Autizmli və əqli geriliyi olan uşaqların müalicəsi – Duyu bütünləmə nədir
Autizm xəstəlik deyil, sindromdur. Autistlər kifayət qədər fiziki normal insanlardır. Əgər təlim almazlarsa, heç nə bacarmayacaqlar. Ölməyəcək, yaşayacaq, amma daim kimdənsə asılı olacaq.
Autizm xəstəlik deyil
2 aprel tarixi 2007-ci ildən bəri BMT-nin qərarı ilə Beynəlxalq Autizm Maarifləndirmə Günü kimi qeyd olunur. Bununla əlaqədar bütün dünyada aprel ayı autizm sindromu haqqında maarifləndirməyə həsr olunur. Autizmin tarixinin isə çox qədimlərə gedib çıxdığı və əsasən ruhi (psixi) xəstəlik kimi qəbul olunduğu bildirilir. “Autizm” terminini elmi ədəbiyyata ilk dəfə 1911-ci ildə İsveçrə psixiatrı Eyqen Bleyler (1857-1939) gətirib. Bu söz “autos” (özüm) yunan sözündən əmələ gəlib. Daha sonra Amerika psixiatrı Leo Kanner 1943-cü ildə erkən uşaq autizminin təsvirini verib. Asperger sindromu və Rett sindromu adıyla təsnif olunan autizm formaları da var. Mövzu ilə əlaqədar olaraq Azərbaycanda autizm üzrə ilk tədqiqatçı olan psixoloq Tünzalə Verdiyeva ilə söhbətləşdik. Müsahibimiz qeyd etdi ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial adaptasiyası, cəmiyyətə inteqrasiya olunması, özünəxidmət bacarıqlarının inkişaf etdirilməsi və bu məqsədlə onların valideynlərinin maarifləndirilməsi pedaqoq və psixoloqların diqqət mərkəzindədir.
– Tünzalə xanım, autizm xəstəlik sayılırmı?
– Xeyr, o, xəstəlik deyil, sindromdur. Autizm fərqlilikdir. Müalicəsi olmadığına görə ona xəstəlik yox, sindrom deyilməlidir. Bildiyiniz kimi, son dövrlərdə respublikamızda istər geniş ictimaiyyətin, istər elm adamlarının diqqətini cəlb edən problemlərdən biri, bəlkə də deyərdim ki, birincisi uşaq və yeniyetmələrin autizmi problemidir. Bunun səbəblərindən biri bu sindromun geniş yayılmasıdırsa, digər səbəbi respublikamızda sağlamlıq imkanları məhdud olan uşaqlara diqqət və qayğının artmasıdır. Ölkəmizdə tədricən xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrə münasibət dəyişir, neqativ “ustanovka” pozitiv mövqe ilə əvəz olunur. Fiziki və psixi inkişafında çatışmazlıqlar olan uşaq və yeniyetmələrlə bağlı qəbul edilən rəsmi sənədlərdə onlar “xəstə”, “şikəst” kimi yox, tam hüquqlu vətəndaş kimi xarakterizə olunurlar. Bu, eyni zamanda beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrdə öz əksini tapıb. Belə bir günün qəbul olunması da təsadüfi deyil. Autizm sosial və ünsiyyət qabiliyyətlərinin yaranmasına təsir edən ümumi inkişaf problemidir. Autizmin əlamətləri əsasən iki yaşından etibarən özünü göstərməyə başlayır. Bu cür uşaqlar öyrənmək və dərk etməkdə çətinlik çəkirlər. Autizmli uşaqların böyük əksəriyyətində müxtəlif səviyyəli əqli çatışmazlıq özünü büruzə versə də, əqli səviyyələri normal olan autist uşaqlar da var. Ancaq ümumi əqli vəziyyətlərinin hansı səviyyədə olmasından asılı olmayaraq, autizmli uşaqlar onları əhatə edən dünyanı dərk etməkdə çətinlik çəkirlər. Bir qadının müxtəlif problemləri olan uşaq dünyaya gətirməsi ehtimalı 2 faizdirsə, autizmli uşaq dünyaya gətirməsi ehtimalı 0,5 faizdir. Autizmli uşağı olan ailənin növbəti doğulacaq uşağında da autizm olmasının ehtimalı 3 faizdir. Autizm oğlan uşaqlarında qız uşaqlarına nisbətən 4 dəfə artıq müşahidə olunur. Autizmin əlamətləri və inkişaf dərəcəsi müxtəlif ola bilər. Məhz ona görə də autizmin dərəcələrini təsnif etmək çətindir. Ümumən, autizmli uşaq başqalarına qarşı laqeyddir, göz-gözə baxmaqdan çəkinir, başqaları ilə münasibət qurmağa həvəssiz olur, istəklərini özündən böyüklərin əllərindən istifadə edərək işarələrlə bildirir. Həmçinin onlar başqa uşaqlarla oynamır, daha çox müəyyən bir mövzuda danışır, tez-tez təkrara yol verir, səbəb olmadan ağlayır, gülür və səbəbi izah olunmayan hərəkətlər edirlər. Mənasız sözləri, müəyyən hərəkətləri tez-tez təkrarlamaq, yaradıcılıq tələb edən oyunlar oynamamaq da onlara xas xüsusiyyətdir. Belə deyək, autizm insanın ünsiyyət bacarıqlarında pozğunluqla özünü göstərən hal olmaqla yanaşı, sosial münasibətlərdə, ünsiyyətdə, təsəvvüredici oyunlarda olan çətinliklər, stereotip davranış, maraqlar və fəaliyyətlərdir. Autizmli insanlar gündəlik situasiyaları anlamaqda çətinlik çəkirlər. Bu termin müxtəlif dərəcədə nəzərə çarpan, geniş spektrli vəziyyətləri özündə birləşdirsə də, bütün vəziyyətlərdə aşağıdakı əlamətlər ilə xarakterizə olunur: Sosial münasibətlərdə pozğunluq; nitq və ünsiyyətdə pozğunluq; təsəvvür etmədə pozğunluq.
