Asteklərin təqvimi
Poliomielitə qarşı peyvənd
Xankəndi
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, 2020-ci ilin iş vaxtı normasında qeyd olunur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 712s nömrəli Sərəncamına əsasən 2020-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:
1, 2 yanvar – Yeni il bayramı;
20 Yanvar – Ümumxalq Hüzn günü;
8 Mart – Qadınlar günü;
20, 21, 22, 23, 24 mart – Novruz bayramı;
9 May – Faşizm üzərində Qələbə günü;
24,25 may – Ramazan bayramı;
28 May – Respublika günü;
15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş günü;
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;
31 iyul,1 avqust – Qurban bayramı;
9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü.
Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 712s nömrəli Sərəncamına və “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 461 nömrəli Qərarına əsasən 2020-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi və iş və istirahət günlərinin yerdəyişməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3, 6 yanvar, 9, 25, 26 mart, 11, 26 may, 3 avqust tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 9, 25 mart, 26 may tarixləri istirahət günləridir.
2020-ci ilin fevral ayı 29 təqvim günündən, il isə 366 təqvim günündən ibarətdir. Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir. “Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilmişdir.
Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə əsasən həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. 2020-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan, 6-sı bayramqabağı iş günüdür), iş günü hesab edilməyən 112 istirahət günü (onlardan, 6-sı iş günü hesab edilməyən bayram günləri, 1-i səsvermə günü ilə üst-üstə düşən və 2 günü ötən ilin istirahət günü ilə yeri dəyişdirilən), iş günü hesab edilməyən 18 bayram (6-sı istirahət günləri ilə üst-üstə düşən), 1 səsvermə günü və 1 Ümumxalq Hüzn günü vardır (241+112+18+1-6= 366).
Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən Azərbaycan Respublikasında gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz.
2020-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq Hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.
Qanunvericiliyə uyğun olaraq 2020-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1922 saat təşkil edir (235×8 + 6×7 = 1922 saat).
İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi və müəyyən qeydiyyat (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur.
Əmək Məcəlləsinin 90-cı və 108-ci maddələrinə əsasən altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz.
Əmək Məcəlləsinin 91-ci, 92-ci və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və Ümumxalq Hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2020-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1922 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.
İş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz.
İş vaxtının illik normasına görə altıgünlük iş həftəsi cədvəlinə il ərzində düzəliş edilməsi ilə bağlı konkret məsələlər istehsalat və digər yerli şərait nəzərə alınmaqla bilavasitə kollektiv müqavilədə nəzərdə tutulmaqla həll olunur. Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.
Haqqımızda
Uşaqlarda olan infeksion xəstəliklər çox təhlükəli olub, bəzi hallarda çox ağır keçərək hətta ölümlə də nəticələnə bilərlər.
Uşaq infeksion xəstəliklərinin profilaktikasında əsas tələbat peyvəndlərin aparılmasıdır.
Onlar uşaqların sağlamlığını və həyatını xilas edir! Peyvəndlərdən imtina etmək olmaz! Peyvəndlər mümkün qədər peyvənd təqvimlərinə müvafiq olan vaxtlarda yerinə yetirilməlidirlər.
Uşaqlar üçün mütləq olan peyvəndlərdən savayı, valideynlərin şəxsi xahişinə əsasən, xəstəliyi keçirməyən uşaqlara suçiçəyi, rotovirus infeksiyası, həmçinin 12-15 yaşlı qız uşaqlarına isə insan papilloması virusu (İPV) peyvəndləri də oluna bilər.
