Press "Enter" to skip to content

Fəhləlik edirdim ki, arvadım başqaları ilə gəzsin? – Göygöldəki qətlin sirri

!Reklam – Sag

“Arvadım mənə deyir ki, oğlumuzu tapmadan evə qayıtma” – Erməni morqu

Sportinfo.az xəbər verir ki, ABŞ-ın “The Washington Post” qəzetinin müxbirləri Liz Kukman və Robin Dikson Dağlıq Qarabağın Xankəndi şəhərindən geniş reportaj hazırlayıb.

Məqalədə deyilir ki, ermənilərin Stepanakert adlandırdıqları şəhərdəki “Armenia” mehmanxanası bugünlərdə itkin düşmüş övladlarını axtaran ataların dayaq məntəqəsinə çevrilib.

Sarven Vanisxyan da Dağlıq Qarabağ müharibəsində itkin düşmüş oğlunu axtarır.

Qəzet yazır ki, o və başqa əsgər ataları bu mehmanxanada ən kiçik xəbəri belə həsrətlə gözləyirlər. Onlardan bir çoxu hələ də ümid edirlər ki, onların övladları sağ ola, dağlıq və meşəlik ərazidə hardasa gizlənmiş ola bilərlər.

Dağlıq Qarabağ separatçı rejiminin verdiyi məlumata görə 1746 Ermənistan və Qarabağ döyüşçüsü bu müharibədə həlak olub.

Ermənistanın Səhiyyə Nazirliyinin verdiyi məlumata görə isə indiyədək döyüş meydanlarında hər iki tərəfdən həlak olmuş 2718 nəfərin cəsədi üzərində tibbi ekspertiza aparılıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistan üzrə sözçüsü Zara Amatuni deyib ki, meyitlərin axtarışını havaların sərtləşməsi və bölgədə çox sayda partlamamış mina və mərmilərin olması çətinləşdirir.

Ermənistan Fövqəladə Hallar Nazirliyi bildirir ki, hələ nə qədər meyitin tapılmadığı barədə dəqiq məlumat yoxdur.

Məqalədə deyilir ki, nazirliyin Şuşa ətrafında axtarış aparan bir əməkdaşı adının çəkilməməsi şərtilə danışıb:

“Biz heç meyitləri dərənin harasında axtarmalı olduğumuzu da bilmirik. Hər tərəf meşədir. Biz hər yeri axtarırıq”.

Müxbirlər yazırlar ki, Xankəndinin mərkəzindəki oteldə yerləşdirilmiş valideynlər övladlarını tanımaq üçün hər gün yaxınlıqdakı morqa, ordan isə separatçı rejimin hökuməti yerləşən binaya gedirlər. Vanisxyan deyir ki, 29 yaşlı oğlu Vaheni son dəfə sentyabrın 28-də görüb.

Rusiyada inşaatçı kimi işləyən Vahe Ermənistanın Şirak rayonunda yaşayan valideynlərinə baş çəkməyə gəlibmiş. Müharibə başlanan kimi könüllü olaraq döyüşməyə gedib.

Qəzet yazır ki, valideynləri onun bu hərəkətinə görə fəxr edirdilər. Çünki onun 58 yaşlı atası da birinci Qarabağ müharibəsində döyüşmüşdü. Amma ata oğlu barədə son məlumatı noyabrın 6-da alıb:

“Mən arvadıma gündə bir neçə dəfə zəng edirəm. O mənə deyir ki, oğlumuzu tapmadan evə qayıtmayım”.

“The Washington Post” yazır ki, Azərbaycanda da ailələr itkinləri axtarmaqla məşğuldurlar. Məqalədə deyilir ki, bu müharibədə yaxın qohumunu itirmiş tanınmış jurnalist Xədicə İsmayılova həlak olanların müəyyənləşdirilməsini bir çox hallarda onların cəsədlərinin tanınmaz hala düşməsinin çətinləşdirdiyini deyir.

Xankəndidəki morqda adının çəkilməsini istəməyən bir kişi müxbirlərə deyib: “Dünən onlar bizə dedilər ki, 20 meyit gətiriblər. Biz də meyitləri görüb tanımaq üçün ora gəldik. Biz burda oturmuşuq və daxilən işgəncə çəkirik. Hamımız ümid edirik ki, adlar elan ediləndə oğlumuzun adı çıxmasın”.

Məqalədə deyilir ki, Vanisxyan morqa getmir: “Onlardan mənim fərqim budur ki, mən oğlumun sağ olduğuna inanıram. Mən bilirəm ki, o qayıdacaq. Mən onu hörmətlə və fəxrlə qarşılayacağam ki, belə bir qəhrəman oğlum ana vətən üçüb döyüşüb”.

