260 Arxeologiya, Etnoqrafiya Tarix və onun problemləri
dəfə Oğuz rayonunun (keçmiş Vartaşen) Vardanlı və Qarabaldır kəndlərinin cənubundan
Arxeologiya və etnoqrafiya tarix və onun problemləri n1 2014
Tarix üzrə fəlsəfə doktoru elmi dərəсəsi almaq üçün təqdim edilmiş dissertasiyanın
AVTOREFERATI
DİSSERTASİYANIN ÜMUMİ SƏCİYYƏSİ
Mövzunun aktuallığı. XX əsr Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni inkişafı tarixinə parlaq səhifələrdən biri kimi daxil olmuşdur. Məhz bu dövrdə Azərbaycanda Heydər Əliyev kimi bütün dünyada tanınan, görkəmli siyasi və dövlət xadimi yetişmişdir. Olduqca zəngin bir ömür yolu yaşayan bu insanı fərqləndirən əsas cəhət onun qüdrətli tarixi şəxsiyyət olması, milli liderə xas olan dövlətçilik bacarığına malik olmasıdır.
1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) birinci katibi vəzifəsinə seçilməsi ilə keçmiş SSRİ-nin tərkibində geridə qalmış aqrar respublika olan Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatda fundamental keyfiyyət dəyişiklikləri baş vermişdi. İstər 1982-ci ilədək – Azərbaycana ilk rəhbərliyi dövründə, istərsə də 1982-1987-ci illərdə SSRİ rəhbərliyində Nazirlər Soveti sədrinin birinci müavini və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü kimi mühüm hökumət və siyasi (dövlət) vəzifələri tutduğu illərdə respublikanın hərtərəfli inkişafı məsələləri daim Heydər Əliyevin diqqət mərkəzində olmuş, o, bütün imkanlarından istifadə edərək səylə Azərbaycanın tərəqqisinə çalışmışdı.
Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi yüksəlişi ilə yanaşı, respublikada elm, təhsil və mədəniyyətin inkişafı məsələləri də Heydər Əliyevin daim qayğı ilə yanaşdığı sahələr olmuşdur. Onun dövlət rəhbəri kimi fəaliyyətinin bütün dövrlərində Azərbaycan xalqının tarixinin, mədəniyyətinin öyrənilməsini, tədqiqini həmişə diqqətdə saxlamış, bu sahədə də müvafiq tədbirləri həyata keçirməklə, alim və tədqiqatçılar üçün lazımi şəraitin yaradılmasını təmin etmişdi.
Heydər Əliyevin həyatı və fəaliyyətində Naxçıvanın özünəməxsus yeri və rolu vardır. O, Naxçıvan MR Ali Məclisinin Sədri işlədiyi dövrdə çox mühüm tarixi qərarlar qəbul edildi. Naxçıvanda ictimai-siyasi şəraiti stabilləşdirmək və sağlamlaşdırmaq üçün böyük tədbirlər həyata keçirildi, getdikcə güclənən erməni təcavüzünün, düşmənin yaratdığı blokadanın ağır nəticələrinin qarşısının alınması üçün düşünülmüş çevik siyasət yürüdüldü.
Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin Sədri olduğu dövrdə, eləcə də Azərbaycan Prezidenti işlədiyi illərdə Naxçıvanın inkişafına, onun tarixinin hərtərəfli araşdırılmasına xüsusi diqqət yetirmişdir. O, Azərbaycan ərazisi olan Naxçıvanın çoxminillik tarixini daim yüksək qiymətləndirərək, bölgənin qədim, orta əsrlər, yeni və müasir tarixinin öyrənilməsini Naxçıvan tarixinin tədqiqatçıları qarşısında mühüm vəzifə kimi qoymuşdur.
XX əsrin 90-cı illəri və XXI əsrin ilk illərində Naxçıvanın təhlükəsizliyinin təmin edilməsi, muxtariyyət statusunun möhkəmləndirilməsi, sosial-iqtisadi tərəqqi, elmin və təhsilin inkişafı, bölgənin tarixinin, arxeoloji abidələrinin öyrənilməsi məhz Heydər Əliyevlə, onun müəyyənləşdirdiyi siyasi xətlə bağlıdır.
Heydər Əliyevin Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyi islahat xarakterli tədbirlər daim tədqiqatçıların diqqət mərkəzində olmuş, onun siyasi və dövlətçilik fəaliyyətinin müxtəlif istiqamətləri ilə bağlı sanballı tədqiqat işləri aparılmışdır. Lakin indiyədək Heydər Əliyev və Naxçıvan tarixi məsələləri ilə bağlı sistemli tədqiqatlar aparılmamış, bu mövzu kompleks şəkildə araşdırılmamış, bu sahədə elmi şərhini gözləyən bir sıra məsələlərə kifayət qədər aydınlıq gətirilməmişdir.
Heydər Əliyevin Naxçıvan tarixində, onun ətraflı tədqiqi və öyrənilməsində oynadığı rol, göstərdiyi geniş fəaliyyətlə bağlı tarixi məqamların sistemli şəkildə təhlil edilməsi, onun çoxillik siyasi fəaliyyətinin Naxçıvan dövrünün ayrıca tədqiqat obyektinə çevrilməsi və bu dövrün Azərbaycanın müstəqil dövlətçilik tarixində xüsusi əhəmiyyət kəsb etməsi tədqiq etdiyimiz mövzunun aktuallığını şərtləndirən əsas amillərdir.
İşin xronoloji çərçivəsi. Heydər Əliyevin hər iki tarixi dövrdə Azərbaycanda hakimiyyətdə olduğu illər Azərbaycan tarixinin mühüm mərhələsidir. Bu illər həm də Naxçıvanın inkişafı, tərəqqisi yolunda böyük bir mərhələdir.
Dissertasiyada 1969-1982, 1990-1993, 1993-2003-cü illərdə Naxçıvanda baş verən proseslər, muxtar respublikanın inkişafı məsələləri, muxtariyyət statusunun möhkəmləndirilməsi, tarixinin öyrənilməsi, ordu quruculuğu, bölgənin erməni təcavüzündən müdafiəsi və xilası, iqtisadiyyatın, elm və təhsilin inkişafı məsələləri tədqiq edilmişdir. Göstərilən xronoloji ardıcıllıq Heydər Əliyev və Naxçıvan tarixi məsələlərini daha dolğun izləməyə və elmi təhlillər aparmağa imkan yaradır.
Tədqiqatın obyekti və predmeti. Tədqiqatın obyektini ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982, 1993-2003-cü illər, Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi, Ali Məclisin Sədri vəzifəsində işlədiyi 1990-1993-cü illər, predmetini isə bu illər ərzində dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində qəbul etdiyi qərarlar, ərazi bütövlüyü uğrunda apardığı mübarizə, Naxçıvanın konstitusion-hüquqi, hərbi-siyasi və diplomatik səviyyədə etibarlı müdafiəsinin təşkili, bölgənin muxtariyyət statusunun möhkəmləndirilməsi, tarixinin öyrənilməsi və tədqiqi məsələləri, elm, təhsil, mədəniyyət, ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar təşkil edir.
Tədqiqatın məqsəd və vəzifələri. Heydər Əliyevin Azərbaycana və Naxçıvana rəhbərlik etdiyi dövrdə Naxçıvanın istimai-siyasi, mədəni inkişafında oynadığı rolu, milli dövlətçilik ənənələrinin bərpası və inkişafı istiqamətində qəbul etdiyi tarixi qərarları, bölgənin tarixinin öyrənilməsi, Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılması, erməni işğalından müdafiəsi, elm, təhsil, mədəniyyət sahəsində baş verən tərəqqi, ziyalılara qayğı, tarixi abidələrin mühafizəsi və bərpası məsələlərinin araşdırılması tədqiqatın əsas məqsədi kimi qarşıya qoyulmuşdur. Bu məqsəd aşağıdakı vəzifələrin həllini şərtləndirmişdir:
– Heydər Əliyev və Naxçıvan tarixi məsələlərini hərtərəfli araşdırmaq;
– Müəyyən edilən xronoloji çərçivədə Naxçıvan tarixi məsələlərinin elmi şərhini vermək;
– Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982, 1993-2003-cü illərdə, onun siyasi və dövlətçilik fəaliyyətinin Naxçıvan dövrünü təşkil edən 1990-1993-cü illərdə muxtar respublikanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında baş verən inkişafı izləmək;
– Heydər Əliyevin 1990-cı ildə Naxçıvana gəlişinin siyasi proseslərə, milli azadlıq hərəkatının güclənməsinə təsiri məsələlərini araşdırmaq;
– 1980-ci illərin sonu-1990-cı illərin əvvəllərində Naxçıvanda cərəyan edən hadisələrin və bu hadisələrə Heydər Əliyevin münasibətinin şərhini vermək;
– Heydər Əliyevin Naxçıvanda milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi kompleks tədbirləri, etdiyi çıxışları, qəbul etdiyi tarixi qərarları, irəli sürdüyü vəzifələri təhlil etmək;
– Heydər Əliyevin Naxçıvanın ərazi bütövlüyünün qorunması uğrunda apardığı mübarizəni, ictimai-siyasi sabitliyin təmin edilməsi sahəsində fəaliyyətini, ordu quruculuğunda həyata keçirdiyi tədbirləri öyrənmək;
– Heydər Əliyevin Naxçıvana muxtariyyət statusunun verilməsinin tarixi əhəmiyyəti ilə bağlı nitqlərini, bölgənin statusunun siyasi-hüquqi cəhətdən daha da möhkəmləndirilməsi istiqamətində yürütdüyü siyasəti dəyərləndirmək;
– Naxçıvan tarixinin hərtərəfli öyrənilməsi ilə bağlı qəbul edilən qərarları, bu sahədə qarşıya qoyulan məsələləri müəyyənləşdirmək;
– Heydər Əliyevin Naxçıvanda elmin, təhsilin və mədəniyyətin inkişaf etdirilməsi ilə bağlı qəbul etdiyi qərarları, görülən işləri təhlil etmək;
–Naxçıvanın tarixi abidələrinə, görkəmli tarixi şəxsiyyətlərinə, ictimai fikir adamlarına Heydər Əliyevin dövlət rəhbəri kimi qayğısını önə çəkmək.
Mövzunun tədqiqi tarixi. Heydər Əliyev Azərbaycanın müasir tarixinin bir qərinəni əhatə edən çox mühüm bir mərhələsində respublika rəhbəri, dövlət başçısı kimi fəaliyyət göstərmiş, ölkənin ən müxtəlif problemlərinin həllində başlıca rol oynamışdır. Müstəqillik dövrü tariximizin ilk illəri Azərbaycan xalqının və dövlətçiliyinin xilaskarı, Azərbaycan Respublikasının qurucusu kimi onun adı ilə ayrılmaz şəkildə bağlıdır. Ona görə də Heydər Əliyevin həyatı və fəaliyyətinin ayrı-ayrı dövrlərinə və məsələlərinə dair bir çox tədqiqatlar aparılmış, bu sahədə yüzlərlə kitablar və elmi məqalələr nəşr edilmişdir.
Bu baxımdan ilk növbədə akademik R.Mehdiyevin tədqiqatları özünün geniş tarixi-siyasi və fəlsəfi-politoloji aspektləri, habelə faktoloji bazasının zənginliyi ilə diqqəti cəlb edir(Mehdiyev R.Ə. Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr // “TV-Plyus” aylıq televiziya və radio jurnalı, 2008, № 5;). B.Budaqov(Budaqov B. Heydər Əliyev fenomeni. Bakı: 2002, 145 s), Y.Mahmudov(Mahmudov Y.M. Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti. Bakı: Təhsil, 2002, 310 s;), X.Kazımlı (Kazımlı X. Heydər Əliyev dövlət idarəçiliyi məktəbi “Xalq qəzeti”, 2007, 17 iyun;), F.Abdullazadə(Abdullazadə F.H. Heydər Əliyev: Siyasi portret. Bakı: XXI, 1998, 115 s), S.Xəlilov(Xəlilov S. Heydər Əliyev ideyaları və müasirlik / Heydər Əliyev irsi Azərbaycanın davamlı inkişaf strategiyası. 2006-cı ildə keçirilmiş elmi konfransın materialları. Bakı: Azərbaycan, 2006, s. 638-649;), Q.Bayramov(Bayramov Q.M. Heydər Əliyev və Azərbaycan tarix elmi. Bakı: Təhsil, 2004, 264 s), N.Xudiyev(Xudiyev N. Heydər Əliyev və Azərbaycan dili. Bakı: Təhsil, 1997, 288 s.; Yenə onun. Xalq və dövlət naminə. Bakı: Azərbaycan, 2004, 399 s.), İ.Hüseynova (Hüseynova İ.M. Müstəqil Azərbaycan dövlətinin qurucusu. Bakı: Təhsil, 2004, 472 s.;) , M.Qasımlı (Qasımlı M.C. Heydər Əliyev. İstiqlala gedən yol (1969-1987-ci illər). Bakı: Bakı Universiteti nəşriyyatı, 2006, 608 s.), V.Andriyanov (H.Mirələmovla birlikdə) (Andriyanov V.İ., Mirələmov H. Heydər Əliyev. Bakı: Nurlan, 2008, 559 s), H.Mirələmov(Mirələmov H. Millətin atası: publisistik düşüncələr, tarixi esselər, məktublar, Bakı: Azərbaycan, 2004, 272 s.; Yenə onun. Zəfər yolu. Esse. Bakı: Gənclik, 2003, 70 s.), Ə.Qasımov(Qasımov Ə.Q. Heydər Əliyevin inkişaf strategiyası və Naxçıvan Muxtar Respublikası (XX əsrin 70-80-ci illəri). Bakı: Təhsil, 2009, 302 s), E.Axundova(Axundova E.H. Heydər Əliyev: Şəxsiyyət və zaman (1923-1969): 4 cilddə, I c, Bakı: Ozan, 2007, 352 s.;), R.Mirzəzadə (Mirzəzadə R. Azərbaycanı dünyaya saydıran insan. Bakı: Göytürk, 1998, 400 s.), M.Zabelin(Забелин М. Гейдар Алиев: Лидер, политик, друг: документально-публицистический очерк. Баку: Нурлан, 2005, 216 s), N.Zenkoviç (Zenkoviç N. Heydər Əliyev. Tale yolları. Bakı: Azərbaycan, 2007, 608 s) və b. tədqiqatçılar Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif yönlərini əhatə edən ciddi tədqiqatlar aparmış, monoqrafiyalar, kitablar nəşr etdirmişlər. Bu əsərlərdə Heydər Əliyevin Azərbaycan tarixində oynadığı mühüm rol, dövlət müstəqilliyinin təmin edilməsi və möhkəmləndirilməsindəki gərgin və həlledici fəaliyyəti, habelə şəxsi həyatının, siyasi və dövlətçilik fəaliyyətinin müxtəlif məsələləri ətraflı işıqlandırılmış, özünəməxsus xidmətləri təhlil edilmişdir.