Sosial bacarıqlar: münasibətlərin formalaşmasında və saxlanmasında çətinlik; ətrafdakılara yad və laqeyd münasibət; insanlara cansız əşyalara olduğu kimi münasibət; sosial davranışların “incəliyini” başa düşməmək (anlamamaq); başqa insanların da istəyinin, məqsədinin və nəzər nöqtəsinin olduğunu başa düşməmək.
Nitq və ünsiyyət: Sözlərin mənasını anlamaqda çətinlik; ancaq öz ehtiyaclarının ödənilməsi ilə məhdudlaşan ünsiyyət; başqa insanların jestlərini, səs intonasiyalarını, bədən dilini və mimikasını təqlid etməkdə çətinlik; nitqdən qeyri- adi istifadə (özü haqqında üçüncü şəxsdə danışmaq); nitqi hərfi mənada anlamaq.
Təsəvvür: Bir fikirdən digərinə keçməkdə çətinlik; rutinaya ciddi əməl etmə (dəyişikliklərə müqavimət); rollu, təsəvvüredici oyunlarda iştirak etməkdə çətinlik; digər insanların fikirlərini anlamaqda çətinlik.
– Autist uşaqlarla işləyən zaman daha çox hansı metodikadan istifadə olunur?
– Əsasən, Piks metodikasından istifadə olunur. Piks – qara fonun üzərində çəkilmiş ağ şəkillər və surətlərdir. Piksin yaradıcısı kanadalı mütəxəssis Cubxas Maxaracdır. O, Piks üsulunu nitqi daha yaxşı dərk etmək və qavramaq üçün hazırlayıb. Sözlər və jestlərlə birlikdə işlənən Pikslər nitqi başa düşmək üçün köməkçi vasitələrdir. Eyni zamanda Piks ünsiyyət qurmaqda çətinlik çəkən insanlara öz fikirlərini ifadə etməyə kömək göstərir. Sözlərdən və işarələrdən fərqli olaraq, Piks yox olmur, göz qabağında olur və şəkilləri tanımaq üçün və ya şəkillər kombinasiyasının mənasını başa düşmək üçün lazım gəldiyi qədər vaxt olur. Bəzi öyrənmə çətinlikləri olan insanlar üçün buna 20 saniyəyə qədər vaxt tələb olunur.
– Nə üçün başqa ünsiyyət üsullarından çox Piksə üstünlük verilir?
– Piks simvollardan yox, şəkillərdən ibarətdir. Ona görə də insan onları yalnız tanımalıdır, mənasını yada salmaq üçün özünü yormamalıdır. Pikslərdən istifadə zamanı kiçik motorikanın yaxşı inkişaf etməsi şərt deyil. Qara fonun üzərində ağ şəkillərin və surətlərin dərk edilməsi daha asandır, nəinki əksər hallarda qəbul edilən ağ fonun üzərində qara şəkillərin. Pikslər hamı tərəfindən tanınır. Məsələn, mağazada satıcı Pikslə ifadə olunan alma şəklini daha asan başa düşər, nəinki jestlə göstərilən. Sensor inteqrasiya – bu, bizim sağ qalmaq mexanizminin bir hissəsidir. Bu mexanizm hansı qıcıqları nəzərə almamaq, hansılara isə reaksiya vermək lazım olduğunu müəyyənləşdirir. Autizmli bir çox uşaqlar hissiyyat orqanları vasitəsilə qəbul etdikləri məlumatları anlamaqda və onları təhlil etməkdə çətinlik çəkirlər. Eyni uşaq müxtəlif vaxtlarda eyni bir qıcığa qarşı hiper və ya hiporeaksiya verə bilər.
