Ar xəritə atlası vector
Miqyas — Yer səthinin kartoqrafik təsvirlərdə neçə dəfə kiçildildiyini göstərən kəsr ədədidir.
Kartoqrafik təsvir vasitələri.
Xəritə, qlobus və plan kartoqrafik təsvirlərdir. Ərazinin kiçildilmiş,
ümumiləşdirilmiş və şərti işarələrlə təqdim olunmuş modelinə kartoqrafik
təsvir deyilir.
Coğrafi xəritələr (fiziki, siyasi, iqtisadi və s.) dünyanı və ya hər hansı bir ərazini
daha aydın təsvir edən modellərdir. Onlar kartoqrafik modelləşdirmə ilə yaradılır.
Məkana dair məlumatların toplanması, sistemləşdirilməsi və kompleks təhlilini
əhatə edən ardıcıllıqla yerinə yetirilir. Kartoqrafik modelləşdirməni sxematik
şəkildə aşağıdakı kimi təsvir etmək olar.
Kartoqrafik modelləşdirmə 3 prinsipə əsaslanır:
1. Riyazi əsas – kartoqrafik proyeksiya, dərəcə toru və miqyasın köməyi ilə
Yerin kürə səthindən müstəvi səthə keçidini təmin edir.
Kartoqrafik proyeksiyalar
Yer kürə formasında olduğu üçün onu qlobusda nisbətən düzgün təsvir etmək olar. Coğrafi obyektlər qlobusda paralel və meridianların əmələ gətirdiyi şəbəkənin köməyi ilə təsvir edilir. Bu, coğrafi şəbəkə adlanır. Qlobusda bütün böyük və kiçik əraziləri – materiklərı, okeanları, adaları və s. eyni dərəcədə kiçiltmək mümkündür. Xəritə müstəvi üzərində təsvir olduğu üçün bunu etmək olmur. Coğrafi şəbəkə müstəviyə keçirilərkən meridian və paralellərin forması dəyişir. Xəritədə meridian və paralellərin yaratdığı şəbəkə kartoqrafik şəbəkə adlanır. Qlobus səthini müstəviyə açarkən onun “dilimlərə” bölünən hissələri arasındakı boşluqların yerini dolduran zaman təhriflər, yəni xətalar yaranır. Xəritədə təhriflərdən yaxa qurtarmaq mümkün deyil, lakin onları azaltmaq və ya birini aradan qaldırmaq olar. Bunu kartoqrafik proyeksiyaların köməyi ilə etmək mümkündür.
Xəritədə 4 təhrif yaranır:
Sahə təhrifi. Qütbə yaxın ərazilərin sahəsi bəzən daha böyük göstərilir. Məs: Qrelandiya
Forma təhrifi. Materiklər bəzən dartılmış və ya sıxılmış formada göstərilir.
Uzunluq təhrifi. Bütün meridianların uzunluğu bərabər olduğu halda bəzən bu gözlənilmir.
Bucaq təhrifi. Meridianlar ekvatorla düz bucaq (90°) altında kəsişdiyi halda bəzi xəritələrdə bu bərabərlik itir.
Bütün xəritələrdə forma təhrifi mütləq olur
Təhriflər kəmiyyəti ilk növbədə miqyasdan asılıdır. Xəritə nə qədər kiçik miqyaslı olarsa təhrif bir o qədər çox olar. Bundan başqa təhriflər coğrafi obyektlərin ekvatora yaxınlığından da asılıdır. Silindrik proyeksiyada ekvator ətrafında olan ərazilərdə təhriflər az müşahidə edilir. Ekvatordan qütblərə doğru uzaqlaşdıqca təhriflərin kəmiyyəti çoxalır. Buna görədir ki, xüsusən dünyanın Merkator proyeksiyası ilə tərtib olunmuş siyasi xəritəsində Qrenlandiya adası Avstraliyadan, Antarktida materiki isə Afrikadan böyük görünür. Halbuki, Qrenlandiya Avstraliyadan sahəcə 3.5, Antarktida isə Afrikadan 2 dəfə kiçikdir. Xəritədə qeyd edilən təhriflərin baş verməsinin səbəbi Afrika və Avstraliyanın ekvatora yaxın yerləşmələrinə görə bunlarda təhrifin az, Antarktida Qrenladiya isə qütbdə yerləşdiyinə görə təhrifin çox olmasıdır. Heç bir xəritədə ərazidə olan bütün coğrafi obyektləri göstərmək mümkün deyil. Buna görə də plan və ya xəritə tərtib edərkən məqsəddən asılı olaraq əsas obyekt göstərilir, 2-ci dərəcəli obyekt atılır. Buna kartoqrafik ümumiləşdirmə və ya generalizasiya deyilir. Generalizasiyanın kəmiyyəti xəritənin miqyasından asılıdır. Xəritə nə qədər böyük miqyaslı olursa, generalizasiya bir o qədər az müşahidə edilir.
