Press "Enter" to skip to content

Aqrar təsərrüfatı məhsulları

Bu gün ölkə başçısı tərəfindən prioritet istiqamət kimi müəyyən edilmiş kənd təsərrüfatı sahəsində davamlı inkişafın və dayanıqlığın artırılması məqsədilə kompleks tədbirlər davam etdirilir. Həyata keçirilən sistemli tədbirlər sırasında fermerlərin risklərinin azaldılması və aqrar sığortanın tətbiqi ilə bağlı görülən işlər xüsusi əhəmiyyət kəsb etməkdədir. Belə ki, aqrar sığorta sisteminin təkmilləşdirilməsi ölkəmizdə idxaldan asılılığın azaldılmasına, ərzaq təhlükəsizliyinin gücləndirilməsinə və ixrac potensialının artmasına mühüm töhfə verməklə bərabər, aqrar sahədə çalışan sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdıracaq, bu sahəyə biznes marağının artmasına və investisiyaların təşviqinə şərait yaradacaqdır. Aqrar sığortanın tətbiqi və inkişaf etdirilməsi Prezidentin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilən Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına, habelə maliyyə xidmətlərinin inkişafına dair strateji yol xəritələrində də öz əksini tapıb. Həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 11 aprel 2017-ci il tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə nəzərdə tutulan tədbirlərdən biri də effektiv, dayanıqlı və sağlam kənd təsərrüfatı sığortası mexanizminin yaradılmasıdır.

Tapılmış elanlar

Aşağıda göstərilən şərtlər və tələblər, habelə bu Saytda (daha sonra “Sayt” adlandırılacaq), tətbiq olunan istənilən qanunlar və qanunvericilik aktları bu Saytın bütün istifadəçilərinə şamil olunur. Sayta daxil olma və Saytdan istifadə hazırkı istifadə şərtləri (daha sonra “İstifadə şərtləri” adlandırılacaq), həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Sayta daxil olub ondan istifadə edərkən İstifadəçi qeyd-şərtsiz və istisnasız olaraq bu “İstifadə şərtlərini” tam şəkildə qəbul etmiş hesab olunur.

Tətbiq olunma

Bu sayta bütün ziyarətlər zamanı hazırkı qaydalar və istifadə şərtləri (bundan sonra “İstifadəçi Şərtləri”) vasitəsi ilə sizə təmin olunan bütün məlumat, məsləhət və ya xidmətlər (bundan sonra “Məlumat”) real həqiqəti bildirməklə tətbiq edilir. Bu saytdan istifadə edərkən siz “İstifadəçi Şərtləri” ilə razılaşmağı öhdənizə götürürsünüz. Bu ”İstifadəçi Şərtləri” hər zaman Aqrar.az tərəfindən dəyişdirilə və ya düzəliş edilə bilər. Dəyişdirilmiş və ya düzəldilmiş “İstifadəçi Şərtləri” bu sayta yerləşdirilmə anından qüvvəyə minir.

Məlumat və məsuliyyət

Saytdan istifadə zamanı (və ya istifadənin mümkünsüzlüyü ilə bağlı) yaranmış hər hansı zərər (“Məlumat” şübhəli, yanlışlığı, virus səbəbindən korlanmış, natamam məlumat və s.) üçün Aqrar.az heç bir məsuliyyət daşımır, əgər bu zərər Aqrar.az və ya onun aparıcı işçisi tərəfindən qəsdən qərəzli edilməyibsə.

Bundan başqa, Aqrar.az virusların ötürülməsi və elektron əlaqələri üçün istifadə olunan kompyuter proqramları, üçüncü tərəfdən elektron əlaqələrin kəsilməsi və təhrif olunması, elektron əlaqələrinin tədarükünün kəsilməsi və ya gecikməsi ilə nəticələnən məhdudlaşdırılmayan ziyanlar daxil olmaqla elektron əlaqə vasitələrinin istifadəsindən yaranan ziyanlar üçün məsuliyyət daşımır.

İstifadəçi saytda yerləşdiriləcək Məlumatlar ilə bağlı aşağıda qeyd olunanlar ilə razılaşır:

– Materiallar digər şəxslərin hüquqlarını pozmur;

– istifadəsinə icazə almadan şəxslərin görüntüsünü və ya onun bir hissəsini əks etdirmir;

– İstifadəçi müəllif hüquqlarına, əmtəə nişanlarına və ya digər hüquqlara (əqli mülkiyyət) icazəsi olmayan materiallardan istifadə etmir;

– Xoşagəlməz, zərəli, təhqiredici, alçaldıcı, irqçi və ya ayrı-seçkili xarakterli materialardan ibarət deyil.

– Təsvirdə olan məlumatda təhqiramiz ifadə və reklam xarakterli məlumat olmamalıdır.

– Təsvirdə yazılan məlumat xanada qeyd olunan məlumata uyğun olmalıdır.

– Operatora və ya moderatora qarşı hörmətsizlik edən istifadəçinin əlaqə vasitələri blok olunur və o, Aqrar.az saytında elan yerləşdirə bilməz.

– “Təkrar elan” xidmətinin qaydalarını pozduğu halda istifadəçiyə birinci dəfə xəbərdarlıq edilir, yenidən qaydaları pozarsa, qara siyahıya düşür.

– Əlaqə vasitələrinin qara siyahıdan çıxarılması mümkün deyil.

– Üçüncü şəxsin əlaqə vasitələri qeyd edildikdə və həmin səxs şikayət etdikdə əlaqə vasitələri qara siyahıya düşür.

Şəkillərin yerləşdirilməsi:

1. Elanda şəkillərin maksimal sayı 5-dir.

2. Şəkillər keyfiyyətli olmalıdır.

3. “Skrinşot” şəkilləri dərc olunmur. Çərçivədə olan, və ya ağ/qara xətlərlə olan şəkillər dərc olunmur.

4. Şəkillərdə reklam xarakteri daşıyan məlumat olmamalıdır.

5. Yad şəxslərin şəkillərinin və ya internetdən götürülən şəkillərin yerləşdirilməsi qadağandır.

Əlaqə vasitələri:

1. Əlaqə vasitələrini düzgün daxil edin: satıcının adı, elektron ünvanı, telefon nömrəsi.

2. Elan dərc olunduqdan sonra telefon nömrəsi ilə bağlı heç bir dəyişiklik həyata keçirilmir.

İstifadəçi yerləşdirdiyi elanın dəqiqliyinə, tamlığına, onun Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğunluğuna, elanda yerləşdirilən məlumatların üçüncü şəxslərin hüquqlarını pozmamasına və onların iddialarından azad olmasına görə məsuliyyət daşıyır.

Qaydaların pozulması və ya reklam üzrə istifadəçilərin çoxsaylı şikayətləri elanın və eyni zamanda onların sahiblərinin qeydiyyat hesablarının bloklanması ilə nəticələnə bilər. Nəzərdə saxlayın ki, bütün elanlar əlavə xidmətlərin (“Premium”, “Yenidən birinci” və digər) onlara tətbiq edilib-edilməməsindən asılı olmayaraq qaydalara uyğun olmalıdır. Qaydaların pozulması halında hətta ödəniş olunmuş elanlar da blok oluna və ya silinə bilər. Ticarət platformasının bütün istifadəçiləri üçün bərabər şəraitin təmin edilməsi məqsədilə hər kəs elan yerləşdirməzdən əvvəl Aqrar.az -ın qaydaları ilə tanış olub riayət etməlidir. Aqrar.az əlavə izahat vermədən öz saytından hər hansı “Materiallar”-dan tam və ya qismən imtina etmək, silmək və dəyişmək hüququna malikdir.

