Press "Enter" to skip to content

Milli azadlıq və demokratik hərəkatlar

Mərhumun dostu Əli Şamil bəy onun haqqında yazdığı nekroloq əvəzində bildirib ki, Milli Azadlıq Hərəkatımızın öndərlərindən olan Arif Rəhimoğlu dilçi alim olsa da daha çox ideoloji şahədə fəallıq göstərib.

Milli Azadlıq Hərəkatının fəallarından olan Arif Rəhimoğlu İsveçdə vəfat edib

Bu barədə Arif Rəhimoğlunun yaxın dostları “facebook” səhifəsində məlumat veriblər. Məlumatda bildirilib ki, Arif Rəhimoğlu İsveçin Göteburq şəhərində düyasını dəyişib.

Mərhumun dostu Əli Şamil bəy onun haqqında yazdığı nekroloq əvəzində bildirib ki, Milli Azadlıq Hərəkatımızın öndərlərindən olan Arif Rəhimoğlu dilçi alim olsa da daha çox ideoloji şahədə fəallıq göstərib.

Qeyd edib ki, Arif Rəhimoğlu 1955-ci ildə Naxçıvan şəhərində anadan olub: “1972-ci ildə Naxçıvan şəhərindəki 1 saylı orta məktəbi bitirib təhsilini Azərbaycan (indiki) Dövlət Universitetinin filologiya fakültəsində davam etdirib. Tələbəlik illərində gizli fəaliyyət göstərən millətçi təşkilatın (yanılmıramsa bu qrupa gədəbəyli Zirəddin rəhbərlik edirmiş) üzvü olub.

1977-ci ildə Universiteti bitirib Babək rayonundakı Vayxır kənd orta məktəbində müəllimliyə başlayıb. Yüksək pedaqoji bacarığına görə onu Naxçıvan Dövlət Pedaqoji Universitetinə işə dəvət ediblər. 1984-cü ildə Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasını bitirib. 1985-ci ildə “Mahmud Kaşğarinin “Divanu luğat-it türk” əsərinin leksikası və Azərbaycan dili” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb”.

Daha sonra mərhumun siyasi fəaliyyəti barədə də məlumat verilərək bildirilib ki, AXC-nin Məramnamə və Nizamnaməsinin müəlliflərindən biri olub. Onun siyasi biliyinə, təşkilatçılıq qabiliyyətilə görə, 1988-ci ilin dekabrın 17-də keçirlən toplantıda Xalq Cəbhəsinin İdarə heyətinə üzv seçilib: ” Azərbaycan Xalq Cəbhəsinin formalaşmasında böyük əməyi olan Arif Rəhimoğlu heç zaman gözə soxmağa, vəzifə tutmağa çan atmayıb. AXC Naxçıvan Vilayət Təşkilatı İdarə Heyətinin üzv kimi ictimai-siyasi həyatda nə qədər fəal olsa da, elmi işlərdən də əl götürməyib. 1990-cı ildə Tehranda Azərbaycan Türkcəsinə cevrilən Qurani Kərimin redaktə olunması ona tapşırılıb. 1992-ci ilin yazından AXC sədrinin ideoloji işlər üzrə müavini olduğundan Bakıya köçüb. Sonralar yaradılan Bütöv Azərbaycan Birliyi Məclisinin sədri olub”.

Arif Rəhimoğlunun sonradan İsveçə gedərək, orada mühacir həyatı yaşadığı, dərnəklər qurduğu vurğulanır. Onun 20 kitab və 250-dək elmi məqalə müəllif olduğu, əsərlərinin bir qisminin Azərbaycanda nəşr edildiyi də vurğulanır.

Allah rəhmət eləsin!

Milli azadlıq və demokratik hərəkatlar

1905-1911-ci illərdə Səttar xanın başçılığı ilə Təbrizdə milli-azadlıq hərəkatı (Məşrutə hərəkatı) başladı. Tezliklə bu hərəkat Cənubi Azərbaycanın hər tərəfinə yayıldı.

Məşrutə hərəkatı Səttar xanı böyük sərkərdə səviyyəsinə qaldırdı. 1907-ci ildə Təbrizin Əmirxiz mahalının azadlıq fədailərinə rəhbərlik edən Səttar xan nümayiş etdirdiyi qeyri-adi qəhrəmanlığı və şücaəti ilə azadlıq fədailərinin sevimli sərkərdəsinə çevrilmişdir.

