Press "Enter" to skip to content

Bərdədə at əti satan şəxs TUTULDU – FOTO

“At ətinin xüsusi bir faydası varmı?” sualına isə Adil Qeybulla belə cavab verdi: “Ayrı-ayrı ətlərdə bioloji maddələrin, proteinin miqdarı müxtəlif ola bilər. Çöl heyvanları ilə ev heyvanları nın ətinin tərkibi fərqli olur. Daima çöldə yaşayan heyvanların əti bərk ola bilir. Ancaq daimi qaçırlar, hərəkət edirlər, maddələr mübadiləsi düzgün gedir. Bu baxımdan daha təmiz sayılır. İstənilən halda at ətinin orqanizm üçün faydası onun zülalıdır. Ancaq ən əsası odur ki, heyvan xəstə olmasın. Qanında hər hansı zooinfeksiyalar olmasın”.

At əti satıb dələduzluq edib hökm

İslam dinində mübahisə mövzularından biri də at və eşşək ətinin halal olub-olmaması ilə bağlıdır.

İslam alimlərinin bu məsələdə fikir ayrılıqları var.

Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri, ilahiyyatçı Əhməd Niyazov Modern.az saytına deyib ki, İslam dinində eşşək ətinin istifadəsi qadağandır.

Bildirib ki, at ətinə gəldikdə isə, onun istifadəsi caizdir, ancaq xalq arasında “at əti haramdır” deyə bir anlayış var.

Səbəbi budur ki, o dövrdə at müharibə vasitəsi idi. Buna görə də at ətinin yeyilməsi xoş olmaz, məkruhdur. Amma “haramdır” deməyiblər.

İlahiyyatçı qeyd edib ki, o dövrdə atların sayının azalmaması və nəslinin kəsilməməsi üçün onlar yeyilmirdi.

“Ona görə də at ətinin kəsilməsini qadağan etmişdilər. Başqa ət məhsullarının istifadəsini uyğun görüblər. Ancaq Quran və sünnə məsələsinə gəldikdə isə Həzrəti Aişədən bir rəvayət var. O deyir: “Biz Məhəmməd peyğəmbərlə bir at kəsdik və yedik. Yəni peyğəmbər özü at əti kəsdirib və yeyib. At əti halaldır, caizdir, İslam dininə görə yemək olar. Lakin xalq arasında yeyilməsi haramdır anlayışı müəyyən bir tarixi səbəblərə görədir. O səbəblər indiki dövrümüzdə heç yoxdur”.

Ə.Niyazov söyləyib ki, at əti və eşşək əti məsələsi İslam dininin ümumi görüşüdür.

Məlumatlanmaq üçün Facebook səhifəmizi

Bərdədə at əti satan şəxs TUTULDU – FOTO

BAKU.WS APA-ya istinadla xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz at ətinin satışı ilə məşğul olan şəxs saxlanılıb. Bərdə şəhərinin Səməd Vurğun küçəsində yaşayan, 1979-cu il təvəllüdlü Babayev Rövşən Qinyaz oğlu gizlin şəkildə yaşadığı evin həyətyanı sahəsində 2 baş atı kəsərkən tutulub.

Ondan 110 kq at əti müsadirə olunub və Qida Təhlükəsizliyi Agentliyinin Bərdə rayon şöbəsinə təhvil verilib. Ət müayinə olunmaq üçün laboratoriyaya göndərilib.

Qeyd edək ki, Rövşən Babayev 2019-cu ildə at ətini satmaq üçün Bakıya apararkən tutulub.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

  • Bugünkü atışmanın görüntüləri yayıldı – ANBAAN VİDEO
  • Azərbaycanda pensiyalarla bağlı daha bir SEVİNDİCİRİ XƏBƏR – VİDEO
  • Bakıda silahlı insidentin baş verdiyi ərazidən ƏN SON GÖRÜNTÜLƏR – VİDEO
  • Azərbaycanda yaxın günlərdə dağıdıcı zəlzələ gözlənilir?
  • Bakıda silahlı insidenti törədən şəxs saxlanıldı – YENİLƏNİB -1/VİDEO
  • Azərbaycanın əməkdar artisti dünyasını dəyişdi – FOTO
  • Ucuz maşınlar satışda! – “Tukson” – 5500 AZN, – “Accent” – 3000 AZN – QİYMƏTLƏR
  • Rəşad Dağlı neçə il həbs olunacaq? – AÇIQLAMA
  • Bakıda bu tarixdə. – HAVA XƏBƏRDARLIĞI
  • Ucuz dövlət maşınları satışda – Sonata 2700, MAXIMA isə 3600 AZN-ə.
  • Azərbaycanın əməkdar artisti dünyasını dəyişdi – FOTO
  • Əhaliyə ŞAD XƏBƏR – Pensiya və maaşlar artacaq – AÇIQLAMA
  • Bank maşınları təcili satışa çıxarılır – QİYMƏTLƏR
  • Bakıda tıxaclara son qoyacaq MÖHTƏŞƏM HƏLL – Əhmədli, Biləcəri və Badamdarda. – FOTO
  • Azərbaycanda yeni qayda qüvvəyə minir – Bunu etsəniz 150 manat CƏRİMƏLƏNƏCƏKSİNİZ