Yaşı
Peyvəndlər
Xəstəliklərin profilaktikası
Doğumdan sonra 12 saat ərzində
Hepatit B xəstəliyinə qarşı peyvənd
Vərəm əleyhinə peyvənd
Poliomielitə qarşı peyvənd
B tipli hemofil infeksiyaya, difteriya, göyöskürək, tetanus və hepatit B qarşı peyvənd
Poliomielitə qarşı peyvənd
Pnevmokok infeksiyalarına qarşı peyvənd
B tipli hemofil infeksiyaya, difteriya, göyöskürək, tetanus və hepatit B qarşı peyvənd
Poliomielitə qarşı peyvənd
B tipli hemofil infeksiyaya, difteriya, göyöskürək, tetanus və hepatit B qarşı peyvənd
Poliomielitə qarşı peyvənd
Pnevmokok infeksiyalarına qarşı peyvənd
Pnevmokok infeksiyalarına qarşı peyvənd
Qızılça, parotit və məxmərəyə qarşı peyvənd
Difteriya, göyöskürək və tetanusa qarşı peyvənd
Poliomielitə qarşı peyvənd
Qızılça, parotit və məxmərəyə qarşı peyvənd
Difteriya və tetanus əleyhinə peyvənd
«Təqvimdən təqvimə, iqlimdən iqlimə»
Vaxtın ayrı-ayrı bərabər müddətlərə bölünməsi sistemi təqvimi meydana gətirir. Bu bölgü xalqların ictimai həyatını, onların məşğuliyyətini, mülki və dini bayramlarını nizamlamaq üçün olduqca böyük əhəmiyyət kəsb edir. Hər hansı bir xalqın təqvimə malik olması onun artıq müəyyən mədəni səviyyəyə çatması deməkdir. Təqvim sözünün mənşəyi də maraqlıdır. Təqvim ərəb sözüdür. Mənası isə tərtib, tənzimetmə, nizama, qaydaya salma, yerinə qoymaq, düzəltmək deməkdir. Bunlardan başqa təqvim sözünün iki mənası da var. Astronomik cədvəl və kalendar. Kalendar sözünə gəldikdə isə onun latınca kalendarium kəlməsindən yarandığı məlumdur. Sözün kökü kalenda iki məna verir. O, həm ayların ilk gününün adıdır, həm də borc cədvəli, borc kitabı deməkdir. Çünki əvvəllər borclular sələmçilərə hər ayın ilk günü faiz ödəyərdilər.
Tarixdə elə eralar var ki, konkret hadisələrlə bağlıdır. Hz.Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə hicrəti, 622-ci ilə bağlıdır, 1789-cu il isə təqvimdə Fransa inqilabı kimi yadda qalıb. Birinci olimpiada adlanan Yunan erası Miladdan əvvəl 776-cı ildən, Roma erası isə Romanın əsası qoyulduğu yəni Miladdan əvvəl 753-cü ildən hesablanır. Yəhudilər isə öz eralarını Miladdan əvvəl 3761-ci ildən nəzərdə tuturlar.
Bu günkü həmsöhbətim də tanınmış jurnalist, filologiya elmləri namizədi Ramiz Əsgərdir. Ramiz Əsgərin yaradıcılıq miqyası genişdir. O, Yusif Balasuqanlının «Qutadqu bilik», Faruk Sumrin «Oğuzlar», Bahəddin Ogəlin «Türk mifologiyası», Mahmud Kaşgarlının «Divani lüğəti it-türk» əsərlərini Azərbaycancaya çevirib və tədqiq eləyib. Ramiz Əsgərin yaradıcılıq fəaliyyəti, dedimiz kimi hərtərəflidir. Onun gördüyü işlər Azərbaycan folklorunda, elmində, jurnalistikasında xüsusi bir mərhələ qədərindədi. Onunla təqvimlər barədə oxuculara təqdim elədiyim söhbət də geniş tədqiqat məhsuludu. Bu baxımdan, mövzuda Ramiz müəllimlə söhbətim heç də təsadüfi deyil. Çünki Ramiz müəllim təqvimə bağlı maraqlı fikirləri «İqlimdən-iqlimə, təqvimdən-təqvimə» adlı kitabda geniş verilib. Kitab isə xeyli əvvəl 1987-ci ildə nəşr edilib. Təqvimlə bağlı ən dəqiq fikirləri isə yenidən gündəmə gətirməyi lazım bildim.
Dünyada elə suallar var ki, cavabını mütləq bilmək, öyrənmək tələbatı olur. Odur ki, tanınmış jurnalist Ramiz Əsgərlə aşağıdakı söhbətimiz alındı.
-Ramiz müəllim, təqvim necə yaranıb, necə qanuniləşib, buna aydınlıq gətirmənizi istərdim.
-Bu sualın cavabına belə başlamaq istəyirəm. Ə.Haqverdiyevin bir hekayəsi var. Əsərdə Çar dövründən söhbət gedir. Kəndə məmur gəlir. Kənd camaatından kənd uşaqlarının nə vaxt anadan olmaları barədə soruşur. Təbii ki, qeydiyyat aparmaq üçün. Kənddə də bir nəfər etiraz edir ki, yox siz uşaqları əsgər aparmaq üçün gəlmisiniz. Bu qocanı başa salırlar ki, ona görə qeydiyyata salırıq ki, kimin neçə yaşda olduğunu bilək. Qocadan soruşurlar ki, yaxşı de görək sən nə vaxt anadan olmusan? Cavab verir ki, filankəsin evi yanan ili, bəs deyirlər filankəs nə vaxt anadan olub, onu da cavablandırır ki, dağ uçan ili.Eldə-obada belə söhbətlər tez-tez eşidilirdi.