Heydər Əliyevin həyat və fəaliyyəti naxçıvanlı tədqiqatçıların da daim diqqət mərkəzində olmuş, alimlərimiz bu istiqamətdə müntəzəm olaraq geniş tədqiqatlar aparmışlar. Bu baxımdan İ.Həbibbəyli (Həbibbəyli İ.Ə. Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti. Naxçıvan: Qeyrət, 2002, 80 s;), İ.Hacıyev (Hacıyev İ.M. Heydər Əliyev və milli tarixi yaddaşın bərpası. Bakı: Elm, 2003, 164 s.;), M. Seyidov və M.Rzayev (Seyidov M., Rzayev M. Zamanı qabaqlayan dahi. Bakı: Vektor nəşrlər evi, 2008, s. 315), F.Səfərli (Səfərli F. Naxçıvanda tarix elminin inkişafı (1991-2011-ci illər) // AMEA Naxçıvan Bölməsinin “Xəbərlər”i, 2011, №1, s. 32-36), E.Cəfərli (Cəfərli E.Y. Heydər Əliyev və Naxçıvanın muxtariyyət statusunun qorunması // Heydər Əliyev zirvəsi (Məqalələr və xatirələr). Naxçıvan: Qeyrət, 2008, s. 56-61;), M.Şabanov (Şabanov M.S. Azərbaycan tarixində Heydər Əliyev mərhələsi. Bakı: Nurlan, 2005, 336 s;) və b. dahi öndərin nurlu həyat yolunu, dövlətçilik tariximizdəki fəaliyyətini işıqlandıran qiymətli əsərlər yazıb nəşr etdirmişlər.
Görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyatına, çoxcəhətli siyasi və dövlətçilik fəaliyyətinə dair onlarla elmi konfranslar həsr olunmuş və həmin konfransların materialları toplu halında nəşr edilmişdir.
Heydər Əliyevin nəzəri-praktiki dövlətçilik və siyasi irsi daim tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Həmin tədqiqatlar diqqətlə öyrənilmiş, dissertasiyada onlardan məqsədəmüvafiq şəkildə istifadə edilmişdir. Bununla belə, indiyədək “Heydər Əliyev və Naxçıvan tarixi məsələləri” ayrıca tədqiqat mövzusu olmamış, aparılan çoxsaylı tədqiqatlarda bu mövzu geniş araşdırılmamışdır.Bir sıra tədqiqatlarda və elmi məqalələrdə isə mövzunun bəzi ayrı-ayrı cəhətləri təhlil edilsə də, bütövlükdə dissertasiya səviyyəsində tədqiqat obyekti olmamışdır. Həmin mövzuda dissertasiyanın yazılması da məhz bu ehtiyacdan irəli gəlmişdir.
Tədqiqatın mənbəşünaslıq bazası. Dissertasiyada qarşıya qoyulan məqsəd və vəzifələrin həllinə nail olmaq üçün zəngin elmi ədəbiyyat və arxiv sənədlərindən, eləcə də dövri mətbuat materiallarından geniş istifadə edilmişdir.
Tədqiqatda istifadə edilən mənbələr sırasında Heydər Əliyevin nəzərisiyasi irsini – məruzə, çıxış, nitq, bəyanat, fərman və sərəncamlarını özündə əks etdirən mənbələr xüsusi əhəmiyyətə malikdir. Onun Azərbaycanda hakimiyyətdə olduğu hər iki dövrdə etdiyi məruzələr, söylədiyi nitqlər mövzunu öyrənmək baxımından əvəzsiz mənbədir. Bunlar 1997-2000-ci illərdə çapdan çıxmış 7 cilddən ibarət “Müstəqillik yollarında” kitabında və 1997-ci ildən başlayaraq nəşri davam edən “Müstəqilliyimiz əbədidir” adı ilə çap edilən 45 cildlik seriyada öz əksini tapmışdır.
Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin birinci fondunda Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi işləyərkən Naxçıvan MSSR ilə bağlı həyata keçirdiyi tədbirlər və bölgə ilə bağlı fikirləri öz əksini tapmışdır. Fondun sənədlərindən dissertasiyada geniş istifadə edilmişdir.
Azərbaycan Respublikası Milli Məclisinin arxiv materialları, xüsusən Heydər Əliyevin müstəqillik ərəfəsi və müstəqilliyin ilk illərindəki siyasi və dövlətçilik fəaliyyətini işıqlandırmaq üçün etibarlı mənbədir.
Heydər Əliyevin 1990-1993-cü illər siyasi fəaliyyətini öyrənmək üçün Naxçıvan MR Ali Məclisinin Arxivi, habelə Naxçıvan MR Dövlət Arxivi xüsusi əhəmiyyət kəsb edir.
“Qayıdış” sənədlər toplusu tədqiqatımız üçün xüsusi mənbə rolunu oynayır. Bu topluda Heydər Əliyevin Naxçıvan dövrü siyasi fəaliyyətini əks etdirən çox qiymətli materiallar toplanmışdır.
Naxçıvan tarixi məsələlərinin işıqlandırılmasında bu mövzunun ayrıayrı cəhətləri ilə bağlı tədqiqatlar aparan müəlliflərin əsərlərinə xüsusi diqqət yetirilmişdir. Bundan başqa, müasir dövrdə nəşr edilən digər tədqiqatlar da izlənilmiş, mövzunun əhatəli şəkildə tədqiqi üçün bu əsərlərdən də yeri gəldikcə istifadə olunmuşdur.
Dissertasiyanın yazılmasında dövri mətbuat, xüsusən “Azərbaycan”, “Azərbaycan gəncləri”, “Azərbaycan müəllimi”, “Hərbi and”, “Həyat”, “Xalq”, “İki sahil”, “Kommunist”, “Nuh yurdu”, “Oğuz yurdu”, “Respublika”, “Səs”, “Sovet Naxçıvanı”, “Şərq qapısı”, “Yeni Azərbaycan” qəzetləri və s. mətbu orqanlardakı materiallardan istifadə edilmişdir.
Tədqiqatın elmi yeniliyi. Dissertasiya aşağıdakı yeniliklərin ilk dəfə elmi dövriyyəyə daxil edilməsinə imkan vermişdir:
– ilk dəfə olaraq Heydər Əliyev və Naxçıvan tarixi məsələləri sistemli şəkildə araşdırılmışdır;
– Azərbaycanın müasir tarixinin böyük bir mərhələsində Naxçıvan tarixi ilə bağlı məsələlər kompleks şəkildə öyrənilmişdir;
– Heydər Əliyevin Naxçıvan tarixinin öyrənilməsi sahəsindəki fəaliyyəti, bu məqsədlə etdiyi çıxışlar, qəbul etdiyi qərarlar, həyata keçirdiyi tədbirlər çoxsaylı fakt və dəlillərlə ümumiləşdirilmişdir;
– Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu 1969-1982-ci illər ərzində Naxçıvanla bağlı fəaliyyəti geniş təhlil edilmiş, qəbul etdiyi tarixi qərarlar işıqlandırılmışdır;
– XX əsrin 80-ci illərinin sonu-90-cı illərinin əvvəllərində Azərbaycanda, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda başlamış milli azadlıq hərəkatında Heydər Əliyevin iştirakı və rolu elmi əsaslarla müəyyənləşdirilmişdir;
– 1990-1993-cü illərdə Naxçıvanda baş vermiş ictimai-siyasi proseslər, Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər elmi baxımdan geniş şərh edilmişdir;
– 1993-2003-cü illərdə Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi Naxçıvanla bağlı həyata keçirdiyi tədbirlər, bu istiqamətdə qəbul etdiyi tarixi qərarlar təhlil edilmişdir;
– Heydər Əliyevin muxtar respublikasının ərazi bütövlüyü uğrunda apardığı mübarizə, torpaqlarımıza erməni təcavüzünün qarşısının alınması istiqamətində göstərdiyi səylər öz elmi həllini tapmışdır;
– Heydər Əliyevin Naxçıvanın muxtariyyət statusunun qorunması sahəsində mühüm fəaliyyəti elmi faktlarla əsaslandırılmışdır;
– Ordu quruculuğu, hərbi kadrların hazırlanmasına göstərilən diqqət və bu sahədə həyata keçirilən islahatlar öyrənilmişdir;
– Elm, təhsil, mədəniyyət sahəsində mühüm tərəqqinin əldə olunmasında Heydər Əliyevin müstəsna rolu elmi şəkildə sübuta yetirilmişdir;
– Tarixi abidələrə, Naxçıvanın görkəmli yetirmələrinə Heydər Əliyevin qayğısı təhlil edilmişdir.
Tədqiqatın nəzəri-metodoloji əsası. Qaşıya qoyulan elmi problemin həlli üçün dissertasiyada Heydər Əliyevlə bağlı aparılan tədqiqatlara istinad edilmiş, azərbaycançılıq elmi-metodoloji prinsipi əsas götürülmüş, tariximüqayisəli, təsviri metodlardan istifadə edilmişdir. Eyni zamanda, Heydər Əliyevin 1969-2003-cü illərdəki fəaliyyəti, bu fəaliyyət çərçivəsində Naxçıvanla bağlı həyata keçirdiyi tədbirləri əks etdirən mənbələrdən, tədqiqatlardan bəhrələnməklə geniş araşdırma aparılmış, tarixi hadisələrə obyektiv yanaşma prinsipi gözlənilmişdir. Dissertasiyanın nəzəri bazasını Heydər Əliyevin müəllifi olduğu müstəqil dövlətçilik ənənələri, bununla bağlı irəli sürülmüş nəzəri ideyaları təşkil edir.
Tədqiqatın praktiki əhəmiyyəti. Heydər Əliyev və Naxçıvan tarixi məsələlərinin tədqiqata cəlb edilməsi, 1969-2003-cü illərdə qəbul edilən tarixi qərarların, həyata keçirilən daxili və xarici siyasətin mövzuya dair aspektlərinin hərtərəfli araşdırılması dissertasiya işinin elmi əhəmiy-yətini müəyyənləşdirir. Aparılan elmi araşdırmalar və ümumiləşdirmələr nəticəsində əldə edilən nəzəri müddəalardan Heydər Əliyev irsinin öyrənilməsində istifadə oluna bilər. Həmçinin tədqiqatdan Heydər Əliyevlə bağlı dərsliklərin hazırlanmasında, onun siyasi fəaliyyətinin öyrənilməsində, gələcəkdə Naxçıvan tarixinin müasir mərhələsinə dair aparılacaq tədqiqatlarda, habelə bu mövzuda xüsusi kursların təşkilində istifadə etmək olar.
İşin aprobasiyası. Dissertasiyanın mövzusu 12 yanvar 2004-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin Elmi Şurasında və AMEA Humanitar və İctimai Elmlər Bölməsi Tarix üzrə Problem Şurasının 15 iyul 2005-ci il tarixli iclasında təsdiq edilmişdir. İş Naxçıvan Dövlət Universitetinin “Azərbaycan tarixi” kafedrasında yerinə yetirilmişdir. Dissertant mövzu ilə bağlı 10 may 2004-cü il tarixdə keçirilən “Heydər Əliyev və Azərbaycan” mövzusunda elmi konfransda, eləcə də müxtəlif elmi tədbirlərdə məruzələr etmişdir. Dissertasiyanın əsas elmi yenilikləri və nəticələri müəllifin Azərbaycanın və xarici ölkələrin elmi məcmuələrində nəşr etdirdiyi 19 məqalə və tezisində öz əksini tapmışdır.
Dissertasiyanın quruluşu. Dissertasiya giriş, üç fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir.
DİSSERTASİYANIN ƏSAS MƏZMUNU
Dissertasiyanın giriş hissəsində mövzunun aktuallığı və xronoloji çərçivəsi əsaslandırılmış, mövzunun öyrənilməsi səviyyəsi araşdırılmış, tədqiqatın obyekti və predmeti, məqsəd və vəzifələri müəyyənləşdirilmiş, mənbəşünaslıq bazası təhlil olunmuş, elmi yeniliklər və praktik əhəmiyyəti göstərilmiş, metodoloji əsası şərh edilmişdir.
Dissertasiyanın I fəsli “Heydər Əliyev və Naxçıvan” adlanır və üç yarımfəsildən ibarətdir. “Naxçıvanın tarixi haqqında ümumi məlumat” adlanan I yarımfəsildə Naxçıvanın qədim dövrdən bu günə qədərki tarixi geniş şəkildə şərh edilmiş, son dövrlərdə geniş miqyas alan araşdırmalar diqqətə çatdırılmışdır.
XX əsrin 80-ci illərinin sonunda bütün SSRİ-də, Azərbaycanda kəskinləşən sosial-siyasi və iqtisadi problemlər Naxçıvanda da özünü bütün cəhətləri ilə göstərirdi. 1990-cı il iyulun 22-də görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Naxçıvana gəlməsi ilə milli-demokratik hərəkat yeni mərhələyə qədəm qoydu. Naxçıvanlılar Heydər Əliyevin simasında öz xilaskarını tapdı. Tezliklə xalqın yekdil səsi ilə Naxçıvan MSSR Ali Sovetinə və Azərbaycan SSR Ali Sovetinə deputat seçilən Heydər Əliyev respublika əhalisinin güvənc yerinə çevrildi. Naxçıvanda milli oyanışın əsası qoyuldu. 1993-cü ilə nisbi ictimai-siyasi sabitlik şəraitində qədəm qoyan muxtar respublika xarici ölkələrlə, xüsusilə qonşu Türkiyə və İranla əlaqələrinin inkişafının yeni mərhələsinə qədəm qoymuş, həmin dövlətlərin müvafiq olaraq fevral-mart aylarında Naxçıvanda konsulluqları açılmışdı. Bakıdakı bir sıra xarici ölkə səfirliklərinin nümayəndələri Naxçıvana gələrək Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevlə müxtəlif sahələr üzrə danışıqlar aparmışdılar.
Fəslin “Heydər Əliyev Naxçıvan və onun tarixi haqqında” adlanan II yarımfəslində Heydər Əliyevin Azərbaycan tarixinin araşdırılması istiqamətində gördüyü tədbirlərdə Naxçıvanın tarixi və onun elmi cəhətdən dərindən öyrənilməsi xüsusi aktuallıq kəsb edir. O, Naxçıvanla bağlı hər bir çıxışında Azərbaycanın bu qədim diyarının tarixi ilə bağlı ən müxtəlif məsələlərə toxunur, tarixin daha əsaslı, obyektiv və əhatəli şəkildə öyrənilərək gələcək nəsillərə çatdırılmasını həlli vacib vəzifə kimi qarşıya qoyurdu.
Heydər Əliyev qeyd edirdi ki, Naxçıvan ölkəmizin ən qədim diyarlarından biridir, çox zəngin tarixə malik olan Azərbaycanın bir hissəsidir, qədim tarixi olan Azərbaycan torpağıdır. Bu tarix çox zəngin hadisələrlə doludur. Bunlar hamısı Azərbaycan üçün Naxçıvanın nə qədər qiymətli olduğunu həmişə göstərib, göstərir və gələcəkdə də göstərəcəkdir. Azərbaycanın, millətimizin, Azərbaycan xalqının qədimliyini, dərin köklərini, zəngin mədəniyyətini və ulu babalarımızdan bizə gəlib çatmış irsi daha da dərk etməyin, daha yaxşı bilməyin, şübhəsiz ki, bugünkü və gələcək nəsillər üçün çox əhəmiyyəti vardır. Bütün Azərbaycanda, o cümlədən Naxçıvanda bu tədqiqatlar aparılmalıdır, bu işlər görülməlidir. (Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. ХХII kitab, Bakı: Azərnəşr, 2007, s. 194)
Heydər Əliyev bu qədim bölgənin tarixinin hərtərəfli araşdırılmasını daim tövsiyə edir, həm də ərsəyə gələcək yeni elmi əsərlərin yanlız ermənilərə qarşı cavab kimi yazılmasını nəzərdə tutmur, bütövlükdə Azərbaycan xalqının tarixinin qədimliyini, mədəniyyətinin zənginliyini dünyaya təqdim etmək kimi daha yüksək amala xidmət etməsini arzulayırdı: “Azərbaycanın bir hissəsi olan Naxçıvanın tarixi ilə əlaqədar gərək çox fundamental əsərlər yaradaq, bu əsərlərlə də təkcə iddiaçılara cavab vermək yox, bütün dünyaya Azərbaycanın qədim, zəngin tarixini, mədəniyyətini göstərək”. (Azərbaycan Prezidenti Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi üzrə dövlət komissiyasının iclasında yekun nitqi. “Azərbaycan” qəzeti, 1999, 11 fevra)
Ulu öndərin tövsiyələri əsasında Naxçıvan tarixi yenidən tədqiq edildi, aktual məsələlərə aydınlıq gətirildi. Heydər Əliyev Naxçıvanın tarixinin öyrənilməsini stimullaşdırmaq, xüsusən onun muxtariyyətinin əhəmiyyətini önə çəkmək üçün Naxçıvanın muxtar respublika statusunun rəsmiləşdirildiyi tarixin dövlət səviyyəsində qeyd edilməsi istiqamətində uzaqgörən addımlar atmış, müvafiq qərarlar qəbul etmişdi.
