Atalar sözləri və xalq məsəlləri etnoqrafik duyum-yozum kontekstində endir
Uzaqdan baxana döyüş asan gələr
Uzaqdan zurna səsi xoş gələr.
Atalar sözü və məsəllərin təlim-tərbiyəvi xüsusiyyətləri haqqında
Azərbaycan şifahi xalq ədəbiyyatının ən qədim və zəngin növlərindən biri də atalar sözləri və məsəllərdir.
Atalar sözləri və məsəllər danışdıqda çox işlənən qısa, dərin mənalı və bitkin ifadələrdir. Bunlar xalq müdrikliyinin, xalq zəkasının, xalqın həyat təcrübəsinin bədii ifadəsidir. Azərbaycan dilinin aydınlığı, qısa, yığcam şəkildə dərin məna ifadə etmək kimi gözəl xüsusiyyətləri atalar sözlərində özünü yaxşı əks etdirir.
Başqa növlər kimi, atalar sözləri də müxtəlif dövrlərdə, müxtəlif şəraitdə yaranmışdır. Buna görə də o, müxtəlif təbəqələrin dünyagörüşünü, təcrübə və arzusunu ifadə etmişdir. Ona görə də atalar sözü və məsəllərə ruslar ibrətamiz söz, qanadlı söz, qızıl söz, yunanlar və romanlılar hakim fikirlər, italyanlar xalq məktəbi, ispanlar ruhu təbiəti, ingilislər və fransızlar təcrübənin barı və s. adlar vermişlər.
Atalar sözü və məsəllər bir-birinə çox yaxındır. Bunları biri-birindən ayırmaq çox vaxt hətda çətin olur. Lakin bunları fərqləndirən cəhətlər də vardır. Bəzi tədqiqatçılar bu fikirləri onların qrammatik quruluşunda görmüş, bəziləri həcmdə kiçik və böyük olmalarını qeyd etmişlər.
K.D.Uşinski, M.A.Rıbnikova kimi məşhur pedaqoq və metodistlərin, İ.V.Dal, F.J.Buslayev və Q.Sokolov kimi məşhur rus alim və folklorşunasların fikrincə məsəllərdə atalar sözündəki kimi dərin, hikmətli fikirlər vardır, lakin bu hələ bitməmiş, püxtələşməmiş, kamilləşməmişdir. Xalq ifadəsi ilə demiş olsaq, məsəllər hələ “çiçək” olduğu halda, atalar sözləri meyvədir. Məsələn:
“Aranda tutdan, dağda quruddan” – məsəldir.
“Aranda tutdan olduq, dağda quruddan” – atalar sözüdür;
“Elə bil tünd sirkədir” – məsəldir,
“Sirkə nə qədər tünd olsa, öz qabını çatladar” – atalar sözüdür.
Məlum olduğu üzrə hələ XIX əsrin ortalarından başlayaraq ibtidai məktəbin ana dili və qiraət kitablarında atalar sözü və məsəllərə olduqca geniş yer verilmişdir. Onu da qeyd etməliyik ki, hətda atalar sözləri və məsəllər hələ sistemli şəkildə toplanana qədər çox qədim zamanlardan başlayaraq yazılı ədəbiyyatımızın görkəmli nümayəndələrinin diqqətini cəlb etmişdir. Nizami, Xəqani, Xətai, Füzuli və başqa sənətkarların əsərlərində bu və ya digər dərəcə külli miqdarda Azərbaycan atalar söz və məsəlləri işlətmişdir. Eləcə də bir sıra klassik yazıçılarımız öz əsərlərinin adlarını atalar sözləri və məsəllərdən götürmüşdür. Məsələn: N.Vəzirovun “Arxadan atılan daş topuğa dəyər”, “Sonrakı peşmançılıq fayda verməz”, “Adı var, özü yox”, “Yağışdan çıxdıq, yağmura düşdük”, Ə.Haqverdiyevin “Yeyəsən qaz ətini, görərsən ləzzətini”, R.Əfəndiyevin “Qonşu-qonşu olsa, kor qız ərə gedər” və s.
Şifahi xalq ədəbiyyatının ən yığcam janrlarından biri olan atalar sözü və məsəllər təlim-tərbiyə nöqteyi-nəzərindən olduqca qiymətli materialdır. Tərbiyənin əsasını təşkil edən bütün cəhətlər (vətənpərvərlik, əməyə məhəbbət, kollektivçilik, mübarizlik, sədaqət, böyüklərə hörmət, elmə, biliyə həvəs və s.) üçün yüzlərlə atalar sözləri vardır.
