Araz Kursları bağlandı
2️⃣ 3,8,11,19, 30,49? Sırada sual işarəsi yerinə ha sı rəqəm gələr?
A+ Kursları
Bakıda A+ kurslar və A+ beynalxalq dərəcədə sertivikatını verən qurum varmı.
Sualı verdi: Qubadov ( 12/09/2011 )
Kateqoriya: Kurs, material, kitab və.s. axtarıram . A+. Qısa keçid.
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
A+ proqramı üzrə öyrədən kurs bilmirəm, amma imtahanı Prometric test mərkəzlərində(Softline, AİC Group, Caspel, Azərbaycan Dillər Universiteti) verə bilərsiniz. Şirkət olaraq CompTİA seçin.
http://www.register.prometric.com/Exam.asp
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin
Cavab verin
Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.
Üzvlər üçün giriş
Elan qutusu
Son cavablar və şərhlər
Bahadur74 cavab verdi – Mobil telefonlar üçün application (1 gün əvvəl)
Bahadur74 cavab verdi – Telefon uygulama (1 gün əvvəl)
Bahadur74 cavab verdi – Internet paketi (2 gün əvvəl)
Bahadur74 cavab verdi – Terminaldan pul çəkmək olur? (2 gün əvvəl)
Bahadur74 cavab verdi – İnformatika əsas fənn kimi seçmək (2 gün əvvəl)
Bahadur74 cavab verdi – Qədimi xalçaları harada satmaq olar? (2 gün əvvəl)
Bahadur74 cavab verdi – hərbiyə yararliyam goresen (2 gün əvvəl)
Bahadur74 cavab verdi – “Getcontact”da baxa bilmirəm (2 gün əvvəl)
Bahadur74 cavab verdi – android üçün ağıllı musiqi pleyeri (2 gün əvvəl)
Bahadur74 cavab verdi – Cavan nardan necə çıxım (2 gün əvvəl)
Software Developer cavab verdi – Kargo şirkətləri (4 gün əvvəl)
benzolos10 cavab verdi – Saytların qurulması üzrə şirkət (8 gün əvvəl)
“Araz Kursları” bağlandı
Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və “Araz Kursları” MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verilib. Bu barədə Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Azərbaycan Respubikasının milli neft şirkəti kimi beynəlxalq aləmdə rəqabət qabiliyyətinin artırılması, fəaliyyətinin səmərəliliyinin təmin edilməsi və aparıcı neft şirkətləri sırasına çıxmaq üçün ardıcıl islahatlar həyata keçirir.
Bu islahatlar bir sıra yeni iş yerlərinin açılması, yeni istehsal sahələrinin yaradılması ilə yanaşı, az səmərəli biznes proseslərinin aradan qaldırılması zərurətini də yaradır. Bu tələblər bazar iqtisadiyyatı prinsiplərinə, nüfuzlu, beynəlxalq audit şirkətlərinin tövsiyələrinə, ARDNŞ-nin risklərin idarə edilməsi siyasətinə uyğun olaraq müəyyən edilir. Az səmərəli biznes proseslərinin təkmilləşdirilməsi, bir qayda olaraq dəyişikliklərin aparılmasını şərtləndirir.
Respublikamızda və azərbaycanlıların kompakt yaşadığı xarici ölkələrdə məktəb yaşlı uşaqlara, yeniyetmələrə və gənclərə özəl təhsil müəssisələri vasitəsi ilə müvafiq qaydada Azərbaycan Respublikasının təhsil standartlarında və beynəlxalq standartlarda, milli və mənəvi dəyərlərimizi qorumaqla bütün təhsil səviyyələrində təhsil xidməti göstərmək, yeniyetmə və gənclərə ümumi orta təhsilə, ali təhsilin bakalavr və magistr mərhələlərinə hazırlıq xidmətləri təşkil etmək, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş və qadağan olunmayan digər fəaliyyətləri həyata keçirmək məqsədi ilə ARDNŞ-nin həmtəsisçi olduğu “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyi (ABTM) yaradılıb.
Son dövrlərdə aparılan dəyişikliklər nəticəsində ABTM hüquqi cəhətdən ARDNŞ-nin strukturuna daxil olan qurum statusu əldə etmişdir. Odur ki, Birliyin strukturunda müvafiq dəyişikliklər edilməsinə zərurət yaranıb.
Bu səbəbdən ABTM-nin təsisçilərinin ümumi yığıncağının 18 iyun 2014-cü il tarixli qərarı ilə Birliyin təsisçisi olduğu Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin (ABTK) nəzdində fəaliyyət göstərən “Araz Kursları” MMC, onun təsisçisi olduğu digər qurumların və ümumtəhsil məktəblərinin fəaliyyəti ilə bağlı ABTM-də yaranmış əlavə xərclərin qarşısının alınması və bu layihənin maliyyə və idarəetmə baxımından mürəkkəbliyini nəzərə alaraq qeyd olunan qurumların ləğv edilməsi məqsədəmüvafiq hesab edilib. Birliyin ümumi yığıncağında o da qeyd olunmuşdur ki, “Araz Kursları” MMC-nin fəaliyyəti ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatanadək davam etdiriləcək və ABTK-da təhsil alan və əmək münasibətlərində olan şəxslərin hüquqları və qanuni mənafeləri qanunvericiliyə uyğun şəkildə təmin olunacaqdır. Belə ki, hər bir təsisatda təhsil alan və çalışan şagird və pedaqoji heyətin yeni dərs ili başlayanadək müvafiq qaydada yerləşdirilməsi üçün lazımi tədbirlər görüləcək.
