Press "Enter" to skip to content

Tarix və Arxeologiya departamentinin müdiri: Roza arazova

Mərkəzi Asiya ölkələri – Qərbdə Xəzər sahilindən başlamış, Şərqdə Böyük Xinqan dağlarına qədər 5400 km uzanır. Yeganə rayondur ki, heç bir ölkəsinin dünya okeanına çıxışı yoxdur. Qərb hissəsinin İCM daha əlverişlidir. Mərkəzi Asiyaya Qazaxıstan , Monqolustan , Türkmənistan , Özbəkistan , Qırğızıstan və Tacikistan daxildir. Relyefi mürəkkəbdir (Pamir,Ty an-Şan, Altay dağları, Turan, Xəzərsahili ovalıqlar). I Səhralar (Qobi, Qaraqum, Qızılqum) geniş yer tutur, şimalda I çöl zonası yerləşir. Okeanlardan uzaqda yerləşməsi iqlimini f kontinentallaşdırır. Meşə azdır, çay şəbəkəsi seyrəkdir I (Sır-Dərya, Amu-Dərya). Suvarma nəticəsində çayların suyu Aral gölünə çatmır. Ərazinin xeyli hissəsi seysmik fəal zonada yerləşir.
Dağ çayları (Ural, İrtış, Vaxş) böyük hidroresurslara (Tacikistan, Qırğızıstan) malikdir. Faydalı qazıntı larla zəngindir: neft, qaz (Qazaxıstan, Türkmənistan, Özbəkistan), daş kömür, dəmir (Qazaxıstan, Qırğızıstan), alüminium (Özbəkistan, Tacikistan, Qırğızıstan), qızıl (Özbəkistan, Qırğızıstan) və s.
Əhali nin milli tərkibi mürəkkəbdir. Yerli xalqlar türkdilli (özbək, qazax, türkmən, qırğız, qaraqalpaq), farsdilli (tacik), həm də monqollardır. XIX əsrdən rus və ukraynalılar gəlmişlər. Əhalinin təbii artımı yüksəkdir: Tacikistan və Monqolustanda hər min nəfərə 30, Qazaxıstanda 15 nəfər. Sıxlıq qeyri-bərabərdir: Özbəkistanm Əndican, Fərqanə, Daşkənd vilayətlərində, Qazaxıstanın Cənub-Şərqində yüksək, digər yerlərdə seyrəkdir.
Regionun çoxsahəli təsərrüfatı yerli xammala əsaslanır. Sənayenin əsas sahələri qara və əlvan metallurgiya, yanacaq-energetika, maşınqayırma (pambıqyığan kombayn, neft-qazma avadanlığı, elektrotexnika) və s.-dir.
Kənd təsərrüfatı nın ixtisaslaşmış sahəsi pambıqçılıqdır. Mərkəzi Asiya pambıq yığımına görə (ildə 7-8 mln t.) dünyada 1-dir. Pambıqla bağlı ASK (xüsusən Özbəkistanda) formalaşır. Fərqanə vadisi, Daşkənd vadisi, Zərəfşan və Vaxş vadiləri, Qaraqum kanalı boyu əsas pambıq əkini rayonlarıdır. Suvarılan torpaqlarda bostan bitkiləri, çəltik, qarğıdalı, buğda yetişdirilir. Qazaxıstanda taxılçılıq ixtisaslaşmış sahədir. Monqolustandan başqa bütün ölkələrdə bitkiçilik heyvandarlıqdan üstündür. Ətlik-yunluq (Monqolustan, Qırğızıstan), qaragül qoyunçuluq(səhra və yarımsəhrada),baramaçılıq, maldarlıq (Qazaxıstan) əsas sahələrdir.
Region ölkələrinin ixracında neft-qaz, kənd təsərrüfatı məhsulları, idxalında meşə materialları, maşınqayırma məhsulları üstündür.

Mərkəzi Asiya ölkələri

Qərbdə Xəzər sahilindən başlamış, Şərqdə Böyük Xinqan dağlarına qədər 5400 km uzanır. Yeganə rayondur ki, heç bir ölkəsinin dünya okeanına çıxışı yoxdur.

