Press "Enter" to skip to content

Argentina dövləti haqqında məlumat

Arrianın göstərdiyinə görə, Atropat Makedoniyalı İskəndərin III Dara ilə olan son vuruşunda Daranın sərkərdələrindən biri idi. Daranın məğlubiyyətindən sonra o, İskəndərin tərəfinə keçib Midiyanın hakimi olmuşdu. Suz təntənəsində isə İskəndərin sərkərdəsi Perdikka Atropatın qızı ilə evlənmişdi. Perdikkanın dövründə Atropat öz hökmranlığını bir daha möhkəmləndirmiş oldu. Atropatdan sonra onun nəsli 350 ilə yaxın həmin ərazidə hökmranlıq etmişlər.

Ermənilərin Urartu iddiası

Tarixi xronoloji ardıcıllıqla saxtalaşdırmaqda davam edən və özlərinə aid olmayanı mənimsəmək cəhdlərindən əl çəkməyən ermənilərin uydurma yollarla sahib çıxmağa və erməniləşdirməyə çalışdıqları növbəti dövlət Urartudur.

Urartu adına ilk dəfə Assur çarlarının kitabələrində rast gəlinir. E.ə. XIII əsrin əvvəllərində I Salmanasara aid mətnlərdə Urartu adı tayfa ittifaqını bildirən Uruatri formasında işlədilir. E.ə. X-IX əsrlərin qovşağında II Adadnirariyə aid mətnlərdə Uratri termininə rast gəlinir. Bu adın Urartu forması isə e.ə. IX əsrdən işlədilir və “yuxarı ölkə” mənasını verir.

Urartu dövləti e.ə. IX –VI əsrlərdə mövcud olmuş, əsasən Anadolu yaylasının bir hissəsini, Cənubi Qafqazın qərb rayonlarını, Van, Urmiya və Göyçə gölləri arasındakı ərazini əhatə edirdi. Dil və mədəniyyət baxımından urartulular hurri-het ənənələrini davam etdirirdilər.

Melikişvili qeyd edir ki, Urartu və hurri dilləri arasında qohumluq əlaqələri artıq şübhə doğurmur. Buna baxmayaraq, mif yaradıcılığını davam edən erməni müəlliflər onlara heç bir aidiyyəti olmayan qədim Urartu irsinə sahib çıxmağa çalışırlar. Məsələn, Gevorg Emin ermənilərin Urartu ərazisində, bu dövlətin meydana gəlməsindən əvvəl yaşadıqlarını və Urartunun erməni çarları tərəfindən yaradıldığını iddia edir. S. Ayvazyan urartu dili ilə müasir erməni dili arasında “fonetik uyğunluq” tapmış, erməni mixi kitabələrində əlifba yazısının olduğunu və ermənilərin finikiyalılardan daha tez əlifba yaratdıqlarını söyləmişdir. O, əvvəlcə Hayasa, Nairi, Urartu və Ermənistanın eyni dövlət olduğunu bildirir, sonradan isə ünuniyyətlə Urartu adlı dövlətin mövcud olmadığını, onun ərazisində əsrlər boyu Ermənistan dövlətinin inkişaf etdiyini bildirir.
Patkanyan da urartutluları ermənilərlə eyniləşdirir.
V.N. Xaçatryan Hayasanı “erməniləşdirdikdən” sonra Urartuya çatır. O, Urartu dövlətinin, əsassız olaraq erməni hesab etdiyi nairililərin (hayasalıların) e.ə. IX əsrin ortalarında çar Armenin hakimiyyəti altında urartulular və şubarlarla birləşməsi nəticəsində meydana gəldiyini və onun əhalisinin çox hissəsini məhz nairililər təşkil etdiyini iddia edir. Urartuda rəsmi sənədləşmənin hakim elitanın dilində aparılmasına baxmayaraq, V.N. Xaçatryan nairililərin öz dillərini (yəni erməni dilini) qoruyub saxladıqlarını, urartuluların ağalığına qarşı fasiləsiz olaraq mübarizə apardıqlarını, urartulular və şubarların nairililər tərəfindən assimilyasiyaya uğradıldıqlarını və nəticədə erməni xalqının formalaşdığını göstərir. M.İ. Dyakonova görə, tarixdə nairi adlı tayfa ittifaqı mövcud olmamışdır, Nairi coğrafi addır, V.N. Xaçatryanın iddiaları isə heç bir sübuta əsaslanmır və faktik materialın təhrif olunmasıdır.

V.N. Xaçatryandan fərqli olaraq, A. Mnatsakanyan təkcə Urartu əhalisini deyil, həm də hakim elitanı erməniləşdir və bu zaman S.T. Yeremyanın fikirlərini təkrarlayır. Sonuncu e.ə. VII əsrdə Urartunun erməni sülaləsi tərəfindən idarə olunduğunu bildirir və bunu erməni dövlətçiliyinin başlanğıcı hesab edir, Araz və Ararat vadilərini erməni dövlətçilik ənənələrinin formalaşdığı ərazi kimi qiymətləndirir. Başqa sözlə, S.T. Yeremyan erməniləri regionun aborigenləri sırasına daxil etməyə cəhd edir.

