Press "Enter" to skip to content

Atropatena dövləti

Qədim yunan coğrafiyaşünası Strabon özünün məşhur “Coğrafiya”sında yazır:

Atropatena dövləti

Atropatena dövlətinin yaranması. Makedoniyalı İsgəndarin Şərqə yürüşü nəticəsində e. ə. 330-cu ildə Əhəməni dövləti çökdü. Əhəmənilərin taleyini həll edən Qavqamela döyüşündə (e. ə. 331) antik müəlliflərin Midiya (Mada) adlandırdığı satraplığın başçısı Atropatın rəhbərliyi altında kadusilərin, albanların və sakasinlərin İsgəndərə qarşı vuruşmaları tarixi mənbələrdə təsdiq olunmuşdur. Strabon yazırdı ki, Midiyadan (Əhəməni) fərqli olaraq Atropat öz ölkəsinin makedoniyalılara tabe olmasına yol vermədi. İsgəndərə tabe olmadığına görə əvvəl satrap vəzifəsindən uzaqlaşdırılan görkəmli dövlət xadimi və uzaqgörən siyasətçi Atropat makedoniyalılarla savaş əvəzinə danışıqlar yolu tutdu. E. ə. 328-ci ildə o. Makedoniyalı İsgəndər tərəfindən Kiçik Madanın satrapı vəzifəsinə təyin edildi. Nəticədə Kiçik Mada adlandınlan gələcək Atropatena torpaqlan Makedoniya işğalından xilas oldu. E. ə. 324-cü ildə İsgəndərə qarşı Baryaqsın başçılığı ilə baş vermiş üsyanı öz gücü ilə yatıran Atropat qızını İsgəndərin ən yaxın sərkərdəsi olan Perdikkiyə ərə verərək öz mövqeyini daha da möhkəmləndirdi. E. ə. 323-cü ildə Makedoniyalı İsgəndərin ölümü ilə onun imperiyası sərkərdələri arasında bölüşdürüldü. Perdikki dövlət regenti təyin edilərək əslində İsgəndərin yerini tutdu. Görünür, onun səyləri nəticəsində İsgəndərin imperiyasının birinci bölüşdürülməsində Atropatın ölkəsinin adı çəkilməmişdir, E. ə. 321-ci ildə Perdikkinin ölümündən sonra imperiya yenidən bölüşdürülərkən Atropatena yenə yada düşmədi. Beləliklə, e. ə. 321-ci ildə Kiçik Mada, yəni Atropatena müstəqil dövlətə çevrildi. Strabona görə yeni dövlət onun qurucusu olan Atropatın adı ilə Atropatena adlandırılmışdır. Atropat «bu ölkənin Böyük Midiya kimi makedoniyalılara tabe olmasına yol vermədi, təntənə ilə çar elan olunan Atropat bu ölkəni müstəqil etdi». Atropatena Makedoniyalı İsgəndərin imperiyasının parçalanması şəraitində Şərqdə siyasi müstəqillik qazanmış ilk dövlət hesab olunur.

Əhalisi və təsərrüfata Atropatena dövlətinin ərazisi indiki Cənubi Azərbaycan torpaqlarını əhatə edirdi. Tarixi şəraitdən asılı olaraq dövlətin ərazisi müxtəlif vaxtlarda müəyyən dəyişiklikliyə uğramış, böyümüş və ya kiçilmişdir.

E. ə. III əsrin 20-ci illərində Atropatenanın ərazisi Roma müəllifi Polibinin yazdığına görə, hətta Xəzər dənizindən o vaxtkı İberiyadan keçən Rioni çayının yuxarı axarlarınadək olan torpaqları əhatə edirdi.

Atropatenanın əhalisi etnik baxımdan yekcins deyildi. Burada matienlər, saqartilər, kadusilər, gellər, utilər, maqlar, kaspilər və başqalan yaşayırdılar. Bu tayfaların dil mənsubiyyəti dəqiq müəyyən edilməmişdir. Çoxsaylı tayfa olan kadusilər Strabona görə 20 min yüngül silahlı piyada və 8 min atlıdan ibarət hərbi qüvvə çıxara bilirdilər. Maqlar isə Zərdüşt dini ayinlərinin əsas icraçısı olub, böyük nüfuza malik idilər. Saqartilərin adı mənbələrdə e. ə. VIII əsrdə, kaspilərin adı isə e. ə. V əsrdə çəkilmişdir.