Kartoqrafik proyeksiyalar vasitəsilə Yerin kürəvi səthi müstəvi səthə köçürülür. Kartoqrafik proyeksiyalar təhrif xüsusiyyətlərinə görə üç qrupa ayrılır: bərabərbucaqlı (konform), bərabərsahəli (ekvivalent), ixtiyari.
Bərabərbucaqlı proyeksiyalarda tərtib edilən xəritələrdə istiqamət və ya bucaqlar demək olar ki, təhrif olunmur, lakin sahə və məsafələr tam təhrif olunur. Bu xəritələr dəniz nəqliyyatında və aviasiyada istifadə edilir. H. Merkatorun 1569-cu ildə tərtib etdiyi dəniz naviqasiya xəritəsi buna misal ola bilər.
Merkator proyeksiyası
Bərabərsahəli proyeksiyalarda ərazilərin sahəsi çox az, lakin bucaq (istiqamət), məsafə və forma tamamilə təhrif olunur. Bu xəritələr materik və okeanların sahələrini hesablamaq üçün əlverişlidir. D. Qall və A. Petersin proyeksiyası buna missal ola bilər. Kürə və ya sferik formada olan yeri müstəvi üzərində təsvir etmək üçün istifadə edilən vasitələr.
D.Qall və A.Petersin proyeksiyası
İstifadə olunan köməkçi səthlərdən asılı olaraq kartoqrafik proyeskiyalar aşağıdakı qruplara ayrılır.
Silindrik proyeksiyalarda qlobus şəffaf silindrin içərisinə yerləşdirilir. Bu zaman Yer səthinin ekvatorboyu əraziləri silindrin səthinə toxunur. Toxunma xəttində bütün təhriflər sıfıra bərabər olur. Xəritədə təhriflərin olmadığı xətt və ya nöqtə sıflr təhriflər xətti və ya sıfır təhriflər nöqtəsi adlanır. Silindrik proyeksiyalarda, əsasən dünya xəritələri, həmçinin ekvatorboyu ərazilərin xəritələri çəkilir, paralel və meridianlar bir-biri ilə düz bucaq altında kəsişən düz xətlər şəklində təsvir olunur.
Konus proyeksiyalarında xəritə tərtib olunarkən Yer kürəsi konusun səthi ilə 47° şm.e. və 62° şm.e.-də kəsişir və bu paralellər boyunca təhriflər olmur. Sıfır təhrif xətlərindən uzaqlaşdıqca təhriflər artır. Bu proyeksiyalarla qütb ətrafı və mülayim enliklərdə yerləşən ərazilərin xəritələri tərtib edilir. Belə xəritələrdə paralellər qövsvarı, meridianlar isə bir mərkəzdən çıxan düz xətlər şəklində təsvir olunur.
Azimutal proyeksiyalar üçün köməkçi həndəsi səth kimi müstəvidən istifadə olunur. Müstəvinin kürəyə toxunma nöqtəsi – sıfır təhrifli nöqtə adlanır. Antarktida və Şimal Buzlu okeanının bu proyeksiyada tərtib edilən xəritələrində paralellər çevrələr şəklində, meridianlar isə bir mərkəzdən çıxan radiuslar kimi təsvir olunur. Yarımkürələrin xəritəsi də azimutal proyeksiyada tərtib edilir.