Araz və Ararat vadilərinin ermənilər tərəfindən məskunlaşdırılması ideyası X. Samvelyan, A. Arutyunyan, S.P. Poqosyan, A.R. İonnisyan. B.N. Arakelyan, V.A. Parsamyan, M.İ. Nersisyan tərəfindən də müdafiə olunur. Onlardan bəziləri məskunlaşma prosesini e.ə. V əsrə aid edir və e.ə. 316-cı ildə bu ərazidə Ayrarat dövlətinin yarandığını iddia edir, digərləri bu dövlətin daha tez, e.ə. VI əsrin birinci yarısında yarandığını bildirir, başqaları isə Araz və Ararat vadilərinin ermənilər tərəfindən urartuluların köçürmə siyasəti nəticəsində məskunlaşdırıldığını önə çəkir və s. Fikirlərin üst-üstə düşməməsi və ziddiyyətli xarakter daşıması sübhəsiz ki, müəlliflərin sərəncamında ciddi faktların və mənbələrin olmaması və onların problemlərə volyuntarist yanaşmaları ilə bağlıdır.

Erməni müəlliflərdən M.A. Katvalyan da erməni xalqının formalaşmasını Urartu ilə bağlayır, o, bu dövlətin mərkəzini Van gölündən şimalda yerləşdirir (V.A. Şnirelman müasir tədqiqatçılardan heç kimin buna risk etmədiyini bildirir), onun qənaətinə görə, Urartu adı Ararat adından törəmiş və aborigen əhali (ermənilər nəzərdə tutulur) Urartu çarlarına qaşı mübarizə aparmamış (V.N. Xaçatryan bunun əksini iddia edirdi), dövlətin əhalisi xarici təhlükəyə, Assuriya təhlükəsinə qarşı birləşmişdi.

R.A. İşxanyan Urartu məsələsinin “asan həlli yolunu” tapmışdır. O, Urartudan imtina edir, ermənilərin e.ə. IX – VII əsrlərə aid tarixini “erməni Van çarlığı” ilə bağlayır. O, eyni zamanda qeyd edir ki, “Ermənilərin və ya erməni xalqının tarixini erməni dilinin meydana gəldiyi vaxtlardan başlamaq lazımdır, yəni erməni dilinin daşıyıcıları – həm qədim dövrdə, həm orta əsrlərdə, həm də hal-hazırda ermənilərdir (və ya erməni xalqıdır)”. Erməni dili və dövlətinin sinxronluğu ideyasını irəli sürərkən R.A. İşxanyan nəzərə almır ki, e.ə. IX–VII əsrlərdə erməni xalqı kimi, erməni dili də mövcud olmamışdır. E.Q. Tumanyan qədim erməni dilinin bizim eranın V əsrində formalaşdığını bildirir.

Erməniləri qədimləşdirmək naminə tarixi saxtalaşdırmaq işinə öz imzasını atmış A. Petrosyan da etiraf edir ki, Urartu yazıları erməni dilində deyildir, bununla belə o, müasir ermənilərin əcdadlarının Urartu ərazisində ilk vaxtlardan yaşadıqlarını, dövləti yaradan urartuluların özlərinin isə gəlmə olmaları barədə fikirlərə şərik çıxır. Ardini, Kumenu və Şivinini Urartu panteonunun baş allahları hesab edən A. Petrosyan, onlardan birinci ikisini Haldi və Teyşebani, ücüncünü isə Van şəhəri ilə əlaqələndirir. Eyni zamanda Vanın cənubdan gələnlər (urartulular nəzərdə tutulur) tərəfindən işğal olunduğunu bildirir, buna əsaslanaraq urartu dilinin və hakim sülalənin vətəni kimi, bu dövlətin tərkibinə daxil olmayan cənub rayonlarını göstərir, Urartu dövlətinin və mədəniyyətinin də məhz bu azsaylı cənublular tərəfindən yaradıldığını, onların dövlətdə hakim təbəqəni təşkil etdiklərini bildirir: “Abidələr, gil kitabələr və s. daxil olmaqla, Urartu mədəniyyəti ölkənin geniş əhali kütlələri tərəfindən deyil, əsasən dövlətin yüksək təbəqələri tərəfindən yaradılmışdır. Məğlub olmuş ölkələrdə şəhərlər və qalalar imperiyaya loyal, lakin etnik cəhətdən homogen olmayan, bəzən uzaq vilayətlərdən köçürülmüş əhali tərəfindən məskunlaşdırılırdı. Saxsıdan başlamış məbədlərə qədər Urartu mədəniyyət abidələri bu mərkəzlərdə cəmlənmişdir. Yerdə qalan əhali dövlətin birbaşa nəzarətindən kənarda yaşayır və özlərinin, “urartulularınkından” mahiyyətcə fərqli olan əvvəlki mədəniyyətini, əvvəlki həyat tərzini saxlayır və tez-tez Urartu dövlətinə düşmən münasibət bəsləyirdilər”. Urartu dövlətinin e.ə. IX-VI əsrlərdə mövcud olduğu və A. Petrosyanın qeyd etdiyi kimi, Urartu dövlətinin və mədəniyyətinin hakim təbəqə tərəfindən yaradıldığı, bu dövlətin imperiyaya çevrildiyi və orada köçürmə siyasətinin həyata keçirildiyi nəzərə alınsa, onda digər etnosların üç əsr ərzində özlərini kifayət qədər güclü olan hakim təbəqənin siyasi-hərbi və mədəni təsirindən necə qoruduqları sualı meydana çıxır. A. Petrosyan bu məsələlərin üzərindən sükutla keçir.

