Press "Enter" to skip to content

Arxeoloji mədəniyyətlər

Leylatəpə abidəsi
Mədəniyyətə daxil olan Leylatəpə abidəsi Ağdam rayonunda yerləşir. Bu abidənin tikililəri dördbucaqlı formadadır. Abidədən 12 dulus sobası aşkarlanıb və bu formada sobalara Qafqazın heç bir analoji dövr abidələrində rast gəlinmir. Leylatəpə abidəsinin ən maraqlı tapıntıları buradan aşkar olunan 4 gil qabda dəfn olunmuş uşaq qəbirləridir.

Araz çayı İranla Azərbaycan arasında sülh və dostluğun simvoluna çevrilib – Nazir

Araz çayı boyunca inşa edilmiş Araz və Mil-Muğan su anbarlarından birgə istifadə edilməsinin 50 illiyi münasibətilə yubiley mərasimi keçirilib.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan və İran İslam Respublikasının hökumət nümayəndələrinin iştirakı ilə təşkil edilmiş mərasim ərazidəki sərgi ilə tanışlıqdan başlanıb. Tədbirdə Azərbaycan tərəfdən Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov, İran tərəfdən isə Şərqi Azərbaycan vilayətinin valisi Mohammad Reza Pour Mohammadi açılış nitqləri ilə çıxış ediblər. Araz çayı üzərində Azərbaycan və İran tərəfindən tikilərək 1971-ci ildə birgə istismara verilmiş, həcmi 1 milyard 350 milyon kubmetr olan Araz su anbarı, həmçinin “Araz” SES və hər iki ölkənin ərazisində 400 min hektar sahənin suvarılmasını təmin edən Mil-Muğan su anbarının regional əməkdaşlığın inkişafında əhəmyyəti diqqətə çatdırılıb.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov deyib: “Bu gün ölkə prezidentlərinin iradəsinə uyğun olaraq həyata keçirilən birgə layihələr əlaqələrimizi daha da möhkəmləndirir. Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində Araz və Mil-Muğan su anbarlarının dostcasına birgə istifadəsinin 50 illiyinin xüsusi mərasimlə qeyd edilməsi əlaqələrimizin möhkəm tarixi köklər üzərində daha da inkişafının göstəricisidir.”

Şərqi Azərbaycan vilayətinin valisi Mohammad Reza Pour Mohammadi bildirib: “Bu gün həm mədəni sərvət, həm də bölgə insanları üçün iqtisadiyyatın həyat arteriyası olan, bir çaydan daha üstün məna daşıyan Araz çayı ətrafında toplaşmışıq. Bu çay, geniş əməkdaşlığımız üçün üzümüzə açılan böyük bir dünyanın nümunəsidir. İnşallah ki, sabahın işıqlı günləri üçün əməkdaşlığı davam etdirəcəyik. Dağlıq Qarabağ münaqişəsinin bitməsini və bölgədə davamlı sülhün bərqərar olmasına dair razılıqları nəzərə alaraq bütün ölkələrin əməkdaşlığı üçün yaxşı bir fürsət yaradılıb. Azərbaycanla hər cür əməkdaşlığa hazırıq.”

Tədbirdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov və İran İslam Respublikasının energetika nazirinin su məsələləri üzrə müavini Ghasem Taghızadeh də çıxış edib. Zaur Mikayılov əmin olduğunu vurğulayıb ki, mövcud su ehtiyatlarından daha səmərəli istifadənin təmin olunması, su təminatında yarana biləcək çətinliklərin vaxtında qarşısının alınması və hər iki dövlətin su və enerjiyə olan tələbatının ödənilməsi məqsədilə bu sahədə fəaliyyət bundan sonra da uğurla davam etdiriləcək. Ghasem Taghızadeh isə iki ölkə arasında Araz çayı üzrə əməkdaşlığın və rəğbətli münasibətin bütün dünyada sülh və dostluğun gözəl nümunəsi ola biləcəyini deyib.

Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov da çıxışında Araz və Mil-Muğan su anbarlarını ölkələrimiz üçün sosial-iqtisadi obyektlərdən daha çox uzunmüddətli əməkdaşlıq körpüsü adlandırıb: “Araz və Mil-Muğan su anbarları, “Araz” SES, eləcə də Araz çayı üzərində yeni layihələrin nümunəsində əminliklə deyə bilərik ki, Azərbaycan və İran öz aralarındakı sərhədi davamlı şəkildə birgə əməkdaşlıq imkanlarına uğurla çevirən ölkələrdir. Yarım əsr ərzində bu infrastrukturlar paritet əsasda hər iki ölkənin maraqlarına xidmət edərək Azərbaycan-İran təcrübəsində transsərhəd sularından istifadənin də örnək modelini formalaşdırıb”.

Nazir Pərviz Şahbazov mürəkkəb bir dövrdə belə strateji əhəmiyyətli layihələrin ərsəyə gəlməsində Ulu Öndər Heydər Əliyevin misilsiz rolunu vurğulayıb. Azərbaycan tərəfi üçün ümumi gücü 22 MVt olan “Araz” SES-in o dövrdə ölkəmizin enerji təminatına mühüm töhfə verdiyini diqqətə çatdırıb. Energetika naziri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionda yeni reallıqlar yaradan siyasəti nəticəsində hazırda Araz çayının su və energetika ehtiyatlarının birgə istifadəsi ilə bağlı əməkdaşlığımız “Xudafərin”, “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları, eləcə də digər layihələrlə genişlənərək yeni inkişaf mərhələsinə daxil olub. “Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi və tarixi sərhədlərinin bərpası ilə regionda yaranmış yeni geosiyasi reallıqlar və təhlükəsiz inkişaf mühiti bu layihələrin icrası istiqamətində maneələri artıq aradan qaldırıb. Bu layihələrin icrası uzaqgörən siyasətin, dəqiq hesablanmış strateji yanaşmanın məhsulu olmaqla bərabər hər iki dövlət üçün Araz çayının əhəmiyyətini daha da artırır. Yaxın gələcəkdə ümumi qoyuluş gücü 200 MVt olan “Xudafərin” və 80 MVt gücündə “Qız Qalası” su elektrik stansiyaları tikiləcək. Nəticədə biz ildə ümumən 716 milyon kilovat-saat elektrik enerjisi istehsal edə biləcəyik.”

İran İslam Respublikasının energetika naziri Reza Ardakanian deyib: “Araz və Mil-Muğan su anbarlarının istismara verilməsinin 50-ci ildönümü İran və Azərbaycan arasındakı dərin dostluq əlaqələri və əməkdaşlıq münasibətlərini ifadə edir. Şübhəsiz, Araz çayı İran və Azərbaycan arasında hər iki qonşu dövlətin əhalisinin qan damarı kimi ortaq sərhədin mühüm hissəsində sülh və dostluğun simvoluna çevrilib.”

Mərasimdə Araz və Mil-Muğan su anbarlarının istismarı və birgə əməkdaşlıq tarixinə dair hər iki ölkə tərəfindən hazırlanmış qısametrajlı sənədli filmlər nümayiş etdirilib. Yekunda Araz və Mil-Muğan su anbarlarının istismarı üzrə birgə komissiyanın və 50-ci görüşün protokolu imzalanıb.

Arxeoloji mədəniyyətlər

Kür-Araz mədəniyyəti
Son eneolit və erkən tunc dövrünə (e.ə. IV minilliyin sonu – III minillik) aid mədəniyyət. Başlanğıcını Azərbaycan ərazisindən götürən bu mədəniyyət Şimali Qafqazdan Mesopotomiyaya, Şərqi Anadoludan Orta Asiyaya qədər geniş bir ərazini əhatə etmişdir. İlk dəfə Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı aşkarlandığından Kür – Araz mədəniyyəti adlandırılmışdır.
Bu mədəniyyət ilk dəfə 1940-cı illərdə, Kür-Araz çayları arasındakı ərazilərdə tapılmış materiallar əsasında müəyyənləşdirilmişdir. O vaxt Kür-Araz mədəniyyətini eneolitə aid edirdilər. Sonralar aydın oldu ki, bu mədəniyyətin hüdudları Kür-Araz çayları arasından çox genişdir, abidələri isə e.ə. IV minilliyin ortalarından III minilliyin son rübünədək xronoloji çərçivəni əhatə edən ilk tunc dövrünə aiddir.

