Press "Enter" to skip to content

Astiaq əfsanəsi

O, haqlı olaraq göstərir ki, Midiya barelyefindəki struktur fərqini anlamaq üçün Herodota müraciət etmək lazımdır və ondan daha bir sitat gətirir. Və işin maraqlı tərəfi budur ki, o, sitatı sırf tarixi bir fakt kimi gətirir. Halbuki gətirilən süjeti əfsanə kimi də gözdən keçirmək olar və lazımdır. Fikrimizcə, şərti olaraq «Deyok və Frəörtə haqqında əfsanə» kimi təqdim edə biləcəyimiz bu əfsanə də folklorşünaslarımız üçün maraqlı olmalıdır. Amma nədənsə «Astiaq əfsanəsi»ni Azərbaycan folkloru nümunəsi kimi gözdən keçirməyi lazım bilən folklor­şü­nas­larımız onu gözaltı etmişlər.

Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan şİfahi xalq əDƏBİyyatina daiR

1.Hacıyev T. Bəxtiyar Vahabzadənin dil üslubu. Ulduz. Bakı: 1983. №7, səh. 45-52.

2.Qarayev Y. Faciə və qəhrəman. Bakı: Azərnəşr, 1965, 192 səh

3.Qarayev Y. Poeziya və nəsr. Bakı: Yazıçı, 1979, 198 səh

4. Rzasoy S. Bəxtiyar Vahabzadə və milli yaddaş // I Beynəlxalq Bəxtiyar Vahabzadə Simpoziumu, Qafqaz Universiteti, 13-15 dekabr, 2012, 225 səh.

5.Seyidov Y. Ədibi tənqid və bədii dil. Bakı: Yazıçı, 1986, 197 səh

6.Vahabzadə B. Hara gedir bu dünya ? Bakı, “ Azərbaycan “ nəşriyyatı,2001-384 səh

7.Vahabzadə B. Seçilmiş əsərləri . 1 cild Bakı Öndər nəşriyyat,2004 – 328 səh

8.Vahabzadə B. Seçilmiş əsərləri . 2 cild Bakı Öndər nəşriyyat,2004 – 320 səh

9.Vahabzadə B. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1961, 273 səh.

10.Vahabzadə B. Sənətkar və zaman. Bakı: Gənclik, 1976, 298 səh

11.Vahabzadə B. Şənbə gecəsinə gedən yol .Bakı n Azərnəşr 1991,334 səh

12.Vahabzadə B. Dərin qatlara işıq (məqalələr). Bakı: Yazıçı, 1986, 318 səh
Ülkər İman qızı ƏLİYEVA

filologiya qzrə fəlsəfə doktoru, dosent

AMEA Folklor İnstitutu
HERODOTUN GÜNEY AZƏRBAYCAN ƏRAZİSİNDƏN

TOPLADIĞI İKİ ƏFSANƏ BARƏDƏ
Herodotun Güney Azərbaycan ərazisindən topladığı iki əfsanə barədə

Məqalədə Güney Azərbaycan folklor xəritəsində xüsusi mövqeyi olan əfsa­nələr­dən söhbət açılır. Müəllif qədim dövrlərin ən mükəmməl tarixçisi, “tarixin atası” Hero­do­tun Güney Azərbaycandan topladığı iki əfsanə üzərində xüsusi olaraq dayanır. O, əf­sanələrdən birincisi “Astiaq” əfsanəsidir ki, Herodot tərəfindən e.ə.V əsrdə qeydə alın­mışdır. Digər əfsanə isə “Tomris” əfsanəsidir ki, o da Azərbaycan folkloruna, ədəbiy­ya­tı­na və tarixinə həsr olunmuş bütün kitablara salınmışdır. Müəllif bu iki əfsanəni dərin­dən təhlil etmiş, əldə olan materialların əksəriyyətinə nəzər salmağa cəhd göstərmişdir.

Açar sözlər : əfsanə, Güney Azərbaycan, Herodot, Astiaq, Tomiris
Улькер Алиева

О двух легендах, зафиксированных Геродотом

в Южном Азербайджане

В статье рассказывается о легендах, которые обладают особым местом в фольклорной карте Южного Азербайджана. Автор особо обращается к двум легендам, собранным в Южном Азербайджане великим историком всех времен, «отцом истории» Геродотом. Первой легендой является «Астиаг», которая соб­рана в V веке до нашей эры. Другая легенда это «Томрис» которая была включена в почти все основные книги и учебники по литературе, фольклору и истории Азербайджана. Эти две легенды были проанализированы автором, который пос­та­рался ознакомиться с большинством материалов на эту тематику.

Ключевые слова: легенда, Южный Азербайджан, Геродот, Астиаг, Томирис
Ulker Aliyeva

Two legends collected by Herodotus on the territory

of the South Azerbaijan

The article is talk about the legends take place in a special position on the map of South Azerbaijan folklore. The author focuses specifically on the two legends gathered by the excellent historian of ancient times, “the father of history” Herodotus at the South Azerbaijan. One of them – “Astiag” legend was recorded by Herodotus in the V century. Other legend – the “Tomris” legend have been dedicated at the books about Azerbaijani folklore, literature and history. The author thoroughly analyzed these two legends, tried to get a look at most of the materials.

Keywords: legend, Southern Azerbaijan, Herodotus, Astiag, Tomiris
Güney Azərbaycan ərazisində qeydə alınmış ən əski əfsanə elm aləmində «Astiaq əfsanəsi» adlı əfsanədir. E. ə. V əsrdə Herodot tərəfindən yazıya köçü­rül­müş bu əfsanəyə (1, s. 24-25) görə, sonuncu Midiya hökmdarı Astiaq yatıb yuxuda görür ki, qızı Mandananın ətrafında su əmələ gəlir. Bu su çoxalıb şəhəri və bütün Asiyanı basır. Astiaq yuxudan oyanıb yuxusunu danışır. Yuxu yozanlar deyirlər ki, Mandanadan olacaq oğlan onun taxtı-tacını əlindən alacaqdır (1, s. 24; 2, s. 31).

Burada yuxuyozmaya inam ilə üzləşirik ki, bu fakt ölkəmizin ərazisində, eynən digər qədim Şərq ölkələrində olduğu kimi (3, s. 117), bu inancın kök­lərinin çox qədim olduğundan xəbər verir. Məlumat üçün bildirək ki, yuxu­yozma ilə bağlı dövrümüzədək yetişən əlyazmaların ilk nümunəsi hələ e. ə. 1250 ildə papirus üzərində Misirdə qələmə alınmış yuxuyozma əlyazmasıdır (3,s.7). O, qədim misirlilərin 200-dən artıq yuxusunu və onların çoxsaylı yozumlarını əhatə edir (4, s. 18).

Folklorşünaslıqda yuxuyozmalara həsr edilmiş tədqiqat əsərlərində onun fövqəlbəşərilik, kahinlik, peyğəmbərlik və öncəgörməliklə bağlılığı üzərində da­ha çox durulmaqdadır (5, s. 46). «Astiaq əfsanəsi»ndə bu funksiyanı kahinlər yerinə yetirir.

Əfsanədə daha sonra deyilir ki, o vaxtkı qanuna görə şah yalnız midiya­lı­lardan olmalı idi. Buna görə Astiaq qızı Mandananı Kombis adlı fağır bir iran­lıya ərə verir. Bir qədər keçəndəıı sonra Astiaq ikinci dəfə yuxuda görür kı, Man­dananın sinəsində üzüm tənəyi ağacı göyərdi və büyüyüb bütün Asiyanı tut­du. Yuxu yozanlar bu yuxunu da əvvəlki kimi yozdular. Astiaq hamilə qızını sa­raya gətirib nəzarət altında saxlayır. Bir müddət keçəndən sonra Mandananın bir oğlu olur. Astiaq uşağı Harpaq adlı qohumuna verib öldürməsini əmr edir. Har­pa­ğın uşağı öldürməyə əli gəlmir və uşağı bir çobana verir ki, onu öldürsün. Tə­sadüfən həmin çobanın arvadının da oğlu olur, lakin uşaq ölü doğulur. Ər-arvad Mandananın oğlunu özlərinə götürür, ölü uşağı isə Harpağın adamlarına göstərib dəfn edirlər. Bu hadisədən on il keçəndən sonra çobanın oğlu uşaqlarla oynayır­mış. Oyuna görə onu Şah seçirlər. Çobanın (Mandananın) oğlu oyun vaxtı Ar­tem­baras adlı bir Midiya zadəganının oğlunu əmri yerinə yetirmədiyi üçün «Şah» kimi döydürür. Döyülən oğlan evə gəlib hadisəni atasına danışır. Zadəgan bunu özü üçün təhqir hesab edir. Oğlunu da götürüb Astiaqın yanına şikayətə gəlir. Astiaq qəzəblənib çobanı və onun oğlunu hüzuruna çağırtdırıb danışdırır. Uşağın çox sərbəst və cəsarətli danışığı Astiaqı şübhələndirir. O, uşaqda özünə bən­zər əlamətlər görür. Bir tərəfdən də uşağın yaşı nəvəsinin (Mandananın oğ­lunun) yaşına uyğun gəlir. Əhvalatı çobandan soruşur. Çoban qorxaraq hər şeyi açıb danışır (2, s. 31).

Bundan sonrakı hissə daha maraqlıdır: ««…Harpaq bu sözləri eşidib hökm­darın ayaqlarına düşür. O, özünün günahkar olmasına baxmayaraq, hər şey uğurla ötüşdüyü, belə şad hadisəyə görə hətta ziyafətə dəvət edildiyi üçün yük­sək xoşbəxtlik qanadında uçur. Harpaq sonra tələsik evə gedir və oğlunu dərhal Astiaqın sarayına göndərir (yeganə oğlunun 13-ə yaxın yaşı olardı). Ona buyu­rur ki, hökmdarın bütün əmrlərini yerinə yetirsin. Özü də bütün baş vermiş ha­di­səni böyük sevinclə arvadına danışır. Bu arada Harpaqın oğlu (saraya) Astiaqın hüzuruna gələn kimi o, oğlanı öldürməyi, bədənini tikə-tikə doğramağı əmr edir. Hökmdar uşağın ətinin bir qismini qızartmağı, bir qismini də bişirməyi və bu yaxşı hazırlanmış xörəyi dəmdə saxlamağı əmr edir. Ziyafət başlananda dəvət olunmuş adamlar sırasında Harpaq da gəlir. Astiaqın və qonaqların süfrəsinə qo­yun əti, Arpaqın qabağına isə öz oğlunun bütün ətini qoyurlar (uşağın başı, əlləri və ayaqları qapağı örtülü səbətə qoyulmuşdu). Görünür, Harpaqın doyduğunu hiss edən Astiaq ondan xörəyi xoşlayıb-xoşlamadığını soruşur. Arpaq cavab verir ki, xörək ona böyük ləzzət verdi. Onda xüsusi tapşırıq almış xidmətçilər uşağın başı, əlləri və ayaqları qoyulmuş ağzı örtülü səbəti gətirib Harpaqa əmr edirlər ki, səbəti açsın və içindəkilərdən nə istəsə götürsün. Arpaq əmrə boyun, əyir və səbətin qapağını qaldıranda oğlunun cənazəsinin qalıqlarını görür. Am­ma gördükləri Harpaqı çaşdırmır; o, özünü itirmir. Bu vaxt Astiaq ondan soruşur ki, hansı quş ətindən, yediyini bilirmi? Harpaq cavab verir ki, bəli, bilir, həm də hökmdar hər nə iş görsə, onun üçün yaxşı olmalıdır. Bu sözləri deyir, oğlunun ətindən qalan tikələri də yığıb evə qayıdır. Bəlkə də, oğlunun cəsədindən nə qa­lıbsa, onları toplayıb torpağa tapşırmaq istəyirmiş» (1, s. 24-25).