Atropatena əlverişli təbii — coğrafi mövqeyə və iqlim şəraitinə əsaslanan zəngin təsərrüfata malik olmuşdur. Strabon yazırdı ki, bu ölkənin bütün vilayətləri məhsuldardır. Atropatenada əhali çay vadilərindəki və Urmiya gölü ətrafındakı məhsuldar torpaqlarda əkinçilik və üzümçülüklə məşğul olurdu. Əkinçilikdə buğda və arpa növləri üstün yer tuturdu. Antik müəlliflərdən Strabon, Yevstafi və başqalan Atropatenada torpağın məhsuldarlığını qeyd edərək yazırdılar ki, burada bir üzüm tənəyindən 40 litrə yaxın çaxır hazırlanır, bir əncir ağacı isə 52 litrdən çox məhsul verir. Antik dövr müəlliflərinin əsərlərində Atropatenada heyvandarlığın, xüsusilə atçılığın geniş yayılması haqqında qiymətli məlumatlar var. Pohbinin məlumatına görə Atropatenanın Kaspiana vilayətində maldarlıq, dəvəçilik və atçılıq geniş yayılmışdı. Başqa bir antik müəllif Ammian Marseliniyə görə Atropatenada dünya şöhrəti qazanmiş «Nisa» cinsli atlar bəslənirdi. Hərbi işdə və nəqliyyat vasitəsi kimi istifadə edilən atların yetişdirilməsində yonca əsas yem bazası idi. Plininin «Midiya otu» adlandırdığı yonca toxumu Avropanın digər ölkələrinə Atropatenadan aparılmışdır. Atropatena kənd təsərrüfatı məhsullarının bolluğuna ğörə qonşu ölkələrdən fərqlənirdi.

Ölkənin çaylan və gölləri forel, kütüm, qızıl balıq növləri ilə dolu idi. Kaspilər ovladıqları balıqları xüsusi üsulla duzlayıb qurudur və dəvələrə yükləyib Ekbatanaya aparırdılar. Kaspilər balıq yağı hazırlayır, xüsusilə balığın içalatından çox möhkəm yapışqan düzəldirdilər.

Atropatena qədimdən yüksək inkişaf etmiş sənətkarlıq ölkəsi kimi məşhur olub, müxtəlif sənət sahələrinin inkişafı üçün çox zəngin faydalı qazıntılara malik idi. Burada dəmir, mis, qurğuşun, gümüş, qızıl və s. çıxarılırdı. Arxeoloji qazıntılar zamanı tapılmış bəzək əşyalan ölkə zərgərlərinin yüksək ustalığından xəbər verir. Ərdəbil yaxınlığında tapılmış boyalı, naxışlı və şirli qablar bu ölkədə dulusçuluq məktəbinin olduğunu ğöstərir. Atropatena sənətkarları yüksək keyfiyyətli metal və gil qablar, müxtəlif silah növləri, toxuculuq məmulatı, bəzək şeyləri, təsərrüfat və məişət əşyalan istehsal edirdilər. Əsas yeraltı sərvətlərdən biri də neft idi. Nefti çox vaxt «Midiya yağı» adlandırırdılar. Urmiya gölünün suyundan duz istehsal edilirdi.

Atropatenada şəhərlər sənətkarlıq və ticarət mərkəzləri idi. Ölkənin ərazisindən beynəlxalq ticarət yollarının keçməsi daxili və xarici ticarətin inkişafına, şəhərsalma işinə müsbət təsir göstərirdi. Ellin dövlətlərini birləşdirən mühüm ticarət yollan da Atropatena ərazisindən keçirdi. Baktriya (Orta Asiya), Hindistan və Çin malları Ekbatan şəhərinə, oradan ölkənin paytaxtı Qazakaya gətirilir, buradan isə Pont (Qara) dənizinə. Kiçik Asiya vasitəsilə Aralıq dənizi sahillərinə apanlırdı. Ekbatan — Qazaka beynəlxalq ticarət yolu Kaspi (Xəzər) dənizi sahili ilə Alban ölkəsinə, oradan isə şimala doğru uzanırdı. Strabon yazırdı ki, bu yolla dəvə karvanları Hindistan və Babilistan malları daşıyırdı.

Ticarətdə puldan geniş istifadə edilirdi. Atropatena ərazisində tapılmış ən qədim pullar Makedoniyalı İsgəndərin adından kəsilmişdir. Tədavüldə Parfıya pulları da işlədilirdi. Yerli hökmdarların adına kəsilmiş pullara isə rast gəlinməmişdir.

Qeyd etmək lazımdır ki, ellinizm dövründə Atropatena hökmdarları ölkənin iqtisadi və mədəni inkişafını təmin etmək üçün şəhərsalma işinə xüsusi diqqət yetirirdilər. Yazılı mənbələrdə Qazaka, Fraaspa, Fanaspa, Aqanzana kimi şəhərlərin adlan çəkilmişdir. Dövlətin paytaxt şəhəri Qazaka idi və Atropatena hökmdarlarının sarayı da burada yerləşirdi. Sonralar ərəb müəlliflərinin Cənzə adlandırdıqları bu şəhər Urmiya gölünün cənub — şərqində, indiki Marağa yaxınlığında yerləşirdi.

Atropatenanı Atropatlılar sülaləsindən olan hökmdarlar idarə edirdilər. Hökmdar hakimiyyəti irsi idi. Cəmiyyət əyanlardan, kahinlərdən (maq), kəndlilər, sənətkarlar, tacirlər və qullardan ibarət idi. Tarixi mənbələrə görə Misir və Assuriyada mövcud olmuş quldarlıq sisteminə Atropatenada rast gəlinməsə də, burada da qul əməyindən istifadə edilirdi.

