Press "Enter" to skip to content

AudiT» FƏNNİ ÜZRƏ MÜhaziRƏLƏR

 auditi aparan sərbəst auditor (auditor təşkilatı) haqqında məlumat (təşkilatın adı, auditorun soyadı göstəriilir);

Audit rəyi nədir ?

Hazırki qanunvericiliyin məcburi auditlə bağlı tələblərinə əsasən təsərrüfat cəmiyyətlərinin böyük əksəriyyəri (ASC, QSC, MMC, TO, Bələdiyyələr və sair şirkətlər) məcburi auditin obyektidirlər. Lakin elə təsərrüfat subyekləri vardır ki, fəaliyyəti, statusu və digər əlamətlərinə görə onlarda məcburi audit aparılmasını praktik olaraq ya tətbiq etmək mümkün olmur, ya da qanunvericilik inkar edir. Yəni, bəzi təsərrüfat subyektlərinin maliyyə hesabatları ilə bağlı məcburi qaydada audit aparmamaq hüququna malik olduğunu isbatlamaq mümkündür.

Əvvəla, maliyyə hesabatlarının qanunla məcburi auditdən keçməsi tələb olunmayan təsərrüfat subyektləri barədə hər hansı qanuni təsdiqlənmiş siyahı və ya konkret qanuni müddəalar mövçud olmasa da, ayrı-ayrı qanunvericilik aktlarının müddəalarının məzmunlarından belə qənaətə gəlmək olur ki, aşağıda göstərilən təsərrüfat subyektləri məcburi auditə cəlb olunmur.

Qeyri-hökumət təşkilatları. «Məcburi auditin obyekti olan təsərrüfat subyektləri üzrə «Daxili audit haqqında» Azərbaycan Respublikası Qanununun mərhələlərlə tətbiqi müddətləri»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2007-ci il tarixli 155 ¹-li qərarı ilə təsdiq edilmiş «Məcburi auditin obyekti olan təsərrüfat subyektləri üzrə «Daxili audit haqqında» Azərbaycan Respublikası Qanununun mərhələlərlə tətbiqi müddətləri» barədə məlumatlarda məcburi auditin obyekti olan təsərrüfat subyektlərinin adları açıqlanmışdır. Adları açıqlanan təsərrüfat subyektləri içərisindən 14 iyun 2011-ci il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən edilmiş dəyişikliklərə görə QHT-lər çıxarılmışdır.

«Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikasının Qanununa görə QHT anlayışına ictimai birliklər və fondlar daxildir. Qanuna görə siyasi partiyalar, həmkarlar ittifaqları, dini birliklər, yerli özünüidarə orqanları QHT anlamına gəlmir. Lakin fondlar adları açıqlanan təsərrüfat subyektləri içərisində ayrıca göstərildiyinə görə belə aydın olur ki, yalnız ictimai birliklər məcburi auditdən azaddırlar.

Lakin bir çox hallarda QHT-lər əsasən xarici donorlarla bağlanılan qrant müqaviləsi öhdəliklərinin yerinə yetirilməsi məqsədilə auditdən keçməkdə maraqlı olurlar. Çünki QHT-lərə əvəzsiz maliyyə vəsaiti verən xarici və yerli donor təşkilatlar həmin pulların təsdiqlənmiş qrant büdcəsində nəzərdə tutulan istiqamətdə düzgün, səmərəli və şəffaf istifadəsi barədə məlumatlı olmaları üçün müstəqil auditor hesabatına üstünlük verirlər. Qrant büdcəsində vəsait ayırmaqla qrant verən donor təşkilat öz tələbi daxilində resipiyentin (QHT-nin) məcburi auditdən keçməsini tələb edə bilər. Amma bu, qanunun tələbi deyildir.

Müəyyən müddətə fəaliyyətini müvəqqəti dayandıran kommersiya hüquqi şəxsləri. Kiçik sahibkarlıq subyektləri kimi çıxış edən, lakin fəaliyyətini müəyyən (1 il, 3 il, 5 il və ya çox) müddətə müvəqqəti dayandırmaq məqsədilə vergi orqanına fəaliyyətinin dayandırılması ilə əlaqədar müvafiq ərizə (arayış) təqdim edən hüquqi şəxslər məntiqlə məcburi auditin obyekti olmamalıdır. Çünki onlar fəaliyyətini dayandırdığı müddət ərzində təsərrüfat əməliyyatları da baş vermədiyinə görə, maliyyə hesabatlarında hər hansı ciddi və ya ümumiyyətlə dəyişikliklər olmayacaqdır. Fəaliyyətini dayandırdığı maliyyə ilinin maliyyə hesabatları məcburi auditdən keçdikdən sonra növbəti illərdə auditdən keçməsinə zərurət yaranmır. Çünki sonuncu maliyyə hesabatlarının göstəriciləri fəaliyyətin bərpa olunduğu maliyyə ilinin əvvəlinə qədər dəyişməz qalır.

Fərdi sahibkarlar. «Auditor xidməti haqqında» Azərbaycan Respublikasinin Qanununa görə, Audit – əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Həmin qanuna görə, təsərrüfat subyektlərində qanunla müəyyənləşdirilən xidmətləri göstərmək auditor xidməti hesab edilir. Göründüyü kimi, qanunun hər iki müddəasında «təsərrüfat subyektləri» ifadəsi göstərilmişdir. Təsərrüfat subyektləri dedikdə, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər başa düşülür. Deməli, fərdi sahibkarlar da öz fəaliyyətlərinin yoxlanılması üçün müstəqil auditor cəlb edə bilərlər. Lakin fərdi sahibkarların maliyyə hesabatlarının məcburi qaydada müstəqil auditor tərəfindən yoxlanılmasına cəlb olunması barədə qanunvericilikdə hər hansı tələb mövcud deyildir.

Ümumiyyətlə, məcburi auditə cəlb olunma kriteriyaları əsasən təşkilati-hüquqi formaya (MMC, ASC), fəaliyyət növünə (bank, sığorta və sair fəaliyyət) və mülkiyyət mənbəyinə (xarici investisiyalı) görə müəyyənləşdirilib. Fərdi sahibkarlıq fəaliyyəti sadalanan kriteriyaların heç birinə uyğun gəlmir. Buna baxmayaraq, qanunvericilikdə konkret olaraq fərdi sahibkarların maliyyə hesabatlarının ümumi qaydada məcburi auditdən keçməsi nəzərdə tutulmasa da, məhkəmə və digər dövlət orqanlarının öz səlahiyyətləri daxilində fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətinin məcburi qaydada müstəqil auditor tərəfindən yoxlanılması mümkündür.

«audiT» FƏNNİ ÜZRƏ MÜhaziRƏLƏR

Təsərrüfat subyektinin mühasibat və maliyyə hesabatlarının dürüstlüyü haqqında auditorun fikrini əks etdirən auditor rəyinin tərtib edilməsi auditor yoxlamasının son mərhələsi hesab edilir. Auditor rəyi müəssisənin mühasibat (maliyyə) hesabatlarının dürüstlüyü və obyektivliyini təsdiq edən hüquqi əhəmiyyətli rəsmi sənəddir. Yoxlanılan təsərrüfat subyektində mühasibat (maliyyə) hesabatlarının dürüstlüyü haqqında auditor şərtsiz müsbət, şərti müsbət, mənfi rəy verə bilər və ya rəy verməkdən imtina edə bilər və üzünün nətıcələrini başqa hesabat formasında rəsmiləşdirir.

