Press "Enter" to skip to content

Arvadini nece sakitlesdire bilerik

– 223. Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər istəyirsinizsə, yaxınlaşın. Özünüz üçün qabaqcadan yaxşı işlər hazırlayın. Allahdan qorxun və bilin ki, siz Onunla qarşılaşacaqsınız. Möminləri müjdələ.

Nəyə görə ər-arvad ayrı çarpayıda yatmalıdır? – Alimlərdən AÇIQLAMA

Bir çarpayıda qucaqlaşıb yatmaq romantik münasibətləri möhkəmlətsə də, ər-arvadın ayrılıqda səhhəti və gələcəyi üçün zərərlidir.

Aparılan sorğular göstərib ki, hər 7 cütlükdən biri yoldaşı evdə olmayanda rahat yatır, hər 5 cütlükdən biri isə ayrı yatmağı düşünür, lakin deyə bilmir, çünki ailə həyatında çarpayı bir olmalıdır kimi ənənə var.

Bu istək heç də bir-birinə dözə bilməməsi yox, sadəcə yaxşı yatıb dincəlmək və yuxudan doymaq istəyidir.
Yuxu zamanı yatanın öz şəxsi sahəsi olmalıdır. Əgər onun yanında kimsə tərpənirsə, xoruldayırsa, xırıltılı nəfəs alırsa, çevrilirsə, vurnuxursa, gecəyarı yerindən qalxıb yenidən uzanırsa, bu artıq yatmış insanın yuxusunun pozulması deməkdir.

Belə olan halda nəinki ayrı çarpayı, hətta qalxıb başqa otağa keçmək istəyirsən.

Alimlər də ərindən, arvadından ayrı yatmaq istəyənləri başa düşür və dəstəkləyir. Çünki bu onların sağlamlığı, psixi durumu üçün çox vacibdir. Rahat yatmayan kişi səhər gərgin olacaq, işləri getməyəcək və təbii ki, belə olan halda ailəsi ilə davranışı da pis olacaq.

Məşhur yuxu üzrə alim Nil Stenli 35 ildir bu məsələ üzərində işləyir və bir çox boşanmaların səbəbinin elə ər-arvadın bir yerdə yatmasında görür. Ər-arvad yalnız cinsi münasibət zamanı bir çarpayıda yata bilərlər. Hər gün cinsi əlaqədə olan kişi isə çox azdır. Ona görə qalan vaxtlarda ayrı yataqlarda yatmaq lazımdır.

Stenli 2007-ci ildə maraqlı bir təcrübə aparıblar. 15 cütlüyün qoluna yatanda electron brasletlər taxaraq, onların yuxuda davranışını izləyiblər. Məlum olub ki, cütlükdən biri yerində çönəndə bir neçə saniyə sonra o biri də çönüb.

“Bu onu göstərir ki, yuxusuzluq və yuxu ilə bağlı problemlərin 3-də birində partnyorlar günahkardır. Gələcəkdə bu sağlıq və psixikada problemlərə, ordan da münasibətlərə mənfi təsirini göstərəcək”.

Almaniyada aparılan bir araşdırma isə göstərib ki, yuxusuzluqdan əziyyət çəkənlər arasında boşananlar çoxdur. Uzun müddət narahat yatmaq II tip diabet, depressiya, demensiyaya səbəb olur. /medicina.az

Saglamolun.Az

Arvadini nece sakitlesdire bilerik

«Bəyən» düyməsinə bas və Leydi.az xəbərlərini Facebook səhifəndə oxu!

  • Leydi.az
  • Psixologiya
  • Əsəbləri sakitləşdirməyin yolları

Əsəbləri sakitləşdirməyin yolları

  • 25.10.2018
  • Psixologiya
  • 10324

O qədər qarışıq, yorğun və sıxıntılı həyatlar yaşayırıq ki, bəzən əsəblərimizi sakit tutmaq bizim üçün çətin hala gəlir. Bunun üçün sizə bir neçə tövsiyəmiz var.
• Özünüzü ifadə edin. Çünki hər hansısa bir şeyə əsəbləşdiyiniz təqdirdə, o əsəb içinizdə yığılacaq, xoşbəxt və şən olmağınıza mane olacaqdır. Amma bunun, əsəblərinizi kiməsə tökməli olduğunuz mənasına gəlmədiyini bilməlisiniz. Bir kağıza və ya kompüterinizdə açdığınız “Word” faylına nələr hiss etdiyinizi yazmaqla başlaya bilərsiniz. Sizdən başqa heç kimin görməyəcəyi bu qeydlər əsəblərinizi daha rahat idarə etməyinizə kömək edəcəkdir.
• Özünüzə güvənin. Hisslərinizi rədd etməyin. Özünüzü əsəbi hiss edirsinizsə, bunun mütləq bir səbəbi olmalıdır. Haqqınızda şübhəyə düşmək yerinə, özünüzü tanımağa cəhd göstərin. Bu, əsəblərinizi sakitləşmək uğrunda atacağınız ən böyük addımdır.
• Əsəblərinizi idarə etməkdə sıxıntı yaşayırsınızsa, bu mövzuda kitablar oxuyub, araşdırmalar edin. Əgər yenə də bu sıxıntının öhdəsindən gələ bilmirsinizsə, bu işin professionalından kömək istəyə bilərsiniz.

