Press "Enter" to skip to content

Mətin Babayev

7 İyul , 2021 14:42

Azərbaycanın yeni iqtisadi rayonları – SİYAHI

Azərbaycanın yeni iqtisadi rayonları – SİYAHI Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsü təsdiq edilib.

7 İyul , 2021 14:42

https://static.report.az/photo/da8b5bba-06d6-30fc-99d9-70f3328513e1.jpg

Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü təsdiq edilib. “Report” xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının iqtisadi rayonlarının aşağıdakı bölgüsü təsdiq edilib: 1.1.Bakı iqtisadi rayonu (Bakı şəhəri); 1.2.Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları); 1.3.Abşeron–Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları); 1.4.Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları); 1.5.Gəncə–Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları); 1.6.Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları); 1.7.Qazax–Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları); 1.8.Quba–Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları); 1.9.Lənkəran–Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları); 1.10.Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları); 1.11.Mil–Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları); 1.12.Şəki–Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları); 1.13.Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları); 1.14.Şirvan–Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları).

Mətin Babayev

Tərkibi – 16 inzibati rayon (Yevlax, Ağdaş, Ucar, Göyçay, Kürdəmir, Hacıqabul, Zərdab, Bərdə, Ağcabədi, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Salyan, Neftçala) və respublika tabeliyində olan Mingəçevir, Yevlax və Şirvan şəhərləri

  • Rayonun payına Azərbaycan əhalisinin 24%-i, ərazisinin isə 21%-i düşür.
  • Əlverişli coğrafi mövqeyə malikdir (mərkəzi mövqeyi, Xəzər sahilinə çıxışı olması)
  • Ərazisinin yarıdan çoxu okean səviyyəsindən aşağıda yerləşir.
  • Bol aqroiqlim ehtiyatına malikdir.
  • Yağıntıların illik miqdarı mümkün buxarlanma miqdarından 4-5 dəfə azdır.
  • Süni suvarma tətbiq etmədən kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil.
  • Qrunt sularının səviyyəsinin qalxmasının və torpaqların təkrar şoranlaşmasının qarşısını almaq üçün sıx kollektor-drenaj şəbəkəsi yaradılıb.
  • Neft-qaz ehtiyatları rayonun mərkəz və cənub-şərq hissəsində cəmlənməklə “Muradxanlı”, “Şirvanneft”, “Salyanneft”, “Neftçalaneft” mədənlərini əhatə edir.
  • Azərbaycanın ən böyük elektrik stansiyaları Mingəçevir və Şirvan şəhərlərindədir.
  • Rayonda elektrik enerjisinin 60%-ə qədəri istehsal olunur.
  • Rayonun sənayesi, əsasən, Şirvan-Salyan və Mingəçevir-Yevlax ƏİK-lərində cəmlənmişdir.
  • Bütün inzibati rayonların mərkəzlərində yeyinti sənayesi müəssisələri mövcuddur.
  • Neftçala rayonundakı Bankə qəsəbəsi balıq konservi müəssisəsi kimi məşhurdur.
  • Şərab zavodları – Kürdəmir, Göyçay.
  • Neftçalada neft mədənlərindən çıxan yodlu-bromlu sular əsasında yod-brom zavodu fəaliyyətdədir.
  • Plastik kütlə zavodu – Salyan.
  • Rezin texniki məmulatı – Mingəçevir.
  • Mingəçevirdə “Azərkabel”, “Azərelektroizolit” zavodları fəaliyyət göstərir.
  • İri oanelli evtikmə obyektləri – Mingəçevir, Yevlax.
  • Yüngül sənaye müəssisələri, əsasən, pambığın ilkin emalı ilə məşğuldur.
  • Pambıqtəmizləmə zavodları – Bərdə, Yevlax, Sabirabad, Salyan, Şirvan, Ucar.
  • Sapəyirmə – Göyçay.
  • Pambıq parça toxuma fabriki – Mingəçevir.
  • Tütün fermentləmə zavodu – Yevlax.
  • Süni dəri zavodu – Şirvan.
  • Xalça istehsalı müəssisələri – Hacıqabul.
  • Kənd təsərrüfatı suvarma əkinçiliyinə əsaslanır.
  • Mil-Muğan kollektor-drenaj şəbəkəsi qrunt sularının səviyyəsini aşağı salaraq şoranlaşmanın qarşısını alır və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını 30-35% artırır.
  • Kür-Araz ovalığı Cənubi Qafqazın ən qiymətli qışlaqları sayılır.
  • Ərazidəki göl-bataqlıq və çəmən-çala landşaftları qaramal, xüsusilə camış naxırları saxlamaq üçün olduqca əlverişlidir.
  • Kənd təsərrüfatı çoxsahəlidir.
  • Azərbaycanda istehsal olunan pambığınn 90%-dən çoxu, üzümün 20%-ə qədəri bu rayonun payına düşür.
  • Kür-Araz düzənliyi Azərbaycanın ənənəvi baramaçılıq rayonudur.
  • Mingəçevirdə sənayenin inkişafı Mingəçevir SES-lə əlaqədardır.
  • Bu SES Bakı, Sumqayıt, Gəncə və başqa şəhərlərin ucuz enerji ilə təchizində mühüm rol oynayır.
  • Respublikada yeganə olaraq Mingəçevir şüşə mahlıc, şüşə lent, şüşə və şüşə tor buraxır.
  • Mingəçevir şəhərinin sənaye məhsulunun beşdə birindən, sənaye heyətinin üçdə birindən çoxu, əsasən, Mingəçevir toxuculuq kombinatının payına düşür.
  • Yevlax şəhəri sənayesinin strukturunda yüngül sənayenin çəkisi böyükdür.
  • Yeyinti sənayesinin ən böyük müəssisəsi Yevlax tütün fermentləmə zavodudur.
  • Şirvan şəhərinin dirçəlişi 1958-ci ildə burada Avropada ilk açıq tipli DRES-in tikintisi ilə bağlıdır.
  • Salyan şəhəri Lənkəran rayonuna və İrana gedən mühüm nəqliyyat yolları üzərində yerləşir.