Aşel mədəniyyəti
Azərbaycanda Aşel mədəniyyəti Quruçay mədəniyyəti əsasında inkişaf etmiş və onun ikinci mərhələsini təşkil etmişdir. Aşel mədəniyyətinə aid tapıntılar Azərbaycan ərazisində Qazax rayonunun Qayalı, Acıdərə, Şişquzey düşərgələrindən və digər abidələrdən aşkar edilmişdir. Lakin Aşel mədəniyyətinə aid ən zəngin maddi-mədəniyyət nümunələri Azıx mağarasından aşkar olunmuşdur. Azıx mağarasında Aşel mədəniyyətinin başlıca olaraq erkən və orta mərhələsi geniş təmsil olunmuşdur. Erkən Aşel 700-500 min il bundan əvvələ aid edilir. Azıx mağarasında erkən Aşel Quruçay mədəniyyəti əsasında inkişaf etmiş və onun davamı olmuşdur. Bu təbəqədən xeyli daş məmulatı (2000-dən artıq), ocaq qalıqları, müxtəlif heyvan sümükləri, bitki ovuntusu aşkar olunmuşdur. Əmək alətləri arasında kobud çapacaqlar, qaşovlar kəsici alətlər və ərsinlər xüsusi yer tutur. Çapacaqlar həcminə görə Olduvay, Ubeydiyə, Terra-Amatadan tapılmış alətlərlə uyğundur.

Quruçay mədəniyyəti
Əsasən Azıx mağarası əsasında tədqiq edilmişdir. İbtidai insanların həyatında mağaranın yaxınlığından axan Quruçayın böyük əhəmiyyəti olmuşdur. Məhz buna görə də Azıx mağarasının 7-10-cu təbəqələrindən aşkar olunmuş yeni arxeoloji mədəniyyətin maddi-mədəniyyət qalıqlarına Quruçay mədəniyyəti adı veilmişdir. Aparılan kompleks tədqiqatlar zamanı Quruçay mədəniyyətinin bir neçə inkişaf mərhələsi müəyyən edilmişdir. Quruçay mədəniyyətinə aid əmək alətləri Afrikanın Olduvay mədəniyyəti kompleksi ilə yaxınlıq təşkil edir.

Anazağa yaşayış yeri
Anazağa yaşayış yeri Qobustan qoruğu binası yaxınlığında, Böyükdaş dağının üst hissəsində yerləşir. Burada Kür-Araz mədəniyyətinə aid maddi- mədəniyyət qalıqları əldə edilmişdir. Tapıntılar qara və şabalıdı rəngli cilalı qab parçalarından, daş alətlər, gil təkər modeli və başqa əşyalardan ibarətdir.

Babadərviş yaşayış yeri
Babadərviş yaşayış yeri Мingəçevirdən qərbdə, Qazax şəhərinin cənub qərbində, Ağstafaçayın sol sahilində yerləşir. Eneolit dövrünə aiddir. Buradan gil qab parçaları, məişət əşyaları, heyvan sümükləri və yanmış taxıl qalıqları aşkar edilmişdir.

Böyükdaş yaşayış yeri
Böyükdaş yaşayış yeri eyni adlı dağın üst hissəsində aşkar edilmişdir. Burada bir sıra daşdan hörülmüş dördkünc planlı, çoxotaqlı binanın qalıqları müəyyənləşdirilmişdir. Dağılmış tikinti qalıqları arasında, üzərində çubuq izləri olan gil suvaq parçalarına rast gəlinmişdir.