– Autizmin necə yarandığı məlumdurmu? Bunun qarşısını almaq olarmı?
– Autizmi olan uşaqların valideynləri tez-tez “niyə bu məhz mənim uşağımla baş verdi” sualına cavab tapmağa çalışırlar. “Bunun qarşısını almaq olardımı” sualına cavab yoxdur. Autizmin bir sıra yaranma səbəbləri var, lakin bunlardan heç biri sübut olunmayıb. Hesab edilir ki, autizmin səbəbi beyin inkişafının pozğunluğu ola bilər. Autizm adətən oğlanlarda olur. Autist uşaqlar arasında təxminən 30 faizi orta səviyyədən yuxarı intellektə malik olurlar, hətta bəzilərində müxtəlif sahələrdə nəzərə çarpan bacarıqlar ola bilər, lakin əqli inkişafdan qeri qalanlar az deyil. Bəzən elə görünür ki, autistlərə heç kim lazım deyil, onlara təklikdə rahatdır. Lakin bu, belə deyil, onların cəmiyyətə ehtiyacı var, onlar başadüşülmək istəyirlər. Sadəcə, bunu necə etməyi bilmirlər. Valideynlərin əsas işi onlara ətraf mühit ilə kontakt yaratmaqda kömək etməkdir. Buna necə nail olmaq olar? Bu uşaqların davranışlarının korreksiyası üçün bir sıra tapşırıqlar işlənib hazırlanıb. Lakin nəticə əldə etmək üçün bu tapşırıqlar mütəmadi yerinə yetirilməlidir, onlar uşağın həyatının bir hissəsi olmalıdır. Valideynlər yadda saxlamalıdırlar ki, autist uşaqlar belə demək olarsa, ləng uşaqlardır və dəyişikliklərin tez bir zamanda görünəcəyini gözləmək lazım deyil. İlk nəticə bir neçə ay və ya il sonra görünə bilər.
– Valideynlər üçün hansı tövsiyələriniz var?
– Autizmli uşaq digərləri kimi şəxsiyyətdir, buna görə də ümumi tövsiyələrdən istifadə edərkən, uşağın spesifik reaksiyalarını nəzərə almaq və uşaqla işləyən zaman onları nəzərdə saxlamaq lazımdır. Autizmli uşaqlar böyüyərkən uşaqlıqlarında alüdə olduqları sahə üzrə işləyə bilərlər. Məsələn, rəqəmlər ilə maraqlanan uşaq gələcəkdə buxalter və ya vergi müfəttişi ola bilər. Uşağın adət etdiyi qaydalara riayət etməyə çalışın. Uşaqla hər gün məşğul olmaq lazımdır. Bu, çox çətindir, lakin gündəlik məşğələlər müsbət nəticəyə gətirə bilər. Əvvəlcə 5 dəqiqədən başlamaq lazımdır, tədricən məşğələnin vaxtını gün ərzində 2-3 saata qədər uzatmaq olar. Amma əlbəttə ki, fasilələr ilə. Autist uşağa “dayan” sözünü öyrətmək lazımdır. Belə uşaqların müxtəlif fobiyaları olur, onlar real təhlükəni görməyə bilərlər. Maşın yolunu baxmadan keçmək, isti əşyalara toxunmaq və s zamanı “dayan” sözünü bilən uşaq travmalardan qurtula bilər. Bunu belə etmək olar: birdən hər hansı bir hərəkəti dayandırıb möhkəm “dayan” demək. Bu yolla uşaq ondan nə tələb olunduğunu tədricən başa düşəcək. Autist uşaqlar adətən televizora baxmağı xoşlayırlar, lakin onlara məhdudiyyət qoymaq lazımdır. Onların digər uşaqlarla ünsiyyətini təmin etmək lazımdır. Bu, autistlərin sosiallaşmasına kömək edər. Uşaq bağçasına getmələri də yaxşı nəticə verə bilər. Valideynlər uşaqla mümkün qədər çox söhbət etməlidirlər. Yadda saxlamaq lazımdır ki, autist uşaqların digər uşaqlara nisbətən daha çox ünsiyyətə ehtiyacı var. Təbii ki, onlar da bəzən tək qalmaq istəyə bilərlər. Onlar üçün “gizli” guşə yaratmaq lazımdır ki, öz fikirləri ilə təkbətək qala bilsinlər və onlara heç kim mane olmasın. Uşaqları müxtəlif inkişafetdirici mərkəzlərə aparmaq məqsədəuyğundur. Məhz bu mərkəzlərdə uşaqla necə düzgün işləmək barəsində məlumat əldə etmək olur. Uşağınızla onun bütün vəziyyətlərini, narahatlıqlarını birgə yaşayın. Siz uşağınızı onun özündən də yaxşı başa düşməyi öyrənməlisiniz. Uşağınızın etimad və