“Naxçıvan Muxtar Respublikasının 75 illiyinin keçirilməsi haqqında” Prezident Heydər Əliyevin 4 fevral 1999-cu il tarixli fərmanı diyarın tarixinin öyrənilməsi üçün çox böyük tarixi və siyasi əhəmiyyətli hadisə idi. Yaradılmış Dövlət Komissiyasının iclasında Naxçıvanın qədim tarixinin öyrənilməsi ilə bağlı maraqlı fikirlər söyləyən Prezident muxtar diyarın tarixinin öyrənilməsini Azərbaycan tarixinin tədqiq edilməsi prosesinin tərkib hissəsi kimi görür və tarix elmi qarşısında duran vacib məsələləri qeyd edirdi.
Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin istər birinci, istərsə də ikinci mərhələsində Naxçıvanın tarixinin öyrənilməsi istiqamətində bir sıra mühüm addımlar atmış, konkret tədbirlər görmüşdü.
Fəslin “Heydər Əliyevin Naxçıvanda dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyəti” adlanan III yarımfəslində qeyd edilir ki, Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsi ilə ölkə həyatının bütün sahələrində müsbət dəyişikliklər qısa zamanda özünü göstərdi. Onun respublikada böyük siyasi əzmlə, qətiyyətlə həyata keçirdiyi tədbirlər bütün Azərbaycanda olduğu kimi, Naxçıvan MSSR-in də iqtisadi, ictimai-siyasi həyatına öz müsbət təsirini göstərdi, muxtar respublika qısa zaman kəsiyində əsrlərə bərabər inkişaf yolu keçdi.
Heydər Əliyev Naxçıvanın uzun müddət geridə qalmasının səbəbini Azərbaycanın müvafiq nazirliklərinin, idarələrinin muxtar respublikaya diqqət yetirməmələrində görürdü. Eyni zamanda, bunun digər səbəbi kimi Vilayət Partıya Komitəsinın mövcud imkanlarından lazımınca istifadə etməməsi ilə əsaslandırırdı. Buna görə də o, vilayət, şəhər və rayon partiya komitələrinin fəaliyyətində olan nöqsanları tənqid etmiş və bu sahədə dönüş yaradılmasını tələb etmişdi.
Heydər Əliyev Naxçıvan MSSR-də olarkən neqativ hallara qarşı daha ciddi mübarizə aparmağı təxirəsalınmaz bir vəzifə kimi tapşırmış və müvafiq qərarlar qəbul etmişdi. Heydər Əliyev Azərbaycan SSR-in hökumət orqanlarından da Naxçıvan MSSR-ə münasibətlərini dəyişməyi, regiona kömək etməyi tələb edirdi.
1980-ci ilin may ayında Heydər Əliyevin Naxçıvana səfəri zamanı Naxçıvan VPK büro üzvləri, muxtar respublikanın rəhbərləri, Azərbaycan SSR-nin nazirlik və baş idarələrinin rəhbərləri ilə birgə Naxçıvan MSSRnin gələcək inkişafı üçün proqram hazırlanması qərara alınmış, gələcək sosial-iqtisadi inkişaf planı da müəyyənləşdirilmişdi. (Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi: f. 1, s. 12, iş. 39, v. 112-115)
1990-cı il iyulun 22-də Heydər Əliyev Bakıdan Naxçıvana gəldi. Naxçıvan MSSR Ali Sovetinin yeni çağırışının 1990-cı il noyabrın 17-də keçirilən birinci sessiyasına sədrlik deputatlar tərəfindən Heydər Əliyevə həvalə edildi. Sessiyada Azərbaycan milli dövlətçiliyinin dirçəlişi prosesinin həyata keçirilməsi ilə bağlı məsələlər geniş müzakirə olundu.
Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinə Sədr seçilməsi bütövlükdə Azərbaycanın milli maraqları baxımından böyük hadisə idi. Bu hadisədən dərhal sonra gərgin ictimai-siyasi şəraitdə bir sıra çevik və ciddi qərarlar qəbul olundu. Ali Məclisin 1991-ci il 4 sentyabr tarixli qərarı ilə sentyabrın 8-ə təyin olunmuş Azərbaycan Respublikası Prezidentinin seçkilərinin keçirilməsi Naxçıvan MR ərazisində dayandırıldı. (Qayıdış (1990-1993). Sənədlər toplusu. Bakı: Azərbaycan, 1996, s. 130)
1992-ci il Naxçıvan MR üçün də çox mürəkkəb və məsuliyyətli il idi. Bu dövrdə Ali Məclisin Sədri Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanın müdafiəsi, sosial-iqtisadi və ictimai-siyasi vəziyyətinin yaxşılaşdırılması sahəsində bir sıra mühüm addımlar atılmışdı. Qonşu Türkiyə ilə İrana olan səfərləri və həmin səfərlər zamanı imzalanan iqtisadi-mədəni əməkdaşlıq barədə protokollar Naxçıvanın yalnız iqtisadi həyatında deyil, həmçinin siyasi həyatında da müstəsna rol oynayır.
Ötən əsrin 90-cı illərinin ortalarında Azərbaycan Respublikası dövlət quruculuğu sahəsində keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Prezident Heydər Əliyevin sədrliyi ilə 1995-ci il iyun ayının 2-də Konstitusiya Komissiyası yaradıldı. Komissiya Azərbaycan Respublikasının Konstitusiyasının layihəsini hazırlayıb 1995-ci il oktyabrın 15-də ümumxalq müzakirəsinə verdi. Müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyası 1995-ci il noyabr ayının 12-də referendum yolu ilə qəbul olundu. Azərbaycan Respublikası Konstitusiyası Naxçıvan Muxtar Respublikasına Azərbaycanın tərkibində muxtar dövlət statusu verdi. (Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Qanun, 2009, 68 s.)
Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Konstitusiyası əsasında Naxçıvan MR-nın yeni Konstitusiyası hazırlandı. 1998-ci il yanvarın 14-də Prezident Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasda Konstitusiya layihəsi geniş müzakirə olundu. O, iclasda Naxçıvanın muxtariyyət statusunun əhəmiyyətini bir daha qabardaraq deyirdi: “. Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub sax lamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük amildir. Biz bu amili qoruyub saxlamalıyıq. Naxçıvan muxtariyyəti Naxçıvanla, Azərbaycanla Türkiyənin sərhədi üçün tarixi hadisədir. Naxçıvan muxtariyyətini qoruyub saxlamalıyıq və Naxçıvana ona lazım olan hüquqlar verilməlidir”. (Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. XIV kitab, Bakı: Azərnəşr, 2005, s. 89)
Dissertasiyanın “Heydər Əliyev: Naxçıvanın muxtariyyət statusu və ərazi bütövlüyü problemi”adlanan II fəsli üç yarımfəsildən ibarətdir. “Heydər Əliyev Naxçıvana muxtariyyət statusunun verilməsinin tarixi əhəmiyyəti haqqında” adlanan I yarımfəsildə muxtariyyət statusunun Naxçıvanın tarixi və taleyindəki əhəmiyyəti təhlil edilmişdir. Naxçıvanın muxtariyyət statusunun yaranması və təmin edilməsinin səbəb və nəticələrini, tarixi hadisələrin inkişaf dinamikasını təhlil edən Heydər Əliyev deyirdi: “. Bəli, o vaxt ermənilər Naxçıvana iddia edirdilər, Naxçıvanı öz torpaqları kimi hesab edirdilər və Naxçıvanı Ermənistanın tərkibinə daxil etmək istəyirdilər. Burada da müəyyən tarixi nöqtələrdən istifadə edirdilər. Çünki çar Rusiyası Cənubi Qafqazı ələ keçirəndən sonra Azərbaycana məxsus olan Naxçıvan xanlığı və İrəvan xanlığı 1848-1849-cu illərdə ləğv edilmişdi. İrəvan quberniyası yaranmışdı. Naxçıvan qəzası da quberniyanın tərkibində idi. Onlar bundan istifadə edərək Naxçıvanı Ermənistana qatmaq cəhdləri göstərirdilər. O vaxt kəskin bir mübarizə gedirdi. Bu mübarizənin nəticəsində Azərbaycanın o vaxtkı hökuməti çox ciddi mövqe göstərərək həmin Qars müqaviləsində Naxçıvanın statusunu müəyyən etmiş və Naxçıvana muxtariyyət verilməsi haqqında qərar qəbul etmişdir”. (Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. XIX kitab, Bakı: Azərnəşr, 2006, s. 152)
Azərbaycanın tərkibində Naxçıvan diyarının muxtariyyət təşkil etməsi bölgənin spesifik ərazi mövqeyi – geosiyasi şəraiti ilə bağlı idi. Çünki üç tərəfdən Ermənistanla həmsərhəd olması Naxçıvanı Azərbaycanın digər torpaqlarından ayırırdı. Həmçinin o, cənubda və cənub qərbdə İran və Türkiyə ilə həmsərhəd idi və ərazi baxımından Azərbaycandan aralı düşmək Naxçıvanın inzibati idarəçiliyini qəza və ya rayon hüquqlarında təşkil etməyə imkan vermirdi. (Musayev İ.M. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgəsində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti (1917-1921-ci illər). Bakı: BDU nəşriyyatı, 1996, s. 313) Ona görə də Naxçıvan diyarına muxtar respublika statusunun verilməsi milli mənsubiyyətinə görə yox, daxili və xarici amillərə, coğrafi mövqeyinə, geosiyasi vəziyyətinə, beynəlxalq müqavilələrə əsasən mümkün olmuşdur. Coğrafi-siyasi vəziyyəti tarixi zərurət kimi Naxçıvana muxtar hüquqların verilməsini şərtləndirmiş və ona özünüidarə hüququnun tanınmasına yol açmışdır.
Fəslin “Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə” adlanan II yarımfəslində qeyd edilir ki, XX əsrin sonlarına doğru əsrin əvvəllərində baş verən ictimai-siyasi proseslər yenidən təkrarlandı. Ermənilərin qədim türk yurdu Naxçıvana ərazi iddiaları yenidən baş qaldırdı. Bu dövrdə ölkənin paytaxtından real kömək göstərilməməsi azmış kimi, səriştəsiz rəhbərlərin məsuliyyətsizliyi və hakimiyyət uğrunda amansız mübarizə səbəbindən torpaqlarımızın taleyi hərraca qoyulmuşdu. Düşmənin torpaqlarımızı bölüşdürmək planları reallaşmaqda, Naxçıvan Cənubi Qafqazın siyasi xəritəsindən Azərbaycan torpağı kimi yox edilmək ərəfəsində idi.
Məhz Heydər Əliyevin təşəbbüsü sayəsində Naxçıvanın ağır, mürəkkəb günlərində 1992-ci il mayın 25-də Ali Məclisin Rəyasət Heyəti Naxçıvanın İnkişafı və Müdafiəsi Fondunun yaradılması haqqında qərar qəbul etdi. (Naxçıvan MR Ali Məclisinin Arxivi: fond 1, siyahı 1, iş. 1-39, v. 9-11.) Fondun işinin təşkil olunması, fondda toplanacaq vəsaitin istifadəsinə nəzarət üçün Heydər Əliyevin sədrliyi ilə komissiya yaradılmışdı.
Naxçıvan MR Ali Məclisi bütün bu çətinlikləri nəzərə alaraq dəfələrlə Azərbaycan Respublikasının Prezidentinə, parlamentə, Nazirlər Kabinetinə müraciət edib, Naxçıvanı blokadadan çıxarmaq üçün təcili tədbirlərin görülməsini xahiş etmişdi. Azərbaycan Respublikasının Milli Məclisi iki dəfə – 1992-ci il iyulun 15-də və 1992-ci il avqustun 18-də Naxçıvan MR-da vəziyyət haqqında məsələ müzakirə edərək müvafiq qərarlar qəbul etmişdir. Lakin bu qərarlar Azərbaycanın nazirlikləri tərəfindən yerinə yetirilməmiş, bəzi rəhbər vəzifəli şəxslər, muxtar respublikanın əhalisinin taleyinə biganə münasibət bəsləmişdilər. (Naxçıvan MR Ali Məclisinin Arxivi: fond 1, siyahı 1, iş, 1-48, v. 5)
Təcavüzün qarşısının alınması məqsədilə dəfələrlə Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyev tərəfindən hətta Ermənistan prezidenti Levon Ter-Petrosyanla əlaqə saxlanılmış, müvafiq teleqramlar vurulmuşdu. 1993-cü il mayın 14-də Heydər Əliyevlə Ermənistan Ali Soveti sədrinin I müavini Ara Saakyan arasında görüş baş tutmuş və atəşin dayandırılması haqqında bəyannamə imzalanmışdı. (Qayıdış (1990-1993). Sənədlər toplusu. Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr. Bakı: Azərbaycan, 2008, s. 638)
Heydər Əliyevin Naxçıvana rəhbərliyi dövrü, eləcə də Azərbaycan Respublikasının Prezidenti vəzifəsində işlədiyi illər Naxçıvanın muxtariyyət statusunun möhkəmləndirilməsində mühüm dövr oldu. Belə ki, 1991-ci il yanvar ayının 11-də Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan MR Ali Məclisi Moskva və Qars müqavilələrinin iştirakçısı olan dövlətlərə bəyanat verərək onları muxtar respublikanın ərazi bütövlüyünün erməni təcavüzü nəticəsində pozulması faktına münasibət bildirməyə çağırdı.
Yalnız mahir siyasətçi və strateq Heydər Əliyevin müdrikliyi və qətiyyəti Naxçıvanı düşmən işğalından xilas etdi, onu Azərbaycana tərkib hissəsi kimi qoruyub saxlaya bildi.
II fəslin “Heydər Əliyev və Naxçıvanda ordu quruculuğu” adlanan III yarımfəslində vurğulanır ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ordu quruculuğunda yeni dönüş mərhələsi başladı.
1991-ci il oktyabrın 26-da Naxçıvan MR Ali Məclisinin sessiyasında Heydər Əliyevin rəhbərlyi ilə SSRİ Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hissələrinin statusu məsələsi müzakirə olundu.
Muxtar respublika ərazisində uzun illər boyu yerləşən keçmiş SSRİ Silahlı Qüvvələrinin, sonra isə Rusiya Federasiyasının tabeliyində olan hərbi hissələrin ləğv olunması, onların sərəncamında olan hərbi və mülki əmlakın müstəqil Azərbaycan dövlətinə təhvil verilməsi, digər dövlətə mənsub olan hərbi qulluqçuların Naxçıvanın ərazisini tərk etməsi böyük tarixi əhəmiyyətə malik olan bir hadisə idi və bunun əsas təşkilatçısı milli ordu quruculunun banisi Heydər Əliyev olmuşdur.
Naxçıvandakı 41-ci sərhəd dəstəsinin də bütün əmlakı, mühəndistexniki qurğuları, silah və texnikası Azərbaycana tabe edilmiş, Azərbaycanda ilk sərhəd dəstəsi də məhz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda yaradılmışdı.
