Səməd Şıxı Atılan bir daş
Şərq ölkələrində kəhrəba tüstüsünün ruhu gücləndirib insana cəsarət verdiyinə inanılır.
Böyrək və sidik axarı daşları
Böyrək daşı adətən; sidiyin, sidik yollarına keçməzdən əvvəl toplandığı böyrəyin orta hissəsində meydana gəlir. Sidik kalsium və sidik cövhəri kimi müəyyən maddələrin kristallaşması və bu kristalların zamanla birləşməsi nəticəsində daş yaranır.
Kiçik daşlar hər hansı bir problemə səbəb olmadan bədəni tərk edir. Böyük daşlar isə sidik kisəsininə doğru irəliləyərkən sidik axarına zərər verə bilər. Əgər daş sidik axarını tutubsa o halda sidik axını zəyifləyər və belə hallarda ağrı meydana gələ bilər.
Böyrək daşları daha çox, gənc və orta yaşlı insanlarda görülür. Kişilərdə qadınlara nisbətən daha sıxdır. İsti bölgələrdə yaşayan insanlarda da böyrək daşı əmələ gəlmə riski daha yüksəkdir.
Böyrək daşı olan insanlarda böyrək daşının təkrarlanma ehtimalı yüksəkdir. Bu səbəblə, böyrək daşının səbəbini müəyyən edərək yenidən yaranmasını əngəlləməyə çalışılmalıdır.
Böyrək daşı əlamətləri
Əgər daş, sidik axarına mane olursa şiddətli ağrıya səbəb olabilər (renal kolik). Bel və böyür (qabırğaların alt hissəsindən buda qədər uzanan sahə) regionununda hiss olunan kəskin ağrıdır. Əgər daş, sidik axarındadırsa ağrı qasıq və bud regionununda hiss ediləbilər. Kişilərdə ağrı xayalarda da hiss edilə bilər. Böyrək və ya sidik axarı daşına bağlı ağrı, dalğalar halında olur və bədən mövqeyinin dəyişməsi ilə azalmır. Bundan əlavə aşağdaki əlamətlər görülə bilər;
- Kürək və bel bölgəsində başlayaraq qasığa doğru yayılan şiddətli ağrı
- Ürək bulanması və qusma
- Həddindən artıq tərləmə
- Sidikdə qan görmək, sidikdə qırmızı rəng dəyişikliyi
- Sidiyə təcili çıxma istəyi
Bəzən sidik yolları infeksiyası da bu simptomlara əlavə oluna bilər. Bu halda aşağıdakı əlamətlər də görüləbilər;
- Yüksək hərarət, titrəmə
- Tez-tez sidiyə çıxma istəyi
- Ağrılı sidiyə getmə
- Bulanıq rəngli və ya pis qoxulu sidik
Ağrınızın dindirilməsi, diaqnozun qoyulması və müalicə olunmanız üçün (xüsusiylə yüksək hərarətiniz var isə) xəstəxanaya müraciət etməyiniz və tibbi yardım almanız tövsiyə olunur.
Böyrək və sidik axarı daşın diaqnozu
Daşların bir hissəsi təsadüfi olaraq aşkarlanır. Ultrasəs müayinəsinin geniş istifadə edilməsi ilə günümüzdə hər hansı bir şikayətə yol açmadan diaqnoz qoyulan daş xəstəliyinin sayı gün keçdikcə artır. Digər tərəfdən, bel ağrısı, təkrarlayan sidik yollarının iltihabı və ya sidikdə qanaxma kimi şikayətlər xəstəni həkimə gətirən faktorlardır.
Müraciət edən xəstələrdə aşağıdakı tədqiqatlar biri və ya bir neçəsi edilərək dəqiq diaqnoz qoyulur.
Dirək Üriner Sistem Rentgeni (qarın boşluğunun rentgen filmi): X şüası ilə çəkilən bu filmdə opak böyrək daşlarının əksəriyyəti görülə bilər. Opak olmayan daşlar və ya kiçik sidik axarı daşları bu üsulla görülməz.
Ultrasəs müayinəsi (US): Səs dalğalarından faydalanaraq daxili orqanların görüntüləmə üsuludur. US müayinəsi ilə sidik yollarının obstruksiyası və hətta daşlar təyin oluna bilər. Lakin,US müayinəsində kiçik ölçülü daşlar və sidik axarı daşları görünməyə bilər.