Atalar sözləri və məsəllərin çoxu zəhmətkeş xalq tərəfındən yaradılmışdır. Buna görə də onlarda xalqın keçmişlərindəki ağır əməyi və yoxsulluğu haqqında daha çox danışılır, hakim siniflərə, istismarçılara qarşı dərin nifrət və etiraz ifadə edilir:
“Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş”.
“Bəylə bostan əkənin tağı çiynində bitər”.
Şifahi xalq ədəbiyyatının başqa növlərində olduğu kimi, atalar sözləri və məsəllərdə də xalq öz düşmənlərini çox zaman ilan, əjdaha, qurd sifətində göstərmişdir:
“İlanın ağına da lənət, qarasına da”
Atalar sözləri və məsəllərdə namərdlik, ikiüzlülük, hiyləgərlik, paxıllıq, tamahkarlıq, xəsislik kimi murdar-pis sifətlər pislənir, mərdlik, doğruçuluq, igidlik təriflənir:
“Tazıya tut deyir, dovşana qaç”,
“Artıq tamah baş yarar, Daş qayıdar baş yarar”
“İgid basdığını. kəsməz”
“Əmanətə xəyanət yoxdur”
“İgid ölər adı qalar, müxənnətin nəyi qalar?” və s.
Atalar sözləri ilə məsəllər bir-birinə oxşayır. Çox zaman bunları bir-birindən seçmək çətin olur. Lakin atalar sözləri ilə məsəllər arasında fərqlər vardır. Əsas fərq bundan ibarətdir ki, atalar sözləri bitmiş bir fikir ifadə edir, tərbiyəvi-əxlaqi nəticə verən bir cümlə və ya hökm şəklində olur:
Aşıq qoşmalarından, bayatılarından, lətifələrindən də atalar sözləri sırasına keçmiş misra və cümlələr vardır.
XI əsrin yadigarı olan “Kitabi-Dədə Qorqud” dastanlarından da atalar sözlərinin nümunələri vardır:
“Kül təpəcik olmaz” ; “Əski pambıq bez olmaz”;
“Ölən adam dirilməz”; “Qarı düşmən dost olmaz”;
“Çıxan can geri gəlməz”; “Yer qatı, göy iraq”. y^
Böyük sənətkarlar öz əsərlərinin çox zaman xalq yaradıcılığından istifadə edərək zənginləşirlər .Atalar sözlərindən yazıçılar fikri yığcam, mənalı ifadə etmək bacarığını öyrənirlər.
Nizami Gəncəvi öz əsərlərində dastan və nağıllarımızdan çox istifadə etmişdir. Onun əsərlərində yüzlərcə atalar sözləri vardır. Nizaminin əsərlərində aşağıdakı atalar sözlərinə rast gəlmək olar:
“Özgəsinə quyu qazan özü düşər”;
“Əyri oturaq, düz danışaq”;
“İsinmədim istisinə, kor oldum tüstüsünə”;
“Pişik balasını istədiyindən yeyər”;
“Heç kəs öz ayranına turş deməz” və s.
Atalar sözləri müxtəlif yerlərdə, müxtəlif zamanlarda yaranıb ağızlarda dolaşdığı üçün hər kəs onu bir cür söyləyir, danışıq zamanı öz sözünü qüvvətləndirmək üçün ondan məqsədə uyğun şəkildə istifadə edir.
Atalar sözləri və məsəllərin yaranması və inkişafı bu gün də davam etməkdədir.
Məktəblərdə aşağı siniflərdə iş-əmək, böyüklərə, şikəstlərə hörmət, səliqə-təmizlik, doğruçu olmaq və s. öyrədilirsə, yuxarı siniflərdə və adi məktəblərdə bu iş daha da mürəkkəbləşir. Burada atalar sözlərinin mənşəyi, bədii xüsusiyyətləri və s. haqqında verilən məlumat canlı misallarla əyaniləşdirilməli və gənclərin özləri fəal işə cəlb olunmalıdır. Yəni əmək, bəzi din formasına qarşı mübarizə, istismarçı sinfə qarşı etiraz, qadınlara müsbət və ya mənfi münasibət və başqa mövzularda çox maraqlı dərs təşkil etmək olar.