İSTİFADƏÇİ RAZILAŞMASI

ÜMUMİ ŞƏRTLƏR

Hazırkı Razılaşma İstifadəçilər tərəfindən Aqrar.az saytının material və xidmətlərindən istifadə etmələrinin şərtlərini müəyyən edir.

Hazırkı Razılaşma kütləvi ofertadır. Saytın istənilən materiallarına icazə əldə etməklə İstifadəçi avtomatik olaraq hazırkı Razılaşmaya qoşulmuş hesab edilir.

Saytın administrasiyası istənilən vaxt birtərəfli qaydada hazırkı Razılaşmanın şərtlərini dəyişmək hüququna malikdir. İstifadəçi hazırkı Razılaşmada mümkün dəyişikliklərin yoxlanmasına görə şəxsi məsuliyyət daşıyır.

Saytın materiallarından sitat gətirildikdə və ya onlardan istifadə olunduqda Sayta mütləq şəkildə istinad edilməlidir.

İstifadəçinin hazırkı Razılaşmanın şərtləri ilə və ya ona daxil edilmiş dəyişikliklərlə razılaşmadığı halda o Servisə girişdən imtina etməli, Servisin xidmətlərindən istifadə etməsini dayandırmalıdır.

TERMİN VƏ ANLAYIŞLAR

1. Servis – İnternet şəbəkəsində www.aqrar.az ünvanında yerləşdirilmiş İnternet-resursu (sayt), müxtəlif əməliyyat sistemləri əsasında sayta əlavələr və başqa xidmətlər, həmçinin proqram təminatıdır, saytın, əlavələrin və başqa xidmətlərin dizaynı (qrafiki tərtibatı), məlumat bazası, xidmətlərin istənilən bölməsi (yarımbölmələri), həmçinin xidmətlərdə Administrasiya və İstifadəçilər tərəfindən yerləşdirilmiş informasiyadır.

2. Administrasiya – qeydiyyatdan keçmiş Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hərəkət edən Servisin inzibatçılığını həyata keçirir və ona Servis üçün mülkiyyətin bütün müstəsna hüquqları aiddir.

3. İstifadəçi – razılaşma şərtlərini qəbul etmiş və Servis xidmətlərindən istifadə edən istənilən hüquq səlahiyyəti olan şəxsdir.

4. Şəxsi kabinet – bu İstifadəçinin mühitinin İstifadəçi tərəfindən müəyyən edilmiş (yerləşdirilmiş) məlumatlar və qurmalar məcmusudur. Hər hansı bir İstifadəçinin yalnız bir Şəxsi kabinetə malik olmaq hüququ var.

5. İstifadəçinin şəxsi informasiyası – İstifadəçi haqqında məlumatlardır və ya məlumatlar məcmusudur ki, İstifadəçi özü haqqında, İstifadəçinin şəxsi məlumatları, Servisdən istifadə prosesində Administrasiyaya avtomatik olaraq ötürülən informasiya, o cümlədən IP-ünvan, cookie-dən informasiya, İstifadəçinin brauzeri haqqında və İstifadəçi haqqında başqa informasiyalar daxil olmaqla, qeydiyyat vaxtı sərbəst və ya Servisdən istifadə prosesində təqdim edir.

6. İnformasiya – Servisdə İstifadəçi və ya Administrasiya tərəfindən yerləşdirilmiş istənilən informasiyadır.

7. Spam – alanlar tərəfindən kütləvi, icazə verilməyən və/və ya gözlənməyən reklam, informasiya, təşviqat və ya başqa xarakterli poçt və başqa göndərilmələrdir.

8. Hazırkı Razılaşmanın Tərəfləri– Administrasiya və İstifadəçidir.

Həmin İstifadəçi Razılaşmasında istifadə olunan və “Terminlər və təyinlər” bəndində əksini tapmayan istənilən terminlər və anlayışlar, İstifadəçi Razılaşmasının mətnindən yaranan mənaya müvafiq olaraq izah ediləcəkdir. İstifadəçi Razılaşmasında istifadə edilən terminin və ya təyinin izah edilməsi barədə istənilən fikir ayrılıqlarının yaranması halında Administrasiya tərəfindən müəyyən edilən izah etmə tətbiq ediləcəkdir.

Servisdə qeydiyyat könüllüdür. Servisdə qeydiyyat halında İstifadəçi Servisin əlavə xidmətlərinə daxil olur. Administrasiya İstifadəçidən onun qeydiyyat vaxtı göstərdiyi məlumatların təsdiqlənməsini və təsdiqləyici sənədləri istənilən vaxt tələb etmək hüququnu öz ayağında saxlayır.

İstifadəçi öz parolunu gizli saxlamağı öhdəsinə götürür. İstifadəçi öz elektron ünvanından və paroldan istifadə ilə hərəkətlərə, həmçinin də İstifadəçinin Şəxsi kabinetində yerinə yetirilən hərəkətlərə görə məsuliyyət daşıyır. İstifadəçi Servis xidmətlərindən yalnız öz şəxsi elektron ünvandan və paroldan istifadə ilə istifadə etmək hüququna malikdir. Əgər İstifadəçidə onun Şəxsi kabinetinə icazəsiz daxil olma haqqında şübhələnməyə əsaslar varsa, İstifadəçi öz parolunu sərbəst dəyişməyi öhdəsinə götürür.

Administrasiya zəmanət verə bilməz ki, İstifadəçi həqiqətən təqdim edildiyi kimidir, Servisdə qeydiyyat zamanı İstifadəçi tərəfindən verilmiş informasiya isə doğrudur.

Administrasiya öz şəxsi mülahizəsi üzrə İstifadəçinin hazırkı Razılaşmanın şərtlərini pozan xidmətlərinə girişi dayandırmaq hüququnu öz ayağında saxlayır.

İstifadəçi tərəfindən başqa şəxslərin hüquqlarının və ya qüvvədə olan qanunvericiliyin pozması halında, həmçinin başqa səbəblərdən öz istədiyi kimi, Servis İstifadəçinin girişini məhdudlaşdırmaq və ya dayandırmaq hüququna malikdir.

İstifadəçi, hansının ki, xidmətlərə girişi dayandırılmışdır, və ya hansının ki, məlumatları etibarsızdır, Administrasiyanın xüsusi icazəsi olmadan təkrar olaraq qeydiyyatdan keçmək hüququna malik deyildir. Belə İstifadəçi həmçinin Servisə və onun xidmətlərinə giriş üçün başqa İstifadəçinin qeydiyyat məlumatlarından istifadə etmək hüquqlarına malik deyildir.

