Avtobusla rayonlara gedənlər biletləri necə alsınlar? AYNA-dan AÇIQLAMA FOTO
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
Ucuz təyyarə bileti almaq üçün – 7 məsləhət
Təyyarə biletinin qiyməti bəzən təcrübəli səyahətçiləri belə qorxudur, lakin bu çamadanları boşaldıb, heç hara getməmək üçün səbəb deyil. AyBilet.az, Ucuz təyyarə biletinin necə alınması haqqında 7 faydalı məsləhəti diqqətinizə çatdırır.
Kəmərinizi bağlayın, uçuruq!
Aviabiletlərin qiyməti üçün tarix seçin
- Metaaxtarış sistemlərindən istifadə edin
Metaaxtarış sistemləri bir çox saytlar üzrə təyyarə biletləri haqqında məlumatları toplayır və sizə qiymətinə görə ən sərfəli bileti tapır. Sistem vasitəsilə siz həmin bileti asanlıqla alıb və ya bron edə bilərsiniz. Biz sizə daha opitmal variantı tapmaq üçün saytımızın ucuz aviabiletlər xidmətdən istifadə etməyi tövsiyyə edirik. - Ucuş biletinizi öncədən alın
Bir qayda olaraq təyyarə biletinizi ucuşunuzdan 2 ay qabaq alsanız (imkan olsa hətta 1 il öncədən) bu sizə daha ucuz başa gələcək. Eyni zamanda uçuşa nəzərdə tutulmuş bütün biletlər satılmadığı təqdirdə aviaşirkət həmin biletlər üçün müxtəlif endirim və bu kimi aksiyalar həyata keçirir. Digər tərəfdən heç kəs belə bir aksiyanın olacağına zəmanət vermədiyi üçün bu variant daha çox dəlisov adamlara uyğundur.
Bundan əlavə bileti çərşənbə axşamı, çərşənbə və cümə axşamına almağınızı məsləhət görürük. Heç bir halda şənbə və bazar və ya digər bayram günlərinə bilet almayın. Səhər və axşam uçuşları daha ucuz olurlar. - Bilet alanda hər 2 istiqaməti (gediş-gəliş) alın
Nə qədər qəribə də olsa bəzi hallarda “gediş-gəliş” biletinin qiyməti təkcə “gediş” biletinin qiymətindən ucuz olur. Bəziləri hətta bilərəkdən gediş-gəliş biletini alır, ikincisini sonra tullayırlar. Lakin bu kimi hallar kifayət qədər nadir baş verir, əsas da əgər söhbət uzun uçuş məsafəsindən gedirsə.
İstənilən halda ABŞ və digər ölkələr istiqamətində bileti gediş-gəliş formasında alsanız bu sizə daha ucuz başa gələcək. - Çevik olun, müxtəlif variantlara uyğunlaşmağı bacarın
Uçuş biletinin qiyməti uçuş tarixi və hava limanı daxil olmaqla bir çox faktorlardan asılıdır. Əgər bir tarixlə hüdudlanmamısınızsa mütləq yaxın günlərə (tarixlərə) uçuş biletlərinin qiymətini gözdən keçirin. Eynən bu sxem hava limanlarında da keçərlidir. Buna görə də daha ucuz bileti tapmaq üçün paytaxt hava limanına yox, onun yanındakı şəhərin hava limanına olan uçuşu götürmək olar.
Qənaət etməyin daha bir yolu səyahətinizi 2 hissəyə bölməkdir: beynəlxalq və ölkədaxili sonra xərclərinizi buna uyğun hesablaya bilərsiniz. Səyahət edəcəyiniz ölkənin hava limanı olan istənilən bir şəhərinə ucuz bilet alın, ölkəyə çatandan sonra isə səyahətinizi qatar, avtobus və ya avtostopla davam edə bilərsin - Məlumat bülletenlərinə abunə olun
Yaxın zamanda heç hara uçmaq planınız yoxdursa belə aviaşirkətlərin və onlarla əməkdaşlıq edən səyahət saytlarının məlumat bülletenlərinə abunə olun. Bunu etməklə siz müxtəlif endirim aksiyaları, kampaniyalar, xüsusi təkliflər haqqında birinci məlumat əldə edəcək və mövcud ucuz bileti alıb, ya da onu bron edə biləcəksiniz. Digər tərəfdən unutmayın ki, bəzən aviaşirkətlər müştərilərini bu kimi məlumat mübadiləsində alda da bilər. Aviaşirkət bu və ya digər istiqamət üçün biletin mövcud qiymətini endirim adı ilə müştəriyə göndərir. Buna görə də istənilən halda bileti almamışdan öncə mütləq onu qiymətini və alternativ variantları bir neçə dəfə yoxlayın. - Bileti gizlin rejimdə alın
Daha ucuz qiymətə uçuş bileti almaq üçün biz saatlarca müxtəlif aviaşirkətlərin veb-saytlarının təkliflərini incələyirik. Bu zaman sistem bizim addımlarımızı analiz edib, girdiyimiz veb-saytların tarixçəsini yadda saxlayaraq, hissə-hissə qiyməti artıra bilər. Eyni zamanda aviabilet veb-saytları sizin girdiyiniz ölkə və orada mövcud ümumi qiymətlər haqqında da sizin xəbəriniz olmadan məlumat toplaya bilər. Düzdü bunu heç də bütün veb-saytlar etmir, lakin hər ehtimala qarşı aviabilet veb-saytı üzrə bileti brazuerinizin “gizli rejim” funskiyasını yandıraraq alın.
