Press "Enter" to skip to content

Aqrar sahənin inkişafı

Kənd Təsərrüfatı naziri İnam Kərimov fermerlərə müraciət edib. “Report”un nazirliyə istinadən verdiyi məlumata görə, müraciətdə deyilir: “Əziz fermerlər! Sizi 1 noyabr – kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə təbrik edir, fəaliyyətinizdə uğurlar diləyirəm. Bu il kənd təsərrüfatı işçilərinin peşə bayramı tarixi günlərə təsadüf edir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızı azad etmək üçün uğurlu əks-həmlə əməliyyatı həyata keçirir. Bu əməliyyatlar nəticəsində artıq 4 rayon, 3 qəsəbə, 186 kənd və bir sıra strateji yüksəkliklər düşmən işğalından azad edilib. Cəbhədə əldə etdiyimiz qələbələr bütün vətəndaşlarımızı ruhlandırır, cəmiyyəti bir yumruq kimi birləşdirir. Çox təəssüflər olsun ki, döyüş meydanında məğlub olan mənfur düşmən mülki vətəndaşlarımızı hədəfə götürür. Erməni hərbi birləşmələrinin atəş xəttindən uzaqda yerləşən evləri, mülki infrastrukturu və sadə insanları atəşə tutması nəticəsində 11-i uşaq olmaqla 91 soydaşımız həlak olub, 404 soydaşımız yaralanıb, 2465 yaşayış evi və 455 mülki obyekt yararsız vəziyyətə düşüb. Mülki əhaliyə xain hücumlar nəticəsində həlak olan və yaralanan soydaşlarımız arasında həmçinin fermerlərimiz var. Ermənistanın hərbi təcavüzü əkin sahələrimizə, iş yerləri yaradan və kəndlərin inkişafını təmin edən ərzaq istehsalına da mənfi təsir göstərib. Bu təcavüz unikal və təmizqanlı məşhur Qarabağ damazlıq atları üçün ciddi təhdidlərə səbəb olub, təmas xəttində yerləşən kəndlərdə xeyli sayda iri və xırdabuynuzlu heyvan tələf edilib, yem ehtiyatları yandırılıb, on minlərlə hektar əkin sahələrində yığım məhdudlaşıb, kənd təsərrüfatı texnikası məhv edilib. Ümumilikdə davam edən hərbi təcavüz yüz mindən çox fermerin həyatına təsir edib. Torpaqlarımızın işğaldan azad edilməsi biz fermerlərin üzərinə böyük məsuliyyət qoyur. Prezident İ.Əliyevin qeyd etdiyi kimi, biz işğaldan azad edilən torpaqları həyata qaytarmalıyıq. Bu məqsədlə azad edilmiş torpaqlarımızda kənd təsərrüfatının gələcək inkişafının planlaşdırılmasına başlanılıb. Torpaqlarımızın azad edilməsi kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək. Ölkənin əkin dövriyyəsi artacaq, strateji əhəmiyyətli su anbarlarının yerləşdiyi ərazilərin işğaldan azad edilməsi nəticəsində yüz min hektarlarla sahənin suvarılması təmin ediləcək. Azad edilmiş torpaqlarda üzümçülük, taxılçılıq, pambıqçılıq və heyvandarlığın inkişafı üçün çox böyük potensial var. Bu potensialdan düzgün istifadə etməklə, eyni zamanda aqrar emal sənayesini genişləndirməklə kənd təsərrüfatının davamlı inkişafı təmin olunacaq. Aqrar sahədə çalışan hər bir kəs öz üzərinə düşən məsuliyyəti anlayır və müharibə dövründə ikiqat əzmlə çalışır. Əminik ki, Ordumuzun cəbhədə əldə etdiyi qələbələri fermerlərimiz əmək cəbhəsində davam etdirəcəklər”. Əziz fermerlər! Sizin adınızdan fermerlərimizə daim qayğı göstərən, aqrar sahənin inkişafına davamlı dəstək verən İ.Əliyevə bu diqqətinə görə təşəkkürümüzü bildirir, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda əməliyyatları davam etdirən rəşadətli Ordumuza uğurlar diləyirik. Bildiririk ki, işğaldan azad olunmuş torpaqlarda dağıdılaraq məhv edilmiş aqrar fəaliyyətin yenidən bərpası və inkişafına Kənd Təsərrüfatı Nazirliyinin bütün kollektivi və fermerlər əzmlə hazırdır. Qələbə bizim olacaq! Qarabağ Azərbaycandır!”