QEYDIYYATDAN KEÇMIŞ ISTIFADƏÇILƏRIN ÖHDƏLIKLƏRI

Saytda qadağan olunmuş hərəkətlər:

1.1 Səlahiyyət olmadan başqa şəxslərin və ya hər hansı şirkətin adından çıxış etmək və özünü nümayəndə kimi təqdim etmək;

1.2 Saytın normal fəaliyyətinə mane olmaq;

1.3 Xidmət və ya məhsulları yerləşdirərkən yalnış məlumatlar daxil etmək, başqalarına məxsus fotoşəkillər istifadə etmək və məhsulu yanlış kateqoriyada yerləşdirmək;

1.4 Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq əqd və ya müqaviləni bağlamaq üçün hüquq və fəaliyyət qabiliyyəti olmadan saytın xidmətlərindən istifadə etmək;

1.5 Yalan, qeyri-dəqiq, aldadıcı, böhtan xarakterli məlumatlar yerləşdirmək;

1.6 Saytın əvvəlcədən verilmiş icazəsi olmadan saytın xidmətlərindən istifadə etmək üçün robotlardan, məlumat toplayan və çıxaran proqramlardan və digər avtomatlaşdırılmış proqramlardan istifadə etmək;

1.7 Sayta məxsus olan və ya portal tərəfindən lisenziya əsasında istifadə edilən müəlliflik hüquqlarından, patentlərdən, məlumat bazalarından, proqramlaşdırma kodlarından və digər əqli mülkiyyət hüququ predmetlərini qeyri-qanuni şəkildə istifadə etmək;

1.8 Mövzudan kənar, üçüncü tərəfin müəllif hüquqularının və ya portaldan istifadə şərtlərinin pozmaq;

1.9 Saxta, mənşəyi bəlli olmayan məhsulları satmaq;

1.10 Xidmət və ya məhsulların qarşılığının ödənməsinə rəğmən xidmət göstərməmək və ya məhsulu çatdırmamaq;

1.11 Saytın rəsmi icazəsi olmadan istifadəçi profaylını üçüncü şəxsə satmaq, icarəyə vermək və ya digər formada özgəninkiləşdirmək;

1.12 Saytın iş prinsipinə mane olacaq spam və ya virusların yayılması;

1.13 İstifadəçinin icazəsi olmadan həmin istifadəçinin elektron poçt və ya digər şəxsi məlumatların toplamaq və saxlamaq;

1.14. Servisin infrastrukturunu böyük yüklənməyə gətirib çıxara bilən heç bir hərəkətə təşəbbüs etmək;

1.15. üçüncü şəxsin mülkiyyətini pozmaq və ya onun ticarət sirrinə və ya onun şəxsi həyatına toxunulmazlıq hüququna qəsd etmə;

1.16. özündə kiminsə şərəfini, ləyaqətini və ya işgüzar reputasiyasını təhqir edən məlumatları saxlamaq;

1.17. özündə kompüter viruslarını saxlamaq, həmçinin də başqa kompüter proqramları, xüsusi halda, ziyanın çəkilməsinə, səlahiyyətsiz müdaxiləyə, gizli ələ keçirməyə və ya istənilən sistemin məlumatlarının və ya sistemin özünün, və ya onun hissəsinin, və ya şəxsi informasiyanın və ya başqa məlumatların (Servisin məlumatları daxil olmaqla) mənimsənməsinə yönəldilmiş.

2. İstifadəçi təklif etdiyi məhsulun təsvirinin dəqiqliyi və məzmununa görə məsuliyyət daşıyırsınız.

3. Əgər portal müstəsna olaraq öz mülahizəsinə əsasən istifadəçi tərəfindən portaldan sui-istifadə edilməsi qənaətinə gələrsə, istifadəçinin profaylını məhdudlaşdıra, müvəqqəti olaraq dayandıra və ya ləğv edə bilər, habelə istifadəçinin portalda yerləşdiridyi bütün növ məlumatları geri qaytarılmamaq şərtilə silə və istifadəçinin portaldan istifadə etməsinin qarşısını almaq üçün öz imkanları daxilində olan və qanunla yol verilən bütün vasitələrdən istifadə edə bilər.

Servisdən istifadə. Elanların yerləşdirilməsi

1. Administrasiya xüsusi formanın doldurandan sonra bütün qeydiyyatdan keçmiş və qeydiyyatdan keçməmiş İstifadəçilərə Servisdə elanları yerləşdirmək hüququnu verir.

2. İstifadəçi qanunvericilik və ya beynəlxalq hüququn normaları pozulması kimi baxıla bilən hərəkətləri, o cümlədən intellektual mülkiyyət, müəlliflər və/və ya yanaşı hüquqlar sahəsində, həmçinin Servisin normal işinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara biləcək istənilən hərəkətləri, təşəbbüs etməməyə razılaşır.

3. Bütün sazişlər İstifadəçilər arasında birbaşa bağlanılır. Servisin vasitəsi ilə İstifadəçilər tərəfindən həyata keçirilən sazişlərin iştirakçı və/və ya vasitəçisi deyildir. Administrasiya belə sazişlərə nəzarət etmir və onlara görə məsuliyyət daşımır.

4. İstifadəçi o haqda xəbərdarlıq edilmişdir ki, Administrasiya onun tərəfindən xarici resurslara girişə və istifadəyə görə məsuliyyət daşımır, hansılara ki, dair istinadlar Servisdə ola bilər. Administrasiya elanların məzmununa, başqa resurslara istinadlar və elanların təsvirində göstərilmiş başqa informasiyaya görə məsuliyyət daşımır.

5. İstifadəçi tərəfindən istənilən informasiyanın və məlumatların verilməsi ilə əlaqədar olaraq üçüncü şəxslərin hüquqlarının pozulmasına görə Servis məsuliyyət daşımır.

6. İstifadəçi təsdiq edir ki, Servisdə elanlarda informasiyanın və məlumatların yerləşdirilməsinə, bütün lazımlı hüquqlara, lisenziyalara, icazələrə malikdir, bütün patentlər, ticarət markaları, ticarət sirləri, intellektual mülkiyyət hüquqları daxil olmaqla, və ya uyğun olan yazılı razılığa, lisenziyaya və ya üçüncü şəxslərin onların adlarından, təsvirlərdən və ya başqa obyektlərdən istifadə üçün icazəsinə malikdir.

7. Pullu xidmətlərdən istifadə zəmanət vermir ki, elan hazırkı Razılaşmanın pozulması zamanı Administrasiya tərəfindən bloklanmayacaqdır. Elanların yerləşdirilməsi qaydalarının pozulması halında ödənmiş xidmətlərə görə pul vasitələri qaytarılmır.

8. Elanda özündə satış, istifadə haqqında təklifləri və ya mallar və xidmətlər haqqında başqa informasiyanı saxlayan internet-saytların səhifələrinə istinadları qoymaq qadağandır.

9. İstifadəçi Administrasiyanın yazı icazəsi olmadan Servisə girişin alınması üçün avtomatik proqramlardan istifadə etməməyi öhdəsinə götürür. Elanları yerləşdirməyə icazə verən kompüter proqramlarından istifadə elanların yerləşdirilməsinin adi sırasını keçərək, Administrasiyanın yazılı icazəsi olmadığı halda, qadağandır.

İstifadəçilər Servisdə pullu xidmətləri sifariş edə bilərlər.

Pullu xidmətlərin növləri:

– 5 pulsuz elan. Hər yeni elan ödənişlidir

Xidmətlərə qiymətlər, həmçinin pullu xidmətlərin sifariş qaydası Servisin müvafiq səhifələrində göstərilmişdir.

Servisin xidmətlərini ödəmiş Servis İstifadəçisi vasitələrin qaytarılması xahişi ilə Administrasiyaya müraciət etmək hüququna malikdir. Pul vasitələrinin qaytarılmasında qaytarılma və ya imtina haqqında qərar birtərəfli qayda ilə Administrasiya tərəfindən qəbul edilir.