1992-ci il yanvarın 2-də Naxçıvan MR Ali Məclisi muxtar respublika ərazisində yerləşən silahlı qüvvələrin hərbi hissələrinin bütün tikililərinin, əmlakının, silah və hərbi sursatlarının, hərbi, mülki texnikasının Naxçıvan Muxtar Respublikasına məxsus olması barədə qərar qəbul etdi. (Naxçıvan MR Ali Məclisinin Arxivi: fond 1, siyahı 1, iş 1-30, v. 14-18) Naxçıvan MR Ali Məclisinin 1992-ci il iyulun 25-də qəbul etdiyi digər bir qərarda göstərilirdi ki, razılaşmaya əsasən Naxçıvan şəhərində yerləşən 75-ci motoatıcı diviziya ləğv edilərək bütün əmlakı Azərbaycan Respublikasının sərəncamına verilir. Eyni zamanda orada qulluq edən bütün azərbaycanlılar Azərbaycan Respublikası silahlı qüvvələrinin tərkibinə daxil olurlar.
1992-ci il iyul ayının 28-də Naxçıvan MR Ali Məclisinin təklifi ilə Azərbaycan Respublikası Sərhəd Qoşunlarının Naxçıvan ərazisində I sərhəd qoşun dəstəsi yaradıldı. 1992-ci ilin avqust və sentyabr aylarında Rusiya tərəfindən 41-ci sərhəd qoşunları dəstəsinin ləğv olunması, onun bütün əmlakının Azərbaycana verilməsi haqqında qərarlar qəbul edildi. Sentyabrın 29-da Naxçıvan MR Ali Məclisi tərəfindən 41-ci sərhəd qoşunları dəstəsinin ləğv olunması, onun funksiyalarının, bütün hərbi sursat və əmlakın Azərbaycan Respublikasının I Sərhəd dəstəsinə verilməsi haqqında sərəncam imzalandı. Həmin gün sərhəd dəstəsinin sonuncu zabit və əsgər qrupu Naxçıvanı tərk etdi. (Qayıdış (1990-1993). Sənədlər toplusu. Bakı: Azərbaycan, 1996, s. 557)
Dissertasiyanın “Heydər Əliyev və Naxçıvanda elm, təhsil və mədəniyyətin inkişafı məsələləri” adlanan III fəsli dörd yarımfəsildən ibarətdir. Fəslin “Heydər Əliyev və Naxçıvanda elmin və təhsilin inkişafı” adlanan I yarımfəsildə bildirilir ki, Heydər Əliyev hələ 1969-cu ildə Azərbaycanda rəhbər vəzifədə işlədiyi dövrdə də təhsilin inkişafı bu uzaqgörən siyasətçinin daim diqqət mərkəzində olmuşdur. 1970-80-ci illərdə texniki-peşə təhsili məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində də böyük işlər həyata keçirildi. Ulu öndərin hakimiyyətə gəlişi orta ixtisas məktəblərinin fəaliyyətində də böyük canlanma yaratdı. 1971-ci ildə Naxçıvan Politexnik Texnikumu, 1975-ci ildə isə Orta İxtisas Musiqi Məktəbi fəaliyyətə başladı. Muxtar respublikada ali və orta ixtisas məktəblərində tələbələrin sayı da əhəmiyyətli dərəcədə artdı.
Azərbaycanın ali məktəbləri ailəsində özünəməxsus yeri və mövqeyi olan Naxçıvan Dövlət Universitetinin yaranması və inkişafında Heydər Əliyevin böyük və əvəzsiz xidmətləri olmuşdur. Belə ki, Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdə muxtar respublikada yeganə ali təhsil ocağı 1967- ci ildə fəaliyyətə başlayan Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialı idi. 1972-ci il iyunun 20-də Azərbaycan KP MK Bürosunun “Naxçıvan şəhərində Pedaqoji İnstitutun təşkili haqqında” Azərbaycan KP MKnın Birinci katibi Heydər Əliyev tərəfindən imzalanmış qərarı qəbul edildi. (ARPİİSSA: fond 1, siyahı 59, iş 54, v. 71) Bu ali təhsil ocağının fəaliyyətini diqqət mərkəzində saxlayan Heydər Əliyev Naxçıvan MR-nın yaradılmasının 50 illiyi ilə əlaqədar qədim diyara gələrək 1974-cü il oktyabr ayının 4-də Naxçıvan DPİ-nin müəllim və tələbə heyəti ilə görüşmüş, pedaqoji institutun bazasında müstəqil dövlət universitetinin yaradılması zərurəti haqqında ilk fikirlərini irəli sürmüşdü. (Həbibbəyli İ.Ə. Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti. Naxçıvan: Qeyrət, 1998, s. 9) Onun bu ideyası 29 dekabr 1990-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin 584 saylı qərarı ilə həyata keçirilmiş, Pedaqoji İnstitutun bazasında Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universiteti (NDU) yaradılmışdı. (Həbibbəyli İ.Ə. Heydər Əliyevin həyatı və fəaliyyəti dövründə Naxçıvan Dövlət Universitet. Naxçıvan: Qeyrət ,2002, s.11)
NDU Elmi Şurasının 1999-cu il 9 oktyabr tarixli qərarı ilə Azərbaycanda milli təhsilin, elm və mədəniyyətin inkişafı sahəsindəki görkəmli xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevə universitetin fəxri doktoru alimlik dərəcəsi verilmiş və NDUnun fəxri doktoru diplomu 11 oktyabr 1999-cu ildə Prezidentin universitetə gəlişi zamanı ona təqdim edilmişdi.
Heydər Əliyev ölkədə təhsilin hərtərəfli inkişafını daim diqqət mərkəzində saxlamış, vaxtaşırı onun tərəqqisi naminə öz tövsiyələrini vermişdir. İstər orta təhsil, istərsə də ali təhsil sistemində bir çox islahatların keçirilməsinə nail olmuş, bu sahədə bir çox zəruri sərəncamlar imzalamışdır.
Heydər Əliyev təhsillə bərabər, elmin inkişafına da xüsusi diqqət və böyük qayğı göstərirdi. AMEA Naxçıvan Bölməsinin yaradılması da onun muxtar respublikada elmin inkişafına verdiyi ən böyük töhfələrdən biridir.
Fəslin “Heydər Əliyev və Naxçıvanda mədəniyyətin inkişafı” adlanan II yarımfəsildə ölkənin mədəni inkişaf səviyyəsi təhlil edilir. Heydər Əliyev hakimiyyətinin hər iki dövründə mədəniyyətin inkişafına xüsusi diqqət yetirmiş, yaradıcı ziyalıların üzə çıxarılmasında böyük rol oynamışdır. İstər sovet hakimiyyəti dövründə respublikaya rəhbərlik edərkən, istərsə də müstəqilliyin ilk illərində ölkədə yaşanan iqtisadi çətinliklərə baxmayaraq Heydər Əliyev ayrı-ayrı musiqi kollektivlərinin, mədəniyyət ocaqlarının fəaliyyətini təmin etmək üçün müxtəlif məqsədyönlü tədbirlər görürdü.
Naxçıvan teatrının ən yüksək inkişafı 70-80-ci illərə təsadüf edir. Ulu öndərin səyi nəticəsində teatrın maddi-texniki bazası möhkəmləndirilmiş, teatr xadimlərinə xüsusi qayğı göstərilmişdir. Naxçıvan şəhərində M.Sidqi adına Uşaq Kukla Teatrının fəaliyyətə başlaması Heydər Əliyevin böyüməkdə olan nəslə, uşaqlara qayğısının daha bir təzahürü idi.
1970-1980-ci illərdə muxtar respublikada bəstəkarlıq sənəti də yeni inkişaf mərhələsinə qədəm qoymuşdu. Naxçıvanda rəsm sənətinin inkişafında XX əsrin 70-ci illəri xüsusi bir mərhələ təşkil edir. 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan şöbəsinin yaradılması bu sənət növünün inkişafına güclü təkan verdi.
Geniş xalq kütlələrinin mədəni səviyyəsinin yüksəldilməsində kitabxanaların rolu əvəzsizdir. Onların sayının artırılması, yeni ədəbiyyatlarla zənginləşdirlməsi Heydər Əliyevin fəaliyyətinin bütün dönəmlərində gündəmdə olmuş və bu istiqamətdəki bütün problemlər öz həllini tapmışdır.
Ölkəmizdə muzey işinin yenidən qurulması və təşkili də bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. O, bütün fəaliyyəti boyu ədiblərimizin yaradıcılığını da diqqətdə saxlamış, adlarını əbədiləşdirmişdir.
Fəslin “Heydər Əliyev Naxçıvanın görkəmli yetirmələri haqqında” adlanan III yarımfəslində vurğulanır ki, Naxçıvan diyarı tarixin bir çox mərhələlərində dünya siyasətinə, elminə, mədəniyyətinə nadir simalar bəxş etmiş, onlar isə öz növbəsində Naxçıvanı dünyada layiqincə tanıtmışlar. Ulu öndər bu görkəmli nümayəndələrin yaradıcılığını izləmiş, yubileylərinin keçirilməsi adlarının əbədiləşdirilməsi üçün böyük işlər görmüşdür.
Heydər Əliyevin təşəbbüsü ilə 1981-ci ildə N.Tusinin 780, 2000-ci ildə isə 800 illik yubileyləri keçirilmiş, şərəfinə medal təsis edilmiş, abidələri ucaldılmış, portreti yaradılmış, bir sıra elm, təhsil və mədənimaarif müəssisələrinə və küçələrə Tusinin adı verilmişdir.
Heydər Əliyev C.Məmmədquluzadə yaradıcılığını həmişə diqqətdə saxlamış, 1999-cu ildə Naxçıvan şəhərində yazıçının ev-muzeyinin açılışında iştirak etmiş və nitq söyləmişdi. Orbubad şəhərində M.S.Ordubadinin ev muzeyi yaradılmışdı.
Heydər Əliyevin təşəbbüsü ilə 1981-ci ildə Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında qərar qəbul edilmiş, 1981-ci ildə ölməz sənətkarın cənazəsi Sibirdən Azərbaycana gətirilib doğulduğu Naxçıvanda torpağa tapşırılmışdı.
Heydər Əliyev Naxçıvanda ədəbiyyatın, ədəbi fikrin inkişafı, təbliği sahəsində göstərdiyi misilsiz xidmətlərindən biri də şair və yazıçıların dövlət səviyyəsində yubileylərinin keçirilməsi və adlarının əbədiləşdirilməsi idi. Belə ki, Heydər Əliyevin dövlət başçısı kimi qərar və sərəncamları ilə 1972-ci ildə M.S.Ordubadinn 100, 1981-ci ildə 110, 1980-ci ildə Ə.Qəmküsarın 100, Ə.Şərifin 85 illik yubileyləri həm Naxçıvanda, həm də Bakıda böyük təntənə ilə qeyd edilmişdi.
Fəslin “Heydər Əliyev Naxçıvan abidələri haqqında” adlanan IV yarımfəslində qeyd edilir ki, muxtar respublikada yerləşən tarixi abidələrin, müqəddəs yerlərin bərpası Heydər Əliyev tərəfindən diqqətdə saxlanılmış və bu istiqamətdə təxirəsalınmaz işlər görülmüşdür. Heydər Əliyevin tövsiyə və tapşırığı ilə e.ə. VII əsrin abidəsi olan Əshabi-Kəhf ziyarətgahında yüksək səviyyədə təmir-bərpa işləri aparılmışdır.
Naxçıvanın tarixi abidələri arasında, təbii ki, Gəmiqaya abidəsinin Azərbaycan tarixşünaslığında xüsusi yeri vardır. Naxçıvanın maddi mədəniyyətinin, xüsusən Gəmiqaya abidəsinin ümumbəşəri dəyərini və xalqımızın tarixinin öyrənilməsində elmi əhəmiyyətini yüksək qiymətləndirən Heydər Əliyev 2001-ci ildə muxtar respublikanın ərazisində geniş arxeoloji tədqiqatlar aparılmasını bir vəzifə kimi qarşıya qoydu. Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov 26 aprel 2001-ci ildə “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” Sərəncam imzaladı. 2001- ci ilin avqustunda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, AMEA Naxçıvan REM, NDU əməkdaşlarının iştirakı ilə Gəmiqayaya elmi ekspedisiya təşkil edildi, abidənin əsaslı şəkildə yenidən öyrənilməsinə başlandı.
Naxçıvan MR ərazisində mövcud olan qədim mədəniyyət abidələrinin tədqiqində Naxçıvan MR Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 6 dekabr 2005-ci il tarixili Sərəncamının böyük əhəmiyyəti olmuşdur.
2003-cü ildə Möminə Xatın və Qarabağlar türbəsində beynəlxalq təşkilatların iştirakı ilə bərpa və yenidənqurma işləri aparılmışdır.
Ümumiyyətlə, Naxçıvanın tarixi-memarlıq abidələrindən XII əsr abidəsi Yusif Küseyiroğlu türbəsi, XVIII əsrə aid Xan sarayı, XII-XIV əsrə aid Buzxana, XVI-XVIII əsrə aid edilən İmamzadə kompleksi, Əlincəçay Xanəgah kompleksi, “İsmayıl xan hamamı”, Came məscidi, Qarabağlar memarlıq kompleksi, Ordubadda Aza körpüsü, qədim Zorxana abidəsi, Bazarçay ətrafındakı yeraltı abidə və s. yüksək səviyyədə əsaslı təmir və bərpa edilmişdir.
“Nəticə”də tədqiq edilən problemlə bağlı ümumiləşdirmələr aparılmış, elmi nəticələr çıxarılmışdır.
Dissertasiyanın əsas məzmunu müəllifin nəşr edilmiş aşağıdakı elmi əsərlərində öz əksini tapmışdır:
- Heydər Əliyev və Müstəqillik dövrü tarixinin problemləri // Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xəbərləri, 2004, № 2, s. 135-136
- Heydər Əliyev və Milli Təhsil Strategiyası // Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xəbərləri, 2004, № 4, s. 549-551
- Heydər Əliyev və Azərbaycan tarixşünaslığına dövlət qayğısı // Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər” jurnalı, 2005, № 4, s. 57-60
- H.Əliyev və Azərbaycan tarixinin bəzi məsələləri // Tarix və onun problemləri, 2005, № 3, s. 265-267
- Heydər Əliyev və Naxçıvan (1990-1993) // Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər” jurnalı, 2006, № 3, s. 69-72
- Heydər Əliyev: Naxçıvanda elmin və təhsilin inkişafı // Tarix və onun problemləri, 2009, № 3, s. 145-148
- Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir // Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xəbərləri, 2010, № 2, s. 96-104
- Naxçıvanda mədəniyyətin inkişafında H.Əliyevin rolu / Kültür Evreni. Uluslararası Sosyal Bilimler dergisi, Ankara, 2010, № 2, s. 404-409
- Heydər Əliyev və Naxçıvanda ordu quruculuğu // Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xəbərləri, 2011, № 2, s. 148-153
- Heydər Əliyevin Naxçıvanda dövlətçiliyin möhkəmləndirilməsi istiqamətindəki fəaliyyəti // Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xəbərləri, 2011, № 3, s. 129-133
- Naxçıvanda ordu quruculuğu Heydər Əliyev siyasətinin tərkib hissəsidir / Avrasya Kurumu Sempozyum Bildirileri. Ankara: 2011, s. 187- 193
- Heydər Əliyev Naxçıvanın abidələri haqqında // AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Axtarışlar” jurnalı, 2011, № 2, s. 149-154
- “Heydər Əliyevin dövlətçilik və siyasi fəaliyyətinin Naxçıvan dövrü (1990-1993)” mövzusunun tədrisində milli şüurun inkişaf etdirilməsi məsələləri / “Müasir təlim metodları və yeni pedaqoji texnologiyanın təlimtərbiyə prosesində tətbiqi” mövzusuna həsr edilmiş elmi-praktik konfransın materialları. Naxçıvan: Məktəb nəşriyyatı, 2011, s. 74-77
- Heydər Əliyev və və görkəmli tarixi şəxsiyyətlər // AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Axtarışlar” jurnalı, 2012, II (4), s. 105-110
- Azərbaycan tarixinin tədrisində “Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə” məsələləri // Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər” jurnalı, 2012, s. 73-79
- Heydər Əliyev və Naxçıvan tarixi məsələləri // AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Axtarışlar” jurnalı, 2013, № 1, s. 95-97
- Heydər Əliyev və Naxçıvan tarixinin öyrənilməsi məsələləri / Heydər Əliyev dövlətçilik təliminin işıqları “Elmi əsərlər”in “İctimai elmlər” seriyasının xüsusi buraxılışı, 2013, s.145-150
- Heydər Əliyev və Naxçıvan tarixinə müasir baxış / Azərbaycanşünaslığın aktual problemləri. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş IV Beynəlxalq elmi konfransın materialları. Bakı Slavyan Universiteti. Bakı: 2013, s.107-109
- Heydər Əliyev və Naxçıvanda elmin inkişafı / “Müasir təlim metodları və yeni pedaqoji texnologiyanın təlim-tərbiyə prosesində tətbiqi” mövzusuna həsr edilmiş elmi-praktik konfransın materialları. Naxçıvan: Məktəb nəşriyyatı, 2013, s. 22-27
260 Arxeologiya, Etnoqrafiya Tarix və onun problemləri
miyyətlə, sənətkarlığın o dövr üçün ən yüksək nəticəsi adlandırıla bilər.