Bu süjet «Kitabi-Dədə Qorqud» dastanının «Salur Qazan xanın evinin yağmalanması» boyundadakı bir süjeti xatırladır:

« Bu yanda Şöklü Məlik keyfi kök, kafirlərlə yeyib-içib oturmuşdu. Dedi:

“ Bəylər, bilirsizmi, Qazana necə heyif vurmaq lazımdır? Boyu uzun Burla xatununu gətirdək, badə paylasın!”.

Boyu uzun Burla bunu eşitdi, ürəyinə-canına od düşdü. Qırx incə
bel­li qızın içinə girib, məsləhət verdi, dedi: “Qazan bəyin xatunu hansınızdır?”-
deyə hansınıza yapışarlarsa, qırx yerdən səs verərsiz”.

Şöklü Məlikdən adam gəldi: “Qazan bəyin xatunu hansınızdır?” deyə so­ruşdu. Qırx yerdən səs gəldi. Hansıdır, bilmədilər. Kafirə xəbər verdilər: “Birinə yapışdıq, qırx yerdən avaz gəldi. Bilmədik, hansıdır”, – dedilər.

Kafir dedi: “Ədə, gedin Qazanın oğlu Uruzu dartıb çəngəldən asın. Ağ ətin­dən qıyma-qıyma çəkin; qara qovurma bişirib, qırx bəy qızına aparın. Hər kim yedi, o deyil, hər kim yemədi, odur. Götürün-gəlin, şərab paylasın!”.

Boyu uzun Burla xatun oğlunun yanına gəldi. Çağırıb oğlunu söyləyir,
görək, xanım, nə söyləyir:

Oğul, oğul, ay oğul! Bilirsənmi, nələr oldu?

Duydum işini kafirin.

Qızıl tağlı uca evimin dirəyi oğul!

Qaza bənzər qız-gəlinimin çiçəyi oğul!

Oğul, oğul, ay oğul!

Doqquz ay dar qarnımda

On ay deyəndə dünyaya gətirdiyim oğul!

Bələyini beşikdə bələdiyim oğul!

Kafirlər fikirlərini dəyişiblər; deyiblər ki, Qazan oğlu Uruzu həbsdən çıxa­rıb, örkənlə boğazından asın. İki kürəyindən çəngələ sancın, qıyma-qıyma ağ ətindən çəkin. Qara qovurma edib, qırx bəy qızına aparın. Hər kim yedi, o deyil. Hər kim yemədi, o Qazanın xatunudur; çəkin-gətirin, döşəyimizə salaq, şərab pay­latdıraq! “Sənin ətindən, ay oğul, yeyimmi? Yoxsa iyrənc dinli kafirin döşə­yi­nə girimmi? Ağan Qazanın namusunu tapdayımmı? Neyləyim, ay oğul?!” – dedi.

Uruz deyir: “Ağzın qurusun, ana! Dilin çürüsün, ana! “Ana haqqı – Tanrı haq­qı” – deyilməsəydi, qalxıb yerimdən durardım, yaxandan boğazından tu­tar­dım. Qaba dizimin altına salardım. Ağ üzünü qara yerə çırpardım. Ağzından-üzündən qan şoruldayardı. Can şirinliyini sənə göstərərdim. Bu nə sözdür? Saqın, xanım ana! Mənim üzərimə gəlməyəsən! Mənim üçün ağlamayasan! Qoy məni, xanım ana, çəngələ sancsınlar! Qoy ətimdən çəksinlər; qara qovurma edib, qırx bəy qızının önünə aparsınlar. Onlar bir yeyəndə, sən iki dəfə ye. Kafirlər duyma­sınlar, səni tanımasınlar. Təki murdar dinli kafirin döşəyinə düşməyəsən. Onlara şərab paylayıb, atam Qazanın namusunu sındırmayasan. Saqın!” ( 6, s. 194-195).

Müqayisəyə çəkdiyimiz iki süjetdən belə görünür ki, qədimdə düşməni öz övladının ətinin kabab edilərək, ona yedirdilməsi kimi cəza növü olmuşdur. Bu faktı əldə əsas tutan B. Tuncay Qafqaz oğuzlarının gerçəkdən də midiyalılaran varisləri olduğunu, eyni ədəbi düşüncə sistemlərini paylaşdığını bildirir və bunu təsdiqləyən başqa dolayı bir misal da gətirir. O, bir çox mənbələrə istinad edərək ( 7 , 1997, s. 77 -78; 8, 116, 144-145) qədim türk idarəçilik sistemi barədə geniş məlumat verir, sağ-sol bölgüsünün üzərinə gəlir (9) və «Oğuznamə»dən aşa­ğıdakı sitatı təqdim edir:

«Oğuz yurduna dönməsi şərəfınə toy üçün doxsan min qoç və doqquz yüz dayça kəsilməsini əmr etdi və böyük bir toy düzəltdi və qızıl ev (alaçıq) qur­durdu. Bu toy ərəfəsində, özü ilə birlikdə fatehlik səfərlərinə apardığı və onunla bərabər sağ-salamat əsas yurda dönmüş olan altı oğlu bir gün ova getdilər. Təsadüfən qızıl bir yay və üç qızıl ox tapdılar. Öz istəyinə görə onların arasında bərabər bölməsi üçün, bunları atalarının hüzuruna gətirdilər. Ataları Oğuz yayı üç yerə parçalayıb daha böyük üç oğluna, üç oxu da üç kiçik oğluna verdi. Belə qərar verdi: özlərinə yay verdiyim üç oğlumun soyundan törəyəcək qəbilələr “Bozuq’ adlanacaqlar. Çünki bunlara yayı paylamaq üçün onu mütləq parçala­maq lazım idi. “Bozuq” sözünün də mənası “parçalam aq,pozm aq” deməkdir.

Özlərinə ox verdiyim digər üç oğlumun soyundan törəyəcək qəbilələrin aya­ması “Uçuq olsun. Bu “uçuq”, yəni “üç dənə ” ox deməkdir. Buyurdu ki, bundan sonra oğullarından kim gəlirsə bərabərcə (təmacamişi) çalışmışlar: “Biz hamımız bir soydanıq” – deyib orduda da öz yerlərini və rütbələrini bilsinlər.

Bunlar da belə qərarlaşdırdılar: “Yay verdiklərinin yeri daha üstün olsun və orduda sağ qolu təşkil etsinlər. Özlərinə ox verdiklərinin yeri aşağı olub sol qolu təşkil etsinlər. Zira yay padşah kimi hökm edər; ox isə ona tabe olan bir elçidir. Onların yurdunu da buna uyğun şəkildə ayırıb təyin etdi. Bu toyda ha­mının qarşısında sözünü bu şəkildə tamamlayıb buyurdu: “Mən öldükdən sonra yerim, taxtım və yurdum, əgər Gün o zaman sağ olarsa, onundur” (10, s. 51-52).

Oğuznamələrdəki hakimiyyət modelini təhlil edən S. Rzasoy oğuz ritual-mifo­loji dünya modelinin təsvir kodlarını və kosmoqonik struktur vahidlərini aşağıdakı kimi bərpa edir:

Nominativ kod: Buzuklar ————- Uçuklar

Relyef kodu: Günçıxan —————- Günbatan

Üfüqi məkan kodu: Sağ —————- Sol

Şaquli məkan kodu: Yuxarı ———– Aşağı

Siyasi struktur kodu: Hökmda——— Nökər

İctimai-ierarxik kod: Tabe edən —— Tabe olan

Zaman kodu: Əvvəlincilər ———— Sonrakılar (11, s. 87).

Bu bölgüdə söhbət sağın sol, gündoğanın günbatan üzərində hakimiyyə­tindən gedir.

Yuxarıda təqdim edilən süjetdən göründüyü kimi, türklərdə yay haki­miy­yəti, ox isə tabeçiliyi simvolizə edirmiş. B. Tuncay yazır ki, İraqın Süleyma­niy­yə yaxınlıqlarında bulunan, midiyalılara aid olan bir barelyefdə bu bölgünün izlərini görməkdəyik (9).

Tədqiqatçının haqqında söz açdığı barelyefdə iki nəfər təsvir edilib. «Onların birinin əlində yay, digərinin əlində oxqabı vardır. İşin ən maraqlı tərəfi isə budur ki, onların başı üzərində ay diski içərisində oturan Tanrı, başqa sözlə Ay Tenqri təsvir edilmişdir.

Bu təsvirləri bizə təqdim edən əslən Güney Azərbaycandan olan Mənsur Rəhbəridir. Onun bildirdiyinə görə həmin təsvirin qrafik surəti M. İ. Dya­kono­vun «Midiya tarixi» kitabında verilmiş, fəqət alim bilərəkdən şəkli təhrif edərək, oxqabını da yay kimi göstərmiş, Ay Tenqrinin isə şəklini verməyi lazım bil­mə­mişdir» (9).

B.Tuncayın sözlərinə görə, Midiya barelyefində «Oğznamə» dəki struk­turdan fərqlənən bir incə detal var. Burada hakimiyyətin təmsilçisi, yəni əlində yay tutmuş şəxs solda yox, sağda, tabe olan, yəni əlində oxqabı tutan şəxs isə oğuzlardakının əksinə olaraq solda deyil, sağda təsvir edilib (9). Tədqiqatçı belə bir sual verir: Niyə? Axı, hakimiyyət sağda tabe olanlar solda olmalıdır.

O, haqlı olaraq göstərir ki, Midiya barelyefindəki struktur fərqini anlamaq üçün Herodota müraciət etmək lazımdır və ondan daha bir sitat gətirir. Və işin maraqlı tərəfi budur ki, o, sitatı sırf tarixi bir fakt kimi gətirir. Halbuki gətirilən süjeti əfsanə kimi də gözdən keçirmək olar və lazımdır. Fikrimizcə, şərti olaraq «Deyok və Frəörtə haqqında əfsanə» kimi təqdim edə biləcəyimiz bu əfsanə də folklorşünaslarımız üçün maraqlı olmalıdır. Amma nədənsə «Astiaq əfsanəsi»ni Azərbaycan folkloru nümunəsi kimi gözdən keçirməyi lazım bilən folklor­şü­nas­larımız onu gözaltı etmişlər.