Aparılan auditin yekununda yoxlanılan hesabatlar haqqında aydın yazılı fikri əks etdirən auditor rəyinin quruluşu aşağıdakı kimidir:

 auditi aparan sərbəst auditor (auditor təşkilatı) haqqında məlumat (təşkilatın adı, auditorun soyadı göstəriilir);

 yoxlanılan təsərrüfat subyekti barədə məlumat (fiziki və ya hüquqi şəxslərin ünvanları göstərilir);

 giriş (auditi aparmış auditorun və ya auditorların soyadı, lisenziya nömrəsi və tarixi, sifarişçi ilə baülanmış müqavilənin tarixi və nömrəsi, yoxlamanın əhatə etdiyi dövr qeyd olunur);

 yoxlamanın məzmunu (hesabatların əsasını təşkil edən təsdiqedıci materialların yoxlanması üsulları hesabatların hazırlanmasında və təqdim edilməsində istifadə olunan uçotun metodologiyası, sifarişçılər tərəfindən tətbiq edilən uçot prinsiplərini qiymətləndırilməsi, təqdim olunan mühasibat (maliyyə hesabatlarının bütövlükdə qiymətləndirilməsi);

 təqdim olunan hesabatlara dair auditorun rəyi (hesabatların mövcud qanunvericiliyə, onların tərtibi qaydasına və uçot prinsiplərinə müvafiq olması barədə), auditor rəyinin tarixi, sərbəst auditorun (auditor təşkilatının) həqiqi yerləşdiyi ünvan, auditor rəyinin auditor (auditor təşkilatı apardıqda auditorlar və auditor təşkilatının rəhbəri) tərəfindən imzalanması və möhürlə təsdiq edilməsi.

Auditor rəyi hüquqi sənəd olmaqla əsas təyinatı təsərrüfat subyektinin mаliyyə hesabatlarının dürüstlüyü haqqında informasiyanı istifadəçilərə çatdırmaqdır. Auditor rəyi aşağıdakı suallara cavab verməlidir:

 balans hesabat ilinin (maliyyə ilinin) sonuna müəssisənin aktivləri və passivləri haqqında düzgün və obyektiv təsəvvür yaradırmı?

 maliyyə nəticələri haqqında hesabat yoxlanılan dövr (maliyyə ili) üçün müəssisənin təsərrüfat fəaliyyətinin nəticələri haqqında düzgün və obyektiv təsəvvür yaradırmı?

 maliyyə hesabatları mühasibat uçotunun ümumi qəbul edilən prinsiplərinə uyüun tərtib və təqdim edilmişdirmi?

 ötən dövrlə müqayisədə cari dövrdə bu prinsiplərin gözlənilməməsi fаktlаrı olubmu?

 konsolidə edilmiş hesabat ana şirkətin və onun törəmə firmasının mənfəəti və ya zərəri haqqında düzgün və obyektiv təsəvvür yaradırmı?

 mühasibat (maliyyə) hesabatları mühasibat uçotu üzrə normayiv qaydalara tam uyüundurmu?

Təsərrüfat subyektinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələrinə görə auditor aşaüıdakı rəy növlərindən birini verməlidir: şərtsiz müsbət, şərti müsbət (və ya iradlar əlavə etməklə); mənfi; rəy verməkdən imtinа.

Şərtsiz müsbət auditor rəyi maliyyə hesabatlarının müəssısə-nin maliyyə vəziyyətinin, mənfəət və zərərinin, pul vəsaitlərinin hərəkətınin dürüst əks etdirdıyini, mühasibat uçotunun qüvvədə olan qanunvericiliyin və mühasibat uçotu haqda normativ aktların tələblərinə cavab verdiyini əks etdirir. Auditor aşağıdakı şərtlərin yerinə yetirildiyinə əmin olduqda şərtsiz müsbət rəy tərtib edir:

– auditor yoxlama üçün zəruri olan bütün məlumatları və izahatları əldə etmişdir;

– məlumatların kifayətliliyi və düzgünlüyü üçün əhəmiyyətli olan bütün suallar üzrə tam informasiya mövcuddur;

– təqdim olunan məlumatlar audit aparılan müəssisənin həqiqi maliyyə vəziyyətini kifayət qədər əks etdirir;

– maliyyə sənədləri audit aparılan müəssisə tərəfindən qəbul edilmiş mühasibat uçotu sisteminə əsasən tərtib edilir və bu sistem özü mövcud qanunvericiliyin tələblərini ödəyir;

– hesabatlar həqiqi uçot məlumatları əsasında və müəyyən olunmuş qaydada təsdiq olunmuş formalar üzrə tərtib edilmişdir.

Audit prosesində müəssisənin qəbul etdiyi qərarların düzgünlüyü ilə baülı etiraz və ya şübhə yaranarsa, lakin auditora arqumentləşdirilmiş əsaslar təqdim olunarsa auditor rəyində həmin qərarlar göstərilməyə bilər və bu, müsbət rəyin şərtsiz olmasına təsir göstərmir.

Auditor rəyinə izahatlar əlavə edildikdə o təkmilləşdirilmiş hesab olunur və müəssisənin fasiləsiz fəaliyyətində qeyri müəyyənlik problemlərini, yoxlama dövri ərzində uçot prinsiplərinin dəyişməsini, auditin nəticələrinə əsasən yoxlanılan müəssisənin uçotunda lazımi düzəlişlərin aparılmasını, başqa auditorların rəyindən istifadə olunması ilə baülı izahatları, əvvəlki auditor rəylərinə aid iradları özündə birləşdirə bilər. Audit prosesində inamsızlıq (bir sıra sahələrdə qeyri müəyyənliklər olduqda) və iradlar (auditorun mülahizələri ilə bir sıra sahələrdə yoxlanılan maliyyə məlumatları üzrə verilən nəticələr arasında ziddiyyət olduqda) meydana çıxarsa auditor şərtsiz müsbət rəy verə bilməz.

Şərtsiz müsbət auditor rəyinin nümunəvi forması aşaüıda verilmişdir.

AUDITOR RƏYI

AUDITOR OPINION SERIYA SA №_____

AZƏRBAYCAN RESPUBLIKASI AUDITORLAR PALATASI

SƏRBƏST AUDITOR ___________________________

AUDITOR RəYI

(sifarişçi-təsərrüfat subyektinin adı)

Mən, sərbəst auditor_________________________ Аzərbаycаn

Respublikası Аuditоrlаr Palatası tərəfindən “___” ___________201.. tarixli (qeydiyyat №___)_____________ saylı lisenziyaya əsasən fəaliyyət göstərən “___”___________201.. il tarixindən 31 dekabr 201.. il tarixli __________ seriyalı______________saylı müqaviləyə əsasən _______________________ “___” yanvar 201. il tarixindən 31 dekabr 201.. il sifarişçi-təsərrüfat subyektinin adı)

tarixinədək maliyyə- təsərrüfat fəaliyyətini əks etdirən rəyə əlavə edilən ___ səhifəlik maliyyə hesabatlarının audit yoxlamasını aparmışam.

Yoxlama “____”______________ 201. il tarixində başlayıb, “____”_____________________ 201___ il tarixində başa çatdı.

Auditor yoxlamasına təqdim edilmiş sənədlərin düzgünlüyünə sifarişçi təsərrüfat subyektinin rəhbərliyi məsuliyyət daşıyır.

Mənim vəzifəm həmin sənədlərə əsasən aparılmış yoxlama nəticəsində sifarişçinin maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik mühasibat hesabatları maddələrinin dürüstlüyünə qiymət verməkdir və yalnız rəydə göstərilən mülahizəmə görə məsuliyyət daşıyıram.

