Art və Xaos
По абонементу вы каждый месяц можете взять из каталога одну книгу до 700 ₽ и две книги из персональной подборки. Узнать больше
Art və Xaos
Также данная книга доступна ещё в библиотеке. Запишись сразу в несколько библиотек и получай книги намного быстрее.
Как читать книгу после покупки
- Чтение только в Литрес «Читай!»
Посоветуйте книгу друзьям! Друзьям – скидка 10%, вам – рубли
По вашей ссылке друзья получат скидку 10% на эту книгу, а вы будете получать 10% от стоимости их покупок на свой счет ЛитРес. Подробнее
Стоимость книги: 519,43 ₽
Ваш доход с одной покупки друга: 51,94 ₽
Чтобы посоветовать книгу друзьям, необходимо войти или зарегистрироваться Войти
- Объем: 377 стр.
- Жанр:с овременная зарубежная литератураРедактировать
Эта и ещё 2 книги за 399 ₽
По абонементу вы каждый месяц можете взять из каталога одну книгу до 700 ₽ и две книги из персональной подборки. Узнать больше
Оплачивая абонемент, я принимаю условия оплаты и её автоматического продления, указанные в оферте
Оплатить Отмена
Описание книги
O qədər də tanınmayan balaca bir ölkənin həddən artıq məşhur rok ifaçısı Eyden Nyu-Yorka köçür. Ulduz statusundan, konsertlərdən və milyonların sevgisindən bezib böyük bir meqapolisin beton küçələrində heç kim olmaq… Eyden uzun illər axtardığı azadlığı yalnız hər şeyini itirəndən sonra tapır. “Sıradan biri” olmaqdan ləzzət ala-ala yaşayan musiqiçi Art və Xaosla üzləşir. Nədir Art və Xaos? Amerikalı gənclər Nyu-Yorkdan iki saatlıq məsafədə yerləşən “Art və Xaos” adlı bu qəribə hostelə toplaşıb nə edir? Ən əsası Xloe kimdir? Amerikalı qızla Eydenin arasında baş verənlər İncəsənətdir, yoxsa Xaos? ART və XAOS… Bu, İNCƏSƏNƏTin və HƏQİQƏTin, YALANın və DOĞRUnun mübarizəsidir. Burada Nyu-York həyatının xırdalıqları, Nyu-York gənclərinin ruhu, arzuları, azad seksual həyatı “Draft Beer” kimi filtrdən keçmədən, təmizlənmədən təqdim olunub. Mentalitet Nazirliyi isə xəbərdarlıq edir: Eydenlə Xloe arasında olan hisslər “Nə deyərləriniz?”in sağlamlığına ziyandır.
Подробная информация
Возрастное ограничение: 0+ Дата выхода на ЛитРес: 12 декабря 2022 Объем: 377 стр.
ISBN: 978-9952-310-77-1 Общий размер: 15 MB Общее кол-во страниц: 377 Размер страницы: Переводчик: Правообладатель: TEAS PRESS
«Art və Xaos» — читать онлайн бесплатно фрагмент книги. Оставляйте комментарии и отзывы, голосуйте за понравившиеся.
Art və Xaos
O qədər də tanınmayan balaca bir ölkənin həddən artıq məşhur rok ifaçısı Eyden Nyu-Yorka köçür. Ulduz statusundan, konsertlərdən və milyonların sevgisindən bezib böyük bir meqapolisin beton küçələrində heç kim olmaq. Eyden uzun illər axtardığı azadlığı yalnız hər şeyini itirəndən sonra tapır. “Sıradan biri” olmaqdan ləzzət ala-ala yaşayan musiqiçi Art və Xaosla üzləşir. Nədir Art və Xaos? Amerikalı gənclər Nyu-Yorkdan iki saatlıq məsafədə yerləşən “Art və Xaos” adlı bu qəribə hostelə toplaşıb nə edir? Ən əsası Xloe kimdir? Amerikalı qızla Eydenin arasında baş verənlər İncəsənətdir yoxsa Xaos? ART və XAOS. Bu, İNCƏSƏNƏTin və HƏQİQƏTin, YALANın və DOĞRUnun mübarizəsidir. Burada Nyu-York həyatının xırdalıqları, Nyu-York gənclərinin ruhu, arzuları, azad seksual həyatı “Draft Beer” kimi filtrdən keçmədən, təmizlənmədən təqdim olunub. Mentalitet Nazirliyi isə xəbərdarlıq edir: Eydenlə Xloe arasında olan hisslər “Nə deyərləriniz?”in sağlamlığına ziyandır.
