Arvadımı necə hazırlaya bilərəm
Mövsümi duyğu pozuqluğu fəsil dəyişməsi zamanı baş verən klinik depressiyadır.
Qış yaxınlaşır, havalar soyuyur, hazırsanmı?
Qışı sevib-sevmədiyinizdən asılı olmayaraq, bunlar sizi xoşbəxt və sağlam edə bilər. Oxuyun:
Beynimi necə hazırlaya bilərəm?
Qışda əhvalsızlıq bir çoxumuza tanışdır. Çox az sayda insanlar üçün isə bu bir bioloji haldır.
Mövsümi duyğu pozuqluğu fəsil dəyişməsi zamanı baş verən klinik depressiyadır.
Onun necə yarandığı barədə hələ araşdırmalar aparılmasa da, günəş işığı azlığının yuxu siklinə təsiri barədə nəzəriyyələr mövcuddur.
- Soyuq suda üzmək depressiyanının çarəsidirmi?
- İdeal ofis temperaturu necə olmalıdır?
- Niyə soyuq və istini ağrı sanırıq?
Şəklin mənbəyi, PA
Şəklin alt yazısı,
Qışda qısa günlər daha az günəş işığı deməkdir
Royal Psixiatrlar Kollecindən Dr. Cosmo Hallstrom izah edir ki, bu həm “təbii hibernasiya (qış yuxusu) fenomeni” ilə, həm də melatonin hormonu ilə bağlı ola bilər.
Bununla başa çıxmağın yollarına, o əlavə edir, günəşi imitasiya edən işıq qutusu və günəşli ölkələrə mütəmadi səyahətlər daxildir.
NHS (Britaniya Səhiyyə Nazirliyi) də işıq qutularını məsləhət bilir. Belə ki, gün ərzində 30-60 dəqiqə işıq qutusundan istifadə etməklə fərq yaratmaq mümkündür.
Lakin əhvalınızı yaxşılaşdırmaq üçün təkcə havanı yox, sağlam qidalanma və idman vasitəsilə həyat tərzini dəyişmək də məsləhətlidir.
Bədənimi necə hazırlaya bilərəm?
Qış ayları ilə bağlı xəstəlikləri dəf etmək üçün sağlam qidalanma və idman ən yaxşı vasitədir.
NHS, daimi meyvə, tərəvəz, süd və qatıq – ağartı məhsulları protein, A və B12 vitaminləri və kalsiumla zəngindir – qəbul edərək immun sistemini gücləndirməyi məsləhət bilir.
Qış tərəvəzləri – yerkökü, cır yerkökü, ağ şalğam, ağ turp – qızartma, püre və a şorba şəklində çox xeyirlidir.
Lifli və nişastalı qidalarla zəngin səhər yeməyləri xəstəlikləri sizdən uzaq tutacaq. Mütəmadi idman etmək də bu yolda köməkçiniz olacaq.
“Qış yorğunluğunu” kənarlaşdırmaq üçün isə Britaniya Səhiyyə Nazirliyi “təbii gün işığında mümkün qədər çox vaxt keçirməyi” tövsiyə edir. Stress meditasiyası da işə yarayar.
Soyuq aylarda başqalarına necə kömək edə bilərəm?
Birləşmiş Krallıqda bəziləri üçün hava ciddi təhlükədir.
Ötən 12 ay ərzində BK-da ən az 449 evsizin öldüyü deyilir. Onlardan bəziləri donaraq ölüb.
NHS məsləhət bilir ki, qış ərzində evlərdə minimum 18 dərəcə selsi istilik saxlanılsın. Bu, ələlxüsus sakinləri məhdud hərəkətli, 65 yaşdan yuxarı və ya sağlamlıq problemləri olan evlərə aiddir.
Əgər evini isitməyə çətinlik çəkən insan tanıyırısınızsa, o zaman Winter Fuel Payment və ya Cold Weather Payment-dən yararlanmağı tövsiyə edə bilərsiniz.