Atropatenanın sivasi tarixinin başlıca məsələləri Atropatdan başlayaraq Atropatena hökmdarları dövlətimizin siyasi, hərbi və iqtisadi qüdrətini möhkəmləndirməyə çalışırdılar. Atropat ölkəmizi Şərqdə ən böyük dövlətlərdən biri olan Seleyklilərin hücumundan qoruya bilirdi. Atropatenanın malik olduğu çox güclü 50 minlik ordunun 40 min nəfərini piyadalar, 10 min nəfərini isə atlı (süvari) döyüşçülər təşkil edirdi. E. ə. III əsrin 20-ci illərində Atropatena hökmdarı Artabazan Araz çayından nəinki cənubda, hətta şimala doğru çox geniş ərazilərə malik olmuşdur. Dövlətimizin sərhədlərinin Xəzər dənizindən Rioni çayının yuxarı axarlarınadək çatması onu göstərir ki, Ermənistan (Arminiya — indiki Türkiyə ərazisində yerləşirdi — Red.) və Iberiya da onun tərkibinə daxil idi.

Selevki hökmdarı III Antioxun (e. ə. 223 — 187) Şərq yürüşü zamanı selevkilərlə savaşda məğlubiyyətə uğrayan Atropatena hökmdarı Artabazan sülh bağlayaraq onlardan asılılığı qəbul etməli oldu. E. ə. 190-cı ildə Maqneziya döyüşündə romalılara məğlub olan selevkilərin Asiyadakı mövqeləri də xeyli zəiflədi. Bundan istifadə edən Atropatena asılılıqdan çıxıb, tam müstəqil oldu.

E. ə. III əsrdə yaranmış Parfıya dövləti Şərqdə geniş işğalçılıq planlarını həyata keçirməyə çalışan Roma ilə rəqabət aparırdı. Ön Asiyada ağalıq uğrunda bu iki dövlətin apardığı müharibələrdə Atropatena əvvəlcə onunla dini baxımdan qohum olan Parfiyanı müdafiə edirdi. E. ə. 53-cü ildə Parfıya -Atropatena müttəfiq qoşunlarının Romaya qarşı apardıqları Karr döyüşündə romalılar 20 min döyüşçü itirərək ağır məğlubiyyətə uğradılar. E. ə. 36-cı ildə Roma triumviri Mark Antoni Parfiyanı və onun müttəfiqi Atropatenanı sıradan çıxarmaq üçün böyük yürüşə başladı. Roma ordusu o dövr üçün çox müasir olan 300 mühasirə maşını və qalauçuran qurğu ilə silahlanmışdı. Antoni indiki Təxti — Süleymaniyyədə yerləşən Fraaspa şəhərini mühasirəyə alsa da, şəhərin müdafiəçiləri böyük qətiyyət göstərdilər, qala darvazalarını açıb romalılara ağır zərbələr vurdular. Geri çəkilməyə məcbur olan Antoninin itkisi çox böyük idi. Atropatena torpağında 35 min Roma döyüşçüsü məhv edildi. Atropatena hökmdarı I Artabazd (e. ə. 59 — 20) bu qələbəni təntənə ilə qeyd etdi. Roma tərəfində vuruşan Pont çarı Polemonu, xeyli hərbi əsiri, Roma bayraqlarını və çoxlu qənimət ələ keçirən Atropatena hökmdarı Artabazdla, onun müttəfiqi Parfıya çarı IV Fraat arasında ixtilaf yarandı. Parfıyanın Atropatenanı özünə tabe etmək cəhdi Artabazdın Roma ilə yaxınlaşmasına səbəb oldu. Pont çarını və Roma bayraqlarını Antoniyə qaytaran Artabazd qızı İotapeni Antoninin Misir kraliçası Kleopatradan olan oğlu Aleksandrla nişanlayaraq e. ə. 34-cü ildə Parfıyaya qarşı mübarizədə güclü bir müttəfiq qazandı. Antoninin və e. ə. 30-cu ildən sonra Oktavian Avqustun dövründə Artabazd öz taxt — tacını qoruyub saxlamaqla yanaşı, ölkədə böyük nüfuz sahibinə çevrildi. E. ə. 20-ci ildə Roma imperatoru Oktavian Avqustun vasitəçiliyi ilə Artabazdın qızı İotape hakimiyyətə Roma tərəfindən gətirilmiş III Mitridata ərə verilmiş və nəticədə o, Kommagena kraliçası I İotape kimi tarixə düşmüşdür. Omm qadın varislərinin hamısı İotape adlanırdı. Türkiyədə antik liman şəhəri olan İotapenin qalıqlan tapılmışdır. Bu şəhər Kommagena çarı IV Antioxun həyat yoldaşı olmuş VI İotapenin adını daşıyırdı. I İotapenin varisləri uzun müddət Kommagena, Emesa, İudeya və Kilikiyada hökmranlıq etmişdilər.

Artabazd Roma hökmdarı Oktavian Avqustun tapşrığı ilə e. ə. 20-ci ilədək eyni zamanda Ermənistanı (Arminiya — Red.) da idarə etmişdir. Bölgədə Romanın siyasi üstünlüyünü qoruyub saxlamağa çalışan II Ariobarzanın dövründə (e. ə. 20 — b. e. 2-ci ili) də Ermənistan ərazisi Atropatenanın tabeliyində olmuşdur. Eramızın 20-ci ilində Atropatena ərazisi Parfiya tərəfindən ələ keçirilmişdi. Nəticədə 350 ilə qədər mövcud olan Atropatena dövləti siyasi müstəqilliyini itirərək Parfiyanın tərkibinə qatılmışdı.

