Word də Arxa Rəngləri Masalara necə tətbiq etmək olar
Rastra qrafika şəkillərin skanerləşdirilməsi, rəqəmli fofoaparat, videokamera çəkilişləri vasitəsilə alınır və nöqtələrdən təşkil olunur. Rastra qrafika üçün əsas xarakteristika vahid uzunluğa düşən nöqtələrin sayıdır. Rastra qrafika termini İngilis dilində “Bitmap-qrafika” termininə uyğun gəlir və mənası – bit ölçüsünün yerləşdiyi xəritə deməkdir. Rastra qrafik redaktoruna Paint, Adobe Photoshop, Photostyler, Adobe Photo-Paint, Picture Publisher, Corel Photo-Paint proqramları daxildir.
Kompüter qrafikasi fənnin oyrənilməsinsdə məqsəd. Digər fənnlərlə əlaqəsi
İnformatikanın kompüterdən istifadə ilə təsvirlərin yaradılması və redaktə edilməsi üsulları ilə məşğul olan sahəsi kompüter qrafikası adlanır. Müxtəlif peşə sahibləri:
•müxtəlif elm və tətbiq sahələri ilə məşğul olan tədqiqatçılar; •rəssamlar;
•kompüter dizaynı ilə məşğul olan mütəxəssislər;
reklam məhsulları hazırlayanlar; •Web-səhifələrin hazırlanması ilə məşğul olanlar; •multimedia təqdimatı hazırlayan müəliiflər; •səhiyyə işçiləri;
parça və geyim modelyerləri;
•tele-video montajla məşğul olan mütəxəssislər və digərləri öz işlərini sahmana salmaq üçüp kompüter qrafikasından istifadə edirlər.
Adətən kompüterin ekranında təsvirlər qrafika proqramlarının köməyi ilə yaradılır. Kompüter qrafikası proqramlarına rastr və vektor qrafikaları, fraktal grafika, üçölçülü obyektləri yaratmaq və redaktə etmək üçün istifadə edilən proqramlar (məsələn, 3 ds MAX proqramı), avtomatlaşdırılmış layihələndirmə sistemləri daxildir.
Avtomatlaşdırılmış sistemlər çox maraqlidır, lakin nəzərə almaq lazımdır ki, onlardan peşəkar istifadə yaxşı hazırlıq tələb edir. Məsələn, avtomatlaşdırılmış layihələndirmə sistemi olan AutoCAD proqramından peşəkar memarlar binaların layihələndirilməsi və şəhərlərin planlaşdırılması üçün istifadə edirlər. Golden Software firmasının Grapher elmi qrafika proqramı cədvəl və ya analitik formada verilən bir dəyişənlə şərh edilən məlumatların işlənməsi üçün nəzərdə tutulmuşdur.
Kompüter qrafikası fənninin əsas məqsədi təsvirlərin yaradılması və saxlanması prinsipləri barədə ətraflı məlumat verməklə yanaşı daha populyar qrafik redaktorların əsas imkanlarını araşdırmaqdan ibarətdir.
Fənnin tədrisi prosesində tələbələrə aşılanan biliklər gələcək mütəxəssislərin kompüter qrafikası sahəsində daha da püxtələşməsi və ustalığının təkmilləşməsi üçün əsas (fundament) olacaqdır.
“Kompüter qrafikası” kursu informatika fənninin baza kursunun öyrənilməsi prosesində formalaşan bilik və vərdişlərə əsaslanır.
“Kompüter qrafikası” fənninin təyinatı kompüterin yaddaşında təsvirlərin kodlaşdırılması, yaradılması, redaktə edilməsi və saxlanması üsullarını hərtərəfli öyrətməkdən ibarətdir,
Fənnin öyrənilməsi ilə əldə edilən biliklər fizika, kimya, biologiya, eləcə də digər elm sahələrinə aid olan elmi və yaradıldığını bilməyin özü bir çox problemləri həll etməyə kömək edir. Bu məsələlər haqqında təsəvvür olandan sonra rahatca anlamaq olur ki, kağızda çap edilən təsvir, niyə ekranda göründüyü kimi dəqiq alınmır.
Üçüncü əsas məsələ grafik faylların formatlarıdır. Sonrakı mərhələlərdə emal ediləcək təsvirlərin saxlanması problemi olduqca böyük əhəmiyyət kəsb edir. Qrafik redaktorların hamısı üçün qrafik faylları saxlamaqdan ötrü vahid format yoxdur və ola da bilməz. Lakin elə formatlar da var ki, onlar bir sira predmet oblastları üçün standart formatlar hesab edilir. Qrafik formatların xüsusiyyətlərini bilmək təsvirlərin səmərəli saxlanması və müxtəlif əlavələr arasında məlumat mübadiləsinin həyata keçirilməsi üçun böyük əhəmiyyət kəsb edir.
MÖVZU 2. Kompüter qrafikasının növləri, inkişaf tarixi, tətbiq sahələri.
İnformatikanın xüsusi bölməsi olan komputer qrafikasına daxil olan çoxsaylı qrafik proqramlarla yeni şəkillər çəkmək, hazır şəkillər üzərində müxtəlif dəyişikliklər etmək mümkündür. Belə proqramlara Adobe Photoshop, Picture Publisher, Photostiller, Corel Draw, Macromedia Flash, Macromedia Freehand, Macromedia Fotographer, Macromedia DreamWeaver, Ulead Gif Animator və s. missal göstərmək olar. Kompüterin diskində saxlanılan şəkillər rəqəmsal təsvirlər adlanırlar. Belə ki, kompüterin yaddaşında bütün şəkillər rəqəm şəklində (0 və1) saxlanılır.
Qrafik redaktorlar üç qrupa bolünürlər: rastra (piksel), vector və fractal.
Rastra qrafika şəkillərin skanerləşdirilməsi, rəqəmli fofoaparat, videokamera çəkilişləri vasitəsilə alınır və nöqtələrdən təşkil olunur. Rastra qrafika üçün əsas xarakteristika vahid uzunluğa düşən nöqtələrin sayıdır. Rastra qrafika termini İngilis dilində “Bitmap-qrafika” termininə uyğun gəlir və mənası – bit ölçüsünün yerləşdiyi xəritə deməkdir. Rastra qrafik redaktoruna Paint, Adobe Photoshop, Photostyler, Adobe Photo-Paint, Picture Publisher, Corel Photo-Paint proqramları daxildir.