Mən uşaq idim, Piri adında bir yaşlı kişi varıydı. Ondan soruşandakı nə vaxt anadan olmusan? Ot biçinində,-deyərdi. Ot biçini 30-40 gün çəkər. Ot biçini deyəndə dəqiq gününü demir, mövsümü ifadə eləyir. Ona görə də qədimdə belə fərziyələrlə adamların yaşı təyin edilərdi.
Mahmud Kaşğarı bu barədə yazır: Xaqan bir dəfə xalqnan söhbət edirdi. Filan hadisə nə vaxt olub, -deyə soruşur. Hərə bir tarix deyir.
Burada anlaşıldı ki, dəqiq məlumat verilmir. Ona görə də xaqan dedi ki, gəlin bütün hadisələri, baş verənləri rəsmi tarix içində qeyd edək, mən təklif edirəm ki, bir çörək ovu təşkil edək. Çörək ovu da belə olurdu. Bir adam bir nöqtədə dururdu. Qalan əsgərlər, adamlar isə meşədən heyvanları qovurdular bir istiqamətə. Gəlib keçən heyvanları da orada dayanan adamlar, əsgərlər rahat vururdular. 12 heyvan gəlib çaydan keçir. Birincisi keçən siçan idi, sonra pələng, toyuq, meymun, əjdaha. Beləliklə 12 heyvan çayın bu üzünə keçir. Xaqan təklif edir ki, bu heyvanların keçid sırasıyla illərə ad verək. 12 heyvan gəlib keçəndən sonra hər ilə bir heyvanın adını verirlər. Beləcə illərin heyvan adları üstdə yaranması meydana gəlib.
Qədim dövrlərdə insanların dünya görüşündə dini başlanğıc üstünlük təşkil edirdi. Əlçatmaz günəşin, ayın, ulduzların sirrini ön plana çəkirdilər. Ona görə də insanlar isti-soyuq, işıq-qaranlıq kimi təbiət hadisələrini daha uzaq, daha ideal hətta daha heybətli olan səma cisimləriylə izah etməyə çalışırdılar.
Səma cisimlərindən ikisi – Günəş və Ay təqvimlərin yaranmasında əsas rol oynamışdır. Burada bir cəhəti də qeyd etmək lazımdır. Əgər təqvim yalnız Ayın hərəkətinə əsasən yaradılmışsa, o, Ay təqvimi adlanır. Ay təqviminə «Qəməri təqvim» də deyilir. (Qəmər ərəbcə Ay deməkdir). Həm Ayın, həm də Günəşin hərəkəti nəzərə alınaraq tərtib edilmiş təqvim Ay-Günəş, yaxud «Qəməri-Şəmsi» (şəms ərəbcə Günəş deməkdir) təqvim adlanır. Sırf Günəşitn hərəkətinə uyğun olan təqvimə Günəş (şəmsi) təqvimi deyilir.
Ərəb hicri təqvimi sırf qəməri təqvimdir.
Qəməri-Şəmsi təqvimlər sırasına Çin, yapon, monqol, mancur, yəhudi, yunan və digər təqvimlər, şəmsi təqvimlər sırasına isə Misir, Roma, Yuli, Qriqori və başqa təqvimlər daxildir.
-Ən qədim təqvimlərin yaranması haqqında nə deyə bilərsiniz?
-Misirdə qədim vaxtlarda görürlər ki, Nil çayı daşır. Baxıblar ki, bu periodik, dövri bir şeydi. Məcbur olub vaxtı qeydə alırlar ki, bir də bu hadisəyə hazır olsunlar. Yəni bu hadisə birdə nə vaxt baş verə bilər. Növbəti dəfə çayın nə vaxt daşacağını qeydə alırlar. Bunu da ya günəşlə, ya da ayın dövrəsiylə əlaqəli edirlər. İslam ölkələrində aya daha üstünlük verilir. Baxırlar ki, ay 3 günlük, bir həftəlik, 14 günlük, 28 günlük oldu, təzədən bir də çı ı. Burada dörd faza özünü göstərir. Yəni ay 4 şəkildə görünür. Onun hər birini hesablayıb görürlər ki, 12 ayda 1 il yaranır.