376 pages, Paperback
First published January 1, 2019
Book details & editions
Loading interface.
Loading interface.
About the author
Qaraqan
14 books 293 followers
Zeynallı Elxan Aqşin oğlu (QaraQan) – Azərbaycan musiqiçisi, yazıçı, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Milli Kitab” mükafatı müsabiqəsinin ilk qalibi.Hal-hazırda 6 romanın müəllifidir.A,Bir milyon dollarım olsaydı,Mələk,Evakuasiya,Исповедь одного извращенца,Birinci addım.
Elxan Zeynallı 3 aprel 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. 7 yaşında məktəbə gedib. 2005-ci ildə Bakı Türk Liseyini bitirmişdir. Həmin il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur.
2007-ci ildə yaranan H.O.S.T. qrupunun solistidir. Qrup üzvləri 2012-ci ildən etibarən solo ifa edirlər. 2007-ci ilin sonlarından yazıçılıq fəaliyyətinə başlayıb. 5 romanın və maraqlı hekayələrin müəllifidir. Əsərlərində ədalət hissi təbliğ olunur. 2007-ci ildə AYB-nin ən gənc üzvü seçilir. 2007-ci ildə “A” romanı Azərbaycanda bestsellərə çevrilir. 2008-ci ildə bir müddət Amerikada yaşayır. 2008-ci ildə Azərbaycan səviyyəsində “İlin Gənci” adına layiq görülür. 2009-cu ildə Prezident təqaüdü ilə təltif olunur. 2009-cu ildə “Bir milyon dollarım olsaydı” romanı ən çox satılan kitab olur. 2010-cu ildə hərbi xidmətdə olur. Rus dilində yazdığı “Исповедъ Одного Извpaшeнцa” romanı rusdilli kütlə üçün nəzərdə tutulur. 2011-ci ildə “Qısa qapanma” adlı solo konserti baş tutur. 2011-ci ildə “Uşaq yardım” kampaniyasında iştirak edir və “Bir” trekinə klip çəkilir. 2012-ci ildə “Dəniz vağzalı”nda “Beşikdən Məzara” adlı konserti keçirilir. 2012-ci ildə Ankara və İstanbul konsertləri baş tutur. 2012-ci ildə “A” romanı ABŞ-da çap olan ilk azərbaycanlı yazıçıların kitabı olur. 2012-ci ildə fantastik-dram-faciə üslubunda yazılan “Mələk” romanı MDB ölkələrində bestsellerə çevrilir. 2013-cü ildə “Коpоткое Зaмыкaние” adı altında Moskva konserti baş tutur. 2013-сü ildə “Evakuasiya” adlı romanı maraqla qarşılanır.2013-cü ilin Noyabr ayında trilogiyanın birinci hissəsi “Birinci addım Beş anonim milyonçu” təqdim edilir.
2014-cü ilin sonlarında “İkinci addım” adlı kitabının təqdimatı keçirildi. Təqdimat həm də seminar xarakteri daşıyırdı. Seminarın sonunda oxucular Qaraqana olan suallarını verdilər.
Ratings & Reviews
What do you think?
Rate this book
Write a Review
Friends & Following
Community Reviews
111 ratings 15 reviews
Search review text
Displaying 1 – 15 of 15 reviews
7 reviews 4 followers
“Bəs yalansız həyatın mənası nədir? Bu hər hansı bir mənası, nağılı, əfsanəsi, incəsənəti olmayan bir həyatdır. Bəs sevgi nədir? Məgər o yalanla həqiqətin ideal nisbəti deyilmi? Çin fəlsəfəsində “İn-Yan” hərfi olaraq şər və xeyir kimi, kişi və qadın kimi yox, həqiqət və yalan kimi tərcümə olunur. Hər həqiqətdə bir parça yalan, hər yalanda bir həqiqət payı var. Bəs sevgi nədir? Sevgi yalan danışmaq və aldana bilmək bacarığıdır.”
5 reviews 3 followers
Elxan Zeynallının digər kitablarında olduğu kimi bu kitabında da mövzu standard deyil. Bu səbəbdən də sözügedən yanaşma kitaba mistik abu-hava qatır. Ən sevdiyim cəhəti isə yalan və doğrunun paradoksallığının ön plana çəkilməsidir. Zaman-zaman oxucu iki yol ayırıcında qalır. Bəzi ifadələri hədsiz sevsəm də, ümumilikdə yalnız boş zamanlarda oxuna biləcək kitablar siyahıma əlavə etdim. Düşünürəm ki, kitabxanamda mütləq olmalı olan kitablardan deyil. Əsərin sentimental hissələri müəyyən qədər məni yordu.
