At əti satan şəxslər saxlanıldı – FOTO/VİDEO
Sual: Əti yeyilən və yeyilməyən heyvanları siyahı halında bildirə bilərsiniz?
Qlobalinfo
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə at ixracı kəskin artıb. Belə ki, 2021-ci ilin ilk 4 ayında Azərbaycandan xaricə cəmi 2 at satılıb.
Bu il xaricə satılan bir baş atın orta gömrük dəyəri 178 dollar (303 manat) olub.
Məlumat üçün qeyd edək ki, atların böyük əksəriyyəti – 608 başı Qazaxıstana satılıb. Qazaxıstana satılan bir baş atın orta gömrük dəyəri 174 dollar (296 manat) olub.
Bundan başqa 59 at Qırğızıstana, 7 at Türkiyəyə, 2 at Gürcüstana, 1 at isə Rusiyaya satılıb. Qırğızıstana satılan bir baş atın orta gömrük dəyəri 170 dollar, Türkiyəyə 220 dollar, Gürcüstana 1000 dollar, Rusiyaya isə 930 dollar olub.
Onu da bildirək ki, Azərbaycan bu il Rusiyadan 45 baş at idxal edib. Rusiyadan alınan bir baş atın orta gömrük dəyəri 175 dollar olub.
Qeyd edək ki, Azərbaycanda diri at (ətlik istiqamət üzrə) ixracına ilk dəfə olaraq 2016-cı ildə başlanıb. Həmin il 1155 baş at ixrac olunub və bunun 1120-si Qazaxıstana satılıb. 2016-cı ildə Qazaxıstana satılan bir baş atın orta gömrük dəyıri 140 dollar. 2017-ci ildə at ixrac 2016-cı illə müqayisədə 6,6 dəfə artaraq 7619 baş at olub və bunların hamısı Qazaxıstana satılıb. Orta gömrük dəyəri isə 148 dollar olub.
2018-ci ildə at satışı azalaraq 2071-ə düşüb. Bir baş atın qiyməti isə 149 dollar təşkil edib. 2019-cu ildə at ixracı 461 baş, 2020-ci ildə 208 baş, 2021-ci ildə isə 349 baş olub.
Xatırladaq ki, İslam ölkələri (Orta Asiya istisna olmaqla) və ingilisdilli ölkələr at ətini istehlak etməyən ölkələr hesab olunur. Fransa, İtaliya, Belçika, Almaniya və Orta Asiya ölkələri başda olmaqla digər ölkələrdə ən çox istifadə olunan ət növlərindən biri at ətidir.
Oxşar xəbərlər
- Naxçıvan Universitetində məşhur rəqqasə ilə görüş olub – FOTOLAR
- Hava Limanının rəisi Şura sədrinin 40 minini mənimsəyib: “İki ildir pulumu vermir. “
- İcra başçısının sabiq müavininin işinə Ali Məhkəmədə baxılacaq
- “Əliosman Qədimbəyli məni aldadıb 1000 manat maddi və küllü miqdarda mənəvi ziyanlar vurdu” – ŞİKAYƏT
- “Avtoşluq” etdiyi üçün həbs olunan sürücü notariusun oğlu imiş
- YAP üzvü, ‘Paşa Bank’… arasında yarım milyonluq qalmaqal
- “Port Baku Mall”dan 820 manata aldığı gödəkçə keyfiyyətsiz çıxdı – Məhkəmə geri qaytardı
- “İşçi institut direktoruna təzyiqlə əmr imzalatdıra bilər?” – AMEA əməkdaşlarının məhkəməsi
- Ermənilər Bakıda bəy balası kimi yaşayır – VİDEO
- Azərbaycanda şok: 5 il öncə ölən qadının adına vergi və tibbi sığorta borcu gəldi (FOTO)
- “Azərinterpartlayış-X” MMC direktor müavinini işdən niyə çıxardıb? – Məhkəmə çəkişməsi
- Polisdən əməliyyat – “Daqqılı” həbs olundu
- Sabiq rektordan şöbə müdirinə ittiham: “Mənə cadu etdirib, xəstələnmişəm”
- Evdə ölü tapılan müğənni və rəqqasə ilə bağlı yeni məlumatlar
- Prezident Kitabxanasında yaşanan problemlər: Mayıl Əhmədov kimə xidmət edir
- İcra başçısının oğlu yarımmilyonluq maşınına yeni nömrə aldı – 77 LL 077
- 92 min manatlıq mənimsədə ittiham olunan alim AMEA-da korrupsiya cinayətini ifşa edibmiş
- Ölkənin baş notariusu Mehman Soltanov nə üçün tez-tez Gürcüstana gedir.