Çoxüzlü proyeksiyada
Yer kürəsinin səthi kürə deyil, çoxlu sayda trapesiyalara bölünmüş çoxüzlü kimi qəbul edilir. Bu proyeksiyalar kiçik ərazilərin təsvirində, yəni əsasən topoqrafik xəritələrin tərtibi zamanı istifadə olunur. Xəritələrin miqyası böyük və orta olur, təhriflər çox az olur. Azərbaycanın xəritələri bərabərbucaqlı, konus və çoxüzlü proyeksiyalarda tərtib olunur. Təhriflərin dərəcəsi təsvir olunan ərazinin böyüklüyündən və coğrafi enlikdən asılıdır. Xəritədə təhrifləri müəyyən etmək üçün sadə üsullardan istifadə olunur, məsələn,
uzunluq (məsafə) təhrifi özünü meridian və paralellərin arasındakı parçaların uzunluqlarının müxtəlifliyində göstərir. Meridian və paralellər arasındakı bucaqlar 90°-dən fərqli olarsa, deməli, bucaqlar təhrif edilmişdir. Bucağın təhrifi isə bütün coğrafi obyektlərin formalarının təhrifinə səbəb olur.
Miqyas
Miqyas — Yer səthinin kartoqrafik təsvirlərdə neçə dəfə kiçildildiyini göstərən kəsr ədədidir.
Miqyasın 3 növü vardır:
“Ədədi miqyas” – məs: 1:100000, 1:200000
“İzahlı miqyas” – məs: ədədi miqyası izah edir. Məs: 1:100000 miqyası 1 sm-də 1 km deməkdir. Yəni miqyasın məxrəcin 100000 -ə bölürük və yaxud 5 sıfır silirik. Metrə çevirmək üçün isə 100-ə bölürük və ya 2 sıfır silirik.
“Qraifiki miqyas” – Miqyasın qrafik üzrə təsvir edilməsidir. 1:100000 qrafik miqyası aşağıdakı kimidir.
Həqiqi məsafəni tapmaq üçün- miqyas × xəritə məsafəsi. Hm = M × Xm
Miqyası tapmaq üçün- Həqiqi məsafə/Xəritə məsafəsi . M = Hm:Xm
Xəritə məsafəsini tapmaq üçün – Həqiqi məsafə /Miqyas. Xm =Hm:M
Miqyasda sahə: Miqyasda sahə düsturu aşağıdaki kimidir.
“Həqiqi sahə= Miqyasın² × xəritə sahəsi”
Baş miqyas və xüsusi miqyas
Xəritədə məsafələri baş və xüsusi miqyas vasitəsi ilə də nisbətən dəqiq ölçmək olar. Xəritənin kənarında yazılan miqyasa baş miqyas deyilir. Baş miqyasa əsasən məsafələri yalnız sıfır təhriflər xətti üzrə dəqiq hesablamaq olar. Xəritənin təhriflər olan hissələrində isə məsafəni hesablamaq üçün xüsusi miqyasdan istifadə edilir. Xüsusi miqyas meridian və paralel qövslərinin həqiqi uzunluğunu onların xəritədəki uzunluqlarına bölməklə təyin olunur.
2. Kartoqrafik generalizasiya – miqyas, məqsəd və məzmundan asılı olaraq
obyektlər seçilir və ümumiləşdirilir. Xəritənin miqyası böyüdükcə generaliyaziya azalır, kiçildikcə artır.
3. Kartoqrafik işarələr – şərti işarələr kimi qəbul edilir.
Şərti işarələr 3 cür olur: konturlu, xətti və miqyassız.
1. Yer səthində geniş sahə tutan ərazilər (göl, meşə, tarla, bağ) miqyasa uyğun kiçildilərək planda konturlu (və ya sahəvi) şərti işarələrlə təsvir olunur. Bu şərti işarələr ilə obyektin sahəsini, təyin etmək olar.
2. Yer səthində zolaq şəklində uzanan obyektlər (yol, kanal, çay) planda xətti şərti işarələr təsvir olunur. Bu şərti işarələr ilə obyektin uzunluğunu təyin etmək olar.
3. Məhəldə uzaqdan aydın seçilən lakin miqyasa uyğun xəritədə göstərilə bilməyən obyektlər (zavod borusu, tək ağac, teleqüllə) miqyasız şərti işarələrlə göstərilir. Bu şərti işarələr ilə obyektin yalnız yerini təyin etmək olar.
Miqyasına görə xəritələr şərti olaraq 3 qrupa bölünür:
Miqyası 1:10 000-dən 1:200 000-ə qədər olan xəritələr böyük miqyaslıdır. Onlara topoqrafik xəritələr də deyilir. Bu xəritələr üzrə dəqiq ölçmə işləri aparmaq olar. Miqyası 1:200000-dən 1:1000000-a qədər olan xəritələr orta miqyaslıdır. Onlara icmal-topoqrafik xəritələr də deyilir. Bu xəritələr üzrə çox dəqiqlik tələb etməyən ölçmə işləri aparmaq olar. Miqyası 1:1000000 və daha kiçik olan xəritələr kiçik miqyaslı xəritələrdir. Onlara icmal xəritələr də deyilir.
