Перевод arıçılıq на русский
AZƏRBAYCAN RESPUBLİKASININ
KƏND TƏSƏRRÜFATI
NAZİRLİYİ
Arıçılıq
AZƏRBAYCAN RESPUBLİKASININ
KƏND TƏSƏRRÜFATI
NAZİRLİYİ
Torpaqlarımız, hava, su ərazimiz Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının sürətlə artırılmasına yönəldilməli, istifadə edilməlidir!
Heydər Əliyev
Torpaqlarımız, hava, su ərazimiz Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının sürətlə artırılmasına yönəldilməli, istifadə edilməlidir!
Heydər Əliyev
Azərbaycan Respublikasında heyvandarlıq sektorunun perspektivli fəaliyyət sahələrindən biri də arıçılıqdır. Arıçılıq – bal arılarının yetişdirilməsini, çoxaldılmasını, saxlanmasını, onlardan entomofil kənd təsərrüfatı bitkilərinin tozlandırılmasında istifadə edilməsini, arıçılıq məhsullarının istehsalını və emalını əhatə edən kənd təsərrüfatı sahəsidir.
Arılar – uçan həşaratlar ailəsinə aid olmaqla dünyada 20 mindən artıq arı növü vardır. Antraktidadan başqa dünyanın istənilən yerində rast gəlinir. İşçi arının ömrü 40 gün olur. 17-18 günlükdə arılar artıq bala çıxarırlar. Qüvvəsi, yəni işçi arı sayı çox olan arı ailəsi ildə 35-40 kq təmiz bal verə bilir. Onlar 15 km.-ə qədər yol qət edə blirlər. Arı 15 km məsafədə yaxşı şirə taparsa, qayıdıb o biri arılara da xəbər verir və bu zaman bütün arılar həmin yerə uçurlar. Arılar həm yaxşı şirə olan yeri hiss edirlər, həm də onlara qulluq edən insanı tanıyırlar.
Azərbaycan Respublikasının ərazisi arıçılığın inkişafı baxımından əlverşli təbii-iqlim şəraitinə və bal verən zəngin bitgi örtüyünə malikdir. Öz növbəsində, arıçılıq iqtisadi cəhətdən yüksək rentabelli fəaliyyət sahəsi, əhalinin sağlamlığını qoruyan qida və müalicə əhəmiyyətli məhsullar mənbəyi, həmçinin kənd təsərrüfatının digər sahələrində məhsuldarlığın yüksəldilməsinə ciddi töhvə verən ekoloji amildir. Arıçılıq elə bir kənd təsərrüfatı sahəsidir ki, onun inkişafı ətraf mühitin heç bir resursunu azaltmır, əksinə, biomüxtəlifliyin qorunmasına, kənd təsərrüfatı bitkilərinin daha yaxşı tozlandırılmasına və bununla da keyfiyyətinin və məhsuldarlığının yüksəldilməsinə ciddi töhvə verir.
Respublikamızda mövcud “Boz Qafqaz”, “Sarı Qafqaz” arı cinsləri, “Qabaqtəpə” və “Qonaqkənd” arı populyasiyalarının cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilir.
Azərbaycanda ariçiliğin mövcud vəziyyəti. Dövlət Statistika Komitəsinin 2020-ci ilin yanvar ayının 1-ə olan məlumatına görə respublikasında 542,8 min arı ailəsi (vahid) mövcuddur. Azərbaycan Respublikası ərazisində bir arı ailəsinin orta illik məhsuldarlığı hava şəraitinin əlverişli olduğu illərdə 10-12 kq, əlverişsiz olduğu illərdə isə 3-5 kq-dır. Keçən il hər arı ailəsindən orta hesabla 9,8 kq olmaqla 5,8 min tona yaxın bal istehsal olunmuşdur. Arı ailələrinin sayının artırılması ilə yanaşı, məhsuldarlığın yüksəlməsi, damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, istehsal olunan balın mərkəzləşdirilmiş qaydada qablaşdırılması və etketləmə məsələləridə həyata keçrilməlidir. Cənubi Qafqazda nektar verən bitki örtüyünün 61 faizinin Azərbaycanın payına düşdüyünü nəzərə alsaq, respublikamızda bu sahədə böyük potensial imkanların və prespektivlərin olduğunu aydın görürük. Hər il ardıcıl olaraq arıçılıq məhsullarının sərgi-satış yarmakaları keçrilir ki, bu da arıçıların maddi imkanlarının yaxşılaşmasına şərait yaradır.