Baş, boyun, bel, əl, ayaq növlərinə ayrılan zinətlərin hər biri yüksək ustalıqla hazır-
lanırdı. Daş-qaş, cəvahiratın gözəllik və magik səciyyəsi ilə bahəm, onlar həm də müalicəvi
xarakter daşıyırdılar. Qədim zamanlarda zümrüdü ilan zəhərinə qarşı ən yaxşı müalicə vasitəsi
hesab edirdilər (2, s.150). Göz ağrısı dərmanları hazırlayarkən də ondan istifadə olunurdu (3,
s.23). İnsanlar hələ uzaq keçmişdə qızılın bəd ruhlardan qoruyucu funksiyasını düşünmüş,
gümüşün orqanizmə xeyirli olduğunu, bəzi daşların xəstələrə şəfa verdiyini (kəhrəba zob
xəstəliyində və s.) müşahidə edib yadda saxlamışlar. Məhz bu səbəblərdən də mədəni
tərəqqinin başlanğıcından ta bugünlərədək bəzəklər kasıb və varlı geyimlərini tamamlamışdır.
Bəhs olunan dövrdə ənənəvi qadın zinətlərini tac, yarımtac, cıqqa, gülsinə, gərdənbənd,
silsilə, bilərzik, üzük, sırğa (güşvarə), xalxal və s. təşkil edirdi.Qadınlar araqçının üstünə
mirvari ilə bəzədilən qızıl cıqqa, yaxud tovuz quşu və dan quşunun lələyini taxırdılar. Çarqəd
dəbə düşdüyü zaman cıqqadan istifadə səngiyir. Bunun əvəzinə çarqədin ətrafına aypara
formasında güllər tikilir, ya da yaylığın sol tərəfinə qızıl gül sancılırdı. Çarqədin üstündən
boğazaltı vurulan gülsinə (broş) də zövqlü oxşayırdı. Başın arxasından rubəndi bənd etmək
üçün bəzəkli qızıl və gümüş qüllabdan istifadə edilirdi.
Şahzadə və əyan-əşrəf qadınları toy, bayram və dəbdəbəli qonaqlıqlar rəsmi olardısa,
almaz və bahalı ləl-cəvahiratla bəzədilən tac, qeyri-rəsmi mərasimlərdə isə yarımtac taxırdılar
Arxeologiya, Etnoqrafiya 261
Tarix və onun problemləri,
(4, s.35). Qeyd edək ki, yas mərasimlərində, Ramazan və Məhərrəmlik aylarında bəzəklərdən
istifadə birmənalı qarşılanmırdı. Dövrün bəzəklərində mirvari daha çox diqqəti cəlb edir.
Hazırda Tehranda Milli Cəvahirat muzeyində saxlanılan vəliəhd Abbas Mirzəyə məxsus
tackulah mirvarili tikmənin ən gözəl nümunələrindəndir. Tac şəklində olan papaq qırmızı atlas
və məxmərdən düzəldilmiş, üzəri büsbütün pulək, güləbətin və mirvari ilə işlənərək muncuqla
haşiyələnmişdir. Baş hissəsində bərkidilən iri zümrüd daşı tackulaha xüsusi yaraşıq verir.
Ömrünün böyük hissəsini Təbrizdə keçirən Abbas Mirzə rəsmi tədbirlərdə, əsasən Novruz
bayramındakı “salam” mərasimində həmin tackulahı başına qoyurdu.
XIX əsrin əvvəllərində Qacar şahzadələrinin çəkildiyi rəsm əsərlərində onların sadə
daş-qaşla işlənmiş tac, üzük, bazubənd, sallanma kəmər, toqqa, cib saatı, təsbeh, çubuq qəl-
yandan istifadə etdiyi müşahidə edilir. Onların geydiyi sərdarinin çiyinliyi, qılıncının qını və
xəncərləri üzərində də zəngin bəzəklərə – qiymətli metaldan olan “həbbabi” adlı düymələr,
muncuq, pul, qızıl pulək, çəkili işləmələr və s. rast gəlinir. XIX əsrdə yaşamış yəhudi əsilli
Avstriya-Macarıstan tədqiqatçısı (həkim, etnoqraf) Yakob Eduard Polak öz səyahətnaməsində
geyim və bəzəklərə xüsusi fəsil həsr etmişdir. O yazır ki, kişilər adətən qapağı düymə ilə
açılan cib saatlarından istifadə edirlər. Saat zəncirinin bir ucu saatın özünə, digər ucu isə cibə
bərkidilir və celiqənin (jilet – İ.M) cibinə qoyulur. Saatı şal materialdan hazırlanan saatqabıda
saxlayırlar. Saat Ramazan ayında ən sevimli əşyaya çevrilir, çünki hər vaxt insanları aclıq və
susuzluqdan qurtulmağa, qəlyan çəkməyə xəbərdar edir. Üzüklərin qaşı firuzədəndir. Üzərində
yazısı olan əqiq qaşlı sadə üzük taxırlar. Bu üzüklərin keyfiyyəti şəxsin cəmiyyətdə tutduğu
mövqe ilə əlaqədardır (5, s.156-157).
Üzüklər orta əsrlərdə olduğu kimi bəhs edilən dövrdə yenə də dəbdə idi. Kişilər gümüş,
qadınlar qızıl və gümüş üzüklərdən istifadə edirdilər. Bəzən bir barmağa bir neçə üzük
taxırdılar. Varlıların əlində 5-6, bəzən 15-16 gümüş üzük görünürdü. Nişan üzüyünü adaxlı
qızlar sağ, evli qadınlar sol əlin barmağına, digərləri isə istər qadın, istərsə də kişilər şəhadət
və baş barmaqdan savayı qalan üç barmağa taxırdılar. Üzük taxmaq bəzək məqsədindən əlavə,
ibtidai inanclar və İslam dini etiqadıyla bağlı idi. Hədislərdən məlum olur ki, Məhəmməd
Peyğəmbər üzük daşımağı təqdirəlayiq saymışdır.
Orta əsrlərdə kişilərin barmağında arvadlarının sayına görə üzüklər olardı. Varlı kişilər
əlindəkindən əlavə boynundan da bir neçə üzük salladardılar (6, s.12). Üzüklər hələ qədim
zamanlardan möhür funksiyası da daşıyırdı. Kişilər pul kisəsində saxladıqları möhür üzüklə-
rini geydikləri qəbanın altında gizlədərdilər. Bəziləri isə onları nümayişkarcasına cib saatının
zəncirindən asardılar. Lakin namaz vaxtı bütün bəzəklər kimi, üzüklər də çıxarılırdı. Şəriətə
görə, insan Allahın dərgahında maddi deyil, mənən zəngin olmalıdır. İnanca görə, yaradan in-
sanı fəqir görərsə, ona bərəkət nazil edər. Dövrün muzey materiallarına nəzər saldıqda məlum
olur ki, əksəriyyətinin üzərində dini yazılar, ələxsus da “La ilahə illəllah, Muhəmmədən
Rəsulallah” (Allahdan başqa Allah yoxdur, Məhəmməd Allahın elçisidir) ifadəsi və İxlas
surəsinin ayələri yazılmışdır. Əvvəlki dövrlərə nəzərən XIX əsrə məxsus üzüklər daha
cəlbedicidir. Belə ki, onların üzərində xətlər cızılmış, müxtəlif həndəsi naxışlar oyulmuş,
bununla da rəngli oval daş üzərinə düşən işıq oymalara daha da parlaqlıq verməkdədir.
Kübar xanımlar almaz, mirvari, zümrüd (yaşıl qaş), yaqut (qırmızı daş), füruzə daşlarla
işlənən qızıl boyunbağılar, ortabablar isə kəhrəba, sədəf, mərcan, süni daşlar və gümüş pullar-
dan ibarət bəzəklər taxırdılar. Bu qiymətli daşlardan bir çoxu ölkəyə karvan ticarəti vasitəsilə
Şərq ölkələrindən gətirilirdi. Kombinə edilmiş şəkildə (qiymətli metallarla ləl-cəvahiratın
kombinəsi) hazırlanan zinət və zər-zəbərcəd baha başa gəldiyindən imkansız qadınlar ucuz
Arxeologiya, Etnoqrafiya
Tarix və onun problemləri,
daşlardan, adi şüşədən, misdən, tuncdan, hətta bəzi meyvələrin çəyirdəklərindən (iydə, xurma
və s.) sapa düzməklə bəzək şeyləri hazırlayıb gəzdirirdilər (7, s.146).
Bəzəklər içində xüsusilə, minalı bazubəndlər qadın və kişilər arasında daha geniş
yayılmışdı (8, s.347). Uzun sallanma və ya qısa qızıl sırğalar aypara, damla, badami, zəng,
zoomorf (əsasən quş şəklində) vəmüxtəlif formalarda düzəldilir, üzəri almaz, yaqut, zümrüd
və s. qiymətli daşlarla işlənirdi. Belə bağlanan toqqalar geyim elementi sayılsa da, onların
bəzək səciyyəsi az deyildi.
Bəzəklər ayaq üçün də nəzərdə tutulurdu. Topuğa “xalxal” adlanan halqalar keçirilir,
onlara fındıq boyda, içi boş olan girdə bəzəklər bəndlənirdi. Kübar xanımlar xalxalı qızıl və
gümüşdən, şəhərin yoxsul qadınları isə mis və bürüncdən hazırlatdırardılar. Xalxal rəqqasə
bəzəklərində xüsusi yer tuturdu. Dövrün tələbinə görə zinət əşyaları zərgərlik emalatxana-
larında şəxsi sifarişlə düzəldilir, hər bir əşya fərdilik təşkil edirdi. Zərgərlər arasındakı qızğın
rəqabət göstərilən dövrdə zərgərlik sənətinin intişarının təkanverici amillərindən idi.
Nəsrəddin şahın Avropa səfərlərindən sonra geyimlər kimi bəzəklərdə də kəskin
dəyişikliklər baş verdi. Şah Avropadan yonulmamış almas almış və ölkəsinə qayıdarkən onu
təraş etdirərək geydiyi sərdarisinə düymə tikdirmişdi (9, s.454). XIX əsrin II yarısında geyim
və bəzəklərin Avropa modasına sıx yaxınlaşması müşahidə edilsə də, ənənəvi Şərq üslubu,
daha dəbdəbəli görünüş hələ də qalmaqda idi. Hətta uşaq fotolarında da bilərzik, boyunbağı və
xalxal diqqəti cəlb edir.
Xüsusi zövq və baxımlılıq əlaməti olaraq kosmetik vasitələrdən qadınlarla bahəm,
kişilər də istifadə edirdilər. Qadınlar sürmə vasitəsilə gözlərini iri və xumari, qaşlarını isə
vəsmə ilə hilal formasında düzəldirdilər. Qaşlar gicgahadək uzadılır, onların ortasına qara xal
qoyularaq birləşdirilirdi. Çatma qaşlar, dodaq və yanağa xal qoymaq dəbdə idi. Yeddi adda
kosmetik vasitədən –xına, sürmə, vəsmə, surxab, sefidab, zərək və qaliyədən istifadə olunurdu
(4, s.33). Bunların hər biri bəzək qutusunda saxlanırdı.
Xına kollarında salxım formasında bitən ağ gülləri dərib qurudur və sonra üyüdürdülər.
Xınadan həm kişilər, həm də qadınlar istifadə edirlər. Kişilər saç-saqqalına, ayaq və əl
dırnaqlarına, qadınlar da həmçinin saç, əl-ayaq və bədənin müxtəlif hissəsini naxışlayarkən
xına yaxırdılar. Tünd rəng almaqdan ötrü xınanın üzərinə qaynadılmış qoz yarpaqları və ya
soğan qabığının suyunu əlavə edirdilər. Bəzən xına başa qoyulduqdan sonra üstünü qoz
yarpaqları ilə örtürdülər. Xınayaxma mərasimi hamamda icra olunurdu.
Vəsmə bitkisini suda qaynadır və alınan qara rənglə qadınlar qaşlarını boyayırdılar.
Apardığımız sorgular zamanı məlumatçılar vəsməni “qara xına” adlandıraraq onu nil (lil)
yarpağı, bəziləri isə qara daşın üyüdülməsindən alınan maddə kimi təqdim etdilər. Xalq
arasında vəsmə həm də “Məcnun xına” adıyla tanınır.
Surxab və ya surxidən yanaq və dodaqların qızardılması üçün istifadə edilirdi. O, sabun
kimi girdə düzəldilir, onunla üzlərini yuyurdular. Yanaqların çəhrayi rəngə çalması üçün
kirşan çəkilirdi.
Sürmə qara parlaq daşı əzib tozuna xüsusi maye qarışdırılaraq alınırdı. Gözün kənar-
larına çəkilən sürmə “sürmədan” adlı filiz qabda saxlanılır, “sürməçub” adlı millə sürtülürdü.
Sürməçub adətən, adi metal, gümüş və ya fil sümüyündən düzəldilirdi. Bəzən badam tumunu
yandırıb sürmə yerinə işlədirdilər.
Zərək və ya zərvənəq qızıl ovuntuları olub, parlaqlıq məqsədilə üzə səpilirdi. Qaliyə
müşk-ənbər qarışığı olan xoş qoxulu, qara rəngdə maddə idi. Onunla saçları qara rəngə bo-
yayırdılar. Saç-saqqalın qaraldılmasında xəzab adlı vasitədən də istifadə edirdilər. Ərəb mən-
şəli olan xəzab xına, vəsmə və xüsusi gül yarpaqlarının qarışığından alınırdı.
Arxeologiya, Etnoqrafiya 263
Tarix və onun problemləri,
Ənlik üz dərisinin ağardılması üçün istifadə edilirdi. Sefidab də bu məqsədə xidmət
edirdi. Bəzi məlumatçılar sefidab və ruşuru eyniləşdirirlər.