Venadaxili Pyelografiya: Bu üsulda damar içərisinə verilən kontrast maddə vasitəsilə eyni anda həm böyrəklərin anatomiyası, həm də funksiyalarını öyrənmək mümkün olur. Bu üsulla daşların böyrək içərisindəki yeri və böyrəkdə əmələ gətirdikləri zədə haqqında məlumat əldə etmək mümkündür. Kontrast maddəyə allergiyası olanlar, hamilələr və böyrək çatışmazlığı olanlar bu üsul tətbiq olunmamalıdır.
Spiral Kompüterli Tomoqrafiya (KT): Rentgen şüaları istifadə edilərək aparılan incə kəsikli BT hazırda böyrək daşlarının qiymətləndirməsində ən önəmli vasitədir. Dəqiqələr içərisində aparılan bu araşdırma ilə 1-2 millimetr boyda daşlar da görülə bilər. Həmçinin daşın miqdarı ölçülərək daşın sərtlik dərəcəsi müəyyənləşdirilə bilər.
MRT: Böyrək və sidik axarlarının daş xəstəliyinin diaqnostikasında MRT çox nadir hallarda istifadə edilir. Belə ki, daşların müəyyən edilməsində MRT-nin həssaslığı aşağıdır. Lakin, hamilə və hamilə olmağa hazırlaşan xəstələrdə, habelə şüalanma riski yüksək hesab edilən xəstələrdə isə MRT-nin istifadəsi tövsiyə oluna bilər.
Böyrək və sidik axarı daşları necə müalicə edilir?
Tibbi Müalicə
5-6 mm-ə qədər olan daşların böyük əksəriyyəti verilən ağrı kəsici, və bol mayə ilə düşürülə bilər.
Ölçüsü >10 mm-dən böyük olan və konservativ terapiyaya (o cümlədən, daşın düşməsinin sürətləndirilməsi üçün tətbiq edilən tibbi müdaxilələrə) baxmayaraq daşı düşməyən xəstələrin uroloq tərəfindən müayinəsi tövsiyə edilir.
Daşı düşməyən xəstələrin müalicəsində aşağıdakı metodlardan biri istifadə edilə bilər:
- Şok dalğa litotripsiyası (ESWL),
- Lazer və ya elektrohidravlik ureteroskopik litotripsiya (URS,Flexible URS)
- Perkutan nefrolitotomiya (PCNL),
- Daşın laparoskopik/açıq çıxarılması.
ESWL (Bədən kənarından şok dalğaları ilə daş qırma)
Böyrək daşlarının müalicəsində ən sıx istifadə edilən üsuldur. Bədən xaricində yaradılan şok dalğaları daş üzərinə yönəldərək daş kiçik hissələrə bölünür. Daha sonra bu hissələrin sidiklə atılması gözlənilir. Prosedura zamanı hiss edilən ağrını azaldmaq üçün əsasən sakitləşdirici dərman istifadə edilməsi və ya yüngül bir anesteziya verilməsi lazım olur. ESWL sonrası daş parçacıqların tökülməsi günlər hətta bəzən həftələr sürə bilər. Bu prosesdə xəstələr ağrı hiss edə bilər və bəzən sidik yolu iltihabı əmələ gələ bilər. Çox nadir də olsa qırılan daş parçacıqlar, qumlar sidik axarına yığılaraq qum yolu, daş yolu meydana gətirə bilər və bu hallarda əlavə müdaxilələrə ehtiyac duyula bilər.
Ureteroskopik litotripsiya (URS)
Sidik axarı (üreter) içərisindəki daşlar düşməzsə və ya ESWL ilə atılmazsa sidik yolundan üreteroskop deyilən alətlər köməyi ilə müdaxilə edə bilərlər. Rijid yəni sərt üreteroskoplar ilə xarici sidik yolu (üretra) və sidik kisəsini keçib üreter içinə daxil olaraq, daşlar Holmium lazer və ya pnömatik litotriptor ilə qırılaraq müalicə edilir. Bu üreteroskoplar ilə alt və orta üreterdəki daşlar müalicə edilir. Elastik(flexible) yəni qıvrılan üreteroskoplar isə ucları müxtəlif istiqamətlərdə və aspektlərdə hərəkətə malik olduqlarından həm üst sidik axarındaki, həm də böyrək içində ləyən və kasacıq adı verilən ciblərdə daşların müdaxiləsində istifadə edilirlər. Üretereroskopik daş müalicəsi sonra xəstələr həmin gün və ya bir gün sonra evlərinə göndərilir.
