Press "Enter" to skip to content

Aqrokimya kitab.

məhsuldarlığının və keyfiyyətinin yüksəldilməsində aqrokimya elminin roluna xüsusi diqqət verilib. Torpaqda mübitliyin bərpası, qida balansının və maddələrin bioloji dövranının yaxşılaşdırılması kifayət qədər əhatə olunub. Bütün bu məsələlərə respublikamızın torpaq-iqlim şəraiti nəzərə alınmaqla baxılıb və kitab aqrokimyanı tam əhatə edir.

Aqrokimya laboratoriyalarında 90 nümunə üzərində analiz aparılıb

Quba, Bərdə, Tovuz, Lənkəran, Şamaxı və Göygöl aqrokimya laboratoriyaları tam gücü ilə fəaliyyətə başlayıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli qərarına əsasən, nazirliyin tərkibində 11 rayonda – Abşeron, Bərdə, Göygöl, Lənkəran, Quba, Sabirabad, Salyan, Şamaxı, Şəki, Tovuz və Ucarda regional aqrokimya laboratoriyaları yaradılıb. Kənd Təsərrüfatı Nazirliyinin 2016-cı il 13 avqust tarixli Kollegiya Qərarına əsasən, bu laboratoriyaların idarəçiliyi Dövlət Fitosanitar Xidmətinə tapşırılıb.

Regional aqrokimya laboratoriyaları, ilk növbədə, əkinəyararlı torpaqların aqrokimyəvi tədqiqatını aparır, tədqiqat apardığı sahələrə aqrokimyəvi pasportlar verir və kartoqramlar hazırlayır. Eyni zamanda, torpaq mülkiyyətçilərinin sifarişi əsasında torpağın morfoloji, fiziki-kimyəvi, mexaniki və bioloji xüsusiyyətlərindən asılı olaraq kənd təsərrüfatı bitkilərinin qida maddələri və rütubət ehtiyatı ilə təmin edilməsi müəyyənləşdirilir. Torpaqların münbitliyinin artırılması və çirklənmədən mühafizəsi ilə bağlı təkliflər və tövsiyələr hazırlayır. Həmçinin bitkiçilik məhsullarının (meyvə, tərəvəz, bostan, üzüm, dənli-paxlalı bitkilərin və yem bitkilərinin) tərkibində olan nitrit və nitratların miqdarını və pestisidlərin qalıq səviyyəsini kimyəvi analizlər vasitəsilə müəyyən edir.

Yeni tikilmiş binalarda fəaliyyət göstərən regional aqrokimya laboratoriyaları müasir cihaz və avadanlıqlarla təchiz olunub. Quba, Bərdə, Tovuz, Lənkəran, Şamaxı və Göygöl aqrokimya laboratoriyalarında cihaz və avadanlıqların quraşdırılması işləri tamamlanıb və laboratoriyalar tam gücü işə başlayıblar. Hazırda bu laboratoriyalarda torpaq analizləri aparılır.

Abşeron və Şəki regional aqrokimya laboratoriyalarının inzibati binalarının tikintisi davam edir. Ucar, Sabirabad və Salyan regional aqrokimya laboratoriyalarının tam gücü ilə fəaliyyətini təmin etmək məqsədi ilə yeni laboratoriya avadanlıqlarının alınması üçün sifarişlər verilib. İlin sonuna qədər adları qeyd edilən laboratoriyaların tam gücü ilə fəaliyyətə başlaması planlaşdırılır.

Qeyd edək ki, kənd təsərrüfatı nazirinin 2018-ci il 18 iyul tarixli əmri ilə cari il avqustun 1-dən etibarən regional aqrokimya laboratoriyaları ödənişli fəaliyyət növü əsasında öz xidmətlərini fermer və təsərrüfat sahiblərinə təklif etməyə başlayıblar. Avqustun 1-dən bu günə qədər ümumilikdə fermer və sahibkarlar tərəfindən laboratoriyalara 90 torpaq nümunəsi təqdim edilib və müvafiq analizlər aparılıb. Analizlərdən sonra əldə edilən nəticələr əsasında vətəndaşlar onlara məxsus olan torpaq sahələrinin son vəziyyəti barədə məlumat əldə edir və müvafiq tədbirlər görürlər. Lənkəran regional aqrokimya laboratoriyası isə avqust ayı ərzində Lerik rayonu ərazisində 200 hektar sahədə kartoqramlar hazırlayaraq sahibkarlara təhvil verib.

