Press "Enter" to skip to content

Atanın oğula nəsihəti

BMT-dən ermənilərə böyük dəstək

Atanın nəsihəti (nağıl)

Biri var idi, biri yox idi, bir kişi var idi. Bu kişi özünə görə varlı-karlı idi. Odur ki, heç kimə möhtac olmazdı. Bir gün kişi əhvalının qarışdığını görüb oğlunu yanına çağırdı:

– Oğul, nə qədər var-karım var, sənə qalır. Ancaq iş var-karda deyil, gərək həm də ağıllı olasan. Sənə üç vəsiyyətim var.
Birinci vəsiyyətim odur ki, heç kimdən borc pul almazsan. Ikinci vəsiyyətim budur ki, malıvı gözündən qırağa qoymazsan. Üçüncü vəsiyyətim də budur ki, arvadı özbaşına buraxma. Illər ötdü. Bir gün oğlanın yadına atasının sözləri düşdü. Ürəyində götür-qoy elədi ki, bu sözləri atam elə-belə deməyib, gərək onun dediklərini sınaqdan keçirəm. Oğlan həmişə bir yerdə yeyib-içdiyi dostundan min tümən borc istədi. Dostu baş üstə deyib, səhərisi gün min tümən pulu dəsmala qoyub düyünlədi. Oğlanın evinə gətirdi.Bu oğlanın bir otağı var idi ki, ora heç kim girə bilməzdi və həmişə otağın qapısını bağlayıb açarı özüylə dolandırardı. Oğlan dostunun gətirdiyi pulu həmən otaqda divardakı mıxçadan asdı. Bir gün qonşusu at üçün ona ağız açdı.
– Qonşu, atı ver, dəyirmana yarım pud buğda aparacam, axşamüstü atı qaytarıb gətirərəm.
Oğlan dedi:
– Atı verməyinə verim, ancaq onu çox yükləmə, balalıqdır. Oğlan atı gətirib qonşusuna verdi və özü də başladı qarabaqara onu güdməyə. Gördü, sən ölməyəsən, gavurun oğlu atın belinə iki tay buğdanı birdən qoydu və pis-pis söyüşləri at sahibinin ünvanına yağdırıb, üstəlik özü də atı mindi, yola düşdü. Oğlanın az qalırdı bağrı çatlaya, ancaq əlacı yox idi, atasının sözünü sınaqdan çıxartdığı üçün dözməliydi. Odur ki, yana-yana qonşusunu izlədi. At bir arxdan hoppananda bala saldı. Mürtəd balası tez atdan düşüb arxın kənarında bir çala qazdı, atın balasını orda quylayıb yoluna davam etdi. Oğlan gəlib atın balasının ölüsünü ordan çıxardı, təpədən dırnağa onu yaxşıca söydü, evə gətirib yaxşıca duzlayıb, onu da həmin otağında ayrı bir mıxçadan asdı. Bir gün oğlanın borc pul aldığı dostu qapını kəsdi:
– Ay qardaş, xata satın almadım ki, sənə borc pul verdim. Bu qədər də borc yığılar? Indi pul mənim özümə lazımdı,
qalmışam dördgöz.
Oğlan dedi:
– Dostum, axı biz ağırlığımız qədər duz-çörək yemişik. Indi min tüməndən yana məni bu qədər qısnayırsan. Əlimə pul gələn kimi borcunu qaytaracam. Oğlanın dostu deyinə-deyinə qapıdan uzaqlaşdı. Bu dəmdə oğlanın qaynanası gəldi.
– Başıva dönüm, ay belə kürəkən. Baldızıvın toyudur, arvad-uşağı da götür gedək. Фayton küçədə müntəzir dayanıb.
Oğlan dedi:
– Mənim işim var, qızına icazə verirəm, uşağını da götürüb səninlə getsin. Toy qurtarandan sonra onları gətirərsən. Arvad qızını və nəvəsini götürüb фaytona mindi və oğlana əl eləyib yola düşdülər. Onlar yolda olsunlar. sənə kimdən deyim, oğlandan. Oğlan qiyafəsini dəyişdi, bir xeyli pul götürüb, papağını gözünün üstünə keçirdi, atlandı onların dalınca. Oğlan toyda o qədər pul xərclədi ki, hamının ağzı açıla qalmışdı. Qız evi onu oğlan evinin, oğlan evi isə onu qız evinin adamı bilirdi.
Oğlan göz qoyub gördü ki, arvadıyla qaynanası ondan göz çəkmir, onun pulu onların da ağlını başından alıb. Odur ki, oğlan eləmədi tənbəllik, yaxınlaşdı qaynanasına, arvadını nişan verib onları görüşdürməyi ondan təvəqqe elədi və arvadın ovcuna siфtə kimi bir dəstə pul basdı. Arvad qızıyla nə pıçıldaşdı, nə pıçıldaşmadı, qayıdıb oğlana dedi:
– Qız razıdı, ancaq deyir gərək əl-ayaq çəkilə, hamı dağılışıb gedə, sonra. Oğlan razı oldu. Hamı dağılışandan sonra qaranlıq bir otaqda qızla bir az zarafatlaşdı, əvəzində isə bir xeyli pul verib qapıdan çıxdı və qapının astanasında mələyən uşağını görüb tez onu qucağına aldı, haydı mindi atına. Elə ki, evə çatdı, uşağını öz otağına qoyub, qabağına olmazın yeməli tökdü ki, uşağın həm başı qarışsın, həm də ac qalmasın. Oğlan otağın qapısını bağlayıb, açarı cibinə qoydu. Səhəri gün oğlanın dostu pulun dalınca dabanbasma gəlmişdi. Onlar burda pul üstündə sözləşməkdə olsunlar, sizə kimdən deyim, oğlanın arvadıyla qaynanasından. Onlar uşağı nə qədər axtardılar, tapa bilmədilər. Qız dayanmadan gözünün yaşını axıdırdı ki, ərim məni öldürəcək. Qızın anası ona toxtaqlıq verdi:
– Qorxma, dur gedək evinə. Mən kürəkəni inandıracam ki, uşaq bir gecənin içində xəstələnib ölüb. Oğlan həyətdə atın quşqununu düzəldərkən gördü, budur, arvadı ilə qaynanası suları süzülə-süzülə hasar qapısından girdilər. Arvad dil boğaza qoymurdu:
– Kürəkən, sənin başına dönüm, qurbanın olum, özünü toxtaq tut, bir söz deyim. Uşağın toya getdiyimiz günün gecəsi
xəstələnib öldü. Bir dəqiqənin içində elə bil bir çıraq idi, pülədin keçdi. Dedim, qızımı bacısının toyunda sevindirərəm, o yazıq peşman oldu.
Oğlan qaynanasını sözünü davam etməyə qoymadı:
– Ay kişinin qızı, bundan yana niyə bu qədər narahat olursan, ağacın kökünə ziyan dəyməsin. Oğlanın cavabından rahatlanan qaynanası onu bağrına basdı. Üzünü qızına tutub dedi:
– Gördün, qızım, mən deyirdim axı, kürəkənim ağıllıdı, dözümlüdü. Dünyada onun tay-bərabəri ola bilməz. Oğlan şirin diliylə onları bir az da arxayın salıb evə gətirdi və dedi:
– Ay arvad, yaxşı ki, bü gün anan buradadı. Köməkləşib yaxşı bir yemək hazırlayın, axşam iki nəfər qonaq gələcək. Ana-bala tamam-kamal rahatlanıb, başladılar yemək tədarükünə.
Oğlan gedib borc pul aldığı dostunu və qonşusunu qonaq gətirdi. Bir az yeyib-içdikdən sonra oğlan arvadını çağırıb dedi:
– Ay arvad, bunlardan əziz qonağım olmayacaq ki, al bu açarı, get mənim otağımı aç. Orada bir qarpız var, onu götür gəl. Arvadı açarı alıb anası ilə birlikdə ərinin otağının qapısını açıb içəri girdilər. Uşağı burada görüb qəşş eləyib yıxıldılar. Oğlan bir xeyli gözləyib gördü ki, bunlar gəlib çıxmadı.
– Ay qonşu, sən bu ailəyə məhrəm adamsan. Dur, get, gör arvad niyə gəlib çıxmadı. Qonşusu tənbəllik eləməyib ayağa qalxdı. Gəlib otağa girəndə gördü ki, paho, dünən quyladığı atın balası müqəvvaya dönüb divardan asılıb. Arından geri dönəmmədi. Oğlan onun da qayıdıb gəlmədiyini görüb dostuna dedi:
– Dur, gedək, görək, bunlara nə dərd üz verib ki, hamısı o otaqda batıb qalıblar.
Oğlan otağın qapısı ağzında dostunu qabağa verdi. Dostu içəri keçən kimi həmən öz dəsmalını tanıdı. Gördü ki, pulu necə verib elə də durur, heç düyünü də açılmayıb. O da xəcalət içində qalıb tər tökdü. Oğlan atasının vəsiyyətini onlara dedi. Əvvəlcə dostunun pulunu həmən dəsmalda ona verib, qapıdan qovdu. Sonra qonşusunun pis-pis söyüşlərini özünə qaytarıb qapısından rədd elədi. Qaldı arvadı, onu da boşayıb körpəsinin tərbiyəsiylə məşğul olmaq üçün bir dayə tutdu. Ata-bala xoş gün gördülər. Siz də xoş gün görəsiniz.

