Tarix və arxeologiya departamentinin müdiri: Roza Arazova Təsdiq edirəm
[3, fəsil 8-10, s.106-165];
Mühazirə otağı/Cədvəl Azərbaycan tarixi
1. *Azərbaycan tarixi (uzaq keçmişdən 1870-ci illərə qədər). Red. Prof. Süleyman Əliyarlı. Bakı, 1996.
2. *Azərbaycan tarixi, I cild (Ən qədim zamanlardan XX əsrədək). Z. Bünyadovun və Y. Yusifovun redaktəsi ilə. Bakı, 1994, 2005.
3. *İsmayıl Məmmədov. Azərbaycan tarixi. Bakı, 2005
4. *Süleyman Məmmədov. Azərbaycan tarixi. Bakı, 2007.
Əlavə dərsliklər, vəsaitlər və elmi monoqrafiyalar:
5. Azərbaycan tarixi. Red. İqrar Əliyev. Bakı, 1993.
6. Qafqazda Sovet totalitarizmi (1920-30-cu illərdə). Elmi Konfrans. Xəzər Universitəsi, 1998.
7. M.Ə.Rəsulzadə və ictimai-siyasi ideallar. Bakı, Xəzər Universitəsi, 2005.
8. Tadeuş Svyatoçovski. Rusiya və Azərbaycan . Bakı, Xəzər Universitəsi, 2000.
9. *Oqtay Əsədov. Heydər Əliyev. Bakı, 2008.
10.*N. Cəfərov, D. Osmanlı. Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə, Bakı, 2004.
Kitabları Universitetin kitabxanasından və “Tarix və Arxeologiya departamenti”ndən əldə etmək olar.
İnternet saytları
- mühazirələr
- mövzu ətrafında müzakirələr
- xəritələr, video və digər əyani materiallardan istifadə
- müəyyən mövzularla əlaqədar olaraq muzey və qoruqlara ekskursiyaların təşkil edilməsi (Azərbaycan tarixi muzeyi, Şirvanşahlar sarayı, İncəsənət muzeyi və s.)
- Azərbaycan tarixi muzeyinə ekskursiya və bu barədə esse –2 bal;
- Dərs müddətində diskusiyalarda iştirak – 3 bal;
- Prezentasiya mövzusu ilə çıxış etmək (mövzuların siyahısı əlavə olunur) – 5 bal.
- Azərbaycan qədim abidələr diyarıdır.
- Azərbaycanda orta əsr sənətkar birlikləri: əxilər.
- Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqi: şair, sərkərdə və dövlət xadimi.
- Azərbaycan tarixi baxımından Nadir şah Əfşarın şəxsiyyətinin dəyərləndirilməsi.
- Kürəkçay müqaviləsinin təhlili.
- Müsəlman Şərqində ilk demokratik respublika: Azərbaycan Xalq Cümhuriyyəti
- Azərbaycanda sovet totalitarizmi və repressiya qurbanları.
- Ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı siyasəti.
- Əcnəbi müəlliflərin gözü ilə Azərbaycan tarixi.
- XX əsrdə Güney Azərbaycanda milli hərəkat.
Azərbaycan tarixi kursu qədim zamanlardan son günlərədək vətən tarixini əhatə edir. Son illər konseptual dəyişmələr baş verdiyindən, bir sıra məsələlərə baxış əvvəlkindən kəskin şəkildə fərqlənir. Bəzi tarixi hadisələr yeni faktlarla zənginləşib, müəyyən dövrlərdəki boşluqlar doldurulmaqdadır. Tədris proqramının tərtibi zamanı bütün bu amillər nəzərə alınmış, tarixin qaranlıq səhifələrinə diqqət artırılmışdır. İş planı Azərbaycan tarixi barədə bitkin və dolğun təsəvvürün formalaşmasına imkan verir.