Leylatəpə abidəsi
Mədəniyyətə daxil olan Leylatəpə abidəsi Ağdam rayonunda yerləşir. Bu abidənin tikililəri dördbucaqlı formadadır. Abidədən 12 dulus sobası aşkarlanıb və bu formada sobalara Qafqazın heç bir analoji dövr abidələrində rast gəlinmir. Leylatəpə abidəsinin ən maraqlı tapıntıları buradan aşkar olunan 4 gil qabda dəfn olunmuş uşaq qəbirləridir.

Keçili təpəsi abidəsi
Leylatəpə mədəniyyətinə aid olan digər abidə Keçili təpəsi abidəsidir. Abidə Şəmkir rayonunun Keçili kəndindən şimalda yerləşir. Keçili təpəsi abidəsindən aşkar olunan materialların xronoloji müqayisəsi, eyni zamanda burada qeydə alınan yastı oturacaqlı gil qablar bu yaşayış yerinin eneolitin son mərhələsinə aid olduğunu sübut edir.

Böyükkəsik abidəsi
Leylatəpə mədəniyyətinə xas olan abidələrindən biri də Böyükkəsik abidəsidir. Abidə 2004-cü ildə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin çəkilişi zamanı aparılan qazıntı işləri zamanı Tovuz rayonu ərazisində tapılıb. Abidədə dördbucaqlı formada tikili qalıqları ilə yanaşı uşaqlara məxsus gil qablarda dəfn etmə faktlarına da rast gəlinib.

Qobustan qayaüstü rəsmləri
Qobustan petroqliflərini – açıq səma altında muzey də adlandırırlar. Böyük Qafqaz dağlarının cənub-şərq ətəklərində yerləşən bu qayalı massiv Xəzər dənizinin yaxınlığında, qədim Şirvan yolu boyunca çəkilmiş müasir şosse yolunun üzərindədir. Burada çoxsaylı qayaüstü təsvirlər, qayaların altında yerləşən qədim insan məskənləri və kurqan qəbrləri aşkar edilmişdir. Bu qayalarda regionun 15 min illik həyat tarixi – yuxarı paleolit dövründən orta əsrlərə qədər böyük bir zaman kəsiyi əks olunmuşdur.
Qobustanın ilk tədqiqatçısı arxeoloq İshaq Cəfərzadə 1939-cu ildə bu unikal yerlər barədə ilk dəfə dünya elminə məlumat vermişdir. Qobustan YUNESKO-nun “Dünya irsi” siyahısına daxil olunmaq üçün nominasiya edilmişdir.

Ağsal yaşayış yeri
Ağsal yaşayış yeri Culfa rayonunun Ərəfsə kəndi yaxınlığında yerləşir. Abidə yalnız kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir. Buradan Orta Tunc dövrünə aid gil qab parçaları, dən daşları aşkar olunmuşdur. Tapıntılar arasında boyalı qab parçaları da vardır.

Naxçıvan nekropolu
Naxçıvan nekropolu Naxçıvan şəhərinin şimalında, Naxçıvan-Şahbuz şosse yolunun sol tərəfində yerləşir. Torpaqda qazılan qəbirlər dördkünc formalı olub, şimal-cənub, şərq-qərb istiqamətinə yönəlmişdir. Qəbirlərdə cüt və kollektiv dəfnlər olmuşdur.
Naxçıvan nekropolunun qəbirlərindən qara, boz, polixrom boyalı gil qablar, tunc bilərzik, üzük, sırğa və müxtəlif minerallardan hazırlanmış muncuqlar tapılmışdır. Arxeoloji materiallara əsasən, nekropol e.ə. XVII-XV əsrlərə aid edilmişdir.

Culfa nekropolu
Culfa nekropolu dəmir yolu çəkilərkən,1939-1940-cı illərdə dağıdılmışdır.
Bu nekropolun materialları, hazırda Gürcüstan Dövlət Tarix Мuzeyində saxlanılır. V.H.Əliyev tərəfindən nəşr olunan həmin materiallar e.ə. XIII-IX əsrlərə aid edilir.