səmimiyyətini qazanmağa çalışın. Müvəffəqiyyət və səhvlərinizi diqqətlə təhlil edin. Hər zaman yeni yanaşmalar tapmağa çalışın. Tərəfdaş axtarın, sizə kömək etmək istəyən insanlar hər yerdə var, lakin onları tapıb vəziyyəti başa salmaq lazımdır. Sizi başa düşməyib kömək etməyənlərdən inciməyin, ümidsiz bir hala düşməyin. Heç bir zaman ümidinizi itirməyin, qalibiyyətinizə inanın. Əgər sizə indi çox çətindirsə, nə vaxtsa – gələcəkdə daha yaxşı olacağını düşünün. Təəssüf ki, autizm sindromunun yaranma səbəbi konkret olaraq məlum deyil. Son dövrlərdə aparılan tədqiqat işləri, çoxsaylı elmi araşdırmalar autizmin genetik bir qusur olması ehtimalını gücləndirir. İstifadə olunan preparatlar əsasən hiperaktivliyi azaldan və diqqətin artmasına kömək edən, bilavasitə uşaqların təlimlərdən daha çox faydalanmasına kömək edən preparatlardır. Autist uşaq və yeniyetmələrin sosial adaptasiyasının yaxşılaşdırılması məqsədi ilə pedaqoq və psixoloqlar tərəfindən aparılan korreksiya üsulu, qrup terapiyası və fərdi məşğələlərin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Səbr və proqramlı şəkildə aparılan xüsusi təlim-tərbiyə vasitəsilə autizmli uşaqlara gündəlik həyat bacarıqlarını, danışmaq və ünsiyyət qurmaq bacarıqlarını aşılamaq mümkündür. Holdinq terapiyası 1983-cü ildə (holdinq-saxlamaq) həkim M.Welch tərəfindən yaradılmış sadə psixoterapevtik texnikadır. Bu terapiya autist uşaqları olan ailələrə psixoloji kömək forması kimi tətbiq olunur. “Holdinq”üsulu 3 hissədən ibarətdir: 1. Konfrontasiya; 2. Müqavimət; 3. İcazə.
Vizualizasiya üsulu (“Sevgi hədiyyəsi”) 2004-cü ildə yaradılmış maraqlı bir üsul olub psixoloqun uşaqla fərdi qaydada iş aparması ilə yanaşı, valideynlərlə də psixoloji iş aparmasını nəzərdə tutur. Tətbiq olunan üsulun köməyi ilə uşaq qapalı vəziyyətdən çıxarılır.
Qum terapiyası – autist yeniyetmələrin inkişafına müsbət təsir göstərir. Aromaterapiya və musiqi terapiyası ilə gücləndirildikdə isə daha böyük imkanlar təqdim edir. Qumla məşğələlər, xüsusi seçilmiş musiqi parçalarının eləcə də, təbiət səslərinin (dəniz, çay, şəlalə səsi, quşların nəğməsi və. s) sədaları altında daha effektli təsir edir. Emosional vəziyyəti tənzimləyir.
Autist yeniyetmələrin sosial adaptasiyasında kollektiv oyunların, fərdi və qrup məşğələlərinin, açıq havada gəzintilərin və ekskursiyaların rolu böyükdür. Çox az təsadüf olunmasına baxmayaraq, uşaq inkişafı mütəxəssislərinin, pedaqoq və psixoloqların valideynlərlə birgə apardığı uğurlu inkişafetdirici tədbirlər nəticəsində autizmin təsirindən xilas olub normal həyata qovuşan uşaqlar da var.
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Autizimli uşaqlar
Kateqoriyalar
Özəl
Layihələr
- Seçki 2020
- Ramazan
- Video Xəbərlər
- Qurban Bayramı
- Beynəlxalq Media Forumu
- DÇ-2018
- Türkiyə Prezident Seçkiləri 2018
- Seçkilər 2018
- #Cümhuriyyətüçünyaz
- Formula 1 / Bakı 2017
- Simpozium 2017
- İslam Həmrəyliyi Oyunları
- Referendum
- 15 Temmuz Milletin İradesi
Struktur
- Haqqında
- Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
- +99412 432 12 22
- +99455 681 11 82
- [email protected]
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
Ana Səhifə Sağlamlıq Autizmli və əqli geriliyi olan uşaqların müalicəsi – Duyu bütünləmə nədir?
!Reklam – Arxiv
Yeni Çağ Media Qrupu – İyul 24, 2020 – 17:07
!Reklam – Yazi
Son illərdə ölkəmizdə duyu bütünləmə dərs-müalicə üsulu geniş yayılmaqdadır.