Məzmununa görə xəritələr 3 qrupa bölünür
Ümumcoğrafi xəritələrdə –Bu xəritələrə fiziki və iqtisadi xəritələr daxildir. Onların üzərində bütün coğrafi obyektlər (çaylar, göllər, sərhədlər, şəhərlər, faydalı qazıntılar) eyni səviyyədə təsvir edilir.
Azərbaycanın ümumcoğrafi xəritəsi
Tematik xəritələrdə – hər hansı bir mövzu və ya hadisə daha müfəssəl təsvir olunur. Tematik xəritələrin təbii hadisələri göstərən və iqtisadi prosesləri əks etdirən qrupları vardır. Məs: iqlim, torpaq, bitki örtüyü, əhalinin sıxlığı, kənd təsərrüfatı və s.
Kompleks – bir-biri-ilə qarşılıqlı əlaqədə olan iki və ya daha artıq komponent təsvir olunur. Məs.: sinoptik xəritələr, geoloji quruluş və faydalı qazıntılar xəritəsi və s. Əsl mükəmməl kompleks xəritə təbii zonalar xəritəsidir.
Xəritənin riyazi əsaslari– miqyas, dərəcə toru, proyeksiya.
Xəritənin coğrafi əsasları – relyef, hidroqrafik şəbəkə, yasayış məntəqəsi.
Xəritələrdə təsvir üsulları
Keyfiyyət fonu üsulu– təsvir olunan bütün ərazi hansısa keyfiyyət əlamətinə görə fərqləndirildikdə tətbiq olunur. Məsələn, siyasi xəritədə dövlətlərin əraziləri, fiziki xəritələrdə ovalıqlar, yüksəkliklər, yaylalar, eləcə də dağlıq ərazilər, iqlim xəritələrində yağıntıların paylanması bu üsulla təsvir olunur.
Hərəkət xətləri üsulu– yer səthindəki obyektlərin hərəkət istiqamətini göstərir. Okean cərəyanları, çayların axın istiqaməti, dənizdə gəmilərin hərəkəti, təyyarələrin, avtomobillərin, qatarların hərəkət istiqamətləri hərəkət xətləri üsulu ilə ifadə edilir.
Kartodiaqram üsulu – Ölkə və bölgələrin iqtisadi göstəriciləri dördbucaq və dairələrin köməyi ilə həyata keçirilir.
“Sәnaye sahәlәri”.
1. Yeyinti sənayesi, 2. Yüngül sənaye. 3. Maşınqayırma.
coğrafiya xəritəsi ilə diaqramın birləşməsidir. Burada məlumatlar həndəsi fiqurlar (daha çox dairə və sütunlar) vasitəsilə verilir. Fiqurların ölçüləri xəritədə təsvir edilən məlumatların kəmiyyət göstəricilərini əks etdirir. Məsələn, təqdim olunan xəritədəki diaqramda dairənin böyüklüyü – bu şəhərdə sənayenin daha güclü olmasını bildirir.
Kartoqram üsulu – hər hansı bir göstəricinin ərazi daxilində dəyişməsini vizual əks etdirən təsviridir (lakin xəritə deyildir). Kartoqramda məlumatlar müxtəlif ştrixlər, rənglər və nöqtələrlə ifadə olunur.
İşarələr üsulu- təsvir müxtəlif həndəsi fiqurlar, hərf və şəkillərin köməyi ilə olur.
Areal üsulu– da xəritələrdə təsvir olunan coğrafi obyektlərin yayıldığı əraziləri (sahələri) təsvir edir. Faydalı qazıntıların, bitki və heyvan növlərinin yayıldığı sahələr arealların köməyi ilə göstərilir. Arealları təsvir etmək üçün əvvəlcə xəritədə konturlar çəkilir, sonra isə göstərilən elementlərin yayılma sahəsi rənglənir və ya müxtəlif şərti işarələrlə göstərilir.
Nöqtələr üsulu ilə tematik xəritələrdə coğrafi obyektlərin ərazi üzrə yayılması, eləcə də onların kəmiyyət göstəriciləri verilir. Nöqtələrin ölçüləri onların kəmiyyət göstəricilərini ifadə edir. Bu üsul əhalinin yerləşməsini, heyvanların sayını göstərir.