- Rauf Arifoğlu: “Şərurlu İsfəndiyar “moşennikdir””
- Əli Həsənov Bakıda 12 milyon manata torpaq sahəsi satdı
- 341 min manatlıq dələduzluqda ittiham olunan Səbuhi Rəcəbin məhkəməsində falçı dindirildi
- Pakistanın suverenliyinə təhlükə yaradan azərbaycanlı fahişə həbs edildi
- AQTA-da müdir-işçi davası: “Sən öləsən, əzizlərin ölsün”
- Bu nazirlik “Şərurlu İsfəndiyar”ın şirkətini məhkəməyə verdi
- Yaratdığı tektonik silahıyla dünyanı lərzəyə salan ağdamlı balası haradadır? – ŞOK FAKTLAR
- Dünya onların dərdini çəkir – Türk həkimləri isə Bakıda kef partladır (FOTOLAR)
- Şakira da Türkiyə üçün yardım istədi
- Bakıdan İstanbula 1 kiloqrama yaxın qızıl aparmaq istəyən şirkət direktoru və nişanlısı kimdir?
- Binəqədinin icra başçısının öz qanunu var?
- Müğənni Dəniz baş həkimi həbs etdirdi
At əti satan şəxslər saxlanıldı – FOTO/VİDEO
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə keçirilən tədbir zamanı Xaçmaz rayonunda ət tədarükü məntəqəsi yaradıb heyvan kəsimi sexi görüntüsü adı altında pərdələnərək qidaya yararsız, ölü at və iri buynuzlu heyvan ətinin satışı ilə məşğul olan mütəşəkkil dəstənin üzvləri ifşa olunaraq məsuliyyətə cəlb ediliblər.
Toplanan materiallar əsasında müəyyən edilib ki, Xaçmaz rayon sakini Azik Babayev başçılıq etdiyi dəstənin üzvləri Hatəm Bayramov və Yalçın Babalıyevlə birgə ölmüş at və iri buynuzlu heyvanların ətinin toplanması, tədarükü və satışı ilə məşğul olublar.
Bu məqsədlə Azik Babayev Xaçmaz və ətraf rayonlardan xəstə, artıq təsərrüfatda istifadə edilməyən və ölmüş atları ucuz qiymətə alaraq özünə məxsus Xaçmaz rayonunda yerləşən fermalarda toplayıb. Daha sonra orada dəstə üzvləri tərəfindən həmin heyvanların kəsimi həyata keçirilib. Qidaya yararsız at ətinin sümükləri ayrılandan sonra mal əti adı ilə Azik Babayev tərəfindən Bakı şəhərində fəaliyyət göstərən müxtəlif ictimai iaşə obyektlərinə satılıb.
Baş İdarənin əməkdaşları tərəfindən Azik Babayevə məxsus fermalara və saxlama yerlərinə baxış keçirilərkən qidaya yararsız, mənşəyi məlum olmayan 4 tondan artıq mal və at əti aşkar olunaraq maddi sübüt kimi götürülüb.
Təyin olunan müvafiq ekspertizalarla aşkar olunan ətin qidaya tam yararsız və insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olması təsdiq edilib.
Faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Dəstə başçısı Azik Babayev və Hatəm Bayramov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Mütəşəkkil dəstə ilə əlbir olan digər şəxslərin də müəyyən edilərək saxlanılması və istintaqa cəlb edilmələri istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Əti yeyilən və yeyilməyən heyvanlar
Sual: Əti yeyilən və yeyilməyən heyvanları siyahı halında bildirə bilərsiniz?