Həqiqətdə Urartu mədəniyyəti əsasən şəhərlərdə, köçürmə nəticəsində bu şəhərlərdə məskunlaşan əhalinin də iştirakı ilə inkişaf edirdi. Qeyd olunan şəhərlərin bəziləri coğrafi cəhətdən indiki Ermənistan Respublikasıın ərazisində lokallaşdırılsa da, hayların əcdadlarını Urartu mədəniyyətinin yaradıcıları sırasına daxil etmək düzgün deyildir, çünki haylar e.ə. VII əsrdə, friqiyalıların bir qolu kimi başqa istiqamətə, Fərat çayı sahillərinə miqrasiya etmiş və tabe vəziyyətdə olduqları üçün regionda gedən proseslərə təsir imkanlarından məhrum olmuşdular. O ki qaldı Urartuya daxil olan müxtəlif tayfaların öz mədəniyyətlərini və həyat tərzlərini qoruyub saxlamalarına, bu tezisin də həqiqəti əks etdirdiyini hesab etmək olmaz, çünki burada urartu-hurri qohumluğu əsasında güclü bir mədəniyyət formalaşmışdı. Bu mədəniyyətin təsir imkanları o dərəcədə güclü idi ki, hətta Uratunun mövcud olduğu ərazisi gələcəkdə əhəmənilərin nəzarətinə keçdikdə belə, “kütləvi xalq mədəniyyəti bir çox hallarda urartu ənənələrini davam etdirirdi”. Belə bir şəraitdə xırda və dağınıq tayfaların Urartuya siyasi-hərbi və mədəni müqavimət göstərməsi sadəcə mümkün deyildi.

M.İ. Dyakonov da Urartunu qüdrətli dövlət hesab edirdi. E.ə. VIII əsrin ortalarına doğru “…Urartu gücünə görə az qala Assuriyanı üstələyəcəkdi. Urartu inzibati sistemi o dərəcədə təkmil idi ki, mümkündür ki, Assuriyada uyğun islahatların keçrilməsi üçün nümunə olmuşdu… Arme-Şubriya və Hubuşkiya istisna olmaqla, Erməni yaylası bütövlükdə, Mərkəzi və Qərbi Zaqafqaziyanın əhəmiyyətli hissəsi urartulular tərəfindən işğal olunmuşdu, urartulular Yuxarı Fərat vadisində hələlik möhkəmlənə bilməmişdilər, lakin artıq Yuxarı Suriya İttifaqının “himayədarı” kimi qəbul edilmişdilər”.

Gürcü mütəfəkkiri İ.Q. Çavçavadze Urartunu erməni dövləti kimi təqdim edənlərə “fəryad edən daşların” dili ilə etiraz edir. O, Q. Qolmstremə istinadən bildirir ki, Dəclə və Fərat çaylarının yuxarılarında, Van, Urmiya, Göyçə gölləri ətrafında çoxsaylı tayfa yaşamış, e.ə. X – IX əsrlərə aid Assuriya mənbələrində “nairi” adlandırılan bu tayfalar, e.ə. IX əsrdə bir dövlətdə, Urartu dövlətində birləşdilər. Mərkəz kimi əvvəlcə İrəvan çökəkliyini seçən, sonradan isə strateji amillər nəzərə alınaraq onu Van gölü ətrafına köçürən urartulular öz mədəniyyətlərini assur-babillərdən əxz etmişdilər. Assur kitabələri Urartu mədəniyyəti, burada şəhərlərin və sarayların meydana gəlməsi, kanallarıт çəkilməsi və s. haqqında məlumat verir, lakin bu kitabələr ermənilərin mənşəyini urartulular ilə bağlamaq üçün əsas ola bilməz. Bundan başqa, İ.Q. Çavçavadze fransız alimi Lenorman və ingilis alimi Raulinsin tərəfindən müdafiə olunan maraqlı bir fikrə də istinad edir: urartu dili və mixi yazılar ermənilərə deyil, alarodilərə aiddir, “nə bu dil, nə xalq erməni dili və xalqı ilə heç bir qohumluğa malik deyil”.

Linqvistik və mədəni xüsusiyyətləri baxımından urartulular hurrilərə yaxın idilər. M.İ. Dyakonov ilk vaxtlarda urartulular və hurrilərin bir etnos olduqlarını güman edir.

Etnik dövlət və dil uyğunluğu məsələsi emosiya və hisslərə qapılaraq mif yaradıcılığı ilə məşğul olan ermənilərin əsərlərində qaranlıq qalan məqamlardandır. Onların “erməniləşdirdikləri” qədim dövlətlərin əhalisi çox vaxt erməni dilinin daşıyıcıları olmurdu. Məsələn, qədim erməni dili haqqında irihəcmli əsərin müəllifi olan E.Q. Tumanyan erməni dilinin tarixini üç mərhələyə bölür: qədim dövr (V-XI əsrlər), orta dövr (XII-XVI əsrlər) və yeni dövr (XVII əsrdən hal-hazıradək). Göründüyü kimi, müəllif qədim erməni dilinin başlanğıc nöqtəsi kimi V əsri götürür. O, bu haqda qeyd edir ki, “Orijinal erməni əlifbası və onunla birlikdə ədəbiyyatı bizim eranın IV əsrinin sonu – V əsrinin əvvəllərində meydana gəlmişdir. Qədim erməni dili günümüzə çoxsaylı abidələrdə, daha çox tarixi, fəlsəfi və dini janrlarda gəlib çatmışdır. Bizim eranın V əsrinin, daha dəqiqi, onun birinci yarısının abidələri daha nümunəvi hesab olunur”. Daha qədim zamanlara gəldikdə isə, E.Q. Tumanyan bildirdiyinə görə, e.ə. VII – II əsrlərdə ermənilər qonşu tayfaları assimilyasiyaya uğratdır, bu zaman iran, yunan, suriya və s. dillərdən çoxlu sayda söz erməni dilinə keçir, həm də, bu dövrdə ermənilərin əlifbası olmadığı üçün, onlar saray işlərində, təhsildə və ibadət zamanı yunan, suriya və fars dillərindən istifadə edirdilər. Əgər, bəzi erməni müəlliflərin iddia etdikləri kimi, onların dövlətçik ənənələri e.ə. III minillikdən başlayırsa, ermənilərin Hayasa, Urartu və s. qədim dövlətləri mövcud olmuşdusa, onda bu “qüdrətli” xalqın yazı mədəniyyəti hansı səbəbdən bizim eranın V əsrinə qədər gecikmişdir? Cavab sadədir. Qeyd olunan dövlətlərin ermənilərlə heç bir əlaqəsi olmamışdır. Ermənistan adlı coğrafi ərazidə isə müxtəlif inkişaf səviyyəsində olan çoxlu sayda müxtəlif tayfa yaşayırdı.

