Ata oğrunu necə açmaq olar
Xəstəliyi əvvəla həkimlərə müraciət etməklə müalicə etmək lazımdır. Yaxud özün Quran oxumaqla, ya da sehr ayələrinin sənin üçün oxunması və sənə üfürülməsi ilə müalicə etməlisən. Yaxud, (Quran ayələri oxunmuş) suyu içmək, bədəninə sürtməklə müalicə edə bilərsən.
Sələf Xəbər
Əbu Musa əl-Əşari (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Kim dünyasını sevərsə, axirətinə zərər vurar. Axirətini sevən isə, dünyasına ziyan vurar. Siz də baqi olanı fanidən üstün tutun.” (Səhihdir. Səhih İbn Hibban: 709).
İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR
Son Xəbərlər
- Yanvar ayı üçün SUAL-CAVAB (Yeniləndi) Bismilləhir Rahmənir Rahim Əssələmu aleykum və rəhmətullahi və bərəkətuhu! Əziz qonaq Saytımızın suallarını Şeyx Qamət Süleymanov cavablandıracaqdır. Siz, sizi [. ]
- Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO Bəzi insanlar deyirlər ki, Allahın hökmü ilə idarə etməyən rəhbər üçün “Hafizahullah” (Allah onu qorusun) [. ]
- Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO Yüklə (10.3 mb) SelefXeber.az saytının YouTube kanalına abunə olun Sual: Cümə xütbəsi və ya başqa münasibətdə minbərdə [. ]
- Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin) Yüklə (4.0 mb) SelefXeber.az saytının YouTube kanalına abunə olun Əgər qadın ərinin nöqsanlarına səbr edər və buna [. ]
- İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin) Yüklə (3.1 mb) SelefXeber.az saytının YouTube kanalına abunə olun İnsan zina etmək imkanı ola-ola iffətini qoruyarsa, bu, [. ]
Cadunu açmaq üçün falçının yanına getmək – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)
9. 513 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Sehrbaz, cadugər və falçılara müraciət etmək və onları təsdiqləmək olmaz. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Kim falçıya gedər və ondan nə isə soruşarsa, onun qırx günlük namazı qəbul olunmaz.” (Muslim rəvayət etmişdir).
Falçı, baş verəcək hadisələri kahinlik yolu ilə əvvəlcədən bildiyini iddia edən kimsədir. Kahin isə cinlərlə əlaqə quran kimsədir. Belə ki, cinlərdən olan dostu ona uzaqda və ya yaxında olan insanların danışdıqları sözləri eşidib gələcək haqda ona bəzi məlumatları ötürür. Yaxud cin səmada danışılan sözləri (Mələklərin söhbətlərini) eşidib, onu kahinə, cadugərə çatdırır. Bu kimi adamların yanına gedib nə isə soruşmaq, dediklərini təsdiqləmək OLMAZ.
Cadugərlər də insanlara zərər vuran işlərlə məşğul olurlar. Cadu var və həqiqətdir. Bəzi cadular isə sadəcə xəyaldan başqa bir şey deyil. Elə cadu vardır ki, insanı ölümə sürükləyir, xəstəliyə düçar edir, ər ilə arvadı ayırır.
Cadugər və falçılardan nə isə soruşmaq, dediklərini təsdiqləmək, onların yanında müalicə olunmaq OLMAZ.
Xəstəliyi əvvəla həkimlərə müraciət etməklə müalicə etmək lazımdır. Yaxud özün Quran oxumaqla, ya da sehr ayələrinin sənin üçün oxunması və sənə üfürülməsi ilə müalicə etməlisən. Yaxud, (Quran ayələri oxunmuş) suyu içmək, bədəninə sürtməklə müalicə edə bilərsən.
Cadugər və falçıların yanına getmək, onları təsdiqləmək isə QƏTİ OLMAZ.
Əgər belə bir iş etmisənsə Allaha tövbə et. Sən icazə verilən çarələrdən, icazəli tibbdən istifadə et.