Mədəniyyət Atropatena zəngin mədəniyyətə malik olmuşdur. Burada yüksək şəhərsalma mədəniyyətinin olduğunu arxeoloji qazıntılar nəticəsində tapılmış şəhər qalıqları da sübut edir. Şəhərlər mühüm ticarət yolları üzərində yerləşən oturaq yaşayış məskənlərinin inkişafı nəticəsində, böyük məbədlərin ətrafında yaranır və yaxud hökmdarlar tərəfindən salınırdı. Şəhərlər ölkənin inzibati — iqtisadi və mənəvi-ideoloji mərkəzləri rolunu oynayırdı. Şəhərlərdəki binalarda daş sütunlardan, kirəmitdən geniş istifadə edilirdi. Evlərin üstü yastı və ya tağ şəklində örtülürdü. Atropatena memarları antik Avropa və qonşu Şərq ölkələrinin memarlıq üslubları ilə teınış idilər.

Şərqdə Ellin mədəniyyətinin yayılması nəticəsində Atropatenada da yunan yazısı və dilindən istifadə olunurdu. Kerefto adlı möhtəşəm memarlıq abidəsi üzərində yunan dilində yazı həkk olunmuşdur. Zaqros dağlarında tapılan və dəri üzərində yazılmış üç əlyazmada icarə müqavilələrindən bəhs olunur. Əlyazmalar yunan dilində olsa da, müqavilədə iştirakçı şəxslər yerli ad daşıyırdılar.

Atropatenadə əhali zərdüşt dininə sitayiş edirdi. Bu dinin yaradıcısı Zərdüştün e. ə. VII əsrin ortalarında Azərbaycanda anadan olması və e. ə. 595-ci ildə özünü peyğəmbər elan etməsi haqqında tutarlı dəlillər vardır. Zərdüştlüyün müqəddəs kitabı «Avesta» dır. Zərdüştlükdə Od mühüm yer tutduğundan bu din Atəşpərəstlik də adlanır. Zərdüştlüyə görə dünyada Xeyir (Hörmüzd) və Şər (Əhriman) adlanan iki əsas qüvvə arasında daima mübarizə gedir və son nəticədə xeyir şərə qalib gəlir. Zərdüştlük dini təlimi antik çağların mənəvi-əxlaqi keyfiyyətləri: yüksək zəka və xeyirxahlıq üzərində qurulmuşdur. Bu dində ailə və övlad tərbiyəsinə xüsusi diqqət yetirilirdi. Zərdüşt dininə inam gətirən hər bir şəxs cəmiyyətin həyatında fəaliyyətsiz qalmamalı, əkinçilik və ya maldarlıqla məşğul olmalı, bataqlıqlan qurudub məhsuldar torpağa çevirməli, gündəlik həyatında yalançılığa yol verməyərək düz danışmalı və doğru yol tutmalı idi. Zərdüştlüyün baş məbədi Atropatena ərazisindəki Qazakada yerləşirdi. Baş məbədin mehrablarında daima od yanır və heç vaxt onu sönməyə qoymurdular.

Mənbə: AZƏRBAYCAN TARİXİ (ən qədim zamanlardan — XXI əsrin ilk onilliklərinədək), Ali məktəblər üçün dərslik, (yenilənmiş üçüncü nəşri), “Bakı Universiteti” nəşriyyatı, BAKI-2016
Dərsliyin müəlliflər kollektivi: kafedra müdiri, dosent Mehman Qəhrəman oğlu Abdullayev, əməkdar elm xadimi, prof. Süleyman Sərdar oğlu Əliyarlı, prof. Sevda Yunis qızı Süleymanova, prof. Xaqani Məmməd oğlu Məmmədov, prof Zabil Həsrət oğlu Bayramov, dos. Tamilla Kərim qızı Babayeva, dos. Yunis Məsməli oğlu Nəsibov, dos. Bəymirzə Şabi oğlu Şabiyev, dos. Ərəstun Balaxan oğlu Mehdiyev, dos. Rəsul Sabir oğlu Hüseynli, dos. Kərəm Hətəm oğlu Məmmədov, t.ü.fd. Lalə Ağamirzə qızı Əliyeva, tü.fd. Rabil Habil oğlu Süleymanlı, baş müəllim Əminə Qasım qızı Şirinova, baş müəllim Nurlana Allahyar

  • Teqlər:
  • Atropatena
  • , atropatena dövləti
  • , Azərbaycan tarixi
  • , qədim Azərbaycan tarixi

Atropatena

Atropatena dövləti e.ə. 323-ci ildə yaranıb. Atropatena torpaqları Əhəmənilər (Haxameneşi) dövləti sərhədləri daxilində olmuşdu. Dövlət tərkibində 20 satraplıq vardı və Atropatena onlardan 10-cusunu təşkil edirdi. Makedoniyalı İsgəndər e.ə. 331-ci ildə İran şahı III Daranı məğlub edib, Əhəməni dövlətini varlığına son qoydu. Atropatena makedoniyalılara tabe yarı müstəqil dövlət statusu əldə etdi.