Arıxanalarda müxtəlif səbəblər üzündən (beçəvermə, zəiflik, xəstəliklər və s.) arı ailələri eyni səviyyədə bal verə bilmir. Buna görə də hesablamaları məhsuldarlığın ortahəddi ilə aparsaq Azərbaycanda bal istehsalının illik həcminin hazırda 5000 ton ətrafında olduğunu demək düzgün olar. Respublikamızda hər nəfərə düşən illik istehlak səbətində balın miqdarı 0,5 kq (500 qram) təşkil edir. Bu dünyada orta istehlak göstəriciləri ilə müqayisədə aşağıdır. Belə ki, Türkiyə, Almaniya, Avstriya, Yunanstan, Ukrayna və İsveçrədə hər nəfərə düşən illik bal istehlakı 1,01-1,53 kq, ABŞ, Fransa, Kanada, Böyük Britaniyada – 0,55-0,60 kq, Yaponiya, İtaliya və Rusiyada isə 0,35-0,40 kq-dır.
Arıçılıqda mühüm məsələrdən biri arı ailələrinin məhsuldarlığı göstəricisidir. Hər bir arı ailəsinin məhsuldarlığı üzrə orta dünya göstəricisi 22 kq, Türkiyədə-16 kq, Çində-48 kq, Kanadada-55 kq-dır.
Ariçiliğin inkişafinin əsas istiqamətləri: qarşıya qoyulan məqsədlərə nail olmaq üçün arıçılıqda üç istiqamətdə fəaliyyət göstərmək lazımdır:
- Arı ailələrinin sayını artırmaq (ekstensiv yol)
- Arı ailələrinin məhsuldarlığını artırmaq (intensiv yol)
- Arıçılığın yem bazasını gücləndirmək
Görülmüş işlər: “Aqrar Elm Mərkəzinin Rəyasət Heyətinin qərarı ilə Elmi – Tədqiqat İpəkçilik İnstitutunun nəzdində 05.10.2012-ci il tarixdə (04 №li Qərar) Gəncə şəhərində “Arıçılıq laboratoriyası” yaradılmışdır. 2015-cı ilin sentyabrında AETİ İnstitutunun ləğvindən sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun nəzdində Gəncə şəhərində müstəqil fəaliyyət göstərəcək Arıçılıq Mərkəzi yaradılmışdır. Həmin ildən Heyvandarlıq Elmi Tədqiqat İnstitunun “Arıçılıq” Mərkəzi kimi fəaliyyət göstərir.
“Arıçılıq” Mərkəzi fəaliyyəti ərzində Türkiyənin Hacettepe Universitetinin arı və arı məhsullarının tətbiqi və arı araşdırmaları mərkəzi ilə, Gürcüstanın Arıçılıq İttifaqı ilə birgə elmi əməkdaşlığa dair müqavilələr bağlanılmışdır.
2014 və 2015-ci illərdə Gəncə şəhərində “Arıçılığın inkişafına dair Azərbaycan-Türkiyə elmi əməkdaşlığı”nın I və II Toplantısı keçirilmişdir.
Müxtəlif tarixlərdə Mərkəzin əməkdaşları Türkiyənin Muğla şəhərində birgə keçirilmiş “4. 5.Beynəlxalq Muğla Arıçılıq və Cam Balı Konfranslarına”, “20..21.Apislaviya Qurultaylarına”, 2017-cı ilin fevralında İsraildə “Arıçılığın müasir metodları” kursuna, həmin ilin sentyabr-oktyabrında isə Türkiyə Cümhuriyyətində keçirilmiş Ümumdünya arıçılarının“APİMONDİYA-2017” Konfransına dəvət almış və iştirakçısı olmuşlar.