Müalicə kimi sən özünün oxuduğun, yaxud əqidəsində salamat olan xeyirxah bir qardaşının ruqyə oxuduğu su ilə, yaxud Fatihə, ayətəl kursi, qulhuvallah, fələq, nəs surələrini, Əraf, Yunus və Taha surəsindəki sehr ayələrini suya oxuyub həmin suyu iç və qalanını bədəninə səp. Bu, Allahın izni ilə baş verə biləcək cadunun qarşısını alır. Bu suya sidr ağacının yeddi yarpağını əzib ovulmuş halda da əlavə etmək olar. Bu, icazəli təbabət və müalicə üsuludur. Bu, cadu edilmiş, arvadına yaxınlıqdan məhrum olmuş adamlar üzərində sınaqdan keçmiş və fayda vermiş üsuldur.
Demək Fatihə, ayətəl kursi, Əraf (117-119 cu ayələr), Yunus (79-82 ci ayələr) və Taha (65-69 cu ayələr) surələrindəki sehr ayələrini, Kəfirun, Qulhuvallahu əhəd, Nas və Fələq surələrini suya oxuyur, istər sidr qatsın, istər qatmasın, sonra həmin suyu içsin və cadu olunmuş, arvadından məhrum edilmiş adam (həmin suyun bir hissəsini) öz üzərinə səpsin. Allahın izni ilə şəfa tapacaqdır.
Suya oxuyarkən üfürə-üfürə bu duanı da üç dəfə oxuyarsa yaxşı olar: “Allahummə rabbən nəs, əzhibil bəs, vəşfi əntəş şəfi, lə şifəə illə şifəukə, şifəən lə yuğadiru səqamən.”
Bu, Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) səhih sənədlə rəvayət olunmuş duadır.
Həmçinin bu duanı da üç dəfə oxuya bilər: “Bismilləhu urqikə min kulli şeyin yuzikə, və min şərri kulli nəfsin, ov aynin həsidin, Allahu yəşfikə bismilləhi urqikə.”
Əgər suya bu duaları da oxuyub üfürərsə, inşəllah şəfa üçün səbəb olar.
Bu, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) və şəriətin müalicə üsuludur.
Birinci dua: “Allahummə rabbən nəs, əzhibil bəs, vəşfi əntəş şəfi, lə şifəə illə şifəukə, şifəən lə yuğadiru səqamən.”
(Tərcüməsi: ( İnsanların rəbbi Allahım! Xəstəliyin şiddətini apar. Şəfa verən Sənsən bu xəstəyə də şəfa ver, həqiqətən bizə Səndən başqa şəfa verən yoxdur. Sənin verdiyin şəfadan sonra heç bir xəstəlik qalmaz. )
İkinci dua: “Bismilləhu urqikə min kulli şeyin yuzikə, və min şərri kulli nəfsin, ov aynin həsidin, Allahu yəşfikə bismilləhi urqikə.”
(Tərcüməsi: ( Allahın adı ilə səni, sənə əziyyət verən hər şeydən, nəfslərin və ya həsəd aparan hər gözün şərrindən ovsun edirəm. Allah sənə şəfa versin. Allahın adı ilə səni ovsun edirəm. )
Bu dualar üç dəfə deyilir. Allahın izni ilə fayda verən dualardır.
Bununla yanaşı insan Allaha dua etməli və Rəbbindən istəməlidir ki, ona şəfa versin. Səcdədə, təhiyyat duasının sonunda, azan və iqamə arasında, gecənin sonunda, ümumiyyətlə hər bir vaxt Allaha dua edib, yalvarıb xəstəliyindən şəfa istəməli, başına gələnlərin götürülməsi üçün yalvarmalıdır. Allah Ona dua edənləri sevir. Uca Allah buyurur: “Mənə dua edin, Mən də sizin duanızı qəbul edim!”
