Press "Enter" to skip to content

Prezident Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktorunu qəbul edib – VİDEO – FOTO

Təlim müddətində AEBA ekspertləri və radioaktiv materialların təhlükəsizliyi və fiziki mühafizəsi sahəsində aparıcı ölkələrin, o cümlədən ABŞ, Kanada, Pakistan və Rusiyanın mütəxəssisləri bu sahədə aparılan işlər barədə məlumat verib və sualları cavablandırıblar.

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İrana qarşı daha bir qətnamə layihəsini müzakirəyə çıxarıb

AMERİKA VƏ ÜÇ AVROPA ÖLKƏSİ IAEA-NIN RƏHBƏRLƏR ŞURASINDAN İRANDAN AÇIQLAMADIĞI ÜÇ NÜVƏ MƏRKƏZİNDƏ TAPILAN URAN HİSSƏCİKLƏRİ İLƏ BAĞLI ƏLAVƏ İZAHAT TƏLƏB ETMƏSİNİ İSTƏYİB.
Bildirilib ki, bu əməkdaşlıq “məcburi və təcili”dir.
Qətnamə layihəsi Atom Enerjisi üzrə Beynəlxalq Ajansın Rəhbərlər Şurasının üzvü olan 35 ölkəyə göndərilib.
Tələb məktubunun mətnində deyilir: “İranın öz qanuni öhdəliklərini yerinə yetirmək üçün hərəkətə keçməsi və təxirə salınmadan tədbirlər görməsi vacib və təcilidir”.
33 ölkə nümayəndəsinin səsverməsi zamanı Keniya və Brondi nümayəndələri iclasda olmayıb.
Çin və Rusiya qətnamənin əleyhinə səs verib, Pakistan, Hindistan, Namibiya, Cənubi Afrika və Qətər tərəfsiz qalıblar.

Комментарии 0

Новые комментарии
Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь
Сервисы VK
добавлена 19 декабря 2022 в 09:50
Bakıda Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə II BÜTÖV AZƏRBAYCAN FORUMU keçirildi

17.12.2022-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə “Astoria Bakı” otelinin konfrans salonunda “II Bütöv Azərbaycan Forumu” keçirildi.
Forumun keçirilməsində əsas məqsəd Azərbaycanın bütövlüyünü gündəmə gətirmək, Güneyli-Quzeyli Bütöv Azərbaycanın problemlərinə vahid müstəvidən yanaşmaq, ümummilli birliyə nail olmaqdır.
İlk öncə Bütöv Azərbaycan Ocaqlarının başqanı Zahir Əlisoy iştirakçıları salamlayaraq, dəvəti qəbul edib gəldikləri üçün BAO adından təşəkkürünü bildirdi və Forumu açıq elan etdi. Daha sonra Azərbaycanın dövlət himni səsləndirildikdən və BAO-nun düny

добавлена 13 декабря 2022 в 12:04
Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə II Bütöv Azərbaycan Forumu keçiriləcək.

Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə 17.12.2022-ci il tarixində saat 12:00-da “Astoria Bakı” otelinin konfrans salonunda II Bütöv Azərbaycan Forumu keçiriləcək.
Forumun keçirilməsində əsas məqsəd Azərbaycanın bütövlüyünü gündəmə gətirmək, Bütöv Azərbaycanın problemlərinə bir müstəvidən yanaşmaq, ümummilli birliyə nail olmaqdlr. Bu birlik bizim mədəni-siyasi birliyimiz olmaqla böyük bir gücə çevriləcəkdir. Millətimizin problemlərinin həlli də bu gücdən asılıdlr.
Forumda Azərbaycanın Güneyini təmsil edən təşkilatlardan, Borçalıdan, Kərkükdən, Dərbənddən, Qərbi Azərbaycandan olan təmsi

добавлена 22 декабря 2022 в 15:06

Dekabrın 21-də Güney Azərbaycan Televiziyasının canlı efirində yayımlanan “Görüş” verilişində “Molla rejiminin həbsxanalarında təcavüz” mövzuları müzakirə edilib.