Toy, bayram, qonaqlıq mərasimlərində qadınların üzünün bəzədilməsi ilə xüsusi peşə
sahibi ― məşşatə məşğul olurdu. O, barmaqlarının arasına keçirdiyi səkkizvari sap və maqqaş
vasitəsilə xanımların qaş və üz tüklərini alıb təmizləyirdi. Bundan sonra yuxarıda adı çəkilən
kosmetik vasitələri sifətə sürtürdü. Xoş qoxu məqsədilə saç və bədənə gülab, ənbər və ətir
çilənirdi. Niqarbənd isə hamamda qadınların əl-ayağına xına ilə naxış vururdu. Nadir hallarda
sifət və bədən dərisinə yazı və naxışlardan ibarət tatu da olunurdu.
Bu dövrdə qadınlar uzun saçlar saxlayır, qara və xınayi rəngə boyayırdılar. Saçlar
təpənin ortasından iki yerə bölünür və hörülürdü. Fotolarda bəzən ucuna lent bağlanmış
çoxsaylı hörüklər müşahidə edilir. Saray qadınları hörüklərin ucuna sikkələr, mirvari və ya
fındıq, badam, püstə şəklində qızıl və gümüş zinətlər asırdılar. Saçın hörüyə gəlməyən qısa
cığaları qızıl, ya gümüş qüllabla (süs) yığılıb bəzənirdi. Hörükdən əlavə, saçlar qızdırılmış
maşa ilə burularaq arxaya atılırdı. Eşitdiyimiz şifahi məlumata görə, saçları lazımi formaya
salmaqdan ötrü heyva tumunu qaynadaraq alınan mət mayedən istifadə edirdilər. XX əsrin ilk
onilliklərində isə Avropa modasının təsirilə qadınların artıq süni saçlar (şinyon) qoyduğu
Kosmetik vasitələrin hər biri müxtəlif materialdan (parça, taxta, şüşə, dəri və s.) düzəl-
dilən xüsusi qablarda saxlanırdı. Sürmədan (sürmə qabı), sürmə mili, daraq, daraqqabı, xına-
bənd (xına yaylığı, gəlinlər üçün qələmkar parçadan hazırlanırdı), zirpayı (ayağa xına qoyar-
kən ayaqaltı taxta, yaxud mis əşya), sefidab qutusu, ətir qabı, vəsməcuş (vəsmə qaynadılan
mis və gümüşdən olan qab), onun qaşığı və süzgəci və s. kimi kosmetik vasitə qabları vardı.
Sürmədanlar metal, parça, nadir hallarda isə balqabaq saplağından düzəldilirdi (10, s.41). Ən
çox işlədilən parça sürmədanlar məxmər və tirmədən kiçik kisə formasında olub, üzəri
məliləduz, nəqədəduz, mirvari tikmələrlə, hətta qızılı və gümüşü sapla da bəzədilirdi.
Daraqlar taxtadan və daha davamlı olmaqdan ötrü fil sümüyündən hazırlanırdı. Parça
daraqqabılar, qayçıqabılar güləbətin, muncuqlarla bəzədilirdi. Geyim dəstləri üzərində də
bəzək elementləri çoxluq təşkil edirdi. Belə ki, hakim zümrə qiymətli metal və cəvahiratdan
düymələr, muncuq, pul, qızıl və gümüş puləklərdən, habelə qızılı sapla müxtəlif tikmələr
vasitəsilə öz libaslarını zinətləndirirdilər. Bəhs edilən dövrdə geyim nümunələri dərzilər
arasında formalaşan müxtəlif tikmələrlə ― haşiyəduz (geyimin kənarının parçadan fərqli
rəngdə sapla naxışlanması), güləbətin, məliləduz (qızıl və gümüşdən hazırlanan nazik tel ilə
parça üzərində naxışların salınması), tirməduz, şəmsduz (günəş şəkilli naxışların vurulması),
qeytanduz (diametri 1 sm-dən artıq qalın iplə yaxa və ətəyin bəzədilməsi), nəqədəduz (ipək
sapla gül və buta naxışlarının salınması), tikəduz (ola bilsin ki, parçanı hissələrə, yəni tikələrə
bölüb tikirdilər),zərduz, zərəndaz, puləkduz, (parça üzərinə pul-pul aksesuarların tikilməsi),
piləkduz, sırıma və s. hazırlanırdı.
Gaspard Drouville. Voyage en Perse fait en 1812 et 1813. A Paris chez Masson
et Yonet, Libraires, 1828, 282 p.
Sübhi Bəktaşi. Yüz bir hekayət. Bakı: Yazıçı, 1990, 350 s.
Arxeologiya və Etnoqrafiya Tarix və onun problemləri, №4 2014 301
ərazisində olan II Plovdağ nekropolundan tədqiq edilən qəbir abidəsidir.
II Plovdağ nekropolu 2004-cü ilin avqust-sentyabr aylarında AMEA-nın Arxeologiya
və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası Naxçıvan Muxtar Respublikasının Or-
dubad rayonu ərazisində yerləşən II Plovdağ nekropolunda arxeoloji qazıntılar aparmışdır.
Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru B.İbra-
himlinin rəhbərlik etdiyi ekspedisiya AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun
əməkdaşı Solmaz Qaşqay, Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun əməkdaşı
İ.Medvedskaya kimi mütəxəssislərin də iştirakı ilə nekropoluun mərkəzi hissəsində yerləşən 6
və 12 saylı kurqanda silahlı qadın qəbri aşkar etmişdir. Bununla bağlı ilkin məqalə Sankt
Petersburgda çap edilmişdir. Nekropoldakı 6 saylı qəbir qadın qəbri kimi qeydə alınsa da,
onun döyüşçü qadın ola biləcəyi haqqında məlumat verilməmişdir (10, s. 86-93).
II Plovdağ nekropolunun Son Tunc və Erkən dəmir dövrünə aid daş qutu tipli iki kur-
qanaltı qəbrində qadın skletlərinin yanında, içərisində dəvəgözü və çaxmaq daşlarından hazır-
lanmış 13 ədəd ox olan ox qabı (sadak) və dəvəgözü daşından (obsidiandan) hazırlanmış bıçaq
aşkar edilib (3, s.127). Cənubi Qafqazda aşkar edilmiş döyüşçü qadın qəbirlərinin dövrləşdiril-
məsinə əsasən apardığımız tədqiqatlar Plovdağ silahlı qadın qəbrinin indiyə qədər elmə mə-
Arxeologiya və Etnoqrafiya
Tarix və onun problemləri, № 4 2014
lum olan ən qədim döyüşçü qadın qəbri olduğunu ortaya çıxarmış və 2010-cu ildə Almani-
yanın Şpeyer şəhərində keçirilən beynəlxalq elmi konfransda bu barədə ilk məlumat vermiş və
müəlliflər tərəfindən çap edilmiş məqalə (8) konfrans iştirakçılarının diqqətinə çatdırılmışdır
(22). Eyni zamanda 2011-ci ildə AMEA-nın dəstəyi ilə Almaniyada 4 dildə nəşr edilmiş
«Qafqaz Amazonları» kitabında bu barədə beynəlxalq elm aləminə məlumat verilmişdir (1).
Bundan sonra isə arxeoloq B.İbrahimlinin Azərbaycanda bu barədə geniş məqaləsi nəşr olun-
muşdur. O, iki kurqanaltı daş qutu qəbirdə (6 nömrəli və 12 nömrəli) dəfn olunmuş ölüləri
döyüşçü qadın qəbirləri adlandırmış və qəbirlərin geniş təsnifatını vermişdir (3, s.128). Son
Tunc və Erkən dəmir dövrüdə Qafqazın və Azərbaycanın hərb tarixində qadınların mühüm
yeri tutduğu arxeoloji materiallar əsasında ortaya çıxarılmışdır. Skif-sarmat qəbir abidələrin-
dən aşkar olunan faktlar qadınların silahlardan istifadə etdiyini və döyüşlərdə iştirak etməsini
təsdiq edir. Bu qəbirlərdən aşkar olunan insan skeletlərinin antropoloji analizlərlə öyrənilməsi
Cənubi Qafqaz və Azərbaycanda döyüşçü qadınların Son Tunc və Erkən dəmir dövründə
cəmiyyətin sosial-siyasi həyatında fəal iştirak etdiyini təsdiq edir. Homerdən başlayaraq 100-ə
yaxın antik yunan və Roma müəllifləri döyüşçü qadınlar haqqında məlumat vermişlər. Döyüş-
kən qadınlar – amazonlar haqqında antik yunan və Roma mənbələrinin, ərəb mənbələrinin,
Qafqazın qədim mif və dastanlarının hamısının diqqətlə araşdırılması, onların xarakterik xüsu-
siyyətlərinin, ziddiyyətlərinin, oxşar və fərqli cəhətlərinin, mənbələrin yazılma və yayılma
dövrünün diqqətlə nəzərdən keçirilməsi, arxeoloji qazıntılardan aşkar edilmiş tapıntıların mü-
qayisəli təhlili zamanı döyüşçü qadınlarla bağlı məlumatların daha çox bu dövrlə bağlı olduğu
Xoşbəxtlikdən II Plovdağ nekropolunda qəbirlərin üzərindəki torpaq təpəcəyinin qalın
olması qəbri aşınmadan qoruyub. Eyni zamanda möhkəm torpaq qatı bir çox əşyaların (ox qa-
bı, ox qamışları, baş geyimi və bəzi muncuqların) formasının yaxşı saxlanmasına şərait yara-
dıb. Qəbrin örtük daşlarından 50-60 sm dərinlikdə aşkar edilən qadın və uşaq skeletlərindən
ikincisinin sümükləri (xüsusilə qabırğa və ətraf sümükləri) çürüyüb, qadının skelet sümükləri
isə nisbətən yaxşı qalıb. Qadın sağ, uşaq isə sol yanı ustdə, başları şərq istiqamətində, yarıbü-
külü vəziyyətdə dəfn olunublar (3, s.128). Uşaq qadının qolları arasındadır. Qadının sol çiyni
ehtimal ki, əzələlər çürüdükdən sonra uşağa tərəf əyilmiş, sol qolunun bazu sümüyü isə uşağın
çiynindən keçərək qatlanmış və əlinin arxası uşağın çanaq sümüyünə söykənmiş vəziyyətdədir
Ox qabının, pelta, təbərzin balta, qısa qılıncların amazonlar üçün xarakterik olduğunu
bir çox tədqiqatçılar, o cümlədən, Steiner də qeyd etmişdir (19, s. 82). Çürümüş ağac təbəqə-
nin və dərinin izlərinə əsasən ox qabının ölçülərini, gil qatındakı izlərə əsasən isə ox qamışla-
rının diametrini müəyyənləşdirmək mümkün olub. Uzunluğu 60 sm, eni 11 sm, yan tərəfləri
qabarıq olan ox qabının üzəri 15 ədəd (diametri 0,8 sm) piləklərlə (yastı, uzunsov duymələrlə)
və nazik, ensiz, uclarında dördbucaqlı dəliyi olan tunc təbəqə ilə bəzədilib. Ox qamışlarının
saxlanmış izlərinin uzunluğu 45-50 sm, diametrləri isə 0,8-1,0 sm-dir. Dəvəgözü və çaxmaq
daşlarından üçkünc formasında, yüksək ustalıqla yonularaq hazırlanmış ox uclarının uzunluğu
2, 5 sm-dən 4,0 sm-ə, eni isə 1,6 sm-dən 2,1 sm-ə qədərdir (3, s. 128).
Qadının kəllə sümüyünün arxa tərəfində və döş qəfəsinin sağ yarısının altında 8 ədəd
tunc sancaq tapılıb. Uzunluğu 10 cm-ə qədər olan iki sancağın baş tərəfinə əqiqdən və pasta-
dan hazırlanmış muncuqlar keçirilmişdir. Bu sancaqların ortasına yaxın, oval formalı deşiklər
vardır. Onlardan biri qadının alt, digəri isə üst çənə sümüyünə yaxın aşkar edilib. Skeletin çi-
yin sümüklərinə yaxın tapılmış 6 sancağın deşikləri baş tərəfinə yaxın yerləşdirilmişdir (3, s.
Arxeologiya və Etnoqrafiya
Tarix və onun problemləri, № 4 2014
Qadının döş qəfəsinin yaxınlığında tuncdan bispiral formalı iki ədəd asma bəzək,
onların yanında isə bir düzüm muncuq tapılmışdı (3, s. 128).
12 saylı kurqanın daş qutu qəbrindən də bir neçə baş, paltar bəzəkləri, tunc təbəqədən
hazırlanmış diadema, tunc sancaqlar, aypara formalı iki sırğa, əqiqdən və pastadan hazırlanmış
qara rəngli muncuqların aşkar edildiyinə (3, s. 128-130) görə arxeoloq onu da döyüşçü qadın
qəbri adlandırmışdır. Lakin əfsuslar ki, skletlər üzərində antropoloji tədqiqatlar aparılma-
Semo Avçala döyüşçü qadın qəbiri. Gürcüstanda, 1927-ci ildə G.Nioradze tərəfindən
yerin 65 cm dərinliyində döyüşçü qadın qəbri aşkar edilmişdir. Qəbirdən döyüşçü qadının
kəllə sümükləri, tunc qılıınc, qolunun yuxarısında 2 tunc bazubənd, dəmir bıçaq və yaxud
xəncər qırıqları, atın kəllə sümükləri, gümüş üzüklər, gil qab, 37 ədəd əqiq, bir ədəd mirvari
muncuq, tunc düymə və digər əşyalar aşkar edilmişdir (11, s. 221-228). Arxeoloq qadının
oturmuş vəziyyətdə, qıçlarını uzadaraq dəfn olunduğu fikrini irəli sürmüşdür. Qılınc dizlərinin
üzərinə qoyulmuş, sağ tərəfində atı və onun üstündə isə nizəsi olmuşdur. Skeletin qarşısındakı
iki daşın üzərində dəmir bıçaq və ya xəncərin qalıqları, hər iki tərəfində isə müxtəlif gil qablar
aşkar olunmuşdur. Arxeoloq mərhumun üzü cənuba tərəf, oturmuş vəziyyətdə qəbrin arxa di-
varına söykənmiş olduğunu, bu vəziyyətdə onu hər hansı bir köməkçi vasitələrlə möhkəm-
ləndirilərək, daha sonra üstünün torpaqla örtüldüyünü, döyüşçü qadının alt çənəsindən isə
onun 30-40 yaşlarında olduğunu ehtimal edir (11, s. 222). (şəkil 3).Arxeoloq mərhumun kiçik
dişlərinə, üzünün quruluşuna, alın görkəminin formasına və qəbir inventarlarına (qol bazu-
bəndi, 5 ədəd üzük, çoxlu muncuq və digər bəzək əşyaları) əsasən onun döyüşçü qadına aid
olduğunu vurğulamışdır. İsveçli tarixçi – Montelius, (Gustaf Oscar Augustin Montelius (1843-
1921). N.A.) xəncər ilə aşkar edilmiş qadın qəbirlərini amazonlarla bağlayırsa, bizim bunu
demək üçün daha çox haqqımız vardır”, (11, s. 15) deyən arxeoloq Nioradze amazon qəbri
hesab etdiyi döyüşçü qadın qəbrindən aşkar edilmiş qılıncı e. ə. XIII əsrə, qəbrin özünü isə e.ə.
VII əsrə aid edir (şək. 3.15). K.Piçxelauri silahlı qadının dizləri üzərindəki qılıncın tipoloji
analizlərini çıxarmış onu IV
tipinə aid etmiş və qəbiri e.ə. IX əsrin sonuna (830/800), e. ə. I
minilliyin birinci rübünə (e.ə 900-700.) aid etmişdir.