Xoşbulaq kurqanları
Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində daş örtüklü kurqan tipli qəbirlər. Bu qəbirlərdə skelet arxası üstə oynaqlardan bükülü formada, başı qərbə doğrudur. Belə qəbirlərdə bir qayda olaraq qara rəngli, küpə formalı üç qulp qablara daha çox təsadüf olunur. Buradan həmçinin qızıl, gümüş və tuncdan hazırlanmış bəzək əşyaları da tapılmışdır.

Kültəpə
Füzuli şəhərinin mərkəzindən 40 km şərqdə, Bala Bəhmənli kəndi yaxınlığında, düzənlikdə yerləşir. Çоxtəbəqəli qədim yaşayış yeri оlduğu aşkar edilib. Arxeoloji axtarışlar zamanı Kültəpədən eneоlit-sоn оrta əsrlər dövrünə aid maddi mədəniyyət nümunələri-sadə və şirli qab nümunələri, оx ucluqlar, оraq dişləri, dən daşları və s. tоplanmışdır. Tapıntı və tədqiatlar Kültəpənin Enоlit və Tunc dövrlərində оturaq əkinci icmaların böyük yaşayış yeri, оrta əsrlərdə isə qala оlduğunu göstərir.

Şomulutəpə
Füzuli şəhərinin mərkəzindən 7-8 km şimalda, Köndələnçayın sağ sahilində yerləşən, ilk və оrta tunc dövrlərinə aid yaşayış məskəni. Brradan tapılan nümunələr Şоmultəpənin e.ə. III-II minilliklərdə əkinçi-maldar icmalarına məxsus оlduğunu göstərir.

Şortəpə yaşayış yeri
Şortəpə yaşayış yeri Şərur rayonunun İbadulla kəndinin içərisində, Araz çayının sol sahilində yerləşir. Qazıntı zamanı gil qab parçaları və ocaq qurğularının qalıqları aşkar olunmuşdur. Yaşayış yerində aparılan kəşfiyyat xarakterli tədqiqatlar nəticəsində bu dövrə aid gil qab parçaları da toplanmışdır.
Yaşayış yerində ilk, orta və son tunc dövrlərinə aid mədəni təbəqələrin olduğu müəyyən edilmişdir.

Мingəçevir yaşayış yeri
Мingəçevir yaşayış yeri Yevlax şəhəri yaxınlığında, Kür çayının sağ sahilində, Bozdağ vadisinin mərkəzi hissəsində yerləşir. Burada alt qatda, bilavasitə materikin üzərində Kür-Araz təbəqəsinə, yuxarıda inkişaf etmiş tunc dövrünə və antik dövrə aid təbəqələrə də rast gəlinmişdir. Qazıntı sahəsində erkən tunc dövrünə aid dörd yaşayış binasının qalığı aşkar edilərək öyrənilmişdir.

Kərki yaşayış yeri
Kərki yaşayış yeri Sədərək rayonunun Kərki kəndindən cənubda, Tejkar dağının üzərində yerləşir. Yaşayış yerində kobud yonulmuş iri qaya parçalarından tikilmiş divar qalıqları qalmışdır. Yerüstü materiallar orta tunc dövrünə aid çəhrayı rəngli monoxrom boyalı gil qablar, dən daşları, həvəng və dəstələrdən ibarətdir.

Plovdağ
Plovdağ abidələri Araz çayından 2,0-2,5 km şimalda, Gilançayın sol sahilində, eyni adlı dağın ətəklərində yerləşir. Plovdağ və onun ətrafında aparılan arxeoloji kəşfiyyat işləri göstərmişdir ki, dağın hər tərəfində qədim dövrə aid qəbirlər və yaşayış yerlərinin qalıqları vardır. Plovdağda hələlik iki yaşayış yerinin yerüstü konturları müəyyən edilmişdir. Bunlardan birincisi dağın cənub ətəyində, dağarası çökəklikdə, ikincisi isə dağın qərb ətəyində yerləşir.