Administrasiya pul vasitələrinin İstifadəçiyə qaytarılmasında imtina etməkdə bu hallarda haqlıdır, əgər:

İstifadəçi hazırkı Razılaşmanın şərtlərini müntəzəm pozur.

Əgər xidmət aktivləşdirilmişdir, həmçinin hallarda, əgər elan moderasiyadan sonra silinmişdir.

Ödəmə sistemində hər hansı nasazlıqların yaranması halında. Servis İstifadəçilərin vasitəsilə Servis xidmətlərini ödəyən ödəmə sistemlərinin işinə görə məsuliyyət daşımır. Pul vasitələrinin bu halda qaytarılması haqqında məsələ fərdi qaydada həll edilir.

Digər hallarda Administrasiyanın qərarı üzrə.

Pul vəsaitlərin qaytarılma qaydası Administrasiya və İstifadəçi arasında hər konkret hal üçün müəyyən edilir.

KOMMUNIKASIYA

Administrasiya İstifadəçilərə onların tərəfindən göstərilmiş elektron poçt ünvanlarına və ya telefon nömrələrinə elektron məktubları və/və ya qısa xəbərləri (SMS mesajları) göndərmək hüququna malikdir. Servisin mesajları Servisdə dərc edilə bilər.

Əlavə olaraq İstifadəçi anlayır, qəbul edir və razılaşır ki, belə məktublarla və mesajlarla, lakin, məhdudlaşdırılmadan: başqa İstifadəçilərdən sazişin bağlanması üzrə təkliflər, təkliflər və başqa informasiya və/və ya reklam xarakterli mesajlar və başqa mesajlar ola bilər. İstifadəçi anlayır, qəbul edir və razılaşır ki, belə mesajlar və/və ya onların ayrı hissələri reklam xarakterinə malik ola bilər, həmçinin də özündə reklam, informasiya və başqa elanları saxlaya bilər.

Servisdə dərc edilmiş mesajlar onların dərc edildiyi anından İstifadəçiyə çatdırılmış hesab edilir.

Administrasiya başqa İstifadəçilər tərəfindən istifadəyə və/və ya Servisdə mesajların forma üzrə yerləşdirilmiş avtomatlaşdırılmış sistemlərlə (robotlarla) göndərilməsinə görə məsuliyyət daşımır.

Administrasiya başqa İstifadəçilər və/və ya robotları tərəfindən Servisin səhifələrində İstifadəçi tərəfindən yerləşdirilmiş telefon nömrələrindən və elektron ünvanlarından istifadəyə görə məsuliyyət daşımır.

İstifadəçi təsdiqləyir ki, Administrasiya İstifadəçilərə məktub və mesajları göndərmək məqsədləri üçün elektron poçt ünvanlarını və telefon nömrələrini üçüncü şəxslərə vermək hüququna malikdir.

İstifadəçinin Administrasiya və ya Servisin moderatorları ilə yazışması ünvanı Servisdə göstərilən elektron poçt qutusunun köməyi ilə həyata keçirilir.

İstifadəçiyə Servisdə moderatorların və Administrasiyanın hərəkətləri haqqında şərhlər, müzakirələr və başqa yazıları qoymaq qadağandır.

İstifadəçi müvafiq sorğunu göndərib öz telefon nömrəsinə və ya elektron ünvana mesajların alınmasından istənilən vaxt imtina edə bilər.

PROQRAM TƏMINATI

Administrasiya saytın yerləşdirildiyi domen adının, saytın özünün, mobil əlavələrin, həmçinin bütün Servis və Servisin bütün proqram təminatının xüsusi sahibkarıdır.

Proqram təminatının yükləməsi zamanı Administrasiya İstifadəçiyə proqram təminatından istifadə üçün, onun üçüncü şəxslərə verilməsi hüququ olmadan, şəxsi pulsuz adi lisenziyanı verir.

Servisin funksiyalarına əsasən belə lisenziya istisna olaraq İstifadəçiyə Servisin xidmətlərindən istifadə imkanının verilməsi və onlardan xeyirlərin alınması üçü n nəzərdə tutulmuşdur.

Administrasiyanın (o cümlədən proqram təminatının) intellektual mülkiyyəti obyektlərinin surətini çıxarılması, dəyişdirilməsi, paylaşması, satılması (realizasiya edilməsi), mübadilə edilməsi və ya tamamilə və ya hər hansı hissəsinin icarəyə verilməsi, həmçinin də Administrasiyanın yazılı icazəsi olmadan proqram təminatının mənbə kodunun “sındırılması” və ya alınmasına cəhd edilməsi qadağan edilir.

MƏSULIYYƏTIN MƏHDUDLAŞDIRILMASI

Özü haqqında informasiyanı yerləşdirərək, İstifadəçi anlayır və onunla razılaşır ki, belə informasiya Servisdə açıq girişdə yerləşdirilir, yəni tanış olma üçün istənilən müştəriyə və ya Servisin İstifadəçilərinə mümkündür.

İstifadəçi informasiyanın belə yerləşdirilməsi ilə bağlı bütün riskləri anlayır və özünə qəbul edir, o cümlədən, daxil etməklə, amma məhdudlaşdırılmadan: spam – mesajların göndərilməsi üçün siyahılara elektron poçt ünvanının düşməsi riski, elektron poçt ünvanının müxtəlif növ dələduzlara düşməsi riski, telefon nömrəsinin SMS-spamerlərə və/və ya SMS-dələduzlara düşməsi riski və informasiyanın belə yerləşdirməsindən irəli gələn başqa risklər.

Servis Servisin İstifadəçiləri tərəfindən sazişlərin bağlanmasına və icrasına (həyata keçirilməsinə), sazişlərin bağlanması nəticəsində vurulmuş ziyana, itmiş xeyirlərə, gəlirlərə, maliyyə zərərlərinə və ya vasitəli, faktiki, kənar və ya cərimə zərərlərinə, həmçinin hər hansı şəxsin qanunsuz əməlləri nəticəsində, görə məsuliyyət daşımır.

Servisin xidmətlərindən istifadə edib, İstifadəçi onunla öz razılığını təsdiqləyir ki, o Servisdən məsuliyyəti öz üzərinə götürərək istifadə edir, Servisdə yerləşdirilmiş elanların istifadəsi ilə bağlı bütün riskləri daşıyır.

Servis İstifadəçilərə realizasiyası (satışı) və/və ya əldə edilməsi qanunla, hazırkı Razılaşma ilə və Servisdən istifadənin başqa qaydaları ilə icazə verilmiş Mallar barəsində elanları yerləşdirmək imkanı verən alətdir.

Servis, onun Administrasiyası, rəhbərlik və əməkdaşlar, Servisdə yerləşdirilmiş elanların məzmununa, həmçinin onların etibarlılığına görə heç bir məsuliyyət daşımırlar.

Administrasiya, onun rəhbərliyi və əməkdaşlar, istənilən xəbərlərin (o cümlədən, İstifadəçilər tərəfindən poçt qutusuna və/və ya mobil telefona alınan), məzmununa görə, həmçinin də İstifadəçilərin əlaqə məlumatlarının başqa istifadəsinə görə, heç bir məsuliyyət daşımırlar.

İstifadəçi razılaşır ki, İstifadəçinin və başqa İstifadəçilərin və/və ya Servisin müştəriləri arasındakı bütün mübahisələr (o cümlədən sazişlərin həyata keçirilməsi nəticəsində) İstifadəçi Administrasiyanı cəlb etmədən sərbəst həll edir.