Allah sizi xeyirlə mükafatlandırsın.
- Nəfsini (özünüidarəetməni) tövhid inancı ilə gücləndirmək. Kainatı idarə edənin tək Allah olduğuna iman gətirmək, yaxşı əməlləri çoxaltmaq.
- Allaha qarşı yaxşı zəndə olmaq və Ona təvəkkül etmək. Hər hansı səbəbdə xəstəlik və ya gözdəymə olduğunu zənn etməsin. Çünki belə zəndə olmağın özü bir xəstəlikdir .(Həkimlər deyirlər ki, əzalarda baş verən xəstəliklərin üçdə ikisindən çoxu əslində xəstəliyin olmadığı halda xəstələndiyini güman etməkdən irəli gəlir. )
- Əgər bir insanın gözünün iti, yaxud sehrbaz olduğu deyilirsə, qorxudan deyil, səbəblərdən istifadə etmək baxımından ondan çəkinmək lazımdır.
- Başqasında xoşuna gələn bir şeyi gördükdə Allahı zikr etmək və bərəkət diləmək lazımdır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Biriniz özündə, mal-dövlətində, yaxud qardaşında sevdiyi bir şeyi görərsə, onun üçün bərəkət diləsin. Həqiqətən gözdəymə haqdır” (Əhməd və Hakim). Bərəkət diləmək “Allah bərəkət versin!” — ifadəsini deməkdir.
- Sehrdən qorunmağın yollarından biri səhər-səhər yeddi ədəd Mədinə şəhərində yetişən “əcva” xurmasından yemək.
- Allaha pənah aparmaq, təvəkkül etmək, Onun haqqında yaxşı zəndə olmaq, göz və sehrdən Ona sığınmaq, səhər və axşam oxunan zikrləri daim etmək . Allahın izni ilə bu zikrlərin az və ya çox təsiri olur. Bunun isə iki səbəbi vardır: 1. Zikrlərin haqq və doğru, Allahın izni ilə faydalı olduğuna iman gətirmək. 2. Dili ilə onları tələffüz etməli, qulaq və qəlbi ilə dinləməlidir. Çünki bunun özü bir duadır. Qafil və məşğul qəlbdən edilən dua qəbul olunmaz. Bu haqda Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) səhih hədislər rəvayət olunmuşdur.
Hamiləlik
Bir çox hallarda valideynlər öz körpəsinin cinsini planlaşdırırlar. Və onlardan bəziləri üçün oğul övladı dünyaya gətirmək prinsipial bir məsələdir, xüsusilə də, əgər qız övladı artıq vardırsa. Uzun əsrlərdir ki, ailə cütlükləri varislər dünyaya gətirməyə çalışırlar. Buna görə də onların qarşısında həmişə bu sual dayanır, oğlan uşağına necə hamilə qalmaq olar? Onun həlli üçün müxtəlif üsullar vardır. Onlara daha ətraflı nəzər salaq.
Elmi metodların köməyi ilə oğlan uşağına necə hamilə qalmaq olar?
Oğlan uşağına hamilə qalarkən Y-spermatozoidlər iştirak edirlər. Onlar daha yüngül və xırdadırlar, tez hərəkət edirlər, lakin az yaşayırlar. Buna görə də, əgər cinsi əlaqə ovulyasiyaya bir neçə gün qalmış baş verirsə, Y-spermatozoidlər həlak olurlar. Əgər o ovulyasiya zamanı və ya ondan dərhal sonra baş verərsə, onda oğul övladı olacaqdır, ona görə ki, sürətli spermatozoidlər toxum hüceyrəsinə daha tez çatacaqlar. Bu isə oğlan uşağına hamilə qalmaq üçün əlverişli günlərdir .