Nəzər salsaq bəzi atalar sözü və məsəllərdə xalqın din nümayəndələrinə münasibəti necə də aydınlaşır. Xalqı çapıb talayan, şəriət pərdəsi altında iyrənc işlər görən fırıldaqçı mollalar, seyidlər kəsgin tənqid atəşinə tutulur. Məsələn: “Mollanın qarnı beşdir, həmişə biri boşdur”, “Aşığınkı haynan, mollanınkı vaynan”, “Molla çörəyi, ilan ayağı görünməz”, “Mola xana qoşuldu, xalqın evi yıxıldı”, “Aşı mollanın, başı mollanın, altından da beşi mollanın”, “Mola halvanı gördü, Quranı unutdu”, “Molanın evi o vaxt yıxılır ki, iki yerə qonaq çağırırlar” və s.
Atalar sözləri və məsəllərdə biz xalqın əməyə, zəhmətə, namusla işləməyə böyük səy və həvəsinin ifadə olunduğunu görürük.
Məsələn: “İşləməyən dişləməz”, “İş adamın cövhəridir”, “Əldən qalan əlli il qalar”, “Zəhmət çəkməyən bal yeməz”, “Könlü balıq istəyən ayağını suya salar”, “El gücü, sel gücü”, “Cəfa çəkməsən, səfa görməzsən” və s.
Vətənə məhəbbət mövzusu da Azərbaycan atalar sözlərində mühüm yer tutur. Məsələn: “Vətənə gəldim, imana gəldim”, “Hər kəsə öz vətəni əzizdir”, “Doğma yurd şirin olar”, “Vətən viranə olsa, yenə cənnətdir”, “Qürbət cənnət olsada, yenə vətən yaxşıdır” və s.
Atalar sözlərində dostluq, qardaşlıq, mehribanlıq kimi gözəl keyfiyyətlər təbliğ olunur: “Duz çörək, düz çörək”, “Bir görən yoldaş, iki görən qardaş”, “Tikə ilə dost olan aylarla küsülü olar”, “Dil var bal gətirər, dil var bəla”, “Dost yaman gündə tanınar”, “Köhnə dost düşmən olmaz”, “Dost yolunda boran olar, qar olar”, “Dost gəlişi bayram olar”, “Dost min isə azdır, düşmən bir isə çoxdur” və s.
Atalar sözlərinin çoxusu həyatı təcrübəyə əsaslanan əxlaqi-tərbiyəvi nümunələrdir. Bunlar əsrlər boyu pis, yaxud yaxşı işlər görülərkən çıxarılan nəticələrdir. Atalar sözlərində nadanlıq, paxıllıq, xəyanət, ikiüzlülük, qorxaqlıq pislənir, elmə, sənətə, anaya məhəbbət, dostluq hummanizmə ağıllılıq kimi gözəl keyfiyyətlər isə təbliğ edilir: “Elm ağılın çırağıdır”, “Savadsız adam kor kimidir”, “Sənət insanın xəzinəsidir”, “Bir ağıllı baş, min baş saxlar”, “Uşaq əziz, tərbiyəsi ondan əziz”, “Ağıl yaşda deyil, başdadır”, “Tək əldən səs çıxmaz”, “Yüz ölç, bir biç”, “Hər şeyin təzəsi, dostun köhnəsi”, “Anlayana qul ol, anlamayana ağa olma”, “Acıqlı başqa ağıl olmaz” və s.
Bu tipli atalar sözləri üzərində gəncləri düşündürmək, xalqın yaratdığı bu ağıllı sözlərdən düzgün nəticə çıxarmağa onları alışdırmaq lazımdır. Eyni zamanda bilavasitə məktəb həyatı, gənc nəslin tərbiyəvi təlimi ilə əlaqədar olan atalar sözlərinin üzərində aparılan planı iş gənclərin daha ədəbli, daha nəzakətli, ataya-anaya və ümumiyyətlə böyüklərə qarşı daha mehriban olmalarına, pis adamlardan uzaq qaçmalarına, yalan danışmalarına, daha səylə oxumalarına səbəb olar.
İstifadə olunan ədəbiyyat
1. Atalar sözü, toplayanı Ə. Hüseynzadə, Bakı, 1949,1956, 1981.
2. Atalar sözü, ağlın gözü, Bakı 1976.
3. Hikmətli sözlər, Uşaqgəncnəşr, 1961.
4. İraq-Kərkük atalar sözləri, Bakı 1978.