Vector qrafik redaktorlarında bütün xətlər başlanğıc nöqtə ilə və bu xətti riyazi əks etdirən tənliklərlə tətin olunur. Burada əsas element xətt nəzərdə tutulduğundan qrafik əks olunma daha sadə və asandir. Vector qrafik redaktorlarına Adobe İllusrator, Macrpmedia Freehand və Corel Draw proqramları daxildir.
Fraktal qrafika vector qrafikası kimi riyazi hesablamalara əsaslanır, onun baza elementlərini isə riyazi düsturların özləri təşkil edir. Bu düsturların köməyilə üçölçülü obyektlərin, suxur laylarının və s. imitasiyalar yaradılır. Şəkillər tənliklərlə yazılır, tənliklərin əmsalları dəyişildikdə şəkillərdə dəyişir. Ona görə də informasiyalar yaddaşda tənlik kimi saxlanılır. Adi fractal üçbucaq frktal qrafikaya missal ola bilər.
İlk kompyuterlərdə qrafik obyektlər yaratmaq ucun, demək olar ki, hec bir vasitə yox idi. O zamanlar ekrana yalnız simvollar – hərf, rəqəm və xususi işarələr cıxarmaq olurdu. Lakin elə onda da proqramcılar kompyuterdən “rəsm aləti” kimi istifadə etməyə cəhd edirdilər. Məsələn, həmin dovrun insanları, kompyuter proqramının koməyi ilə simvollardan tərtib olunmuş məşhur “Mona Liza” rəsmini, yəqin ki, xatırlayırlar. Sonrakı kompyuterlər artıq sadə goruntuləri: nöq təni, duz xətti, cevrəni cəkə bilirdi. O zamankı monitorlar ağ-qara olduqlarından, kompyuterdə yaradılan goruntulərin hamısı rəssam-qrafiklərin işlərini xatırladırdı. Rəssamlığın başqa janrlarından fərqli olaraq rəssam-qrafiklərin əsərləri, hər şeydən oncə, cizgilərin aydın cəkilişi ilə səciyyələnir. Məhz buna görə də, o dövrun kompüterlərinin təsvir imkanlarını kompyuter qrafikası [computer graphics] ad landırmağa başladılar. Lakin indi kompyuterin koməyi ilə rəs samlar muxtəlif janrlarda əsərlər yarada bilsələrdə, “kompyuter qrafikası” anlayışı yenə də is tifadə olu nur.
İlkin hesablama maşınları qrafika ilə işləmək üçün ayrı-ayrı vasitələrə malik deyildilər, lakin onlar şəkillərin əldə edilməsi və emalı üçün artıq istifadə olunurdular. Lampalar matrisası əsasında qurulmuş ilkin elektron maşınlarının yaddaşını proqramlayaraq, naxışlara nail olmaq mümkün olmuşdur.
1961-ci ildə proqramçı S. Rassel qrafika ilə olan birinci kompüter oyununun yaradılması üzrə layihəyə başçılıq etdi. Oyunun yaradılması (“Spacewar!”) təxminən 200 insan-saatı çəkmişdir. Oyun PDR-1 maşınında yaradılmışdır.
1963-cü ildə amerikan alimi Ayven Sazerlend Sketchpad proqram-apparat kompleksini yaratdı. Kompleks dəstə üzərində rəqəmsal qələmlə nöqtə, hətt və dairələri çəkməyə imkan verirdi. Primitivlərlə əsas hərəkətlər istifadə edilə bilərdi: yerdəyişdirilmə, kopyalama və sairləri. Əslində, bu kompüterdə realizə edilmiş birinci vektor redaktoru idi. Həmçinin bu proqramı ilkin qrafik interfeysi adlandırmaq olar.
1960-cı illərin ortalarında kompüter qrafikanın sənayə tətbiqedilmələrində işləmələr üzə çıxmağa başlamışdılar. Belə ki, T. Mofetin və N. Teylorun rəhbərliyi altında İTEK şirkəti rəqəmsal elektron cizgi maşınını işlədib-hazırlamışdır. 1964-cü ildə General Motors İBM-lə birlikdə işlədib-hazırlanmış DAC-1 avtomatizə edilmiş layihələndirmə sistemini təqdim etmişdir.
1964-cü ildə N.N Konstantinovun rəhbərliyi altında qrup tərəfindən pişiyin hərəkətinin riyazi modeli yaradılmışdır. BESM-4 maşını, differensial tənliklərinin həll edilməsi üzrə yazılmış proqramı həyata keçirərək, öz zamanı üçün irəliləyiş olan “Pişiycik” multfilmi çəkirdi. Vizualizasiya üçün əlifba-rəqəmsal printer istifadə edilirdi.
1968 ildə şəkillərin yaddaşda saxlaması və onları kompüter displeyində, elektron-şua dəstəkdə çıxardırılması imkanının meydana çıxması ilə kompüter qrafikası çox mühüm tərəqqini keçirmişdir.
Kompyuter qrafikasının tətbiq sahələri.
Bu gün kompyuter qrafikasından bir çox sahələrdə istifadə olunur. Onlardan bəziləri ilə qısaca tanış olaq. Ötən əsrin 50-ci illərinin ortalarında ilk dəfə olaraq verilənlər kompyuterin monitorunda qrafik şəkildəgöstərilməyə başladı. Bu imkana malik hesablama maşınları hərbi təyinatlı elmi hesablamalarda istifadə olunurdu.
• Elmi qrafika. Bu, kompyuter qrafikasının tətbiq olunduğu ilk sahədir. Burada başlıca məqsəd elmi tədqiqat obyektlərini vizuallaşdırmaq (əyani göstərmək), hesablamaların nəticələrini əyani göstərməklə hesablama eksperimentləri aparmaq olmuşdur. Müasir riyazi proqram paketlə rinin əksəriyyəti (məsələn, Maple, MatLab, MathCAD) müəyyən hesablamalar əsasında qrafiklər, səthlər və üçölçülü cisimlər qurmaq imka nına malikdir.