Qeydlərimi əlavə edirəm :
“İnsanlar başqalarının halına yanmağı xoşlayır amma başqalarının xoşbəxtliyinə dözə bilmirlər.”
“Bizi əhatə edən hər şey yalan ola bilər. Bəşər tarixi iki tanış olmayan insanın bir-birinə danışdığı, üçüncüsünün isə qələmə aldığı yalanlardan ibarətdir.”
2 reviews 1 follower
Kitab həqiqət və yalanın insan həyatı üçün nə qədər önəmli olduğunu açıq aşkar sübut edir. Seçimlər və qərarlar, suallar və cavablar qarşısında qalmağımıza baxmayaraq həyatın yalanı, həqiqəti bütün insanlar üçün birlikdə vaciblik daşıyır.
16 reviews
“əgər yenə köhnə cızma-qaraları çəkəcəkdinsə, onda ağ vərəqdən başlamaq nəyə lazım idi?”
-salam.
-salam.
This entire review has been hidden because of spoilers.
Show full review
1 book 1 follower
Qaraqandan oxuduğum, fikrimcə yazı üslubuna görə ən yaxşı kitabıdır. İdeya məsələsində tam əmin ola bilmirəm ki, hansı daha yaxşıdır – “Üç addım”trilogiyası, “Evakuasiya” yoxsa bu. Ümumi ölkə səviyyəsində son dönəm çıxan kitablara da nəzər yetirəndə, olduqca yaxşı və orijinal olduğunu deyə bilərəm. Hərçənd, tam olaraq əmin ola bilmirəm ki, bu Azərbaycan kitabıdırmı? Bu fikrə təkrar qayıdacam. Hələki müsbətlərdən danışmaq istəyirəm. Kitabın içində insanı, varlığımızı, dəyərlərimizi sorğulayan çox sayda atmacalar var və bəli, Qaraqan hər kitabında bu işin öhdəsindən layiqincə gələ bilir və bu kitab da istisna deyildi. Ayrıca ölkəmizin siyasi quruluşu, siyasi dəyərlərimiz, çatışmazlıqlar və ümumilikdə şərq-qərb konsepti çox gözəl təsvir edilmişdi və demək olar ki, hər başlıqda ən az bir dənə belə cümlə tapmaq olurdu ki, o cümlənin altında əzildiyimi, yox olduğumu və Qaraqanın yaratdığı “amerikan” obrazları qarşısında azərbaycanlı varlığımla, daha dəqiq “post-sovet məkanı”nda böyümüş biri olaraq utandığımı hiss edirdim. Buna görə təşəkkür edirəm (istehza), halbuki, Qaraqan bütün kitab boyu şirin yalanı acı həqiqətə dəyişməyin faydalarından yazırdı. Elə mövzu bundan açılmışkən, deyim ki, kitabın fəlsəfəsi çox yaxşı idi. Yalan-həqiqət tandemi gözəl işlənmişdi. Kitabın adı “Art və Xaos”-dur, ancaq mən bu kitabı “yalan və həqiqət” kimi xatırlayacam.
Kitabda işlənmiş sevgi mövzusu elə də güclü deyildi, ancaq məncə yetəri qədər idi və fikrimcə, Qaraqanın da məqsədi sevgi hekayəsi yazmaq deyildi. Ancaq hekayənin özü, qəhrəmanımız Eydenin keçirdiyi hisslər, qaldığı çıxılmaz durumlar lazımınca yaxşı idi və istənilən kimi ötürülə bilmişdi.
Gələk mənfilərə: Həddindən çox dibnot var idi (bilmirəm bunlar müəllifin əlavəsi idi, ya nəşriyyatın), ingiliscə saxlanılmış cümlələr əksərən yersiz idi, daha əsas yerlərdə verilsə, daha yaxşı olardı məncə. Ancaq bu kitabın məni ən çox incidən yeri deyildi, baxmayaraq ki, növbəti səsləndirəcəyim əsas iradım elə bununla da bağlıdır. Əsas iradım odur ki, çox sayda marka, yer adı var idi. Sanki müəllif sübut etməyə çalışırdı ki, o, Amerikada yaşayır – hansı ki, biz bunu bilirik onsuz da. Hər şey bir kənara, sanki müəllif çox bildiyini, hamımızdan çox bildiyini, çox gördüyünü üzümüzə-üzümüzə vurmağa çalışırdı. Bax, məni ən çox narahat edən şey bu idi.