Perkutan Nefrolitotomiya (PCNL)
Çox böyük və ya kompleks daşlar, ya da daş qırma müalicəsinə müqavimətli daşlar dəridən böyrək içərisinə yerləşdirilən bir borucuq vasitəsilə (“perkutan” və ya qapalı üsul) çıxardılır. Bu “perkutan” daş çıxarılması əməliyyatında istifadə edilən incə teleskopik alətlər dəridən keçirilərək böyrəyin içərisindəki daşa birbaşa müdaxilə edilir. Nadir olaraq da böyrək daşları laparoskopik və ya açıq böyrək əməliyyatı ilə çıxarılır.
Səməd Şıxı Atılan bir daş
Nərgizin gözləri göyə baxaraq xəyala dalmışdı. Bir ilə yaxın idi ki, atası Bakıya işləməyə getmişdi. Bir ildə atası ilə yalnız telefonla danışa bilmişdilər. O da həftədə bir dəfə. İşlərinin çox olması səbəbindən həmişə qısa kəsir, salam – sağolla vidalaşırdı. Kənd yerində işin olmaması üzündən məcbur hamı ya Bakıya, ya da Rusiyaya gedirdi.
-Qızım, dur yerində yat. Gecdi daha. – anası Nərgizi qaldıraraq yatmağa göndərdi. Özü isə hələ də həyətdə oturaraq boşluğa dalmışdı. Gülnaz ərinin məcburiyyətdən getdiyini anlayırdı. Kənd yerində yaşayışın necə də çətin olduğunu dərk edirdi. O da istəyərdi ki, yaxşı şəraitləri olsun. İstəyirdi ki, yoxsulluq içərsində, sabaha ac qalarıqmı, yoxsa yeməyə nəsə tapacıq deyə düşünmək deyildə gözəl evdə istədiklərini yeyərək, istədiklərini geyinərək heç bir dərdi çəkməsinlər.
Bu şəraitə sahib ola bilərdi də. Eyvazla evlənməzdən əvvəl onun üçün başqa şəhərlərdən də elçilər gəlmişdi.
Hansı ki, Gülnazın xəyalında olan hər şeyi asanlıqla reallaşdıra bilərdilər. Ancaq, Gülnaz seçimindən peşman deyildi. Eyvaz kənddə mərd, ağıllı, qocaq biri olaraq göstərilirdi. Təhsili olmadığı halda biliyi, dünya görüşülüyü ilə həmişə fərqlənib. Kəndin bütün problemlərində canla – başla iştirak edir, əlindən gəldiyini əsirgəmirdi.
Eyvaz uca boy, qarabuğdayı biridi. Saçlarını çox sevdiyindən uzadıb, əliylə də tez – tez düzəldir. Uşaqlığından nadincliyi və sözü üzə deməsi hər zaman onu diqqət mərkəzində saxlamışdı.Məktəbdə təkcə müəllimləri ilə deyil, uşaqlarla da yola getməzdi. Kənarda uşaqların toplaşıb bir uşaqı döydüyünü görən kimi aralarına girər onu qoruyardı. Gülnaz onunla paralel sinifdə oxuyurdu. Buna baxmayaq Eyvaz ona heç yaxınlıq eləməzdi. Kəndin necə ağır olduğunu, adi bir SALAMI belə söz edəcəklərini bilirdi. Doqquzuncu sinifi bitirəndən sonra isə işləmək üçün məktəbdən ayrılaraq fəhləlik etməyə başladı. Atasının yataq xəstəliyinə tutulmasından sonra onlara baxacaq heç kəsin olmaması və oxumağa həvəsin olmaması onu məktəbdən rahatlıqla ayırdı.
Gülnazla yaxınlaşması xalasının əlaqəsi ilə oldu. Xalası Gülnazı ona məsləhət görəndən sonra bir dəfə də görüşüb danışdılar. Sonra məlum oldu ki, Gülnazda Eyvaza qarşı hisslər keçirirmiş yarım ildən sonra toyları oldu. Toylarından bir il sonra da Nərgiz, sonra isə Rövşən dünyaya gəldi.
Kəhrəba daşı haqqında bilinməyənlər
Bu dəfə “Mücrü” layihəsində olduqca qeyri-adi bir daş olan kəhrəbadan bəhs edəcəyəm. Gəlin, birlikdə adi ağac şirəsindən (qatran) əsl şəfa mənbəyinə çevrilən bu möcüzəli daşın maraqlı hekayəsiylə tanıq olaq.