Respublikanın brend olan təmizqanlı Boz dağ Qafqaz arısı FAO-nun dəstəyi sayəsində Mərkəz tərəfindən aşkar edilmiş və Mərkəzdə 200 arı ailəsindən ibarət genofond arıxanası yaradılmışdır. Nəsildə haçalaşma baş verməsin deyə süni mayalandırma laboratoriyası yaradılmışdır. Laboratoriya FAO-nun verdiyi avadanlıqla təchiz edilmiş və burada 2017-ci ildə 70 ədəd süni ana yetişdirilmişdir. Bu da gələcəkdə Respublikanın təmizqanlı Boz dağ Qafqaz ana arısına olan tələbatının ödənilməsində istifadə üçündür. Eyni zamanda aşağıdakı işlər görülmüşdür:
– bir nəfər süni mayalandırma texniki hazırlanmışdır;
– Ariçiliq mərkəzinin davamlı fəaliyyətini təşkil etmək üçün üç sahəvi laboratoriyanı özündə cəmləşdirən yeni bina tikilib istifadəyə verilmişdir;
– sürfə köçürmə kabinəsi tikilmiş;
– arıxanada arıların gündəlik fəaliyyətini izləmək üçün elektron tərəzi tətbiq edilmiş;
– bağ-meşədə və sahəvi əkinlərdə 50-dən çox bitki növünü özündə cəmləşdirən balverən özül yaradılmış və arıçılığın yem bazasının əsasını təşkil edən nektarlı bitkilərin tingçılıyi və toxumçuluğu yaradılmış;
– ana arı yetrişdirilməsi məqsədilə 800 ailəlik nukleus, 350 ədəd pətək alınmışdır ki, bu da ildə min ədəd təmizqanlı Boz dağ Qafqaz ana arısına olan tələbatı ödəyəcək;
Tədqiqatların innovativ yönümü və kommersiya dəyərliliyi:
- Süni mayalandırma yolu ilə əldə edilmiş məhsuldar cinsə mənsub arı analarına ciddi tələbat var və il ərzində minlərlə arı anası satmaq mümkündür.
- Arıçılıq məhsullarına (arı südü, arı zəhəri, güləm, propolis və s.) əsaslanan apiterapiya tibb sahəsini inkişaf etdirmək və bu istiqamətdə əhaliyə tibbi xidmətlər təklif etmək, həmçinin həmin məhsulların ixracını təmin etmək.
- Bombus arıçılığının yaradılması, inkişaf etdirilməsi
Bal verən özülün yaradılması: Azərbaycan ərazisində bal verən ağac, kol və ot bitkilərinin, həmçinin respublikada olmayan bal verən bitkilərin öyrənilməsi, arealının müəyyənləşdirilməsi və oturaq arıçılığın tələbatı üçün onların ayrı-ayrı bölgələrə introduksiyası, adaptasiyası sahəsində tədqiqatların aparılması.
Перевод “arıçılıq” на русский
пчеловодство, пчеловодство — самые популярные переводы слова «arıçılıq» на русский. Пример переведенного предложения: Arıçılıq da əsasən dağ kəndləri zonasında yayılmışdır. ↔ Ему поклонялись на вершине горы Соракта (ныне Монте-Соратте) в Этрурии.
“arıçılıq” в словаре азербайджанский – русский
пчеловодство
noun neuter
Показать алгоритмически созданные переводы
Автоматический перевод ” arıçılıq ” в русский
Glosbe Translate
Google Translate
Переводы с альтернативным написанием
“Arıçılıq” в словаре азербайджанский – русский
пчеловодство
отрасль сельского хозяйства, разведение медоносных пчёл
Переводы «arıçılıq» на русский в контексте, память переводов
Arıçılıq da əsasən dağ kəndləri zonasında yayılmışdır.