- Azərbaycan tarixi haqqında bitkin, dolğun və obyektiv təsəvvür yaranacaq
- Azərbaycanın qədim dünya sivilizasiyasının ocaqlarından biri və Şərq dünyasının ayrılmaz hissəsi olmağı haqda məlumatları daha da genişlənəcək
- Azərbaycan etnosunun təkraredilməz və avtoxton olduğuna dair geniş təsəvvür yaranacaq
- Vətən tarixinə, mədəniyyətinə, mənəvi dəyərlərinə sevgi və hörmət hissini daha da artıracaq və vətənpərvərlik ruhunu daha da yüksəldəcəkdir
- tarixi hadisələrin analizi
- tarixi hadisələrə tənqidi və obyektiv yanaşma
- Azərbaycanın mədəni-tarixi inkişaf mərhələlərinin araşdırılması və Azərbaycanın müasir dövrdə dünya miqyasında rolu və yerinin müəyyənləşdirilməsi.
Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbələr müəyyən səbəblərdən dərslərin buraxılması (xəstəlik, ailə vəziyyəti və s.) haqqında məlumatı fakültə dekanlığına təqdim etməlidirlər. 20%-dən artıq dərs buraxan tələbələr imtahana buraxılmır.
Dərsə gecikmələr və ya digər dərs pozuntuları
Dərsə 5 dəqiqədən artıq gecikən tələbə dərsə buraxılmır. Buna baxmayaraq, tələbə ikinci dərs saatına buraxıla bilər.
Yoxlama işi
Müəllimə və dekanlığa qabaqcadan məlumat verilən səbəblərdən yoxlama işində iştirak etməyən tələbə yoxlama işini növbəti həftədə yaza bilər.
Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.
Aralıq və yekun imtahanı mövzuları tələbələrə imtahandan öncə verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmırlar.
İmtahan qaydalarının pozuntuları
Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişini pozmaq və köçürülmələr qadağandır. Bu qaydaya riayət etməyən tələbələrin imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymət ilə imtahandan kənarlaşdırılır.
Fənni bitirmək qaydası
Universitənin qaydalarına müvafiq olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60% və yuxarı hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.
Tələbələrin davranış qaydaları
Dərs zamanı dərs prosesini pozmaq və etik qaydaları pozmaq qadağandır. Həmçinin tələbələr arasında icazəsiz müzakirələr və mobil telefonlardan istifadə qadağandır.
Azərbaycanda ibtidai-icma dövrü. Azərbaycanın etnosiyasi xəritəsi. Azərbaycan ərazisində erkən cəmiyyət, ilk dövlətlərin, qurumların yaranması (Aratta, Lullubi, Kuti). Manna dövləti.
[2, fəsil 1-2, s.20-125];
[3, fəsil 1-2, s.4-32];
[3, fəsil 4-5, s.40-68];
Azərbaycanda xilafət ağalığı və ona qarşı mübarizə. Xürrəmilər hərəkatı.
Etnogenez problemi. Azərbaycan xalqının formalaşması.IX-cu yüzilliyin ikinci yarısı – XI yüzilliyin birinci yarısında Azərbaycan feodal dövlətləri. Şirvanşahlar dövləti. Saci və Salari dövlətləri, Rəvvadi və Şaddadi dövlətləri.
[3, fəsil 6-7, s.69-105];
Azərbaycan Monqol ağalığı dövründə.
[3, fəsil 8-10, s.106-165];
Qaraqoyunlu dövləti. Ağqoyunlu dövləti. Sosial- iqtisadi vəziyyət, xarici siyasət.
[2, fəsil 11, s.362-408];
[3, fəsil 11, s.166-207];
Azərbaycan XVI yüzillikdə. Mərkəzləşdirilmiş Azərbaycan Səfəvi dövlətinin yaranması. Daxili və xarici siyasət. Azərbaycan XVI yüzilliyin sonu – XVII yüzilliyin əvvələrində. Şah Abbas hakimiyyəti. Mədəniyyət.
Azərbaycan Səfəvi dövlətinin zəifləməsi və Azərbaycanın beynəlxalq rəqabət meydanına çevrilməsi (XVII yüzilliyin sonu – XVIII yüzilliyin 20-30-cu illəri).
[3, fəsil 12-15, s.208-275];
Azərbaycanda dövlət müstəqilliyi uğrunda mübarizə. Azərbaycan xanlıqlarının yaranması, idarəçilik sistemi, təsərrüfat həyatı, xarici siyasəti.