Rəsmi hissəni bir kənara qoyub, sənli-mənli danışmaq istəyirəm. Əzizim Elxan, əzizim deyirəm, çünki sənin mahnılarınla olğunlaşmışam, sənin kitablarını oxumuşam, nəinki mən, bütöv bir nəsil və məncə bizim bütün bu səmimiyyətsiz cümlələri bir kənara qoyub ciddi-ciddi danışmağımızın vaxtıdır. Əminəm ki, bütün bu rəyləri şəxsən özün də oxuyursan. Çünki az-çox xasiyyətinə bələdəm. Aşılamaq istədiyin ideologiya müdhişdir. Bizi aparmaq istədiyin yer aydındır ki, indikindən daha qaranlıq deyil və inanıram ki, həqiqətən işıqlıdır. Sadəcə bir nüans var, səninlə birgə böyümüş və sənin necə böyüməsini istədiyin nəsil elə o formada da böyüyüb. Hətta ola bilər ki, indi səndən daha çoxunu bilir, hətta səndən daha çox sadiq qalıb ortaq ideyamıza. Bugün sahib olduğun həyat sənin seçimlərinlə, sənin beyninlə formalaşıbsa da (ki, haqqındır, necə istəyirsən yaşa – buna bir söz deyə bilmərəm), orada kiçicik bir pay da mənə məxsusdur. Sənin baxışınla baxsaq “Esmialda”da 5-10 baxış, “Epiloq”da 40-50 baxış, “Salam Allah”-da 100 və daha çox baxış. iki konsert bileti. “A”, “Bir milyon dollarım olsaydı”, “Mələk”, “Evakuasiya”, “1,2,3-cü addımlar” və bu “Art və Xaos”, toplam 8 kitab və hərəsindən bir nüsxə (bəzilərindən iki də ola bilər, hədiyyə verdiklərim olub). Bizə belə yanaşma istəyirəm! Kütlərin kütləsi, səninlə yatmağı arzulayan qızlar, səninlə şəkil çəkdirmək üçün yırtınan beyinsizlər kimi xatırlanmayaq istəyirəm. Pis azərbaycanlılar, pis müsəlmanlar, pis fanatlar. İntrovertsən öz işindir. İnanmırsan, sərbəstsən, elə mən də inanmıram. Dünya vətəndaşı olmaq istəyirsən, buyur, nə qədər istəsən ol! Ancaq sənin istədiklərini istəməyən milyonlarla, milyardlarla insanlar var dünyada. Onların heç biri səndən daha az insan deyillər. Onların heç biri səndən daha az övlad, qardaş, ata, həyat yoldaşı deyillər. Ən əsası, onların heç birinin var olma səbəbi səninkindən az deyil. Eqo ayrı şeydir, səninki tamam ayrı şey. Ümid edirəm, səmimiyyətim incitmədi səni. Qayıdıram səmimiyyətsiz rəyimə:
Kitaba 4 bal verirəm (əslində 3.5 variantı olsa idi, elə bir şey verərdim), yaxşı, oxunaqlı kitabdır. Müəllif üzərində biraz da işləsə, daha yaxşı kitablar ərsəyə gətirə biləcək gücdədir. İdeya və fəlsəfəsi yaxşı idi. Ancaq hamı oxumalıdırmı? İstəyə bağlıdır.
Art və xaos
Sifarişləri Bakıya, Azərbaycanın bölgələrinə və bütün dünya ölkələrinə çatdırırıq!
Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur .
Operativ çatdırırıq: 24 saat ərzində * sürətli çatdırılma * poçtla * “Özün götür” xidməti ilə
Ödəniş etmək asandır: onlayn kartla * pos-terminalla * hissə-hissə * kuryerə nəğd * MilliÖn və E-Manat terminalları ilə
ISBN: 9789952310771
Mentalitet Nazirliyi xəbərdarlıq edir :
Eydenlə Xloe arasında olan hisslər “Nə deyərlər?”inizin sağlamlığına ziyandır.
4 ilə yaxın susqunluqdan sonra Qaraqan (Elxan Zeynallı) yaşadığı və qarşılaşdığı həyatı “Art və xaos” kitabı ilə oxucularına çatdıracaq.
Məhsulun kodu: 9789952310771
Метка: Bestseller
Janr: Roman
Nəşriyyat: Teas press
Cild: Yumşaq
Çəki, g: 250
Müəllif: Qaraqan
Səhifə sayı: 376
dil: Azərbaycan
şərhlər 1
Kitabı əldə edən kimi oxumağa başladım.Çox maraqlı kitabdır. Bu kitabı oxuyub bitirməyə həm çox həyəcanlanır həm də çox səbirsizlənirəm.
Comments are closed, but trackbacks and pingbacks are open.