CAVAB
Quruda yaşayan heyvanlar və quşlar üçün hədisi-şərifdə belə bildirilmişdir:
“Köpək dişi olan yırtıcı heyvanlar və pəncəsiylə ov edən quşlar yeyilməz.” (Müslim)
Əti yeyilməyən quruda yaşayan heyvanlar:
Donuz, canavar, ayı, aslan, pələng, leopard, bəbir, panda, yaquar, puma, sincab, samur, dələ, skuns, qorilla, meymun növləri (şimpanze, babun, gibon, oranqutan), kaftar, fil, it, pişik, qunduz, porsuq, vaşaq, çaqqal, tülkü, dələ fəsiləsindən olan heyvanlar kimi, ovunu köpək dişiylə tutan yırtıcı heyvanlar yeyilməz. (Şafiidə tülkü, kaftar, samur, sincab və dələ yeyilir.)
Əti yeyilən quruda yaşayan heyvanlar:
Zürafə, kenquru, dovşan yeyilir. Əti yeyilən qoyun-keçi, mal-qara (camış, inək, öküz), dəvə kimi ev heyvanların, yabanı olanları da yeyilir. Məsələn kəl, bizon, yabanı inəkdir. Lama yabanı dəvədir. Yəni bunlar yeyilir. Keçinin yabanısı olan dağ keçisi, maral, ceyran, antilop yeyilir. Yabanı qoyunlar da yeyilir. Ev heyvanı at tənzihən məkruhdur. Poni, bir at növüdür. At əti, Şafii və Hanbəlidə halal, Malikidə haramdır. Yabanı atlar yeyilir. Ev heyvanı eşşək yeyilməz. Yabanı eşşək deyilən zebr yeyilir.
Əti yeyilməyən quşlar:
Ovunu pəncəsi ilə tutan və leş yeyən, çalağan, qartal, çərkəz, quzğun, leş qarğası, yarasa, qırğı, şahin, qağayı, leylək, flamingo, vağ, leylək kimi quşlar yeyilməz.
Həşəratlar da yeyilməz:
Həşərat, yəni torpaq içində yuvası olan kiçik heyvanlar, halal deyildir. Siçan, əqrəb, ilan növləri, kərtənkələ, timsah, gənə, səməndər, qurbağa, tısbağa, ilbiz, arı, ağcaqanad, qaraqanad, köstəbək, kirpi, taxtabiti, bit, birə kimi həşərat yeyilməz. (Şafii və Malikidə, kirpi və kərtənkələ yeyilir.)
Əti yeyilən quşlar:
İyrənc olmayan, leş yeməyən, ovunu pəncəsiylə tutmayan quşlar yeyilir.
Sağsağan, qumru, bülbül, kanarya, tutuquşu, kəklik, qırqovul, dəvəquşu, göyərçin, bildirçin, tarla qarğası, tovuzquşu, qaranquş, bayquş, tutuquşu, durna, saka quşu, kol quşu, alacəhrə, sərçə və sığırçın kimi quşlar halaldır. Birəbitdən məkruhdur. (Qağayı Hənəfi və Hanbəlidə yeyilməz. Malikidə qağayı və balıqcıl yeyilir. Şafiidə qaranquş, tovuzquşu, birəbitdən, tutuquşu yeyilməz. Qağayı, balıqcıl kimi dəniz quşları yeyilir.)
Əti yeyilən hin heyvanlarının yabanıları sayılan qaratoyuq, yabanı ördək, yabanı qaz, qu kimilər yeyilir. Hinduşka yabanısı sayılan dəvə quşu yeyilir.
Dəniz heyvanları:
Hənəfi xaric digər üç məzhəbdə dəniz məhsullarının hamısı yeyilir.
Hənəfidə balıq şəklində olmayan heç bir dəniz məhsulu yeyilməz. Məsələn, səkkizayaqlı ilbiz, kalmar, dəniz donuzu, dənizatı, dənizayğırı, meduza, dənizayısı kimi heyvanlar və yencək, midyə, xərçəng, krevet, dənizilbizi kimi həşəratı yeyilməz. Qızılbalıq, paltus balığı, delfin, balina, ilan balığı, pişik və it balığı yeyilir.