[3, fəsil 16, s.276-309];
Azərbaycan beynəlxalq münasibətlərdə (XVIII əsrin sonu – XIX əsrin əvvəli). Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsi. Gülüstan və Türkmənçay müqavilələri.
XIX-cu yüzilliyin birinci yarısında Şimali Azərbaycanda ictimai – siyasi həyat. İqtisadi durum. Müstəmləkə zülmünə qarşı üsyanlar. Cənubi Azərbaycan.
[3, fəsil 17-18, s.310-325];
Şimali Azərbaycan XX əsrin əvvəllərində. Demokratik və milli hərəkatın başlanması. Güney Azərbaycanda demokratik hərəkat.
Azərbaycan Birinci dünya müharibəsi illərində. Azərbaycan Rus inqilabı illərində (fevral – oktyabr 1917-ci il).
Azərbaycan SSR. Azərbaycan 1920-1930-cu illərdə. Azərbaycan SSR-in ZSFSR və SSRİ-yə daxil edilməsi. Sovet hakimiyyətinin qurulması. Sosialist təsərrüfatçılığın yaranması. Mədəni inqilab. İctimai və siyasi vəziyyət. Azərbaycanda Sovet totalitarizmi. 30-cu illərin repressiyaları.
Azərbaycan SSR İkinci Dünya müharibəsi illərində.
Güney Azərbaycan İkinci Dünya müharibəsi illərində.
Milli azadlıq hərəkatı – 21 Azər.
Azərbaycan SSR müharibədən sonrakı illərdə (1946-1980-ci illərin ortaları). Sosial-iqtisadi vəziyyət. Totalitar rejimin möhkəmlənməsi. Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası. M.C.Bağırov hakimiyyətinin devrilməsi.
İ.Mustafayev. V.Axundov. Azərbaycan SSR rəhbərliyində dəyişikliklər. H.Əliyev. Respublika “yenidənqurma” yolunda.
Azərbaycanıların Ermənistandan deportasiyası. Daxili vəziyyətin kəskinləşməsi. 1990-cı il 20 Yanvar faciəsi.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi. Müstəqil Azərbaycan Respublikasının inkişaf problemləri. Daxili və xarici vəziyyət.
Xalq hərəkatının yüksəlişi. Elçibəy – AXC iqtidarı. Siyasi və iqtisadi islahat təşəbbüsləri. Gəncə qiyamı (1993, 4 iyun). AXC iqtidarının devrilməsi.
Prezident səlahiyyətlərinin Heydər Əliyevə verilməsi; 1993-cü il prezident seçkiləri. Heydər Əliyevin yeni siyasi kursu. Siyasi sabitliyə doğru. Azərbaycan – Ermənistan münasibətləri. Atəşkəs. Neft siyasəti. Əsrin müqaviləsi. Heydər Əliyevin 5 illik prezidentlik fəaliyyətinin yekunları.
Yeni prezident seçkiləri (1998-ci il). Heydər Əliyevin əvvəlki kursunun davam etdirilməsi. Beynəlxalq münasibətlərin genişlənməsi. Daxili və xarici siyasət. Azərbaycan dövlətçiliyi.
Azərbaycan Respublikasının neft strategiyası.
Tarix və arxeologiya departamentinin müdiri: Roza Arazova Təsdiq edirəm
1. Azərbaycan tarixi (uzaq keçmişdən 1870-ci illərə qədər). Red. Prof. Süleyman Əliyarlı. Bakı, 1996.
2. Azərbaycan tarixi, I cild (Ən qədim zamanlardan XX əsrədək). Z. Bünyadovun və Y. Yusifovun redaktəsilə. Bakı, 1994, 2005.
3. İsmayıl Məmmədov. Azərbaycan tarixi. Bakı, 2005
4. Azərbaycan tarixi (ən qədim zamanlardan – XXI əsrin ilk onilliklərinə dək)Ali məktəblər üçün dərslik. M.Q.Abdullayevin redaktəsi ilə.Bakı, 2014. (cədvəldə bu dərsliyin səhifələri göstərilmişdir).