Günəş təqvimi isə bir az fərqlidir. Günəş təqvimi ay təqvimindən daha dəqiqdir və bu təqvim ümumən şərtidir. O mənada ki, İslam təqvimində də 28 gün bir ay deyil, bəzi aylar 29 gündür. Xristian təqvimində ayların hamısı 30 gün deyil. Bəziləri 30-31 olur, hətta fevralda 4 ildən bir 29 olur. Burada da bir az şərtilik var. Yəni təqvimin yaranması, keçmiş tarixləri öyrənmək və tədqiq eləmək baxımdan bəşəriyyətin inkişafında bir xronoloji qeydiyat məsələsini həll edir. Bu çox mütərəqqi bir haldır. Təqvimin yaranmasıyla bağlı elmi əsaslar da var.
Bizim indiki təqvim 365 gündür. 365-366 günün dəqiq hesabını isə rəsədxanalar bilir. Amma bizim üçün təqvimi yuvarlaqlaşdırırlar. Hər 4 ildən bir fevral bir gün də artırılır. İslam təqvimi 354 gündür. Yəni ay bütün 4 fazası ilə birlikdə 12 dəfə görünür, çıxır, batır. Bizim istifadə elədiyimiz Xristian təqvimi 365 gündür. Xristian təqvimiylə İslam iəqvimi arasında 11 gün fərq var. Hər 33 ildən bir İslam tarixi bir il qabağa gedir. Təsəvvür edin eyni anda iki uşaq doğulur, amma ayrı-ayrı yerlərdə. Biri Bakıda, biri Qahirədə. 33 ildən sonra Bakıda doğulanın olur 33 yaşı, Qahirədə doğulanın isə 34 yaşı. İslam təqvimi 33 ildə bir il fərq verir. Beləcə də bizdə məhərrəmlik ayı 10-11 gün fərqlərlə gəlir. Məhərrəmlik ayı birdən yaya düşür, birdən qışa, ya da payıza. Bu barədə 1987-ci ildə çıxan «İqlimdən-iqlimə, təqvimdən-təqvimə» kitabında yazmışam. O kitabda əvvəl şəmsi təqvimi yəni ay təqvimi, sonra qəməri-şəmsi təqvimi verilir. Bir də sırf qəməri təqvimi. Kitabda qədim təqvimlərdən də yazmışdım. Misir, Xoldey, İrak, Yəhudi, Ərəb-Hicri təqvimi, Çin, Hun, Türk, Asteklərin təqvimi də var. Rusiyanın özünün məxsusi təqvimi yoxdur. Onlar təqvimi Avropadan götürüb. Onlar Roma təqvimi üzərində durublar. Roma təqviminin də Sezar tərəfindən islahatı olub. Qriqori təqvimi də var. Buna da Qriqoryan təqvimi deyirik. Biz də bu təqvimdən istifadə edirik. Çünki bu daha dəqiq təqvimdir. Sonra Fransada 1789-cu ildə inqilab təqvimi yaradı, sonra da ayrı-ayrı təqvimlər yarandı. Xalq təqvimi deyilən bir təqvimdə var.
-Ramiz müəllim Qədim Türk təqviminin yaranmasıyla bağlı nə deyə bilərsiniz?
-Türk (oğuz) təqvimi öz başlanğıcını 586-cı ildən götürür. Təqvimdə 12 heyvandan ibarət çikl mövcuddur. Hər ili bir heyvanı təcəssüm etdirir. Həmin sikl belədir:
İnama görə, inək ilində müharibə baş verir. dovşan ilində məhsul bol olur, timsah ilində çoxlu yağış yağır, donuz ilində havalar sərt keçir və i.a.
Türklər 10-cu əsrdə islamı qəbul etdikdən sonra hicri-qəməri və hicri-şəmsi sistemlərdən istifadə etmişlər. Bu sistemlərin hər ikisi təxminən ərəblərdə olduğu kimidir. Bəzi cüzi fərqlər bunlardır: türklər hicri-qəməridə dəqiqlik xatirinə 8 illik sikldə üç ili uzun il götürmüşdülər. (ərəblərdə 30 ildən 11-i uzun qəbul olunmuşdu). Nəticədə ərəb hicri-qəməri təqvimi dəqiqliyə daha yaxşı nail olurdu.