Atanın oğula nəsihəti

Ermənistan baş nazirinin aparatı yaxın vaxtlarda Artak Davtyanın Baş Qərargah rəhbəri vəzifəsinə

Macarıstan gələcək nəsli təmiz hava ilə təmin etmək barədə düşünür

Tarix: 9-02-2018, 12:52 Oxunma sayı: 582 Bölmə: Cəmiyyət

Macarıstan ərazisində elektromobillər üçün enerjidoldurma stansiyalarının sayı artır.

BMT-dən ermənilərə böyük dəstək

Tarix: 26-06-2015, 11:50 Oxunma sayı: 1 152 Bölmə: Dünya

BMT-dən ermənilərə böyük dəstək

Kürdlərə ağır zərbə: parlament “yox” dedi

Tarix: 12-09-2017, 16:30 Oxunma sayı: 766 Bölmə: Siyasət / Dünya

İraq parlamentində keçirilən səsvermədə İraq Kürd Muxtariyyətinin müstəqillik referendumunu qadağan

Nazirlik cəbhədəki son vəziyyətlə bağlı açıqlama yaydı

Tarix: 9-10-2019, 10:10 Oxunma sayı: 458 Bölmə: Hadisə

Nazirlik cəbhədəki son vəziyyətlə bağlı açıqlama yaydı

Həkim-dietoloq: “Qışda çayın yerinə bol miqdarda su içmək lazımdır”

Tarix: 4-01-2019, 17:13 Oxunma sayı: 859 Bölmə: Cəmiyyət / Sağlamlıq

Xeberle.com bildirir ki,həkim-dietoloq Fuad Məcidovun report-a müsahibəsi:

Atanın (böyük oğula vacib olan) qəza namazı

Atanın (böyük oğula vacib olan) qəza namazı
Məsələ 1663. Əgər ata namazını qılmazsa, qeyd ediləcək şərtlər daxilində ehtiyata əsasən, böyük oğula vacibdir ki, onun vəfatından sonra həmin namazı qılsın, yaxud onun üçün əcir (muzdlu) tutsun.

Atanın qəza namazının böyük oğula vacib olmasının şərtləri
Birinci şərt: Atanın namazı üzürlü səbəbdən qılmaması
Məsələ 1664. Atanın qəza namazı böyük oğula o halda ehtiyata əsasən vacib olur ki, ata onu üzürlü səbəbdən, məsələn, unutduğuna, yaxud yatıb qaldığına görə qılmamışdır və ya qıldığı namazlar hər hansı bir məsələ ilə bağlı məlumatsızlıq səbəbi ilə şəriətə görə batil sayılır. Bu, onun həmin məsələni öyrənməkdə səhlənkarlığa yol vermədiyi (qasir cahil olduğu) hala aiddir. Ancaq bəzi namazlarını qəsdən qılmadığı, yaxud öyrənməkdə səhlənkarlığa yol verdiyi bir məsələni bilmədiyinə görə namazı batil olduğu təqdirdə onun qəzası böyük oğula vacib deyil.

İkinci şərt: Atanın sağlığında namazın qəzasını qılmağa qadir olması
Məsələ 1665. Əgər ata namazın qəzasını (hərçənd, ayaq üstə namaz qıla bilməyən şəxsin oturaq, yaxud uzanmış vəziyyətdə namaz qılması kimi zərurət halları üçün nəzərdə tutulmuş qaydada qılmaq surəti ilə olsa belə) qılmağa qadir deyildisə və elə həmin halda vəfat etmişdirsə, onun qəzası böyük oğula vacib deyil.(1)

Üçüncü şərt: Atanın onun üçün əcir tutmağı vəsiyyət etməməsi
Məsələ 1666. Əgər dünyasını dəyişən şəxs namazının (qəzasının) qılınması üçün əcir tutulmasını vəsiyyət edərsə, vəsiyyəti doğru sayıldığı, məsələn, bunun üçün əmlakının üçdə birindən istifadə etməyi vəsiyyət etdiyi təqdirdə böyük oğula qəza namazını qılmaq vacib deyil, onun vəsiyyətinə uyğun olaraq qəza namazlarını qılmaq üçün əcir tutmaq vacibdir.