Arzu olunandır ki, əlaqə məhz ovulyasiyanın birinci günündə baş versin, bundan başqa, bu vaxt uşaqlıq yolunda mühit qələvi olur, hansında ki, Y-spermatozoidlər sağ qalır. Bu üsulun dəqiqliyi çox yüksək hesab edilir. Lakin ovulyasiyanın tarixini düzgün hesablamaq lazımdır. Bunun üçün bazal temperaturu ölçürlər, ovulyasiyaya testlər keçirirlər və USM-in köməyi ilə follikullara nəzarət edirlər.
Bundan başqa, ovulyasiyadan əvvəl həkimlər bir neçə gün seksual əlaqələrdən çəkinməyi məsləhət görürlər. Həmçinin qadın orqazmı arzu olunandır. Oğlan uşağına hamilə qalmaq üçün elə poza seçmək lazımdır ki, kişi arxa tərəfdə olsun ki, uşaqlıq boynunun sperma ilə daha yaxşı əlaqəsi təmin edilsin. Məhz bu halda penis dərin daxil ediləcəkdir.
Ekstrakorporal mayalanmanın köməyi ilə də oğlan uşağına hamilə qalmaq olar. Bu üsul bahalıdır, lakin ən etibarlıdır. Bunun üçün xüsusi dərman və lazerin köməyi ilə spermatozoidlər kişi və qadın növlərinə ayrılır, sonra isə onların vasitəsi ilə EKM (Ekstrakorporal mayalanma) üsulundan istifadə edilərək toxum hüceyrələri mayalandırılır.
Cədvəlin köməyi ilə oğlan uşağına necə hamilə qalmaq olar?
Bir çox ailə cütlükləri yalnız elmi metodlardan deyil, həm də müxtəlif cədvəllərdən istifadə edir və bir çox hallarda onlarda arzu olunan cinsdən olan körpə dünyaya gəlir. Beləliklə, cədvəl üzrə oğlan uşağına necə hamilə qalmaq olar? Gəlin iki belə üsula daha ətraflı nəzər salaq.
Yapon cədvəli üzrə oğlan uşağına hamilə qalmağı hesablamaq o qədər də çətin deyil. Bunun üçün aşağıda yerləşən iki cədvəldən istifadə edilir. Onlardan birində, ilkin məlumatlar kimi valideynlərin doğulduğu aylardan istifadə edilir. Məsələn, gələcək ata dekabrda, ana isə iyunda anadan olmuşdur, cədvəlin müvafiq sütününlarında onları tapmaq və bir birinə perpendikulyar xəttlər çəkmək lazımdır. Bu yolla ailə rəqəmi müəyyən edilir. Bu halda bu “6” rəqəmidir.
Sonra ikinci cədvəldə ailə rəqəmini tapmaq və oğlan uşağının doğulması şansları hansı aylarda daha yüksək olduğuna baxmaq lazımdır. Nə qədər çox X işarələri çəkilmişdirsə, o qədər də bu və ya digər cinsdən olan uşağın doğulması ehtimalı yüksəkdir. Bu halda, cütlük oğlan uşağını fevral və oktyabr aylarında mayalandıra biləcəkdir və bunun oktyabrda baş vermək ehtimalı daha yüksəkdir.
Qadının doğulduğu ay
Kişinin doğulduğu ay
Azərbaycanda uşaq bağçasını necə açmaq olar? – ARAŞDIRMA
Uşaq bağçası biznesi Azərbaycanda çoxluğun maraqlandığı investisiya sahəsidir. Bu gün gündəlik həyatında hər on nəfərin azı beşi “Uşaq bağçasını necə açmaq olar?”, “Lisenziya üçün nə qədər rüsum tələb olunur?”, “Bu yöndə biznes-planı haradan əldə etmək olar?” kimi suallarla rastlaşmamış deyil.
Mövzuya aydınlıq gətirmək üçün kiçik bir araşdırmaq apardıq. Məlum oldu ki, məktəbəqədər təhsil müəssisələrinin sayının artırılmasını təmin etmək məqsədilə dövlət, doğrudan da, sahibkarlar üçün investisiya qoyuluşu prosedurlarını asanlaşdırıb.