Mülahizələri düzgün formalaşdırmaq üçün kifayət qədər auditor sübutlarının toplanması məqsədi ilə mən qüvvədə olan audit standartlarının tələblərinə uyüun olaraq auditi planlaşdırmış və audit prosedurlarını yerinə yetirmişəm.

Audit zamanı təqdim edilmiş sənədlərlə əsas kimi götürülmüş təsdiqedici materiallar yoxlanılmış, sifarişçi müəssisənin tətbiq etdiyi uçot prinsipləri qiymətləndirilmişdir.

Hesab edirəm ki, yerinə yetirilmiş audit prosedurları nəticəsində rəy vermək üçün kifayət qədər auditor sübutu toplamışam.

Qulluq borcumla əlaqədar olaraq apardıüım yoxlama ilə müəyyənləşdirmişəm ki, mühasibat uçotu və illik balans qanuni göstərişlərə və nizamnamənin müddəalаrınа uyüundur. Lazımi mühasibat uçotu baxımından illik balans hüquqi şəxsin əmlak, maliyyə vəziyyətinin və gəlirliyinin faktik münasibətlərə uyüun olan mənzərəsini yaradır.

Rəy “___” ____________ 201__ il tarixində eyni qüvvəyə malik iki nüsxədə tərtib edilmişdir. Bunlardan biri sifarişçi-təsərrüfat subyektində, ikinci isə auditor təşkilаtında (sərbəst auditorda) saxlanılır.

Sərbəst auditor: _____________ ______________________

(imza) (soyadı)

Əgər auditor prosedurlarının aparılması zamanı inamsızlıq (auditor bütün lazım olan məlumatlаrı və izahatları ala bilmir, vaxt üzrə məhdudiyyətlə bаülı bütün lаzımı аudit prоsedurlаrını yerinə yetimək imkаnı оlmur, uzunmüddətli müqavilə və yа uzunmüddətli prоqrаmın mövcudluüu, mübahisəli vəziyyət, çoxvariantlı idarəetmə üsulu və s. olduqda) və iradlar (uçot sisteminin və ya üsulla-rının qəbul edilməməsi, maliyyə hesabatlarındа əks etdirilmiş fаktlаrlа və yа məbləqlərlə rаzılаşmаmаq, maliyyə hesabatlarındа əks etdirilmiş fаktlаr və yа məbləqlər hаqqındа infоrmаsiyаnın təqdim оlunmаsı qаydаsı və yа аçıqlаnmаsı dərəcəsi üzrə fikir ayrılıüı, əməliyyatların aparılması və rəsmiləşdirilməsinin qanunvericiliyin tələblərinə uyüun olmaması) yaranarsa, auditor ya təsdiqləyici qeydi ixtisar edir, ya da ondan imtina edir. Hər hаnsı dərəcədə inаmsızlıq və yа irаdın оlmаsı şərtsiz müsbət rəydən imtinа etmək üçün əsаs verir.

Əgər inamsızlıq və ya iradlar mühüm əhəmiyyət kəsb etmirsə onda auditor şərti müsbət rəy (məhdudiyyətlə) verir. Şərtsiz rəydən fərqlənən bütün hallarda auditor öz mülahizələri ilə şərtləşdirilmiş bütün mövcud səbəblərə (inamsızlıq və irad) rəyin ayrıca bölməsində izahat verməlidir (sonra rəyin verilməsi və ya rəy verməkdən imtina göstərilir). Audit prosesində məlumat qıtlığı və ya Azərbаycаn Respublikаsında qəbul edilmiş uçot prinsiplərindən kənarlaşmalar aşkar edilirsə onda rəy məhdudlaşdırılır. Mülahizələri təmin edəcək uçot yazılışlarının olmaması və ya zəruri auditor prosedurlarının icrasının mümkünsüzlüyü, daxili nəzarətin lazımı səviyyədə və ya ümumiyyətlə təşkil edilməməsindən ayrı-ayrı sənədlərin və ya faktların gizlədilməsinə şübhə yaranması ilə əlaqədar bütün zəruri informasıyalar və izahatlar alınmadıqda auditorda inamsızlıq yaranır. Belə ki:

 müəssisənin fəaliyyətinin və maliyyə hesabatlarının ayrı-ayrı faktları və göstəriciləri üzrə onun fikri müəssisənin rəhbərliyinin fikrindən fərqlidir;

 uçot obyektinin qiymətləndirilməsi metodu, amortizasiyanın hesablanmasının düzgünlüyü və digər hesablamalarla razı deyil;

 yoxlanılar təsərrüfat əməliyyatlarının iqtisadi və hüquqi məzmununa görə hesabların müxabirləşməsində uyüunsuzluq mövcuddur;

 maliyyə hesabatlarının dürüstlüyünə təsir edən müəssisənin qeyri adekvat uçot siyasəti.

Mövcud şəraitlə baülı zəruri audit prosedurlarının yerinə yetirilməsinin mümkün olmaması səbəbindən (məsələn, debitor borcunun təsdiq edilməsinin, material ehtiyatlarının mövcudluüunun yoxlanılmasının və s.) məlumatların çatışmazlıüı auditor rəyində təsvir edilməlidir. Yoxlama zamanı aşkar edilmiş pozuntular və kənarlaşmalar ayrıca bir hal kimi qeyd olunur və auditor rəyi tərtib olunana qədər aradan qaldırılır. Bu halda auditor qeyd edir ki, maliyyə vəziyyətinin göstəriciləri onlarda aşkar edilmiş kənarlaşmaların müvafiq tarixə (rəyin hazırlanması tarixindən əvvəl) aradan qaldırılması nəzərə alınmaqla düzgündür.

Mühüm əhəmiyyət kəsb etməyən inamsızlıq mövcud olduqda tərtib olunan şərti müsbət rəyin nümunəvi forması aşağıda verilmişdir.

AUDITOR OPINION SERIYA SA №_____

AZəRBAYCAN RESPUBLIKASI AUDITORLAR PALATASI

SəRBəST AUDITOR ___________________________

AUDITOR RəYI

(sifarişçi-təsərrüfat subyektinin adı)

Mən, sərbəst auditor________________Azərbaycan Respublikası

Аuditоrlar Palatası tərəfindən “___” _________201…tarixli (qeydiyyat №____) ____________________ saylı lisenziyaya əsasən fəaliyyət göstərən “___”-________ 201.__ il tarixindən 31 dekabr 201.___ il tarixli ________ seriyalı_____saylı müqaviləyə əsasən___________________________________________________

(sifarişçi-təsərrüfat subyektinin adı)

“____” yаnvаr 201.__ il tarixindən 31 dekabr 201.. il tarixinədək maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən rəyə əlavə edilən ___ səhifəlik maliyyə hesabatlarının audit yoxlamasını aparmışam.

Yoxlama “___” __________ 201__ tarixində başlayıb, “___” __________201__ il tarixində başa çatdı.

Auditor yoxlamasına təqdim edilmiş sənədlərin düzgünlüyünə sifarişçi təsərrüfat subyektinin rəhbərliyi məsuliyyət daşıyır.

Mənim vəzifəm həmin sənədlərə əsasən aparılmış yoxlama nəticəsində sifarişçinin maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik mühasibat hesabatları maddələrinin dürüstlüyünə qiymət verməkdir və yalnız rəydə göstərilən mülahzəmə görə məsuliyyət daşıyıram.

Mülahizələri düzgün formalaşdırmaq üçün kifayət qədər auditor sübutlarının toplanması məqsədi ilə mən qüvvədə olan audit standartlarının tələblərinə uyüun olaraq auditi planlaşdırmış və audit prosedurlarını yerinə yetirmişəm.