Qlobus
Yerin bir çox mühüm xüsusiyyətlərini öyrənmək üçün onun kiçildilmiş modelindən qlobusdan istifadə olunur. İlk qlobusu e.ə. II əsrdə yunan Krates Malosskinin düzəltdiyi güman olunur. 1492-ci ildə alman alimi Martin Behaym hazırladığı qlobusu “Yer alması” adlandırmışdır.Qlobusda yerin əyriliyi nəzərə alaraq coğrayi obyektlər təhrifsiz (yəni səhvsiz) təsvir olunur. Qlobusun hər yerində miqyas eyni olur, yəni qlobus bərabərmiqyaslıdır. Burada yerdəki obyektlərin forma və ölçüləri miqyasa uyğun kiçildilərək düzgün təsvir olunur.
Qlobusda üfüqün cəhətlərini dərəcə toruna (meridian və paralellərə) əsasən təyin etmək olar. Miqyasa görə qlobuslar 3 yerə ayrılır:
1. Kiçik miqyaslı – 1:83.000.000
2. Orta miqyaslı – 1:50.000.000
3. Böyük miqyaslı – 1:30.000.000
Plan
Yer səthinin yuxarıdan, kiçildilmiş, şərti işarələr ilə təsvidir.
Xüsüsiyyətləri: Planda miqyas 1:10000- dən böyükdür
-Meridian və paralel çəkilmir
-Yerin əyriliyi nəzərə alınmır.
-Koordinatları müəyyən etmək olmur
-Cəhətləri oxlara əsasən müəyyən etmək olur
-Nisbi və mütləq hündürlüyü təyin etmək olur
-Yamacın istiqamətini müəyyən etmək olur
-Çay şəbəkəsinin sıxlığını müəyyən etmək olur.
Qütb planaalınması bir nöqtədən, marşurut planaalınması isə bir neçə nöqtədən aparılır.
Dəqiq planalınmada istifadə edilən alətlər: Teodolit, bussol.
Gözəyarı planaalınmada istifadə edilən alətlər: Vizir xətkeşi, kompas, menzula, planşet.
Hazırladı: Osman Eminov
Qeyd: Müəllimlərin işə qəbulu hazırlıqlarına hazırlaşmaq istəyənlər “Bakı Peşəkarlaq Akademiyası”nda dərslərimizə qoşula bilərlər bilərlər”. Yüksək səviyyədə keçən dərslərimiz həm miq həm atestasiya imtahanında sizə kömək edəcək.
Əlaqə nömrələri: ☎️ (+99412) 436 92 67 | (+99455) 787 21 23/24
Ünvan:Nizami metrosunun yaxınlığı,Caspian Plaza, 3-cü korpus,11-ci mərtəbə.
Müəllifin öz əlaqə nömrəsi: 055-534-81-70
Ar xəritə atlası vector
Dağlıq Qarabağ (1988-1993)
Xankəndi (18.09.1988)
Əskəran (19.10.1991)
Hadrut (19.11.1991)
Xocalı (26.02.1992)
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Füzuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)
Ön Asiya ərazisində tayfa və tayfa birlikləri (e.ə III-II minillikdə)
Ön Asiya e.ə I minilliyin I yarısında
Manna Dövləti (e.ə IX-VII əsrlər)
Mada Dövləti (Midiya) (e.ə VII əsrin sonuncu rübü – e. ə VI əsrin ortaları)
Albaniya e.ə III əsrdə
Atropatena Sasani dövlətinin tərkibində (III – VII əsrlər)
Albaniya V-VIII əsrin əvvəllərində
Arran və Azərbaycan Ərəb xilafəti tərkibində
Xürrəmi hərəkatı (VIII əsrin sonu – IX əsrin I yarısı)
Azərbaycan IX əsrin ikinci yarısında – X əsrdə
Coğrafiya xəritəsi
Yer səthinin, onun üzərində olan obyektlərlə birlikdə kiçildilmiş, şərti işarəli təsvirinə coğrafiya xəritəsi deyilir. Məzmununa görə xəritələr 2 qrupa bölünür:
a) Ümumcoğrafi xəritələr– Yer səthinin ümumi mənzərəsini əks etdirir.
b) Tematik xəritələr– hər hansı bir hadisə (məs: iqlim, torpaq) daha, konkret olaraq təsvir olunur. Bəzən tematik xəritədə bir-biri ilə qarşılıqlı əlaqədə olan bir neçə komponent təsvir olunur ki, buna kompleks xəritələr deyilir.