Aqrokimya kitab.

Azərbaycan Dövlət Aqrar Universitetinin Torpaqşünaslıq və aqrokimya kafedrasının müdiri, dosent Arif Hüsynovun, həmin kafedranın dosentləri Namiq Hüseynovun və Kəmalə Məmmədovanın birlikdə yazıb ərsəyə gətirdiyi “Aqrokimya” dərsliyi çapdan çıxıb. Ali məktəblər üçün dərslik kimi Təhsil Nazirliyinin F-50 saylı əmri ilə təsdiq edilən kitab bir sıra yeniliyi və səciyyəvi xüsusiyyəti ilə diqqəti cəlb edir. Kitab həm də ADAU-nun 90 illiyinə həsr edilib. İlk olaraq onu deyim ki, dərslik olduqca sadə və anlaşılan dildə yazılıb və aqrokimyanın hədəfləri bütün incəliklərinə qədər açılıb. Sadə dillə yazılan kitab isə tələbələr, eləcə də bu sahə ilə məşğul olanlar tərəfindən tam mənasında qavranılandır.

Məlumdur ki, bu gün dövlət tərəfindən aqrar sahənin inkişafına xüsusi qayğı göstərilir və dinamik inkişafı təmin etmək üçün ölkə prezidenti tərəfindən hər cür şərait yaradılıb. Belə olan halda ADAU-nun alimləri də tədrisin daha keyfiyyətli olması üçün elmi bacarıqlarını ortaya qoyub, ən mühüm sahə üçün dərslik yazıb və çap etdiriblər. Kitabın müəlliflərindən biri, kafedra müdiri, dosent Arif Hüseynovla söhbətimiz olduqca maraqlı alındı. Alim necə düşünürsə eləcə də danışır. Onun torpaq, qidalar, gübrələr və ondan istifadə qaydaları haqqında dediklər olduca inandırıcı səsləndi. Əslində bitkiçilikdə uğur torpağın tərkibinin öyrənilməsindən başlayır. Əgər iş bu istqamət üzrə aparılarsa onda torpaqdan istənilən nəticəni almaq olar. Yəni, torpağın tərkibi əkinçiyə deyir ki, sən bu il nəzərdə tutduğun sahədə nə əkməlisən, onun yetişdirilməsi üçün hansı üsulları tətbiq etməlisən və gübrələrdən istifadə qaydalarını necə həyata keçirməlisən. Bütün bunlar və digər vacib məsələlər kitabda tam aydınlığı ilə verilib. Dosent Hacı Ariflə onun iş otağında görüşdüm. Söhbətdə gənc müəllim, dosent əvəzi Vüqar Bəşirov da iştirak edirdi və bu gənc oğlanın, xaricdə təhsilini artırıb yenidən doğma kollektivinə gələn mütəxəssisin də kitabla bağlı maraqlı fikirləri oldu ki, onu az sonra diqqətə çatdıracam. İndi isə Hacı Ariflə qısa söhbətimi təqdim edirəm.

-Hacı, necə oldu bu kitabı yazmaq qərarına gəldiniz və kitab bütövlükdə aqrokimyanı əhatə edirmi?