Nəticədə, bu sahəyə maraq artıb. Hətta o qədər ki, bazarda bunu ailə, qohum biznesinə çevirənlər də var.
Belə ki, binaların birinci mərtəbəsində 50-60 kvadratmetrlik ərazini, yaxud da fərdi evi kirayələyib, qohumlardan, dost-tanışlardan ibarət işçi heyəti toplayıb, uşaq bağçası açanların sayı az deyil.
Bir sözlə, vaxtilə şadlıq evi biznesi nə dərəcədə aktual və dəbdə idisə, hazırda seçim uşaq bağçaları üzərindədir.
Sektora marağın artdığını rəsmi statistik rəqəmlər də göstərir. Konkret olaraq, 2009-2010-cu tədris ilində Təhsil Nazirliyi tərəfindən cəmi dörd məktəbəqədər təhsil müəssisəsinə lisenziya verilmişdisə, 2011-ci ildə 21 sahibkar bu fəaliyyət üçün icazə alıb.
2011-2012-ci ildə isə daha 11, 2012-2013-cü ildə 6, 2013-2014-cü ildə 12, 2014-2015-ci ildə 17, 2015-2016-cı ildə 3 uşaq bağçası və məktəbəqədər tərbiyə müəssisəsinin fəaliyyətinə lisenziya verilib.
Bununla belə, hazırda Azərbaycanda uşaqların məktəbəqədər təhsillə əhatə olunma səviyyəsi aşağıdır. Belə ki, 1-5 yaşlı uşaqların cəmi 14 faizi məktəbəqədər təhsil müəssisəsinə gedə bilir.
Deməli, sektorda biznes fəaliyyəti üçün imkanlar hələ də genişdir.
Uşaq bağçası açmaq üçün nə lazımdır?
2016-cı ildə Azərbaycan prezidentinin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” 19 oktyabr tarixli, 650 nömrəli fərmanı ilə sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə xüsusi razılıq (lisenziya) verilməsi aidiyyəti dövlət orqanlarının rəyini almaqla, İqtisadiyyat Nazirliyinə həvalə edilib.
Həmin fərmanla təsdiq edilən “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri” məktəbəqədər təhsil müəssisələri üçün 1250 manat təsdiqlənib. Bundan əvvəl həmin qiymət 2500 manat idi.
O ki qaldı lisenziyaların alınması üçün tələb olunan sənədlərə, icazələrin elektron informasiya portalına əsasən, məktəbəqədər təhsil müəssisəsi açmaq üçün müvafiq formada ərizə tələb edilir.
Eləcə də, sahibkara məxsus dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti, vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti, obyektlərdən hər biri üçün istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsaslar) təsdiq edən sənədin surəti, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş əlavə şərtləri əks etdirən sənədlər (təhsil müəssisəsinin pedaqoji, elmi-pedaqoji işçiləri haqqında məlumat; maddi-texniki baza və təlim-tərbiyə prosesinin təminatı haqqında ətraflı məlumat), dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədin təqdim olunması istənilir.
Yuxarıda qeyd olunanlara əsaslansaq, məktəbəqədər təhsil müəssisəsi yaratmaq su içmək kimi asan bir prosesdir. Amma bu, aysberqin görünən tərəfidir.
Təhsil eksperti Kamran Əsədov bildirdi ki, məktəbəqədər təhsil müəssisələri vergidən azaddırlar:
“Azərbaycanda bir neçə sahə var ki, sahibkarlıq subyektləri lisenziya aldıqları zaman vergidən azad edilirlər. Onlardan biri də uşaq bağçalarıdır. Sadəcə, lisenziyalaşma prosesi çətin olduğundan, bu sahədə subyektlərin ortaya keyfiyyətli iş qoymaları xərc tələb etdiyindən uşaq bağçası biznesi populyarlaşmayıb.