Duyu bütünləmə dərs müalicəsi əsasən autizmli və inkişaf geriliyi olan uşaqlarda daha böyük təsirə malikdir. İnkşaf geriliyi uşaqlarla körpə yaşlarından Duyu bütünləmə dərs-müalicəsi ilə məsğul olduqda onlarda autizm riskini azaldir və zamanla hətta autizmi bitirədə bilir. Ancaq təəssüf ki, ölkəmizdə bir çox uşaq mərkəzlərində duyu bütünləmə dərs-müalicəsi adı altında müalicəvi idman, təməl idman bacarqıları dərsləri keçirilir ki, buda duyu bütünləmədən tamamilə fərqlənir. Məhz valideynlərin buna diqqət etməsi vacib şərtdir. Ölkəmizə ilk olaraq duyu bütünləmə dərs-müalicəsini gətirən, mütəxəsis İlkin Alizadə bildirir ki, Amerika və Avropa ölkələrində inkişaf geriliyi və autizimli uşaqların müalicəsində duyu bütünləmə dərs-müalicəsi mütləq tətbiq edilir. Duyu bütünləmə dərs-müalicəsi tibbi elmində sensor inteqrasiya terapiyası və onun tətbiqi adlanır. Sensor inteqrasiya nədir və necə tətbiq olunur? Həssas inteqrasiya müalicəsində əsli olan kimi; uşağın hiss problemlərinin aradan qaldırılması, nevroloji səviyyədə beynin daimi inkişafını təmin edən beyin plastikliyi. Müalicə seanslarının əvvəlində ətraflı bir qiymətləndirmə aparılır və sensor profil müəyyən edilir və uşağın problem yaşadığı sahələr müəyyənləşdirilir. Problemli ərazilərdəki pozğunluğun gündəlik həyatda necə əks olunduğu, ailədən ətraflı məlumat alındığı və müvafiq terapiya proqramının tərtib edildiyi müşahidə olunur. Müalicə zamanı ailə prosesin ən vacib hissəsidir və terapevt və ailə uşaq daxil olmaqla bir komanda şəklində birlikdə işləməlidirlər.
Müalicə prosesində, standart müalicələrdən fərqli olaraq uşağın duyusal ehtiyyaclari nəzərə alınır və ailəyə uşağın nəyə ehtiyac olduğunu başa düşmək üçün təhsil verilir. İlkin Alizadə qeyd edir ki, yadda saxlamaq lazım olan ən vacib məqam, müalicələrə qatılan uşağın fərdi olması və heç vaxt standartlaşdırıla bilməməsidir. Müalicələr uşağa və ehtiyaclarına yönəldilir. Müalicə zamanı uşağı yaxşı hiss etmək, ünsiyyət qurmaq, fikir istehsal etmək, həll yolları tapmaq, qurulmuş bir mühitdə oyun təsəvvür etmək və iştirak etmək təmin edilir. Duyu bütülənmə dərs-müalicəsi zamanı uşaq sadəcə terapevt ilə oynayır və öz daxili motivasiya ilə sinir sistemini inkişaf etdirməyə istiqamətləndirir. Bu səbəbdən, sensor inteqrasiya terapiyası yalnız peşəkar bir fizioterapevt və ya ergoterapist tərəfindən peşəkar şəkildə həyata keçirilməlidir.
Müalicəni həyata keçirən terapevt üçün uşağın daxili motivasiyasını artırmaq və müalicə prosesini ən sürətli və effektiv şəkildə inkişaf etdirmək üçün xarici tənzimləmə və müdaxilələr etmək üçün təchiz edilmiş və təcrübəli olması vacibdir. Qeyd edək ki, mütəxəsis İlkin Alizadə ölkəmizdə 2015-ci ildən duyu bütünləmə dərs-müalicəsi ilə məşğuldur. Duyu bütünləmə dərs-müalicəsi ilə bağlı Türkiyədə təhsil alan İlkin Alizadə bu sahənin incəliklərini əldə edib. Türkiyədə təhsilini başa vurduqdan sonra hər il, ildə 3 dəfə olmaqla uşaq psixologiyasi ve duyu dəngə bütünləşməsi üzrə Praxis Motor terapiyasına da sahiblənmişdir. (İlkin Alizade – instagram.com) Duyu bütünləmə dərs-müalicəsi ilə ölkəmizdə xeyli sayda autizm və inkşaf geriliyi uşaqların sağalmasında xidmətləri olan İlkin Alizadə 2018-ci ilin aprel ayında dünya duyu bütünləmə konfransında Azərbaycanı təmsil edib. O, həmçinin Jean Ayrensin A -Class terapiyasını mükəmməl öyrəndiyi üçün dünyaca məşhur terapist Susanne Smith Roleye tərəfindən Coliforniya universtetinin resmi sertifikatı ilə təltif edilmişdir. Bildirək ki, duyu-bütünləmə dərs-müalicəsini Amerikada ergoterapist A.Jean Ayres inkişaf etdirmişdir. O, duyu bütünləmə terapiyasının təməlini qoyan vəsait və texnikaların tətbiqinə töhvələr vermişdir. Bu yeni terapiya modeli, uşaqlardakı duyğusal və motor çətinlikləri müalicə (terapiya) edən erqoterapistlərin pasientə baxış şəklini dəyişdirmişdir.