Tarix və folklorun, daha dəqiq desək, rəvayət və əfsanələrin çuğlaşmasına «tarixin atası» adlandırılan Herodotun tarix kitabında da rast gəlirik. Onun 9 kitabdan ibarət “Tarix” əsərində Yunan-İran müharibələrindən, habelə qədim dün­yanın bir sıra dövlətlərinin, o cümlədən Şərq ölkələrinin tarixindən, coğrafi mövqeyindən, yerli xalqlarından, onların adət-ənənələrindən ətraflı bəhs olunur. Əsər Azərbaycanın qədim tarixini və folklorunu öyrənmək baxımından da qiy­mətli məxəzdir. Midiya tarixi, habelə iskitlər (skiflər), Azərbaycan ərazisində yaşamış qədim qəbilə və tayfalar haqqında məlumatlar son dərəcə dəyərli elmi əhəmiyyətə malikdir. «Herodotun “Tarix”ini açan hər kəs birinci kitabın ilk sətrində iki ad görür: “Halikarnaslı Herodot. ” Sonra bütün “Tarix” boyu gah uzaq keçmişin o vaxta qədər qalan abidələrini öyrənən, keçmişlər haqqında bi­rin­ci, ikinci, hətta üçüncü dildən olaylar, əsatir, əfsanə, rəvayət, dastan və müd­rik sözlər eşidən; gah da zamana hadisələrinin iştirakçıları ilə görüşərək onların fikrini və xatirəsini dinləyən müəllifin hər şeyə açıq-aşkar, birbaşlı, qərəzsiz və ədalətli rəyini sanki “eşidirik”. İlk sətirdə nişan verilən müəllifin və onun doğul­duğu şəhərin adına qalanda bu, o vaxtın dəbindən gəlir» (13, s. 1).

Maraqlıdır ki, Azərbaycan ədəbiyyatşünasları Herodotun Astiaq və To­miris haqqında yazdıqlarının Azərbaycan şifahi xalq ədəbiyyatının nümunələri kimi gözdən keçirirlər. Məsələn Y. Babayev yazır ki, «Midiya və Albaniyada zəngin bir ədəbiyyatın varlığını оnun bizə gəlib çatan … «Tоmris» və «Astiaq» əfsanələri, Cavanşirin ölümünə Davdağın yazdığı mərsiyə və s. kimi az saylı nümunələri də təsdiq еdir» (14, s. 11).

Folklorşünas Vaqif Vəliyev də onları məhz əfsanə kimi gözdən keçirərək, “Astiaq” əfsanəsinin “Tomris” əfsanəsi ilə müqayisəli təhlilini vermişdir (15, s. 280- 284). S. Zülfüqarlı da Astiaqla bağlı süjeti əfsanə kimi dəyərləndirərək onu «Azərbaycan dili» dərsliyinə daxil etmişdir (16, s. 31-32).

R.Qafarlı isə hər iki süjeti rəvayət kimi dəyərləndirərək yazır: «İlk «Tarix» (Herodot) kitabına düşən «Astiaq» və «Tomris» rəvayətləri ilə bir sıra mif sis­temlərinin (xüsusilə tale mifi) ömrü uzadılır. Roma mifologiyasında ilkin döv­lət­çilik görüşləri əks olunur ki, bunu mədəni həyatın başlanğıcı hesab edirlər. Romul və Rem Romanı düşmən hücumlarından və daxili xəyanətkarlardan qo­rumaq üçün xüsusi icra mexanizmi olan yeni birlik yaradırlar. Astiaqın ulu ba­bası Deiyokun Midiya dövləti qurması haqqında Herodotun verdiyi məlumatlar göstərir ki, Azərbaycan mifoloji təsəvvüründə dövlətin daha mükəmməl modeli qurulmuşdur» (17, s. 12).

“Tomris” və “Astiaq” əfsanələri ayrıca mövzu kimi «Erkən orta əsrlər Azər­baycan ədəbiyyatı», «VII-X yüzilliklərdə Azərbaycan ədəbiyyatı», «Xətib Təbrizi Azərbaycanda ədəbiyyatşünaslığın banisi kimi», «XII yüzillikdə Azər­baycan ədəbiyyatı: Xaqani, Məhsəti və b.», «Nizami Gəncəvi, yaradıcılığı», «Ni­zami və xalq qaynaqları» kimi mövzularla yanaşı Azərbaycan Univer­site­tinin Azərbaycan filologiyası və jurnalistika kafedrası tərəfindən tədris planına daxil edilmişdir (18).

Maraqlıdır ki, Azərbaycan tarixçiləri həm Astiaqın, həm də Tomirisin real tarixi şəxsiyyətlər olduğunu təsbit etmiş və onların adlarını «Azərbaycan kitab­ların»da əbədiləşdirmişlər. Burada R.Qafarovun aşağıdakı fikri ilə razılaşmamaq mümkün deyildir: «Aristotel Herodotu tarixçi deyil, mifoloq kimi təqdim edirdi. Qədim yunanların qənaətində mif dünya tarixinin başlanğıcını özündə əks etdi­rən ən dolğun mənbə sayılırdı. Bu günədək tarixçilər Troya müharibəsi haqqında həqiqətləri öyrənmək üçün antik miflərə (yeganə mötəbər mənbə kimi) müraciət edirlər. Sonralar dənizin dərinliklərində aparılan arxeoloji axtarışların nəticə­sin­də miflərdə göstərilən şəhər, saray və qalaların qalıqları üzə çıxdı, mifoloji təs­virlərin çoxunun gerçəkliyi təsdiqləndi» (17, s. 14).

B.Tuncayın real tarixi fakt kimi gözdən keçirdiyi «Deyok və Frəörtə haq­qında əfsanə»nin birinci hissəsi belədir:

«102. Deyokun Frəörtə adlı oğlu vardı. Deyok 53 illik hökmranlıqdan son­ra vəfat edir, hökmdarlıq irsən Frəörtəyə keçir. Frəörtə hakimiyyəti ələ alıb mi­di­yalılara hökmdarlıq etməklə kifayətlənməyərək, farsların üstünə müharibəyə gedir. Onun ilk hücumuna farslar məruz qalırlar və midiyalılara ilk dəfə onlar tabe olurlar. Frəörtə bu iki, özü də qüdrətli xalqa hakim kəsilərək, sonra Asiya xalqlarını dalbadal özünə tabe etməyə başlayır. Nəhayət, o, assurların üzərinə yürüş edir. (Məhz həmin assurlara ki, onlar Ninə sahib olub, əvvəllər bütün Asi­yaya ağalıq edirdilər, indi isə müttəfiqlərinin qopub ayrılmasından sonra tək qal­mışdılar, amma bununla belə, öz evlərində hələ də kifayət qədər güclü idilər). Frəörtə özü 22 illik hökmranlıqdan sonra bu yürüşdə həlak olur və ordusunun da böyük hissəsi məhv edilir.

103. Frəörtənin ölümündən sonra hökmranlıq onun oğluna, Deyokun nə­vəsi Kiaksara keçir. Danışılanlara görə bu Kiaksar öz sələflərindən daha hərbçi olmuşdur. Asiya ordusunu ilk dəfə silah növlərinə görə əsgəri hissələrə o böl­müş, hər hissəyə-nizəçilərə, kamançılara və süvarilərə sərbəst hərəkət etmək əm­ri vermişdir. O vaxta qədər bütün ordu intizamsızcasına qarışıq olmuşdur. Bu hə­min Kiaksardır ki, lidiyalılarla vuruşanda gündüz qəflətən gecəyə dönmüşdü. Kiaksar Qalisin o tərəfi boyu bütün Asiyanı öz hakimiyyətinə birləşdirir…» (1, I, s. 102-103).

Bu məlumatı əldə əsas tutan B. Tuncay yazır ki, midiyalılar bütün Asiyanı öz hakimiyyəti altına almışdılar. Midiya isə Asiyanın qərbində, başqa sözlə, solunda yerləşirdi. Odur ki, barelyefdə hakimiyyətin təmsilçisinin sağda deyil, solda təsvir edilməsi təbiidir. Fikrimizcə, vəziyyətin dəyişməsi böyük Asiyanı Ötükendən idarə etməyə başlayan Göytürk Xaqanlığı dövründən sonra baş vermişdir. «Oğuznamə»lər də həmin dövrdən sonra qələmə alındığı üçün orada sonrakı modeli görməkdəyik (9).

Tədqiqatçının fikrincə, midiyalılarla oğuzları yaxınlaşdıran başqa bir cəhət isə midiyalılarda da eynən oğuzlar və digər türklərdə olduğu kimi hökdarın xalq tərəfindən seçilməsi məsələsidir. Herodot ilk Midiya hökmdarının seçilməsini eyni əfsanənin ikinci hissəsində belə təsvir edir:

«96. …Midiyada Frəörtənin oğlu Deyok deyilən müdrik adam yaşayırmış. Həmin bu Deyok hökmdar olmaq həvəsinə düşür və öz arzusunu bax belə hə­yata keçirir: O vaxt lidiyalılar kəndlərdə yaşayırlarmış. Deyok özünün (doğ­ma) kəndində hələ əvvəllər də hörmət qazanıbmış, sonra isə məhkəmə işlərinə baxa­raq daha səylə haqq-ədalət gözləyirmiş. Bütün Midiyada böyük qanunsuzluq hökm sürsə belə, Deyok əyriliyin düzlüyə həmişə düşmən olduğunu bilə-bilə yenə ədalətli hərəkət edirmiş. Həmkəndliləri onun bu qabiliyyətini görüb onu özlərinə məhkəmə hakimi seçmişlər. Deyok isə hökmdarlığa çatmaq niyyəti ilə məhz bu cür təmiz və haqpərəst hakim olmuşdur. Bununla da öz həmkənd­lilə­rinin kifayət qədər təqdirini qazanmış, hətta (əvvəllər ədalətsizlik qurbanı ol­muş) başqa kənd sakinləri də Deyokun yeganə ədalətli hakim olduğunu eşidib, öz çəkişmələrini həll etmək üçün onun yanına gəlirmişlər və belə – belə, axırda ancaq ona etibar göstərməyə başlamışlar.…» (1, I, s. 96-98).

Beləliklə, Herodotun Güney Azərbaycandan topladığı iki əfsanə ilə üz-üzəyik. Onlardan birincisi elm aləminə çoxdan məlum olsa da, ikincisi bugünə qədər naməlum qalır və fikrimizcə, folklorşünaslarımız ikinci əfsanəyə də xü­susi diqqət yetirməlidirlər. Beləliklə, «Deyok və Frəörtə haqqında əfsanə» He­rodotun topladığı «Astiaq əfsanəsi» və «Tomiris» əfsanəsi ilə yanaşı Azər­bay­can şifahi xalq ədəbiyyatının e.ə. V əsrdə yazıya köçürülmüş 3 nümunə­sindən biri kimi gözdən keçirilməlidir.