Audit zamanı təqdim edilmiş sənədlərlə əsas kimi götürülmüş təsdiqedici materiallar yoxlanılmış, sifarişçi müəssisənin tətbiq etdiyi uçot prinsipləri qiymətləndirilmişdir.

Hesab edirəm ki, yerinə yetirilmiş audit prosedurları nəticəsində rəy vermək üçün kifayət qədər auditor sübutu toplamışam.

Auditin aparılması zamanı ___________________________

___________________________________________ səbəblər üzündən

________________________ amillərin yoxlanılmasının qeyri mümkünlüyü aşkar edildi.

Bununla əlaqədar olaraq göstərilən aspektlərdə başqa audit prosedurlarından istifadə etmək yolu ilə aradan qaldıra bilmədiyim qeyri-müəyyənlik mövcuddur. Həmin hallar ümumilikdə işin vəziyyətinə müəyyən təsir göstərir, lakin ümumi maliyyə vəziyyətini təhrif etmir.

Rəy “___” ____________ 201.. il tarixində eyni qüvvəyə malik iki nüsxədə tərtib edilmişdir. Bunlardan biri sifarişçi-təsərrüfat subyektində, ikinci isə auditor təşkilаtında (sərbəst auditorda) saxlanılır.

Sərbəst auditor: ______________ _______________________

(imza) (soyadı)

Mühüm əhəmiyyət kəsb etməyən iradlar olduqda tərtib edilən şərti müsbət rəyin nümunəvi forması aşaüıdakı kimidir:

AUDITOR OPINION SERIYA SA №_______

AZəRBAYCAN RESPUBLIKASI AUDITORLAR PALATASI

SəRBəST AUDITOR ___________________________

AUDITOR RəYI

(sifarişçi-təsərrüfat subyektinin adı)

Mən, sərbəst auditor _____________ Azərbaycan Respublikası

Аuditоrlаr Palatası tərəfindən “___” ___________201… tarixli (qeydiyyat №_______) ________ saylı lisenziyaya əsasən fəaliyyət göstərən “___” ___________201__ il tarixindən 31 dekabr 201.___ il tarixli __________ seriyalı ______________ saylı müqaviləyə əsasən ___________________________________________________________

(sifarişçi-təsərrüfat subyektinin adı)

“___” yanvar 201.____ il tarixindən 31 dekabr 201.____ il tarixinədək maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən rəyə əlavə edilən ___ səhifəlik maliyyə hesabatlarının audit yoxlamasını aparmışam.

Yoxlama “___” __________________ 201. il tarixində başlayıb “___”________ 201.____ il tarixində başa çatdı.

Auditor yoxlamasına təqdim edilmiş sənədlərin düzgünlüyünə sifarişçi təsərrüfat subyektinin rəhbərliyi məsuliyyət daşıyır.

Mənim vəzifəm həmin sənədlərə əsasən aparılmış yoxlama nəticəsində sifarişçinin maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik mühasibat hesabatları maddlərinin dürüstlüyünə qiymət verməkdir və yalnız rəydə göstərilən mülahzəmə görə məsuliyyət daşıyıram.

Mülahizələri düzgün formalaşdırmaq üçün kifayət qədər auditor sübutlarının toplanması məqsədi ilə mən qüvvədə olan audit standartlarının tələblərinə uyüun olaraq auditi planlaşdırmış və audit prosedurlarını yerinə yetirmişəm.

Audit zamanı təqdim edilmiş sənədlərlə əsas kimi götürülmüş təsdiqedici materiallar yoxlanılmış, sifarişçi müəssisənin tətbiq etdiyi uçot prinsipləri qiymətləndirilmişdir.

Hesab edirəm ki, yerinə yetirilmiş audit prosedurları nəticəsində rəy vermək üçün kifayət qədər auditor sübutu toplamışam.

Aparılan yoxlama zamanı müəyyən edildi ki, ______________

üzrə əməliyyatlar ________________________________________

(pozulmuş əsasnamə və pozuntunun mahiyyəti)

müəyyən olunmuş qaydalar pozulmaqla aparılmışdır (rəsmiləşdirilmişdir).

Göstərilən faktlar daha ətraflı ___________________________

(sənədin adı)

Göstərilən hallar ümumilikdə işin vəziyyətinə müəyyən təsir göstərir, lakin ümumi maliyyə vəziyyətini təhrif etmir.

Qulluq borcumla əlaqədar olaraq apardıüım yoxlama ilə müəyyənləşdirmişəm ki, mühasibat uçotu və illik balans qanuni göstərişlərə və nizamnamənin müddəalarına uyüundur. Lazımi mühasibat uçotu baxımından illik balans hüquqi şəxsin əmlak, maliyyə vəziyyətinin və gəlirliyinin faktik münasibətlərə uyüun olan mənzərə-sini yaradır.

Rəy “___” ____________ 201.___ il tarixində eyni qüvvəyə malik iki nüsxədə tərtib edilmişdir. Bunlardan biri sifarişçi-təsərrüfat subyektində, ikinci isə auditor təşkilatında (sərbəst auditorda) saxlanılır.

Sərbəst auditor: __________________ _______________

(imza) (soyadı)

Əgər auditor prosedurlarının yerinə yetirilməsi zamanı müəyyən olunarsa ki, mühasibat (maliyyə) hesabatlarının ilkin göstəriciləri dürüst deyil, təhrif olunmuşdur və yoxlanılan hesabat dövrünə göstəricilərə ciddi təsir göstərir, onda auditor yoxlanılan hesabat haqqında mənfi auditor rəyi formasında öz fikrini bildirməlidir. Mənfi auditor rəyinin yekun hissəsində onun hazırlanmasını şərtləndirən mühasibat (maliyyə) hesabatlarının ilkin göstəricilərinin dürüst olmaması əsaslandırılmaqla şərh olunur.

Mənfi auditor rəyi o halda tərtib olunur ki, hesabat müəssisənin maliyyə vəziyyəti haqqında qeyri dürüst təsəvvür yaradır, mühasibat uçotunun aparılması işi ümumi qəbul edilmiş qaydaların pozulması ilə müşayət olunur. Mənfi auditor rəyinin nümunəvi forması aşaüıdakı kimidir.

AUDITOR OPINION SERIYA SA №_______

AZəRBAYCAN RESPUBLIKASI AUDITORLAR PALATASI SəRBəST AUDITOR ___________________________

AUDITOR RəYI

(sifarişçi-təsərrüfat subyektinin adı)

Mən, sərbəst auditor ___________________ ____Azərbaycan

Respublikası Аuditоrаr Palatası tərəfindən “___” ___________201.____ tarixli (qeydiyyat №_______) ______saylı lisenziyaya əsasən fəaliyyət göstərən “___”___________201._____ il tarixindən 31 dekabr 201___ il tarixli __________ seriyalı______________________________saylı müqaviləyə əsasən ____________________________________ “___” yanvar 201.___ il

(sifarişçi-təsərrüfat subyektinin adı)

tarixindən 31 dekabr 201._____ il tarixinədək maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən rəyə əlavə edilən _____ səhifəlik maliyyə hesabatlarının audit yoxlamasını aparmışam.

Yoxlama “___” ________________ 201.___ tarixində başlayıb, “___”_______ 201._____ il tarixində başa çatdı.

Auditor yoxlamasına təqdim edilmiş sənədlərin düzgünlüyünə sifarişçi təsərrüfat subyektinin rəhbərliyi məsuliyyət daşıyır.

Mənim vəzifəm həmin sənədlərə əsasən aparılmış yoxlama nəticəsində sifarişçinin maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik mühasibat hesabatları maddələrinin dürüstlüyünə qiymət verməkdir və yalnız rəydə göstərilən mülahizəmə görə məsuliyyət daşıyıram.