Nəcis yeyən heyvan
Sual: Nəcis yemiş olan heyvanı yemək caizdir?
CAVAB
Təzək və başqa nəcis şeyləri yeyən heyvanın əti iy verərsə yeməsi məkruhdur. Təmiz şeylə bəslənib pis qoxusu qalmazsa caiz olar.
Nəcis yemiş olan toyuq, qoyun və malı dərhal kəsib yemək məkruhdur. Toyuğu 3, qoyunu 4, mal və dəvəni 10 gün həbs etmək, yəni nəcis yedirməyib təmiz qida ilə bəsləmək lazımdır. Şafiidə isə dəvə 40, mal 30, qoyun 7, toyuq 3 gün həbs edilir.
Haraları yeyilməz?
Sual: Əti yeyilən heyvanların yeyilməyən yerləri haralardır?
CAVAB
Əti yeyilən hər heyvanın 7 yeri yeyilməz. Bunlar, axan qan, sidik aləti, xayaları (qoç yumurtası), ifrazat orqanı, öd kisəsi, dişi heyvanların önü və sidik kisəsidir.
Kəsmədən öldürülənlər
Sual: Kəsmədən öldürülən heyvanlar yeyilirmi?
CAVAB
Kəsilməyib, bir yerinə bıçaq sancaraq, alnına vuraraq və ya boğaraq və ya dərmanlayaraq, elektrikləyərək öldürülən quruda yaşayan heyvanlar leş olar. Bunları yemək haram olar.
Heyvandan çıxanlar
Sual: Ölən heyvandan çıxarılan pendir mayası və ya süd təmizdir?
CAVAB
Yalnız süd əmib başqa bir şey yeməmiş olan kiçik quzuların öldükdən sonra qarınlarından çıxarılan pendir mayaları təmizdir. Qoyun, mal kimi ölmüş heyvanların məmələrindən çıxan südlər də təmizdir.
Həyat əlaməti varsa
Sual: Diri olub olmadığı bəlli olmayan heyvan kəsilərsə yeyilir?
CAVAB
Xəstə və ya huşunu itirilən bir heyvan diri olub olmadığı bilinmirsə kəsilərkən hərəkət etsə və ya diri heyvandakı kimi qan çıxarsa yeyilir. Çünki bunlar həyat əlamətidir. Həyat əlaməti yoxdursa yeyilməz.
Kolbasa və vetçina
Sual: Kolbasa və vetçina yemək caizdir?
CAVAB
Avropada ümumiyyətlə kolbasa donuz ətindən hazırlanır. İnək ətindən də hazırlananı vardır. Vetçina, Fransızca donuz kolbasası, donuz basdırması deməkdir. Ancaq inək ətindən hazırlanarsa yeyilməsində zərər olmaz. Yalnız adına görə bir qidaya haram deyilməz.
Heyvana təcavüz
Sual: Çoban tərəfindən təcavüzə düşən keçi kəsilərsə, ətini yemək caiz olar?
CAVAB
Bəli, caizdir.(S. Əbədiyyə)
Ehtiyac halında məzhəb təqlidi
Sual: Ehtiyac olanda digər məzhəbləri təqlid edərək dəniz həşəratı yeyilir?
CAVAB
Məzhəblərdəki fərqli hökmlərin rəhmət olduğu hədisi-şəriflə bildirilmişdir. Zərurət və ya ehtiyac olanda, başqa məzhəb təqlid edilərək, o məzhəbdəki halal olan bir heyvan yeyilir. Məsələn kirpi ətinin ekzema, qaşıntı, sədəf, baras (bədəndə ağ ləkələr halında olan dəri xəstəliyi) kimi dəri xəstəliklərinə və dələ deyilən fil xəstəliyinə yaxşı gəldiyi Həyatül- heyvan kitabında yazılıdır. Hənəfi və Hanbəli məzhəbində kirpi əti yemək haramdır. Şafii və Maliki məzhəbində caizdir. Təsirli başqa mübah bir dərman yoxdursa, xəstənin, bu iki məzhəbdən birini təqlid edərək kirpi əti yeməsi caiz olar. Kirpinin başını bəsmələ ilə kəsmək lazımdır. Kirpi insanların yanında başını gizləyər, suya qoyanda başını çıxarar. Beləcə başını kəsmək asan olar.