-Əvvəlcə onu deyim ki, hazırda respublikamızda ekoloji mühitin pozulması, kənd təsərrüfatına yararlı torpaqların azalması, bəzi yerlərdə tamamilə sıradan çıxması, aqrokimyəvi vasitələrdən düzgün istifadə olunmamasının tələbi “Aqrokimya” dərsliyinin yazılmasının vacibliyini ortaya qydu. Dərslik torpaqşünaslıq və aqrokimya, aqronomluq, ekologiya, biologiya və başqa ixtisaslar tədris olunan ali məktəb tələbələri, magistrantları, doktorantlar, həçinin kənd təsərrüfatı ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulub. Dərsliyin aqrokimyanı tam əhatə etməsinə gəldikdə isə onu deyə bilərəm ki, burada aqrokimya elminin aqroekosistemdə maddələr dövranının nizamlanmasını genişləndirərək, Yer kürəsində insanları yüksək keyfiyyətli qida ilə təmin etmək kimi çox mühüm funksiyaları açıqlanır. Geniş şəkildə kimyəvi meliorantların və gübrələrin düzgün istehsalı və tətbiqindən, torpaqda olan zəhərli maddələrin, radionuklidlərin immobilizasiyasından və biosferin çirklənməsinin qarşısının alınma yollarında bəhs edilir. Həmçinin kitabda bitkilərin qidalanmasının nizamlanmasına,

məhsuldarlığının və keyfiyyətinin yüksəldilməsində aqrokimya elminin roluna xüsusi diqqət verilib. Torpaqda mübitliyin bərpası, qida balansının və maddələrin bioloji dövranının yaxşılaşdırılması kifayət qədər əhatə olunub. Bütün bu məsələlərə respublikamızın torpaq-iqlim şəraiti nəzərə alınmaqla baxılıb və kitab aqrokimyanı tam əhatə edir.

-Arif müəllim, indiyə kimi aqrokimyaya aid dərslik olubmu? Olubsa siz alimlərin yazdığı bu kitab hansı yeniliklərlə daha qiymətlidir?

-Xüsusi qeyd etmək istəyirəm ki, 1966-cı ildə “Maarif” nəşriyyatı tərəfindən V. M. Keleçkovski və A. V. Peterburqskinin “Aqrokimya” dərsliyinin tərcüməsi istisna olmaqla, ölkəmizdə aqrokimyanın problemlərini özündə tam əks etdirən dərslik indiyə kimi yazılmayıb və nəşr olunmayıb. Bu əslində milli bir kitabdır və bu kitabda torpağın mübitliyindən tutmuş aqrokimyəvi vasitələrdən səmərəli istfadənin qiymətləndirilməsinə qədər olan bütün problemlər müasir aqrokimyanın əsas məzmunu kimi götürülüb.

-Kitabı vərəqlədikcə maraqlı bir tərtibat diqqətimi çəkdi. 11 fəslin hər birindən əvvəl məşhurlardan sitat gətirilib. Hətta Azərbaycan klassik ədəbiyyatının dahilərindən biri Mirzə Ələkbər Sabirin misralarından nümunələr var. Bu barədə fikriniz maraqlı olardı.

-Doğru müşahidə etmisən. Bəli, hər fəslin əvvəlində dahilərdən sitat var. Bu nə deməkdir? Gətirilən sitatla yazılan fəslin bir oxşarlığı var. Yəni, sitat yazılan fəslin sanki qısa bir təqdimatıdır. Bir misal çəkim. İkinci fəsildə Əcəmi Naxçıvanıdən bir sitat var:

“Biz gedirik yalnız qalır ruzugar

Biz ölürük əsər qalır yadigar”

Biz müəlliflər bu misralarla məsuliyyətimizi bir daha dərk etmişik. Elə elmi əsər ərsəyə gətirməliyik ki, o doğrudan yadigar qalsın və qiymətli bir xəzinə kimi hər zaman bu sahənin mütəxəssislərinin gərəyi olsun. Bax, gətirilən sitatlar yalnız buna xidmət edib və mən onlardan birini dedim.

Bu arada Vüqar müəllimi-hansı ki, bir az əvvəl haqqında demişdim-söhbətə dəvət edirəm, onun kitab haqqında düşündüklərini soruşuram.

-Vüqar müəllim, gənc kadr və xaricdə təhsil alan mütəxəssis kimi bu kitab haqqında siz nə deyərdiniz?

-Kifayət qədər əhatəli bir dərslikdir. Qısaca onu deyərdim ki, “Aqrokimya” dərsliyi həm müasir dünyada qəbul edilən fundamental bilikləri özündə birləşdirir, həm də respublikamız üçün spesfik olan iqlim-torpaq şəraitində gübrələrin tətbiqi haqqında qiymətli məlumatlarla zəngindir.