Ərazinin əhatə olunmasına görə xəritələr :
a) dünya və yarımkürələr xəritəsi,
b) materiklər və onların hissələrinin xəritəsi,
ç) dövlətlərin və onların ayrı-ayrı hissələrinin xəritəsinə bölünür.
Miqyasına görə xəritələr 3 qrupa bölünür:
1. Miqyası 1:200.000 və ondan böyük olan (1:50.000; 1:25.000) xəritələrə böyük miqyaslı və ya topoqrafik xəritələr deyilir. Topoqrafik xəritələrin miqyası 1:10.000-1:200.000 arasında olub, ümumcoğrafi xəritələr qrupuna aiddir. Topoqrafik xəritələr – plan ilə coğrafiya xəritəsi arasında keçid rolunu oynayır. O, planın şərti işarələrindən istifadə edir və adi xəritələrdə olduğu kimi dərəcə toruna malik olur. Iri miqyaslı topoqrafik xəritənin hər bir vərəqi Yer səthinin nisbətən kiçik, əslində müstəviyə yaxın hissəsini təsvir etdiyindən burada təhriflər çox cüzi olur. Buna görə də bu xəritələrdən kiçik ərazilərin öyrənilməsində geniş istifadə olunur. Geniş ərazilər topoqrafik xəritələrdə vərəqlər üzrə tərtib olunur. Hər vərəq 60 –dən bir çəkilmiş meridian və 40-dən bir çəkilmiş paralellərdə sərhədlənmiş tropesiyalar əmələ gətirir. Xəritədə 2 meridian (xəritənin yan çərçivələri) və 2 paralel (xəritənin alt və üst çərçivələri) olur.
2. Miqyası 1:200.000-dən 1:1.000.000-dək olan xəritələrə orta miqyaslı və ya icmal-topoqrafik xəritələr deyilir.
3. Miqyası 1:1.000.000-dan kiçik olanlara kiçik miqyaslı və ya icmal xəritələri deyilir.
Xəritənin miqyası kiçildikcə orada təsvir olunan obyektlərin bəziləri atılır, digərləri isə sadələşdirilir. Ona görə də miqyas kiçildikcə xəritədə təsvirin dəqiqliyi azalır, lakin burada daha geniş ərazilərin təsvir olunmasına şərait yaranır. Xəritənin məqsədindən və miqyasından asılı olaraq burada təsvir olunacaq obyektlərin seçilməsinə və sadələşdirilməsinə kartoqrafik generalizasiya (ümumiləşdirmə) deyilir. Miqyas kiçildikcə generalizasiya çoxalır.
Yerin kürəvi səthinin düz səthə (yəni xəritədə) təsvir üsuluna kartoqrafik proyeksiya deyilir. Kürə səthini müstəviyə düzgün açmaq qeyri-mümkündür. Bu vaxt toxunma xəttindən kənarda təhriflər (səhvlər) yaranır. Yer səthini müstəviyə keçirməyin müxtəlif yolları var. Bu zaman aşağıdakı həndəsi proyeksiyalardan istifadə olunur.
1. Silindirik proyeksiyada qlobus ekvator boyu silindirə toxunur. Toxunma xətti təhrifsizdir. Miqyas ekvator üçün qəbul olunur. Ekvatordan qütblərə doğru təhrif artır.
2. Konus proyeksiyasında – qlobus hər hansı bir paralel boyu müstəviyə toxunur. Toxunma xətti təhrifsiz olur.
3. Azimutal proyeksiyada -qlobus hər hansı bir nöqtədə müstəviyə toxunur. Kənarlara doğru təhrif artır.
4. Coxüzlü proyeksiyada – ərazinin təsviri müxtəlif vərəqlərdə tərtib olunur. (məs: atlas)
Bu proyeksiyalarda kağızın qlobusa toxunduğu xətt və ya nöqtə təhrifsiz olur. Bu xətt və ya nöqtə sıfır təhrifli xətt (nöqtə) adlanır. Onlardan uzaqlaşdıqca təhrif artır. Odur ki, xəritənin hər yanında miqyas eyni olmur. Xəritədə yazılan miqyas baş miqyasdır. Təhrifsiz xətt üçün nəzərdə tutulur. Digər ərazilərdə xüsusi miqyasdan istifadə edilir. (meridian və paralellərə əsaslanır). Xüsusi miqyas baş miqyasdan ya kiçik, ya da böyük olur.