Mülahizələri düzgün formalaşdırmaq üçün kifayət qədər auditor sübutla-rının toplanması məqsədi ilə mən qüvvədə olan audit standartlarının tələblərinə uyüun olaraq auditi planlaşdırmış və audit prosedurlarını yerinə yetirmişəm.

-Audit zamanı təqdim edilmiş sənədlərlə əsas kimi götürülmüş təsdiqedici materiаllar yoxlanılmış, sifarişçi müəssisənin tətbiq etdiyi uçot prinsipləri qiymətləndirilmişdir.

-Hesab edirəm ki, yerinə yetirilmiş audit prosedurları nəticəsində rəy vermək üçün kifayət qədər auditor sübutu toplamışam.

-Aparılan yoxlama zamanı müəyyən edildi ki, _____________ ___________________________________________________________

üzrə əməliyyatlar ________________________________________

(pozulmuş əsasnamə və pozuntunun mahiyyəti)

müəyyən olunmuş qaydalar pozulmaqla aparılmışdır (rəsmiləşdirilmişdir). Göstərilən faktlar daha ətraflı __________________________

(sənədin adı)

Auditin aparılması nəticəsində müəyyən edildi ki, müəssisədə yoxlanılan müddətdə aşaüıdakı pozuntulara yol verilmişdir: ______________________________

Mühasibat uçotunun qəbul olunmuş sistemi ________________

(ziddiyyətin məüzi)

baxımından qanunvericilik aktlarının tələblərinə cavab vermir.

Hesabatlarda verilən rəqəm göstəriciləri uçot məlumatlarına aşaüıdakılar üzrə uyüun deyildir:

________________________________________________________ (ziddiyyətin məüzi)

Göstərilən faktlara daha ətraflı ___________________________

(sənədin adı)

Bu pozuntular işin faktiki vəziyyətini bütövlükdə (əsasən) təhrif edir.

Qulluq borcumla əlaqədar olaraq apardıüım yoxlama ilə müəyyənləşdirmişəm ki, mühasibat uçotu və illik balans qanuni göstərişlərə və nizamnamənin müddəalarına uyüun deyildir. Lazımi mühasibat uçotu baxımından illik balans hüquqi şəxsin əmlak, maliyyə vəziyyətinin və gəlirliyinin faktik münasibətlərə uyüun olan mənzərəsini yaratmır.

Rəy “___” ____________ 201.___ il tarixində eyni qüvvəyə malik iki nüsxədə tərtib edilmişdir. Bunlardan biri sifarişçi-təsərrüfat subyektində, ikinci isə auditor təşkilаtında (sərbəst auditorda) saxlanılır.

Sərbəst auditor: ___________ _______________________

(imza) (soyadı)

Əgər audit prosedurlarının yerinə yetirilməsi zamanı auditor mühasibat (maliyyə) hesabatının ilkin göstəricilərinin dürüstlüyünü təsdiq edilməsi üçün kifayər qədər auditor sübutları əldə edilə bilmirsə, yoxlanılan hesabat dövrünə mühasibat (maliyyə) hesabatı dürüst deyildirsə, onda auditor yoxlanılan mühasibat (maliyyə) hesabatı haqqında öz fikrini аuditоr rəyindən imtina formasında bildirir. Auditor rəyində rəy verməkdən imtinanın səbəbləri dəqiq və aydın göstəriilməlidir.

Auditor rəyindən imtinanın nümunəvi forması aşaüıdakı kimidir:
AUDITOR OPINION SERIYA SA №_______

AZəRBAYCAN RESPUBLIKASI AUDITORLAR PALATASI

SəRBəST AUDITOR ___________________________

(soyadı)
__________________________________

(sifarişçi-təsərrüfat subyektinin adı)

Mən, sərbəst auditor ________________________ Azərbaycan

Respublikası Аuditоrlаr Palatası tərəfindən “___” ___________201.____ tarixli (qeydiyyat №____)

______ saylı lisenziyaya əsasən fəaliyyət göstərən “___”_______________201.____ il tarixindən 31 dekabr 201.___ il tarixli _________ seriyalı____________ saylı müqaviləyə əsasən____________________________________________________

(sifarişçi-təsərrüfat subyektinin adı)

“___” yanvar 201.____ il tarixindən 31 dekabr 201.___ il tarixinədək maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən rəyə əlavə edilən _____ səhifəlik maliyyə hesabatlarının audit yoxlamasını aparmışam.

Yoxlama “___” ___________ 201.___ tarixində başlayıb, “___”_____________ 201.____ il tarixində başa çatdı.

Auditor yoxlamasına təqdim edilmiş sənədlərin düzgünlüyünə sifarişçi təsərrüfat subyektinin rəhbərliyi məsuliyyət daşıyır.

Mənim vəzifəm həmin sənədlərə əsasən aparılmış yoxlama nəticəsində sifarişçinin maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik mühasibat hesabatları maddələrinin dürüstlüyünə qiymət verməkdir və yalnız rəydə göstərilən mülahizəmə görə məsuliyyət daşıyıram.

Mülahizələri düzgün formalaşdırmaq üçün kifayət qədər auditor sübutlarının toplanması məqsədi ilə mən qüvvədə olan audit standartlarının tələblərinə uyüun olaraq auditi planlaşdırmış və audit prosedurlarını yerinə yetirmişəm.

Audit zamanı təqdim edilmiş sənədlərlə əsas kimi götürülmüş təsdiqedici materiallar yoxlanılmış, sifarişçi müəssisənin tətbiq etdiyi uçot prinsipləri qiymətləndirilmişdir.

Hesab edirəm ki, yerinə yetirilmiş audit prosedurları nəticəsində rəy vermək üçün kifayət qədər auditor sübutu toplamışam.

Auditin aparılması zamanı ____________________________

_____________________ səbəbləri üzündən __________________

faktların yoxlanılmasının qeyri mümkünlüyü aşkar edildi.

Auditor sübutlarının çatışmazlıüı ilə əlaqədar olaraq bu aspektlərdə başqa audit prosedur-ları ilə aradan qaldıra bilmədiyim qeyri müəyyənlik mövcuddur. Göstərilən hallar ümumilikdə işin vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir və maliyyə vəziyyətini təhrif edir.

Əvvəlki bölmələrdə göstərilənləri nəzərə alaraq mən maliyyə hesabatlarına dair mülahizə yürüdə bilmirəm.

Sərbəst auditor: ______________ _______________________

(imza) (soyadı)

Auditor rəyi yoxlamanı aparan auditor tərəfindən tərtib olunur, imzalanır və analitik və ümumi hissələrin hər biri ayrılıqda auditorun (auditor təşkilatının) möhürü ilə təsdiqlənir. Auditor verdiyi rəydə, yuxarıda qeyd olunan nümunələrin məzmununu saxlamaqla əlavələr edə bilər.

Auditor rəyi

Auditor xidməti haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikasında auditor xidmətinin təşkilini, onun həyata keçirilməsinin hüquqi əsaslarını, auditorların funksiyalarını, hüquqlarını və vəzifələrini müəyyən edir, mülkiyyətçinin əmlak hüquqlarını müdafiə edən müstəqil maliyyə nəzarəti-sisteminin yaradılmasını nəzərdə tutur.

Auditor xidməti ilə bağlı münasibətlər bu Qanunla, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktları, beynəlxalq müqavilə və sazişləri ilə tənzimlənir.