Əzizağa Əhmədov

Tarix və Arxeologiya departamentinin müdiri: Roza arazova

Tədris olunan kursun başlcıa məqsədi – tələbələrdə Asiya və Afrika ölkələrinin yeni və müasir tarixi haqqında elmi bilikləri formalaşdırmaqdır.

Fənnin ümumi tədrisi prosesində tələbələrdə:

  • Şərq sivilizasiyasının digər sivilizasiyalardan fərqli və oxşar cəhətləri araşdırılacaq;
  • Şərq ölkələrinin yeni və müasir dövrdə siyasi və iqtisadi inkişaf xüsusiyyətləri öyrəniləcək;
  • Şərq mədəniyyətinin özəllikləri müəyyən olunacaq;
  • Asiya və Afrika ölkələrinin yeni dövrdə və müasir dövrdə tarixinin ən önəmli hadisələri haqqında tam təsəvvür formalaşacaqdır.

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbə müəyyən üzürlü səbəblərdən (xəstəlik, ailə vəziyyəti və s.) dərslərdə iştirak edə bilmirsə, o zaman bu haqda fakültə dekanlığına məlumat təqdim etməlidir. Fənn üzrə ümumi dərs saatlarının 20 faizindən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır.

Dərsə gecikmələr və ya digər dərs pozuntuları

Dərsə gecikən tələbə auditoriyaya buraxılmır. O, yalnız növbəti dərsdə iştirak edə bilər.

Yoxlama işi

Yoxlama işində iştirak etməyən tələbə qeyri-müvəffəq qiymət alır. Əgər tələbə üzürlü səbəbdən yoxlama işində iştirak edə bilməmiş və bu haqda dekanlığa məlumat vermişsə, o zaman həmin tələbə yoxlama işini növbəti həftə yaza bilər.

Tələbələrin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.

Aralıq və yekun imtahanının mövzuları tələbələrə imtahandan əvvəl verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmır.

Fənni bitirmək qaydası

Universitetin qaydalarına uyğun olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60 və daha çox hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.

İmtahan qaydalarının pozuntuları

Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişinin pozulması, imtahanda istifadəsinə yol verilməyən əlavə vəsaitlərdən (kitab, konspekt-dəftər, mövzunun yazıldığı vərəq, telefon, diktofon, mikrodinləyici qurğu və s.) istifadə edilməsi və köçürmə qadağandır. Bu qaydaya əməl etməyən tələbə imtahan zalından çıxarılır, onun imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymətlə imtahandan kənarlaşdırılır.

Tələbənin davranış qaydaları

Dərs zamanı dərs prosesini pozmaq və qeyri-etik hərəkətlər etmək, yersiz və icazəsiz müzakirələr aparmaq, mobil telefondan, dinləyici qurğu və radiodan istifadə etmək, həmin dərsə aid olmayan digər fəaliyyətlə (kitab oxumaq, yazmaq, şəkil çəkmək və s.) məşğul olmaq qadağandır.

TARİX İNSTİTUTU

AMEA-nın həqiqi üzvü, AMEA-nın I vitse-prezidenti yanında fəaliyyət göstərən ictimai elmlər üzrə Elmi Şuranın sədr müavini, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin baş elmi işçisi, tarix üzrə elmlər doktoru.

  1. Xilafətin dövlət idarəçilik sistemində türklər (VIII-X əsr. ortaları) monoqrafiya. Bakı, Elm, 2004
  2. Qafqaz və böyük türk imperiyaları (həmmüəllif) Monoqrafiya. Bakı, 2012
  3. Suriya və İraq ƏSDP-in hakimiyyəti altında. Monoqrafiya. Bakı, 2000
  4. Asiya və Afrika ölkələri tarixi (feodalizmin meydana gəlməsi və inkişafı). Monoqrafiya, Bakı, 1994
  5. Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi. Dərslik. Bakı, 2009
  6. Asiya və Afrika ölkələrinin çağdaş tarixi (iki hissə həmmüəllif) 2006, 2008. Dərslik, Bakı
  7. Asiyanın ərəb ölkələrinin çağdaş tarixi (həmmüəllif). Monoqrafiya. Bakı, 2013

Paylaş:

Comments are closed, but trackbacks and pingbacks are open.