İstifadəçi onunla razıdır ki, Administrasiya İstifadəçi qarşısında Servisin istənilən məzmunu ilə bağlı və/və ya İstifadəçi tərəfindən həyata keçirilmiş sazişlər nəticəsində istənilən mümkün və ya yaranmış itkilərlə və ya zərərlərlə əlaqədar, müəllif hüquqlarının qeydiyyatı ilə və belə qeydiyyat haqqında məlumatlarla, Servisdə mümkün olan mallarla və ya xidmətlərlə və ya İstifadəçinin Servisdə yerləşdirilmiş informasiyadan istifadə edərək daxil olduğu başqa əlaqələri ilə, məsuliyyət daşımır və birbaşa və ya dolayı öhdəliklərə malik deyildir.

Administrasiya Servisə ötürülə bilən və ya Servis vasitəsilə üçüncü şəxslər tərəfindən çatdırıla bilən istənilən proqram nasazlıqları, sınıqlar və başqa texniki və proqram nasazlıqlarına görə, həmçinin səhvlərə, proqram viruslarına, və s. görə məsuliyyət daşımır.

İstifadəçi yalnız qüvvədə olan qanunvericiliyə və hazırkı Razılaşmaya uyğun olaraq hərəkət etməyi, həmçinin qanunvericiliyə uyğun olaraq Servisdə və Servisin xidmətlərindən istifadə vaxtı şəxsi hərəkətlərinə və fəaliyyətsizliyinə görə tam məsuliyyət daşımağı öhdəsinə götürür.

Servisin İstifadəçisinin başqa İstifadəçisi tərəfindən hüquqlarının pozulduğu halda (intellektual mülkiyyət obyektinin qanunsuz istifadəsi və sair), İstifadəçi, kimin ki hüquqlar pozulmuşdur, müvafiq şikayət ilə Administrasiyaya və ya moderatorlara müraciət edə bilər. Administrasiya şikayətə baxmağı və, onun əsaslı olduğu halda, İstifadəçinin hüquqlarının pozulmasının dayandırılması tədbirlər görməyi öhdəsinə götürür.

DIGƏR ŞƏRTLƏR

Mübahisələrin yarandığı halda hazırkı Razılaşmanın tərəfləri onları danışıqlar yolu ilə həll etməyi öhdəsinə götürürlər. Hazırkı Razılaşmanın və Servis xidmətlərinin verilməsinin icrası zamanı yaranan mübahisələr qüvvədə olan qanunvericiliyə uyğun olaraq həll edilməlidir.

Bütün mübahisələrə dair Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir.

Servis birtərəfli qaydada və İstifadəçilərə bildirmədən hazırkı Razılaşmanı dəyişdirmək hüququna malikdir. Razılaşmanın yeni redaksiyası Servisdə dərc edilməsi tarixindən qüvvəyə minir.

Razılaşmada heç nə İstifadəçi və Administrasiya arasında agent münasibətlərinin, Yoldaşlığın münasibətlərinin, birgə fəaliyyət üzrə münasibətlər, şəxsi işəgötürmənin münasibətlərinin, və ya Razılaşma ilə birbaşa nəzərdə tutulmamış hər hansı bir başqa münasibətlərin müəyyən edilməsi kimi anlaşıla və izah edilə bilməz.

Məhkəmə tərəfindən Razılaşmanın hər hansı müddəasının etibarsız və ya məcburi icraya aid olmayan kimi tanınması Razılaşmanın başqa müddəalarının etibarsız olması ilə nəticələnmir.

Razılaşmanın müddəalarının İstifadəçilərindən hər hansı biri tərəfindən pozulması halında Administrasiya tərəfindən fəaliyyətsizlik daha sonra Administrasiyanı öz maraqlarının və hüquqlarının müdafiəsinə uyğun olan hərəkətləri təşəbbüs etmək hüququndan məhrum etmir.

Hazırkı Razılaşma ilə nəzərdə tutulmamış bütün başqa şərtlər və şəraitlər, ayrı fərdi qaydada tənzimlənir.

İstifadəçi təsdiqləyir ki, hazırkı Razılaşmanın bütün bəndləri ilə tanış edilmişdir və onları sözsüz tam həcmdə qəbul edir.

Aqrar təsərrüfatı məhsulları

Respublikamızın iqtisadiyyatının qısa, orta və uzunmüddətli inkişaf konsepsiyaları, qəbul olunan Dövlət proqramları, Strateji Yol xəritələri Azərbaycanda davamlı inkişafın əsasında iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin, inklüzivliyin və sosial rifahın daha da artırılmasına böyük töhfələr verib. Ölkəmizin davamlı inkişafının təmin olunmasında dövlət başçısının böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi siyasət, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan aqrar sahənin inkişaf etdirilməsi mühüm əhəmiyyətə malikdir.

Ölkəmizdə iqtisadi siyasətin əsas parametrlərindən biri də sahibkarlığın daha da inkişaf etdirilməsidir. Genişmiqyaslı islahatların davam etdirilməsi, ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrində köklü dəyişikliklər, regional inkişaf proqramları çərçivəsində həyata keçirilən siyasətin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, investisiyaların təşviqi, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, infrastruktur təminatının sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, bank sektorunun sağlamlaşdırılması, vergi və gömrük sahəsində sistemli islahatların aparılması sahibkarlığın inkişafına böyük töhfələr verib. Bundan başqa, ölkə başçısının Fərman və sərəncamlarının, Dövlət proqramlarının uğurlu icrası, dövlət müəssisələrinin özəlləşdirilməsinin və idarəetməyə verilməsinin sürətləndirilməsi, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, inhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması və haqsız rəqabətin qarşısının alınması, aqrar sahənin institusional, iqtisadi və texnoloji inkişaf mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi də sahibkarlığın inkişafına ciddi təkan verib.

Bu gün ölkə başçısı tərəfindən prioritet istiqamət kimi müəyyən edilmiş kənd təsərrüfatı sahəsində davamlı inkişafın və dayanıqlığın artırılması məqsədilə kompleks tədbirlər davam etdirilir. Həyata keçirilən sistemli tədbirlər sırasında fermerlərin risklərinin azaldılması və aqrar sığortanın tətbiqi ilə bağlı görülən işlər xüsusi əhəmiyyət kəsb etməkdədir. Belə ki, aqrar sığorta sisteminin təkmilləşdirilməsi ölkəmizdə idxaldan asılılığın azaldılmasına, ərzaq təhlükəsizliyinin gücləndirilməsinə və ixrac potensialının artmasına mühüm töhfə verməklə bərabər, aqrar sahədə çalışan sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdıracaq, bu sahəyə biznes marağının artmasına və investisiyaların təşviqinə şərait yaradacaqdır. Aqrar sığortanın tətbiqi və inkişaf etdirilməsi Prezidentin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilən Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına, habelə maliyyə xidmətlərinin inkişafına dair strateji yol xəritələrində də öz əksini tapıb. Həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 11 aprel 2017-ci il tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə nəzərdə tutulan tədbirlərdən biri də effektiv, dayanıqlı və sağlam kənd təsərrüfatı sığortası mexanizminin yaradılmasıdır.