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Qanunun tətbiq sahəsi [1]

1.1. Bu Qanun mülkiyyət formasından və təşkilati-hüquqi tabeliyindən asılı olmayaraq Azərbaycan Respublikası ərazisində (Ələt azad iqtisadi zonası istisna olmaqla) fəaliyyət göstərən bütün müəssisələrə, təşkilatlara və idarələrə (bundan sonra – təsərrüfat subyektləri) şamil edilir.

1.2. Ələt azad iqtisadi zonasında auditor xidməti ilə bağlı münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

M addə 2. Audit anlayışı

Audit—əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabat-larının müstəqil yoxlanılmasıdır. [2]

Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. [3]

Maddə 3. Auditor xidməti

Təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə (auditor təşkilatının nizamnamə məqsədlərinə) uyğun olaraq maliyyə-təsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək auditor xidməti hesab edilir.

Auditor xidməti dövlət orqanlarının öz səlahiyyətləri daxilində təsərrüfat subyektlərinin fəaliyyətini yoxlamasını istisna etmir.

Maddə 4. Sərbəst auditor

Sərbəst auditor Azərbaycan Respublikası Auditorlar Palatasının (bundan sonra “Auditorlar Palatası” adlandırılacaqdır) verdiyi lisenziyaya əsasən respublika ərazisində sərbəst auditor, xidməti göstərmək hüququnu əldə etmiş fiziki şəxsdir.

M addə 5. Auditor təşkilatı

Auditor təşkilatı Auditorlar Palatasının verdiyi lisenziya əsasında Azərbaycan Respublikasının ərazisində auditor xidməti göstərmək hüququnu əldə etmiş və nizamnaməsinə görə yeganə fəaliyyət sahəsi bu xidmət növü olan hüquqi şəxsdir.

Auditor təşkilatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada bir və daha artıq təsisçi tərəfindən yaradılır. [4]

Maddə 6. Sərbəst auditor olmağın şərtləri

Azərbaycan Respublikasında sərbəst auditor hüququnu əldə etmək üçün aşağıdakılar tələb olunur:

a) Azərbaycan Respublikasının vətəndaşı olmaq;

b) məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə maliyyə-təsərrü fat münasibətləri sahəsində müəyyən vəzifələr tutma və ya müəyyən fəaliyyət ilə məşğul olma hüququndan məhrum edilməmək və ya bu növ cəza ilə bağlı məhkumluğun qanunvericilikdə müəyyən edilmiş qaydada ödənilməsi;

v) mühasibat uçotu, maliyyə, iqtisadçı və hüquqşünas ixtisasları üzrə ali təhsilə və ixtisas üzrə azı üç il iş stajına malik olmaq;

q) sərbəst auditor imtahanlarını vermək.

Tamah məqsədilə cinayət törətmək, üstündə məhkum olunmuş və məhkumluğu ödənilməmiş şəxslər auditor ola bilməzlər.

Öz ölkəsində auditor xidməti ilə məşğul olmaq hüququ olan xarici ölkə vətəndaşı Auditorlar Palatasının rəsmi icazəsi ilə həmin hüquqdan Azərbaycan Respublikası ərazisində istifadə edə bilər.

Maddə 7. Auditor adını almaq üçün imtahanların təşkili

Auditor adı almaq üçün imtahanlar Auditorlar Palatasının təyin etdiyi komissiya tərəfindən qəbul edilir.

İmtahanlar Auditorlar Palatasının Əsasnaməsində nəzərdə tutulan qaydaya uyğun olaraq təşkil edilir.

Maddə 8. Auditor rəyi

Auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik maliyyə hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir. [5]

Auditor rəyinin vahid formasını və onun tərtib edilməsində irəli sürülən tələbləri Auditorlar Palatası Azərbayc an Respublikası Mülki Məcəlləsinin müvafiq tələblərini nəzərə almaqla müəyyən edir. [7]

AZƏRBAYCAN RESPUBLİKASINDA AUDİTOR XİDMƏTİNİN TƏNZİMLƏNMƏSİ

Maddə 9. Auditor xidmətinin tənzimlənməsi

Auditor xidmətinin dövlət tənzimlənməsini təşkil etmək; bu sahədə olan və Azərbaycan Respublikasında auditor xidmətinin inkişafına və təkmilləşdirilməsinə yönəlmiş normativ aktların layihələrini, tədbirlər sistemini hazırlamaq; dövlətin, təsərrüfat subyektlərinin və auditorların (auditor təşkilatlarının) mənafelərini müdafiə etmək; öz fəaliyyətində bu Qanundan, digər qanunvericilik və normativ-hüquqi aktlardan irəli gələn tələblərə auditorlar (auditor təşkilatları) tərəfindən riayət edilməsinə nəzarət etmək məqsədilə Azərbaycan Respublikasının Auditorlar Palatası yaradılır. Auditorlar Palatasının fəaliyyəti onun Əsasnaməsi ilə tənzimlənir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq olaraq Auditorlar Palatasının Əsasnaməsi təsdiq edilir və onun rəhbəri təyin edilir. [8]

Maddə 10. Auditor xidməti ilə məşğul olmaq üçün lisenziyanın verilməsi

Sərbəst auditorlar və auditor təşkilatları dövlət qeydiyyatına alındıqdan sonra 5 il müddətinə verilən lisenziya əsasında fəaliyyət göstərirlər. [9]

Maddə 11. Sərbəst auditorların və auditor təşkilatlarının dövlət qeydiyyatı

Auditor, auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziyanı aldığı andan auditor xidməti ilə məşğul olmaq hüququna malikdir. Sərbəst auditorlar hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün müəyyən edilmiş qaydada uçota alınırlar.

Auditor öz fəaliyyətini sərbəst, yaxud auditor təşkilatı ilə müqavilə əsasında həyata keçirir. Onun başqa növ fəaliyyətlə məşğul olması qadağandır. [10]

Sərbəst auditorlar öz fəaliyyətini əks etdirən gündəlikdən istifadə edirlər. Gündəliyi onların fəaliyyətinə nəzarət və aparılan auditin keyfiyyətinin yoxlanması üçün Auditorlar Palatasına təqdim edirlər.

Auditor təşkilatları Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyənləşdirilmiş qaydada müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınırlar.

Qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş auditor təşkilatı Auditorlar Palatasından lisenziya aldığı andan auditor xidmətini həyata keçirmək hüququna malik olur. [11]

AUDİTORLARIN HÜQUQLARI, VƏZİFƏLƏRİ VƏ MƏSULİYYƏTİ

Maddə 12. Auditorların hüquqları

Sərbəst auditor və auditor təşkilatı aşağıdakı hüquqlara malikdirlər:

bu Qanuna və sifarişçi ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq auditin forma və metodlarını sərbəst müəyyənləşdirmək;

sifarişçinin maliyyə-təsərrüfat fəaliyyətinə dair bütün sənədlərlə (o cümlədən kənar hüquqi şəxslərdə saxlanılan sənədlərlə) tanış olmaq və yoxlama üçün onları almaq, pul məbləğlərinin, qiymətli kağızların, maddi sərvətlərin mövcudluğunu yoxlamaq və audit üçün lazım olan digər məlumatları almaq;

sifarişçinin rəhbərliyindən və işçilərindən yazılı izahat almaq;

səlahiyyətli dövlət orqanlarının sifarişi ilə auditor xidməti göstərərkən müəyyən etdikləri pozuntu və nöqsanlar haqqında onlar qarşısında məsələ qaldırmaq;

auditin keçirilməsinə müqavilə əsasında başqa auditorları cəlb etmək;

yoxlanılan təsərrüfat subyekti tərəfindən audit üçün lazım olan sənədlərin təqdim edilməməsi halında audit yoxlamasını keçirməkdən imtina etmək.