Bəzi tarixçilər Azərbaycanın adının həmin Atropatenanın hökmdarı Atropatın adından törədiyini iddia edirlər. Cami ət-Təvarixin müəllifi Rəşidəddin ilə Təbrizli Məhəmməd Hüseyn bin Xələf isə Azərbaycan sözünün türkcə olduğunu bildirirlər. Onların fikrincə, Azər “hündür yer”, bayqan isə “böyüklər” mənasındadır.

Atropatena Midiya dövlətinin varisi kimi qəbul edilə bilər. Strabon yazmışdır: “Midiya//Midya iki bölgədən ibarətdir: birincisinə Böyük Midiya, ikincisinə isə Atropat Midiyası deyilir”.

Güney Azərbaycan torpaqlarında Manna dövlətindən 270 il sonra yaranan müstəqil Atropatena dövlətində iqtisadiyyat yüksək səviyyədə inkişaf etmişdir. Atropatenalılar əkinçilik, bağçılıq və heyvandarlıqda böyük nailiyyətlər əldə etmişlər. Ölkənin faydalı qazıntıları – qızıl, mis, dəmir, qurğuşun, gümüş isə zənginliyin əsas amili idi.

Bu dövlətin torpaqlarında kassit, mərd, tiboren, muğ və uti adlı tayfaların yaşadığı tarixi qeydlərdə göstərilir.

Atropatena e.ə. II-I yüzilliklərdə Əhəməni dövlətini ləğv edən Parfiya dövlətinin hakimiyyəti altına düşmüşdür. E.ə. 226-cı ildə isə Sasanilər parfiyalıların hakimiyyətini ləğv etdilər. Sasanilər dövründə Atropatenanın öz müstəqilliyini qoruduğu güman edilir.

Atropatena (bəzi mənbələrdə Adurbadaqan) Sasani imperiyasının mərzbanlıqlarından (ucqar bəyliyindən) biri idi. O, IV-V yüzilliklərdə siyasi müstəqilliyini əldən versə də, dini və mədəniyyət mərkəzi olaraq əhəmiyyətini daha da artırmışdır. Bunun da səbəbi Sasanilərin baş atəşgahı olan Adurquşnaspın (Azərgəşəsbin) Azərbaycanın cənubundakı Şiz şəhərində olması idi.

Atropat

Atropat (yun. Aτρoπάτης ) — Atropatena dövlətinin ilk hökmdarı. Keçmiş Əhəməni satrapı [2] , əslən, çox güman ki, madalı olan Atropat e.ə. IV əsrin 20-ci illərinin sonunda yeni dövlətin müstəqil hökmdarı olur; bu dövlət rəsmən Mada, sonralar isə özünün ilk hökmdarının adı ilə tez-tez antik qaynaqlarda Atropatena adlandırılırdı. [3] Bəzi tədqiqatçılara əsasən isə Atropat fars olmuşdur. [4] [5]

Atropatena dövlətinin I hökmdarı
E.ə. 323 [1] . — E.ə. 300

Mündəricat

  • 1 Satraplığı
  • 2 Makedoniyalı İsgəndərin dövründə hakimiyyəti
  • 3 Makedoniyalı İsgəndərin ölümündən sonra
  • 4 İstinadlar
  • 5 Mənbə

Satraplığı

Tarixi mənbələrdə Atropatın adına ilk dəfə eramızdan əvvəl 331-ci ilin 1 oktyabrında Assuriyanın qədim paytaxtı Nineviya yaxınlıqındakı Qavqamela adlanan yerdə Makedoniyalı İskəndərlə Əhəmənilər hökmdarı Dara arasında baş vermiş Qavqamel döyüşü ilə əlaqədar rast gəlinir. Midiya satrapı Atropat bu döyüşdə özündən asılı olan kadusilər, qafqaz albanları və sisaklarla ittifaqda vuruşmuş, madayların süvari və piyada dəstələrinə başçılıq etmişdi. Çağdaş tarixçilər belə hesab edirlər ki, o dövrdə Atropat orta əsrlər Azərbaycanının bütün ərazisini, həmçinin Böyük Midiya torpaqlarının bir hissəsini öz tabeliyində saxlayırdı. Həmin döyüşdən sonra Dara Ekbatana qaçır və Atropat tərəfindən sığınacaq verilir. E.ə. 330-cu ildə yenidən qaçmağa məcbur olan Dara bir neçə ay sonra öldürülür və Atropat İsgəndərə tabe olur. [6]