Məlum olduğu kimi, folklorumuzda bu və ya digər şəhər, kənd və s. ya­şayış yerinin salınması ilə bağlı çox sayda əfsanə və rəvayət mövcuddur. Sözü­ge­dən süjeti də bu qəbildən olan süjetlər sırasına daxil etmək və Akbatan (bu­gün­kü Həmadan) şəhərinin genezisi ilə bağlı əfsanə kimi gözdən keçirmək müm­kündür.
QAYNAQÇA

  1. Herodot. Tarix (Doqquz kitabda). Birinci hissə. Bakı, 1998, (http://www.kitabxana.net/files/books/file/ 1331842212.pdf).
  2. Zülfüqarlı S. Azərbaycan dili. Ali məktəbin rus bölmələri üçün dərslik. Bakı, «İqtisad Universiteti» nəşriyyatı, 2009. 610 səh.
  3. Всемирная энциклопедия сновидений. Нальчик, 1997, 496 с.
  4. Nəbiyev A. Folklor yaradıcılığında fasiləsiz transfer və yuxu paradiqmaları, Bakı, 2011, 341 səh.
  5. Психология. М., 1993, 327 с.
  6. Kitabi-Dədə Qorqud. Öndər nəşriyyatı, Bakı, 2004. 376 s.
  7. Ergin M. Dede Korkut Kitabı, c.I. Ankara, 1997.
  8. Bayat F. Türk dövlətçilik ənənəsi və idarəetmə ritualları // Folklor və dövlətçilik düşüncəsi. I kitab. Bakı, Elm və təhsil, 2016, s. 47-65.
  9. Tuncay B. «Dədə Qorqud» eposunda gizlənən tarix (https://bextiyartuncay.wordpress.com/2016/08/02/d%C9%99d%C9%99-qorqud-eposunda-gizl%C9%99n%C9%99n-tarix/).
  10. Rəşidəddin. Oğuznamə. Anadolu türkcəsindən Azərbaycan dilinə çevirən, ön söz və göstəricilərin müəllifi və biblioqrafiyanm tərtibçisi İsmixan Osmanlı. “Azərbaycan Milli Ensiklopediyası” NPB, Bakı, 2003, 108 səh.
  11. Rzasoy S. Əcdad kultu və Oğuz dövlətçilik ənənəsi // Folklor və dövlətçilik düşüncəsi. I kitab. Bakı, Elm və təhsil, 2016, s. 66-108.
  12. Бартольд В. В. Сочинения. М., 1968, Т. 5, 757 с.
  13. Xəlilov P. Herodot və biz // Herodot. Tarix (Doqquz kitabda). Birinci hissə. Bakı, 1998, s. 1-7 (http://www.kitabxana.net/files/books/file/ 1331842212.pdf).
  14. Babayеv Y. Ana dilli Azərbaycan ədəbiyyatının təşəkkülü və еpik şеirin inkişafı (XIII-XIV əsrlər). Mоnоqrafiya. Bakı, ADPU, 2008, 128 səh.
  15. Vəliyеv V. Azərbaycan sоvеt pоеmalarında əfsanə mövzusu. Bakı: ADU, 1969, 40 s.
  16. Zülfüqarlı (Hüseynova) S. Аzərbaycan dili. Ali məktəblərin rus bölmələri üçün dərslik. Bakı, «İqtisad Universiteti» nəşriyyatı, 2009. 610 s.
  17. Qafarov R. O. Azərbaycan türklərinin mifologiyası (qaynaqları, təsnifatı, obrazları, genezisi, evolyusiyası və poetikası). Filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. Bakı. 2010. 60 s.
  18. Azərbaycan Universiteti. Azərbaycan filologiyası və jurnalistika kafedrası tərəfindən tədris olunan fənlərin təsviri (http://au.edu.az/uploads/files/Az% 20fil%20ve%20jur%20kaf%20(fenlerin%20tesviri).pdf).

Xanım MİRZƏYEVA

AMEA Folklor İnstitutunun doktorantı

Astiaq əfsanəsi

Fərdlərin xəyalları olduğu kimi, bütövlükdə xalqların da özünəməxsus xəyal dünyası var. Bir çox miflər elə xəyallardan yaranır. Büsbütün uydurulmuş, yaxud müəyyən real hadisələrin zamana uyğun tam təhrifi üzərində qurulmuş miflər absurd tarixşünaslıq ənənəsinin təməlini qoymuş olur. Ona görə də deyirlər ki, hər şey öz əndazəsində gözəldir. İstənilən bir xalq mifləri həqiqət kimi təqdim etməyə cəhd göstərəndə, onları dövlət ideologiyasının sütunlarına çevirəndə, öz uydurulmuş miflərinə görə real tarixi, sənədləşdirilmiş keçmişi saxtalaşdırmağa başlayanda, ən əsası isə, onlar üzərində gerçək siyasət qurub başqalarına qarşı əsassız iddialara başlayanda bu, ikrah doğurur. Eyni zamanda bəşəriyyət üçün böyük faciələrə gətirib çıxarır.

Uydurmalar, saxtakarlıqlarla dolu erməni tarixşünaslığının bu gün analoqu yoxdur. Çünki erməni xalqının, erməni dövlətçiliyinin tarixinin aparıcı hissəsi faktlara deyil, faktoidlərə, yəni fakt kimi təqdim olunan saxta məlumatlara söykənir. Qriqorian məzhəbinin yazılı tarixi isə qədim əsatirlərdən, xristian rəvayətlərinin tanınmaz hala salınan variantlarından, bir çox hallarda başqa xalqların mifologiyasından götürülmüş hissələrdən ibarətdir. Burada mifoloji məzmun və əsatir personajları ilə gerçək hadisələr və şəxslər arasındakı sərhəd həm nisbi, həm də illüziya xarakterlidir. Hazırda bu barədə bütün dünya alimləri öz tədqiqatlarında yazırlar. Vaxtilə pravoslav kilsəsinin yepiskopu, şərqşünas və arxeoloq Porfiri Uspenski də “Mənim Yaranış kitabım” əsərində ermənilərin saxta din tarixi yaratmaqda ənənəvi ustalıqlarını xüsusi qeyd etmiş, hətta onların “qədim yazılı sübutlar” yaratmaq texnologiyası ilə tanış olduqdan sonra bu sözləri demişdir: “İnanmayın! Ermənilərin tarixi sənədlərinə inanmayın! Onlar fırıldaqçıdırlar, saxta sənədlər düzəldirlər. Onların “qocalması”, saralması, köhnəlməsi üçün bu kağızları ya təzək qalağı altında saxlayır, ya da rütubətli yerlərə qoyurlar”.

Əfsuslar olsun ki, yalan miflər uydurmaqda və bu miflərə görə tarixi saxtalaşdırmaqda, onlardan siyasət aləti kimi faydalanmaqda “tayı-bərabəri olmayan” bir xalqla qonşu olmaq taleyimizə yazılıb. Ermənilərin mif yaradıcılığını diqqətlə nəzərdən keçirdikdə asanlıqla yəqin etmək olur ki, bu riyakar, xisləti mənfur insanlar miflərdən öz tarixlərini qədimləşdirmək məqsədilə istifadə etməkdə hətta bəşəriyyəti qabaqlayırlar. Belə bir hal onların demək olar ki, bütün nümayəndələrinin ən ağır formada yoluxduqları kollektiv xəstəlik simptomları kimi nəzərə çarpır. Bir xalqın dəlilik mərəzinə tutulması isə çox acınacaqlı və başqaları üçün faciəvi nəticələrə gətirib çıxaran təhlükəli bir prosesdir.

Erməni saxtakarlığı və əqli mülkiyyət

Aprelin sonlarına doğru erməni saxtakarlığı, onların tarixi təhrif etmək hərisliyi, bu sahədə “zəngin təcrübəsi” mövzusunda söhbət açmağımız heç də təsadüfi deyil. Dünyada əqli mülkiyyət hüququ ilə bağlı iki əlamətdar gün məhz aprelin sonlarına təsadüf edir. Belə ki, hər il bütün dünyada 23 aprel UNESKO-nun “Ümumdünya kitab və müəlliflik hüququ günü”, 26 aprel isə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının “Beynəlxalq əqli mülkiyyət günü” kimi qeyd edilir. Erməni saxtakarlığı problemi əqli mülkiyyət hüquqlarının qorunması, müəllif-hüquq münasibətləri kontekstində də mühüm aktuallıq daşıyır. Məsələ burasındadır ki, ermənilərin tarixi saxtalaşdırmaları, başqalarının maddi-mənəvi irsini oğurlamağı özlərinə daimi peşə etmələri təkcə Azərbaycan xalqının deyil, digər xalqların da hüquqlarına ciddi xələl gətirir.

Tədqiqatçıların fikrincə, ermənilərin yüzillər boyu sınanmış mənimsəmə texnologiyası mürəkkəb və çoxmərhələlidir: əvvəlcə mənimsəmə üçün seçilən nümunənin “erməni mənşəyi” barədə “qədim erməni folkloru” səviyyəsində rəvayətlər uydurulur və ölkə daxilində dövriyyəyə buraxılır. Rəvayət ictimai təfəkkürdə özünə möhkəm yer tutduqdan, kütlə həqiqətən onun “erməni köklü” olmasına inandırıldıqdan sonra kitablara və orta məktəb dərsliklərinə salınır. Növbəti mərhələdə isə həmin rəvayətin “təkzibedilməz tarixi faktlara söykəndiyini” əsaslandırmaq üçün “qədim mənbələrin” formalaşdırılması prosesinə başlanılır. Bu mərhələdə, bir qayda olaraq, həmin mənbələr “XVIII-XIX əsrlərdə erməni rahibləri tərəfindən üzü köçürülən, orijinal nüsxələri isə 1915-ci il hadisələri nəticəsində it-bata düşən “qədim salnamələrdən” ibarət olur. Sonrakı, daha mürəkkəb mərhələdə isə həmin “qədim mənbələrdəki sitat və faktlar” müxtəlif yollarla xarici müəlliflərin əsərlərinə nüfuz etdirilir. Sonda isə bu mənimsəmənin erməni mənşəli olmasını göstərmək üçün daha folklor nümunələrinə deyil, nüfuzlu əcnəbi alimlərin əsərlərinə istinad edilir (Nazim Mustafa, “Uydurma erməni soyqırımının ideya müəllifləri və onların “aksioma” çevrilən saxta kitabları haqqında”, məqalə)

Frans Kafka yazırdı: “Hər şey, o cümlədən yalan da onlar üçün həqiqətə xidmət edir”. Amma yalan üzərində qurulan həqiqətin isə ömrü uzun olmur.

M.Xorenskidən gələn saxtakarlıq

Məşhur latın zərb-məsəllərindən birində deyilir ki, “Hər bir sonluq onun başlanğıcından asılıdır”. Erməni saxtakarlığı da başlanğıcını erməni tarixinin atası sayılan M.Xorenskidən götürür. Bu başlanğıc belə bir acı həqiqəti ortaya qoyur ki, saxtakarlıq bu xalqın qanındadır. İstənilən sənədli, sənədsiz tarix ermənilər üçün keçmiş haqqında soraqdan, bilik mənbəyindən daha çox, ilk növbədə, saxtalaşdırma predmetidir. Tarixin atası Herodotun eramızdan əvvəl 5-ci əsrdə qələmə aldığı “Tarix” kitabının böyük bir hissəsi min il sonra erməni tarixinin yaradıcısı kimi tanınan M.Xorenskinin müəllifliyi altında saxtalaşdırılıb. Nə zaman, hansı əsasla bəlli deyil. Çünki ermənilər M.Xorenskinin özünü də saxtalaşdırıblar. Belə bir ad altında tarixşünaslığa kimliyi məlum olmayan saxta bir mənbə təqdim ediblər.