3 addımda əsəbləri idarə altına alın
1. Əsəb və şiddətinizin, insanlığın ilk dövrlərindən bəri varlığını davam etdirən, önəmli duyğulardan biri olduğunu bilməlisiniz. Yəni, hər nə qədər xoşlamasanız da, əsəb, önəmli həyati hisslərdən biridir. Bunu qəbul etməli, lazım olduğunda inanmalısınız.
2. Sakitləşmək taktikaları üzərində çalışın. Əsəb; qəlbinizi sıxışdıran, əzələlərinizi gərən və özünüzü xəstə hiss etməyinizə səbəb olan bir duyğudur. Nə qədər uzun çəkərsə, o qədər zərəri olacaq. Dolayısı ilə, bu duyğunu ən aza endirmək üçün, meditasiya, yoqa kimi sakitləşdirici metodlardan dəstək almalısınız.
3. Əsəblərinizi daha yaradıcı sahələrə yönəldə bilərsiniz. Nəticədə şiddətin bir səbəbi də içinizdə qalan və heç cür ata bilmədiyimiz artıq enerjidir. Bu enerjini; dansa, idmana və ya incəsənətə yönəltdiyiniz təqdirdə, daha sakit insan olmağa başlayacaqsınız. Bir hobbi ilə məşğul olmaq, hissləriniz və özünüzlə daha az məşğul olmağınızı təmin edəcəkdir. – Bəs siz əsəblərinizi necə sakitləşdirirsiniz?

Ər-arvad arasında cinsi əlaqənin bir sərhədi var? İntim normalara dini baxış.

Sual: Anal seks haramdır?
İslam dinində buna necə baxılır? Ər-arvad arasında cinsi əlaqənin bir sərhədi var? Əgər varsa, bu məhdudiyyət nədən ibarətdir? Mən eşitmişəm ki, anal sekslə məşğul olanlar ömür boyu cənabət (cünub) qalacaqlar. Bu düzdür?

Cavab: Ər-arvadın arasında cinsi əlaqənin sərhədi var. Quranda bildirilib ki, cinsi əlaqənin əsas məqsədlərindən biri nəslin davam etdirilməsidir və bu qadının cinsiyyət orqanından olmaq şərti ilə sərbəst buraxılıb. Bununla əlaqədar ayə aşağıdakı kimidir:

“Səndən qadınların heyz halını soruşurlar. De ki, o bir əziyyətdir. Heyz günlərində onları rahat buraxın. Təmizlənənə qədər onlara yaxınlaşmayın. Tərtəmiz olduqdan sonra onlara Allahın sizə buyurduğu yerdən yaxınlaşın. Allah tövbə edənləri sevər. Allah təmiz olanları da sevər”.

“Qadınlar sizin üçün bir tarladır. Tarlanıza istədiyiniz kimi gəlin və özünüz üçün ön hazırlıq görün. Allahdan çəkinin və ona qovuşacağınızı bilin. Bunu inananlara xəbər ver (iman edənləri bununla müjdələ)” (Bəqərə, 2/222).

Ayədəki tarlasözü məhsul götürülən yer deməkdir. Tərs yol ilə cinsi əlaqədən heç nə törəməz. Yəni, məhsul götürmək olmaz. Buna görə də ayə tərs cinsi əlaqəni qadağan edir. Bu ayələrə əsasən Allahın əmr etdiyi cinsi əlaqə normal yol ilə baş tutan əlaqədir.

Bu məsələ ilə əlaqədar hədislərə baxdığımız vaxt peyğəmbərimizin də bu cür cinsi əlaqəni qadağan etdiyini müşahidə edirik:
“Arvadı ilə tərs yoldan cinsi əlaqəyə girənlər Allahın rəhmətindən uzaq qalırlar”.1

“Qadınlarınızla tərs cinsi əlaqəyə girməyin. Allah doğru olanı deməkdən çəkinməz”.2

“Allah bir kişiyə və ya qadına arxadan yaxınlaşan kəsə rəhmət (mərhəmət) nəzəri ilə baxmaz”.3

“Bir kişinin arvadı ilə tərs cinsi əlaqə qurması kiçik lutilikdir (homoseksual olmaq, xalq dilində geylik)”.4

Haram olduğunu bilə-bilə Allahın əmr etdiyi yerdən deyil, qadağan olan yerdən cinsi əlaqə qurmaq bir müsəlmana yaraşmaz. Belə bir davranış yolverilməzdir. Tərs cinsi əlaqə haram olsa da, “bunun ucbatından ömür boyu cənabət qalmaq” barədə söhbət gedə bilməz. Tövbə etmək və bu əməli bir daha təkrar etməmək lazımdır.

QEYD: Yuxarıdakı ayələrə (Bəqərə surəsinin 222 və 223-cü ayələri) Azərbaycan dilində aşağıdakı kimi məna verilmişdir (Mənbə: quran.az saytı):
1) Əlixan Musayev-in tərcüməsi:
– 222. Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) kənar olun və pak olmayınca onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın”. Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da.

– 223. Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər istəyirsinizsə, yaxınlaşın. Özünüz üçün qabaqcadan yaxşı işlər hazırlayın. Allahdan qorxun və bilin ki, siz Onunla qarşılaşacaqsınız. Möminləri müjdələ.

2) Ziya Bünyadov və Vasim Məmmədəliyev-in tərcüməsi:
– 222. (Ya Rəsulum!) Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: “Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın!” Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!

– 223. (Ey möminlər!) Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gəlin! Özünüz üçün qabaqcadan (yaxşı əməllər) hazırlayın! Allahdan qorxun və (qiyamət günü) Onun hüzuruna gedəcəyinizi bilin! (Ya Rəsulum!) İman gətirənlərə (Cənnətlə) müjdə ver!

Comments are closed, but trackbacks and pingbacks are open.