1908-ci ildə şahın 40 min nəfərlik silahlı qüvvəsinin inqilabın beşiyi sayılan Təbriz şəhərinə hücumundan sonra iyun ayında Səttar xanın rəhbərliyi altında Ali Hərbi Şura yaradılmışdır. Ali Şuranın baş komandanı Səttar xan və onun müavini Bağır xan, üzvləri Əli Müsyo, Hacı Əli, Seyid Haşim xan təyin edilmişlər. 1909-cu ilin aprel ayına qədər Təbriz üsyanı inqilabçıların verdiyi çoxsaylı itkilərə baxmayaraq düşmənin silahlı qüvvələrini Təbrizdən çıxarmağa nail olur. Bu döyüşdə Səttar xan və Bağır xan nümayiş etdirdikləri qeyri-adi qəhrəmanlıqları müqabilində Azərbaycanın əyalət əncüməni tərəfindən müvafiq olaraq “Sərdari-milli” (Xalq sərkərdəsi) və “Salari-milli” (Xalq rəhbəri) fəxri adlarına layiq görülürlər.

Təbrizin müdafiəsi Hərbi Şuraya tapşırılır. Üsyançıların qələbəsi bütün İrana təsir göstərir. Bir çox şəhərlərdə, o cümlədən Tehranda “Səttar xan” adı altında inqilabi komitələr yaranır. Təbriz əyalət əncüməni özünü Şura Məclisinin elçisi kimi təqdim edir. 1908-ci ilin oktyabr ayına qədər Azərbaycanın bir çox vilayətləri düşmənlərdən təmizlənir. Ölkədə inqilabi hərəkatın güclənməsindən qorxuya düşən şah-irtica qüvvələri Tehranda Şura Məclisinin yenidən açılmasına icazə verməyə məcbur olurlar. 1908-ci ilin dekabr ayında açılan İkinci Şura Məclisi Səttar xanla Bağır xanın xidmətlərini dəyərləndirmək məqsədilə onların adlarının metal lövhə üzərinə qızıl hərflərlə həkk edilmiş Şərəf Nişanlarının hazırlanması və Məclisin yenidən açılışı zamanı tribunadan asılması haqqında fərman verir.

Təbriz inqilabının qələbəsindən sonra inqilabi əhval-ruhiyyənin artması şah qüvvələrini, Çar Rusiyasını və imperialist İngiltərəni təşvişə salır. Onlar Səttar xanı və silahdaşlarını gözdən salmaq üçün Səttar xan və Bağır xanı silahdaşlarından,Təbrizdən ayırmağa çalışırlar. İngiltərənin xarici işlər naziri Edvard Karinin bu ölkənin İrandakı səfiri Corc Birliyə göndərdiyi teleqramda (16.3.1910) deyilirdi ki, Səttar xan və Bağır xan tezliklə Təbrizdən çıxarılmalıdır. Bundan sonra İranın baş naziri, Milli Şura Məclisi işə qarışıb Səttar xan və Bağır xanı Tehrana getməyə məcbur edirlər. 1910-cu il mart ayının 6-da Səttar xan və Bağır xan 300 nəfər silahdaşı iləTehrana yola düşür. 1910-cu ilin aprel ayının 3-də Səttar xan Tehrana çatır. Qurbanlar kəsilir, Tehran əhalisi onu xilaskar kimi qarşılayır.

Səttar xana fədailəri ilə Atabəy parkında yer verilir. 1910-cu ilin 7 avqustunda şah qoşunları və milliyətcə erməni olan və əvvələr Səttar xanın qüvvələri ilə birgə şah rejiminə qarşı mübarizə aparmış daşnak Yefrem Davidyansın başçılıq etdiyi Tehranın polis qüvvələri gecə xaincəsinə Atabəy parkına hücum edirlər, Səttar xanın qüvvələrini mühasirəyə alaraq tərkisilah etməyə cəhd göstərirlər. Baş verən silahlı qarşıdurmada Səttar xan ayağından yaralanır. Səttar xanın qoşunlarına Tehrandan çıxmağa imkan verilmir. Nəhayət, 1914-cü ilin noyabr ayının 9-da aldığı güllə yarasından Səttar xan 48 yaşında vəfat edir və Tehrannın Şah Əbdüləzim qəbiristanlığında dəfn olunur. Qəbri 1924-cü ildə inqilabçılar tərəfindən təmir edilir.