Yenə də tədqiqatçıların yazdıqlarına müraciət edək. Bu tarixçinin həyatı və fəaliyyəti, yaşadığı dövr əsərlərinin mətnləri qədər sirlidir və müəmmalarla doludur. Müxtəlif mənbələrdə onun həyatı barədə yazılanlara, eləcə də əsərlərindəki hadisələrin xronologiyasına inansaq, bu insanın az qala ümumiləşdirilmiş mifik personaj olması, təqribən 350-400 illik fərqi əhatə edən bir dövrdə, V-VIII əsrlər arasında yaşayıb-yaratması haqqında müxtəlif cür ehtimallar irəli sürülür. Elə son dəqiqləşdirmələr də onun doğum-ölüm tarixinin VIII əsr olduğunu təsdiqləməkdədir. “Erməni saxtakarlığı: Yalan üzərində qurulan tarix” kitabında yazılır ki, M.Xorenskinin qələmindən çıxan “Tarix” əsərinin mətni təqribən doqquz yüz il sonra – XVII əsrdə o qədər təhrif olunmuşdu ki, saxtakarlar ora hətta IX yüzillikdə baş vermiş hadisələri və onun həmin olaylara “obyektiv münasibətini” də daxil etmişdilər. Əsərin adını da dəyişib “Ermənistan tarixi” qoymuşdular. Təsadüfi deyil ki Qərb tarixçilərindən Avqust Karier hələ 1896-cı ildə M.Xorenskinin əsərlərindəki faktoloji uyğunsuzluqları, habelə saxtakarlıqları nəzərə alaraq yazırdı: “Qədim erməni tarixçilərinin məlumatına inanmaq naşılıqdır. Bu məlumatların böyük hissəsi uydurmadır”. Beləliklə, M.Xorenskini tarix saxtakarlarının ilk və ən böyük qurbanı hesab etmək olar.

Məlum olduğu kimi, Herodotun “Tarix”inin 100-cü fəslindən 103-cü fəslinə qədəri Midiyaya və massagetlərə həsr olunub (Kamran İmanov, “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya erməniçilik uydurmaları digər xalqların hüquqlarına xələl gətirir”, Bakı, 2020).

Mütəxəssislərin də etirafına görə, bu tarixi məlumatlar folklor nümunələri üzərində, yəni “Astiaq” və “Tomiris” rəvayətləri əsasında qurulub. Movses Xorenskinin müəllifliyi ilə təqdim olunan “Hayların tarix”ində elə həmin hadisələr başqa məna verməklə təsvir edilir. Bunlar hər şeydən əvvəl erməni xalqının həyatında tarixi mərhələ və onun qonşu xalqlara qarşı qəhrəmanlıq qarşıdurması kimi təqdim edilir. “Astiaq” əfsanəsi erməniləşdirilmiş variantla saxtalaşdırılır və mövcud olmayan “Tiqran və Əjdaha” adlı əfsanə yaradılır. Elə bu cür də “Tomiris” əfsanəsi “Artaşes və Satenik” əfsanəsi ilə dəyişdirilir. Bununla məşhur “Tomiris” tarixi adı unudulmağa məruz qalır. Ermənistanın hərbi gücü şişirdilir. Ən başlıcası isə, yalan və təhrif yolu ilə mövcud olmayan əfsanələr yaradılır. Belə bir başlanğıcı nəzərə alanda erməni xalqının tarixin saxtalaşdırılması sahəsində əsrlər boyu qazandığı təcrübənin hüdudlarını, daha dəqiq desək, hüdudsuzluğunu yaxşı təsəvvür etmək mümkün olur. Müasir erməni tarixçiləri bu əsəri müqəddəs kitab səviyyəsində qəbul edir, ona güclü istinadlar olunur, yeni uydurma və qərəzli nəşrlərin sifarişini verirlər.

“İncil” necə erməniləşdirildi

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor Kamran İmanovun ötən il çapdan çıxmış 1, bu il isə 3 kitabı erməni saxtakarlığının ifşası baxımından çox maraqlı faktlara işıq salır. Sözügedən kitablar bunlardır: “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya ermənilərin Qafqaz avtoxtonluğu cəhdləri”, “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya erməniçilik uydurmaları digər xalqların hüquqlarına xələl gətirir”, “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya digər xalqların siyasi tarixini, tarixi coğrafiyasını və mədəniyyətini özününküləşdirməklə hay-erməni qədimliyinin qurulma cəhdləri”.

M.Xorenskinin “Haylar tarixi”nin erməni saxtakarlığı nöqteyi-nəzərindən maraqlı tarixçəsinə toxunan K.İmanov bu əsərə aid təhriflərin, yalanların kitabın adından, yazıldığı tarixdən, müəllifindən başlamış tərcüməsinə qədər davam etdiyini tutarlı dəlillərlə sübuta yetirir. Yazının orijinalının olmadığını, hansı dildə – siro-aramey, yunan və ya qrabar dilində yazılmasının müəyyənləşmədiyini göstərir. Bu kitaba bütün istinadlar əsasən müasir erməni müəlliflərinə məxsusdur. “Maraqlıdır ki, X əsrə qədər hay istorioqrafiyasında M.Xorenskinin adı çəkilmir”.

Daha sonra müəllif yazır ki, bir sıra alimlərin fikrincə, M.Xorenski adı altında anonim keşiş tarixçisi çıxış edir. Çünki onun tərcümeyi-halı naməlum, saxta mənbələr əsasında yalnız 1858-ci ilin rus dilində olan nəşrində erməni mənşəli tərcüməçi N.Emin tərəfindən tərtib edilib. 1809-cu ildə rus dilinə tərcümə olunan nəşrdə (latın dilində 1736-cı ildə Londonda nəşr olunub) yazının adı “Ermənilər tarixi”nə, 1858-ci ildə isə “Armeniya tarixi”nə çevrilib. Bununla da haylar-ermənilər haqqında tarix uydurulmuş Armeniya ölkəsi tarixi adına çevrilib.

Ermənilər M.Xorenskinin adından istifadə edərək xristianlığın müqəddəs kitabı “İncil”i saxtalaşdırmaqdan belə çəkinməyiblər. “İncil”də müəyyən təftişlər apararaq bununla “İncil”in erməni variantını təqdim ediblər. Saxtakarlığın məkrli niyyəti isə “Xalqlar cədvəli”ndə Hayk və Armenak fantomlarının uydurulması və bu cədvəldə göstərilməyən şəcərə qollarını doldurmaqla hayları armenlərin əcdadlarına çevirmək, üstəlik, sakaların, qədim türklərin soykökü ilə “qohumluq” yaratmaqdan ibarət idi.

Tarixi vətən və əcdadlar haqqında nağıllar

Əfsuslar olsun ki, keçmişdəki yalanlardan bəhrələnərək bu gün də çağdaş erməni uydurmaları və saxtakarlıqları yaradılır. Tarixi vətən və əcdadlar haqqında təhrifə məruz qalmış arayışlar davam etdirilir. Ermənilər özlərini haylar kimi təqdim etməklə bərabər mifik Aramla uydurulmuş qədim tarixi də saxlamaq və bununla yanaşı, arameylərin məşhur tarixindən bəhrələnmək, özlərini qədim Ərməniyyə dövlətinə bağlamağı məqsəd götürürdülər. Qafqaz Albaniyasına iddia etmək və bu dövlətin Azərbaycana guya heç bir aidiyyətinin olmaması barədə həyasız tezislər irəli sürmək isə erməni saxtakarlığının ayrı-ayrı istiqamətləridir. Kamran İmanovun kitabında ümumiləşdirilən tarixi faktlar, istinad etdiyi mötəbər elmi mənbələr isə bu saxtakarlıqların hər birini ifşa edir. Müəllif eləcə də əksəriyyəti turanlı olan Ərməniyyə əhalisi arasında haylara yer olmadığını göstərir. Sak və Albanlara gəlincə, onların Xattlar kökündən olduqları, Azərbaycan ərazisində yaşadıqları, Azərbaycan xalqının əcdadlarından biri olduqları bir daha sənədli mənbələr əsasında öz təsdiqini tapır.

Kamran İmanov qədim mətnlərdə və klassik mənbələrdə bir sıra xalqların yaşayış məkanı kimi əks olunmuş “Armeniya” anlayışının düşünülmüş halda “Haylar ölkəsi – Hayastanla” qarışdırılmasını və saxtalaşdırılmış süni sinonimlik vasitəsilə qədim diyarın tarixinin hay-ermənilərin xeyrinə özününküləşdirilməsini erməni tarixşünaslığının başlıca tezisi kimi ifşa edir.

Cənubi Qafqaz torpaqlarında hay-erməni avtoxtonluğuna aid sayılan və qədim mətnlərə, klassik mənbələrə istinadən guya “erməni çarlıqları” kimi təqdim olunan ölkələrin siyasi, etnik və dövlətçilik baxımından mahiyyətini açıqlamaqla erməni saxtakarlıqlarını gün işığına çıxarır. Müəllif yazır: “Şərqi Anadoluda yerləşən Ərminiyyə ərazisi qədim zamanlardan başlayaraq, bir sıra avtoxton etnosların yaşayış məkanı olmuş (xatti, xettlər, xurrilər, alarodi-urartular, sonradan qəmərlilər və saklar və digər turan mənşəli xalqlar), haylar isə bu əraziyə gəldiyi andan başlayaraq heç zaman buradakı xalqlar toplusunun çoxluğunu təşkil etməmişlər və kiçik koloniya şəklində yaşamışlar. Haylar Ərminiyyə ərazisinə gəldikdən öncə semit olan və əcdadlarını Aram adlandıran arameylərin güclü təsiri altında toplu kimi formalaşıblar.

Haylar orta əsrlərdə “ermənilər” etnonimini mənimsəməklə bir neçə məqsəd güdmüşlər: uydurma “Ermənilər” adı altında avtoxton xalqların ərazilərini özününküləşdirmək, onların tarixini “Haylar tarixinə” çevirmək, VI əsrdə Yustinianın inzibati islahatı ilə bağlı özlərinə legitimlik qazanmaq və həmin zamanlardan işlənilən “Armeniya” terminini çağdaş hay-ermənilərə aid etmək”.

Kitabda verilən sitatlarda isə oxuyuruq: ” İ.Şopen (fransız mənşəli rus alimi): “Ermənilərin və hayların mənşəyi fərqlidir. Ermənilər pelasqlardan (qədim ionlar, sonrakı etrusklar), haylar isə semitdilər. Ermənilər parfiyalılara etnik yaxındılar (ərsaklar, saklar)”. . ”Alimlərə aydın olmayan səbəblərə görə hayları və onların vətəni Hayastanı Ermənilərlə və Ərməniyyə ilə qarışdırıblar. Erməni şimaldan gələn, Yafət soyundan olan (madiylər, aşkenazlar, qəmərlilər, torklar və s.), Hayk cənubdan gələn, Sim soyludur”. . ”Haykın törəmələri “Armen”, “Somex” adlarını tanımaq istəmirlər. Bu xalqın ədəbiyyatı yalnız Haykanlar adından yazılıb və heç bir izahı yoxdur ki, hansı səbəbdən bugünkü ermənişünas alimlər Hayların və Hayastanın adlarını “Armen” və “Armeniya” kimi tərcümə edirlər”. İ.Şopen hesab edirdi ki, müasir hay-ermənilər “ermənilərin, parfların, hayların və yəhudilərin qarışığından əmələ gələn, öz mənsubiyyətini və doğma adını unutmuş xalqdır”.