1667-ci ildə türklər hicri-şəmsi təqvimə keçdilər. Çünki imperiya qoşuna və çinovniklərə qəməri il üçün (354 gün) maaş verdiyi halda, vergilər 365 günlük şəmsi il ilə toplanırdı. Baş dəftərdar Həsən Paşanın təklifi və layihəsi əsasında yeni qəməri-şəmsi təqvim tətbiq olundu və ona «mali» («maliyyə») adı verildi. Yeni təqvimin əsas cəhəti o idi ki, il 365 gün (qəməridən 11 gün artıq) hesablanır, 33 ildə yaranan 363 gün fərq növbəti ilin buraxılması ilə aradan qaldırılırdı. Türklər buraxılan ilə «siviş» (sivişən) il deyirdilər. 1740-cı ilin 29 martında Sultan Mahmud maliyyə ilini martın 1-dən hesablamağı əmr etdi. Hər şey yenidən alt-üst oldu. Yeni təqvimə «rumi» təqvim adı verildi. O, 1925-ci ilədək qüvvədə qaldı.
26 dekabr 1925-ci ildə Türkiyə Böyük Millət Məclisinin qərarı ilə Qriqori təqvimi qəbul edildi. 1935-ci ilin iyununda isə istirahət günü cümədən bazara keçirildi.
Müasir Türkiyədə bayramlar iki təqvim üzrə qeyd olunur. Müsəlman bayramları ərəb hicri-qəməri təqvimlə, milli bayramlar Qriqori təqvimlə. Mətbuat, radio, televiziya ancaq Qriqori təqvimi ilə işləyir. Divar təqvimlərində isə Qriqori, rumi və hicri-qəməri tarixlərin üçü də göstərilir.
-Ramiz müəllim, bəs təqvimdə xalq təfəkkürünün izləri, mifoloji qaynaqlardan gələn sistem özünü necə ifadə edir.
-Xalq etimologiyasından öncə xalq metorologiyası var. Xalq aylara, mövsümlərə adlar verib. Quyruq doğdu, alaçalpov. Alaçalpov, kiçik-çillə, böyük çillədən sonra da qışın son dövrüdür. Qışın son 30 günüdür. İndi biz çərşənbə axşamları keçiririk, tonqallar qalayırıq. Bunlar da 4 yerə bölünür. Birində torpaq qızır, su qşızır, od qızır, hava qızır. Bunu xalq müşahidə nəticəsində tətbiq edib. Bunun mifoloji kökləri də var. Birinci elə təbii kökləri var. Təbiətin oyanışını xalq görüb, bunlara ad verib. Ad verəndə də ayinləri, ritualları olub. Keçəldi, Kosadı, bayram ərəfəsində yaranıb. Yağış, qar yağanda qodu-qodu nəğmələri yaranıb. Sonra Günəşi cağırma nəğmələri də var. Bu bizim tarixdə də var, ruslarda da, avropalılarda da. Hər millətin öz coğrafiyası olduğu kimi, coğrafiyaya xas olan hava iqlimi də var. Onları da müşahidə edib biliblər.
-Ramiz müəllim, həyatımızda elə bir sahə yoxdur ki, folklorla bağlı olmasın. Bu mənada da təqvim istisna deyil. İl, fəsil, ay və həftənin günləri, axşam-səhər, qar, külək və digər təbiət hadisələri atalar sözlərində, yığcam bayatılarımızda, lətifə və tapmacalarımızda, etiqatlarımızda əks olunub. Bunlara münasibətinizi bilmək istərdik.
-Folklorda il-fəsil, axşam-səhər, külək,- qar təbiətlə bağlı çox deyimlər var. Bunları xalq yaşayıb, ad qoyub və s. Qışın çıxmağıyla, yazın gəlməsiylə bağlı oyun, qaravəlli, xalq tamaşaları da nə qədər desən çoxdu. Məsələn, təqvimlə bağlı bir neçə folklor nümunələri deyim:
Ay var, ili gözlər
İl var, ayı gözlər.
***
Xıdır Nəbi, Xıdır İlyas Bitdi çiçək gəldi yaz.
Belə misalları çox gətirmək olar. Bunları da bayaq dediyim kimi xalq öz müşahidələrindən götürüb.
Ramiz müəllimlə, bu sözbətimiz «İrəvan çuxuru» adlı radio proqramında səslənmişdi. Bu söhbəti oxucuların da diqqətinə çatdırmağı lazım bildim. Onu da deyim ki, təqvimlərlə bağlı həm elmi, həm də xalq arasında deyilənlər, yayılanlar həddən çoxdu. Folklorumuzda qorunub saxlananlar, daha doğrusu elmi əsaslara söykənənlər isə daha çoxdu.
Comments are closed, but trackbacks and pingbacks are open.