Yeyinti sənayesi

Yeyinti sənayesi müəssisələrində müxtəlif kənd təsərrüfatı məhsulları emaldan keçir və ərzaq kimi istehlak olunur. Yeyinti sənayesi müəssisələrinin fərqləndirici əlaməti onların hər yerdə yerləşməsidir. Bu tipli istehsal obyektləri həm şəhərlərdə, həm də kənd yaşayış məntəqələrində fəaliyyət göstərir.

Kənd təsərrüfatında becərilən məhsulların çeşidi müxtəlif olduğuna görə yeyinti sənayesinin tərkibi də mürəkkəbdir. Unüyütmə-yarma, şəkər, yağ, kraxmal-patka, meyvə-tərəvəz konservi və çay sənayesi müəssisələri bitkiçilik məhsullarının emalını həyata keçirir. Ət, süd, yağ-pendir sənayesi heyvandarlıq məhsullarının emalına əsaslanır. Çörəkbişirmə, makaron, qənnadı, yeyinti-konsentrat sahələri ilkin emaldan keçmiş yarımfabrikatların son məhsula çevrilməsi ilə məşğul olur. Duzun və balıq məhsullarının emalı da yeyinti sənayesinin tərkibinə daxildir.
Şəkər, bitki yağları, meyvə-tərəvəz konservi və yağ-pendirin emalı üçün tələb edilən xammalların daşınması xeyli mürəkkəb olduğundan və qeyd edilən sahələr əsasən xammal rayonlarında inkişaf etdirilir.
Çörəkbişirmə, makaron, süd sanayesi müəssisələri iri şəhərlərdə və sıx əhali məskunlaşmış istehlak rayonlarında yerləşir. Unüyütmə-yarma, ət sənayesi obyektlərinin isə həm xammal, həm də istehlak rayonlarında yaradılması səmərəlidir.
Bir çox yeyinti sanayesi məhsullarının (üzüm, tütün, çay) ilkin emalı xammal rayonlarında aparılır. Lakin onlar son məhsula istehlak rayonlarında çevrilir. Balıq məhsullarının emalı zavodları sahil rayonlarında yerləşir.