Bununla da müəllif qədim mətnlər və klassik mənbələr əsasında “əsrlərdən gələn və 2,5 min il tarixi olan” kəsilməz hay-erməni dövlətçiliyi ənənəsinin uydurma olduğunu göstərir.

Ermənilər tarixi saxtalaşdırmaq, özlərini ərazidəki qədim xalqların davamçıları kimi təqdim etmək məqsədilə xəritələrdən də istifadə etməyə çalışırlar. Amma bu xəritələrin özü də onların saxtakarlığını ifşa edən tutarlı mənbələrdəndir. Məlumdur ki, ərazinin hansısa xalqa aidiyyətini bildirən əsas soraqlardan biri də toponimlər – yəni yer adlarıdır. Budur, qədim xəritələr ən azı 2500 il bundan əvvəl də bu regionda türk mənşəli toponimlərin, o cümlədən hidronimlərin (su obyektinin adı) olduğunu göstərir. Bu, ərazinin ən qədim dövrlərdən saka-türklərin torpaqları olmasına bir sübutdur. Bunun müqabilində regionda bir dənə, hətta 1000 il tarixi olan erməni (hay) toponimi yoxdur. Bunun özü də ermənilərin (haylar) gəlmələr olduğunu isbat edir.

Zamanın lap qədim qatlarındakı mübahisəli sualları aydınlaşdırmaqdan ötrü müasir tarixşünaslıqda DNK analizi metodundan geniş istifadə edilir. Qafqazda kimin yerli (avtoxton), kimin gəlmə olduğunu müəyyən etməkdən ötrü bu regiondakı xalqlarla bağlı DNK analizləri aparılıb. Nəticələr özlərini Qafqazın əsas avtoxton xalqı kimi göstərməyə çalışan ermənilər üçün arzuolunmazdır. Genetik araşdırmalar sübut edir ki, ermənilər 13 müxtəlif qədim qəbilə birliyinin nəticəsidir və güman ki, onların birləşməsində dil müvafiq rol oynayıb. Ermənilər gəlmələrdir. Kamran İmanovun kitabında bu məsələyə də xüsusi diqqət yetirilib.

Fəxr edirik ki, azərbaycanlıyıq

Professor K.İmanovun kitablarında UNESKO-nun 76 ölkə arasında keçirdiyi maraqlı bir sorğunun nəticələri də öz əksini tapıb. Təbii ki, hər bir fərd özünü müəyyən mədəni qrupa aid etmək hüququna malikdir. Bununla da öz identikliyini etnik, dini, milli-vətəndaş və ya istənilən başqa bir qrupda müəyyənləşdirir. İdentiklik “icma”, “ölkə” və “dünya” qrupları arasından seçilə bilər. “İcma” dedikdə sırf etnik, yəni lokal, ərazi və ya mədəni məkana, “ölkə” dedikdə – milli və ya vətəndaş, “dünya” dedikdə isə bəşəriyyətə olan seçim məxsusluğu nəzərdə tutulur. Erməniçilik öz identiklik qrupunu digərlərinə qarşı müxalif nöqteyi-nəzərdən təsəvvür edərək, “müstəsnalıq”, “xüsusilik” iddiası ilə özünü “izolyasiya” edir. Digərlərinə qarşı etnik təmizləməni təşviq edir. Belə şəraitdə “icma” (etnik) göstəricisi yüksək olur. Müsbət sxem əsasında qurulan identiklik isə digərlərinə düşmən baxışı yox, əksinə, qruplararası münasibətlərdə kompromis axtarışına, konsensusun tapılmasına yönəlir. Bu vəziyyətdə isə “ölkə”, “dünya” identiklik göstəriciləri daha böyük üstünlük təşkil edərək “icma” göstəricisindən qabağa çıxır. Azərbaycan xalqının tarixdən gələn tolerantlıq ənənələri buna sübutdur. Multikultural cəmiyyətdə pozitiv sxemi ilə qurulan identiklik qalib gəlir və getdikcə milli-vətəndaş identikliyi etnik (icma) identikliyi üstələyir.

UNESKO-nun 76 ölkədə identikliklə bağlı keçirilmiş “World Values” sorğusundakı rəqəmlər əsasında K.İmanovun apardığı araşdırmalarsa göstərir ki, bizim multikultural dəyərlərimizi, tolerantlıq əlamətlərimizi təsdiqləyən mühüm faktorlar çox aşağı səviyyədə olan “icma” (24%) və çox yüksək olan “dünya” (21%) identikliyi göstəricilərimiz və bu mənzərəni tamamlayan yüksək “ölkə” identikliyimizdir (55%). Bu o deməkdir ki, ölkəmizdə vətəndaş həmrəyliyi, milli-vətəndaş identikliyi icma, lokal, etnik identikliyi qat-qat üstələyir. Bununla yanaşı, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Azərbaycan Prezidenti İlham Əliyevin böyük uğurla davam etdirdiyi ümumbəşəri prinsiplərə əsaslanan siyasət əhali tərəfindən dəstəklənərək, yüksək “dünya” məxsusluğu identikliyini formalaşdırır.

Ermənistana gəlincə, onun “icma”- etnik identiklik göstəricisi çox yüksək olaraq 38 faizdir. “Dünya” identikliyi isə yalnız 11 faizdır. Bu isə ermənilərin təkcə öz qonşuları üçün yox, əslində, bəşəriyyət üçün təhlükəli düşüncələrlə silahlanmış xalq olmalarına dəlalət edir.

Professor Kamran İmanov erməni saxtakarlığının maraqlı və bir o qədər də qorxulu məntiqini təqdim edir. Çünki “erməni milli ideyasına” qulluğun məqsədi birdir: bunlar “Böyük Ermənistan”, “Dənizdən dənizə olan Ermənistan” xülyası “dəyirmanına su tökür”. Uydurmaların yaranması üsulları da onların riyakarlıq diapazonu kimi məhdudiyyətsizdir: hamını aldatmaq, təhrif olunmuş faktlara inandırmaq. İllər əvvələ qədər bu yalanlarla bəlkə də kimlərisə aldatmaq olardı. Amma bu yalanların qarşısına real həqiqətlərlə çıxan Azərbaycanın apardığı haqq davası, effektiv informasiya müharibəsi erməni saxtakarlığının meydanını get-gedə daraltmaqdadır.

Mədəniyyət

Azərbaycan xalqının şifahi poetik yaradıcılığı kimi mənalandırdığımız folklorun tarixi Azərbaycan ərazisində ilk insan məskənlərinin meydana çıxmasına gedib çatır. Azərbaycan dünyanın ən zəngin folklor sərvətlərindən birinə sahibdir.

Azərbaycan ədəbiyyatının qaynağında zəngin və dərin məzmunlu Azərbaycan folkloru durmaqdadır. Mifoloji-bədii dünyagörüşün izləri folklorda və klassik ədəbiyyatda indi də özünü büruzə verməkdədir. Azərbaycan mifologiyası Qədim hind, Qədim yunan mifologiyası qədər sistemli və bütöv xarakter daşımır. Ancaq Azərbaycan folklorunda Azərbaycan mifologiyasının izlərini aşkar etmək mümkündür. Bunlar daha çox kosmoqonik və mövsümi, eləcə də etnoqonik miflərin müəyyən detallarını özündə daşımaqdadır. İnsan cəmiyyətinin ilkin formalaşma dövrünün bədii təfəkkür məhsulları olan bu mifik ünsürlərdə kosmosla xaos, yəni dünya düzəni ilə qarmaqarışıqlıq, nizamsızlıq, dünya düzəninin bu nizamsızlıqdan yaranması və eyni münasibətlərin insan cəmiyyətində əks olunması özünə yer tapmışdır. Mifik dünyagörüşündə insan cəmiyyətində kosmos, yəni əksər insanlar tərəfindən qəbul edilmiş qayda-qanunlar toplusu əsas etibarilə cəmiyyətin aparıcı nizamını — ailə, məişət, insanla təbiət arasında qarşılıqlı anlaşma proseslərini əhatə edir. Mifoloji dünyagörüşünün ayrı-ayrı ünsürləri indiyə qədər folklorun ovsun, alqış, qarğış, rəvayət, qodu və sayaçı mərasimi ilə ilgili mətnlərdə qorunub saxlanmışdır. Azərbaycan mifoloji mətnlərinin əksəriyyətində qədim Türk mifoloji düşüncəsi aparıcı motiv kimi çıxış edir. Bunu istər dünyanın yaranması ilə bağlı olan kosmoqonik miflərdə, istər etnosun mənşəyi ilə bağlı olan etnoqonik miflərdə, istərsə də mövsümi proseslərlə əlaqədar olan təqvim miflərində görmək mümkündür. Mifoloji mətnlərin yaranması və onların folklor mətnlərində ünsürlər şəklində qorunub saxlanması ibtidai insanın təbiətə və təbiət qüvvələrinə baxışı ilə sıx əlaqədardır. Söz, hərəkət və oyun vasitəsilə təbiət qüvvələrinə təsir göstərmək arzusu ibtidai insanda mifoloji mətnləri yaratmaq və ifa etmək ehtiyacı doğurmuşdur. Bunların sırasında “Kosa-Kosa”, “Qodu-Qodu”, “Novruz”, “Xıdır Nəbi” və b. mərasim nəğmələrini və bunları müşayiət edən rəqsləri göstərmək olar.

Azərbaycan folklorunun özəlliklərindən birini onun başqa türk xalqlarının folkloru ilə ortaq cəhətlərə malik olması təşkil edir. Bu xalqların şifahi söz sənətində bir çox mətnlərin üst-üstə düşməsi həmin örnəklərin vahid etnocoğrafi məkanda meydana gəlməsini göstərir. Ortaq türk folkloruna aid olan dastanlar arasında “Oğuznamə”lər xüsusi bir silsilə təşkil edir. “Köç”, “Ergenekon”, “Şu”, “Qayıdış” kimi dastanlarda isə bütöv şəkildə prototürklərin mühüm problemləri öz bədii-mifoloji əksini tapmışdır. Həmin dastanların çoxu xülasə şəklində XI yüzillikdə yaşayıb-yaratmış türk alimi Kaşğarlı Mahmudun “Divani lüğət-it-türk” (“Türk dilinin divanı”) əsərində öz əksini tapmışdır. Bu dastanlar xalqların böyük hicrəti dövrünün bədii-mifik dünyagörüşünü özündə saxlamaqdadır.

Azərbaycan folkloru janr zənginliyinə malikdir. Epik folklor janrlarından nağıl və dastanlar, xalq müdrikliyinin ifadəsi olan atalar sözləri və zərbi-məsəllər tarix boyu qonşu xalqların folklor və klassik ədəbiyyatına güclü təsir göstərmişdir. Lirik janrlardan bayatılarda xalq həyatının və məişətinin müxtəlif tərəfləri bədii-emosional şəkildə əks olunmuşdur. Qədim türk xalqlarının özünəməxsus poeziyası olmuş və bu poeziya türklərin milli vəzni olan heca və ya “barmaq” vəznində yaradılmışdır. Müxtəlif şeir şəkillərində hecaların sayı müxtəlif olsa da, epik süjetli uzun şeirlər və dastanlar əsas etibarilə yeddihecalıq formada yaradılmışdır. Bu cür şeirlər insanın yaddaşında daha yaxşı qorunub saxlanır. Azərbaycan folklorunun ən zəngin janrlarından olan bayatıların da hər misrası yeddi hecadan ibarət olur.