Respublikamızda qeyri-neft sektorunun əsas sahələrindən biri kimi kənd təsərrüfatının inkişaf etdirilməsi əsas hədəflərdəndir. Aqrar sahədə sahibkarları təşviq etmək, onların problemlərinə diqqəti artırmaq üçün əsas vasitələrdən biri sığorta mexanizmidir. Ekspertlər qeyd edirlər ki, “Aqrar sığorta haqqında” Qanun ölkəmizdə aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Bu qanunun tələblərinə görə, aqrar sığortanın predmetinə kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları, kənd təsərrüfatı heyvanları, ev quşları, arı kötükləri, kənd təsərrüfatı məqsədləri üçün yetişdirilən dovşanlar, su heyvanları, dəvə, lama və dəvə quşları aqrar sığortanın əsas predmetləri sırasındadır. Aqrar sığortanın sadalanan predmetlərinin tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilir. İstehsalı, emalı, idxalı və dövriyyəsi qadağan edilən kənd təsərrüfatı məhsulları aqrar sığortanın predmeti ola bilməz. Bu tələbə riayət olunması qaydası sığorta qaydaları ilə müəyyən edilir.

Ümumiyyətlə, sığorta aqrar sahəyə biznes marağını artırır, investisiyaları təşviq edir. Digər tərəfdən, aqrar sahədə sığortanın tətbiqi bu sahədə dayanıqlı inkişafı təmin edir, istehsalı artırır, dolayısı ilə ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına dəstək verir. Bir sözlə, aqrar sığorta kənd təsərrüfatı üzrə maliyyə resurslarına çıxış imkanlarının təkmilləşdirilməsi, bu sahəyə biznes marağının artırılması, investisiyaların təşviqi və nəhayət, davamlı inkişaf və dayanıqlığın güclənməsi baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir.

Zahid Rza,

“İki sahil”

Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması QAYDASI

1.1. Bu Qayda kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmini və şərtlərini müəyyən edir.

1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. subsidiya – dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaiti;

1.2.2. “Subsidiya” informasiya sistemi (bundan sonra – SİS) – kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “Elektron kənd təsərrüfatı” informasiya sisteminin altsistemi;

1.2.3. Aqrar Subsidiya Şurası (bundan sonra – Şura) – bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq yaradılan və aqrar sahədə subsidiyaların tətbiqi ilə bağlı qərar qəbul edən kollegial orqan;

1.2.4. baza məbləği – bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə edilən sabit maliyyə vəsaiti;

1.2.5. kənd təsərrüfatı istehsal vasitələri – mineral gübrə, biohumus, sertifikatlı toxum, ting və pestisid;

1.2.6. fermer – kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və SİS-də qeydiyyata alınan (bitkiçilik və heyvandarlıq sahələri üzrə) fiziki və ya hüquqi şəxs;

1.2.7. tədarükçü – kənd təsərrüfatı məhsullarının tədarükünü həyata keçirən və SİS-də qeydiyyata alınan fiziki və ya hüquqi şəxs;

1.2.8. təchizatçı – kənd təsərrüfatı istehsal vasitələrinin satışını həyata keçirən və SİS-də qeydiyyata alınan fiziki və ya hüquqi şəxs;

1.2.9. əkin subsidiyası – fermerlərə əkin, çoxillik əkmə altında olan kənd təsərrüfatı yerlərində həmin yerlərin təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiya;

1.2.10. məhsul subsidiyası – tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə əkin subsidiyasına əlavə olaraq verilən subsidiya;

1.2.11. toxum subsidiyası – ölkədə istehsal edilən, sertifikatlı 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin satışına görə verilən subsidiya;

1.2.12. heyvan subsidiyası – yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması məqsədilə süni mayalanma və ya embrion köçürməsi yolu ilə alınan hər bir sağlam buzova görə verilən subsidiya;

1.2.13. arı subsidiyası – hər arı ailəsinə (pətəyə) görə verilən subsidiya;

1.2.14. barama subsidiyası – ölkədə istehsal edilib tədarükçülərə təhvil verilən yaş baramanın hər kiloqramına görə verilən subsidiya;

1.2.15. kvota – hər bir bitki üzrə subsidiya veriləcək toxum və tingin Şura tərəfindən müəyyən edilən miqdarı (kiloqram və ədəd);

1.2.16. sertifikatlı toxum və ting – “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət reyestrində qeydiyyata alınmış, sort və səpin keyfiyyətləri barədə uyğunluq sertifikatı olan toxum və tinglər.

1.3. Bu Qaydada istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.

2. Subsidiyaların verilməsinin təşkili

2.1. Fermerlərə subsidiyaların verilməsinin təşkili bu Qaydaya və xidmət reqlamentlərinə müvafiq həyata keçirilir.

2.2. Aqrar sahədə subsidiyaların tətbiqi ilə bağlı qərarları qəbul edən Şura yaradılır. Şura Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (2 nəfər), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin (1 nəfər), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (1 nəfər) və yerli fermerlər assosiasiyasının (1 nəfər) nümayəndələri daxil olmaqla 7 üzvdən ibarətdir. Şuraya rəhbərliyi Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri həyata keçirir.

2.3. Şura ictimai əsaslarla fəaliyyət göstərir. Şuranın iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.

2.4. Şura hər il yanvarın 15-dək aşağıdakılar barədə qərarlar qəbul edir və bu barədə ictimaiyyəti məlumatlandırır:

2.4.1. əkin subsidiyasının tətbiqi üçün regionlar üzrə bitkilərin siyahısının və onlara tətbiq edilən əkin əmsallarının təsdiqi;

2.4.2. məhsul subsidiyasının tətbiqi üçün bitkiçilik məhsullarının siyahısının və onlara tətbiq edilən əmsalların təsdiqi;

2.4.3. toxum subsidiyasının tətbiqi üçün bitkiçilik məhsullarının siyahısının və onlara tətbiq edilən əmsalların və kvotaların təsdiqi;

2.4.4. subsidiyaların tətbiqi mexanizminin təkmilləşdirilməsi ilə bağlı verilən təkliflərin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə (bundan sonra – Nazirlik) təqdim edilməsi.

2.5. Bu Qaydanın 2.4-cü bəndinə əsasən müəyyən edilən siyahıları, əmsalları və kvotaları illik qiymətləndirmə nəticələrinə uyğun olaraq Şura yeniləyə bilər.

2.6. Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (bundan sonra – DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir.

2.7. Agentlik fermerin xahişi əsasında məhsul subsidiyası üzrə ona veriləcək vəsaitin onun kənd təsərrüfatı təyinatlı kredit borclarının ödənilməsinə yönəldilməsi barədə zəmanət məktubu verir.

2.8. DAİM subsidiyaların verilməsi ilə bağlı aşağıdakı xidmətləri həyata keçirir:

2.8.1. bu Qaydada müəyyən edilmiş hallarda fermerlərin, tədarükçülərin və təchizatçıların SİS-də qeydiyyatını aparır;

2.8.2. subsidiya almaq üçün müraciət etmiş fermerlərin sənədlərinin yoxlanılmasını və müraciətlərinin SİS-ə daxil edilməsini həyata keçirir;

2.8.3. subsidiyaların verilməsi və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanı həyata keçirir;

2.8.4. subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemləri araşdırır və onların həlli barədə Agentliyə təkliflər verir.