Bu gün ölkədə dövlət uşaq bağçalarının sayı ümumi uşaqların 25 faizini əhatə edir. Azərbaycanda 1600 dövlət bağçası var. Lisenziya almış özəl uşaq bağçalarının sayı isə 90-dır”.
Lisenziyaların verilməsində Təhsil Nazirliyinin rəyi mühümdür
Ekspert deyir ki, Təhsil Nazirliyindən lisenziya almış uşaq bağçaları ilə yanaşı, Vergilər Nazirliyindən qeydiyyatdan keçməklə (sadələşdirilmiş vergi ödəyicisi, yaxud məhdud məsuliyyətli cəmiyyət kimi) fəaliyyət göstərən uşaq bağçaları da var:
“Qeyd etdiyim sadələşdirilmiş vergi ödəyicisi, yaxud məhdud məsuliyyətli cəmiyyət kimi fəaliyyət göstərən uşaq bağçaları üçün hər hansı sənədləşmə prosesinə ehtiyac yoxdur.
Azərbaycanda hətta xaricilər də gəlib uşaq bağçası aça bilərlər. Yəni dünyada elə bir ölkə yoxdur ki, bu istiqamətdə prosedurlar Azərbaycandakı kimi asan olsun”.
K.Əsədovun sözlərinə görə, ölkədə biznes mühiti üçün geniş şərait yaradılan sahələrdən birincisi məktəbəqədər təhsil müəssəsidir:
“İstənilən vətəndaş standartlara cavab verən obyekti icarəyə götürüb, vergi ödəyicisi kimi qeydiyyatdan keçməklə uşaq bağçası yarada bilər”.
Ekspert hesab edir ki, bu biznesin geniş yayılmamasının daha bir səbəbi kadr problemidir:
“Təkcə parta qoyub, uşaqları bir yerə yığmaqla xidmət göstərmək olmur”.
K.Əsədov deyir ki, lisenziyaların verilməsində Təhsil Nazirliyinin rəyi mühümdür:
“Vergi ödəyicisi kimi lisenziyaların verilməsi İqtisadiyyat Nazirliyinə həvalə edilib. Nazirlik “ASAN xidmət”lə bərabər bu xidməti reallaşdırır. Lisenziyanın verilməsinəqədərki prosesə Təhsil Nazirliyi tərəfindən baxılır.
Lisenziya almaq üçün Təhsil Nazirliyinin Məktəbəqədər Təhsil Şöbəsinin rəyi vacibdir. Sahibkarın müraciətindən sonra nazirliyin xüsusi komissiyası hər bir detalı araşdırır. Şöbə müsbət rəy verməzsə, sahibkar İqtisadiyyat Nazirliyindən lisenziya ala bilməyəcək”.
Biznesə başlamaq üçün sahibkarın ilkin xərcləri
Bəs 1-5 yaşlı uşaqlar üçün uşaq bağçası açmaq üçün sahibkarın ilkin kapital xərcləri nə qədər təşkil etməlidir?
Suala aydınlıq gətirən “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin qurucusu, təhsil menecmenti üzrə ekspert Rasif Dünyamalıyev deyir ki, ilkin kapital müəssisənin seqmenti ilə əlaqəlidir:
“Əgər vətəndaş orta, yuxarı seqment, yaxud “low cost” bir bağça açırsa, bunların ilkin kapitalı da fərqli olacaq. Çünki hər gəlir səviyyəsinə uyğun valideynlərin görmək istədikləri fərqli şeylər var.
Üç istiqamət üzrə investisiya edilir. Təmir istiqaməti üzrə sıfır quru divardan təmirə başlanılarsa, 150 000 AZN, təczihat hissəsinə 100 000 AZN, ümumi biznes prosesinin qurulması və marketinq fəaliyyətlərinə isə əlavə 30 000 AZN investisiya qoyuluşu tələb olunur”.