Folklor janrları arxaik və çağdaş janrlar kimi iki yerə bölünür. Arxaik folklor janrlarında sınamalar, ovsunlar, fallar, andlar, dualar, alqışlar və qarğışlar geniş yer tutur. Ancaq bu bölgü şərtidir; belə ki, folklorun yaranma prosesi bütün tarix boyu getdiyindən, bu janrlara da müntəzəm olaraq yeni-yeni örnəklər əlavə olunur.

Bağlı olduğu hadisə və ya proses baxımından mərasim folkloru, əmək nəğmələri ayırd edilir. Mərasim folklorunun özü də mövsüm mərasimlərini, müxtəlif təbiət hadisələri ilə bağlı olan mərasimləri, məişət mərasimini, o sıradan toy və yas mərasimlərini əhatə edir.

Azərbaycan folklorunun ən zəngin janlarından birini bayatılar təşkil edir. Bayatılar əsasən insanın lirik-fəlsəfi duyğularını yığcam poetik şəkildə ifadə etməyə xidmət göstərir. Bu poetik formanın məzmun növləri arasında layla, nazlama, ağı, sayaçı sözü, holavar, vəsfi-hal və s. örnəklər vardır. Bundan başqa, bayatı-bağlama, bayatı-deyişmə, bayatı-tapmaca kimi örnəklər də bu poetik formanın daxilində özünə yer tutur. Bayatılar dörd misradan, hər misra yeddi hecadan ibarət olur. Qafiyələnmə sistemi əsasən a-a-b-a şəklindədir. Tarixən türkdilli poeziyada cinasa çox fikir verildiyindən, qafiyələri cinas təşkil edən bayatı örnəkləri də çoxdur. Bayatının forma növlərindən biri də ilk misrası ancaq qafiyədən ibarət olan növdür. Bu cür bayatılara daha çox Kərkük folklorunda rast gəlinir. Bayatıda adətən birinci və ikinci misralar əsas mənanı ifadə etmək üçün hazırlıq rolunu oynayır.

Geniş yayılmış lirik folklor janrlarından birini də xalq mahnıları təşkil edir. Bunlar konkret musiqi motivinə bağlı olan müxtəlif formalı poetik mətnlərdir. “Aman nənə”, “Ay lolo”, “Sona bülbüllər”, “Süsən sünbül” və s. xalq mahnıları indi də müğənnilərin repertuarında qalmaqdadır. İfa tərzinə görə xalq mahnıları arasında solo, xor və deyişmə-mahnılar seçilir.

Xronoloji baxımdan epik folklor janrlarından əfsanələr ilk öncə nəzərdən keçirilir. Əfsanələri başqa epik janrlardan fərqləndirən başlıca əlamət onda fantastik element və hadisələrin iştirak etməsidir. Eyni əlamətin daşıyıcısı olan sehirli nağıllardan fərqli olaraq, əfsanələrdə süjet bitkin xarakter daşımayıb, yalnız bir fraqment şəklində olur. Təsvir etdiyi obyekt və hadisənin məzmununa görə Azərbaycan folklorunda əfsanələr kosmoqonik, zoonimik, toponimik, etnoqrafik, dini, tarixi, qəhrəmanlıq və s. xarakteri daşıyır. Ən qədim əfsanələr kainat, dünya və səma cisimlərinin yaranması ilə bağlı olan örnəklərdir.

Azərbaycan folklorunun janrları arasında əfsanə və rəvayətlərdən sonra nağıllar epik növün ən geniş yayılmış örnəklərini təşkil edir

Atalar sözü və məsəllər də Azərbaycan folklorunun epik janrları arasında geniş yayılmışdır. Xalqın uzun əsrlər boyu əldə etdiyi təcrübələrin ümumiləşmiş yekunu, nəticəsi olan atalar sözü və məsəllər türk xalqları arasında geniş yayılmış, bir çox hallarda cəmiyyətdə əxlaq kodeksini əvəz etmişdir. Bu janrın ilk örnəkləri “Kitabi-Dədə Qorqud”, Mahmud Kaşğarinin “Divani lüğət-it-türk” kimi klassik yazılı abidələrdə özünə yer tapmışdır. Oğuz tayfalarının müdrikliyini ifadə edən xüsusi atalar sözü topluları — “Oğuznamə”lər də Azərbaycan folklorunun qiymətli abidələrindəndir.

Azərbaycan folklor nümunələrinin böyük bir qrupu xüsusi olaraq uşaqlar üçün yaradılmışdır. Bunlar həm lirik, həm epik, həm də dramatik növlərə məxsus örnəklərdir. Lirik növə aid janrlar: layla, oxşama, nazlama, uşaq mahnıları; epik növə: tapmaca, yanıltmac, qaravəlli, uşaq nağılları; dramatik növə isə uşaq oyunları və tamaşalar daxildir.

Azərbaycan folklorunun inkişaf mərhələləri arasında orta əsrlərin xüsusi yeri vardır. Bu dövrdə — XVI-XVIII yüzilliklərdə dastan janrı xüsusilə geniş inkişaf etmiş, Qurbani, Tufarqanlı Abbas, Sarı Aşıq, Xəstə Qasım kimi qüdrətli sənətkarlar ərsəyə gəlmişdi. Əsasən irfanla bağlı olan orta əsr məhəbbət dastanları — “Qurbani”, “Aşıq Qərib-Şahsənəm”, “Əsli-Kərəm”, “Abbas-Gülgəz”, “Şah İsmayıl-Gülzar”, “Tahir-Zöhrə”, “Alıxan-Pəri”, “Arzu-Qəmbər”, qəhrəmanlıq dastanı “Koroğlu” bu dövrün məhsuludur. Məhəbbət dastanlarından fərqli olaraq, “Koroğlu” müxtəlif qolların toplusu olmaqla “Dədə Qorqud” dastanlarının ənənəsini davam etdirir və buna görə də epos adlanır. “Koroğlu” eposunun süjetində konkret tarixi hadisə — XVI-XVII yüzilliklərdə Türkiyə və Azərbaycanda baş vermiş Cəlalilər üsyanı dursa da, formalaşma prosesində abidəyə bir sıra əlavə süjetlər artırılmış, bəzi hallarda mifik motivlərdən də istifadə edilmişdir.

Folklor örnəkləri əsas etibarilə anonim — müəllifsiz olduğundan, konkret müəllifi olan aşıq ədəbiyyatının Azərbaycan folklorunda xüsusi yeri vardır. XVI yüzillikdə əsası qoyulan və dövrümüzə qədər davam edən aşıq sənətinin ən böyük nümayəndələri “ustad aşıqlar” termini ilə ifadə edilir. Azərbaycan folklorunda ilk ustad aşıq kimi Qurbaninin adı çəkilir. Qurbani Şah İsmayıl Xətaidən (1487-1524) yaşca bir qədər böyük olmuş və onunla müəyyən münasibətləri olmuşdur. Səfəvilərin tarixindən və “Qurbani” dastanından bu xalq sənətkarı haqqında müəyyən məlumatlar almaq mümkündür.

Azərbaycan aşıq sənətinin üç yüz illik ənənələri XIX əsrdə Aşıq Ələsgər (1821-1926) kimi qüdrətli xalq sənətkarının yetişməsinə təkan vermişdir. Aşıq Ələsgərin yaradıcılığında lirik motivlə əxlaqi-didaktik motiv üzvi şəkildə bir-birinə qovuşmuşdur. Bu el sənətkarı özündən sonrakı aşıq ədəbiyyatının, eləcə də yazılı şeirin inkişafına böyük təsir göstərmişdir. 105 il ömür sürmüş aşığın yaradıcılığında bu dövrün bir çox tarixi hadisələri və şəxsiyyətləri öz əksini tapmışdı.

Azərbaycan folklorunun ilk örnəkləri yazılı şəkildə qədim yunan tarixçisi Herodotun “Tarix” əsərində (e.ə. V əsr) bizə gəlib çatmışdır. Bunlar qədim Azərbaycan dövləti Midiyanın süqutunun və İran dövləti tərəfindən işğalının səbəbləri haqqında xalq bədii təfəkkürünün məhsullarıdır. Bu əfsanələr “Astiaq”, “Tomris” və başqa adlarla Herodotun əsərində yazıya alınmışdır. İndiki mənada təkcə tarix əsəri deyil, həm də bədii əsər qələmə almış Herodot, Azərbaycan əfsanələrini də yüksək bədiiliklə işləmiş və təsirli psixoloji səhnələr yaratmağa müvəffəq olmuşdur. “Tomris” əfsanəsi bu baxımdan daha diqqətəlayiqdir. İşğalçılıq məqsədi ilə Midiyaya hücum edib, ölkəni viran qoyan İran şahını məğlub etmiş Midiya sərkərdəsi — qəhrəman qadın Tomris onun başını kəsib bir qan tuluğuna salır ki, təşnə çəkdiyi qandan “doyunca içsin. “

“Astiaq” əfsanəsində mifoloji qat daha güclüdür. Burada əsas hadisələr yuxugörmə və taleyin əvvəlcədən müəyyən edilməsi üzərində qurulmuşdur. İlahi qüvvələrin təyin etdiyi taleyin dəyişdirilməsində insanın nə qədər gücsüz olduğu Astiaqın faciəsi örnəyində təqdim edilir. Eyni motivlər qədim dünyanın bir çox ədəbiyyatlarında, o sıradan antik yunan ədəbiyyatında geniş yayılmışdır.

Azərbaycan folklorunun yazılı halda bizə gəlib çatmış ən böyük abidəsi “Kitabi-Dədə Qorqud” eposudur. Bu eposun müxtəlif obraz və motivləri sonrakı Azərbaycan folkloruna və klassik ədəbiyyatına təsir göstərsə də, bütövlükdə şifahi ənənədə qorunub saxlanmamışdır. Buna görə də, “Dədə Qorqud” dastanları yazılı ədəbiyyat örnəyi kimi də tədqiqata cəlb edilir. Bu məqalədə də həmin prinsip gözlənilmişdir.

Müasir dövrümüzdə də Azərbaycan folkloruna diqqəti yönəltmək və onun tanıtımını təşkil etmək üçün dövlət səviyyəsində dəyərli işlər görülür. Çünki keçmişi olmayan millətin gələcəyi də olmaz.

Azərbaycan folklorunun tədqiqi

Azərbaycan folkloru Azərbaycan türklərinin yüksək mənəvi əxlaqi dəyərlərini, etik və estetik düşüncəsinin ən aparıcı meyllərini özündə əks etdirən və ümumtürk ağız ədəbiyyatının tərkib hissəsi olan yaradıcılıq sahəsidir. Azərbaycan türklərinin adət-ənənəsi, ayin və etiqadları, tarixi cəngavərlik əxlaqı, vətənsevərliyi və torpaq məhəbbəti, valideyn sevgisi, həzin lirik duyğuları bu yaradıcılıqda bütöv və özünəməxsus şəkildə tərənnüm olunmuşdur. Azərbaycan türklərinin folkloru müxtəlif janrların (lirik, epik və dramatik) qovşağında yaranmış, elə həmin üslublara uyğun olaraq da növlərə bölünmüşdür.