• İşgüzar qrafika. Kompyuter qrafikasının bu sahəsi müxtəlif müəssisələrin işində tez-tez istifadə olunan illüstra si yaların yaradılması üçün nəzərdə tutulub. Plan göstəricilərinin, hesabat sənədləşmələrinin, statistik məlumatların hazırlanmasında işgüzar qrafikadan geniş istifadə olunur. Çox zaman bunlar qrafiklər, dairəvi və zolaqlı diaqramlar olur.
• Konstruktor qrafikasından mühəndis-konstruktorların işlərində istifadə olu nur.
Kompyuter qrafikasının bu növü avtomatlaşdırılmış layihələndirmə (computer aided design, CAD) sistemlərinin başlıca elementidir. CAD sistemlərində qrafikadan layihələndirilən qurğuların texniki sxemlərinin hazırlanmasında istifadə olunur. Hesablamalarla əlaqəli qrafika əyani formada optimal konstruksiyanın, detalların ən münasib tərtibatının axtarışını aparmağa, konstruksiyadakı dəyişikliklərin nəticələrini proqnozlaşdırmağa imkan verir. Konstruktor qrafikası vasitəsilə istər ikiölçülü (proyeksiyalar, kəsiklər), istərsə də üçölçülü fəza görüntüləri almaq mümkündür.
• Obrazların tanınması. Qrafik informasiyanın tanınması və təsnif olunması mə sələsinin həlli süni intellektin yaradılmasında əsas problemlərdən biridir. Bu gün kompyuterlər vasitəsilə obrazların tanınmasına çox yerdə rast gəlmək olar: axtarışda olan cinayətkarın tanınması sistemləri; aero və kosmik fotoşəkillərin analizi; çeşidləmə sistemləri və s. Mətnlərin skanerdən keçirilməsi və onların “şəklinin” ayrı-ayrı simvollar yığınına çevrilməsi obrazların tanınmasına ən gözəl nümunə ola bilər.
• Təsviri incəsənət. Bu sahəyə qrafik reklamları, kompyuter videofilmlərini, fotoqrafiyaların emalını, rəsmlərin, multiplikasiyanın yaradılmasını və s. aid etmək olar. Kompyuter qrafikasının bu sahəsində Adobe Photoshop (rastr görüntülərin emalı), CorelDRAW (vektor qrafikasının yaradılması), 3ds max(üçölçülü mo delləşdirmə) kimi proqramlar daha populyardır.
• Virtual reallıq. Texniki vasitələrin köməyi ilə yaradılan və ətraf aləmi imitasiya edən sistemlər hələ ötən əsrdə mövcud idi. Hazırda virtual reallıq sistemlərindən müxtəlif trenajorlarda (avtomobil, təyyarə və kosmik trenajorlarda, mürəkkəb qurğularla işləməyi öyrənmək üçün trenajorlarda, döyüş trenajorlarında), mürəkkəb situasiyalı kompyuter oyunlarında, eləcə də mürəkkəb, tez dəyişilən şəraitdə qərar qəbuletmənin strategiya və taktikasını mənimsəmək üçün nəzərdə tutulmuş öyrədici sistemlərdə istifadə olunur.
• Rəqəmsal video. Rəqəmli formatda canlandırılan görüntülər (animasiyalar) getdikcə daha geniş yayılır. Buraya ilk növbədə kompyuter şəbəkələri vasitəsilə ötürülən filmlər, eləcə də videodisklər (DVD), rəqəmsal kabel və peyk televiziyaları aiddir.
3. Masaüstü nəşriyyat sistemi.
Nəşr dedikdə nəşr edilmiş, capdan cıxmış kitab, jurnal, məcmuə və s. nə zərdə tutulur. Nəşr məhsullarının iki əsas novu var: vərəqə tipli nəşr məhsulu və kitab tipli nəşr məhsulu.
Vərəqə tipli nəşr məhsulu bir, yaxud bir-birinə bitişdirilməmiş bir necə vərəqdən ibarət cap məhsuludur (məsələn: afişalar, bukletlər, blan klar, qəzetlər, xəritələr, plakatlar, təqvimlər).
Kitab tipli nəşr məhsulu bir-birinə bitişdirilmiş və cildlənmiş cap məhsuludur (məsələn: broşuralar, kitab tipli təqvimlər, jurnallar, kitablar).
Bir necə onillik bundan oncə professional sayılan bulleten, yaxud hesabatlar bir necə nəfərin birgə gucu sayəsində hazırlana bilərdi. Rəssamlar qrafikaları və illustrasiyaları cəkirdilər, duzuculər (murəttiblər) mətnləri yığırdılar, dizaynerlər isə səhifələrin ma ketlərini cap ucun hazırlayırdılar. Cox zaman bu proses yetərincə baha başa gəlirdi. Bu gun isə fərdi kompyuterlərin və baha olmayan proqram təminatının ko mə yi ilə cəlbedici, peşəkarcasına tərtib olunmuş sənədlər hazırlamaq olar.
Bu məqsədlə xususi proqramlardan istifadə olunur. Masaustu nəşriyyat proqramları adlandırılan bu proqramlar professional səviyyədə nəşr məhsulları hazırlamağa və cap etməyə imkan verir. Bu proqramların koməyi ilə reklam bukletləri, broşuralar, təbrik ucun poct kartları, kataloqlar, informasiya bulletenləri və firma blankları cap etmək olar. Hazırda ən geniş yayılmış masaustu nəşriyyat proqramları – Microsoft Publisher, Adobe PageMaker və QuarkXPress proqramlarıdır.
Nəşr məhsullarının daha gozəl, professional gorunməsi ucun şriftlərin duzgun secilməsinin onəmi boyukdur. Şrift eyni usluba, yazılış şəklinə, qalınlığa və olcuyə malik olan simvollar yığınıdır. Yəqin ki, mətn redaktorunda iş zamanı Times New Roman, Arial üslublu şriftlərdən istifadə etmisiniz. Uslubuna gorə şriftləri iki qrupa ayırırlar: çıxıntılı şriftlər və çıxıntısız şriftlər.