Müzakirədə Əhməd Obalı, Məhbub Tişe və Furuğ Əsədpur iştirak edib.
Verilişi aşağıdakı linklərdən izləmək mümkündür.
https://www.youtube.com/watch?v=J3–M91QH2Y
https://www.youtube.com/watch?v=dlivPiTwLfw&t=1s

90 просмотров
добавлена 22 декабря 2022 в 15:05
“Rusiya və İran terror dövlətləridir”-Zelenski

Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ-a səfəri çərçivəsində prezident Co Bayden və Konqres üzvləri ilə görüşü keçirilib.
Tərəflər görüşdən sonra önəmli açıqlamalar veriblər.
“Burada olmaq mənim üçün xüsusi önəm daşıyır. Bütün çətinliklərə rəğmən Ukrayna ayaqdadır, yaşayır və Rusiyanı geri oturdur. Gələn il dönüş nöqtəsi olacaq.
Buna görə də Avropa böyük zəfər çalıb. Rusiya tiranlığı nəzarəti itirib və bir daha bizə təsir edə bilməyəcək. Bu mübarizə uşaqlarımızın, nəvələrimizin necə bir dünyada yaşacağını təyin edəcək.
Ukrayna təslim olmayacaq”, – Zelenski söyləyib.
O, Ukrayna əsgərləri Hitlerə qarşı mübarizə aparan ABŞ əsgərləri ilə müqayisə edib: “Rusiya və İran terror dövlətləridir.

добавлена 22 декабря 2022 в 15:05
Güneyli fəal Tehran həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılır

Əslən Şərqi Azərbaycan əyalətinin Sarab şəhərindən olan öyrənci hərəkatı fəalı və Tehran Universitetində oxuyan azərbaycanlı Məhəmməd Şəbahəti Tehran həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılır.
Məhəmməd Şəbahətinin nədə ittiham olunduğu da bəlli deyil.
Tələbə hərəkatı fəalının yaxınlarının əlaqədar dövlət qurumlarına müraciətləri cavabsız qalıb.
Bu, onların Məhəmməd Şəbahətinin sağlamlığı barədə nigarançılığının artmasına səbəb olub.
Qeyd edək ki, insan haqları təşkilatlarının verdiyi məlumata görə, son 3 ayda İranda etiraz aksiyalarında həbs edilən 18426 nəfərin 652-i tələbədir.
Qeyd edək ki, o, dekabrın 7-də universitetin gözətçi otaqlarından birinə salınaraq döyülüb, sonra təhlükəs

добавлена 22 декабря 2022 в 15:04
Güneyli müəllim müvəqqəti azad edilib

Qərbi Azərbaycan əyalətinin Qoşaçay (Miyandab) şəhərindən olan müəlim və mədəni fəal Məhəmməd Həsən Davudi girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.
O, oktyabrın 27-də təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq Qoşaçay şəhərinin təhlükəsizlik idarəsinə aparılmış, orada dindirildikdən sonra Urmu şəhərinin təhlükəsizlik idarəsinin təcridxanasına köçürülmüşdü.
Məhəmməd Həsən Davudinin həbs edildiyi və təcridxanada dindieildiyi zaman ağır döyüldüyü üçün sağlamlığında ciddi problemlərin yarandığı bildirilir.

добавлена 22 декабря 2022 в 15:04
Təbrizli vəkil barədə həbs qərarı çıxarıldı

Təbrizli vəkil və insan hüquqları müdafiəçisi Negin Kiyaniyə 1 il həbs cəzası ilə yanaşı 2 il ölkədən çıxmasına qadağa qoyulub.
15 oktyabrda təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq Təbriz zindanına köçürülən xaım vəkilə qarşı “hökumət əleyhinə təbliğat” ittihamı irəli sürülüb.
Qeyd edək ki, Negin Kiyani ilə yanaşı Sina Yusifi, Əmir Mehdipur və Qasim Bodi adlı azərbaycanlı vəkillər oktyabrın 14-də açıqlama verərək Təbrizdə 1700 nəfərin hökumət məmurları tərəfindən həbs edildiyini deyib.
Onlar saxlanılanların azadlığı üçün müdafiə komitəsi yaratdıqlarını açıqladıqdan bir gün sonra saxlanılıblar.