5. Azərbaycan filologiyası məsələləri, III buraxılış, Bakı 1991.
Atalar sözləri və xalq məsəlləri etnoqrafik duyum-yozum kontekstində endir
�� Atalar sözləri və xalq məsəllərinə etnoqrafik baxış
�� Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulovanın �Atalar sözləri və xalq məsəlləri etnoqrafik duyum-yozum kontekstində� adlı kitabı çapdan çıxıb. Muzeyin Elmi Şurasının qərarı ilə nəşr edilən kitabın elmi redaktoru tarix elmləri doktoru Fəzail Vəli İmranoğlu, rəyçilər filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı və tarix üzrə fəlsəfə doktoru Baba Tofiqdir.
�� Kitabda Azərbaycan etnoqrafiyasının maddi mədəniyyət, sənətkarlıq, təsərrüfat məişəti problemləri haqqında söylənilən atalar sözləri və xalq məsəllərinin birbaşa deyim-duyum məqamı, eyni zamanda etnoqrafik duyum-yozum kontekstində mənası tədqiq edilib. Qeyd olunur ki, xalq deyimləri və duyumlarının etnoqrafik duyum-yozum kontekstində məna tutumu olduqca ibrətamizdir. Dərin məna və məzmun qatları ilə süslənən, xalqın ibtidai düşüncə və analitik təfəkkürünün süzgəcindən keçərək saflaşan, min bir hikmət təlqin edən xalq deyimləri ağızdan-ağıza ötürülərək gəlib bu günümüzə çatıb. Onların həmişəyaşar qalması xalqın zəngin irsə sahib çıxması və onun gələcək nəsillərə olduğu kimi çatdırmasından çox asılıdır.
� Mədəniyyət.- 2013.- 13 fevral.- S. 14.
Atalar Sözləri ✅
Atalar sözləri hər bir xalqın daxilində yaratdığı və onu ümumi təlim düsturu kimi dəyərləndirdiyi sözlərdir. Bu sözlər nəsihət, msləhər və hikmət dolu olur adətən. Bəzən isə məcazi sözlərlə həqiqəti dərk etməyinizə kömək edərlər. Ata babalarımız öz həyat təcrübələrini atalar sözləri vasitəsilə gələcək nəsillərə ötürüblər. Atalar sözü müdrik fikir ifadə edir. Ən məşhur və mənalı atalar sozleri aşağıdakılardır:
Ac deyir doymaram, tox deyir acmaram.
Get özünə dost qazan, düşmən ocaq başındadır.
Çubuğu vaxtında əyməsən, böyüyəndə əyilməz.
Zor qapıdan gələndə haqq bacadan qaçar.
Yüz sənəti pis bilməkdənsə, bir sənəti yaxşı bilmək yaxşıdır
Yüyürək at özünə qamçı vurdurmaz
Tənbəllik azar artırar, işləmək canı saf eylər
Torpaq deyər: “Öldür məni, dirildim səni!
Uzaqdan baxana döyüş asan gələr
Uzaqdan zurna səsi xoş gələr.
Yalançının evinə od düşdü, heç kəs inanmadı
Sözlə plov olmaz, yağ ilə düyü gərək
Ehtiyatlı oğulun anası ağlamaz
Soruşan dağları aşar, soruşmayan düzdə çaşar
Buğdadan, arpadan əlim üzüldü, ümidim sənə qaldı, ay darı xırmanı!
Abdalın qarnı doyunca gözü qapıda qalar
Barmağının beşini də bal elə, pis adamın ağzına sal, yenə deyər: acıdır
Bir ziyandan min böhtan doğar
Qabaq dinən bilsə ki, sonra dinən nə deyəcək, heç dinməz
Qonşunun toyuğu qonşunun gözünə qaz görünər
Duzu yeyib, duzqabını sındırır
Ən çox istifadə olunan atalar sözləri
Bu sözlər gündəlik həyatımızda ən çox eşitdiyimiz lakin əvvəldə ata babalarımızın mövzu ilə laqədar işlətdiyi sözlərdir. Hər biri yəqinki eşitmiş və tanış gələn atalar sözü olacaq sizin üçün. Onlar bəzən tapmaca kimi bu janr da həm nəzmlə, həm də nəsrlə olur.
Hər nə yedin dadındır,
Hər nə verdin adındır,
Hər nə qaldı yadındır.
Açaram sandığı,
Tökərəm pambığı.
İş insanın cövhəridir.
Comments are closed, but trackbacks and pingbacks are open.