Ümumiyyətlə, məqsədləri ermənilərin Anadolu yaylasına və Cənubi Qafqaza miqrasiya prosesləri nəticəsində gəlmələri haqqındakı konsepsiyalara kölgə salmaq olan bu müəlliflərin fikirləri tarixi həqiqətlə kolliziya yaradır, bu səbəbdən də, onlar öz iddialarını əsaslandırmaqda çətinlik çəkir, çox vaxt bir-birini təkzib edirlər. Bu o dərəcədə aşkar bir haldır ki, hətta erməni müəlliflərin özləri də bunu etiraf etmək məcburiyyəti ilə üzləşirlər. Məsələn, B.A. Arutyunyan son dövrlərdə Ermənistan tarixşünaslığı haqqında danışarkən qeyd edir: “Ermənilərin mənşəyi haqqında Balkan nəzəriyyəsi ciddi tənqidə məruz qalmış, nəyin bahasına olursa-olsun Urartunun Ermənistan ilə identikliyini sübut etməyə cəhdlər olmuşdur”. Bəli, məhz nəyin bahasına olursa olsun, yəni məqsəd vasitəni müəyyənləşdirir.

Tarixi vətən axtarışında olan ermənilər bu sahədə artıq müəyyən “uğurlar” da əldə etmişlər. Fidanyanlar, sarkisyanlar, yüzbaşyanlar, yeremyanlar tərəfindən bu vaxta qədər ondan çox “Ermənistan dövləti” kəşf edilmişdir. Onların hazırladıqları xəritələrdə Birinci Ermənistan, İkinci Ermənistan, Üçüncü Ermənistan, Dördüncü Ermənistan, Dərin Ermənistan, Daxili Ermənistan, Böyük Ermənistan, Yustinian Ermənistanı, Mesopotamiya Ermənistanı, Kiçik Ermənistan, Kilikiya Ermənistanı, Qərbi Ermənistan, Şərqi Ermənistan, Baqratidlər Ermənistanı, Bizans Ermənistanı, Türkiyə Ermənistanı, Persiya Ermənistanı və s. özünə yer almışdır.

Ermənilərin tarixi saxtalaşdıraraq Urartuya sahib çıxmaq istəklərini motivasiya edən səbəblərdən biri, onların tarixin erkən dövrlərində öz dövlətçilik ənənələrindən məhrum olmaları və dünyanın müxtəlif ölkələrinə səpələnmələri ilə bağlıdır. Urartu və regionun digər qədim dövlətlərini “özəlləşdirmək” ermənilərə daha çox, öz qonşularına qarşı əsassız ərazi iddiaları irəli sürərkən tarixi hüquq anlayışına istinad etmək üçün lazımdır.

Aqil Şahmuradov

1905.az

Atropatena və Parfiya dövləti

Atropatenanın böyük imperiyalarla münasibətinə dair mənbələrdə xeyli məlumat var. Atropateniya və Parfiya münasibətləri haqqında mənbələrə əsaslanaraq aşağıdakıları qeyd etmək olar. Abdulla Fazili qeyd edir ki, Atropatena hökmdarları öz müstəqilliklərini qoruyub saxlamaq xatirinə əvvəllər Selevkilər, sonra isə Roma və Parfiya kimi qüdrətli dövlətlər arasında gedən şiddətli çəkişmələrdən daima istifadə etmişlər. Onlar müəyyən dövrlərdə Selevki, Parfiya, bəzi hallarda isə Romanı müdafiə edirdilər. Bu baxımdan da, Atropat Midiyasında Roma münaqişələri bir sıra hallarda atropatenalıların xeyirinə müvəffəqiyyətlə nəticələnirdi.

Böyük Midiyaya gəldikdə isə, o, iki böyük qrup arasında gedən mübarizələrdə daima parfiyalıların mənafeyini müdafiə edirdi. Vətənlərini yadellilərdən müdafiə edən midiyalılar digər tərəfdən partiyalılarla dil və etnik nöqteyi-nəzərdən yaxın idilər. Vətənpərvərlik əhval-ruhiyyəsi ilə çıxış edib parfiyalılaranı tərəfini saxlayan midiyalılar romalılara şiddətli müqavimət göstərmişdir.