Sarıtəpə
Sarıtəpə Azərbaycanın Qazax rayonunun qərbində yerləşən, dəmir dövrünə aid ən möhtəşəm abidələrdən biridir.
Arxeoloji qazıntılar zamanı Sarıtəpədə xeyli təsərrüfat və dini xarakterli binalar aşkara çıxarılmışdır. Öyrənilmişdir ki, bu abidələri öz xarakteri baxımından hansısa bir ailə və ya kiçik bir kollektivə deyil, bütün ictimaiyyətə məxsus olmuşdur.

Uzuntəpə yaşayış yeri
Uzuntəpə yaşayış yeri uzunsov təpə şəklindədir. Əldə edilən maddi-mədəniyyət qalıqları daş alətlər, gil qab parçaları, heyvan fiqurları, ocaq qurğularından ibarətdir.

Şuşa mağara düşərgəsi
Daş dövründə yaşamış insanların məskəni. Şuşa şəhərindən cənubda, Daşaltı çayının sol sahilində yerləşir. Şuşa mağara düşərgəsində aparılan kəşfiyyat qazıntı işləri zamanı paleolit dövrünə aid 4 ədəd daş məmulatı tapılmışdır.

Daş Salahlı mağarası
Aveydağ mağaraları qrupundan olan ən iri mağara. Qazax rayonununn Daş Salahlı kəndindən Qərbdə vulkanik qayalıqdadır. Arxeoloji qazıntılar zamanı Daş Salahlı mağarasında iki mədəni təbəqə üzə çıxarılmışdır. I təbəqədən arxeoloji material tapılmamışdır. II təbəqədən paleolit dövrünə aid materiallar tapılıb. Mağaranın girəcəyində diametri 2 metr olan böyük ocaq yeri aşkarlanıb. Ocaq külü arasından daş məmulatı və heyvan sümükləri tapılıb. Heyvan sümüklərinin əksəriyyəti parçalanıb yandırılmışdır.

Damcılı mağarası
Damcılı mağarası mağara-düşərgə olub, Qazax rayonunun Daş Salahlı kəndindən Xram çayına qədər uzanan Aveydağın cənub-şərqində, əhəng qayalığın altındadır.
Aveydağ mağaralar qrupundan ən irisidir. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Arxeoloji qazıntılar zamanı qarışıq təbəqədən nukleuslar, itiuclu, qaşov, bıçaqvari alətlər, lövhəşəkilli bıçaqlar, ox ucluqları, biz və s. tapılmışdır.

Göytəpə
Güney Azərbaycanda,Urmiya gölünun Qərb sahilində yerləşir. Abidə Manna dovləti dovrunə aid edilir və Göytəpə ərazisində Manna dölətinin hansısa vilayətinin olması iddiası irəli sürülür. Goytəpədə ilk arxeoloji qazıntılar T.Berton Braunun rəhbərliyi ilə Britaniya arxeoloji cəmiyyəti tərəfindən aparılmışdır. Təpənin heç də bütün təbəqələri açılmamışdır. Burada bir neçə şurf qazılmış və e.ə. III minillikdən başlayaraq İslam dövrünə kimi uzun bir dövrü əhatə edən səkkiz ardıcıl təbəqə aşkar olunmuşdur.

Torpaqqala
Torpaqqala Azərbaycanda erkən orta əsrlər dövrünə aid şəhər yeridir.
Bu abidə Alazan çayının sol sahilində, eyniadlı təpənin üstündə, indiki Qax şəhərindən 25 km cənub–qərbdə yerləşir.
Torpaqqalada bina qalıqları, təndir və ocaq yerləri, istehsalat ocaqları, təsərrüfat küpləri, dulusçuluq və şüşə məmulatlarının müxtəlif nümunələri və sümük qalıqları aşkar edilmişdir.