-Hacı, kitab 3 alimin müəllifliyi ilə ərsəyə gəlib. Sizi şəxsən mən çox səmimi insan, əqidəsi dəyişməyən ziyalı, hətta minnətli adlardan imtina edən halal kişi kimi tanıyıram. Mümkünsə deyin; kitabda kimin zəhməti nə qədər olub?

– Bu kitab 11 fəsildən və 438 səhifədən ibarətdir. Çəkilən zəhmət tən yarıdır və üçümüzün də zəhməti eynidir. Kimsə kimdənsə nəyə görəsə fərqli deyil. Hamımız eyni hüquqlu müəllifik. Namiq müəllimin də, Kəmalə xanımın da kitabın yazılmasında böyük xidmətləri var. Onların hər biri yeni dərsliyin uzunömürlü olması və tanınması üçün elmi potensialından maksimum istifadə edib. Qısası, çəkilən zəhmət 3 nəfər arasında tən bölgülüdür.

-Kitab haqqında danışdıq. Son olaraq özünüz haqqında bilgi verməyinizi xahiş edirəm. Neçə elmi əsərin müəllifisiniz və nə vaxtdan kafedra müdirisiniz?

– 1981-ci ildən bu kafedrada işləyirəm və 3 ildir kafedranın müdiriyəm. 2 dərsliyin, 3 dərs vəsaitinin və 200-dən artıq elmi əsərin müəllifiyəm ki, onun da 50-si xarici ölkələrdə nəşr edilib.

ADAU-nun mətbuat xidmətinin rəhbəri.

Aqrokimya kitab.

Torpaqşünaslıq və aqrokimya ixtisası bir – birinə yaxın olan 2 ixtisasın birləşməsidir. II kursdan sonra tələbələr öz istəklərinə uyğun olaraq bölünürlər. Onların hər birinin qısa təsvirinə nəzər salaq :

  • Torpaqşünaslıq – Torpaqşünaslıq torpağı xüsusi təbiət cismi kimi, istehsal vasitəsi kimi, insan əməyinin tətbiq və akkumulyasiya (cəmlənməsi) edildiyi predmet kimi, həmçinin müəyyən dərəcədə bu əməyin məhsulu kimi öyrənir. Tоrpaqşünaslığın ən çox əhəmiyyət kəsb edən bölmələri aşağıdakılardır: torpağın formalaşması və inkişafı (genezisi) haqqında təlim; torpaq örtüyünün ətraf mühitlə (tоrpаq coğrafiyası) qarşılıqlı əlaqədə olan bütöv məkan törəməsi olması haqqında təlim; torpaq və torpaq örtüyünün münbitliyi və onun aqrotexniki və meliorativ metodlarla tənzim edilməsinin prinsipləri haqqında təlim.
  • Aqrokimya – Aqrokimya kənd təsərrüfatı bitkilərinin qidalanması prosesində bitki, torpaq və gübrə arasındakı qarşılıqlı əlaqələri öyrənən elmdir. Aqrokimya fənninin görkəmli nümayəndəsi olan Dmitri Nikolayevic Pryanişnikovun təyininə görə həmin fənnin başlıca vəzifəsi əkinçilikdə maddələrin dövriyyəsini öyrənmək, torpaq və bitkidə əmələ gələn kimyəvi proseslərə təsir tədbirlərini aşkar etməkdən ibarətdir ki, bunlar vasitəsi ilə bitkilərin məhsulunu yüksəltmək və ya onun tərkibini dəyişdirmək olar. Maddələrin bu dövriyyəsinə insanların müdaxiləsində əsas vasitə gübrələr hesab olunur. Biologiya ilə maraqlananlar üçün uyğun sahədir.