Xankəndi

Bakıda restoranlara at əti satılması ilə bağlı daha bir fakt aşkarlanıb. Buna səbəb at ətinin mal və ya qoyun ətinə nisbətən daha ucuz başa gəlməsidir. Ölkəmizdə at ətinin satışına konkret olaraq qadağa olmasa da, hansısa restoranda at ətindən istifadə və ya hansısa mağazada at ətinin satışı düzgün hesab edilmir, narahatlıqla qarşılanır. Bu, insanlarda da neqativ hiss yaradır. Məsələn, biri mal əti yerinə at əti aldığını və ya yediyini öyrəndikdə özünü zəhərlənmiş və ya günaha batmış da hesab edə bilər. Bəs əslində at əti yemək insan orqanizminə hər hansı bir zərəri varmı və ya haramdırmı?

Tibbi ekspert Adil Qeybulla bildirir ki, sağlam at ətinin insana heç bir zərəri yoxdur: “At əti qida rasionunun bir hissəsini təşkil edir. Sadəcə onu nəzərə almaq lazımdır ki, hər bir regionun öz qida rasionu var. Yəni bizim bölgənin insanları at əti yeməyə öyrəşməyiblər. Ona görə də, at əti yemək həzm prosesində hər hansı bir pozğunluq yarada bilər. Ancaq müəyyən bir adaptasiyadan sonra buna da adət etmiş olurlar. Tərkibi zülaldı, proteindi, bu baxımdan geniş şəkildə istifadə olunur”.

“At ətinin xüsusi bir faydası varmı?” sualına isə Adil Qeybulla belə cavab verdi: “Ayrı-ayrı ətlərdə bioloji maddələrin, proteinin miqdarı müxtəlif ola bilər. Çöl heyvanları ilə ev heyvanları nın ətinin tərkibi fərqli olur. Daima çöldə yaşayan heyvanların əti bərk ola bilir. Ancaq daimi qaçırlar, hərəkət edirlər, maddələr mübadiləsi düzgün gedir. Bu baxımdan daha təmiz sayılır. İstənilən halda at ətinin orqanizm üçün faydası onun zülalıdır. Ancaq ən əsası odur ki, heyvan xəstə olmasın. Qanında hər hansı zooinfeksiyalar olmasın”.

İlahiyyatçı Eşad Miri İslam dininin at ətini haram buyurmadığını qeyd edir: “At ətinin yeyilməsində İslam üçün heç bir problem yoxdur. Konkret olaraq heç bir qadağa yoxdur. At, dəvə əti yeyilən ətlərdir. Sadacə Avropada və digər yerlərdə at ətinin qadağan olunmasına səbəb onun mal əti adı ilə satılmasıdır. Problem bundadır, yoxsa İslam bunu qadağan etmir. Bəzən alimlər deyirlər ki, at əti məkruhdur, yəni yeməmək daha məqsəduyğundur. Ancaq haram deyil”.

Yəni İslam dininə görə, at əti yemək bəyənilməyən, xoş görülməyən bir işdir. Ancaq çoxlarının hesab etdiyi kimi, at əti yeməklə günah qazanılmır. Onu da qeyd edək ki, Quran Kərimin Nəhl suarəsinin 8-ci ayəsində at, qatır və ulaq kimi heyvanların məhz minik üçün yaradıldığı qeyd olunur. “Sizin minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı (O yaratdı). (Allah) hələ sizin bilmədiyiniz neçə-neçə şeylər (nəqliyyat, minik vasitələri və s.) də yaradacaqdır”.

Buna görə də, bəzi İslam alimləri qeyd edir ki, at ətinin yeyilməsinin bəyənilməməsinin bir səbəbi atların insanların əsas minik vasitəsi olması, xüsusən də uzaq səfərlər, döyüşlərdə əvəzsiz nəqliyyat vasitəsi olması ilə əlaqədar olub. Bundan başqa, at, qatır və ulaq kimi heyvanlar tək dırnaqlılar fəsiləsindəndir və eyni zamanda, inək, camış, qoyun kimi ot yeyən heyvanlardan fərqli olaraq onlar gövşəmirlər. İslam dini hökmlərinə görə, caynaqlı, ət yeyən heyvanların əti haramdır.

Comments are closed, but trackbacks and pingbacks are open.