İnsanlar həm də Energy Savings Trust vasitəsilə evlərini izolə etdirə bilərlər.
. maraqlı şeylər də az deyil
Ər-arvad münasibətləri
İnsan həmişə başqalarının yanında özünü alicənab, nəzakətli və çox mədəniyyətli aparır. Cəmiyyət arasına çıxanda gözəl və yumşaq sözlərdən istifadə edir, mədəniyyətli davranır, gülümsəyir, istədiyi bir şeyi xahiş edir, üzr istəyir və sairə. O həmçinin başqalarının qarşısında gözəl görkəmdə və yaxşı ətirli görsənməyə çalışır. İnsan əsəbləşəndə və ya qəzəblənəndə öz hirsini boğmağa və hər şeyi sülh yolu ilə həll etməyə çalışır. İnsan, cəmiyyətdə əlaqələri kəsilməsin deyə bəzən öz hüquqlarından da imtina edir. Ali mədəniyyət, gözəl əxlaq və nəzakətli davranış insanlar arasında xoş əlaqələr və məhəbbət yaradır. Bütün bunları cəmiyyətdə edən insan, istər ər olsun, istər arvad, evdə də bir-birlərinə qarşı bu cür davranmalıdırlar. Başqalarına qarşı yaxşı olub, onların hörmətini qazanmaq istəyən insan, öz ailəsindən bunu necə əsirgəyə bilər?!
Burada gözəl bir məqamı xatırlatmaq istərdik. Bir ana qızını ərə verərkən, toy gecəsi ona qısaca da olsa belə nəsihət edir:
– Qızım! Böyüyüb boya-başa çatdığın evdən, tanımadığın yad bir kişinin evinə gedirsən. Sən onun qulluğunda həmişə hazır ol, o sənin nökərin olsun. Sən ona yer ol, o sənə səma olsun.
Çox qısa da olsa, dərin mənası var. “Tanımadığın yad kişinin evinə gedirsən” dedikdə, qızın fikrində istər-istəməz suallar oyanır ki, yad evdə bəs mən necə hərəkət etməliyəm. Elə bu suallara uyğun olaraq ana davam edir ki: “Sən onun qulluğunda həmişə hazır ol, o sənin nökərin olsun.” Qadın ərinə daim və hər şeydə itaət etsə, ər istər-istəməz onun dediklərində imtina etməyəcək. Lakin qadın ərinə itaətdə tərəddüd edərsə və onun istəklərini ağır yerinə yetirərsə, əlbəttə kişi ağır xasiyyəti ilə onun heç bir istəyinə məhəl verməyəcək. “Sən ona yer ol, o sənə səma olsun” sözlərində çox gözəl mənalar var. Yer olmasa insan dayana bilməz, ayaq üstə dura bilməz. Qadın kişiyə məhz bu yöndən lazımdır. Onun həyatında çox böyük rol oynayır. Həmçinin kişi xanımının üzərində bulud kimi kölgə salır, onu qoruyur, ona arxa olar.
Bu sözlərdən hələ çox məna çıxarmaq olar.
Amma bu mövzunu açmaqda əsas məqsəd odur ki, qadın və kişi xaricdə və cəmiyyət arasında özünü necə yaxşı aparmağa çalışırsa, ailənin içində də elə olmalıdır. Başqalarının hörmətini və rəğbətini qazanmaq üçün dəridən, qabıqdan çıxan insan, öz həyat yoldaşı ilə də belə olmalıdır. Bu sözlər iki cinsə də aidir. Başqa xanımlara alicənablıq və mərdlik göstərən amma öz xanımı ilə kobud davranan kişinin, öz xanımından şikayət etməyə haqqı yoxdur. Həmçinin başqa kişilərə nəzakət və nəvaziş göstərən amma öz əri ilə soyuq və quru davranan qadının, öz ərindən şikayət etməyə haqqı yoxdur.
Comments are closed, but trackbacks and pingbacks are open.