İxtisasın tarixi

Torpaqşünaslıq bir elm (təlim) kimi XIX əsrin sonlarında tanınmış rus alimləri Vasili Dokuçayev və Pavel Kostıçyevin əməyi nəticəsində Rusiyada yaranmışdır. 1836-cı ildən başlayaraq kənd təsərrüfatı bitkilərinin, gübrələrin aqrokimyəvi analizini aparmışdır. İlk dəfə ölkəmizdə tədrisi isə 1919 – cu ildən başlamışdır.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

Torpaqşünaslıq :

  • ➝ Torpağın parametrlərinin dəyərləndirilməsi;
  • ➝ Torpaqda gedən proseslərə bələd olmaq;
  • ➝ Torpağın münbitliyinin formalaşması;
  • ➝ Torpağın məhsuldarlığının artırılması;
  • ➝ Torpağın inkişafına təsir edən mənfi amilləri təyin etmək və aradan qaldırılması yollarını müəyyən etmək;
  • ➝ Torpaq örtüyünün kənd təsərrüfatında istifadəsi şəraitində dəyişkənliyini analiz etmək.

Aqrokimya :

  • ➝ Kənd Təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəkdilməsi;
  • ➝ Məhsulun keyfiyətinin artırılması;
  • ➝ Torpaqda və bitkilərdə gedən səmərəli dəyişkənliyi tədqiq etmək və ona uyğun həll yolunun tapılması;
  • ➝ Bitkilərin qidalanma qanunauyğunluqlarının müəyyən edilməsi;
  • ➝ Torpaq münbitliyinin kimyasının analizi;
  • ➝ Əkinçilikdə qida maddələrinin dövriyyəsi;
  • ➝ Gübrələrin səmərəli tətbiq edilməsi;
  • ➝ Bitkilərin ziyanverici və xəstəliklərdən kimyəvi üsullarla mühafizə edilməsi.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dövlət Aqrar Universiteti
  • ➝ Bakı Dövlət Universiteti
  • ➝ Lənkəran Dövlət Universiteti
  • ➝ Naxçıvan Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

Torpaqşünaslıq :

  • ➝ Torpaq analizi laboratoriyaları
  • ➝ Əmlak Məsələləri Dövlət Komitəsi
  • ➝ Kənd Bələdiyyələri
  • ➝ Daşınmaz əmlak müəssisələri
  • ➝ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti
  • ➝ Xəritəçəkmə üzrə

Aqrokimya :

  • ➝ Aqronomluq üzrə
  • ➝ Aqrokimya laboratoriyası
  • ➝ Əkinçilik Elmi Tədqiqat İnstitutu

Hər iki sahəyə aid iş yerləri :

  • ➝ Kənd Təsərrüfatı Nazirliyi
  • ➝ Qida Təhlükəsizliyi İnstitutu
  • ➝ Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

Bu ixtisas üzrə xüsusi bacarıqlara ehtiyac yoxdur. Zəruri təməl kompetensiyalar isə bunlardır :

  • ➝ Məsuliyyətli olmaq;
  • ➝ Analitik düşüncə;
  • ➝ Məntiqi təfəkkür;
  • ➝ Komanda ilə işləmə bacarığı;
  • ➝ Təşkilatçılıq bacarıqları;
  • ➝ Qeyri-standart vəziyyətlərdə qərar qəbul etmək bacarığı;
  • ➝ Detallara diqqət yetirməyi bacarmaq;
  • ➝ Daim öyrənmək bacarığı;
  • ➝ Müşahidə bacarığı;
  • ➝ Fiziki dözümlülük;
  • ➝ Stressə dözümlülük;
  • ➝ Punktuallıq;
  • ➝ Dəqiqlik;

İxtisasın gələcəyi

Torpaq tükənməyən resursdur. Bu baxımdan onun öyrənilməsi və dəyişikliklərin tədqiq edilməsi zəruridir. Qeyri – neft sənayesinin bütün sahələrinin əsas resurslarından olan torpaq bütün dövrlər üçün aktual və əhəmiyyətli məsələdir.

Əmək haqqı

Torpaqşünaslıq :

  • ➝ Dövlət müəssisələrində – 350 – 600 AZN
  • ➝ Özəl müəssisələrdə – 500 – 1500 AZN

Aqrokimya :

  • ➝ Dövlət müəssisələrində – 300 – 500 AZN
  • ➝ Özəl müəssisələrdə – 300 – 2500 AZ

Comments are closed, but trackbacks and pingbacks are open.