Məlum olduğu kimi, Atropatena hökmdarı Artavazd Antoni ilə Fraat arasında olan çəkişmələrdə əvvəllər Fraatın tərəfində olub Antoniyə qarşı vuruşmuş, sonralar qənimətin bölüşdürülməsi üstündə Fraatdan inciyərək Antoninin tərəfinə keçmişdi.Bu səbəbə görə də Fraat Atropatenaya hücum edib, I Artavazdı hakimiyətdən salmışdı. O, Atropatenanın idarə olunmasını müvəqqəti olaraq Ermənistan çarına tapşırmışdı. Belə olduqda, I Artavazd məcbur olub Antoniyə pənah gətirmişdi. Bu zaman I Artavazd, həm də Antoninin oğlu ilə qohumluq münasibəti yaratmışdı. Antonidən sonra Kiçik Asiyaya gələn Avqust I Artavazdın xidmətini bəyənmişdi.

Müasir Türkmənistan və Xorasan antik dövrdə Parfiya adlanırdı. I Dara tərəfindən yazılmış Bisütun, Presepol, Nəqş-e Rüstəm kitabələrində bu ad «Pərsəvə» formasında verilmişdir. Xəzər dənizinin cənub-şərqində yerləşən bu ölkə əkinçilik üçün əlverişli olmayan vadilərlə həmsərhəd idi. Ətrafında olan səhralara görə nazik zolaq olan bu ərazi Xəzər dənizindən şərqə doğru uzanırdı. Parfiyanın heç bir vaxt Assur dövlətinə tabe olmadığına baxmayaraq, bu ərazi haqqında ilkin məlumata Assur mənbələrində təsadüf edilir. Əhəməni imperiyasının Şimal satraplığını təşkil edən Parfiya I Daranın hakimiyyətə keçməsi ilə əlaqədar Midiyada Fraortanın rəhbərliyi altında baş verən üsyana qoşulub farsların zülmünə qarşı mübarizə aparmışlar.

Eramızdan əvvəl III əsrin ortalarından etibarən Selevki dövləti dağılmağa başlayır. Məhz bu zaman (e. ə. 250-ci ildə) Parfiya dövləti təşəkkül tapır. Bu dövlətin tərkibinə Orta Asiyanın cənub-qərb hissəsi, İranın isə şimal-şərqi daxil idi. Parfiya dövlətinin paytaxtı əvvəllər Nisa şəhəri, sonralar isə Ktesifon şəhəri olmuşdur. Ölkəni əsası I Arşak tərəfindən qoyulmuş Arşakilər (Əşkanilər) sülaləsindən olan çarlar idarə edirdi. Geniş ərazinin ayrı-ayrı vilayətlərinin idarəsi isə kiçik çarlara həvalə edilmişdi. Parfiya hökmdarları özlərini şahlar şahı adlandırırdı. Parfiya hökmranlığını 3 dövrə bölmək olar:

1. Parfiya dövlətinin yaranması və Selevkilərin İran ərazisindən tamamilə qovulması.

2. Parfiya dövlətinin Romaya qarşı apardığı müharibələr.

3. Parfiya dövlətinin tənəzzül dövrü.

Strabonun göstərdiyinə görə, Parfiya çox da geniş əraziyə malik deyildi. O, farsların hökmranlığı dövründə Hirkaniya ilə birlikdə İrana, onlardan sonra isə uzun müddət makedoniyalılara xərac verirdi. Əhəmiyyətsiz dağlıq hissəsinə gəldikdə isə, onu qalın meşələr örtmüş və olduqca kasıb ölkədir. Çarları böyük qoşun dəstələrini az müddət ərzində belə ərzaqla təmin edə bilmirdi. Halbuki indi onların ölkəsi genişlənmişdir. Parfiya ölkəsinə Komisen, Xoren, Kaspi darvazalarına kimi olan ərazi, o cümlədən, Raqa və tanurların ölkəsi də daxildir.

Strabonun göstərdiyinə görə, Atropaten varisləri ermənilərin, suriyalıların, sonralar isə parfiyalıların çarları ilə qohumluq münasibətləri yaratmışdılar.

Atropatena şahları öz müstəqilliyini qorumaq məqsədilə bu və ya digər qüvvətli ölkənin şahları ilə iqtisadi əlaqəyə meyil göstərməklə bərabər, eyni zamanda, həmin ölkələrlə diplomatik və siyasi əlaqə də yaradırdılar.

Əhəmənilər sülaləsinin son nümayəndəsi olan III Daranın Makedoniyalı İsgəndərlə sonuncu toqquşması eramızdan əvvəl 331-ci ildə Qavqameldə baş vermişdir. Beləliklə, Əhəməni imperiyası dağıldı və onun ərazisi Makedoniyalı İsgəndərin ixtiyarına keçdi. Lakin bu imperiya da Əhəmənilərin dövləti kimi möhkəm deyildi. Ona görə də, İsgəndərin vəfatından sonra (e. ə. 323-cü ildə) imperiya onun sərkərdələri arasında bölüşdürüldü. Sərkərdələrdən biri olan Selevk Suriya, Mesopotamiya, İran və Parfiyanın bir hissəsini özünə tabe etdi. Beləliklə, ellin dövlətləri adlanan dövlətlərdən biri — Selevki dövləti təşəkkül tapdı. Selevkilər Suriya, İran və Mesopotamiyanı tabe etdikləri kimi, Atropatenanı da zəbt etməyə cəhd göstərirdilər. Lakin bütün səylərinə baxmayaraq, bu işdə onlar müvəffəqiyyət qazana bilmirdilər.