“İki gün qaldı!”, “Bu gün ən ucuz qiymət təqdim olunub!” və s. bu kimi rəngarəng reklam panellərinə də diqqət etməyin. Onların əksəriyyəti yalançı məlumatlardır. - Loukoster və çarter ucuşlarına diqqət edin
Bir qayda olaraq loukoster aviaşirkətləri ucuz uçuş biletləri təqdim edirlər. Ancaq unutmayın ki, laoukosterlərin ucuz bilet qiymətində ənənəvi sərnişin xidmətləri nəzərdə tutulmayıb.
Eyni zamanda çarter uçuşları üçün də ucuz biletlər tapa bilərsiniz. Əgər turizm şirkəti öz turu üçün təyyarə icarəyə götürüb, lakin bütün yerləri satmayıbsa o, boş biletləri əlavə olaraq, daha ucuz qiymətə satışa çıxacaracaq. Lakin belə super endirimlər uçuşa faktiki 48 saat qalanda baş verir və çarterlər əsasən populyar turistik istqamətlər üzrə uçuşlar həyata keçirirlər.
Avtobusla rayonlara gedənlər biletləri necə alsınlar? – AYNA-dan AÇIQLAMA + FOTO
İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Qərar fevralın 3-dən qüvvəyə minəcək.
Qərarla bağlı ötən gündən sosial şəbəkələrdə müzakirələr davam edirir. Təbii ki, gediş haqlarının artırılması vətəndaşlar üçün o qədər də sevindirici hal deyil. Lakin digər tərəfdən də, ictimai nəqliyyatda istifadə edilən avtobusların vəziyyətindən daim şikayətlənən də elə sərnişinlər idi. Bu artım öz növbəsində sərnişindaşıma fəaliyyəti göstərən sahibkarlara xəttə buraxdıqları avtobusları daha müasir və səliqəli nəqliyyat vasitələri ilə əvəz etməyə müəyyən mənada kömək edə bilər.
Maraqlı məqamlardan biri də budur ki, ötən gün axşam saatlarından etibarən Bakı Beynəlxalq Avtovağzalın rəsmi saytına (avtovagzal.az) girişdə problem yaranıb. Bu barədə məlumat sosial şəbəkədə bilet almaq istəyən sərnişinlər tərəfindən paylaşılıb.
Qeyd edək ki, yeni tariflər qüvvəyə minənə qədər Bakı Beynəlxalq Avtovağzalında mövcud tariflər aşağıdakı kimidir:
Sərnişinlər üçün maraqlı olan üç sual:
1. Bakı Beynəlxalq Avtovağzalının rəsmi saytına girişdə yaranan problemin səbəbi nədir?
2. Yeni tariflər qüvvəyə minənə qədər (fevralın 3-dək) onlayn qaydada bileti necə ala bilərlər?
3. Fevralın 3-dən qüvvəyə minəcək yeni tariflər üzrə hesablanan yeni qiymətlər nə zaman elan ediləcək?
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
AYNA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı Beynəlxalq Avtovağzalın rəsmi saytına girişdə problem yaranması təkmilləşdirmə işləri ilə əlaqəlidir və yaxın zamanda sayta giriş bərpa ediləcək.
Regionlara gediş üçün onlayn bilet almaq istəyən şəxslər biletim.az onlayn bilet satışı portalı və avtovagzal.az saytı üzərindən fevral ayının 3-nə qədər mövcud tariflərlə, fevralın 3-dən sonra isə qüvvəyə minəcək yeni tariflərlə bilet ala bilərlər.