Amma məqalədə başqa bir əsgər atasından da söhbət açılır. O oğlunun müharibəyə getməsini istəmirdi və hətta onu hərbi xidmətdən saxlamaq üçün rüşvət verməyə çalışmışdı. Amma indi onun oğlunun meyiti tanınıb.

Başqa bir ata isə deyirdi: “Mənə fərqi yoxdur. Qoy oğlum əlsiz-ayaqsız qayıtsın. Amma qayıtsın. İndi biz müharibəni uduzmuşuq. Onu heç qəhrəman kimi də dəfn edə bilməyəcəyik”.

Bir neçə gündən sonra bu kişinin də oğlunun həlak olması barədə xəbər təsdiqlənib.

Arvadım əmməyi bilir

Kateqoriyalar

Özəl

Layihələr

  • Seçki 2020
  • Ramazan
  • Video Xəbərlər
  • Qurban Bayramı
  • Beynəlxalq Media Forumu
  • DÇ-2018
  • Türkiyə Prezident Seçkiləri 2018
  • Seçkilər 2018
  • #Cümhuriyyətüçünyaz
  • Formula 1 / Bakı 2017
  • Simpozium 2017
  • İslam Həmrəyliyi Oyunları
  • Referendum
  • 15 Temmuz Milletin İradesi

Struktur

  • Haqqında
  • Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
  • +99412 432 12 22
  • +99455 681 11 82
  • [email protected]

!Reklam – Sol

Koronavirus

!Reklam – Sag

Ana Səhifə Banner “Fəhləlik edirdim ki, arvadım başqaları ilə gəzsin?” – Göygöldəki qətlin sirri

!Reklam – Arxiv

Yeni Çağ Media Qrupu – Avqust 18, 2017 – 14:42

!Reklam – Yazi

Göygöl rayonunda ana və qızının ölümü ilə bağlı təfərrüat məlum olub.

Yenicag.az “Report”-a istinadən xəbər verir ki, arvadını və qaynanasını öldürən Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü Zaur Adil oğlu Əliyev polisə könüllü olaraq təslim olub. O, ilkin dindirmələr zamanı arvadı, 1989-cu il təvəllüdlü Günel Vilayət qızı Əliyevanı namus üstündə, qaynanası, Tovuz rayon Əlimərdanlı kənd sakini, 1964-cü il təvəllüdlü Minayə Əliyevanı isə həyat yoldaşını döyən zaman onları ayırmaq məqsədi ilə araya girərkən təsadüfən vurduğunu deyib: “Çox söz-söhbət gəzirdi. Ona görə də bezmişdim. Həyat yoldaşıma isə xəbərdarlıq edərək belə bir şey olsa onu öldürəcəyimi demişdim. Başqa çıxış yolum yox idi. Artıq yoldaşımın çıxardığı oyunları bütün kənd bilirdi. Mən fəhlə əzab-əziyyətlə çörək pulu qazanırdım ki, arvadım başqaları ilə gəzsin? Onu namus üstündə, başqası ilə gəzdiyi üçün öldürmüşəm”. Zaurun atası A.Əliyev oğlunun hadisəni namus üstündə törətdiyini bildirib: “Heç kim istəməzdi belə bir şey olsun. Nəticədə oğlumun ailəsi dağıldı, həyatı məhv oldu. Oğlum hadisəni qısqanclıq zəmnində törədib”. Kənd sakinlərinin verdiyi məlumata görə, Günel Əliyevanın başqa bir kişi ilə gəzməsi kəndə yayılıb. Məsələdən xəbər tutan Zaur Əliyev isə bu hadisəni törədib. Məlumata görə, Zaurun ailəsi 2007-ci ildə Gəncə şəhərindən Göygöl rayonunun Qızılca kəndinə köçüb. Zaur valideynləri ilə birgə yaşayırmış. O, atası ilə birgə günəmuzd olaraq elektrik və bənna işləyirmiş. Ona görə də çox vaxt ata və oğul evə axşam saatlarında gəlirmiş. Günel Əliyeva isə evdə çox vaxt iki azyaşlı övladı və qaynanası ilə birgə olurmuş. Deyilənlərə görə, Günelin qaynanası qohumlarının evinə gedən zaman isə o evə başqa birini gətirib.
Hadisədən bir gün əvvəl Zaur öz həyat yoldaşının başqasıyla görüşməsi ilə bağlı eşitdiklərinə aydınlıq gətirmək üçün həm xalası, həm də qaynanası olan Minayə Əliyeva evinə çağırıb. Hadisə baş verən zaman evdə onların 1 və 2-ci sinifdə oxuyan uşaqları, Zaurun anası və atası da olub. Zaurla həyat yoldaşı arasında qısqanclıq zəminində mübahisə yaranıb. Bu zaman Zaur mətbəx bıçağı ilə Günelin başını kəsərək bədənindən ayırıb. Hadisədən dəhşətə gələn Minayə Əliyeva qızının öldüyün görüb Zaurun üstünə atılıb. Zaur isə qaynanasına bir neçə bıçaq zərbəsi vuraraq onu yaralayıb. Günel hadisə yerində, azyaşllı övladlarının gözü qarşısında ölüb. Onun anası M.Əliyeva isə xəstəxanaya aparılarkən yolda ölüb. Hadisədən sonra Zaur polisə zəng vuraraq hadisəni törətdiyini bildirib və könüllü olaraq təslim olub. Baş verimiş hadisə ilə bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Yenicag.az