Mütəxəssis hesab edir ki, ilk başdan lisenziyanın şərtlərinə uyğun müəssisə qurulmalıdır. Bunu isə biznesə başlamaq istəyən şəxs ya professional şirkətə həvalə etməli, ya da normativləri əldə edib, ciddi şəkildə oxuyaraq tətbiq etməlidir:
“Əks təqdirdə, müəssisəyə baxış zamanı biznesə başlayan şəxs problemlərlə qarşılaşacaq. Hətta yenidən təmir, söküntü işlərinə ehtiyac yaranacaq.
Əvvəla, uşaq bağçası qeydiyyatdan keçməlidir. Qeydiyyatı təhsil müəssisələrinin qeydiyyat bölməsi aparır. Bunun üçün təhsil sahəsi üzrə İcra Hakimiyyətinin, yəni Təhsil Nazirliyinin rəyinə ehtiyac var.
Digər tərəfdən, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş nizamnamə forması var, ona uyğun hər bir müəssisə özünün nizamnaməsini hazırlamalıdır. Rəy üçün həmin nizamnamə Təhsil Nazirliyinə göndərilməlidir.
Nizamnaməyə müsbət rəy verildikdən sonra Vergilər Nazirliyinə müraciət olunmalıdır. Vergilər Nazirliyi üç gün müddətində həmin qeydiyyatı həyata keçirir və şəhadətnaməni müəssisəyə təqdim edir. Bundan sonra artıq müəssisə hüquqi şəxs statusu qazanır və təmir, təchizat işləri də həyata keçirildikdən sonra lisenziyaya müraciət edə bilir.
Onu demək lazımdır ki, lisenziya olmadan bağçaların fəaliyyətə başlanması Azərbaycan qanunvericiliyinə görə qadağandır. Lisenziyaya müraciət etmək 5 nömrəli “ASAN Xidmət” mərkəzində həyata keçirilir. Lisenziya verən orqan İqtisadiyyat Nazirliyidir. Uşaq bağçaları üçün lisenziyaya rəy bildirən orqan isə Təhsil Nazirliyidir”.
R. Dünyamalıyev uşaq bağçası yaradıb sektora daxil olmağın müddətini də açıqladı. Onun sözlərinə görə, altı ay ərzində mükəmməl uşaq bağçası qurmaq mümkündür.
“Standart bağçanın təmir işlərinə üç ay vaxt tələb olunur. Bu müddət ərzində 900-1000 kvadrat sahənin təmiri həyata keçirilə bilir. Təczihat hissəsinə iki ay müddət tələb olunur, biznes proseslərinin qurulması isə digər işlərlə paralel olaraq gedə bilər.
Bunlara isə ümumilikdə aytı ay müddət kifayət edir. Altı ay ərzində mükəmməl uşaq bağçası qurmaq mümkündür. Bizim iki, altı ay, bir il müddətinə də qurduğumuz uşaq bağçası var. Əlbəttə ki, burada seqment, investisiya səviyyəsi çox önəmli məsələlərdir. Ona görə də sahibkar necə bağça açmaq istədiyini əvvəlcədən dəqiqləşdirməlidir”.
Ekspert deyir ki, ümumiyyətlə, bağça, təhsil müəssisəsi açmaq və onu idarə etmək məsuliyyət tələb edən sahədir. Çünki burada uşaqdan, gələcəyimizdən, uşaqların sağlamlığından, təhlükəsizliyindən, inkişafından söhbət gedir:
“Ona görə də bu məsələyə ciddi yanaşmaq, təmir zamanı hər seçilən materialı, alınan hər əşyanı ciddi şəkildə analiz etmək lazımdır. Məsələnin ən çətin tərəfi isə biznes prosesinin qurulması, pedoqoji heyətin toplanmasıdır.
Çünki hazırda Azərbaycanda uşaq bağçaları üçün peşəkar, savadlı pedoqoji heyət tapmaq çox çətindir və çətinləşməkdə davam edir.