www.yenicag.az
- ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Autizmli insan oxuya, işləyə, evlənə bilərmi? – Autizmli uşaqlar üzrə mütəxəssisdən ilginc açıqlamalar
Azərbaycanda autizm sindromlu uşaqların artması ilə bağlı həyəcan siqnalı verilib. Medicina.az olaraq bu problemi diqqətdə saxlayırıq. Qeyri-rəsmi statistikaya görə, hər 68 uşaqdan biri autist doğulur. Artıq dünyada bu məsələ istər dövlət, istər qeyri-hökümət təşkilatlarının diqqətindədir. Dünya autizmin səbəbini araşdırıb tapa bilməsə də, bu diaqnoz qoyulmuş uşaqların cəmiyyətə qatılması, normal yaşamı üçün metodikalar hazırlayır. Bu metodikaları tətbiq edənlər isə təlimçilərdir.
Bakı Autizm idman ve yaşam klubunun baş koordinatoru, uzun müddətdir autizmli uşaqlarla təlimçi kimi çalışan İlham Osmanlının bu sindrom barədə öz fikirləri, müşahidələri, autist uşaqlarla davranış barədə məsləhətləri bu problemi yaşayan ailələrə çox gərəkli ola bilər.
Çox ailələr bilmir, elə autist var idi, 19 yaşına çatmışdı, anası indi gətirmişdi seminara.
O nə müstəqil yeyə bilirdi, nə tualetə gedə bilirdi.
– İlham bəy, öz müşahidələrinizə əsasən autizmin səbəbini nədə görürsüz? Niyə bu sindrom yayılır? Valideynlər nə deyir: nədən sonra uşaq autist olur?
– Autizmin dəqiq səbəbi təəssüf ki, məlum deyil. Dünyada alimlər bunun üzərində çalışır. Bir ehtimala görə, beyinlə bağırsaq arasındakı vəhdətin pozulması göstərilir. Alimlər bu iki orqanın arasında qalıblar. Son elmi-tibbi araşdırmalar da bu orqanlar üzərində aparılır. Çünki bu uşaqların qəbizlik, ishal problemləri olur, bağırsaqlardan qida qana keçir, bu da beyinə təsir edərək, müəyyən qüsurlar yaradır.
1967-ci ildən İsrail və Amerikada Autizm Araşdırma institutu yaradılıb, mütəxəssislər bu sindromun yaranma və reabilitasiya yollarını araşdırır. Hələ ki, vahid bir müalicə protokolu, xüsusi dərman və reabilitasiya metodikası dünyada yoxdur.
Autizm özü ümumi psixi inkişafın ləngiməsinin bir növüdür. Bu sindromun altında çox sayda sindromlar yatır. Bu səbəbdən autizmli uşaqların hər biri fərqlidir. Hardasa 2 il əvvəl 4 oğlandan bir qızda rast gəlinirdi. İndi isə 5 oğlandan bir 1 qızda rast gəlinir.
Autizmi nə ana bətnində, nə doğulandan sonra USM, dopler , analiz və aparatlar təyin edə bilmir. Ən tezi 2-3 yaşında məlum olur. Proqressiv və reqressiv kimi 2 forması var. Bəzən ailə görür ki, uşaq 3 yaşına kimi sərbəst danışır, ünsiyyət qurur, lakin 3 yaşından sonra nitq, əqli inkişaf birdən-birə dayanır, geriləyir. Bunun da səbəbi bilinmir.
Valideynlər çox fikirlər deyirlər: uşaq qorxdu, iynə vurdurdum, ya nəsə oldu birdən dəyişdi. Belə bir şey yoxdur. Ilkin olaraq simptomlar harda, nədən başlayır bilinmir. Ola bilər valideynlər diqqətli olmayıb, halbuki uşaq 1 yaşından o simprtomları biruzə verib. Ailə nə qədər ayıq olarsa, uşağı nə qədər tez mütəxəssisə gətirərsə, sindromun reabilitasiyası bir o qədər asan olar.
1967- ci ildən Amerikada Autizm araşdırma insitutu yaradılıb. Hansı ki, Azərbaycanda hələ bu sindrom məlum deyildi. Deməli o vaxtkı autist insanlar sadəcə əqli xəstə kimi cəmiyyətdən təcrid olunurdu. Onların taleyini düşünəndə insan dəhşətə gəlir.