Simvollarının aşağı, yaxud yuxarı uclarında qısa ştrixləri, yaxud naxışları olan şrift cıxıntılı şrift adlanır. Cıxıntısız şriftlərdə isə belə ştrixlər, yaxud naxışlar olmur.
Çıxıntılı şriftlərdən böyük mətn bloklarında, çıxıntısız şriftlərdən isə, adətən, başlıqlarda istifadə olunur.
Mətndə simvolların yazılış şəklinin də onəmi böyükdür. Dörd əsas yazılış şəklindən istifadə olunur: Normal, Kursiv, Qalın və Qalın kursiv. Mətndə oxucunun diqqətini nəyəsə cəlb etmək üçün, yaxud nəyəsə xüsusi munasibət bildirmək üçün kursiv şəkli münasib olur.
Qalın yazılış şəklindən güclə vurğulama vasitəsi kimi istifadə olunur. Eləcə də bu şəkildən sənədin tərtibatı zamanı başlıqlarda istifadə olunur. Mətni baxımlı edən amillərdən biri də oradakı simvolların ölcusudur. Nəşriyyat işində simvolların ölçüsünü gostərmək üçün “keql” anlayışı işlədilir.
Keql punktla ölçülür (pt). 1 punkt 0,35 millimetrən bərabərdir. Adətən, sənədlərdə şriftin 12, yaxud 14 pt olculərindən istifadə olunur.
Masaüstü nəşriyyat proqramlarında işləyərkən çap olunacaq vərəqin olculəri ilə bağlı da muəyyən bilgilərə malik olmaq zəruridir.
Kompyuterdən istifadə etməklə mətn və qrafik goruntulərin kombinasiyasından gozəl tərtibatlı sənədlərin hazırlanması prosesi masaustu nəşriyyat adlanır.
Kağız formatları yaradılarkən əsas olaraq olculəri 841 mm x 1189 mm və sahəsi 1 m2 olan kağız vərəqi götürülüb. Bu format A0 adlandırılıb. Qalan olculər isə vərəqi qısa tərəf boyunca iki bərabər hissəyə bolməklə alınır. Başqa sozlə, hər novbəti formatlı vərəqin sahəsi əvvəlkindən iki dəfə kiçik olur. Deməli, dəftərxana işlərində geniş istifadə olunan A4 vərəqinin sahəsi , olculəri isə 210 mm x 297 mm-dir.
A6 – 105 mm x 148 mm
A5 – 210 mm x 148 mm
A4 – 297 mm x 210 mm
A3 – 297 mm x 420 mm
A2 – 420 mm x 594 mm
A1 – 594 mm x 841 mm
A0 – 841 mm x 1189 mm
Nəşr dedikdə nəşr edilmiş, capdan cıxmış kitab, jurnal, məcmuə və s. nəzərdə tutulur. Nəşr məhsullarının iki əsas novu var: vərəqə tipli nəşr məhsulu və kitab tipli nəşr məhsulu.
Masaustu nəşriyyat proqramları professional səviyyədə nəşr məhsulları hazırlamağa və cap etməyə imkan verir.
Nəşr məhsullarının daha gozəl, professional gorunməsi ucun şriftlərin duzgun secilməsinin onəmi boyukdur. Şrift eyni usluba,yazılış şəklinə, qalınlığa və olcuyə malik olan simvollar yığınıdır.
Uslubuna gorə şriftləri iki qrupa ayırırlar: cıxıntılı şriftlər və cıxıntısız şriftlər. Cıxıntılı şriftlərdən boyuk mətn bloklarında, cıxıntısız şriftlərdən isə, adətən, başlıqlarda istifadə olunur.
Mətndə simvolların dord əsas yazılış şəklindən istifadə olunur: normal, kursiv, qalın və qalın kursiv.
4. Qrafik məlumatın transformasia növləri.
Qrafik şəkillərdən istifadə edərkən nəzərə almaq lazımdır ki, onlar kompyüter yaddaşında GIF, JPEG, PNG, BMP formatlarında saxlanılmalıdırlar.
GIF (Graphics Interchange Format)-qrafik mübadilə formatı. (.gif);
JPEG (Joint Photographic Experts Group)-birləşmiş fotoeksportlar qrupu formatı. (.jpg);
PNG (Portable Network Grapic)-portativ şəbəkə qrafiki. (.png) ;
BMP təsviri formatını isə istifadə etməzdən əvvəl baza formatına çevirmək lazımdır. (.bmp)
GIF – GIF formatlı şəkillərdən web-səhifələrinin qrafik tərtibatlarında istifadə edilir. Onun əsas xüsusiyyəti aşağı keyfiyyətdə olması, lakin faylın kiçik həcmli olmasıdır. GIF faylı yalnız 256 rəngi əhatə edir. Məsələn, 1 milyona yaxın rəng çalarlarını özündə əks etdirən mənzərə fotoşəkli varsa, onu GIF faylı kimi saxladıqda rənglərin sayı 256-ya qədər azalacaq. Ona görə də GİF formatından kasıb rəng çalarlarına və ya çox hissəsi eyni rəngə malik təsvirlərdə istifadə edilir. JPEG – GİF formatlı fayllardan fərqli olaraq JPEG formatlı fayllarda 16,7 milyon rəng çaları göstərilə bilər. JPEG-nin sıxma alqoritmindən istifadə edərək sıxma funksiyasını və faylın diskdə tutduğu yerin ölçüsünü idarə etmək olar. Buna baxmayaraq sıxma prosesi vaxtı JPEG formatlı təsvirlərdə itkilər yaranır. Əgər təsvirin üzərində mətn varsa sıxma vaxtı mətnin dəyişməsi və oxunmaz hala düşməsi baş verir. Ona görə də üzərində mətn olan təsvirləri GİF formatında saxlamaq daha məqsədəuyğundur. Digər tərəfdən JPEG formatlı təsvirlər üzərində dinamik və şəffaflaşdırma.
Təsvirin vektor formatdan rastr formata (piksellər yığımına) çevrilməsi tez-tez istifadə edilən proseslərdən biridir. Bu prosesi bəzən vektor təsvirlərin rastrlaşdırılması ycvoses/adlandırırlar.