добавлена 22 декабря 2022 в 15:03

Rusiya və İran sanksiyalardan yayınmaq üçün yeni ticarət dəhlizi yaradır
Bu barədə “Bloomberg” məlumat yayıb.
Rusiya və İran Şərqi Avropadan Hind okeanına 3000 km uzunluğunda yeni transkontinental ticarət dəhlizi yaratmağa başlayıblar.
Agentlik yazıb ki, layihənin məqsədi iki ölkənin Xəzər dənizi və dəmir yolu şəbəkələri ilə yüklərin çatdırılmasını sürətləndirmək, Qərbin sanksiyalarının ölkələrin iqtisadiyyatlarına və ticarət əlaqələrinə etdiyi təzyiqləri azaltmaq istəyidir.
Qeyd olunub ki, dəhlizin şimal nöqtəsi Azov dənizindədir. “Bloomberg”in tərtib etdiyi gəmi izləmə məlumatları, sanksiyalara məruz qalanlar da daxil olmaqla, onlarla Rusiya və İran gəmisinin artıq həmin marşrutla hərəkət

Prezident Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktorunu qəbul edib – VİDEO – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossini qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktoru Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurlu olmasına görə dövlətimizin başçısını təbrik etdi. Bildirdi ki, Azərbaycanın bu Hərəkata sədrliyi praktiki xarakter daşıyaraq beynəlxalq sülh və təhlükəsizliyə böyük töhfə verib, Hərəkatın dünyada rolunu daha da gücləndirib.

Rafael Mariano Qrossi ölkəmizlə rəhbəri olduğu agentlik arasında səmərəli əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev Rafael Mariano Qrossiyə tədbirdə iştirakına görə minnətdarlığını ifadə etdi, Azərbaycanın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığa böyük önəm verdiyini dedi.

Dövlətimizin başçısı nüvə texnologiyasından dinc məqsədlər üçün istifadənin vacibliyini bildirdi. Bu xüsusda kənd təsərrüfatı, tibb, neft-kimya səhələrində Azərbaycanla agentlik arasında əlaqələrin praktiki əhəmiyyəti qeyd edildi.

Prezident İlham Əliyev nüvə təhlükəsizliyi probleminə toxunaraq Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının fəaliyyət göstərdiyini, onun Azərbaycana, Türkiyəyə, Ermənistana və bütün regiona böyük nüvə təhlükəsi yaratdığını bildirdi, bu stansiyanın köhnə texnologiya ilə çalışdığını, onun ciddi texniki probemlərinin olduğunu diqqətə çatdırdı və Metsamordan qaynaqlanaraq bəzi nüvə materiallarının qanunsuz ticarətinin aparılmasının narahatlıq doğurduğunu vurğuladı.

Görüşdə Nüvə silahlarının yayılmaması haqqında Müqaviləyə bütün dövlətlər tərəfindən riayət edilməsinin vacibliyi bildirildi, bu xüsusda nüvə silahının yaradılması cəhdlərinin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yarada biləcəyi ilə bağlı narahatlıq ifadə olundu.

Milli.Az

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin tədbirində azərbaycanlı alimin çıxışı dinlənilib

Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İbrahim Qabulov Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən Rusiya Federasiyasının Obninsk şəhərində yerləşən Rosatom Texniki Akademiyasında “Radioaktiv materialların fiziki mühafizəsinin planlaşdırılmasına dair əsas fikirlər” mövzusunda keçirilən regional təlim kursunda iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, istifadə edilən və saxlanılan radioaktiv materialların təhlükəsizliyini və fiziki mühafizəsini təmin etmək məqsədilə müasir tələblərin tətbiqi məsələlərinə həsr olunan beynəlxalq tədbirə 10 ölkədən 22 nümayəndə qatılıb.

Tədbirdə çıxış edən İ.Qabulov Azərbaycanda müvafiq sahə üzrə görülən işlər barədə ətraflı məlumat verib.

Sonra iştirakçılar qruplara bölünərək AEBA ilə təhlükəsizlik sahəsində gələcək əməkdaşlığa dair təklifləri müzakirə ediblər.

Təlim müddətində AEBA ekspertləri və radioaktiv materialların təhlükəsizliyi və fiziki mühafizəsi sahəsində aparıcı ölkələrin, o cümlədən ABŞ, Kanada, Pakistan və Rusiyanın mütəxəssisləri bu sahədə aparılan işlər barədə məlumat verib və sualları cavablandırıblar.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Comments are closed, but trackbacks and pingbacks are open.