1920-1921 illərdə Güney Azərbaycanda Heydər Xan Əmoğlu hərəkatı başlamışdır. Bir müddət Bakıda elektrik mühəndisi işləmiş Əmoğlu 1904-cü ildə Tehrana gəlmiş və Müzəfərəddin şahın parlamentin təşkili ilə bağlı fərmanından sonra yaradılan silahlı hissələrin təşkilində fəal iştirak etmişdir. Tehran İnqilab Komitəsi Məmmədəli şaha və ona havadarlıq edən ingilis-rus imperialistlərinə qarşı durmaq məqsədilə Mücazat Komitəsi yaratdı və komitənini rəhbərliyinə Heydər Əmoğlunu gətirdi.

Səttar xan hərəkatı zamanı səngərlərdə vuruşan Heydər Xan Əmoğlu 1909-cu ildə Səttar xan və Bağır xanla birlikdə Tehrana getmişdir. Onların başına gələn hadisələrdən sonra Əmoğlu fəaliyyətə başlamışdır. Altı dil bilən Heydər Xan əvəzsiz partizan döyüşləri ustası kimi şöhrət qazanmış, düşmənə ağır zərbələr vurmuşdu.

İngilislərin dayağı ilə hərbi məktəb görmədən rütbələr qazanmış Rza Xan nazir olan kimi əli altındakı rus kazaklarını Gilana, Əmoğlunun üstünə yollamışdır. Sonra casuslarını işə salıb Heydər xanın tərəfdarlarını onun əleyhinə çevirə bilmişdir. Gilanda antiimperialist partizan hərəkatının təşkilatçısı və rəhbəri olan, Heydər xanla silahdaşlıq edən Mirzə Kiçik Xanı ələ alınıb onun vasitəsilə Əmoğluna tələ qurdurmuşdur.

Rəşt yaxınlığındakı Pəsixan qəsəbəsində ağır yaralanan Əmoğlu Mirzə Kiçik Xanın adamları tərəfindən tutuldu. Bir müddət onların əlində dustaq qaldıqdan sonra Müəyyənül Rəaya adlı bir xain tərəfindən işgəncə ilə həlak edildi.

Rusiyada mütləqiyyətin devrilməsi İranda və Cənubi Azərbaycanda xalq hərəkatının yenidən başlanmasına təkan verdi. Cənub Azərbaycanda hərəkata Şeyx Məhəmməd Xiyabaninin rəhbərlik etdiyi Əyalət Komitəsi istiqamət verirdi.

1917-ci il avqust ayında İDP-nin Azərbaycan Əyalət Komitəsinin konfransı keçirildi. Konfransda Ş.M.Xiyabaninin rəhbərliyi ilə ADF yaradıldı. ADF-nin Mərkəzi Komitəsi xariciləri ölkədən qovmaq və demokratik İran hüdudlarında Cənubi Azərbaycana muxtariyyət verilməsi uğrunda mübarizə aparırdı.

1917-ci ildə xalq hərəkatının genişlənməsi nəticəsində baş nazir Vüsuqüddövlə istefa verdi. Lakin o, ingilislərin köməyi ilə yenidən hakimiyyətə gəldi. 1919-cu il 9 avqustda İran və İngiltərə arasında müqavilə bağlandı. Bu müqavilə İranı siyasi və iqtisadi cəhətdən İngiltərədən asılı hala salmaqla yanaşı, Cənubi Azərbaycanda demokratik hərəkata yeni təkan verdi. 1920-ci il 7 apreldə Təbrizdə üsyan başladı. Üsyana Xiyabani başda olmaqla İctimai İdarə Heyəti rəhbərlik edirdi. 1920-ci il iyunun 24-də Təbrizdə Milli hökumət yaradıldı.

İranda və Cənubi Azərbaycanda baş verən hadisələrdən narahat olan ingilislər irticaçılar və daxildəki xəyanətkar qüvvələrlə birləşdi. İngilislərin köməyi ilə hərəkat sentyabrın 14-də yatırıldı. M.Xiyabanı öldürüldü. Yüzlərlə üsyançı həbs, edam və sürgün edildi.

Məhəmməd Təqi Xan Püsyan Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi Azadıstan Hərəkatında şöhrət qazanmışdır. O, Almaniyada hərbi bilik qazanmış, 1920-ci ildə Tehrana qayıtmışdı.

Rza Şah Məhəmməd Təqi Xanı Şeyx Məhəmməd Xiyabaninin Azadıstan Dövlətini süqut etdirmək üçün Azərbaycana yollamaq istəsə də, o bunu qəbul etməmiş və Xorasan vilayətinin hərbi komandirliyinə təyin edilmişdir.