Azərbaycanda yeyinti sənayesi
Yeyinti sənayesi Azərbaycanda istehsal edilan məhsulların miqdarına və bu sahədə məşğııl olan əhalinin sayına görə sənaye sahələri arasında birinci yeri tutur. Bu sahə respublika təsərrüfatının ixtisaslaşmış sahlərindan biridir. Yeyinti sənayesində şərab, konserv, tütün və mineral sular istehsal edilən əsas məhsullardır.
Şərabçılıq ölkənin ən geniş yayılmış sahələrindən biridir. Üzümün ilkin emalı zavodları onun becərildiyi rayonlarda yerləşir. Son mohsul olan şərab va konyak zavodları Bakıda (1 və 2 saylı), Gəncədə, Göyçayda, Şəmkirdə, Xanlarda, Şamaxıda və Naxçıvanda fəaliyyət göstərir. Azərbaycanın şərab zavodları 60 markadan çox şərab, o cümlədən 17 növ turş şərab (“Bayan”, “Alşərab”, “Sadıllı”, “Mədrəsə”, “Novruzlu”, “Şamxor”, “Qarakənd”), 20 növ portveyn tipli tünd desert şərabı (“Ağstafa”, “Alabaşlı”, “Ağdam”, “Qızıl şərbət”, “Qara yeri”, “Qara Çanaq”, “Mil”, “Göytəpə”, “Qarabağ”, “Şahbuz”, “Azərbaycan”, “Şamaxı”, “Kürdəmir”) və konyaklar (“Göy-göl”-3,4,5 ulduzlu, “Bakı”, “Yubileyni”) istehsal edirdilər.
2008 ilin məlumatına əsasən, ilk 9 ayında Azərbaycanda 486,3 min dekalitr araq, 57 min dekalitr konyak, 605 min dekalitr üzüm şərabı, 15,3 min dekalitr şampan şərabı, 3 166,9 min dekalitr pivə istehsal edilib. Hazırda ölkə ərazisində 44 alkoqollu içki, 35 pivə istehsal edən müəssisə fəaliyyət göstərir.
Konserv sənayesi müəssisələrində meyvə-tərəvəz, o cümbdən meyvə VƏ balıq mahsulları emal edilir. Xammal bazalarına yaxın olan meyvə-tərəvəz konservi müəssisələri Xaçmaz iqtisadi rayonunda çoxdur. Bu sahə üzrə Quba-Xaçmazda konserv kombinatı, Quba, Qusar və Xudat şəhərlərində konserv zavodu fəaliyyət göstərir. Naxçıvanı iqtisadi rayonunda Ordubad, Şəki-Zaqatala iqtisadi rayonunda Şəki, Qəbələ, Balakən, Qax, Nic, Aran iqtisadi rayonunda Ucar, Göyçay, Sabirabad, Lənkəran-Astara iqtisadi rayonunda Lənkəran va Masallı əsas konserv sənayesi mərkəzləridir.
Xəzər dənizinin və Kür çayının balıq ehtiyatlarından istifadə edilməsi əsasında Aran iqtisadi rayonunda Banka balıq kombinatı, Mingəçevir, Hacıqabul və Xıllı balıq zavodları işləyir. Bunlardan başqa, Lənkəran-Astara iqtisadi rayonunda yerləşən Lənkəran balıq zavodu, Nərimanabad bahlı kombinatı, Quba-Xaçmaz iqtisadi rayonunda olan Xudat balıq kombinatı, Abşeron iqtisadi rayonuna aid olan Hövsandakı balıq kombinatı, H.Z.Tağıyev qəsəbəsindəki zavod əsas balıq emalı müəssisələridir. Respublikanın su anbarlarında, şirin sulu göllərində, həmçinin digər sututarlarında balıq yetişdirmə zavodları vardır. Onların çoxu Kürün mənsəbində yerləşən Neftçala rayonunun ərazisindədir.