Ac qalıb öz məzhəbinə görə halal olan yemək tapa bilməyən kimsə, başqa məzhəbdə halal olan bir yeməyi yeyər. Heç bir məzhəbdə də çarə tapa bilməzsə, ölməyəcək qədər haram olan qidadan yeyib içməsi caiz olar. (Hədiqə)
Başqa məzhəbə riayət etmək
Sual: Öz məzhəbində caiz, amma başqa məzhəbdə haram olan bir şeyi yeməmək daha yaxşı olar? Məsələn, tülkü əti Şafiidə halal, Hənəfidə haramdır. Şafiilərin də yeməməsi uyğun olmazmı?
CAVAB
Əlbəttə, digər məzhəblərə də riayət etmək müstəhəb olar, yaxşı olar. Məsələn, Şafiilər dəniz həşəratı yeməsə yaxşı olar.
Şafiidə qadına toxunmaq dəstəmazı pozar. Hənəfilər də qadına toxunanda dəstəmaz almaları müstəhəb olar, yaxşı olar. Almasalar da caiz, amma o biri haqq məzhəblərə də tabe olmaq müstəhəb olar.
Yeyilməyən heyvanlar
Sual: Bəziləri, “İt, ilan, qartal kimi bütün heyvanlar halaldır. Donuzdan başqa heç bir heyvan haram deyildir. Donuzun da, yağı, dərisi və gerisi halaldır. Heç bir hədisə inanılmaz” deyirlər. Peyğəmbər əfəndimiz 23 il dini təbliğ etmədimi? 23 il içində nəyin haram, nəyin halal olduğunu bildirmədimi? İtin halal olduğunu bildirən bir kitab vardır? Bunlar Peyğəmbər əfəndimizin bildirdiklərinə niyə inanmırlar?
CAVAB
Bir heyvan leşdirsə, əti murdar, yağı və qanı təmiz olmaz. Qurani-Kərimdə açıq şəkildə yazılmır deyə donuzun pisliyinə halal deyilər?
Bunların hədisi-şəriflərə inanmamalarının bir neçə səbəbi ola bilər:
1- Rəsulullahın yalan və ya səhv söyləyəcəyini zənn etmiş ola bilərlər. Peyğəmbər əfəndimizin doğru, əmin olduğu bir çox ayəti-kərimə ilə bildirilir. Haşa, Allahu təalanın halal etdiklərinə haram demiş olsaydı, Allahu təala müdaxilə etməzdi? Bu ayəti-kərimə məali:
“ Əgər o (Peyğəmbər) bizə istinadən, bəzi sözlər uydursaydı, biz onu cəld tutub can damarını qoparar, həlak edərdik, heç biriniz də buna mane ola bilməzdiniz.” (Haqqa 44-47)
Deməli, Peyğəmbər əfəndimizin Qurani-Kərimə zidd bir şey söyləmədiyi, bu ayəti-kəriməylə də sabitdir. Bu halda, Rəsulullah əfəndimizin haram etdiyi hər şey, Qurani-Kərimə uyğundur. Ona tabe olmaq Qurani-Kərimə tabe olmaq olar. Bir neçə ayəti-kərimə məali:
“İxtilaflı bir işin hökmünü öyrənmək üçün Qurani-Kərimə və Sünnəyə baxın!” (Nisa 59)
“İxtilaflı şeyləri insanlara açıqlayasan deyə bu Kitabı sənə nazil etdik.” (Nəhl 44, 64)
“Rəsula itaət edən, Allaha itaət etmiş olar.” (Nisa, 80)
“O nəbi, gözəl şeyləri halal, pis şeyləri haram edər.” (Əraf 157)
2-Əshabı-kiramın yalan söylədiyini zənn edirlər. Əshabı-kiram Tövratda, İncildə və Qurani-Kərimdə təriflənmiş, hər birinin Cənnətlik olduğu açıqca bildirilmişdir. Bir ayəti-kərimə məali belədir:
“Məkkənin fəthindən əvvəl Allah üçün mal verib döyüşənlər, daha sonra mal verib döyüşənlərlə eyni deyildir. Onların dərəcəsi sonradan Allah yolunda xərcləyib döyüşənlərdən daha yüksəkdir. Ancaq Allah hamısına da ən gözəl olanı (Cənnəti) vəd etdi” (Hədid, 10)
Ayəti-kərimədə azmışlara fürsət verməmək üçün, və küllən vaadallahül hüsna buyurulur. Yəni Allah hər birinə Cənnəti söz vermişdir buyurulur. Fəzilət baxımından Məkkənin fəthindən əvvəl Müsəlman olanlar daha sonra Müsəlman olanlardan əlbəttə üstündür. Amma hamısı da Cənnətlikdir.