Pedoqoji sahəni bitirənlərin əksəriyyəti bu sahədə çalışmaq istəmirlər. Ona görə də biz müəllimlərin toplanması prosesində çətinlik çəkirik. Rəhbər tapmaq, rəhbəri hazırlamaq, iş prinsipini qurmaq çox çətin prosesdir”.
Biznesə başlayan sahibkarın diqqət etməli olduğu normativlərə gəlincə, Rasif Dünyamalıyev bildirir ki, normativlərə, əsasən, hər yaş qrupunun tədris, yataq otağı və sanitar qovşağının olması daxildir:
“Bu, hər yaş qrupuna aiddir. Hər bir sahibkar diqqət etməlidir ki, mütləq şəkildə əgər beş müxtəlif yaş qrupu varsa, beş sanitar qovşağı, beş tədris otağı, beş yataq otağı olsun.
Digər məsələ qidalanma bloku ilə bağlıdır. Sizin mətbəxiniz varsa, həmin mətbəxin içərisində qida anbarı, çirkli qabların yuyulması sahəsi, qidanın hazırlanması üçün sahə olmalıdır. Əgər bunlardan hansısa biri yoxdursa, o zaman problem yaşanır. Yəni bu, lisenziyanın şərtlərinin pozulması hesab olunur.
Digər məsələlərdən biri həyətyanı sahə ilə bağlıdır. Həyətyanı sahələri Bakı ərazisində tapmaq getdikcə çətinləşir. Amma bağça quran adam bunu nəzərə almalıdır ki, bu, əsas normativ göstəricilərindən biridir. Həmin həyətyanı sahədə günəşlik, qumluq sahə və yaşıllıq, oyun meydançası olmalıdır”.
Bağçaların aylıq ödənişləri və yatırılan xərclərin geri götürülməsi
Həmsöhbətimizin sözlərinə görə, aylıq ödənişlər investisiya əsasında formalaşır və investisiya səviyyəsi, həddi sahibkarın o müəssisədən gözləntisini yaradır:
“Sahibkar beş il müddətində o investisiyanı geri qaytarmaq istəyəcək. Bu da aylıq ödənişlərin həddini müəyyən edir. Bundan əlavə, xərclər də aylıq ödənişə təsir edən əsas amillərdəndir.
Xərclər isə bunlardır: təsərrüfat, qidalanma, rabitə, dəftərxana, kommunal, təmir, sağlamlıq, nəqliyyat, tanıtım və bu kimi digər xərclər.
100 nəfərlik uşaq bağçasını idarə etmək üçün 10 min manatlıq əməkhaqqı büdcəsinə ehtiyac var. Bunların üzərinə vergi və rüsumları əlavə etsək, bu da əlavə üç min manat ödəniş deməkdir. Bunları ümumiləşdirib toplasaq, təxmini 20 minlik xərc yaranır.
Burada sahibkarın mənfəəti yoxdur. Ona görə də sahibkar yatırdığı ilk kapitalı geri qaytarmaq üçün aylıq ödənişi formalaşdırır.
Biz artıq çoxillik təcrübəmizə əsaslanaraq, aylıq ödənişlərin sadə üsulla təyini üzrə strategiyalar hazırlamışıq. Bu strategiyaları istənilən seqmentə uyğun yeni bağçada tətbiq etmək mümkündür”.
Uşaq bağçaları ilə bağlı biznes-planlar
Qeyd edək ki, bəzi şirkətlər bu xidməti göstərirlər. Biznes-planın dəyəri sahibkarın görəcəyi işin kiçikliyi və böyüklüyünə görə dəyişir. Biznes-planlar əksər zamanlarda sifariş edilir. Bəzi hallarda isə satışa çıxarılır. Məsələn, “Lalafo”da uşaq bağçası ilə bağlı biznes-plan elanı yerləşdirilib. Layihənin qiymət 15 min manat təşkil edir.
Comments are closed, but trackbacks and pingbacks are open.