Yeyinti sənayesinin mühüm sahələrinə aid olan ətin emalı Bakı, Gəncə, Şəki, Mingəçevir, Naxçıvan, Ağdam, İmişli, Lənkəran və Xırdalanda yerləşən ət kombinatlarında aparılır. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Xırdalan, Şamaxı, Bərdə, Zərdab, Salyan və Siyəzəndə süd emalı müəssisələri yerləşır. Bakı, Gəncə, Naxçıvan, Kürdəmir, Ağdaş, Yevlax, Şabran və Giləzidə respublika əhəmiyyətli unüyütmə kombinatları fəaliyyət göstərir.
Sənayenin bu sahələri və çörəkbişirmə ölkənin daxili tələbatının ödənilməsinə xidmət edir. Hazırda çörəkbişirmə üzrə şəhərlərlə yanaşı kənd və qəsəbələrdə də kiçik müəssisələr (mini dəyirmanlar və çörəkbişirmə sexləri) yaradılır, onların şəbəkəsi getdikcə genişləndirilir.
Respublikada mövcud olan müalicə əhəmiyyətli mineral suların qablaşdırılması vacibdir. Bu məqsədlə istifadəyə yararlı olan mineral sulara İstisu, Sirab, Badamlı, Vayxır, Darıdağ aiddir. Artıq bu istiqamətdə bir neçə müəssisə fəaliyyət göstərir. Şahbuzda və Naxçıvanda “Badamlı”, Naxçıvanda “Sirab” kimi sudoldurma müəssisəsi vardır. Naxçıvan şəhərində olan “Badamlı” zavodu 1949-cu ildə, “Sirab” zavodu 1976-cı ildə tikilmişdir.
Bakı, Gəncə, Xırdalan, Salyan və Xaçmazda pivə zavodları yerləşir. Respublikamızda ABŞ-ın dünya miqyasında məşhur olan “Koka-Kola” şirkətinin filialı fəaliyyət göstərir (Xırdalan yaxınlığında). 1 oktyabr 1999-cu ildə isə Sulutəpə qəsəbəsində “Pepsi-Kola” sularının istehsalı üzrə müəssisə açılmışdır.
Azərbaycanda yeyinti sənayesinin yuxanda göstərilən istehsal obyektləri ilə yanaşı çayın ilkin emalı üzrə Lənkəran-Astara iqtisadi rayonunda fabriklər, Bakı və Lənkəran şəhərlərində çay çəkilib-bükülməsi fabrikləri yerləşir.
Azərbaycanda Lənkəran çayı ən keyfiyyətli çay növü hesab edilir. Hələ 1981-ci ildə Leypsiqdə keçirilən müsabiqədə «Azərbaycan buketi» mükafatına və qızıl medala layiq görülmüşdür. 2002-ci ildə Madriddə keçirilən beynəlxalq müsabiqədə Azərbaycan çayı “XXI əsr Avropanın qızıl mükafatına”, 2005-ci Madriddə keçirilən “Keyfiyyət və texnologiyaya görə” müsabiqəsində ildə Lənkəranın “Təbii çay”ı Avropanın daha bir “Qızıl medal”ına layiq görülmüşdür. Respublika üzrə 2010-cu ildə yaşıl çay yarpağı istehsalı 544,9 ton olmuşdur.
Tütünün ilkin emalı sahəsində Şəki, Zaqatala, Qəbələ, Balakən, Yevlax, Şərur və Masallı tütün-fermentasiya zavodları, Bakıda isə tütün kombinatı işləyir. Bunlarla bərabər, Zaqatalada fındıq təmizləmə zavodu, xına qablaşdırılması müəssisəsi, Abşeronun Maştağa qəsəbəsində zeytun emalı zavodu, Bilgəhdə zəfəran emalı zavodu vardir.
Pambıq çiyidi Şirvanda olan yağ-ekstraksiya zavodunda emaldan keçir. Sonra onun məhsullarından alınan qliserin sabun hazırlamaq üçün Gəncə yağ-piy kombinatına göndərilir. Bakı, Sumqayıt VƏ Gəncədə qənnadı fabrikləri vardır.

Comments are closed, but trackbacks and pingbacks are open.