Adi qatran şəfalı daşa çevrilir
Kəhrəba daş hesab edilsə də, o digər daşlardan fərqli olaraq mineral maddələrdən deyil, oksigen, hidrogen, karbon və bir neçə turşudan ibarətdir.
Kəhrəba nadir şam ağaclarının və (bəzən də tropik ağacların) ifraz etdiyi qatrandan əmələ gəlir. Ağacın özünü qoruma funksiyası olan qatran budaqlar qırıldıqda ifraz olunur və həmin hissəni bərpa edir.
Ona görə də çox vaxt kəhrəbanın içərisində mumyalanmış milçək və ya başqa kiçik həşəratlara, o cümlədən müəyyən qalıqlara rast gəlinir.
Kəhrəba bu xüsusiyyətilə keçmişə işıq tutaraq tarixçilərin bir çox faktları üzə çıxarmasına kömək edir.
Ağacın ifraz etdiyi qatran minlərlə il sonra sərtləşərək kəhrəbaya çevrilir. Daha sonra ağacla birlikdə torpağa qarışır və orada toplanaraq kəhrəba yatağı əmələ gətirir. Bu proses çox vaxt aldığı üçün təbii kəhrəba çox qiymətlidir.
Əsasən Baltik dənizi, Livan, Siciliya adaları, Meksika, Ruminiya, Kanada, Dominik Respublikası, Polşada çıxarılır. Avropada isə Ukrayna, İsveç, İngiltərə və Hollandiyada kəhrəba yataqları var.
Əsl kəhrəbanı necə tanımalı?
Kəhrəba yumşaq və yüngül olur. Əsas iki növü var: qırmızımtıl sarı və donuq sarı.
Ancaq narıncı, qırmızı, qəhvəyi, bal, qızıl, sümük, qara, mavi və yaşıl rənglərdə də olur.
Bunlardan mavi və yaşıl rəngdə olanı çox nadir tapıldığı üçün daha baha qiymətə satılır.
Satışda çoxlu miqdarda saxta kəhrəbalar mövcuddur. Əsl kəhrəbanı tanımağın bir neçə yolu var.
Kəhrəba qızdırıldıqda elektrik və maqnit xüsusiyyətlərini ortaya çıxarır. Bədənə istilik verir və kağızı cəzb edir.
Əsl kəhrəbanın ən əhəmiyyətli xüsusiyyəti isə yandırıldıqda ətrafa şam qoxusu yaymasıdır.
Saxta kəhrəba plastik, şüşə və sintetik maddələrdən hazırlanır. Belə kəhrəba bədənə qaşıntı verə bilər.
Həm bəzək əşyasıdır, həm də sağlamlığın keşikçisi
Qədim zamanlardan bəri kəhrəbadan həm bəzək əşyalarının hazırlanmasında, həm də türkəçarədə istifadə edilib.
Kəhrəbadan hazırlanan boyunbağılar, sırğalar və təsbehlər sadəcə bəzək əşyası kimi qiymətləndirilməyib.
Çünki bu bəzək əşyaları həm də müxtəlif xəstəliklərin çarəsi olub.
Kəhrəba ən şəfalı daşlardan biridir.
Kəhrəbanın yaydığı istilik soyuqlamanı aradan qaldırır. Ona görə də kəhrəbadan hazırlanan sırğa və ya boyunbağı taxmaq məsləhət görülür.
Kəhrəba boyunbağı tiroid vəzinə yaxşı təsir edir, zobu əridir və boğaz infeksiyalarının meydana gəlməsinə mane olur.
Həmçinin, astma və bronxit kimi xəstəlikləri də yüngülləşdirir. Badamcıqların şişməsinin qarşısını alır.
Onlarla xəstəliyin çarəsi sarı daş
Kəhrəba allergiyaya qarşı təsirlidir. Müxtəlif ağrılardan xilas olmaq üçün də kəhrəbadan faydalanmaq olar.
Xüsusilə də revmatizmdən qaynaqlanan ağrıları qısa müddətdə aradan qaldırdığı deyilir.
Ağrını aradan qaldırmaq üçün daşla ağrı olan bölgəni masaj etmək lazımdır. Daş nə qədər iri olsa, təsiri də bir o qədər güclü olacaq.
Kəhrəba daşının həzm sisteminə də faydası var. Bu daş bağırsaqların işini asanlaşdırır.