Vektor təsviri fotoqrafiyaya yerləşdirmək üşün onu əvvəlcə rastr formata import etmək lazımdır. Tutaq ki, pəncərənin şəkli skanerə edilib və JPEG formatı ilə faylda saxlanıb. Ördək şəkli isə CorelRDAW vektor qrafik redaktoru ilə yaradılıb, sonra isə TIFF formatlı fayla eksport edilib .Hər iki rastr təsvirin montajı Adobe Photoshop qrafik redaktorunda yerinə yetirilir. Vektor təsvir hər dəfə çıxış qurğusuna (monitora və ya printerə) ötüruləndə rastrlaşdırmaya (videopiksellər və nöqtələr yığımına çevrilməyə) məruz qalır. Vektor fayllar rasrt formata eksport ediləndə ilkin təsvirdəki rənglərlə bağlı olan informasiya itkisi ola bilər. Buna əsas səbəb odur ki, bir sıra rastr formatlarda məhdud sayda rənglərdən istifadə edilir.
Məsələn, GIF formatinda istifadə edilən rənglərin sayı 256 rəngdən çox deyil.
FAYLLARIN BİR RASTR FORMATDAN DİGƏR RASTR FORMATA ÇEVRİLMƏSİ
Faylın bir rastr formatdan digər rastr formata çevrilməsi çevirmənin ən sadə üsuludur. Üsulun mahiyyəti ondan ibarətdir ki, informasiya ilkin fayldan oxunur, təsvirin ölçüsü, hər bir videopikselin rəngi və rəng dərinliyi haqqında informasiyalar başqa üsulla yeni faylda saxlanır.
Köhnə format daha çox rəngdən istifadə etməyə imkan verən halda informasiya itkisi baş verə bilər.
Rəng dərinliyi 24 bitə (16 777 216 rəngə) malik olan fayl rəng dərinliyi 8 bitə (256 rəngə) bərabər olan fayla çevriləndə demək olar ki, hər bir pikselin rəngi dəyişdirilməli olur. Sadə halda bu proses aşağıdakı kimi yerinə yetirilir:
•ilkin faylın hər bir pikseli üçün yeni məhdud rənglərdən daha çox uyğun gələni seçilir.
Bu üsuldan istifadə ediləndə arzu edilməyən effektlər yarana bilər. Belə ki, ilkin təsvirdəki çoxsayli elementlər eyni rəngli sahəyə çevrilər və ..ya tədrici rəng keçidləri kəskin rəng keçidləri ilə əvəz edilə bilər.
Faylı bir formatdan digər formata çevirmək üşün xüsusi proqramlardan – format konvertorlarından istifadə edilir. Lakin qrafik redaktorların əksəriyyətində (CorelDRAW, Adobe Illustrator, Adobe Photoshop və s.) format çeviriciləri mövcuddur. Belə redaktorlar müxtəlif formatlı faylları oxumaqla yanaşı faylları yarada da bilir.
5. Rəng modelləri (RGB, CMYK, HSB).
Təbiətdə baş vermiş bütün hadisələri, həmçinin gündəlik həyatda rastlaşdığımız predmetləri ona görə görmək mümkün olur ki, onlar ya işıq saçır, ya da işığı əks edir.Rəng-şüalanmanın gözə təsirinin xarakteristikasıdır. Beləliklə, işıq şüası gözün torlu qişasına düşəndə rəng hissi yaradır. Şüalanan işıq mənbədən (məsələn, günəşdən, lampadan, monitorun ekranından və s.) çıxan isığa deyilir.
Mənbədən bilavasitə gözə düşən şüalanan işıq, özündə, onu yaradan bütün rəngləri saxlayır. Obyektdən əks olunan işıq dəyişə bilir. İşıq mənbəyi olmayan ixtiyari predmet işığı ya müəyyən qədər udur, ya da əks etdirir.
Günəş və digər işıq mənbələri kimi monitor da işıq şüalandırır. Təsvir çap edilən kağız isə işıgı əks etdirir. İşıq həm şüalanma, həm də əks olunma proseslərində alina bildiyinə görə işığin şərh edilməsi üçün bir birinin əksi olan iki üsul: additiv və subtraktiv rəng modeliəri mövcuddur.
ADDİTİV RƏNG MODELİ
Şüalanan işıq additiv rəng modeli ilə şərh edilir. Işləyən monitorun və ya televizorun ekranina yaxın məsafədən və ya lupa ilə baxanda çoxlu sayda xırda qırmızı, yaşıl və göy rəngnlərdən ibarət olan nöqtələr görmək olur, çünki, rəngli ekranda hər bir videopiksel müxtəlif (qırmızı, yaşil və göy) rənglərdən ibarət olan üç nöqtənin məcmuyundan ibarətdir. Müxtəlif rəngli bu nöqtələr çox xırda olduğuna görə gözdə onların qarışığı bir rəng kimi görünür. Beləliklə, qonşü nöqtələrin rəngləri qarışaraq başqa rəng əmələ gətirir .
Q irmızı + yaşıl = sarı;
Qırızı + göy = al-qırmızı;
Göy + yaşıl = mavi;
Qırmızı + yaşıl + göy = ağ
Rəngli nöqtələrin işıqlanma intensivliyini dəyişməklə çoxsaylı rəng çalarları yaratmaq mümkündür.
Additiv rəng üç əsas rəngin (qırmızı, yaşıl, göy) toplanması ilə alınır. Bu üç rəngin hamısının intensivliyi 100%-ə çatanda ağ rəng alınır. Rənglərin hamısı olmayanda qara rəng alınır.
Kompüter monitorlarında istifadə edilən additiv modeli RGB (Red-qırmızı, Green-yaşıl, Blue-göy) abbreviaturası ilə işarə etmək qəbul edilmişdir.
RGB MODELİNDƏ XÜSUSİ RƏNGLƏRİN FORMALAŞDIRILMASI
Qrafik redaktorların əksəriyyətində istifadəçi redaktorun təklif etdiyi palitraya əlavə olaraq qırmızı, yaşıl və göy rənglərdən istifadə etməklə özünə lazım olan xüsüsi rəngləri yarada bilər. Adətən grafik redaktorlar lazım olan rəngi qırmızı, yaşıl və göy rəngin hər birinin 256 çaları ilə yaradır. Bu halda formalaşdırıla bilən rənglərin ümumi sayı 256x256x256 = 16 777 216 – ya bərabər olacaqdır. Müxtəlif redaktorlarda xüsusi rəngləri formalaşdırmaq üçün istifadə edilən dialoq pəncərələrinin quruluşu fərqli olur .