Piçxelaurinin əsərlərində həmçinin Cənu-
bi Qafqaza aid döyüş sursatları geniş tədqiq etmişdir (12; 13; 14; 15; 16).
2010-cu ilin sentyabr ayından 2011-cil ilin fevral ayına qədər Almaniyanın Rheinland-
Pfalz əyalətinin Speyer tarix muzeyində “Amazonlar – döyüşçü qadınlar” adlı sərgi nümayiş
etdirildi. Eksponatlar sərgiyə Berlin, London, Paris, Neapol, Kiyev, Tbilisi muzeylərindən
gətirilmişdi. Sərgidə son illərin bir cox arxeoloji tapıntıları dunya ictimaiyyətinə ilk dəfə təq-
dim edilirdi. Dunyanın ən qədim döyüşçü qadınını təmsil edən əsas eksponat Tbilisidən gətiri-
lən və e.ə. II minilliyə aid olduğu iddia edilən bir döyüşçü qadın qəbri idi. 14-16 yanvar 2011-
ci il tarixdə Speyer Pfalz Tarix Muzeyində bu mövzuda elmi konfrans da keçirilmişdir (21).
Bu sərgi və konfrans təbii ki, amazonların tədqiqi nöqteyi-nəzərindən Qərbdə ilk addım olaraq
cox təqdirəlayiqdir. Lakin sərgi tələsik və səthi aparılmış tədqiqatlar əsasında hazırlanmışdı.
Həm sərgidə, həm də konfransda yunan mifologiyası və skiflər dövrünə, Herodot, Homer və
onlardan sonrakı dövrlərə daha cox onəm verilmişdi. Amma buna baxmayaraq, Tbilisidən
(Gürcüstan) gətirilən, 30-40 yaşlarında həlak olması təxmin edilən döyüşçü qadına məxsus
qəbri sərgi ən qədim (e.ə. II minillik) eksponat kimi dəyərləndirilmiş və beynəlxalq tədqiqat-
cıların böyuk marağına səbəb olmuşdu. 2010-cu ildə muzey tərəfindən buraxılmış, sərgiyə
dair kataloqda da həmin qəbrin tarixi e.ə. II minillik olaraq göstərilib (17, s.174). Sərginin
kordinatoru alman professoru R.Rolleye Semo Avçalo qəbrinin dəqiq tarixi və Plovdağ
döyüşçü qadın qəbrinin daha qədimə aid olması məlum deyildi.
Arxeologiya və Etnoqrafiya
Tarix və onun problemləri, № 4 2014
Nəticədə məlum olur ki, Qərb tədqiqatcıları indiyə qədər Qafqazda, xüsusilə Cənubi
Qafqazda amazon və yaxud döyüşçü qadınlara aid abidələrlə bilavasitə məşğul olmamışlar.
Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə V.Belkin, Y.Hummelin, E.Röslerin, J.de
Morqanın qazmış olduğu qəbirlərdən aşkar edilmiş artefaktların çoxu Semo Avçala qəbrindən
çıxan tunc qılınc, bıçaq, qolbaq, üzük və muncuqlarla demək olar ki, həm dövrünə həm də
tipoloji xüsusiyyətlərinə görə eynidir. Bu Cənubi Qafqazda məskunlaşan bəzi tayfaların eyni
mədəniyyətin daşıyıcısı olmasını göstərməklə bərabər, döyüşçü qadınların da eyni və yaxud
oxşar silahlardan (yüngül qılınc, xəncərlər və bıçaqlar, təbərzin baltalar və s.) və bəzək
əşyalarından istifadə etdiyini sübut edir.
Xevsuretiya döyüşçü qadın qəbiri. XIX əsrin 70-ci illərində Qafqazda uzun müddət
işləyən alman alimi Fridrix Bayern 1878-ci ildə Gürcüstandakı Xevsuretiya adlanan bölgənin
Yeni Juta adlanan kəndində qəbirlərdən birində qadın bəzək əşyaları ilə yanaşı ox ucluqları,
sapand daşı və dəmir bıçaq, başqa bir qadın qəbrində yenə də qadın bəzək əşyaları ilə yanaşı
dəmir ox ucluqları və balaca bıçaq tapıldığını qeyd etmişdir. Artxmo adlanan digər Xevsu-
retiya aulunda qadın bəzək əşyalarından başqa, zirehli mis köynək parçası da tapılmışdır (18,
s. 45-46). Bayern Xevsuretiya ərazisində aşkar etdiyi tapıntıları təsvir edərkən bildirir ki,
Xevsuretiya aulunda əşyaların bol olması ilə fərqlənən qəbir Tərək çayının sağ sahilində, Ste-
pan-Zminda (Kazbek) aulunda aşkar etmişdir. Bayern buradan daha çox qızıl və tunc bəzək
əşyaları tapmışdır. Qazıntılar zamanı bütöv silah tapmayan, yalnız onun izlərinə rast gəldiyini
bildirən tədqiqatçı yazırdı: “Buradan tapdığım hər bir şey qadınlara, özü də məhz döyüşkən
qadınlara məxsus olub (18, s. 49). Lakin bu hovuzun içindən əsl silahı tapa bilmədim, yalnız
izləri aşkar edildi (18, s. 49). Amma silahın tapılıb-tapılmamasından asılı olmayaraq, qalan
bütün əşyalar döyüşkən xalqdan xəbər verir, bəzək əşyaları isə birbaşa amazonlara işarə edir.
Çünki onların qamçılarının tutacaqları elə şəkildədir ki, həm də silah kimi istifadə oluna bilər
(18, s. 49). Xevsurların elə indi də istifadə etdiyi 1 düymə enində, çox qabarıq, qalın tunc
üzüklər həm də silah kimi istifadə olunur. Ona görə də mən onları döyüş üzükləri adlandırıram
ki, onların bir çox növləri mənim muzeyimə aparılmışdır (18, s. 49). Yüyənlər, yəhər-qayış,
çul qalıqları, şübhəsiz ki, atdan istifadə edən xalqdan xəbər verir. Bu at çullarının çoxsaylı
zınqırovlarla bəzədilməsi isə onların qadınlara məxsus olduğunu göstərir. Kişilər əlbəttə ki, öz
atlarını bu cür bəzəməzdilər. Tapılmış əşyalar arasında kişiyə aid ola biləcək bir ədəd də olsa
əşya göstərə bilmirəm” (18, s. 49).
Bu məlumatlarla yanaşı, Bayern Stephan-Zminda aulunun qarşısında yerləşən Qerqeti
aulunda və ondan yuxarıda yerləşən dağın başında, “Qerqeretidən olan gürcülər” kimi təqdim
etdiyi müqəddəs Qarqarın ibadətgahının yerləşdiyini qeyd edir (18, s. 50). Qerqeta aulu öz
adını bu müqəddəsin adından almış və aulun əsl adı, şübhəsiz ki, elə Strabonun yazdığı kimi,
“Qarqar” olmuşdur (20, s. 728-729) və amazonlar Marmedosdan (Kuma) buraya ziyarətə gə-
lirmişlər (18, s. 50). Lakin, Bayern yazır ki, Strabona əsasən, qarqarları ziyarət edənlər yalnız
kabardin amazonları idi. Bunu da Stephan-Zmindadan tapılmış əşyalar sübut edir. Bayern
Strabona istinadən kabardinlərin amazon olduqlarını Stephan-Zmindada aşkar etdiyi döyüşçü
qadın qəbirləri ilə isbat etdiyini bildirir (18, s. 50).
Bayern bu tədqiqatları ilə bizə bir çox mənbələrdən tanış olan döyüşçü qadınların
Xevsuretiyada yaşadıqlarını sübut edir. O, burada Mermoda çayını Kuma çayı kimi bildir-
məklə yanaşı, Strabonun bəhs etdiyi amazonlarla qonşu olan qarqarları da bu bölgədə lokalizə
edir (18, s. 50). Məlumdur ki, qarqarlar Qarabağda, Naxçıvanda, Dağıstanda və eyni zamanda
Gürcüstanda da yaşamışlar.
Arxeologiya və Etnoqrafiya
Tarix və onun problemləri, № 4 2014
Təbii ki, Bayern antik mənbələrdən amazonların Qafqazda, qarqarlarla qonşuluqda,
dağlarda, mağaralarda yaşadıqlarını bildiyi üçün dərhal bunları amazon qəbirləri elan etmiş və
tədqiqatlarını bu yöndə genişlətmişdir. Lakin təəssüf ki, Bayern Qarabağdakı Qarqar çayını və
Qarqar düzünü aşkar edə bilməmiş və qarqarlarla qonşu olan leqləri və gelləri də təyin edə
bilməyərək tədqiqatlarını bu səpkidə apara bilməməmişdir.
Redkin Lager silahlı qadın qəbri. “Redkin lager” kolleksiyası indiki Ermənistanın
Dilican şəhərindən 6 verst və ya 6,3 km aralıda, Ağstafaçayın yuxarı axarlarında, onun sağ sa-
hilində yerləşən eyni adlı qədim qəbiristanlığın materiallarından ibarətdir. Abidənin yerləşdiyi
həmin ərazi əvvəllər Gəncə xanlığına məxsus olmuşdu. Daha sonra Dilican Rusiya imperiyası
vaxtında, yəni 1868-ci ildə Yelizavetpol quberniyasına daxil olmuşdu. Hazırda Ermənistana
aiddir. Abidənin adı XIX əsrin 50-ci illərində həmin ərazidə şose yol çəkilişini həyata ke-
çirmək üçün orada məskunlaşmış mühəndis Redkinin adından götürülmüşdü. 1879-cu ilin
martında F.Bayern Obrist Veissenhoff ilə birlikdə bir neçə gün ərzində Redkin Lagerdən beş
qəbir aşkara çıxararaq, oradan tapılanları Moskvadakı Antropologiya cəmiyyətinə göndər-
mişlər (18, s. 49). Bu işə görə cəmiyyət F.Bayernə mükafat olaraq pul da ödəmişdi (18, s. 49).
F.Bayern daha sonra iki ay boyunca polkovnik Obrist Veissenhoffun maddi və mənəvi dəstəyi
ilə tətilə belə getmədən qəbirləri açaraq qiymətli materiallar əldə etmişdir. Elə həmin ildə
F.Bayern əldə etdiyi maddi mədəniyyət nümunələrini Tiflisdə yaratdığı muzeyə və Berlinə
Daha sonra həmin qəbirstanlığın tədqiqi ilə Q.D.Filimonov, qraf və qrafinya Uvarovlar
məşğul olmuşlar. Bu qazıntılarda F.Bayernin bacısının da iştirak etməsi və hətta onun qeyi-adi
bir qəbir aşkar etməsi haqda müəyyən məlumatlar da mövcuddur (9, s. 48). Sovet dövründə
isə abidənin, xüsusilə tapıntıların tədqiqi ilə B.B.Piotrovski məşğul olmuşdu. O, 1942-ci ildə
özünün tapdığı Redkin Lager materiallarının bir hissəsini sənədləşdirmişdi (7, s. 193). Lakin
qəbirstanlığın sistemli şəkildə öyrənilməsi və onun elmi təsvirinin verilməsi avstriya əsilli
Fredrix Bayernə (1817-1886) mənsubdur. O, bu qazıntılarla bağlı monoqrafiyasını Berlində
işıq üzü görən Berlin Antropologiya, Etnoqrafiya və Qədim Tarix Cəmiyyətinin illik məcmuə-
sində nəşr etdirmişdi. Monoqrafiyanın redaktoru və “Ön söz” müəllifi Rudolf Virxov olmuş-
dur. Bu kolleksiyaya daxil olan maddi mədəniyyət nümunələrinə Berlinin Tarixə qədərki və
Erkən tarix muzeyində(MVF), Moskva Dövlət tarix muzeyində, Gürcüstan Milli Muzeyində
və digər nüfuzlu muzeylərdə təsadüf etmək mümkündür. (Böyük Vətən Müharibəsindən sonra
Qızıl Ordu tərəfindən Rusiyaya aparılmış troferlər içərisində) Hazırda Berlin Tarixəqədərki və
Erkən Tarix Muzeyində (MVF) Redkin Lagerdən aşkar edilmiş eksponatlardan çox kiçik
Milli Azərbaycan Tarixi Muzeyində də “Redkin lager” kolleksiyasının bir hissəsi qoru-
nur. “Redkin lager” kolleksiyası Milli Azərbaycan Tarixi Muzeyinə 1925-ci ildə Qafqaz Mu-
zeyindən təhvil alınaraq gətirilmişdi. Həmin kolleksiyanın Azərbaycana gətirilməsində və
Azərbaycan SSR Dövlət Muzeyinə (hazırki Milli Azərbaycan Tarixi Muzeyinə) təhvil veril-
məsində 1923-1928-ci illərdə adı çəkilən muzeyin direktoru işləmiş Davud dəy Şərifovun
böyük xidmətləri olmuşdu (2, s. 238-239).
Göründüyü kimi, Qafqazın qədim tarixini və zəngin maddi mədəniyyətini özündə
ehtiva edən Redkin Lager materialları hissələrə bölünərək Avropanın, Rusiyanın və Qafqazın
bir çox muzeylərinə səpələnib. Həmin materialların vahid kolleksiya şəklində bir yerə topla-
nılması mümkünsüz görünsə də, lakin bu onların əsaslı elmi-tədqiqat obyektinə çevrilməsini
lüzumsuz etmir. Belə ki, “Redkin lager” kolleksiyasına daxil olan materialların pərakəndə-
liyini nəzəri baxımdan aradan qaldırmaq, o cümlədən saxlandığı məkanları, mövcud vəziy-
Arxeologiya və Etnoqrafiya
Tarix və onun problemləri, № 4 2014
yətlərini və kəmiyyətlərini dəqiqləşdirmək, mübahisəli məsələlərə aydınlıq gətirmək üçün on-
lar üzərində tədqiqat işlərinin təxirə salınmadan başlanılmasına ciddi ehtiyac var.
Bayern arxeoloji qazıntılarda bacısının da iştirak etdiyini, hətta bacısının aşkar etmiş
olduğu çox qeyi-adi bir qəbir haqqında geniş söhbət açmışdır. Bayernin “möcüzə” adlandır-
dığı bu qəbrin bir tayfa başçısına aid olduğu aşkar olunan avadanlıqların izahından bəlli olur
Tayfa başçısı ehtimal edilən şəxs taxt üzərində, təmtəraqlı şəkildə, zəngin avadanlıqlar-
la yarı uzadılmış halda dəfn olunmuşdur. Qəbirdən çoxsaylı zinət əşyaları, mirvari boyunbağ-
lar, tunc üzüklər, tunc sırqalar, iynələr, 2000 ədəd mirvari muncuq və s. aşkar edilmişdir (18,
s. 13-14). Bu qəbrin qərbindəki otaqda çoxlu sayda bəzək əşyaları, gil qablar və sümüklər (18,
s. 13-14) aşkar edilmişdir.
Hazırda Berlin Tarixəqədərki və Erkən Tarix Muzeyində (MVF) Redkin Lagerdən
aşkar edilmiş exponatlardan çox kiçik bir nümunə qalmışdır.
Lakin ümid edirik ki, Redkin Lager materiallarının böyük bir hissəsi Moskva və Sankt
Petersburq muzeylərindən tezliklə (İkinci Dünya Müharibəsi zamanı aparılmış müharibə
qəniməti olaraq daşınmışdır) aşkar edilərək yenidən tədqiqatçıların ixtiyarına veriləcəkdir
Oğuz silahlı qadın qəbrləri. Azərbaycanda arxeologiyanın banilərindən biri hesab
edilən arxeoloq Saleh Qazıyevin Mingəçevirdən aşkar etmiş olduğu bir çox döyüşçü qadın
qəbirləri bizə məlumdur. Arxeoloq eyni zamanda Oğuz rayonunda da (keçmiş Vartaşen)
silahlı qadın qəbiri aşkar etmişdir. O, arxeoloji materiallarla əsaslanaraq həmçinin qadınların
döyüşlərdə iştirak etdiyinin faktlarla təsdiqləndiyini qəbul etmişdir (şək. 3.18).