5. XX əsr Azərbaycan tarixi, II cild, Red. Y.B. Yusifov və T.T. Vəliyev. Bakı, 2004.
Əlavə dərsliklər, vəsaitlər və elmi monoqrafiyalar:
6. Azərbaycan tarixi. Red. İqrar Əliyev. Bakı, 1993.
7. Kərim Şükürov. Azərbaycan tarixi, 2-ci hissə, Bakı, 1998.
8. Azərbaycan tarixi. Yeddi cildlik. V cild. Bakı, 2001. VII cild. Bakı, 2003.
9. Qafqazda Sovet totalitarizmi (1920-30-cu illərdə). Elmi Konfrans. Xəzər Universitəsi, 1998.
10. M.Ə.Rəsulzadə və ictimai-siyasi ideallar. Bakı, Xəzər Universitəsi, 2005.
11. Araz Aslanlı. Qarabağ problemi, (tarixi, mahiyyəti, həll prosesi). Bakı, 2009.
12. Oqtay Əsədov. Heydər Əliyev. Bakı, 2008.
13. Əli Həsənov. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı, Azərbaycan, 2005.
14. Natiq Əliyev.Neft sənayesinin intibah dövrü. Bakı, 2013.
Arxeologiya mühazirə
16 dekabr 2021-ci il tarixində AMEA Milli Azərbaycan Tarixi Muzeyi Gənc Alim və Mütəxəssislər Şurasının üzvü, Arxeologiya elmi fond şöbəsinin əməkdaşı Mircavid Ağalarov Qərbi Kaspi Universitetinin Tarix ixtisasının tələbələrinə “İslam Arxeologiyası dövrü keramikası” mövzusunda mühazirə oxumuşdur. Mühazirədə İslam arxeologiyası anlayışı, keramika tipləri haqqında geniş məlumat verilmişdir. Şirli keramika nümunələrinə xüsusi yer verilərək, ölkəmizin müxtəlif abidələrindən tapılmış fayans, zərfayans, seladon və digər saxsı məmulatlarının elmi əhəmiyyəti vurğulanmışdır. Bununla yanaşı tələbələri maraqlandıran sualları da cavablandıran M. Ağalarov, onlara Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edərək bir çox arxeoloji materialla birbaşa tanış olmağa dəvət etmişdir.
Qeyd edək ki, tədbir Milli Azərbaycan Tarixi Muzeyi Gənc Alim və Mütəxəssislər Şurası və Qərbi Kaspi Universitetinin Tarix kafedrası tərəfindən təşkil edilmişdir.
8 mart- Beynəlxalq Qadınlar günü
Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan xanımlarını 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edir, onlara can sağlığı, qadın səadəti və x.
Elmi Şurada yeni ekspozisiyanın qurulması ilə bağlı məsələlər müzakirə olunub
Martın 3-də Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan muzeyin direktoru, akademik Nailə Və.
Dünyaca məşhur azərbaycanlı fotoqraf Reza Deghati muzeyi ziyarət edib
Bu gün məşhur azərbaycanlı fotoqraf Reza Deghati muzey rəhbərliyi ilə görüşüb. Tanınmış fotoqrafla gələcək əməkdaşlıq mövzuları ətrafında söhbət aparı.
Muzeydə Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirildi
Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i bu təşkilata üzv ölkələrdə Ümumdünya Mülki Mü.
Abşeronun neftli torpaqlarının planı bərpa olunub
Muzeyin Sənədli mənbələr fondunda qorunan 1907-ci ilə aid Abşeron yarımadasının (Balaxanı, Sabunçu, Ramana, Bibiheybət) neftli torpaqlarının planı (ra.
“Xocalı Dosyesi” adlı tədbir keçirilib
Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) birgə təşkilatçılı.
Xocalı Soyqırımına həsr edilmiş sərgi keçirilib
Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin elmi işçisi Sahibə Ələkbərovanın və “İstedadlı Əlillər” İctimai Birli.
Muzeydə uşaqlar üçün əyləncəli-maarifləndirici tədbir keçiriləcək
“Muzeydə Novruz macəraları” adlı əyləncəli-maarifləndirici tədbirlər keçiriləcək. Tədbirlərdə iştirak etmək üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş.
Comments are closed, but trackbacks and pingbacks are open.