Hamısının Cənnətlik olduğuna dair başqa bir ayəti-kərimə məali:
“Mühacirlərin və Ənsarın (Mühacir əshaba kömək edənlərin) əvvəl gələnlərdən və bunların yolundan gedənlərdən Allah razıdır və bunlar da Allahdan razıdır. Allah bunlar üçün altından çaylar axan Cənnətlər hazırladı. Bunlar Cənnətlərdə əbədi olaraq qalacaqdırlar.” (Tövbə 100)
3- Rəsulullah da, Əshab da doğru söylədi. Amma hədis alimləri yalan söyləmiş zənn edə bilərlər. Alimlərə etimad etməmizi Allahu təala bildirir. “Bilmirsinizsə alimlərdən soruşun” buyurur. (Nəhl 43)
Peyğəmbər əfəndimiz də buyurur ki:
“Alimlərə tabe olun.” (Deyləmi)
“Alimlər Peyğəmbərlərin varisləridir.” (Tirmizi)
“Alimlər rəhbərdir.” (İ.Nəccar)
Bu iddia sahibləri başqa dindən ola bilərlər. Müsəlman kimi görünüb müsəlmanların etiqadlarını pozmaq istəyirlər. Geriyə, başqa ehtimal qalmadı.
Təcavüzə düşən heyvan
Sual: Təcavüzə məruz qalan mısmıl (murdar olmayan) heyvanın əti yeyilir?
CAVAB
Belə işi sadist deyilən ruh xəstələri edər. Çox çirkin və böyük günahdır. Təcavüzə məruz qalan heyvan kəsilib yandırılır. Yandırmayıb ətini yemək də caizdir. (F. Hindiyyə, Dürr-ül-muxtar, S. Əbədiyyə)
İt təmizdir?
Sual: Bir şeirdə oxumuşdum. Malikidə it təmiz imiş. Təmizdirsə yeyilir?
CAVAB
İtin Malikidə təmiz olması əti yeyilir demək deyildir. Malikidə də it əti haramdır. Təmiz demək, “İtə toxunmaqla nəcasət bulaşmaz, dəstəmaza və namaza mane olmaz” deməkdir. Malikidə donuz da it kimi təmizdir. Şafiidə isə quru olaraq itə toxunanda zərəri olmazsa da üstü və tükləri yaş ikən toxunarsa və ya itin tüpürcəyi üstümüzə bulaşarsa, o yeri biri palçıqlı su olmaqla, yeddi dəfə təmiz su ilə yumaq lazımdır.
Osmanlı dövründə şair Tahir əfəndi, Nəfi adı şairə kəlb (it) deyə təhqir edər. Nəfi də, ona belə deyər:
Tahir, mənə kəlb demiş, iltifatı zahirdir,
Məzhəbim Maliki də, donuz və kəlb tahirdir.
Nəfi, bu şeirində deyir ki:
“(Tahircan, mənə it deyə iltifat edirsən, amma mən Maliki məzhəbindənəm. Bizim məzhəbə görə it tahirdir” deyir. Görünüşdə, “İt təmizdir” demiş kimi görünürsə də, “İt sənsən” demək istəyir.
Osmanlı dövründə şairlər belə Maliki məzhəbinin hökmünü bilə bilirlər. İndi, tahirin təmiz mənasına gəldiyini belə bilən azdır.
Comments are closed, but trackbacks and pingbacks are open.