Xəritədə 4 cür təhrif olur:
1. Uzunluq bunları aradan qaldırmaq olmaz.
2. Forma
3. Bucaq proyeksiyalar vasitəsi ilə onları aradan qaldırmaq olar.
4. Sahə
Təhrif xüsusiyyətinə görə proyeksiyalar 3 qrupa bölünür:
1. Bərabərbucaqlı – xəritədəki bucaqlar qlobusdakı bucaqlara uyğun gəlir. Nəqliyyatda istifadə olunur.
2. Bərabərsahəli – Yerdəki obyektlərin sahəsi təhrifsiz olur. Ölçmə işlərində istifadə edilir.
3. Ixtiyari – bütün təhriflər olur.
Azərbaycan Res-nın xəritələri ən çox bərabərbucaqlı və konus proyeksiyaları vasitəsi ilə tərtib olunur.
Miqyas, dərəcə toru və kartoqrafik proyeksiya xəritənin riyazi əsasını; relyef, hidroqrafik şəbəkə isə xəritənin coğrafi əsasını təşkil edir.
Plan və xəritənin fərqi
1. Xəritənin şərti işarələrinin bəzisi planın şərti işarələri ilə eynidir. (məs. çayın, gölün, bataqlığın və s), digərləri isə fərqlidir (məs. şəhərin). Xəritə və planda bəzi şərti işarələr eyni olsa da, onlar müxtəlif obyektləri göstərir. Məs. yaşıl rəng planda bitki örtüyünü, xəritədə isə ovalığı təsvir edir. Xəritənin şərti işarələrinə və onların izahatına xəritənin legendası deyilir.
2. Planda çox kiçik sahələr (meyvə bağı, kənd vəs.) xəritədə isə çox böyük obyektlər (dünya, materik və s) göstərilir.
3. Planda Yerin kürəyəbənzər səthinin əyriliyi nəzərə alınmadığından dərəcə toru olmur və belə hesab edilir ki, planda təsvir olunan səth yastıdır. Bu səbəbdən planda təsvir olunan obyektlərin koordinatlarını təyin etmək mümkün deyil. Xəritədə isə yerin əyriliyi daim nəzərə alınır və dərəcə toru olur.
4. Fiziki xəritədə planda olduğu kimi yer səthi horizontlar və yüksəklik nöqtələri ilə təsvir olunur. Planda kəsmə yüksəklik kiçik və sabit olduğundan horizontlar 1 neçə m-dən bir çəkilir. Fiziki xəritədə isə horizontlar 1 neçə yüz metrdən bir çəkilir və arası rənglənir. Bunun üçün 3 rəngdən istifadə olunur: Hündürlüyü 0-200m olan ərazilər yaşıl, hündürlüyü 200 m-dən çox olan ərazilər qəhvəyi, dəniz dibi isə mavi rənglə göstərilir. Yüksəklik artdıqca qəhvəyi, dərinlik artdıqca isə mavi rəngin tündlüyü artır. Yer səthinin bu qayda ilə təsvirinə pilləvari və ya lay-lay rəngləmə üsulu deyilir.
5. Planın miqyası böyük (1:5000 və daha böyük), xəritənin miqyası isə daha kiçik (1:10.000 və daha az) olur. Bu səbəbdən planda təhrif az, xəritədə də isə təhrif çox olur.
6. Planda üfüqün cəhətlərini planın kənarına çəkilmiş ox vasitəsilə, xəritədə isə meridian və paralellərə görə təyin etmək olar.
Dərəcə toru
Yerin xəyali oxu ilə Yer səthinin kəsişdiyi nöqtələrə qütb deyilir. Yerin 2- Şimal və Cənub qütbü var. Bütün meridianlar Yerin coğrafi qütblərində birləşirlər. Yerin coğrafi qütbləridən başqa 2 maqnit qütbü də var. Kompasın əqrəbi Yerin coğrafi qütblərinə yox, maqnit qütblərinə doğru istiqamətlənmiş olur. Yerin şimal maqnit qütbü Kanada arxipelaqında, cənub maqnit qütbü isə Antarktida sahilindəki Adeli torpağındadır. Yerin maqnit qütbləri sabit olmayıb yerlərini ildə 5-6 km şərqə və ya qərbə doğru dəyişir. Yerin coğrafi qütblərini birləşirlən xəttlə Yerin maqnit qütblərini birləşirlən xətt üst-üstə düşməyib, müəyyən bucaq əmələ gətirir. Bu bucağa maqnit əqrəbinin meyil bucağı və ya inhiraf bucağı deyilir.