Məhəmməd Təqi Xan tezliklə Xorasandakı özbaşınalığa son qoymuşdur. Bu işlər xalq tərəfindən alqışlansa da, o vaxtlar Xorasan valisi olan Vüsuquddövlənin qardaşı olan Əhməd Qəvəmüssəltənə ilə ingilis konsulunu narahat edirdi.

1920-ci ildə Məhəmməd Təqi Xan Xorasanda üsyan bayrağını qaldırdı və 1921-ci il aprel ayında müstəqillik elan etdi. Əmri altındakı jandarm hissələrinin sayını artırıb milli orduya çevirdi və milli ordu “Fədai” adlandırıldı.

Məhəmməd Təqi Xan kəndlilərin dövlətə olan borclarını bağışladı, böyük torpaqları bölərək olmayanlara payladı.

Məhəmməd Təqi Xan Püsyanın həyata keçirdiyi islahatlar xüsusilə ingilisləri maddi mənafeləri cəhətdən lərzəyə gətirmişdi. Buna görə də ingilislər mürtəce din adamlarına pul verib Məhəmməd Təqi haqqında uydurma yalanlar yaydılar. Sonra da 4000 nəfərlik bir ordunu ağır silahlarla təchiz edərək Xazai adlı bir mürtəcenin rəhbərliyi ilə Xorasana yolladılar.

Məhəmməd Təqi Xan Püsyan birləşmiş ordu ilə rəşadətlə döyüşsə də, Səttar xan, Bağır xan, M. Xiyabani, Heydər xan Əmoğlu kimi xəyanətlə üzləşdi və ürək ağrıdan şəkildə qətlə yetirildi.

XIX əsrin ikinci yarısında maarifçilik hərəkatı geniş yayılmışdı. Bu dövrdə Şimali Azərbaycanda milli burjuaziya zəif olduğundan vahid, istiqamətverici təşkilat yox idi. Maarifçilik hərəkatının nümayəndələri xalqın xoş gələcəyini maarifə, elmə çağırmaqda, cəhalətdən qurtarmaqda görürdülər. Bu istiqamətdə M.F.Axundov, H.B.Zərdabi, N.Nərmanov, Ə.b.Ağayev, Ə.b. Hüseynzadə və başqaları çox işlər görmüşlər.

1988-1989-cu illərdə Şimali Azərbaycanda milli azadlıq hərəkatı başladı. İlk etiraz mitinqi 1988-ci il fevralın 19-da Bakıda başladı. Dekabrın 4-də hakimiyyət orqanları mitinqi ordunun köməyi ilə dağıtmağa nail oldular.

1988-1990-cı illərdə Azərbaycanda başlanmış milli demokratik hərəkat qızğın şəkildə ölkənin müstəqilliyinin bərpasına istiqamətlənmişdi. 1989-cu il sentyabrın 23-də Suverenlik haqqında qərar qəbul edən Azərbaycan bu işdə sovet respublikaları arasında birincilərdən idi. Bu hərəkatı yatırmaq məqsədilə 1990-cı il yanvarın 20-də sovet qoşunları Azərbaycana yeridildi. Törədilən vəhşiliklər nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı həlak oldu və yaralandı. Ölkədə 1991-ci ilin ortalarınadək davam edən fövqəladə vəziyyət elan olundu. Bu uğursuzluqlara baxmayaraq Azərbaycan xalqının vətənpərvər qüvvələrinin müstəqillik uğrunda dönməz mübarizəsi 1991-ci il avqustun 31-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən dövlət müstəqilliyinin bərpa edilməsi haqqında Bəyannamənin qəbul olması ilə nəticələndi.

1989-cu il dekabrın 8-də Cəlilabadda fasiləsiz mitinqlər, tətillər başladı. Bakıdan gətirilmiş milis dəstələri həbslərə başladı. Qəzəblənmiş xalq rayon partiya komitəsinin, daxili işlər şöbəsinin binasını dağıtdılar. Dekabrın 29-da “xalq hökuməti” adlanan qurum fəaliyyətə başladı. Toqquşmalarda 15-dən çox adam yaralandı.

Başqa rayonlarda hadisələr əsasən dinc yolla inkişaf etmişdir. 1989-cu ilin noyabr-dekabr aylarında Sabirabad və Ağcabədi rayonlarında xalq hərəkatı yerli rəhbərlərin istefası ilə nəticələndi. Naxçıvan MSSR-də də belə oldu.