2.9. Fermerlər, tədarükçülər və təchizatçılar SİS-də aşağıdakıları həyata keçirirlər:

2.9.1. qeydiyyatdan keçməni;

2.9.2. kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin təyinatı üzrə istifadə vəziyyəti və istehsal etdikləri kənd təsərrüfatı məhsulları, kənd təsərrüfatı istehsal vasitələri ilə bağlı apardıqları əməliyyatlar barədə məlumatların verilməsini;

2.9.3. subsidiyanın alınması üçün müraciətlərin edilməsi və ərizələrin elektron formada tərtibi, subsidiya ilə bağlı sənədlərin SİS-ə daxil edilməsini;

2.9.4. subsidiyalarla bağlı məlumatların əldə edilməsini.

2.10. SİS-də qeydiyyatdan keçməyən fermerə subsidiya verilmir. Subsidiya almaq hüququ başqa şəxsə ötürülmür.

2.11. SİS-in digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir.

3. Bitkiçilik sahəsi üzrə subsidiyaların verilməsi

3.1. Əkin subsidiyasının məbləği (eyni ildə iki və daha çox əkin aparılması halında təqvim ilinin əvvəlindən ilk bəyan edilən bitki növü üzrə) aşağıdakı qaydada hesablanır:

baza məbləği × əkin əmsalı = əkin subsidiyası

• əkin əmsalı – regionlar və bitkilər üzrə istehsalın dəstəklənməsi dərəcəsi nəzərə alınmaqla Şuranın müəyyən etdiyi göstərici.

3.2. Ayrılan subsidiya daxilində alınan gübrələrin və biohumusun dəyərinin 70 faizi əkin subsidiyası hesabına ödənməlidir, 30 faizini isə fermer ödəməlidir.

3.3. Təqvim ili ərzində fermerə ayrılan, lakin istifadə edilməyən əkin subsidiyası eyni il ərzində aparılan sonrakı əkinlər üçün istifadə edilə bilər.

3.4. İstifadəsində olan 50 hektardan çox torpaq sahəsində aparılan əkinə və ya çoxillik əkməyə görə kənd təsərrüfatı kooperativlərinə əkin subsidiyası 10 faiz artırılmaqla tətbiq edilir.

3.5. Məhsul subsidiyası aşağıdakı qaydada hesablanır:

baza məbləği × məhsul əmsalı = məhsul subsidiyası

• məhsul əmsalı – bəzi bitkilər üzrə məhsuldarlığın təşviqi üçün Şuranın müəyyən etdiyi göstərici.

3.6. Toxum subsidiyası Şuranın müəyyən etdiyi bitki növləri üzrə ölkədə istehsal edilib satılmış 1-ci və 2-ci reproduksiyalı toxumların hər kiloqramına, tinglərin isə hər ədədinə görə baza məbləğinə əmsallar tətbiq edilməklə müəyyənləşdirilir:

(Baza məbləği x toxum əmsalı) x fermerin subsidiyaya təqdim etdiyi toxum və ya tingin miqdarı x (kvota / subsidiyaya təqdim olunan toxum və tingin miqdarının cəmi) = toxum subsidiyası

• toxum əmsalı – ölkədə istehsal edilən toxumun 1 kiloqramına və ya tingin 1 ədədinə görə subsidiya məbləğinin hesablanması üçün Şuranın müəyyən etdiyi göstərici.

3.7. Bu Qaydanın 3.6-cı bəndinə əsasən fermerə satılmış toxum və tinglərin toxum subsidiyasının hesablanmasında nəzərə alınan miqdarı istifadə olunan torpaq sahəsinə müvafiq olaraq hesablanan səpin və ya əkin ehtiyacına görə müəyyən edilir.

3.8. Fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə aşağıdakı sənədləri və məlumatları SİS-ə daxil edirlər:

3.8.1. proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti);

3.8.2. torpaq sahəsi üzərində istifadə hüququnu təsdiq edən sənədi;

3.8.3. əkin subsidiyası üçün istifadə edilən kənd təsərrüfatı istehsal vasitələrinin həcmi barədə məlumatı və satınalınmasına dair sənədləri;

3.8.4. məhsul subsidiyası üçün kənd təsərrüfatı məhsullarının tədarükçülərə təhvil verilməsini, toxum subsidiyası üçün toxum və tingin satışını təsdiq edən sənədləri;

3.8.5. kənd təsərrüfatı kooperativlərinin fəaliyyətini tənzimləyən sənədləri.

3.9. Fermerdən əlavə sənədlər yalnız “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsində nəzərdə tutulmuş hallarda və qaydada tələb edilə bilər.

3.10. Fermer bu Qaydanın 3.8-ci bəndi ilə müəyyənləşdirilən sənədlərin və məlumatların SİS-ə daxil edilməsini bilavasitə (elektron qaydada), yaxud DAİM vasitəsilə həyata keçirir.

3.11. Təchizatçı kənd təsərrüfatı istehsal vasitələrini fermerə əkin subsidiyasının məbləğini nəzərə almaqla satır. Təchizatçı bu Qaydanın 3.2-ci və 3.8-ci bəndlərində müəyyən edilən şərtlərin yerinə yetirilməməsinə görə kənd təsərrüfatı istehsal vasitələrini əkin subsidiyasının məbləğini nəzərə almaqla satmaqdan imtina etdiyi halda, fermerə imtinanın səbəblərini göstərməklə 7 (yeddi) iş günü müddətində yazılı məlumat verir.

3.12. Əkin subsidiyası ilə bağlı fermer təqvim ili ərzində apardığı əkin barədə informasiyanı SİS-ə daxil edərək avtomatlaşdırılmış qaydada formalaşan elektron bəyannaməni təsdiq edir və subsidiya almaq üçün müraciət edir. Agentlik müraciəti 30 (otuz) iş günü müddətində təsdiq etdikdən sonra müvafiq ödəniş xətti barədə fermerə məlumat (SMS, elektron poçt və ya bilavasitə SİS vasitəsilə) verir. Fermer müvafiq ödəniş xətti üzrə kart hesabında olan əkin subsidiyası balansından kənd təsərrüfatı istehsal vasitələrinin satın alınması üçün istifadə etdikcə, bu barədə SİS vasitəsilə ona göndərilən məlumatı (bildirişi) təsdiq edir. Kart hesabında olan və müvafiq xərcləməyə uyğun məbləğ avtomatlaşdırılmış qaydada təchizatçının hesabına köçürülür.

3.13. Əkin subsidiyası məbləğinin 25 faizindən nağdlaşdırılaraq, 75 faizindən isə bu Qaydanın 3.12-ci bəndində müəyyən edilən formada istehsalın təşkili məqsədilə istifadə olunur.

3.14. Məhsul subsidiyası ilə bağlı fermerlər hər il iyun ayının 1-dək bu Qaydanın 3.8.1-ci yarımbəndində nəzərdə tutulan elektron bəyannaməni (müraciəti), dekabrın 15-dək məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları SİS-ə daxil etməlidirlər. Dekabrın 15-dən sonra təqdim edilən sənədlərlə bağlı ödənişlər növbəti ilin 2-ci rübündə aparılır.

3.15. Fermerlər toxum subsidiyası ilə bağlı bu Qaydanın 3.8.1-ci bəndində nəzərdə tutulan proqnozları cari il iyun ayının 1-dək, toxum və tingin satışı ilə bağlı məlumatları və sənədləri dekabr ayının 10-dək SİS-ə daxil edirlər və Agentlik bunları təsdiqləyir.

3.16. Bu Qaydanın 3.8-ci bəndində müəyyən edilən şərtlərə uyğun məlumatlar Nazirliyin təsdiq etdiyi reqlamentlərə əsasən SİS-də təsdiqləndikdən sonra bitkiçilik sahəsi üzrə fermerin subsidiya ödənişi həmin ayın sonunda onun hesabına köçürülür.