Qəbələ mahalında Tunc və Dəmir dövrünə aid qədim maddi mədəniyyət qalıqları ilk
dəfə Oğuz rayonunun (keçmiş Vartaşen) Vardanlı və Qarabaldır kəndlərinin cənubundan
tapılmışdır. Тədqiqat zamanı məlum olmuşdur ki, həmin dövrə aid abidələr Qəbələ mahalının
bir çox yerlərində vardır (4, s. 39).
Abidələrdən əldə edilmiş xəncər, qılınc, cida və toppuzlar tunc və dəmirdən hazırlan-
mışdır. Xəncər qınlarının ucları tuncdan, qalan yerləri isə ağac və sümükdən düzəldilmişdir.
Bu faktların hamısı göstərir ki, yerli əhali bu dövrdə döyüşçü olmuş və zəmanəsinin mükəm-
məl silahları ilə silahlanmışdır (4, s.40). Bu dövrə aid kişi qəbirlərindən tapılmış maddi-mədə-
niyyət qalıqları içərisində eni 11 sm olan tunc kəmərlər göstərir ki, döyüşçülər enli kəmər bağ-
lamışdır. Yəqin ki, xəncərləri bu kəmərlərin altında gəzdirmişlər (4, s.40). Qadın qəbrindən də
xəncərin tapılması o zamanlar qadınların da silahlandıqlarına bir sübutdur (4, s.40).
Vardanlıda və Mingəçevirdə də qadın qəbirlərindən silahlar tapılmışdır. Bu da göstərir
ki, ölkənin müdafiəsində qadınlar da iştirak etmişlər (148) deyə qeyd edən S.Qazıyev silahlı
qadın qəbrini geniş təhlil etməsə də onun qadın olduğunu, qəbrindən silah aşkar edilməsini və
qadınların hərb tarixində böyük rolu olduğunu bildirmişdir.
Vardanlı, 5 №-li silahlı qadın qəbri. Azərbaycandan aşkar edilmiş silahlı qadın qə-
birləri içərisində Vardanlı qəbri xüsusi yer tutur. Belə ki, qəbrin qadına aid olduğunu antro-
poloq R.Qasımova da təsdiq etmişdir. 1956-cı ildə zərif xəncər aşkar etmiş 5 saylı qəbri S.
Qazıyev döyüşçü qadın qəbri adlandırmışdır (6, s. 25-52).
Skelet 0,8 m dərinlikdə, başı şərqə, ayaqları qərbə olub, bükülü şəkildə, sağ böyrü üstdə
yatmışdı. Skeletin başına yaxın yerdə dayaz xeyrə vardır. Hövsələ çanağı yanında ağzının
diametri 9 sm olan dopu, skeletin qolunda bilərzik, boyun sümüyü və döş hissəsində mun-
cuqlar, kəllənin arxa hissəsində isə tuncdan xəncər aşkar olunmuşdur (6, s. 25-52). (şəkil 4).
Arxeologiya və Etnoqrafiya
Tarix və onun problemləri, № 4 2014
Vardanlıdan aşkar edilmiş xəncərin oxşarları A.A.İvanovskinin Gədəbəy, Qaramurad,
Qarabulaq və Qalakənd kəndlərinin ətrafında apardığı qazıntılar zamanı 42 və 72 №-li daş
qutu qəbirlərdən də tapılmışdır. Bu tip xəncərlər xüsusən onların başlıqları Gürcüstanda
Maralın dərəsindən də tapılmışdır. Eyni tipli xəncərlərə Ermənistanda Aşağı Adimandakı
qəbirlərdə də təsadüf edilmişdir (5, s. 157).
Tədqiqatçılar hazırda Son Tunc və Erkən dəmir dövrünə aid Cənubi Qafqazdan 100-ə
yaxin silahlı qadın qəbirləri aşkar etmiş və onlar üzərində yenidən tədqiqatlar aparılır.
Cənubi Qafqaz ərazilərindən Son tunc və Erkən dəmir dövrünə aid döyüşçü qadın qə-
birlərinin geniş tədqiqatları arxeologiya elminin aktual problemlərdən biri olaraq qalmaqdadır.
Məqalədə Son Tunc və Erkən Dəmir dövründə Cənubi Qafqazda aşkar edilmiş silahlı
qadın qəbirlərindən bəhs edilir. İndiyə qədər dünya tarixşünaslığında elmə məlum olan qədim
döyüşçü qadın qəbirləri skit və sarmat qəbirləri hesab olunur ki, bunların da tarixi əksər
hallarda e.ə.VIII – V əsrlərə aiddir. Son ilin tədqiqatları isə arxeologiya elmində köklü dəyi-
şikliklər yaratmağa imkan vermişdir. Araşdırmalar zamanı müəyyən olunmuşdur ki, dünyada
hələlik elmə məlum olan ən qədim döyüşçü qadın qəbri Azərbaycanın Naxçıvan ərazisindəki
Ordubad rayonunda olan II Plovdağ nekropolunda aşkar olunmuşdur.
2004-cü ilin avqust-sentyabr aylarında AMEA-nın Arxeologiya və Etnoqrafiya İnsti-
tutunun arxeoloji ekspedisiyası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində
yerləşən II Plovdağ nekropolunda arxeoloji qazıntılar aparmışdır. Arxeologiya və Etnoqrafiya
İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru B.İbrahimlinin rəhbərlik etdiyi və
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Solmaz Qaşqay, Rusiya Elmlər
Akademiyası Şərqşünaslıq İnstitutunun əməkdaşı İ.Medvedskaya kimi mütəxəssislərin də
daxil olduğu ekspedisiya qrupu nekropoluun mərkəzi hissəsində yerləşən 6 və 12 saylı kur-
qanda silahlı qadın qəbri aşkar etmişlər. Gürcüstanda Semo-Avçala silahlı qadın qəbri Ermə-
nistanda Redkin Lagerdən Fr.Bayernin aşkar etmiş olduğu hökmdar qadın qəbirləri haqqında
məlumatlar da vardır. Hazırda Cənubi Qafqazdan Son Tunc və Erkən dəmir dövrünə aid 100-ə
yaxin silahlı qadın qəbirləri aşkar etmiş və onlar üzərində yenidən tədqiqatlar aparıröq. Qaf-
qazda Son Tunc Erkən Dəmir dövrünə aid döyüşçü qadın qəbrlərinin geniş tədqiq edilməsi
arxeologiyada amazon mifləri ilə arxeoloji tapıntıları qarşılaşdırmağa və yeni elmi fikirlər irəli
sürməyə imkan verir.
İSTIFADƏ EDILMIŞ ƏDƏBIYYAT:
1. Atəşi N. Qafqaz amazonları. Berlin: Gəncəvi İnstitut, 2011, 56 s.
2. Xəlilli F.S. Tiflis Muzeyindən Azərbaycan Tarixi Muzeyinə daxil olmuş arxeoloji material-
lar / Azərbaycan Milli Еlmlər Akadеmiyası aspirantlarının еlmi konfransının matеrialları, iyun
2006-cı il, Bakı, 2006.
Naxçıvanda aşkar olunmuş döyüşçü qadın qəbirləri haqqında / Azərbaycan
Arxeologiyası, 2010, cild 13, № 1, s. 127-135
4. Qazıyev S.M. Qəbələ şəhərinin tarixi-arxeoloji tədqiqi / AMM, V c., Bakı: Azərb. SSR EA
nəşriyyatı, 1964, s. 7-67 .
5. Qazıyev S.M. Vardanlıda arxeoloji qazıntılar // Azərbaycanın Maddi Mədəniyyəti, VII cild,
Bakı: Elm, 1973, s. 146-160.
Arxeologiya və Etnoqrafiya
Tarix və onun problemləri, № 4 2014
6. Qazıyev S.M. Vardanlı arxeoloji qazıntılarının hesabatı (1956-cı il) / Azərbaycan SSR
Elmlər Akademiyasının Xəbərləri. İctimai elmlər seriyası, 1960, № 4, s. 25-52.
7. Арешян Г.Е. О раннем этапе освоения железа в Армении и на Южном Кавказе.
Историко-филологический журнал. Ереван, 1974, № 2, 74 с.
8. Асланов Г., Ибрагимов Б., Кашкай С. Древнейшие некрополи Хараба-Гилана. Баку:
Нурлан, 2002, 86-94 с.
9. Закавказье. Окрайный хребетъ высокой Армении. Верхняя долина реки Акстафы.
Редкин лагерь / Археология. Коллекции Кавказского Музея, том М, составила графиня
10. Ибрагимов Б., С.Кашкай, И.Медведевская. Раскопки некрополя Пловдаг II. Эдубба.
Вечна и постоянна. Материалы конференции посвященной 90 летию с рождением
11. Ниорадзе Г. К. Земоавчальская могила. Вестн. Музея Грузии, VI, Тбилиси: 1931,
12. Пицхелаури К.Н. Восточная Грузия в конце бронзового века / К.Н. Пицхелаури.
Труды Кахетской археологической экспедиции. Вып.III. Тбилиси: Мецниереба,
13. Пицхелаури К.Н. Древняя культура племен, населявших территорию Иоро-
алазанского бассейна. Тбилиси, 1973,113 с.
14. Пицхелаури К.Н. Кинжалы кахетинского типа // МАГК Т. И. Тбилиси, 1959, 56-61 с.
15. Пицхелаури К.Н. Основные проблемы истории племен Восточной Грузии в XV-VII
вв. до н.э. Тб.: АН ГССР, 1973,164 с.
16. Пицхелаури К.Н. Раскопки святилищ в Мели-Геле // АО 1967 г. М., 1968, 299-302 с.
17. AMAZONEN, Geheimnisvolle Kriegerinnen Herausgegeben vom Historischen Museum
der Pfalz Speyer, Speyer: Begleitbuch zur Ausstellung Speyer 2010/11. Minerva, München:
18. Bayern Fr. Untersuchungen über die ältesten Gräber und Schatzfunde in Kaukasien,
Berlin:, 1885 (Suppl. 8. zu Band XVII, ZfE), s. 1-60.
19. Steiner M. Über den Amazonen Mytos in der antiken Plastik. Leipzig: T.O.Weigel, 1857,
20. Strabo. Geographica. Wiesbaden: Marix Verlag, 2005, 1343 s.
НУРИДА АТЕШИ ГАДИРОВА
МОГИЛЫ ЖЕНЩИН НА ЮЖНОМ КАВКАЗЕ
«КОНЦА БРОНЗОВОГО И РАННЕГО ЖЕЛЕЗНОГО ПЕРИОДА»
(КАВКАЗСКИЕ АМАЗОНКИ: МИФЫ И АРХЕОЛОГИЧЕСКИЕ ФАКТЫ)
В этой статье говориться о найденных на территории Южного Кавказа могилах
вооруженных женщин конца бронзового и раннего железного периода. До сих пор в
истории науки известны могилы древних амазонок, могилы скитов и сарматов. Эти
находки говорят о временах VIII-V веков до нашей эры. Но исследования последних лет
дали возможность изменить многие данные в археологической науке. Во время этих
исследований стало известно, что мировой науке известны могилы женщин-воинов,
Arxeologiya və Etnoqrafiya
Tarix və onun problemləri, № 4 2014
которые найдены в Азербайджане. Да, эти могилы вооруженных женщин находились в
Нахичеванской Автономной Республике в Ордубадском районе села Второй Пловдаг. В
августе-сентябре 2004 года экспедиция института Археологии и Этнографии произвела
раскопки на территории Второго Пловдага Ордубадского района Нахичеванской
Автономной Республики. Под руководством историка, доктора философских наук,
ведущего научного сотрудника института Археологии и Этнографии В. Ибрагимли,
сотрудник института истории имени А.А.Бакиханова Солмаз Гашгай, сотрудник
института Востоковедения Российской Научной Академии И.Медведская со своей
экспедицией побывали на этой территории (некрополе) и в центре 6 и 12 кургана
обнаружили могилу женщины-воина, вооруженной всеми доспехами того времени,
времени амазонок. Известно, что и в Грузии и в Армении тоже были обнаружены
могилы женщин. В Грузии Семо-Авшалом была обнаружена могила женщины, а в
Армении Редкин Лагером найдена могила женщины-властелина. На Южном Кавказе в
настоящее время исследователи обнаружили более 100 могил вооруженных женщин
воинов «Конца бронзового и раннего железного периода». Они проводят на Кавказе
широкие исследование, и это даёт возможность получить новые сведения и научные
мышления об этих могилах. Эти новые исследования являются большим достижением и
новшеством в науке о мифах амазонской археологии и противопоставят их прошлым
ложным археологическим находкам. Эти новые научные факты, конечно же, дают
возможность разоблачения лжи и подтвердить правду о могилах женщин – воинов ,
которые нашлись в Азербайджане и вообще на Кавказе «Конца бронзового и раннего
THE WOMEN GRAVES DATING BACK TO LATE BRONZE
AND EARLY IRON AGE (CAUCASUS AMAZONS: MYTHS AND
ARCHEOLOGICAL FACTS)
This article it is about armed women graves which were discovered in South Caucasus
and dating back to the period of Late Bronze and Early Iron Age.
Till now in the world history old graves of warrior women are considered in science as
skit and sarmat graves thus mostly being created in VIII-V century BC.
The studies of last year have given an opportunity to induce fundamental changes in
archaeology science. During the exploration and research the oldest warrior women grave for
now in the world known to science was clearly determined to be the one found in the Plovdag
II necropolis. This is in the Ordubad region in Nakhchivan territory of Azerbaijan.
In August-September 2004 an archeological expedition of the Archaeology and
Ethnography Institute of ANSA carried out archeological excavations in the Plovdag II
necropolis which is situated in the Ordubad region of the Autonomy Republic of Nakhchivan.
The expedition group was led by the head and principal researcher of the Archaeology and
Ethnography Institute, Doctor of Philosophy in History, Mister B. Ibragimov. Further
members had been specialists as fellow A. A. Bakixanov from the Institute of History of
ANSA, Solmaz Qashqay, the fellow of Orientalism Institute of Science Academy of Russia.
I. Medvediskaya found armed woman graves in mounds number 6 and 12 which had
been the center of the necropolis. There are information about queen women graves which
Arxeologiya və Etnoqrafiya
Tarix və onun problemləri, № 4 2014
were discovered by Fr. Bayern in Armenia Redkin-Lager and an armed woman grave in
Semo-Avchala in Georgia. Contemporary researchers have identified the existence of
approximately 100 armed women graves in South Caucasus that belong to Late Bronze and
Early Iron Age and they are being investigated thoroughly and methodically.
The exploring and the methodical examination of warrior women graves in the
Caucasus dating back to Late Bronze and Early Iron Age gives an opportunity to compare
Amazon myths in archeology with archeological finding and to put forward new scientific
ideas on a objective base.
Rəyçilər: prof. Mişel Kazanova, t.e.d. İ Babayev
AMEA Arxeologiya vöə Etnoqrafoya İnstitutunun “Antik dövr arxeologiyası” şöbəsi-
nin 16 noyabr 2014-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol
Arxeologiya və Etnoqrafiya
Tarix və onun problemləri, № 4 2014
Comments are closed, but trackbacks and pingbacks are open.