Deməli, istifadəçi həm qrafik redaktorun təklif etdiyi palitrada olan hazır rənglərdən, həm də dialoq pəncərəsindəki R, G, B ilə işarə edilən daxiletmə sahələrinə qırmızı, yaşıl və göy rəng üçün parlaqlığin uyğun qiymətlərini daxil etməklə alınan xüsusi çalarlardan istifadə edə bilər. R, G və B parametrləri üçün 0-dan 255-ə qədər diapazonunda olan qiymətlərdən istifadə edilir. Bu qayda ilə yaranan rəngdən həm yeni obyektlərin yaradılması, həm də təsvirlərin fraqmentlərinin rənglənməsi üçün istifadə edilə bilər.
CorelDRAW proqramında RGB rəng modeli əlavə olaraq üçölçülü koordinat sistemi ilə verilir. Bu sistemdə sıfır nöqtəsi qara rəngə, koordinat oxları isə əsas rənglərə uyğundur. Üç koordinatin hər birinin qiyməti yekun çalarda əsas rənglərin qiymətini göstərir.
CorelDRAWproqramındakı RGB modelində rənglərin formalaşması üçiin dialoq pəncərəsi
A dobe Photoshop proqramında rənglərin formalaşması iiçiin dııaloq pəncərəsi
Koordinat sistemi üzrə sürüngəcin yerinin dəyişdirilməsi daxiletmə sahələrindəki qiymətlərə və əksinə təsir göstərir. Koordinat sisteminin başlanğıcı ilə bütün təşkiledicilərin maksimal parlaqlıq səviyyəsi yerləşən nöqtəni birləşdirən diaqonalda ağ rəngdən qara rəngə qədər olan boz rəngin çalarları yerləşir. Boz rəng çalarları üç təşkiledicinin hamısının parlaqlıq səviyyələrinin eyni qiymətlərində alınır.
SUBTRAKTİV RƏNG MODELİ
Əks olunan rənglər subtraktiv rəng modeli ilə sərh edilir. Kağız işıq şüalandırmır, isığı udur və əks etdirir. Gözə kağızdan əks olunan işıq düşür. Ona görə də qrafik təsvirlərin çap edilməsi üçün subtraktiv modeldən istifadə edilir.
Ağ rəng göy qurşağına daxil olan bütün rəngləri özündə birləşdirir. Ağ rəng prizmadan keçəndə tərkib hissələrinə ayrılır. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, və bənövşəyi rənglər işığın görünən spektrini əmələ gətirir. Ağ kagız ağ isıqla işıqlandırılanda bütün rəngləri əks etdirir. Rənglənmiş kağız isə bəzi rəngləri udur, yerdə qalan rəngləri isə əks etdirir. Ağ isıqla işıqlandırılan qırmızı rənglə rənglənmiş kağız ona görə qırmızı görünür ki, o, qırmızı rəngdən başqa bütün rəngləri udur. Həmin qırmızı kagızı göy işıqla işıqlandıranda o, göy rəngi udduğuna görə qara görunəcək. Subtraktiv rəng modelində mavi, al-qırmızı və sarı rənglər əsas rənglərdir. Onların hər biri çap səhifəsinə düşən ag rəngin müəyyən rənglərini udur və ya ağ rəngdən müəyyən rəngləri çıxarır. Subtraktiv modelin adı da bundan götürülmüşdür. İngiliscə “subtrakt’ – cıxma deməkdir. Qara, qırmızı, yaşıl və göy rənglərin alinmasından ötrü bu modeldə əsas subtraktiv rərglərdən aşağıdakı qaydada istifadə edilir:
mavi + al-qırmızı + sarı = qara;
mavi + al-qırmızı = göy;
sarı + al-qırmızı = qirmızı;
sarı + mavi = yaşıl.
Əsas subtraktiv rəngləri də müxtəlif nisbətlərdə qarışdırmaqla çoxsaylı çalarlar almaq mümkündür.
Subtraktiv modeldə ağ rəng əsas subtraktiv rənglərin heç biri olmayanda alınır. Şəkil 14-də müxtəlif subtraktiv rənglərin qarışdırılması ilə alınan rənglər göstərilmişdir.
Mavi, al-qırmızı və sarı rənglər yüksək faizlə qarışdırılanda qara rəng əmələ gətirir. Daha dəqiq desək bu rənglər qarışdırılanda nəzəri olaraq qara rəng alınmalıdır.
Boyaların bəzi xüsusiyyətlərinə görə bu rənglər qarışdırılanda qonur-ləkə çaları alınır. Ona görə də bu rəngə çap prosesində qara boya da əlavə edilir.
Subtraktiv rəng modeli CMYK (Cyan -mavi, Magenta -al-qırmızı, Yellow – sarı, blacK – qara) abbreviaturası ilə işarə edilir.
ADDİTİV VƏ SUBTRAKTİV RƏNG MODELLƏRİNİN QARŞILIQLI ƏLAQƏSİ
RGB modeli şüalanan, CMYK modeli isə əks olunan işıqla işləyir. Monitorda yerləşən təsviri printerdə çap etmək üçün istifadə olunacaq xüsusi proqram bir rəng modelindən digər rəng modelinə keçidi təmin etməlidir.
Dörd rəngli çap prosesini iki mərhələyə bölmək olar:
•İlkin təsvir əsasında həmin təsvirin mavi (firuzəyi), al-qırmızı, sarı və qara təşkiledicilərinin yaradılması;
•Həmin təşkiledicilərin (təsvirlərin) hər birinin eyni kağız vərəqdə çap edilməsi.
Rəngli təsvirin dörd komponentə (təşkilediciyə) bölünməsi xüsusi proqramla həyata keçirilir. Printerlərdə CMYK modelindən istifadə edilsəydi təsvirin RGB modelindən CMYK modelinə çevrilməsi çox sadə olardı, çünki qırmızı və yaşıl rənglərin qarışığı ilə sarı, sarı və mavi rənglərin qarışığı ilə yaşıl, qırmızı və göy rənglərin qarışığı ilə al-qırmızı və s. rəng alınır.