Maddə 13. Auditorların vəzifələri

Sərbəst auditorların və auditor təşkilatlarının vəzifələri aşağıdakılardan ibarətdir:

auditin aparılmasında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə hökmən riayət etmək;

auditor yoxlamalarını və digər auditor xidmətlərini keyfiyyətli həyata keçirmək;

bu Qanunun 18-ci maddəsində göstərilmiş hallara görə auditin aparılmasında iştirakının qeyri-mümkünlüyü barədə dərhal sifarişçiyə (səlahiyyətli dövlət orqanına) xəbər vermək;

sifarişçinin mühasibat uçotunun və hesabatının vəziyyətini, düzgünlüyünü, qüvvədə olan qanunlara və normativ aktlara uyğunluğunu yoxlamaq;

auditin aparılması zamanı aşkar edilmiş bütün pozuntular, mühasibat uçotunun aparılması və hesabatların tərtibi ilə bağlı nöqsanlar haqqında sifarişçinin rəhbərliyinə məlumat vermək;

sifarişçinin tələbi ilə aparılan audit zamanı əldə edilən məlumatı (məhkəmə orqanlarının tələb etdiyi hallar və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təqdim olunmalı məlumatlar istisna olmaqla) məxfi saxlamaq; [12]

yoxlama gedişində alınmış və ya tərtib edilmiş sənədlərin qorunub saxlanmasını təmin etmək;

təsərrüfat subyektinin tələbi ilə ona auditin aparılmasına dair qanunvericiliyin tələbləri, tərəflərin hüquq və vəzifələri, habelə auditorun rəyində olan irad və nəticələr üçün əsas olan normativ aktlar barəsində ətraflı məlumatlar vermək;

qanunvericiliklə nəzərdə tutulmuş hallarda vergi hesabatına dair auditor rəyi vermək. [13]

sığortaçı ilə mülki məsuliyyətinin icbari sığortası müqaviləsini bağlamaq. [14]

Сinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etmək, bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər tədbirləri həyata keçirmək. [15]

Maddə 14. Auditorların məsuliyyəti

Auditorlar və auditor təşkilatları öz vəzifələrini lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikası qanunvericiliyinə və sifarişçi ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq əmlak məsuliyyətinə cəlb edilə bilərlər.

Auditor xidməti göstərən fiziki və hüquqi şəxslər mülki məsuliyyətin icbari sığortası müqaviləsinin bağlanmamasına görə qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. [16]

Maddə 15. Auditor xidməti ilə məşğul olmaq hüququ verən li senziyaların geri alınması

Auditora və ya auditor təşkilatına Azərbaycan Respublikası ərazisində auditor xidmətini həyata keçirmək hüququ verən lisenziya aşağıdakı hallarda Auditorlar Palatasının qərarı ilə geri alına bilər:

təqvim ili ərzində üç dəfə keyfiyyətsiz audit apardıqda;

audit aparılması zamanı bu Qanunun və Azərbaycan Respublika sı qanunvericiliyinin tələblərini kobudcasına pozduqda;

sərbəst auditor haqqında maliyyə-təsərrüfat münasibətləri sahəsində müəyyən vəzifələr tutma və ya müəyyən fəaliyyət ilə məşğulolma hüququndan məhrumetmə cəzasını, habelə tamah məqsədilə törədilmiş cinayətə görə cəzanı nəzərdə tutan məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə;

lisenziyanın verilməsindən sonra onun alınması üçün auditor tərəfindən doğru olmayan məlumatların təqdim edilməsi faktı aşkar edildikdə;

qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olaraq, audit zamanı əldə edilmiş məlumatlar auditor tərəfindən təsərrüfat subyektinin rəhbərinin (mülkiyyətçisinin) razılığı olmadan üçüncü şəxslərə verildikdə;

bu Qanunun 18-ci maddəsi ilə nəzərdə tutulan auditin aparılmasını istisna edən hallar auditor (auditor təşkilatı) tərəfindən gizlədildikdə.

Auditor xidməti göstərən fiziki və hüquqi şəxslər mülki məsuliyyətin icbari sığortası müqaviləsinin bağlanmamasına görə qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

AZƏRBAYCAN RESPUBLİKASINDA AUDİTOR XİDMƏTİNİN

TƏŞKİLİNİN ÜMUMİ QAYDASI

Maddə 16. Təsərrüfat subyektlərində auditor xidmətinin təşkili

Auditor xidməti bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləğini və qaydasını, eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında göstərilir.

Sifarişçi auditorun öz peşə vəzifələrini tam və keyfiyyətlə yerinə yetirməsinə bütün lazımi şəraitin yaradılması üçün məsuliyyət daşıyır.

Auditor öz müştərisindən, eləcə də bu işdə marağı olan hər hansı üçüncü şəxsdən asılı deyildir.

Auditor və ya auditor təşkilatı tərəfindən müqavilə şərtlərinin yerinə yetirilməsi auditor rəyinin təhvil-qəbul aktı ilə müəyyən olunur. Auditor rəyi müəyyən olunmuş forma əsasında tərtib edilir.

Maddə 17. Auditor xidmətindən istifadə üzrə təsərrüfat subyektinin vəzifələri və

Təsərrüfat subyektinin rəhbərliyi (mülkiyyətçisi) auditin aparılması üçün zəruri olan bütün sənədləri, registrləri və hesabatları auditora təqdim etməlidir və onların düzgünlüyünə məsuliyyət daşıyır. Ö, auditorun sorğusuna dair yazılı və şifahi izahatlar verməyə borcludur.

Təsərrüfat subyektləri auditor seçməkdə sərbəstdirlər.

Təsərrüfat subyektləri maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə sərbəst və ya auditor təşkilatı ilə hər hansı müddətdə müqavilə bağlamaq hüququna malikdirlər. Bu cür müqavilələr yoxlama xarakteri daşıdıqda, auditor yoxlamanın nəticələrinə görə müəyyən olunmuş qaydada akt tərtib edir.

V f ə s i l

XÜSUSİ MÜDDƏALAR

Maddə 18. Auditor xidməti sahəsində qadağanlar

Yoxlanılan müəssisədə şəxsi əmlak mənafeyi, yoxlanılan müəssisənin rəhbərliyindən hər hansı şəxslə birbaşa qohumluq əlaqəsi, müəssisənin təsisçisi, mülkiyyətçisi və ya səhmdarı olduqda, müəssisədə bundan əvvəl öz peşə fəaliyyəti ilə bağlı xidmətlər göstərdikdə auditorlara həmin müəssisələrdə audit aparmaq qadağandır.

Maddə 19. Mübahisələrin həll edilməsi

Auditorla (auditor təşkilatı ilə) onların sifarişçiləri arasında meydana çıxan əmlak xarakterli bütün mübahisələr Auditorlar Palatasında həll edilə bilmədikdə məhkəmə tərəfindən həll olunur.