Yedditəpə
Füzuli şəhərinin mərkəzindən 6 km şimal-şərqdə, Mirzə Camallı kəndi yaxınlığında yerləşir. Tunc dövrünə aid arxeoloji abidə hesab edilir. Yedditəpə iyirmiyə yaxın kurqandan ibarətdir. 1972-ci ildə arxeoloji qazıntılar zamanı Yedditəpədən erkən оrta əsrlərə və daha əvvəlki dövrlərdə (IV-VI əsrlərə aid) daş qutu qəbirlər aşkar edilmişdir. Qəbirlərdən gil, şüşə, tunc qablar, mis və gümüş bəzək əşyaları, heykəlciklər, musiqi alətləri, ( sinclər), nizə balta, qılınc, xəngər, metal tоqqa, zınqırоv və s. tapılmışdır.

Örənqala şəhər xarabalığı
Mil düzündə yerləşən qədim Örənqala yaşayış yerinin tədqiqinə hələ 1933-cü ildə başlanmışdır. Bu ekspedisiya Örənqala yaşayış yerini tədqiq edən ilk elmi ekspedisiya idi. Örənqala şəhər yerindən tapılmış Rey keramikasının ayrı-ayrı nümunələri və çoxlu miqdarda mis sikkələr göstərir ki, şəhərin çiçəklənmə dövrü səlcuq və monqol yürüşləri (XII-XIV əsrlər) dövrünə təsadüf edir. Qeyd etmək lazımdır ki, monqol işğalları dövrü dedikdə, Hülakülər dövləti dövrü nəzərdə tutulur. Belə ki, ilk monqol hücumları zamanı şəhər güclü dağıntıya məruz qalmış, uzun zaman dirçələ bilməmişdi.

Araz azərbaycan tarixi

Lorem ipsum dolor sit amet. Lorem ipsum dolor sit amet. Lorem ipsum dolor sit amet. Lorem ipsum dolor sit amet. Lorem ipsum dolor sit amet. Lorem ipsum dolor sit amet. Lorem ipsum dolor sit amet. Lorem ipsum dolor sit amet.

“Araz” insanları zəhərləyir: İndi də ərzaqların tarixi. – VİDEO

11:24 – 6 Mart 2023

6 mart, Fineko/abc.az. “Araz” marketlər şəbəkəsində bəzi ərzaq məhsullarının istifadə müddətinin saxtalaşdırılması faktı üzə çıxıb.
ABC.AZ xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumatlar yayılıb. Belə ki, Şamil Əzizbəyov küçəsində yerləşən marketdə alınan şirniyyatın (Bonita mini rulet) tamamilə istifadəyə yarasız olduğu məlum olub. Amma məhsulun üzərində onun istifadə müddətinin bu ilin may ayına kimi olduğu göstərilib. Araşdırmalar zamanı bəlli olub ki, məhsulun üzərinə bu məlumat sonradan yapışdırılıb. Beləliklə, satışdan çıxarılmalı olan şirniyyatın istifadə müddəti saxta yolla uzadılıb. Halbuki onun köhnə və istifadəyə tam yararsız olması dərhal bilinir. Çünki şirniyyat tamamilə bərkuyib və acı dadır.
Aydın olur ki, “Araz” marketdə bəzi məhsulların istifadə müddəti üzərində yeni tarix göstərilməklə saxta yolla uzadılır.
Bu, məsul alınan zaman verilən qəbizdən də görünür. Məhsulun üzərində onun bir kiloqramının qiymətinin 10,99 AZN-ə olduğun göstərilib. Qəbizdə isə həmin şirniyyatın 1 kiloqramı 7,97 AZN-dir. Bu isə onu göstərir ki, market əməldaşları məsulun istifadə müddətinin “uzadılmasını” tələsik həll etməyə çalışıblar. Yeni abrkod isə hələlik sistemə oturmayıb. Çünki marketlər qiymətləri artırdıqda əvvəlcə onu sistemdə düzəliş edirlər, sonra məhsulun üzərində.
Məsələ ilə bağlı Bakupost.az-ın əməkdaşı həmin marketə baş çəkib. Məlum olub ki, həmin məhsulların hamısı xarabdır və alıcılara bu şəkildə də satılır.
“Araz” marketlər şəbəkəsindən isə qeyd olundu ki, məsələ araşdırılır.

Comments are closed, but trackbacks and pingbacks are open.