Makedoniyalı İsgəndərin dövründə hakimiyyəti

Atropat yeganə satrap idi ki , İsgəndər onu hakimiyyətdən uzaqlaşdırmadı . Atropat İskəndərlə açıq düşmənçilik xəttinin faydasızlığını anlayaraq, diplomatik danışıqlar yolunu seçir. Bu yolla da o, Midiya torpaqlarından bir qismini işğal olunmaqdan qoruyur. Həmin ərazi sonradan Kiçik Midiya, Atropat Midiyası və nəhayət, Atropatena adlanır. E.ə. 324-cü ilin sonlarında Bariaks adlı bir nəfər özünü İran və Midiya hökmdarı elan edərək, işğalçılarla mübarizəyə qalxır. Atropat öz qüvvələri ilə qiyamı yatırır, Bariaksı əsir alaraq, onu və yoldaşlarını İsgəndərə təhvil verir. Beləliklə Atropat İsgəndərin güvənini qazanır. Suzdakı təntənələr zamanı Atropat öz qızını Makedoniya süvarilərinin rəhbəri, İskəndərin ən yaxın silahdaşlarından olan Perdikkaya ərə verir və bu onun Midiya satrapı kimi mövqeyini daha da möhkəmləndirir. [6] İsgəndər tez-tez öz imperiyasını gəzirdi. Belə səfərlərindən birində o, elə həmin il – e.ə. 324-cü ildə – qədim zamanlardan at yetişdirməklə məşhur olan və Atropatena sərhədlərində yerləşən Nisey düzlərinə dostu Hefestionla birlikdə yola düşür. Atropat da buraya gələrək, bir müddət vaxtını İsgəndərlə keçirir. Lakin Hefestionun qəfil ölümü İsgəndəri sarsıdır. Atropat İsgəndəri əyləndirməkdən ötrü məclisə kişi paltarı geymiş və təbərdin əvəzinə nizələrlə və yüngül qalxanlarla silahlanmış qadınlardan ibarət süvari dəstəsi gətirir. Qədim tarixçilərin dediklərinə görə, bunlar Qafqaz Albaniyasının yuxarı dağlarında yaşayan əfsanəvi amazonkalar idi. Lakin, Bizans tarixçisi Nikomediyalı Arrian bu hekayəni inkar edir. [7]

Makedoniyalı İsgəndərin ölümündən sonra

E.ə. 323-cü il iyunun 13-də İsgəndər öz dövlətinin ehtimal olunan paytaxtı Babildə vəfat edir. Onun cəsədi soyumamış satraplar ölkəni bölüşdürməkdən ötrü Babilistanda toplaşırlar. Babil bölüşdürülməsində Kiçik Midiya Atropata, Böyük Midiya isə Pifona verilir. Bizans tarixçisi Yustinin fikrincə isə Böyük Midiya da Atropata verilmişdi. [8] Dövlətin rəhbərliyi regent qismində Atropatın kürəkəni Perdikkaya keçir. Perdikka dövləti parçalanmadan nə qədər qorusa belə onun bu cəhdləri satrapların müqaviməti ilə üzləşir və nəticədə e.ə. 321-ci ildə regent Pifon tərəfindən öldürülür. Ölkənin ikinci bölüşdürülməsi başlanır. Akademik İqrar Əliyevin sözlərinə görə, bu vaxtdan etibarən Kiçik Midiyanı müstəqil dövlət hesab etmək mümkündür. Kiçik Midiya bir qədər sonra Atropatena müstəqil dövlətə çevrilir və Atropat özünə şah titulu götürür. Midiya dövlətinin süqutundan bir əsr sonra Azərbaycan ərazisində yenidən müstəqil bir dövlət yaranır. Atropatın zamanından başlayaraq, məhz bu ərazilərdə dövləti və etnik varisliyi qoruyub saxlayan yeni-yeni dövlət qurumları mövcud olur. Kiçik Midiya Atropatın siyasəti nəticəsində Şərqdə Makedoniya işğalçılarından can qurtaran ilk müstəqil dövlət olur.

Qədim yunan coğrafiyaşünası Strabon özünün məşhur “Coğrafiya”sında yazır:

“Midiya iki yerə bölünür. Bir hissəni Böyük Midiya adlandırırlar. İkinci hissə Atropat Midiyasıdır. Bu yer öz adını sərkərdə Atropatın adından götürmüşdür. Atropat istəmirdi ki, bu torpaqlar da Böyük Midiya kimi makedoniyalıların asılılığında qalsın. Doğrudan da çar Atropat ölkəsinin müstəqilliyinə özü qərar vermiş, bu qərarını bəyan etmişdi və indi də irsi hakimiyyət onun ailəsinə məxsusdur. Bu dövlətin hökmdarları Ermənistan, Suriya və Parfiya çarları ilə nigah əlaqələri qurmuşlar. Bu, hərbi qüvvə baxımından kifayət qədər əhəmiyyətli bir ölkədir, belə ki, o meydana 10000 süvari və 40000 piyada çıxara bilər.” [9]