İnam Kərimov: “Qarabağda aqrar inkişafın planlaşdırılmasına başlanılıb”

İnam Kərimov: “Qarabağda aqrar inkişafın planlaşdırılmasına başlanılıb” Kənd Təsərrüfatı naziri İnam Kərimov fermerlərə müraciət edib.

1 Noyabr , 2020 11:45

https://static.report.az/photo/17b2738e-3094-3d2d-99a0-9bb7cc52a5d1.jpg

İnam Kərimov

  • Azərbaycan ordusu
  • fermerlər
  • Kənd Təsərrüfatı Nazirliyi

Aqrar sahənin inkişafı

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində aqrar sektor da keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Konkret rəqəmlərə müraciət edək. Bu il ümumilikdə ölkə üzrə 3 milyon 228 min 330 ton taxıl toplanıb ki, bu da ötən illə müqayisədə 200 min ton artıqdır. Cari ilin 8 ayında kənd təsərrüfatının digər məhsul istehsalı sahələrində də yüksək nailiyyətlər qazanılıb.

Belə ki, sentyabr ayının 1-nə kimi sahələrdən 1 283,8 min ton və yaxud ötən ilin müvafiq dövrünə nisbətən 11,3% çox tərəvəz, 703,8 min ton kartof (9,5% çox) yığılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında diri çəkidə ət istehsalı 3% artaraq 332,6 min ton, süd istehsalı 1,5% artaraq 1 386 min ton, yumurta istehsalı 6,9% artaraq 1 242,2 milyon ədəd olub. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5 206,7 milyon manat təşkil edib ki, bunun da 2 557 milyon manatı heyvandarlıq, 2 649,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. Bu isə o deməkdir ki, məhsul istehsalının artması bölgədə yaşayan əhalinin məşğulluğunun və rifahının yaxşılaşmasına da öz müsbət təsirini göstərir. Sadalanan göstəricilər bir daha ölkəmizin dayanıqlı inkişaf yolu ilə getdiyini təsdiqləyir. İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, bu meyillərin 2020-ci ildə də davam edəcəyi gözlənilir.

Ekspert Nicat Nəsirli mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında söylədi ki, bu artımlarda aqrar sektorda çalışanlara dövlət tərəfindən edilən güzəştlər, fermerlərin torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad edilməsi, istifadə olunan yanacaq və sürtkü yağlarının, toxum və gübrələrin büdcədən subsidiyalaşdırılması mühüm rol oynayıb. Yeri gəlmişkən qeyd edək ki, cari il iyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə dövlətimizin başçısı aqrar sektorda həyata keçirilən islahatları yüksək dəyərləndirərək demişdir: “Müxtəlif istiqamətli addımlar kənd təsərrüfatında canlanmaya gətirib çıxarıb. Əlbəttə ki, dövlət dəstəyi hər zaman olduğu kimi, bu il də göstərilir, bundan sonra da göstəriləcək. Bu istiqamətdə atılan addımlar artıq real nəticələr verir və kənd təsərrüfatı uğurla inkişaf edir. Kənd təsərrüfatı hər bir ölkə üçün önəmli sahədir”. Bu sözlərlə də Prezident aqrar sahənin inkişafını ölkənin strateji məqsədi kimi dəyərləndirib.