E. ə. 222-223-cü illərdə Midiya satrapı Molonun üsyanı baş verən zaman Selevki çarı III Antiox Atropatenaya hücuma keçdi. Atropatena hökmdarı Artabaz düşmənə müqavimət göstərərək, onu geri çəkilməyə məcbur etdi. Artabaz düşməni paytaxt şəhəri olan Selevkiyə qədər təqib etmişdi (e. ə. 220-ci ildə).

E. ə. II əsrdə yaşamış yunan tarixçisi Polibinin yazdığına görə, Selevkilər dövləti «Midiya ilə yanaşı olub, ondan dağ silsiləsi ilə aypılır. Onun bəzi hissələri Fasisdən (Rion çayı) yuxarıdakı yerlərdə Pontun (Qara dənizin) üzərində yüksəlir, digər tərəfdən Girkan dənizinə qədər çatır». Atropatena hökmdarı e. ə. 220-ci ildə Selevkilərlə müharibəni qurtarıb onlarla müqavilə bağladı. O, bu müqavilə ilə öz ərazisini genişləndirdi. Artabazın hakimiyyəti altında Ayrarat vilayətinin baş şəhəri olan Arşavirlə (Onun xarabaları Ermənistan SSR-in Oktamberyan rayonundadır) birlikdə, Araz vadisi də daxil olmaqla, Atropatenadan Kolxidaya qədər bir ərazi birləşdirilmişdi.

Beləliklə, Makedoniyalı İskəndərin vəfatından sonra onun imperiyası üzərində 3 dövlət yaranmış oldu. Selevkilər, Misirdə Ptolemeylər, Avropada isə Makedoniya və Yunanıstan. Bu üç birinci dərəcəli dövlətlərdən başqa digər dövlətlər də mövcud idi. İskəndər və onun canişinləri bu dövlətləri təhdid etsələr də, aradan çıxara bilmədilər. Bu qisim ölkələr aşağıdakılardan ibarət idi: Atropatena, Ermənistan, Kapadogiya, Pont, Bitiniyyə və Perqam.

Arrianın göstərdiyinə görə, Atropat Makedoniyalı İskəndərin III Dara ilə olan son vuruşunda Daranın sərkərdələrindən biri idi. Daranın məğlubiyyətindən sonra o, İskəndərin tərəfinə keçib Midiyanın hakimi olmuşdu. Suz təntənəsində isə İskəndərin sərkərdəsi Perdikka Atropatın qızı ilə evlənmişdi. Perdikkanın dövründə Atropat öz hökmranlığını bir daha möhkəmləndirmiş oldu. Atropatdan sonra onun nəsli 350 ilə yaxın həmin ərazidə hökmranlıq etmişlər.

Məlum olduğu kimi, midiyalıları, kaspiləri, albanları, sakasenləri və digər tayfaları Əhəmənilər öz ordularına cəlb etmişdilər. Midiyalılar və Kaspilər piyada qoşunları ilə yanaşı, həm də donanmada xidmət edirdilər. III Dara İskəndərlə müharibə etmək üçün bütün əyalətlərdən hərbi qüvvə toplanmışdı. Daranın ordusunda o dövrdə Kiçik Midiya satrapı olan Atropatın komandanlığı altında Midiya atlılarından təşkil olunmuş böyük bir süvari dəstəsi olmuşdur. Beləliklə, müstəqil Atropatena dövləti Atropatın başçılığı ilə eramızdan əvvəl 223-cü ildən etibarən təşkil edilmişdi. Bu sülalə eramızın III əsrinin I rübünə kimi hakimiyyətdə olmuşdur.

Parfiya şahlarının Atropaten nəslindən olan qolu: III Artabanın anası parfiyalı IV Fraatın qızı, atası isə Atropatın nəslindən olmuşdur. Beləliklə, III Artabandan etibarən Parfiya şahları Atropatın nəslindən olmuşlar. IV Artaban Ermənistanın da şahı olmuş Pakor. (Atropatenanın şahı)

Balaş (Valaqez)