İstinadlar

  1. ↑ Fəxrəddin Məmmədov. Azərbaycan tarixi (izahlı xronologiya). Bakı: “Elm və təhsil”, 2010, səh.28
  2. ↑ Susan M. Sherwin-White, Amélie Kuhrt, “From Samarkhand to Sardis: a new approach to the Seleucid Empire”, University of California Press, 1993. pg 78: – ” The independence of the area Media Atropatene, named after Atropates, satrap of Media under Darius and Alexander (now Azerbaijan), under local Iranian dynasts, was pre-Selecuid”
  3. ↑ Azərbaycan Milli Elmlər Akademiyası, A.Bakıxanov adına Tarix İnstitutu. Azərbaycan tarixi. Yeddi cilddə. Bakı. “Elm”. 2007. Cild I, səh 217
  4. ↑ Bosworth, A.B., and Baynham, E.J. Alexander the Great in Fact and Fiction. Oxford, 2002, səh 92
  5. ↑ Jona Lendering – Atropat – Livius
  6. 12 Chaumont, M. L. (1989), “Atropates”, Encyclopaedia Iranica3.1, London: Routledge & Kegan Paul
  7. ↑ Smith, William, ed. (1867), “Atropates 2011-06-05 at the Wayback Machine”, Dictionary of Greek and Roman Biography and Mythology, Boston
  8. ↑ Yustin, Filippik tarix, XIII Kitab
  9. ↑Strabon,
  1. Fazili Abdulla-Atropatena,Bakı,1992
  2. Fazili Abdulla-Qədim və erkən orta əsrlər Azərbaycan tarixi İran tarixşünaslığında,Bakı,1974

Avqust 12, 2021
Ən son məqalələr

Ordan-burdan (film, 1987)

Ordabası Çimkənd FK

Orden

Ordenli Azərbaycan (film, 1938)

Orderlərin növləri və strukturu

Ordino

Ordino (Andorra)