Rəng dairəsi RGB və CMYK modelləri arasındakı əlaqəni göstərir (şəkil 15.).
Hər bir üçbucaqlının rəngı ona bitişik üçbucaqların rəngi ilə müəyyən edilir. Qara rəngin əlavə edilməsi nəticəsində çevirilmə prosesi xeyli çətinləşir. RGB modelində nöqtənin rəngi RGB rənglərin köməyi ilə alınırsa, yeni modeldə noqtənin rəngi CMYK qarışığına qara rəngin muəyyən miqdarını əlavə etməklə alınır. RGB modelinin məlumatlarını CMYK modelinə çevirmək üçün rəng ayırma proqramı bir sıra riyazi əməliyyatları yerinə yetirir.
Bir birinə yaxın yerləşən müxtəlif rəngli nöqtələr qovuşma təsiri bağişlayır və yekun rəng qovuşmuş bir rəng formasmda görünür.
RGB və CMYK modellərində rənglərin alınma üsulu fərqli olduğuna görə monitorda görünən rəngləri olduğu kimi çap etmək olduqca çətindir. Adətən ekranda olan rənglər çap edilən eyni rənglərdən daha parlaq olur. Rəng modeli ilə yaradıla bilən rənglər çoxluğu rəng əhətəs/ad\arur. Ən geniş rəng əhatəsi gözün fərqləndirə bildiyi rənglərin məcmuyudur. Bu natural rəng əhatəsi adlanır.
Natural rəng əhatəsinə nəzərən RGB modeli daha az, CMYK modeli isə RGB modelinə nisbətən kiçik əhatəyə malikdir .Nəzərə almaq lazımdır ki, çap edilə bilən rənglərin sayı ekranda yaradıla bilən rənglərin sayından xeyli azdır. Ona görə də bir sıra qrafik redaktorlarda RGB modeli ilə yaradılan rənglərin CMYK modelinin rəng əhatəsindən kənara çıxması haqqında xəbər verən göstərici nəzərdə tutulmuşdur.
Adobe Photoshop proqramında xəbərdarlıq göstəricisi kimi kiçik nida işarəsindən istifadə edilir. Belə xəbərdarlıq meydana gələndə Mouse-un sol düyməsini sıxmaqla Adobe Photoshop poqramını məcbur etmək olur ki, həmin rəngi CMYK modelindəki yaxın rəng spektri ilə əvəz etsin.
CorelDRAW proqramı da çap prosesində dəqiq çap edilə bilməyən rənglər barədə informasiya verir. Bu halda CMYK modelinin rəng əhatəsinə daxil olmayan rənglər xüsusi, məsələn, açıq yaşıl rənglə əvəz edilir.
CorelDRAW və Adobe Photoshop kimi redaktorlar RGB modeli ilə yanaşı həm də CMYK modelində təsvirlər yaratmağa imkan verir. Bu halda istifadəçi istifadə edilməsi mümkün olan rəng məhdudiyyəti ilə barışmalıdır ki, təsvirin necə çap ediləcəyini ekranda görə bilsin. CMYK modelində ixtiyari rəng yaratmaq üçün RGB modelində oldugu kimi əsas rənglərin faiz nisbəti göstərilməlidir.Kompüter qrafikası ilə yeni məşğul olmağa başlayanlar üçün CMYK modelində rəngləri formalaşdırmaq bir qədər çətinlik törədir. Rəng dairəsindən istifadə bu işi xeyli sadələşdirir, çünki, rəng dairəsində hər bir rəng onun ibarət olduğu rənglərin arasında yerləşir.
Məsələn, qırmızı rəngi artırmaq üçün sarı və al-qırmızı rənglərin faizini artırmaq lazımdır. Göy rəng yaratmaq üçün al-qırmızı və mavi rənglər əlavə etmək lazımdır. Rəng yaratmaq üçün üçölçülü koordinat sistemindən də istifadə etmək olar. Koordinat oxları mavi, al-qırmızı və sarı rəngləri tənzimləyir. Parlaqlıq tənzimləyicisi çalarda qara rəngin miqdarını müəyyən etməyə imkan verir .
RƏNG MODELİ, RƏNG ÇALARI, DOLĞUNLUQ VƏ PARLAQLIQ
RGB və CMYK rəng modelləri aparat təminatı ilə bağlı məhdudiyyətə (kompüter monitorlarına və mətbəədə istifadə edilən rənglərə) əsaslanır. Rəngin şərh edilməsi üçün daha intuitiv üsul onun Hue (OrreHKa-Çalar), Saturation (HacbimeHHOCTb-Dolğunluq) və Britness (flpKOCTb-Parlaqlıq) formasinda verilməsidir.
Dolğunluq rəngin «təmizliyini» göstərir. Dolğunluq azaldılanda rəngə boz rəng «qarışdırılmış» olur.
Parlaqlıq verilmiş rəngə qarışdırılan qara rəngin miqdarindan asılıdır. Rəngin tərkibində qara rəng azaldıqca onun parlaqlığı artır.
Təsvir kompüterin monitorunda əks olunmaq üçün HSB modelindən RGB modelinə, printerdə çap edilmək üçün isə CMYK modelinə çevrilir. H, S və B sahələrinə uyğun qiymətlər daxil etməklə (0-^255 diapazonunda) ixtiyari rəng yaratmaq olar.
Rəng düzbucaqlısının daxilindəki markerin (nişanın) yerini dəyişməklə seçilmiş rəng çalarının dolğunluğunu və parlaqlığını dəyişmək olar. Düzbucaqlının yuxarı sol küncündə rəng maksimum yuyulmuş (demək olar ki, ağ) görünür. Aşağı sağ küncdə isə rəngin parlaqlığı minimal olur. Adobe Photoshop proqramında da rəngin dolğunluğunun və parlaqlığinin dəyişdirilməsi rəng sahəsi daxilində markerin (nişanın) yerinin dəyişdirilməsi ilə yerinə yetirilir. Paint qrafik redaktorunda rəng sahəsi rəng çalarını və dolğunluğu Məsələn, qırmızı rəngi artırmaq üçün sarı və al-qırmızı rənglərin faizini artırmaq lazımdır. Göy rəng yaratmaq üçün al-qırmızı və mavi rənglər əlavə etmək lazımdır. Rəng yaratmaq üçün üçölçülü koordinat sistemindən də istifadə etmək olar. Koordinat oxları mavi, al-qırmızı və sarı rəngləri tənzimləyir. Parlaqlıq tənzimləyicisi çalarda qara rəngin miqdarını müəyyən etməyə imkan verir.