Auditor (auditor təşkilatı) müəyyən edilmiş qaydada Auditorlar Palatasının ona lisenziyanın verilməməsi və ya geri alınma sı barədə qərarlarından, habelə auditor təşkilatının hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmasından imtinadan inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər. [17]

Maddə 20. Auditor təşkilatlarının yoxlanılması

Auditorlar Palatası auditor təşkilatlarının maliyyə-təsərrüfat fəaliyyətinin bu Qanunun müddəalarına uyğunluğunu yoxlayır və onların işinə nəzarət edir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 16 sentyabr 1994-cü il.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 5 noyabr 1996-cı il tarixli 188-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226)

2. 5 oktyabr 2001-ci il tarixli 190-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 683)

3. 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736)

4. 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241)

5. 24 dekabr 2002-ci il tarixli 407-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 21)

6. 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133)

7. 10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 684)

8. 9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1053)

9. 1 fevral 2008-ci il tarixli 535-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 152)

10. 30 iyun 2009-cu il tarixli 856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyul 2009-cu il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 517)

11. 30 sentyabr 2010-cu il tarixli 1080-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 14 noyabr 2010-cu il №252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 93 8 )

12. 11 fevral 2011-ci il tarixli 65-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 15 aprel 2011-ci il №79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, №04, maddə 246)

13. 28 dekabr 2018-ci il tarixli 1408-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 30 yanvar 2019-cu il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 25 )

14. 3 may 2019 -cu il tarixli 1585-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 14 iyun 2019-cu il, № 128 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 993 )

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 28 dekabr 2018-ci il tarixli 1408-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 30 yanvar 2019-cu il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 25 ) ilə 1-ci maddənin mətni yeni redaksiyada verilmişdir.

Ə vvəlki redaksiyada deyilirdi:

Bu Qanun mülkiyyət formasından və təşkilati-hüquqi tabeliyindən asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün müəssisələrə, təşkilatlara və idarələrə (bundan sonra “təsərrüfat subyektləri” adlandırılacaqdır) şamil edilir.

[2] 3 may 2019 -cu il tarixli 1585-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 14 iyun 2019-cu il, № 128 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 993 ) ilə 2-ci maddənin birinci hissəsindən “, mühasibat” sözü çıxarılmışdır.

[3] 11 fevral 2011-ci il tarixli 65-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 15 aprel 2011-ci il №79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, №04, maddə 246) ilə 2-ci maddəsinin ikinci abzasının ikinci cümləsi yeni redaksiyada verilmişdir.

Ə vvəlki redaksiyada deyilirdi:

Qanunvericiliyə görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunvericilik aktları ilə bilavasitə nəzərdə tutulmuş hallarda və ya səlahiyyətli dövlət orqanının müvafiq qərarına əsasən (sifarişi ilə) həyata keçirilən audit məcburi, digər hallarda isə könüllüdür.

[4] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 5-ci maddənin ikinci hissəsi yeni redaksiyada verilmişdir.

Ə vvəlki redaksiyada deyilirdi:

Auditor təşkilatının yaradılması üçün azı üç sərbəst auditor olmalıdır.

[5] 3 may 2019 -cu il tarixli 1585-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 14 iyun 2019-cu il, № 128 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 993 ) ilə 8-ci maddənin birinci hissəsində “mühasibat” sözü (birinci halda) “maliyyə” sözü ilə əvəz edilmişdir.

[6] 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133) ilə 8-ci maddəsinin ikinci hissəsi çıxarılmışdır.

Ə vvəlki redaksiyada deyilirdi:

Səlahiyyətli dövlət orqanlarının qərarına əsasən keçirilmiş yoxlamanın nəticələrini əks etdirən auditor rəyi Azərbaycan Respublikası prosessual qanunvericiliyinə uyğun olaraq təyin edilmiş ekspertizanın rəyi ilə bərabər tutulur.

[7] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 8-ci maddənin üçüncü hissəsində “Palatası” sözündən sonra “Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq tələblərini nəzərə almaqla” sözləri əlavə edilmişdir.

[8] 24 dekabr 2002-ci il tarixli 407-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 21) ilə 9-cu maddənin ikinci hissəsi yeni redaksiyada verilmişdir.

Ə vvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikasının Ali Soveti Auditorlar Palatasının Əsasnaməsini təsdiq edir və onun rəhbərini təyin edir.

[9] 5 noyabr 1996-cı il tarixli 188-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226) ilə 10- cu maddədə “ təşkilatları ” sözündən sonra “ dövlət qeydiyyatına alındıqdan sonra ” sözləri əlavə edilmişdir.

[10] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 11-ci maddənin ikinci hissənin birinci cümləsində “auditor təşkilatının üzvü kimi” sözləri “auditor təşkilatı ilə müqavilə əsasında” sözləri ilə əvəz edilmişdir.

[11] 5 noyabr 1996-cı il tarixli 188-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226) ilə 11- ci maddənin adında “ təşkilatlarının ” sözündən sonra “ dövlət ” sözü əlavə edilmiş, birinci hissədən “ auditorların reyestrində qeydiyyata götürüldüyü ” sözləri çıxarılmış və hissənin sonuna yeni cümlə əlavə edilmişdir. Eləcə də dördüncü hissə yeni redaksiyada verilmişdir.

Ə vvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikası ərazisində auditorları və auditor təşkilatlarını Auditorlar Palatası qeydiyyata alır.

Maddənin beşinci hissəsində isə “ Palatasında qeydiyyatdan keçdiyi ” sözləri “ Palatasından lisenziya aldığı ” sözləri ilə əvəz edilmişdir.

23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 11-ci maddənin beşinci hissəsində “Auditor xidməti ilə məşğul olmaq hüququ verən lisenziyaya malik azı üç auditordan ibarət” sözləri “Qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş” sözləri ilə əvəz edilmişdir.

[12] 30 sentyabr 2010-cu il tarixli 1080-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 14 noyabr 2010-cu il №252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 938) ilə 3-cü maddəsinin yeddinci abzasda “Qanununun 7.2-ci maddəsində nəzərdə tutulmuş” sözləri “Qanununa əsasən təqdim olunmalı” sözləri ilə əvəz edilmişdir.

[13] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736) ilə 13-cü maddəyə onuncu abzas əlavə edilmişdir.

[14] 1 fevral 2008-ci il tarixli 535-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 152) ilə 13-cü maddənin birinci hissəsinə on birinci abzas əlavə edilmişdir.

[15] 30 iyun 2009-cu il tarixli 856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyul 2009-cu il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 517) ilə 13-cü maddəsinə yeddinci abzasa “hallar” sözündən sonra “və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsində nəzərdə tutulmuş məlumatlar” sözləri əlavə edilmişdir və yeni məzmunda on ikinci abzas əlavə edilmişdir.

30 sentyabr 2010-cu il tarixli 1080-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 14 noyabr 2010-cu il №252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 938) ilə 3-cü maddəsinin on ikinci abzas yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Sinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada müştərinin, benefisiarın və səlahiyyətli nümayəndənin eyniləşdirilməsi, verifikasiyası, məlumatın sənədləşdirilməsi, saxlanılması tələblərinə və həmin Qanunun 7.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların təqdim edilməsi ilə bağlı tələblərə riayət etmək, özünün daxili nəzarət sistemini hazırlamaq və tətbiq etmək, bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər tədbirləri həyata keçirmək.

[16] 1 fevral 2008-ci il tarixli 535-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 152) ilə 14-cü maddəyə ikinci hissə əlavə edilmişdir.

[17] 5 oktyabr 2001-ci il tarixli 190-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 683) ilə 19-cu maddənin birinci hissəsindən “(arbitraj məhkəməsi)” sözləri və ikinci hissəsindən “(arbitraj məhkəməsinə)” sözləri çıxarılmışdır.

10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 684) ilə 19-cu maddəsinin ikinci hissəsində “barədə, habelə auditor təşkilatının hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmaması barədə qərarlarından” sözləri “barədə qərarlarından, habelə auditor təşkilatının hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmasından imtinadan” sözləri ilə əvəz edilmişdir.

9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1053) ilə 19-cu maddəsinin ikinci hissəsində “məhkəməyə” sözündən əvvəl “inzibati qaydada və (və ya)” sözləri əlavə edilmişdir.

Comments are closed, but trackbacks and pingbacks are open.