Ordovik dövrü

Ordu

Ordu-Balıq

Ən çox oxunan

.sg

.sj

.sr

.tt

.tv

atropat, aτρoπάτης, dövlətinin, hökmdarı, keçmiş, əhəməni, satrapı, əslən, çox, güman, madalı, olan, əsrin, illərinin, sonunda, yeni, dövlətin, müstəqil, hökmdarı, olur, dövlət, rəsmən, mada, sonralar, isə, özünün, hökmdarının, adı, ilə, antik, qaynaqlarda, ad. Atropat yun Atropaths Atropatena dovletinin ilk hokmdari Kecmis Ehemeni satrapi 2 eslen cox guman ki madali olan Atropat e e IV esrin 20 ci illerinin sonunda yeni dovletin musteqil hokmdari olur bu dovlet resmen Mada sonralar ise ozunun ilk hokmdarinin adi ile tez tez antik qaynaqlarda Atropatena adlandirilirdi 3 Bezi tedqiqatcilara esasen ise Atropat fars olmusdur 4 5 AtropatAtropatin Iskenderle gorusmesinin tesvir edildiyi resm eseri Azerbaycan Tarix Muzeyinde saxlanilir Atropatena dovletinin I hokmdariE e 323 1 E e 300Tacqoyma E e 323Selefi Astiaq Midiya hokmdari Xelefi namelumSexsi melumatlarDogum tarixi e e IV esrVefat tarixi E e 300Sulale AtropatidlerMilliyyeti Azerbaycanli Mundericat 1 Satrapligi 2 Makedoniyali Isgenderin dovrunde hakimiyyeti 3 Makedoniyali Isgenderin olumunden sonra 4 Istinadlar 5 MenbeSatrapligi RedakteTarixi menbelerde Atropatin adina ilk defe eramizdan evvel 331 ci ilin 1 oktyabrinda Assuriyanin qedim paytaxti Nineviya yaxinliqindaki Qavqamela adlanan yerde Makedoniyali Iskenderle Ehemeniler hokmdari Dara arasinda bas vermis Qavqamel doyusu ile elaqedar rast gelinir Midiya satrapi Atropat bu doyusde ozunden asili olan kadusiler qafqaz albanlari ve sisaklarla ittifaqda vurusmus madaylarin suvari ve piyada destelerine basciliq etmisdi Cagdas tarixciler bele hesab edirler ki o dovrde Atropat orta esrler Azerbaycaninin butun erazisini hemcinin Boyuk Midiya torpaqlarinin bir hissesini oz tabeliyinde saxlayirdi Hemin doyusden sonra Dara Ekbatana qacir ve Atropat terefinden siginacaq verilir E e 330 cu ilde yeniden qacmaga mecbur olan Dara bir nece ay sonra oldurulur ve Atropat Isgendere tabe olur 6 Makedoniyali Isgenderin dovrunde hakimiyyeti RedakteAtropat yegane satrap idi ki Isgender onu hakimiyyetden uzaqlasdirmadi Atropat Iskenderle aciq dusmencilik xettinin faydasizligini anlayaraq diplomatik danisiqlar yolunu secir Bu yolla da o Midiya torpaqlarindan bir qismini isgal olunmaqdan qoruyur Hemin erazi sonradan Kicik Midiya Atropat Midiyasi ve nehayet Atropatena adlanir E e 324 cu ilin sonlarinda Bariaks adli bir nefer ozunu Iran ve Midiya hokmdari elan ederek isgalcilarla mubarizeye qalxir Atropat oz quvveleri ile qiyami yatirir Bariaksi esir alaraq onu ve yoldaslarini Isgendere tehvil verir Belelikle Atropat Isgenderin guvenini qazanir Suzdaki tenteneler zamani Atropat oz qizini Makedoniya suvarilerinin rehberi Iskenderin en yaxin silahdaslarindan olan Perdikkaya ere verir ve bu onun Midiya satrapi kimi movqeyini daha da mohkemlendirir 6 Isgender tez tez oz imperiyasini gezirdi Bele seferlerinden birinde o ele hemin il e e 324 cu ilde qedim zamanlardan at yetisdirmekle meshur olan ve Atropatena serhedlerinde yerlesen Nisey duzlerine dostu Hefestionla birlikde yola dusur Atropat da buraya gelerek bir muddet vaxtini Isgenderle kecirir Lakin Hefestionun qefil olumu Isgenderi sarsidir Atropat Isgenderi eylendirmekden otru meclise kisi paltari geymis ve teberdin evezine nizelerle ve yungul qalxanlarla silahlanmis qadinlardan ibaret suvari destesi getirir Qedim tarixcilerin dediklerine gore bunlar Qafqaz Albaniyasinin yuxari daglarinda yasayan efsanevi amazonkalar idi Lakin Bizans tarixcisi Nikomediyali Arrian bu hekayeni inkar edir 7 Makedoniyali Isgenderin olumunden sonra RedakteE e 323 cu il iyunun 13 de Isgender oz dovletinin ehtimal olunan paytaxti Babilde vefat edir Onun cesedi soyumamis satraplar olkeni bolusdurmekden otru Babilistanda toplasirlar Babil bolusdurulmesinde Kicik Midiya Atropata Boyuk Midiya ise Pifona verilir Bizans tarixcisi Yustinin fikrince ise Boyuk Midiya da Atropata verilmisdi 8 Dovletin rehberliyi regent qisminde Atropatin kurekeni Perdikkaya kecir Perdikka dovleti parcalanmadan ne qeder qorusa bele onun bu cehdleri satraplarin muqavimeti ile uzlesir ve neticede e e 321 ci ilde regent Pifon terefinden oldurulur Olkenin ikinci bolusdurulmesi baslanir Akademik Iqrar Eliyevin sozlerine gore bu vaxtdan etibaren Kicik Midiyani musteqil dovlet hesab etmek mumkundur Kicik Midiya bir qeder sonra Atropatena musteqil dovlete cevrilir ve Atropat ozune sah titulu goturur Midiya dovletinin suqutundan bir esr sonra Azerbaycan erazisinde yeniden musteqil bir dovlet yaranir Atropatin zamanindan baslayaraq mehz bu erazilerde dovleti ve etnik varisliyi qoruyub saxlayan yeni yeni dovlet qurumlari movcud olur Kicik Midiya Atropatin siyaseti neticesinde Serqde Makedoniya isgalcilarindan can qurtaran ilk musteqil dovlet olur Qedim yunan cografiyasunasi Strabon ozunun meshur Cografiya sinda yazir Midiya iki yere bolunur Bir hisseni Boyuk Midiya adlandirirlar Ikinci hisse Atropat Midiyasidir Bu yer oz adini serkerde Atropatin adindan goturmusdur Atropat istemirdi ki bu torpaqlar da Boyuk Midiya kimi makedoniyalilarin asililiginda qalsin Dogrudan da car Atropat olkesinin musteqilliyine ozu qerar vermis bu qerarini beyan etmisdi ve indi de irsi hakimiyyet onun ailesine mexsusdur Bu dovletin hokmdarlari Ermenistan Suriya ve Parfiya carlari ile nigah elaqeleri qurmuslar Bu herbi quvve baximindan kifayet qeder ehemiyyetli bir olkedir bele ki o meydana 10000 suvari ve 40000 piyada cixara biler 9 Istinadlar Redakte Fexreddin Memmedov Azerbaycan tarixi izahli xronologiya Baki Elm ve tehsil 2010 seh 28 Susan M Sherwin White Amelie Kuhrt From Samarkhand to Sardis a new approach to the Seleucid Empire University of California Press 1993 pg 78 The independence of the area Media Atropatene named after Atropates satrap of Media under Darius and Alexander now Azerbaijan under local Iranian dynasts was pre Selecuid Azerbaycan Milli Elmler Akademiyasi A Bakixanov adina Tarix Institutu Azerbaycan tarixi Yeddi cildde Baki Elm 2007 Cild I seh 217 Bosworth A B and Baynham E J Alexander the Great in Fact and Fiction Oxford 2002 seh 92 Jona Lendering Atropat Livius 1 2 Chaumont M L 1989 Atropates Encyclopaedia Iranica 3 1 London Routledge amp Kegan Paul Smith William ed 1867 Atropates Arxivlesdirilib 2011 06 05 at the Wayback Machine Dictionary of Greek and Roman Biography and Mythology Boston Yustin Filippik tarix XIII Kitab Strabon Cografiya XI 13Menbe RedakteFazili Abdulla Atropatena Baki 1992 Fazili Abdulla Qedim ve erken orta esrler Azerbaycan tarixi Iran tarixsunasliginda Baki 1974Menbe https az wikipedia org w index php title Atropat amp oldid 6057921, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.

Comments are closed, but trackbacks and pingbacks are open.