1989-cu il dekabrın 31-də Naxçıvan MSSR-də Araz çayı boyu 137 km Sovet-İran sərhəd qurğuları dağıdıldı. Hər iki tərəfdən sərhədə toplaşanlar Arazı keçib görüşdülər. 1990-cı il yanvarın 7-də isə SSRİ-Türkiyə sərhədində həyəcanlar oldu. Yanvarın 18-də Biləsuvar və Cəlilabad rayonlarında sərhəd qurğuları dağıdıldı. Əhali cənublu qan qardaşları ilə görüşdü.

Milli azadlıq hərəkatı

Milli azadlıq hərəkatı (Azadlıq hərəkatı) — xalqın xarici hökmranlığından qurtulması üçün mübarizə aparan təşkilat (müvəqqəti dövlət mövcudluğu forması).

XIX əsrdə ortaya çıxan milli azadlıq hərəkatlarının nümunələri, Habsburq monarxiyasının hakimiyyəti altından italyan torpaqlarının azad edilməsi və İtaliyanın birləşməsi üçün mübarizə aparan İtaliya, İrlandiyanın Böyük Britaniyadan müstəqilliyi uğrunda mübarizə aparan Feniyalılar, Bolqarıstanın Osmanlıdan müstəqilliyi uğrunda mübarizə aparan Bolqarıstan İnqilab Mərkəzi Komitəsi idi.

Bir çox milli azadlıq hərəkatı XX əsrdə, xüsusilə XX əsrin ikinci yarısında müstəmləkə sisteminin çöküşü zamanı yarandı.

XX əsrin milli azadlıq hərəkatlarının nümunələri:

İstinadlar

September 05, 2021
Ən son məqalələr

Kurçaloyevski rayonu

Kurş dili

Kurşirmat

Kusem (Əbyəlil)

Kusov Torpağı

Kusov adası

Kussmaul tənəffüsü

Kusserq

Kuçar

Kuçerov reaksiyası

Ən çox oxunan

Hikmət Babaoğlu

Hikmət Babaşov

Hikmət Boran

Hikmət Cevdet-zadə

Hikmət Hacıyev

milli, azadlıq, hərəkatı, azadlıq, hərəkatı, xalqın, xarici, hökmranlığından, qurtulması, üçün, mübarizə, aparan, təşkilat, müvəqqəti, dövlət, mövcudluğu, forması, əsrdə, ortaya, çıxan, milli, azadlıq, hərəkatlarının, nümunələri, habsburq, monarxiyasının, haki. Milli azadliq herekati Azadliq herekati xalqin xarici hokmranligindan qurtulmasi ucun mubarize aparan teskilat muveqqeti dovlet movcudlugu formasi XIX esrde ortaya cixan milli azadliq herekatlarinin numuneleri Habsburq monarxiyasinin hakimiyyeti altindan italyan torpaqlarinin azad edilmesi ve Italiyanin birlesmesi ucun mubarize aparan Italiya Irlandiyanin Boyuk Britaniyadan musteqilliyi ugrunda mubarize aparan Feniyalilar Bolqaristanin Osmanlidan musteqilliyi ugrunda mubarize aparan Bolqaristan Inqilab Merkezi Komitesi idi Bir cox milli azadliq herekati XX esrde xususile XX esrin ikinci yarisinda mustemleke sisteminin cokusu zamani yarandi Numuneler RedakteXX esrin milli azadliq herekatlarinin numuneleri Asiya Hind Milli Konqresi Britaniya Hindistani Muselman Liqasi Britaniya Hindistani Mukti baxini Serqi Pakistan Indoneziya Milli Partiyasi Niderland Ost Hindistani Sablon Flaqifikasiya Simali Vyetnam Vyetmin Vyetmin FRETILIN Serqi Timor Cxuji Qanqdruq Tibet Afrika MQC Fransa Elcezairi Elcezair Saharasi Qvineya ve Kabo Verdinin Musteqilliyinin Afrika Partiyasi Portuqaliya Qvineyasi Kabo Verde POLISARIO Qerbi Sahara Ertireyanin Qurtulusu Xalq Cebhesi Eritreya Konvent Xalq Partiyasi Qizil Sahil Cenub Qerbi Afrika Xaqlarinin Teskilati Namibiya Anqolanin Azadligi Ugrunda Xalq Herekati Emek Partiyasi Anqola FRELIMO Mozambik Zimbabve Afrika Xalqi Ittifaqi Cenubi Rodeziya Afrika Milli Konqresi CAR Istinadlar RedakteMenbe https az wikipedia org w index php title Milli azadliq herekati amp oldid 5855159, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.

Comments are closed, but trackbacks and pingbacks are open.