Cavabda o da qeyd edilib ki, şəhərlərarası və rayonlararası daşımalarda istifadə olunan avtobuslar daşıyıcılara məxsusdur. Avtobus parkının saxlanması və təmir xidməti xərclərində kəskin artım daşıyıcıların maliyyə vəziyyətini də ağırlaşdırır. Ötəngünkü tarif dəyişikliyinin əsas məqsədi nəqliyyat sektorunda keyfiyyətli xidmət tələb etmək üçün bu sahədəki iqtisadi rentabelliyi təmin etmək və daşıyıcı şirkətlərin gəlirləri ilə xərcləri arasında düzgün proporsiyanın formalaşdırılması istiqamətində görülməsi nəzərdə tutulan işləri stimullaşdırmaqdır. Bu tarif daşıyıcılara mövcud avtobusları istismara saz vəziyyətdə saxlamağa və əsaslı təmirə imkan yaradacaq.
“AYNA tərəfindən ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə avtobus parkının yenilənməsi daim diqqət mərkəzində saxlanılır. Müntəzəm sərnişindaşıma ilə məşğul olan iri daşıyıcılarla mütəmadi şəkildə keçirilən görüşlərdə də sərnişindaşıma sahəsində mövcud çatışmazlıqlar, qarşıda duran məsələlər müzakirə olunur və təkliflər dinlənilir. Görüşlər zamanı sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılması, müştəri məmnuniyyətinin prioritet istiqamətlərdən olduğu diqqətə çatdırılır”, – qurumdan bildirilib.
Qeyd edək ki, Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub (əvvəlki tarif 2,4 qəpik). Qərar 3 fevral 2023-cü il tarixindən qüvvəyə minəcək.
Könül Cəfərli
Təqaüdlə bağlı tələbələri çaş-baş salan bütün suallara cavablar – Hesablanma qaydaları və istisnalar
Universitetlərdə təhsil alan tələbələrə təqaüd onların ümumiorta uğur (müvəffəqiyyət) göstəricilərinə (ÜOMG) görə verilir.
ÜOMG tələbənin təhsil proqramını mənimsəmə səviyyəsinin göstəricisidir.
ÜOMG aşağıdakı düsturla hesablanır:
b1k1*+b2k2*+b3k3*+. +bnkn*
b1,b2. bn = tələbənin fənlər üzrə topladığı ballar;
k1,k2. kn= həmin semestrdə keçirilən fənlərə görə nəzərdə tutulan müvafiq kreditlər;
k1*, k2*. k3* = fənlər üzrə qazanılan kreditlər.
Əgər tələbə imtahandan kəsilərsə, o, krediti qazanmamış hesab edilir və bu əmsal sıfır olur.
İxtisaslar üzrə dövlət hesabına nə qədər tələbə təhsil alırsa, ayrılan təqaüdün miqdarı da o qədər müəyyənləşdirilir.
İmtahan sessiyasının nəticələrinə görə, ÜOMG-si ən yüksək olan tələbələrə təqaüd ödənilir.
Təqaüdlərin növləri:
Bu o deməkdir ki, semestr üzrə verilən bütün fənlərdən qiymətləriniz 91-dən yüksək ( A) olmalıdır.
Fənlər üzrə göstəriciləri 71-100 bal olan tələbələrə “həvəsləndirici” təqaüdü;(Bu halda ən azı birfəndən göstərici 91-100 olmalıdır)
“Zərbəçi” təqaüdü almaq üçün semestr üzrə verilən bütün fənlərdən qiymətlər 71-dən(C) yuxarı olmalıdır.Ən az bir fəndən göstərici isə 90-dan yüksək olmalıdır.
Fənlər üzrə göstəriciləri 51-100 bal olan tələbələrə”adi”təqaüd ödənilir.
Yəni, kəsiri olmayan və göstəriciləri 51-dən yuxarı olan tələbələrə adi təqaüd verilir.
Semestr bitdi və təqaüd alanların siyahısı müəyyən olundu. Lakin sonuncu yerə bir neçə tələbənin balı çatır. Bu zaman hansı tələbə təqaüd almalıdır?
I kursun ikinci semestrində DİM balı, sonrakı semestrlərdə isə əvvəlki semestrin orta balı (ÜOMG) yüksək olan tələbəyə təqaüd ödənilir.
Bakalavriat səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan, 600 və daha çox bal toplayan tələbələrə I kursun I semestrində “əlaçı”, digər halda isə “adi” təqaüd verilir.
V ixtisas qrupu üzrə dövlət sifarişi ilə qəbul olunan, imtahan verilən fənlər üzrə müəyyən olunan maksimal balın 85 faizini və daha çox bal toplayan tələbələrə I kursun I semestrində “əlaçı”, digərlərinə isə “adi” təqaüd verilir.
Comments are closed, but trackbacks and pingbacks are open.