Müsahibimizin fikrincə, bu gün ölkəmizin aqrar sektorunun qarşısında duran əsas vəzifə məhsul istehsalının artırılması, istehsal xərclərinin minimuma endirilməsi yolu ilə iqtisadi səmərəliliyin yüksəldilməsidir: “Buna görə də ölkəmizdə əkinə yararlı suvarılan torpaqların münbitliyinin bərpası, yerli toxumçuluğun inkişafı, innovativ metodlardan istifadə, aqrar sahədə yeni subsidiya mexanizminin hazırlanması, aqrar sığorta sisteminin təşkili, həmçinin birgə təsərrüfatçılıq, kooperativlərin tətbiqi kimi uğurlu layihələr icra olunur. Fikrimcə, kooperativlərin yaradılması kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən istehsalçıların bir araya gələrək daha effektiv fəaliyyət göstərə bilməsi, məhsuldarlığın artırılması, planlı təsərrüfatla məşğul olması, xərclərin azaldılması baxımından daha əhəmiyyətli rol oynayır. Yeri gəlmişkən, son illər bizdə regional amillərə görə ixtisaslaşma da sürətlənib. Məsələn, Şamaxıda daha çox üzümçülük, Beyləqanda daha çox heyvandarlıq yayılıb. Hazırda bu ixtisaslar üzrə kooperasiyaların yaranması prosesi aparılır. Sabirabadda, Qaxda, Salyanda artıq 4-5 istiqamət üzrə ixtisaslaşmış kooperasiya qurulub. Yəqin bilirsiniz ki, hazırda Azərbaycanın özünü ət və ət məhsulları ilə təminetmə səviyyəsi 83 faizdir. Bu yerdə bir məsələyə də toxunmaq istərdim. Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair Dövlət Proqramı da hazırlanıb və təsdiq olunma ərəfəsindədir. Bu isə o deməkdir ki, ölkədə heyvandarlığın inkişaf etdirilməsi daha prioritet istiqamət kimi müəyyənləşdirilir. Bir sözlə, icra olunan və icra olunacaq layihələrin, proqramların başa çatacağı dövrdə bu məhsullarla özünütəminetmə səviyyəsi də yüz faizə qalxacaq. Yəni bu kimi addımlar sayəsində həmin məsələ də yaxın illərdə öz həllini tapacaq”.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Xankəndi

2017-ci ilin yanvar-oktyabr aylarının nəticəsinə əsasən, istehlak məhsulları ilə xidmətlərin qiymətləri ötən ilin müvafiq dövrüylə müqayisədə 13,7, o cümlədən, ərzaq məhsullarının qiymətləri 17,6, qeyri-ərzaq mallarının qiymətləri 12,4, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 9,6% artıb. Statistika Komitəsinin məlumatına görə, oktyabr ayı ərzində sentyabra nisbətən istehlak məhsulları ilə xidmətlərin qiymətləri 1,1, ərzaq məhsulları 2,3, qeyri-ərzaq 0,3, əhaliyə göstərilən pullu xidmətlər isə 0,2% səviyyəsində artım nümayiş etdirib.

Göründüyü kimi, ən çox ərzaq məhsulları bahalaşıb. Çünki yay mövsümünün sonundan bütün dünyada ərzaq məhsullarının qiymətləri qalxır və bu, heç də yaxşı hal deyil. Çünki istehlak artır, istehsal isə bir çox ölkələrdə düşür. Bu da, ölkəmizdə qeyri-neft sektoru hələ yetərincə inkişaf etmədiyindən bizim üçün daha böyük çətinliklər yaradır.

Deməli, kənd təsərrüfatının inkişafı, yəni bu sahədə məhsul istehsalı artımı sənayedən də əvvəl baş verməlidir və bu məsələ nəzarətdə saxlanılmalıdır. Bu mənada, indiyədək bölgələrdə zavod və fabriklərin tikilib açılması nə qədərə zəruri və vacib xarakter daşıyırdısa, regionların iqtisadiyyatında əsas gəlir mənbəyini aqrar məhsulların istehsalı və tədarükünün təşkil etməli olduğu indi özünü daha açıq şəkildə büruzə verir. Mərkəzdən maliyyələşdirilməsi səviyyəsi də məhz bunun sayəsində minimuma enməlidir.

Başqa sözlə desəm, dövlət əvvəlkitək sosial xarakterli infrastrukturların qayğısına qala bilər, amma digər sahələri maliyyələşdirmədə iştirak etməməlidir. Bunu zəruri edən digər amil də ölkədə əmək qabiliyyətli əhalinin 40%-ə yaxın hissəsinin məhz aqrar istehsala məxsus sahələrdə, yəni regionlarda məskunlaşması təşkil edir.
Bəs, real vəziyyət necədir?

Düzdür, kənd təsərrüfatı sahəsində məhsul istehsalında artım var. 2017-ci ilin yanvar-oktyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 5,780 milyard manat təşkil edib ki, onun da 2 milyard 929,1 milyon manatı heyvandarlıq, 2 milyard 850,9 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4%, heyvandarlıq məhsullarının istehsalı 2,8%, bitkiçilik məhsulları isə 5,3% artıb.