Azərbaycan folklorunun yazıya alınmasının ilk mərhələsi 1830-1900-cü illər arasını əhatə edir. Bu dövrdə “Vedomosti”, “Tiflisskiye vedomosti”, “Novoe obazreniye”, “Kafkazskiy vestnik”, “Kafkaz” qəzetləri, XIX əsrin yetmişinci illərindən sonra nəşrə başlayan SMOMPK məcmuələrində Qafqaz xalqlarının, Azərbaycan türklərinin şifahi xalq ədəbiyyatının ilk nümunələri geniş şəkildə əks olunmuşdur. 1875-ci ildən nəşrə başlayan ilk milli mətbu orqan olan “Əkinçi” və sonralar çapa başlayan “Kəşkül” qəzetləri də bu işi layiqincə davam etdirdilər.

Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrinin kütləvi şəkildə toplanmasının başlıca mərhələsi 1900-1920-ci illər arasında olmuşdur. Bu dövrdə Eynəli Sultanovun və Mahmudbəy Mahmudbəyovun şifahi xalq ədəbiyyatı nümunələrinin toplanması, nəşri və tədqiqi sahəsindəki fəaliyyətləri folklorşünaslığımızın ilk addımları hesab edilir. Görkəmli ədəbiyyatşünas Firudin bəy Köçərli folklorşünaslığımızın tarixinə təkcə toplayıcı kimi deyil, həm də Azərbaycan folklorşünaslığının yaradıcısı kimi daxil olmuşdur. Həmin illərdə folklor nümunələrinin toplanması, nəşri və tədqiqində xüsusi xidmətləri olan Hənəfi Zeynallı (“Azərbaycan atalar sözü və məsəlləri” (1926), “Azərbaycan tapmacaları ” (1928) kitablarının müəllifidir) ağız ədəbiyyatını ilk dəfə təsnif edən tədqiqatçılardan hesab olunur.

Folklor nəzəri fikrini öyrənən, dövrünün ən qabaqcıl tədqiqat metodlarını Azərbaycan folklorşünaslığına gətirənlərdən biri də Əmin Abid olmuşdur. Ə.Abid xalq mahnıları, bayatılar, aşıq şeiri şəkilləri, heca vəzni, türk xalqlarının yeddihecalı şeirinin törəmə tipləri, qafiyəsi, ritmi, oxşar səslərin təkrarı, alliterasiyası, bölgü və digər poetik qəlibləri barədə elmi mülahizələrin ilk müəlliflərindəndir.

20-30-cu illər ərzində folklorumuzun toplanması və nəşr işləri ilə ardıcıl məşğul olan tədqiqatçı Vəli Xuluflu olmuşdur. O, 1927-ci ildə “El aşıqları” kitabını və Azərbaycanda ilk dəfə olaraq “Koroğlu” dastanını (1929-cu ildə ikinci nəşr) çap etdirmişdir. Həmin vaxtlarda Azərbaycan ağız ədəbiyyatının toplanması sahəsində Salman Mümtazın və Hümmət Əlizadənin xidmətləri xüsusilə qeyd edilməlidir. S.Mümtaz 1927-1928-ci illər ərzində iki cildlik “El şairləri” kitabını nəşr etdirmiş, Qurbaninin, Sarı Aşığın şeirlərini, bayatı, atalar sözü və məsəllərin ən gözəl nümunələrini yazıya almışdır. 1929-cu ildə “Aşıqlar” adlı toplunu iki cilddə çap etdirən H.Əlizadə isə ilk dəfə Azərbaycan aşıqlarının repertuarından “Koroğlu” dastanının on dörd qolunu və əllidən artıq müstəqil qoşmasını çap etdirmişdir.

İkinci Dünya savaşından dövrümüzə qədər folklorşünaslığımızın inkişafında böyük xidmətləri olan araşdırmaçılar sırasında H.Araslı, M.H.Təhmasib, M.Seyidov, X.Koroğlu, Ə.Axundov, V.Vəliyev, M.Həkimov, P.Əfəndiyev, A.Nəbiyevin və s. adlarını xüsusilə qeyd etmək lazım gəlir.

Azərbaycan folklorunun çağdaş vəziyyəti

Folklor xalqın yaddaşı və taleyidir: hər bir etnosun taleyi onun milli yaddaşa nə dərəcədə bağlılığından asılıdır. Yaddaşına qayıda bilən xalq onu millətlər içində millət edən zirvəyə qalxa bilir. Hər bir xalqın bir millət kimi bütövlüyü, ölkə kimi tamlığı və təhlükəsizliyi etnokosmik yaddaşın onu hansı şəkildə ayaqda saxlamasından birbaşa asılıdır. Azərbaycan folklorşünaslığının müasir durumunu obyektiv şəkildə səciyyələndirmək üçün onun işini ilk növbədə keçən əsrdə görülmüş işlərlə müqayisə etmək lazım gəlir. Beləliklə, Azərbaycan folklorşünaslığı XX əsrə bu nəzəri-praktiki nəticələrlə yekun vurdu: Əsrin əvvəllərində Azərbaycan folklorunun toplanması uğrunda millətin fədai ziyalıları, sözün gerçək anlamında, ağır bir mübarizə apardılar. “Yoxdur millətimin xətti bu imzalar içində” məfkurəsini əldə rəhbər tutub, millətimizin mənəviyyat imzasını imzalar içində bərqərar etmək üçün hər cür çətinliyə sinə gərdilər. Çoxsaylı folklor mətnləri toplandı və çap edildi. 20-30-cu illərdə Azərbaycan folklorşünaslıq elmi nəzəri baxımdan inkişaf etdi. Azərbaycana dəvət edilmiş sovet alimləri burada özlərinin tədqiqatlarını davam etdirməklə gənc Azərbaycan folklorşünaslarının nəzəri biliklərinin formalaşmasına həm mənəvi, həm də təcrübi baxımdan istiqamət verdilər. 30-cu illərdə millətin intellektual potensialının qaymaqları, o cümlədən folklorşünasları amansız şəkildə məhv edildi və Azərbaycan folklorşünaslığının bütün səviyyələr üzrə mütərəqqi inkişafına balta çalındı. Elə həmin illərdən başlamaqla sovet imperiyasına sədaqətlə qulluq edən manqurt folklorşünaslar formalaşdırılmağa başladı. Onların vəzifəsi Azərbaycan folklorunu sovet-sosialist ideologiyasının standartlarına uyğunlaşdırmaqdan, bu alınmadıqda isə, ümumiyyətlə, saxta folklor mətnləri yaratmaqdan ibarət idi. Həmin dövrdə Azərbaycanın mütərəqqi folklorşünasları öz fəaliyyətləri çərçivəsində folkloru və folklorşünaslığımızı xilas etməyə cəhd göstərsələr də, onların təşəbbüsləri kütləvi fəaliyyətə çevrilməyərək, azsaylı folklor nəşrləri və tədqiqatlarından irəli getmədi. XX əsrin 70-80-ci illərindən rejimdə yumşalma hiss olunmağa başlasa da, folklorşünaslıqda kök atmış və hər yanı bürümüş “avtoritetlər”in sovet elmi düşüncə stereotipləri dirçəlməyə imkan vermədi. Folklor mətnlərinin saxtalaşdırılması, ümumiyyətlə, əsli olmayan yalançı mətnlərin yaradılması təcrübəsi daha da inkişaf etdi. Azərbaycan folkloru və folklorşünaslığını məhv girdabından əsrin sonunda AMEA-nın Folklor İnstitutu xilas etdi. O, tarixin süzgəci rolunu oynayaraq XX əsrlə XXI əsrin, II minilliklə III minilliyin arasında dayanıb, bütöv bir epoxanı öz içindən keçirdi və millətin gələcəyinə gedən işıqlı yolun əsasını qoydu. Azərbaycan Respublikasının mərhum prezidenti, ulu öndər Heydər Əliyevin iradəsi ilə yaradılmış AMEA-nın Folklor İnstitutu təkcə xalqın folklorunun keşiyində durmamışdır: o həm də sovet imperiyasının qurbanları olmuş folklor fədailərinin ruhlarının keşiyində durmuşdur. “İlkin folklor nəşrləri” seriyasından neçə-neçə kitablar çap edilib xalqa qaytarılmışdır. Xüsusilə 30-cu illərin qanlı repressiyalarının qurbanı olmuş S.Mümtaz, Ə.Abid, H.Əlizadə, V.Xüluflu, B.Behcət və bu kimi millət fədailərinin folklorşünaslıq irsi çap olunmaqda və haqlarında tədqiqatlar aparılmaqdadır. XX əsr Azərbaycan folklorşünaslığının əldə etdiyi elmi-nəzəri təcrübə AMEA-nın Folklor İnstitutu üçün heç də onun biganə qaldığı mərhələ yox, məhz üz tutduğu, öyrəndiyi, intellektual fəaliyyətini onun bütün tərəfləri səviyyəsində modelləşdirib müasirləşdirdiyi təcrübədir. Elə bir təcrübə ki, özünün bütün uğurlu və qüsurlu, yararlı və yararsız, faydalı və zərərli tərəfləri ilə bu gün aktualdır. Folklor İnstitutu XX əsr Azərbaycan folklorşünaslığının bütün mütərəqqi ənənələrinin varisi və davamçısı, bütün naqisliklərinin inkarçısıdır. AMEA Folklor İnstitutu yarandığı gündən çox böyük işlərə imza atmış, folklorumuzun toplanması, nəşri və tədqiqi istiqamətlərində çoxsaylı işlər görmüşdür. Həmin işlərin sayı və çeşidi zəngindir. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu milli hədəflər naminə, millətin hədəfləri naminə, “Azərbaycan Folkloru Külliyyatı”nın nəşrinə başlamış və ilk altı cildi çapdan buraxmışdır. “Azərbaycan Folkloru Külliyyatı” öz cari hədəfində yeni əsrin, strateji hədəfində isə minilliyin proyektidir. Bu ilk cildlərlə Azərbaycan folklorşünaslığının bütöv XX əsr boyu arzusunda olduğu, lakin heç bir vaxt reallaşdıra bilmədiyi milli proyektin bünövrəsini qoymuşdur.

Ümumiyyətlə Folklor İnstitutu folklor mətnlərinin çapını aşağıdakı nəşrlərlə həyata keçirir:

1.Azərbaycan folkloru Antologiyası;
2.Azərbaycan folkloru Külliyyatı;
3.Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər;
4.”Dədə Qorqud” dərgisi.

Bütün bunlarla bərabər, burada hər il “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” adlı beynəlxalq folklor konfransı keçirilir. Buraya dünyanın hər yerindən folklorşünas alimlər dəvət olunur. Azərbaycan Respublikasının dövlət müstəqilliyi möhkəmləndikcə onun milli-mənəvi dayaqlarından biri olan folklorşünaslıq elmi də durmadan inkişaf edir.

Comments are closed, but trackbacks and pingbacks are open.