Milli.Az
Çətin məntiqi suallar və cavabları ✅
Çətin olsada əslində hamımız məntiq testlərini xoşlayırıq. Bəzilərimizin isə məntiq ağrılı yeridi deye bilərik. Məsələn işə qəbul zamanı verilən məntiq sualları. Bəlkə də çoxumuz deyirik “bu işə məntiqin nə dəxli var axı. Məntiq sualları verirlər. Riyaziyyat imtahanına gedirem ya universitete? Iş üçün də məntiq olar?”. Çoxumuz da elə məntiq sualların yaza bilmirik. Ama bu suallara cavab vermək bizim həm IQ- ümüzü həmdə dünya görüşümüzü beynimizi nece işlədiyini göstərir. Yəni bizim haqda təsəvvür yaradır. Məntiq suallaına cavab axtaraekən diqqətli olmalı və bəzəndə gizli olanı tapmalıyıq. Bəzən cavab elə sualda olur. Əsas olan orda verilən giziliyi tutmaqdır. Təbii ki bu suallara baxan kimi cavab vermək mümkün deyil bəzəndə səbr lazımdı. Əgər öz məntiqinizə və IQ səviyyənizə güvənirsinizsə aşağıdakı suallara cavablara baxmadan cavablandırmağa çalışın.
1️⃣ Bir akvariumda 10 balıq var. 2 si boğuldu. 4ü üzür. 3 ü isə öldü. Akvariumda neçə balıq qalır?
2️⃣ 3,8,11,19, 30,49? Sırada sual işarəsi yerinə ha sı rəqəm gələr?
3️⃣ Bəyaz adında bir heykəltaraş, Qars adında bir musiqiçi və Qırmızı adında bir rəssam kafedə görüşürlər. İçlərindən biri ” mənim saçım qara,birinizinki qırmızı, digərinizinki isə ağ.ama heçbirimiz in adı ilə saç rəngi tutmur” deyir. Bəyaz “çox haqlısan” deyə cavab verir. Rəssamın saç rəngi nədir?
4️⃣ Məzarın başında bir qız ağlayır. Məzarda yatanın anası ağlayan qızın anasının qaynanasıdır. Məzarda yatan, ağlayan qızın nəyidir?
5️⃣ 5 maşın 5 dəqiqə də 5 düymə istehsal edirsə, 100 maşın 100 düyməni neçə dəqiqədə istehsal edər?
6️⃣ Bir çobanın 17 i qoyunu var. Sürüdə xəstəlik oldu,9u ağır xəstələndi. Digərləri öldü. Çobanın neçə qoyunu var?
7️⃣ Ümid güzgünün qarşısına keçib sol gözünü sağ eliyle tutarsa, özünü güzgüdə sol gözünü hansı əli ilə tuturmuş kimi görür?
8️⃣ Tural 25 metrlik bir nerdivanla boya işi görərkən, bir anda ayağı sürüşər və yerə düşər. Ama nə ölməz nədə ağır şəkildə yaralanmaz. Bu necə olur?
9️⃣ Çox sadə sual. Əlinizdə olan qırmızı daşı mavi dənizə atanız nə olar?
Əhməd ağlında x deyə bir rəqəm tutdu. Bunu ikiye vurdu və üstünə 10 gəldi. Sonra alınan rəqəmdən 10 u çıxdı. Sonra ikiyə böldü. Əhmədin ağlında tutduğu rəqəm neçədir?
1️⃣ 1️⃣ 27,31,? 32,29,33, 30.sual işarəsinin yerinə hansı rəqəm olmadır?
1️⃣2️⃣ 2-5×4+7=?
✅ Sualların cavabları beledir:
Cetin mentiqi suallar ve cavablari aşağıdakılardır.
- 10 balıq
- soldan başlayaraq 2 rəqəm toplanır sağa yazılır. Buna görə də sual işarəsinin yerinə 79 olmalıdır.
- qara
- bibisi
- 5 dəqiqədə
- 9 canlı qoyun
- sağ əli ilə
- çünki nərdivanın 1ci mərtəbəsindədi
- daş islanar və dibə batar
- İlk tutduğu ilə eynidir. Yəni x
- Əslində burda riyazi hesablama yada bilik lazım deyil. Rəqəmlərə diqqətlə baxsanız düzülüşün ardıcıllığını başa düşüb olmayan rəqəmi tapa bilərsiniz. Çatışmayan rəqəm 28.
- -11
2-5×4+7
5×4=20 2-20+7 7+2=9 9-20=-11.
Comments are closed, but trackbacks and pingbacks are open.