Dördüncü şərt: Böyük oğulun atanın vəfatı zamanı dəli, yaxud həddi-buluğa çatmamış şəxs olmaması
Məsələ 1667. Əgər böyük oğul atasının vəfatı zamanı həddi-büluğa çatmamış şəxs, yaxud dəli olarsa, həddi-büluğa çatdıqda, yaxud əqli sağlamlığı bərpa olduqda atasının namazının qəzasını qılması vacib deyil.

Beşinci şərt: Böyük oğulun şəriətə görə varislik hüququndan məhrum olmaması
Məsələ 1668. Əgər böyük oğul atasını qətlə yetirmək kimi mirasdan məhrum olma səbəblərindən biri ilə əlaqədar olaraq şəriətə görə miras payı əldə etmirsə, onun atasının qəza namazlarını qılması vacib deyil.

Altıncı şərt: Böyük oğulun məlum olması
Məsələ 1669. Əgər böyük oğulun hansı şəxs olduğu məlum deyilsə, atanın namazının qəzası oğullardan heç birinə vacib deyil. Lakin müstəhəb ehtiyat onun namazları öz aralarında bölüşdürmələrini, yaxud onların qılınması üçün püşk atmalarını tələb edir.
Məsələ 1670. Böyük oğul deyərkən atanın vəfatı zamanı sağ olan ən böyük oğul nəzərdə tutulur. Buna əsasən, misal üçün iki oğlu olan, ancaq böyük oğlunu sağlığında itirən bir ata vəfat edərkən sağ olan digər oğlu böyük oğul hesab edilir.

Atanın qəza namazı ilə əlaqədar digər hökmlər
Məsələ 1671. Əgər böyük oğul atasının qəza namazı olub-olmadığına şəkk edirsə, ona heç nə vacib deyil.
Məsələ 1672. Əgər böyük oğul atasının qəza namazı olduğunu bilirsə, ancaq onu qılıb-qılmadığına şəkk edirsə (digər şərtlər də mövcud olduğu təqdirdə), ehtiyata əsasən, həmin namazın qəzasını qılması vacibdir.
Məsələ 1673. Atanın qəza namazlarının böyük oğula vacib olması hökmü yövmiyyə (sutka ərzində beş vaxtda qılınan) namazlarla məhdudlaşmır, ayat namazı, təvaf namazı kimi sağlığında ona vacib olan digər namazlara da şamildir. Ancaq ataya nəzirlə əlaqədar olaraq vacib olan hər hansı bir müstəhəb namazın, həmçinin, ataya əcir tutulması və ya digər hallarla əlaqədar olaraq vacib olan başqa bir şəxsin qəza namazının qılınması böyük oğula vacib deyil.
Məsələ 1674. Əgər böyük oğul atasının qəza namazını qılmamış vəfat edərsə, ikinci oğula vacib olan bir şey yoxdur.
Məsələ 1675. Atasının qəza namazlarını qılan böyük oğul namazda şəkk və səhv məsələlərində, habelə, onun hissələri və şərtləri xüsusunda öz vəzifəsinə (təqlid etdiyi müctəhidin nəzərinə) uyğun qaydada hərəkət etməlidir. Hətta atanın namazlarının qəzasının qılınmasının vacib olub-olmaması məsələsinin özü ilə bağlı da hökm belədir.
Məsələ 1676. Ananın namazlarının qəzası böyük oğula vacib deyil. Hərçənd, müstəhəb ehtiyat böyük oğulun ananın qəza namazlarını da atanın qəza namazları üçün izah edilən qaydada qılmasını, yaxud bunun üçün əcir tutmasını tələb edir.
Məsələ 1677. Əgər böyük oğul ananın qəza namazını qılmaq istəyərsə, Həmd və surənin uca, yaxud ahəstə səslə oxumaq məsələsində öz vəzifəsinə uyğun hərəkət edərək anasının sübh, zöhr və işa namazlarının Həmd və surəsini uca səslə oxumalıdır.

(1) Sübh namazını yatıb qalaraq qəzaya verməsini və gün çıxdıqdan sonra elə yuxuda dünyasını dəyişməsini buna misal göstərmək olar.

Comments are closed, but trackbacks and pingbacks are open.