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

“Arvadım dedi ki, evə müştəri gətirəcək. ” – Ailə davası

Teleqraf.com -un əldə etdiyi məlumata görə, hadisə ötən il sentyabrın 23-də baş verib. Ramal arvadı Mərcanla mübahisə edib, döyərək ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Ramalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Ramal elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Mərcan ilə 2008-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurub: “Birgə nikahımızdan 2009-cu il təvəllüdlü Məlahət və 2012-ci il təvəllüdlü Əli dünyaya gəldi. Evliliyimizin ilk vaxtları münasibətlərimiz normal olub. Mərcan dırnaq qaynağı ustası olduğundan aramızda narazılıq onun işi ilə bağlı yaranıb”.

Təqsirləndirilən şəxs deyib ki, sentyabrın 23-də saat 18 radələrində işdən evə gəlib: “Mərcandan harasa gedib-getmədiyini soruşdum. Dedi ki, evə müştəri gələcək. Qayıtdım ki, işdən yorğun gəlmişəm, qonaq otağında dincəlirəm. Tələb etdim ki, gələcək müştərinin dırnağını yataq otağında düzəltsin. Mərcan isə əksinə, müştərini qonaq otağında qəbul edəcəyini bildirdi.

Həmçinin mənə kəskin cavab qaytardığından, kobud danışdığından evimizin qonaq otağında aramızda mübahisə baş verdi. Mübahisə zamanı əsəbiləşərək onun sifət nahiyəsinə, başına yumruqla zərbələr vurdum”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra əsəbi soyuduğu üçü Mərcandan əl çəkib və evdən çıxıb: “Hava almaq üçün həyətə düşdüm. Sentyabrın 24-də Mərcan yenə mənə məlumat vermədən dırnaq düzəltmək üçün qonşuya getdiyindən əsəblərimi sakitləşdirmək, bir daha Mərcanla dava-dalaş etməmək üçün onu və uşaqları apararaq anasıgilə qoydum”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Mərcanın sözlərinə görə, son iki ildir ərinin ona olan münasibəti dəyişdiyindən aralarında ailə münaqişələri yaşanıb: “Bir neçə dəfə Ramal məni evdən qovdu. Lakin uşaqlarını xatirinə barışdıq. Xadimə işləməklə yanaşı evdə fərdi qaydada dırnaq ustası kimi də fəaliyyət göstərirəm”.

Zərərçəkmiş şəxs deyib ki, sentyabrın 23-də, saat 18 radələrində Ramal əsəbi halda evə gəlib: “Aramızda mübahisə oldu. Ramal əsəbiləşərək üstümə hücum çəkdi, yumruqla başıma, sifət nahiyəmə, ayağıma bir neçə zərbə vurdu. Halımın yaxşı olmadığını gördü, məni daha vurmadı və sakitləşərək evdən getdi. Gecəni evdə qaldım”.

Zərərçəkmiş bildirib ki, sentyabrın 24-də Ramal ondan israrla evdən getməyi tələb edib: “Məni evdən qovdu. Uşaqlarımla birlikdə axşam Sumqayıt şəhərində yaşayan qayınanamgilə getdim. Orada olduğum zaman anam baş verən hadisə barədə xəbər tutdu və dayıma məlumat verdi. Dayım da sentyabrın 25-də Daxili İşlət Nazirliyinin 102 xidmətinə zəng vuraraq mənim ərim tərəfindən döyülməyim barədə məlumat verdi”.

Zərərçəkmiş təqsirləndirilən şəxsdən şikayətçi olmadığını deyib.

Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Ramalın barəsində Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 5 noyabr 2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci bəndləri tətbiq edilib. O, cinayət məsuliyyətindən azad edilib və barəsində olan iş üzrə icraata xitam verilib.

Comments are closed, but trackbacks and pingbacks are open.