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
Word’də Arxa Rəngləri Masalara necə tətbiq etmək olar?
Microsoft Word-də, bir masanın xüsusi hissələrinə və ya bütün masaya fon rəngini tətbiq edə bilərsiniz. Bir masanın bir hissəsini vurğulamaq istədiyiniz zaman faydalıdır. Məsələn, satış rəqəmləri ilə işlədiyiniz halda, sütun, satır və ya cəmi yığını olan hüceyrəyə fərqli bir rəng tətbiq etmək istəyə bilərsiniz. Bəzən, rəngli satırlar və ya sütunlar kompleks bir masanın oxumasını asanlaşdırmaq üçün istifadə olunur. Bir masa arxa fon rəngi əlavə etmək üçün bir neçə yol var.
Shading ilə bir cədvəl əlavə
- Şeriddə Daxil et düyməsini basın və Tablolar sekmesini seçin.
- Cədvəldə istədiyiniz neçə satır və sütun seçmək üçün kursorunuzu grid üzərinə sürüşdürün.
- Cədvəl Dizayn sekmesinde Sərhədlər üzərinə basın.
- Sərhəd stilini, ölçüsünü və rəngini seçin.
- Sərhədlər altından açılır menyudan müraciət etmək istədiyiniz sərhədləri seçin və ya hüceyrələrin rənglənməsini göstərmək üçün masanın üzərinə çəkmək üçün Sərhəd Painte r basın.
Sərhədləri və gölgeləri ilə bir cədvəldə rəng əlavə edin
- Arka plan rengi ilə rəngləmək istədiyiniz hüceyrələri seçin. Bitişik olmayan hüceyrələri seçmək üçün Ctrl düyməsini (Mac üzərində Komut) istifadə edin.
- Seçilmiş hüceyrələrdən birinə sağ vurun .
- Açılır menyuda Sərhədlər və Gölgeləri seçin .
- Shading seksiyasını açın.
- Arka plan rengini seçmək üçün rəng şriftini açmaq üçün Dolgu altındakı açılan menüyü basın.
- Stil açılır menyusundan seçilmiş rəngdə bir rəng ölçüsü və ya bir model seçin.
- Seçilən rəngin yalnız vurğulanmış hüceyrələrə tətbiq edilməsi üçün açılan qutuya müraciət edin . Cədvəl seçilməsi arxa plan rəngli bütün masa doldurur.
- Tamam’ı basın .
Page Sərhədləri Dizayn Sekmesiyle Rənglər əlavə edin
- Şerid üzərində Tasarım sekmesine basın.
- Arka plan rəngini tətbiq etmək istədiyiniz masa hüceyrələrini seçin.
- Page Sərhədləri sekmesini basın və Shading’i seçin.
- Dolgu altındakı açılan menyuda rəng cədvəlindən bir rəng seçin.
- Stil açılır menyusunda bir ton və ya bir nümunə seçin.
- Seçilən hüceyrələrə arka plan rəngini əlavə etmək üçün Uyğunluğa müraciət edin .
Onlayn Mühazirə: ARCHICAD-da Kvartoqrafiya
Bundan əlavə, ARCHICAD (IFC qrafikləri, IFC xüsusiyyətləri) və Labpp_Solaris uzantısından istifadə edərək qeyri-standart tapşırıqların həlli nümunələri göstəriləcəkdir.
İştirak pulsuzdur. Əvvəlcədən qeydiyyat tələb olunur.
Vebinar 16 iyul 2018-ci il tarixində saat 11: 00-da (Moskva vaxtı ilə) başlayacaq.
Natiq
Zakharov Egor Nikolaevich
- 2007-ci ildən bu günə qədər – “PIRS İnstitutu”
- 2006 – 2007 – “Maliyyə Tikinti Şirkəti”
- 2005 – 2006 – “EnergoStroyProekt”
- 2003-2005 – “Kama-Stroy”
Peşəkar bacarıq və bilik:
Yol gəzinti ilə mənimsəniləcəkdir
Dizayn Mərkəzi QSC “Permpromproekt” haqqında
Dizayn mərkəzi, Qərbi Uralda bilinən dizayn təşkilatlarının birliyidir:
- Permpromproekt QSC (1998-ci ildə yaradılıb);
- ZAO Yenidənqurma və İnşaat Layihə İnstitutu (2004-cü ildə yaradılıb);
- ASC “Remstroyproekt” (2000-ci ildə qurulmuşdur).
Fəaliyyəti dövründə Layihə Mərkəzinin təşkilatları 1000-dən çox layihəni başa çatdırmış, onların 80% -dən çoxu həyata keçirilmişdir. Bunların arasında yaşayış və ticarət və əyləncə kompleksləri, sənaye və ictimai binalar, planlaşdırma layihələri və müxtəlif məqsədlər üçün digər obyektlər var.
GRAPHISOFT haqqında
GRAPHISOFT®, 1984-cü ildə sənayenin memarlar üçün ilk CAD BIM həlli olan ARCHICAD® ilə BIM inqilabında inqilab etdi. GRAPHISOFT, dünyanın ilk real zamanlı BIM dizayn həlli olan BIMcloud ™, dünyanın ilk tam inteqrasiya edilmiş enerji modelləşdirməsi və binaların enerji səmərəliliyi qiymətləndirmələri olan EcoDesigner ™ kimi yenilikçi məhsullarla memarlıq proqram bazarına rəhbərlik etməyə davam edir və BIMx® liderdir. BIM modellərinin nümayişi və təqdimatı üçün mobil tətbiqetmə. 2007-ci ildən GRAPHISOFT Nemetschek Qrupunun bir hissəsidir.
Comments are closed, but trackbacks and pingbacks are open.