Düzdür o vaxt say da belə çox deyildi. Deyilənlərə görə, 2025- ci ildə orta hesabla hər ailədə bir autist olacaq.
– Ailə autist övladı olduğunu bilən kimi nə etməlidir? Təlim mərkəzlərində uşağı nələr gözləyir?
– Ailə ilk növbədə düzgün mütəxəssisə müraciət edib, övladını bir təlim mərkəzinə qəbul etdirməlidir. Çünki autist uşaqla ata-ana davrana bilməz, bu çox çətindir.
Autizmin yüngül sindromu olanlar var, onlar cəmiyyətə asanlıqla qatılır. Məsələn məşhur futbolçu Messi, dahi Şopen, Eynşteyn autizm olublar. Zamanla bu sindromdan çıxıblar. Bəziləri var ki, vaxtında düzgün təlimlərlə vəziyyətdən çıxırlar, irəliləyiş olur, bəziləri isə həyatı boyu cəmiyyətə normal isteqrasiya edə bilmirlər. Bu uşaqlara gündəlik şəxsi həyatında bəzi vərdişləri öyrədərək, ailədə, evdə normal davranması üçün və ailə üzvlərinə yük olmasın deyə təlim verə bilirik: soyunub-geyinmə, yemək yemə, yuyunma, tualet, yerini yığışdırma və s.
Bizim mərkəzdə başlıca xətt idman, fiziki sağlamlıq və hərəkətlədir. Bunun altında digər metodikalar tətbiq olunur. Uşaqlara parkda gəzmək, nəqliyyatdan istifadə etmək, insanlarla ünsiyyət, kafedə yemək yeməyi öyrədirik. Bizdə Əmrah adlı uşaq var, o artıq mərkəzə özü gedib gəlir. Kamal var, uzaqdan müşahidə altında özü gedib gəlir. Metrodan istifadə edirlər.
Dünyada müxtəlif terapiya formalarından – su ilə, oksigen müalicəsi, idman, delfinlər, atlarla terapiya,pəhrizdən istifadə olunur.
– Elə ailələr var ki, övladının autist olduğunu bilmir. Əqli qüsurlu, şikəst uşaq kimi evdə saxlayır, yatağa məhkum edir
– Bəli, biz bölgələrdə seminarlarda olduqda bu halları çox görürük. Ailələr bilmir, elə autist var idi, 19 yaşına çatmışdı, anası indi gətirmişdi seminara. O nə müstəqil yeyə bilirdi, nə tualetə gedə bilirdi. Belə insanlara daimi baxıcı olmasa çətin olur. Halbuki vaxtında gətirsəydi, özünə qulluq hərəkətlərini öyrənə bilərdi.
– Autizmli uşaqlar arasında ölüm faizi çoxdurmu? Uzun yaşayırlar, ya qısa?
– Dəqiq deyə bilmərəm, amma yaşayırlar. Türkiyədə 32 yaşlı autist görmüşdüm. Bizdə də 28-30 yaşına kimi var.
Autizm xəstəlik deyil, sindromdur. Autistlər kifayət qədər fiziki normal insanlardır. Əgər təlim almazlarsa, heç nə bacarmayacaqlar. Ölməyəcək, yaşayacaq, amma daim kimdənsə asılı olacaq.
– Bəs müəyyən yaşa çatdıqdan sonra evlənə bilərlərmi?
– Belə bir məlumat var ki, Amerikada bu sindromlu insanları evləndirmək kimi təcrübə keçirilib. Ola bilər Azərbaycanda hardasa ailələr var, övladı autistdir, amma diaqnozunu bilmir, oğlan böyüyüb, onu evləndiriblər. Əgər normal təlim keçibsə, özünü idarə edirsə, niyə də evlənməsin. Mərkəzimizdə indi elə uşaqlar var ki, gələcəkdə evlənmək üçün uyğun olduqlarını görürəm.
Bir şağirdimiz var ərəbcə yazır, halbuki ərəb deyil. Hardasa görüb, yadında qalıb.
– Bəs bu uşaqların danışması, yazması, fikrini izah etməsi, nitqi hansı səviyyədə olur?
– Bu da baxır autizmin dərəcəsinə. Çoxu danışır. Bəziləri isə indi danışmır, ola bilər, gələcəkdə danışacaq. Elə uşağımız var idi, danışmırdı, 10 yaşında nitqi açıldı. Amma hər şeyi başa düşürlər. Bəzi autistlər türkcə cizgi filmlərinə baxır, türkcə danışır. Bir şağirdimiz var ərəbcə yazır, halbuki ərəb deyil. Hardasa görüb, yadında qalıb. Bəziləri var çox üstün fotoyaddaşa malik olurlar. Nəyisə gördülərsə, yaddaşlarına yazılır. Öz-özünə çox danışan uşaqlar var. Bİr filmə baxarlar, onu olduğu kimi danışarlar. Məktəbə gedən autistlərimiz də az deyil.