Ему поклонялись на вершине горы Соракта (ныне Монте-Соратте) в Этрурии.
WikiMatrix
Mətbuat açıqlamasında sonra deyilir: «Hərçənd o dövrdəki İsraildə arıçılığın olub-olmaması barədə Müqəddəs Kitabda heç nə deyilmir, amma Təl-Rəhavda tapılmış pətəklər göstərir ki, hələ ilk [Süleymanın tikdiyi] məbəd duran vaxtlarda arıçılıq və bal istehsalı geniş yayılmışdı.
Далее в пресс-релизе отмечалось: «Хотя в Библии не сообщается о пчеловодстве в Израиле тех времен, обнаруженная в Тель-Рехове пасека свидетельствует о том, что пчеловодство и добыча меда были хорошо развиты еще в период Первого [Соломонова] храма.
Arıçılıq/Arı xəstəlikləri/Varrotoz
Bu arıxanalara ən böyük zərər verən bir parazit xəstəliyidir. Xəstəliyin zərərləri aşağıdakılardır: varroa gənələri arıların hemolimfasını (qanını) soraraq onları zəiflədir, arılar üzərlərində ağır yük daşıyır və ən əsası bu gənələr vasitəsilə,arı ailələri bir çox xəstəliklərə yoluxur. İşçi arı üzərindəki gənələr insan üzərindəki tısbağalar (hərəsi 8 kq) ilə müqayisə oluna bilər. Bu xəstəliyin arı ailələrini zəiflətməsinin nəticəsi olaraq bir çox xəstəliklər, o cümlədən, çürümə xəstəlikləri yarana bilər.
Xəstəliyin əlamətləri: Uçuş bacasının qarşısında yaşama qabiliyyətinə malik olmayan qanadsız, ayaqsız, formasız bədənə malik arıların görünməsi xəstəliyin xarakterik əlamətləridir. Arıların xeyli hissəsi normadan kiçik olur.
Xəstəliyin kəskin mərhələsində (hər 100 arıya 20-dən çox varroa gənəsi) ölmüş erkək və işçi arı sürfələri, cavan erkək və işçi arılar yuvadan çölə atılır.
Müalicə və profilaktikası: Varroa gənəsinin dişi fərdləri əsasən arı ailələrində sürfələr çox olduqda, qapalı yuvalarda, az olduqda arıların üzərində olur. Ona görə də qapalı sürfələrin ən az olduğu vaxtlarda varroa gənələri pereparatların təsirinə açıq olur.
Lakin nəzərə almaq lazımdır ki,balın kimyəvi zəhərlənməməsi üçün əsas nektar gəlirinə 3 həftə qalmışdan bal süzülənə qədər arıya heç bir preparat vermək olmaz və 3 çərçivədən az gücə malik arı ailələri dərmanlanmamalıdır. Həm də çox soyuq (qış) və çox isti (+30-dan yuxarı) havalarda bir çox preparatlardan istifadə etmək olmaz.
Respublikamızda akarapidoz xəstəliyinin də yayıldığını nəzərə alsaq elə preparatlar seçilməlidir ki, bunlar akarapis gənəsinə də təsirli olsun.Bütün bunları nəzərə alaraq arı ailələri erkən yazda (15 fevral – 15 aprel) 3 dəfə, bal süzülən kimi 1-2 dəfə teda, varroset, akarasan, vamitrat, rulamit, timol kimi, payızın sonunda(1 oktyabr – 15 noyabr) isə 1 dəfə vetfor, fumisan, formiset, bayvarol, apistan kimi preparatlarla dərmanlanmalıdır. Süzüləcək balın dərman qalıntılarına görə təmizliyini fikirləşsək qarışqa turşusu ən yaxşı preparat sayılır.
Comments are closed, but trackbacks and pingbacks are open.