II Pakor

II Balaş

III Balaş

IV Balaş

V Artaban

Atropatena (e. ə. 250, eramızın 224-cü illəri) demək olar ki, tam müstəqil olmuşdur. Lakin Atropatena şahları bəzi hallarda öz istiqlaliyyətini qorumaq məsqədi ilə Parfiya şahlarına az miqdarda vergi verməli olurdular. Bundan başqa, müharibə zamanı əsgəri qüvvə ilə də onlara kömək edirdilər. Parfiya şahları bunun müqabilində bu vilayətin qayda-qanunlarına toxunmayaraq, həm də onların daxili işlərinə qarışmırdılar. Bəzi hallarda Atropatena şahları ölkəni Parfiya işğalından qorumaq məqsədilə romalılarla ittifaqa girdilər. Romalılar hələ birinci dəfə eramızdan əvvəl 190-cı ildə III Antioxun dövründə Asiya qitəsinə qədəm qoyub, Termopol döyüşündə Antioxu məğlub etmişdilər. Lakin onlar sülh bağladıqdan sonra geri çəkilmiş və e. ə. 92-91-ci illərə qədər Asiya qitəsinə gəlməmişlər. Selevkilər parfiyalıların ardı-arası kəsilməyən hücumlarına tab gətirə bilməyib məğlubiyyətə uğradıqdan sonra istər-istəməz işğal etdikləri ərazilərdən əl çəkməli oldular. Bu müharibələrdə atropatenalıların böyük rolu olmuşdur. Belə ki, e.ə 222-220-ci illərdə III Antioxun Atropatenaya hücumu Artavazd tərəfindən dəf edilmiş, eyni zamanda, atropatenalılar əks hücuma keçib düşməni paytaxt şəhərləri olan Selevkiyə kimi təqib edib sülh bağlamağa məcbur etmişlər. Lakin Selevkilərin süqutundan sonra Asiya qitəsinə yeni və güclü bir işğalçı olan romalılar gəlməyə başladılar. Selevkilərə qarşı Artavazd da üsyan qaldırmış, lakin məğlub edilmişdi. Onun ərazisi yenidən Selevki dövlətinin ixtiyarına keçmişdi. E. ə. 189-cu ildə isə Artaşes Selevki hökmdarlığına qarşı apardığı mübarizədə qalib gələrək, ölkəsində müstəqil dövlət yaratmışdı. Lakin bir qədər keçdikdən sonra, e. ə. 155-ci ildə Parfiya şahı I Mitridat Ermənistan adlanan ərazisini işğal etdi. I Mitridat Ermənistanın idarəsini öz qardaşı Valarşaqa tapşırmışdı. Beləliklə, qədim Oğuz yurdu Ermənistanda Parfiya mənşəli Arşakilər dövləti yaranmışdı. E. ə. 64-cü ildə isə Kiçik Ermənistan romalılar tərəfindən işğal edildi. Bu tarixdən etibarən Ermənistan uğrunda iki böyük dövlət arasında mübarizənin təməli qoyuldu.

Eramızdan əvvəl 66-cı ildə Roma qoşunları Kaspi dənizi sahilində möhkəmlənməyə çalışır və Albaniyadan keçib Hindistana gedən ticarət yolunu zəbt etmək istəyirdilər. Plini bu haqda yazır ki, Pompeyin yürüşü zamanı təsdiq edilmişdi ki, yeddi gün ərzində Hindistandan Baktriyaya, Oks (Amu Dərya) çayına tökülən Bentra (Belxa) çayına və bu çaydan Kaspi dənizinə, ordan Kir (Kür) çayına qədər gəlmək, buradan isə Hindistan mallarını beş gündən az müddətə quru yolla Ponta və Fazisə çatdırmaq olar. Görünür, romalılar Parfiya dövlətinə şimaldan zərbə endirmək və Asiyanın içərilərinə doğru irəliləmək üçün Albaniya ərazisindən istifadə etmək istəyirmişlər.

E. ə. 36-cı ildə Antoni 100 min nəfərlik ordu ilə Atropatenaya hücuma başladı. Romalıların 13 legionuna qarşı Parfiya çarı IV Fraat 50 minlik ordu çıxara bilmişdi. Atropatena şahı Artavazd bu müharibədə böyük rol oynaya bildi. O, romamılara qarşı IV Fraatın tərəfində çıxış edirdi. Antoninin 100 min nəfərlik qoşun dəstəsi o dövrün ən böyük hərbi qüvvəsi olmaqla bərabər, bütün Asiyanı təşvişə salmışdı. Antoni Araz çayını keçərək, Atropatena ərazisinə daxil oldu.

Atropatena şahları 350 ilə yaxın müstəqil hökmranlıq etmişdilər. Onlar öz ölkəsini yadellilərin hücumundan qurtarmaq üçün bu və ya digər qüvvətli dövlətlə iqtisadi və siyasi əlaqəyə girirdilər. O dövrün ən güclü dövlətlərindən olan Parfiya və Roma bu qəbildəndir. Antoni Atropatenaya hücum edən zaman atropatenalılar dərhal parfiyalıların müttəfiqi kimi romalılara qarşı vuruşdular. Bu müharibə Atropatena ərazisində baş verdiyinə görə, müharibənin əsas ağırlığı atropatenalıların üzərinə düşdü. IV Fraatın qoşun dəstələrinin romalılara qarşı arabir hücum etmələrinə baxmayaraq, onlar bu müharibədə həlledici rol oynaya bilmədilər. Atropatenanın hər iki paytaxt şəhəri işğalçıların hücumuna məruz qalmışdı.

Atropatenalılar bəzən də romalılarla qohumluq əlaqəsi yaradıb Parfiya şahlarına qarşı ittifaq bağlayırdılar. Hər halda atropatenalıların başqa ölkələrə nisbətən parfiyalılarla iqtisadi və ictimai əlaqələri daha möhkəm və səmimi olmuşdur.

Məlumdur ki, Selevkilərdən sonra İran yaylasında ən qüdərtli dövlət Parfiya dövləti olmuşdur. Parfiyalıların əsas peşəsi maldarlıq və qoyunçuluq olmuşdur.

Lakin onların yaşadıqları susuz, otlaqsız və böyük qumsallıqlara malik olan geniş ərazi maldarlıq, habelə, qoyunçuluq təsərrüfatının inkişaf etdirilməsi üçün olduqca əlverişsiz idi. parfiyalılar yarımköçəri həyat sürür, vaxtlarını müharibələrdə, yeni otlaqlar axtarmaqda, qonşu tayfaların hesabına varlanıb yaşamaqda keçirirdilər. Təqribən 500 ilə yaxın geniş bir ərazidə hökmranlıq etmiş parfiyalılar Yaxın və Orta Şərq xalqları ilə daima iqtisadi-ictimai və siyasi əlaqədə olduqları kimi, uzun müddət atropatenalılarla da iqtisadi-ictimai əlaqə çox hallarda atropatenalıların xeyirinə olmuşdur.