– O zaman autistlər qəribə, fərqli, seçilən insanlardır?
– Bəli. İstedadsız autist yoxdur. Eləsi var musiqini duyur, eləsi var yaxşı rəsm çəkir, eləsi var idmanı sevir. Bizim də mərkəzimizin əsas məqsədi odur ki, bu uşaqları bacardığı, üstün olduğu sahəyə yönəldək. 40-50 uşaqdan üçünü cəmiyyətə tam adaptasiya etdirə bilsək, bu artıq uğurdur.
Mən özümün bir düşüncəm var: bu uşaqların hər biri bir dahidir. Hətta çox məqamlarda bizdən üstündürlər. Sadəcə onları anlamaq lazımdır. Elə autist var, kitabı verirsən, 10 səhifəni oxuyur, sonra oxudugunu dəqiqliklə danışır. Eləsi var rəqəmləri, telefon nömrələrini yadda saxlayır.
– Gələcəkdə nə kimi sahələrdə çalışa bilərlər?
– Bacardığı hər sahədə. İdman, rəssamlıq, yaradıcılıq, dülgərlik, hər hansı sənət, kənd təsərrüfatı sahələrində..
– Bir idman mərkəzi kimi autist uşaqların idman sahəsində uğurları varmı? Ölkəmizi yarışlarda təmsil edə bilirlərmi?
Əsas uğurlarımız elə idmanla bağlıdır. Atletika, dama, tennis, velosiped, üzgüçülük və s. Azərbaycanda ilk dəfə autist uşaqlar arasında idman yarışları keçirdik. Türkiyədə tennis yarışlarında ikinci yeri tutduq. 2020-ci ildə Tokioda parolimpiya oyunları olacaq, biz öz uşaqlarımızı bu oyunlara hazırlayırıq. Əgər iştirakımız alınsa, autist uşaqlar Azərbaycan idmanına dünya səviyyəsində uğurlar qazandıra bilərlər.
Elə uşaq var, 3-4 ay məşğul olursan, heç bir reaksiya yoxdur. Amma birdən partlayış olur.
– Bəs bu iş sizin özünüz üçün çətin deyil? Adam dəli olmaq dərəcəsinə gələ bilər.
– Bu iş könül, ürək işidir. Autist uşaqları sevməyən adam çalışa bilməz. Autist uşaqların təlimçisi olmaq sadəcə peşə deyil, işə girim, pulumu qazanım. İllər keçdikcə bu işdə çalışanlar etiraf edir ki, onlarda yaddaş zəifləyir, bəzən uşaqlardakı kimi hansısa hərəkətləri təkrarlayırlar, tez qocalırlar, depressiv olurlar. Mən günün 9-10 saatını bu işdəyəm.
Bu sahə mənim üçün elm ocağıdır. Öz yaradıcılığımı, biliyimi, təcrübəmi metodikalarımı inkişaf etdirirəm. Bu işə gərək özünü qurban verəsən. Bizim könüllülərə, peşəkar təlimçilərə ehtiyacımız var. Mütəxəssis çatışmazlığı var. Uşaq çoxdur, getdikcə artır, amma təlimçi azdır. Mərkəzimizdə dünya və Avropa çempionları təlimçi kimi çalışıblar, amma dözməyiblər. Çox soyuqqanlı olmaq lazımdır. Uşağa rəhmin gəldisə, onu inkişaf etdirə bilməyəcəksən. Uşaq saatlarla ağlayır, gərək dözəsən. Burda nəticə bəzən aylarla, bəzən illərlə əldə olunur. Elə uşaq var, 3-4 ay məşğul olursan, heç bir reaksiya yoxdur. Amma birdən partlayış olur.
Hazırda 32 nəfər müəllim- təlimçi var. Onlara Yaşam liderləri deyilir. İdman akademiyasını, sosial fakültə, psixologiyanı bitirənlər çalışa bilər. 1 uşaqla bir təlimçi günboyu məşğul olur. Bu problemdən çıxış yolu üçün ailə yaxşı maariflənməlidir. Ailənin və yaxşı mütəxəssisin köməyi ilə autist uşağı cəmiyyətə adaptasiya etmək mümkündür.
Gələcəkdə elə autist uşaqların özlərini də məşqçi, nəzarətçi kimi işə götürmək olar. Onlar artıq bunu bacaracaq. Düşünürəm ki, autistləri onları anlayacaq insanlardan və özlərindən başqa heç kim yaxşı başa düşə bilməz.
Comments are closed, but trackbacks and pingbacks are open.