Ümumiyyətlə, Azərbaycanda dövlət tərəfindən kənd təsərrüfatının inkişafına müntəzəm olaraq çox böyük vəsait ayrılır və investisiyalar yönəldilir. Ölkədə əksər kənd təsərrüfatı məhsullarının satışı üçün çox geniş imkanlar mövcuddur: Hamısı ixrac yönümlü məhsullardır, onların satışı üçün bazarlar axtarmağa ehtiyac yoxdur və bu, olduqca üstün cəhətdir. Odur ki, dövlət getdikcə hər şeyi öz üzərinə götürür və tezliklə ölkənin aqrar sektorunda çox böyük sıçrayış əldə etmək istənilir.

Yeri gəlmişkən, bu ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı ixracından 396 milyon dollar əldə etmişik ki, ilin sonunadək bu rəqəmin 550 milyon dollar səviyyəsində olacağı gözlənilir. Ümumiyyətlə, 2018-2021-ci illərdə ölkədə ümumən qeyri-neft sektorunun orta hesabla 7,3% artacağı proqnozlaşdırılır ki, bunun daxilində gələn il aqrar sektor üzrə 6,2%, növbəti 3 ildəsə orta hesabla 6% yüksəliş olacağı proqnozlaşdırılır.

Bir sözlə, ölkənin sosial-iqtisadi həyatında xüsusi əhəmiyyət kəsb etdiyi üçün qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektoru ötən dövr ərzində iqtisadiyyatın əsas sektorlarından biri kimi müəyyənləşdirilib və görülmüş tədbirlər nəticəsində də bu sektorun inkişafı üçün əlverişli şərait yaranıb.

Ancaq bir məsələ var. Azərbaycanda aqrar sahədə islahatlar hələ 90-cı illərdən başlanıb və bu gün də davam etdirilir. Bununla belə, ölkədə bu islahatlar heç də kompleks nəticələr və irəliləyiş əldə etməyə imkan yaratmayıb. Yəni sözügedən sahədə birtərəfli inkişaf əldə olunub, bəzi ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı isə dayanıb. Düzdür, indi həmin sahələr bərpa olunur. Amma necə təəssüf ki, bu sahədə problem var.

Məsələn, əvvəlki şərhlərimizin birində yazmışdıq ki, keçən il fındıq Azərbaycanın qeyri-neft sektoru üzrə ən böyük ixrac məhsulu olub. Ölkəyə 105 milyon dollar valyuta gətirib. Bu, Şimal-Qərb rayonlarının kənd camaatını çox sevindirmişdi. Çünki bir ara qiymətlər kiloya 7-8 manata qədər qalxmışdı. Ümumiyyətlə, bu ilin birinci yarımili ərzində 32,3 milyon dollar dəyərində fındıq ixrac edilib. Sözün qısası, fındıq ən çox valyuta gətirən kənd təsərrüfatı istehsalı məhsulu olub. Odur ki, ölkənin 13 rayonu üzrə 40 min hektardan artıq ərazidə fındıq bağları salınır, 2017-2018-ci illərdə daha 10 min hektar salınacaq və sair. Hazırda fındıqçılıqla 9 min nəfər məşğuldursa, bu rəqəm 20 min nəfərə çatacaq.

Rəsmi olaraq da deyildi ki, keçənilki 7-8 manat aşağı qiymətdir. Çünki xarici bazarlarda fındığın 1 kiloqramının qiyməti bizim pulla 10 manatdan çoxdur. Ancaq çox maraqlıdır ki, bu ilsə kənd camaatından fındığın alış qiymətinin 3 manatdan artıq olmadı. Əhali məyus qaldı.

Sual olunur, niyə? Bu və ya digər gəlir gətirən sahəyə dəstək göstərilməsi tələb olunanda nədən əhalinin, yəni fərdi istehsalçı və tədarükçülərin iqtisadi maddi maraqları məngənəyə düşsün ki? Bax, bu cür məsələlər həllini tapmalldır. Yəni, aqrar sahədə stimullaşdırıcı xarakter daşıyan siyasətdə qiymət amili, maddi maraqların qorunması prinsipləri mütləq təmin olunmalıdır. Çünki bazar iqtisadiyyatı şəraitində hər şey qiymətlərdən asılıdır. Bütün növ qiymətlərdən.

Pərviz Heydərov
AzVision.az üçün

Comments are closed, but trackbacks and pingbacks are open.