Müəllif : Vahid Ömərov, fəlsəfə üzrə fəlsəfə doktoru
Mənbə: sesqazeti

  • Teqlər:
  • Atropatena
  • , atropatena dövləti
  • , Parfiya
  • , Parfiya dovleti

Azərbaycan tarixi/Atabəylər dövləti

Bu əsərin müəllifi bilinmir
Daha ətraflı məlumat üçün müzakirə səhifəsinə baxın.

Səlcuqlar imperiyasının parçalandığı ərazilərdə mübarizələr nəticəsində yeni dövlət əmələ gəldi. Beləliklə, XII əsrin 30-cü illərində Kürdən cənubda Azərbaycan torpaqlarında Atabəylər (Eldənizlər) dövləti meydana çıxdı. Bu dövlətin paytaxtı Naxçıvan idi. Bu dövlətin əsasını Şəmsəddin Eldəniz qoymuşdur. Tarixi mənbələrə görə o, Dərbənddən qul kimi alınmış və Bağdada gətirilmiş, səlcuq sultanın vəzirinə satılmışdır. Vəzir öldükdən sonra sultan sarayına düşmüş və öz şəxsi bacarığına görə səlcuq qoşunlarının baş komandanı vəzifəsinə yüksəlmişdi. Sultan II Toğrul ona “əmir” rütbəsi vermiş və onu oğlu Arslanın atabəyi təyin etmişdir. II Toğrul öldükdən sonra qardaşı Məsud (1135 – 1152) hakimiyyətə gəlmiş , Eldənizi qardaşının dul qadını Mömünə Xatun ilə evləndirmiş və 1136-cı ildə Arranı iqta şəklində ona verərək, oranın idarəsini Eldənizə tapşırdı. O, arvadının şərəfinə əzəmətli Mömünə Xatun türbəsini tikdirdi. Eldəniz özünə Bərdəni iqamətgah seçdi, Azərbaycan əyanlarını öz tərəfinə çəkib tərəfini möhkəmləndirdi və Eldənizlər (Atabəylər) dövlətinin və Eldənizlər sülaləsinin sülaləsinin əsasını qoymuşdu.(1136) İqta şəklində aldığı Arrandan başqa, Azərbaycanın Cənub torpaqları, habelə Naxçıvanı müstəqil idarə etməyə və adına pul kəsdirməyə başlayan Eldəniz (1136 – 1172) 1160-cı ildə “Böyük atabəy” titulunu aldı. Atabəyi olduğu Arslanşahı (1161 – 1176) İraq Səlcuq sultanlığının taxtına çıxardı. Beləliklə, bütün İraq Səlcuq sultanlığının idarəçiliyini ələ keçir. Ali dövlət vəzifələrini öz yaxın adamlarına tapşırdı. Böyük oğlu Məhəmməd Cahan Pəhləvanı sarayın hacibi, digər oğlu Qızıl Arslanı qoşunlarının ali komandanı seçdi. Şirvanşahlar Eldənizlərdən asılı oldu. Eldənizlər dövləti Dərbənddən Fars körfəzinə qədər olan ərazilərdə yerləşirdi.Eldənizin ölümündən sonra hakimiyyətə onun oğlu Məhəmməd Cahan Pəhləvan (1175 – 1186) hakimiyyətə keçdi. 1175-ci ildə paytaxtı Həmədana keçirdi. Təbrizi Ağsunqurilərdən aldı. Ömrünün sonunda ərazisini oğullarının arasında böldü. Azərbaycanın idarəçiliyini oğlu Əbu Bəkrə tapşırdı. Məhəmməd Cahan Pəhləvandan sonra hakimiyyətə onun qardaşı Qızıl Arslan (1186-1191) keçdi.Saray müxalifətini aradan qaldırmaq üçün qardaşının dul qadını İnanc Xatunla evləndi. 1191-ci ildə iri feodallar İnanc Xatunun əli ilə Qızıl Arslana sui qəsd etdilər. Ondan sonra onun qardaşı oğlu Əbu Bəkr(1191 – 1210) hakimiyyətə keçdi. Əbu Bəkrin ölümündən sonra gələn Özbəyin (1210 – 1225) dövründə Eldənizlər dövlətinin süqutu sürətləndi.

Hökmdarlar Dövrü
Şəmsədin Eldəniz 1136-1175
Məhəmməd Cahan Pəhləvan 1175-1186
Qızıl Arslan 1186 1191
Əbu Bəkr 1191-1210
Özbək 1210-1225
  • Müəllifi bilinməyən əsərlər
  • Azərbaycan tarixi

Naviqasiya menyusu

  • Bu səhifə sonuncu dəfə 16 fevral 2023 18:00 tarixində redaktə edilib.
  • Mətn Creative Commons Attribution-ShareAlike lisenziyası altındadır, bəzi hallarda əlavə şərtlər tətbiq oluna bilər. Ətraflı məlumat üçün istifadə şərtlərinə baxın.
  • Gizlilik siyasəti
  • Vikikitab haqqında
  • Məsuliyyətdən imtina
  • Mobil görüntü
  • Tərtibatçılar
  • Statistikalar
  • Kuki məlumatı

Comments are closed, but trackbacks and pingbacks are open.