Yer səthindən keçməklə onun qütblərini birləşdirən ən qısa xəttə meridian deyilir. Meridian latın sözü olub «günorta xətti» deməkdir. Həqiqən də onun istiqaməti günorta çağı cisimlərdən düşən kölgənin istiqamətinə uyğun gəlir. Meridanlar həmişə şimala və cənuba istiqamətlənmiş olur. Bütün meridian çevrələrinin uzunluğu 40009 km (yuvarlaq olaraq 40000km), dərəcə ilə isə 3600 –dir. Qütbdən qütbə uzanan meridian qövsünün uzunluğu dərəcə ilə 1800, km-lə isə 20000 km-dir 10-lik meridian qövsünün uzunluğunu tapmaq üçün 20000 km-i 1800-yə bölmək lazımdır. Alınan rəqəm 111,1 km olaçaq ki, bunun köməyi ilə istənilən məntəqənin ekvatordan və ya qütbdən nə qədər aralıda yerləşməsini asanlıqla tapmaq olar.
Qütblərdən eyni məsafədə olan xəyali çevrəyə ekvator deyilir. Ekvatorun uzunluğu 40076 km olub mənası «tənbölən» deməkdir. O, ən uzun paralel olub, yeri 2 bərabər hissəyə – Şimal və Cənub yarım kürələrinə bölür. Qlobusda ekvatora paralel çəkilmiş çevrələrə paralel deyilir. Bütün paralellər formasına görə eyni (yəni çevrə), uzunluğuna görə isə müxtəlifdir. Bütün paralellər meridianlarla 900 bucaq altında kəsişir.
Ekvatordan qütblərə doğru getdikcə paralellərin ölçüsü kiçilir. Buna səbəb Yerin kürə formasında olmasındadır. 10 paralel qövsünün uzunluğu ekvatorda 111,3 km, qütblərdə isə (900-də) 0 km-dir.
Dərəcə toru – meridian və paralellərin qlobus və xəritədə kəsişərək əmələ gətirdikləri şəbəkədir. Yer səthində istənilən qədər meridian və paralel çəkmək mümkün olsa da xəritə qlobusda onlar adətən hər 10-150-dən bir çəkilir.
Coğrafi koordinatlar. Ekvatorla verilmiş nöqtədən keçən paralel arasında qalan meridian qövsünün uzunluğuna coğrafi enlik deyilir. Coğrafi enliyin dərəcə qiyməti 0-900 arasında dəyişir. Ekvatorun coğrafi enliyi 00-dir. Ekvatordan şimalda olan nöqtələrin coğrafi enliyi- şimal enliyi; cənubda olan nöqtələrin enliyi isə cənub enliyi adlanır. Şimal qütbünün enliyi 900 şm en, cənub qütbünün enliyi isə 900 c.en. kimi yazılır.
Coğrafi uzunluq– Londandan keçən sıfrıncı meridiandan başlayaraq ölçülür. Bu meridian başlanğıc və ya Londondakı rəsədxananın adı ilə Qrinviç meridianı adlanır. Qrinviç meridianı ilə verilmiş nöqtədən keçən meridian arasında qalan paralel qövsünün uzunluğuna coğrafi uzunluq deyilir. Coğrafi uzunluğun dərəcə qiyməti 0-1800 arasında dəyişir. Eyni meridian üzərində olan nöqtələrin coğrafi uzunluğu eyni olur. Qlobusda Qrinviç meridianından əks tərəfdə olan meridianın coğrafi uzunluğu 1800-dir. Qlobus və xəritədə 00-lik və 1800-lik meridianlar qalın göy xətlə verilir. Əgər verilmiş nöqtə sıfırıncı meridiandan şərqdədirsə onun uzunluğu şərq uzunluğu, qərbdədirsə qərb uzunluğu adlanır.
Yer səthindəki nöqtələrin coğrafi enlik və uzunluqlarına həmin nöqtənin coğrafi koordinatı adlanır.
- Teqlər:
- xəritə
- , coğrafi xəritə
- , dərəcə toru
- , coğrafi kooordinat
Comments are closed, but trackbacks and pingbacks are open.