3.17. Təqvim ili ərzində istifadə edilməyən subsidiya məbləği büdcəyə qaytarılır.

3.18. Yaşayış məntəqələrinin torpaqlarında aparılmış əkinə görə subsidiya verilmir.

4. Heyvandarlıq sahəsi üzrə subsidiyaların verilməsi

4.1. Heyvan subsidiyası hər bir sağlam buzova görə 100 (yüz) manat məbləğində müəyyən edilir.

4.2. Arı subsidiyası arıçılıqla məşğul olan fermerlərə saxladıqları hər arı ailəsinə görə hər təqvim ilində 10 (on) manat məbləğində müəyyən edilir və 2023-cü ilədək verilir.

4.3. Barama subsidiyası barama istehsalçısı olan fermerlərə istehsal edilib tədarükçüyə təhvil verilən yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 5 (beş) manat məbləğində verilir.

4.4. Heyvandarlıq sahəsi üzrə müəyyən edilən subsidiyanın alınması ilə bağlı aşağıdakı şərtlər müəyyən edilir:

4.4.1. süni mayalanmanı bu istiqamətdə ixtisasartırma və ya kadrların yenidənhazırlanma təhsilini müvəffəqiyyətlə başa vurmuş, xüsusi sertifikat və diplom almış və SİS-də qeydiyyatdan keçmiş mütəxəssislərin həyata keçirməsi;

4.4.2. bu məqsədlə yaradılmış süni mayalanma mərkəzlərində istehsal olunmuş, habelə SİS-də qeydiyyata alınan fiziki və ya hüquqi şəxslər tərəfindən ölkəyə idxal olunan heyvan toxumundan istifadə edilməsi;

4.4.3. süni mayalandırılan və süni mayalanma nəticəsində doğulan heyvanın, habelə arı ailələrinin identikləşdirilməsi və ona dair məlumatları DAİM-in SİS-ə daxil etməsi;

4.4.4. barama subsidiyası ilə bağlı fermerlərin yaş baramanı tədarükçüyə təhvil verməsi barədə sənədlərin və tədarükçülərin fermerlərdən tədarük etdikləri yaş baramanın miqdarına dair məlumatların hər il iyun ayının 30-dək SİS-ə daxil edilməsi.

4.5. Süni mayalanma xidməti mütəxəssis ilə heyvan sahibi arasında qarşılıqlı razılaşma əsasında ödənişli qaydada həyata keçirilir.

4.6. Heyvandarlıq sahəsi üzrə subsidiya ödənişi bu Qaydanın 4.4-cü bəndində müəyyən edilən şərtlərə uyğun məlumatlar Nazirliyin təsdiq etdiyi reqlamentlərə əsasən SİS-də təsdiqləndikdən sonra 15 (on beş) iş günündən gec olmayaraq həyata keçirilir.

5. Monitorinq və qiymətləndirmə

5.1. Subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə Agentlik aşağıdakı formada monitorinqlər aparılmasını nəzərdə tutur:

5.1.1. çarpaz – elektron bəyannamə məlumatlarının SİS-də olan digər məlumatlarla üzləşdirilməsi;

5.1.2. yerüstü müşahidə – peyk ilə və digər texniki imkanlarla əkinlərin və çoxillik əkmələrin müəyyən edilərək, elektron bəyannamə məlumatları ilə üzləşdirilməsi;

5.1.3. yerində müşahidə – seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə, yaxud heyvandarlıq təsərrüfatlarında DAİM mütəxəssislərinin nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirməsi.

5.2. Bəyan edilmiş əkin sahəsinə və çoxillik əkmələrə görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən çox olduqda əkin subsidiyası aşağıdakı qaydada verilir:

5.2.1. fərq 5 faizdən çox olmadıqda, subsidiya monitorinq nəticəsində müəyyən edilmiş sahəyə görə verilir;

5.2.2. fərq 5 faizdən çox, 20 faizdən az olduqda, veriləcək subsidiyanın məbləği 30 faiz azaldılır;

5.2.3. fərq 20–50 faiz olduqda, cari il ərzində həmin fermerə subsidiya ödənilmir;

5.2.4. fərq 50 faizdən çox olduqda, cari il və sonrakı il ərzində həmin fermerə subsidiya ödənilmir.

5.3. Arı ailələrinin bəyan edilmiş sayına görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən çox olduqda, arı subsidiyası aşağıdakı qaydada verilir:

5.3.1. fərq 10 faizdən çox olmadıqda, subsidiya monitorinq nəticəsində müəyyən edilmiş arı ailələrinin sayına görə verilir;

5.3.2. fərq 10–30 faiz olduqda, cari il ərzində arıçıya subsidiya ödənilmir;

5.3.3. fərq 30 faizdən çox olduqda, arıçıya cari il və sonrakı il ərzində subsidiya ödənilmir.

5.4. Monitorinq nəticəsində fermerin bəyannaməsində göstəriləndən fərqli hallar müəyyən edildikdə, fermerə bununla əlaqədar SMS və elektron poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş təqdim edildikdən sonra fermer 15 (on beş) gün müddətində bildirişə etiraz etmədikdə, ona münasibətdə, müvafiq olaraq, bu Qaydanın 5.2-ci və 5.3-cü bəndlərinin tələbləri tətbiq edilir. Bildirişə etiraz fermerin iştirakı ilə DAİM-in mütəxəssisi tərəfindən yerində müşahidə aparmaqla qiymətləndirilir, nəticə aktlaşdırılaraq SİS-ə daxil edilir. Agentlik nəticəyə uyğun olaraq yekun qərar qəbul edir və fermerə bu barədə məlumat verir.

5.5. Fermerin cari ildə istifadə etdiyi subsidiyanın məbləği monitorinq əsasında bu Qaydanın 5.2–5.3-cü bəndlərinə uyğun olaraq müəyyən edilmiş məbləğdən artıq olarsa, həmin vəsaiti fermer Agentliyə geri qaytarır. Bu vəsait geri qaytarılmadıqda, növbəti illərdə ödəniləcək subsidiyaların məbləği həmin vəsaitin məbləği qədər azaldılır.

5.6. Agentlik subsidiyalarla bağlı göstərilən xidmətlərin kənd təsərrüfatı məhsullarının istehsalına təsirinə dair qiymətləndirmələrin aparılmasını təmin edir.

5.7. Agentlik subsidiya mexanizminin tətbiqinə dair apardığı monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq ildə bir dəfə mövcud vəziyyət barədə hesabatını və təkmilləşdirici təkliflərini, o cümlədən növbəti il üçün kvota və bitkilər üzrə əmsalları Nazirliyə və Şuraya təqdim edir.

6. Yekun müddəalar

6.1. Agentliyin vəzifəli şəxsləri subsidiyalar üçün ayrılmış dövlət büdcəsi vəsaitinin təyinatı üzrə istifadə edilməməsinə görə inzibati və ya cinayət məsuliyyəti daşıyırlar.

6.2. Bu Qaydanın həyata keçirilməsi ilə bağlı yaranan mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir.

Subsidiya verilmiş fermerlərin rayon (şəhər) və kəndlər üzrə siyahısı hər il dekabr ayının 25-dən gec olmayaraq Agentliyin rəsmi internet saytında yerləşdirilir.

Comments are closed, but trackbacks and pingbacks are open.