Depressiyadan, stressdən xilas edir
Kəhrəba ruh sağlamlığı üçün də əhəmiyyətlidir. Araşdırmalar nəticəsində kəhrəba daşının melanxolik ruh halını önlədiyi və xüsusilə də sol biləyə taxıldıqda depressiyadan qoruduğu ortaya çıxıb.
İnsana müsbət enerji verir. Orqanizmin təmizlənməsinə kömək edir.
Stressi azaldır, həyat eşqinin azaldığı hallarda yaxşı təsir edir.
Roma dövründə kəhrəbadan zobun müalicəsində geniş şəkildə istifadə edilib. Hazırda da xalq təbabətində bu üsula müraciət edilir.
Qədim zamanlarda kəhrəbadan yağ əldə edərək ondan bir çox məqsədlər üçün istifadə ediblər. Kəhrəba yağı ta qədimdə olduğu kimi indi də gözəl qoxu yaratmaq üçün istifadə edilir. Bir çox ətrin tərkibinə kəhrəba yağı əlavə edilir..
Antik Romada kəhrəbadan müxtəlif dərmanlar hazırlanıb. Kəhrəba tozu ilə balı qarışdıraraq boğaz, qulaq və gözlə bağlı problemləri aradan qaldırmağa çalışıblar. Kəhrəba tozunu suyla içdikdə mədə xəstəliklərini aradan qaldırdığına inanılır.
Ən məşhur türk alimlərdən İbni Sina kəhrəbanı bir çox xəstəliyin dərmanı olaraq xarakterizə edib.
Şərq ölkələrində kəhrəba tüstüsünün ruhu gücləndirib insana cəsarət verdiyinə inanılır.
Çinlilər də kəhrəbanın möcüzələrindən xəbərdar olublar. Çində kəhrəbadan hazırlanan xüsusi siropdan sakitləşdirici və ağrıkəsici olaraq istifadə edilib.
Orta əsrlərdə kəhrəba sarılığın çarəsi hesab edilib.
Həmçinin, bədənin güclənməsi və dərinin daha sağlam görünməsi üçün də kəhrəbadan istifadə edilib.
Sarı rəngli kəhrəbanın doğuşu asanlaşdırdığı, ilan sancmaları, diş ağrısı, revmatizmə çarə olduğu fikri formalaşıb.
Kəhrəba yağı, kəhrəba balzamı və kəhrəba ekstraktı o dövrlərdə reseptlərdə ən çox yazılan dərmanlar olub.
Prussiyalılar böyrək daşı narahatlıqları üçün kəhrəbadan faydalanıblar.
Kəhrəba tüstüsünün möcüzələri
Litvada isə kəhrəbadan daha fərqli məqsədlər üçün istifadə edilib.
Onlar ölən adamın ardından kəhrəba yandıraraq pis ruhları bədəndən uzaqlaşdırdıqlarına və yaxşı ruhları çağırdıqlarına inanıblar.
Bütün bunlar onu göstərir ki, kəhrəba müxtəlif ölkələrdə fərqli məqsədlərlə istifadə edilib. Məsələn, bir çox insan kəhrəba tüstüsü iynəyən körpələrin daha tez böyüdüyünə, bu tüstünün yeni evlilərə xoşbəxtlik bəxş etdiyinə, döyüşə gedən kişilərə isə cəsarət verdiyinə inanıb.
Kəhrəbanı bir müddət arağın içərisində saxladıqdan sonra süzüb içdikdə kişilərdə cinsi gücü artırdığı düşünülür.
Kəhrəbadan hazırlanan təsbehləri körpələrə taxaraq onların diş çıxarma prosesini ağrısız keçirmələri təmin edilir.
Qeyd edək ki, kəhrəbanın bütün bu xüsusiyyətləri onun yaşından, hansı ağacın qatranından yaranmasından asılı olaraq dəyişə bilər.
Şir bürcündən olanlar, diqqət!
Əgər Şir bürcündənsinizsə, deməli, sizin kəhrəbadan istifadə etmək üçün daha bir səbəbiniz var. Bütün sarı daşların Şir bürcünə uğur və sağlamlıq gətirdiyinə inanılır. Ona görə də sarı kəhrəbadan hazırlanan aksessuarlar ala bilərsiniz.
Sonda sizin üçün kəhrəbadan hazırlanan ən gözəl aksessuarları toplamışam. Fotolara nəzər yetirsəniz, bir çox məşhur simanın məhz bu kəhrəbadan hazırlanan aksessuarlara üstünlük verdiklərini görəcəksiniz.
Ləman Sultan
Comments are closed, but trackbacks and pingbacks are open.