edilməsini, kənd təsərrüfatında innovasiyaların tətbiqinə şərait yaradılmasını qeyd etmək olar. Dövlət proqramında Azərbaycanda kənd təsərrüfatı kooperasiyasının inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün bir sıra istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur. Belə ki, kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının (assosiasiyalarının) yaradılmasının və inkişafının dəstəklənməsi, kooperativlərin yaradılması və inkişafı üçün əlverişli sosial-iqtisadi və hüquqi mühitin formalaşdırılması, kənd təsərrüfatı istehsalçılarının kooperativlərdə birləşməsinin stimullaşdırılması ilə bağlı tədbirlər görülməsi, kooperativlərdən hazır məhsulun qısa müddətdə tədarükünü, daxili və xarici bazara çıxışını təmin edən mexanizmin yaradılması və s. bu tədbirlər sırasına daxildir. Əsas məsələlərdən biri də koopertivlərin maliyyə mənbələridir. Bununla bağlı proqramda göstərilib ki, Proqram çərçivəsində həyata keçiriləcək tədbirlər dövlət büdcəsi, büdcədən kənar fondlar, yerli və xarici investisiyalar, beynəlxalq təşkilatların və xarici dövlətlərin maliyyə vəsaitləri, qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşəcəkdir. Eyni zamanda, sənəddə kooperativ üzvlərinin informasiya-məsləhət xidməti ilə təmin olunması məsələsi də var. Bunun özü çox vacib məsələdir. Çünki dünyada kənd təsərrüfatı inkişaf edir və bu sahədə yeni texnikalar, texnologiyalar, bitki sortları, heyvan cinsləri yaradılır, müasir idarəetmə sistemləri və s. tətbiq edilir. Bu baxımdan, informasiya-məsələhət xidmətinin rolu böyükdür. Ümumiyyətlə, Dövlət proqramı çox əhatəli bir sənəddir. Əsəs məsələ proqramdakı məsələlərin yerinə yetirilməsidir. Bu da icra strukturlarından asılıdır. Sərəncamda göstərilir ki, proqramın icrası ilə bağlı ildə iki dəfə cənab Prezidentə məruzə olunacaq. İnanırıq ki, dövlətin dəstəyi ilə kənd təsərrüfatı koopersiyası inkişaf etdiriləcək. Bu da gələcəkdə aqrar sahədə kiçik sahibkarlığı inkişaf etdirməyə geniş imkanlar yaratmaqla yanaşı iri təsərrüfatlar arasında rəqabəti gücləndirəcəkdir. Son nəticədə isə ölkəmizdə səmərəli fəaliyyət göstərən aqrar sektor formalaşacaqdır. Proqramda bu məsələ ilə bağlı hansı tədbirlərin hansı müddətdə və hansı dövlət qurumları tərəfindən görüləcəyi dəqiq əksini tapıb. Hesab edirəm ki, dövlət proqramının uğurlu icrası ölkəmizdə kənd təsərrüfatının inkişafında yeni mərhələnin başlanğıcı olacaqdır.

Bu səhifəni göndər

Adınız
E-poçt
Mesajınız

Comments are closed, but trackbacks and pingbacks are open.