Avropa Birliyi Cənubi Qafqaz üçün xüsusi plan hazırlayır
Ahto Lobyakasın bildirdiyinə görə, artıq adı çəkilən üç Qafqaz dövlətinin hər birinə ümumi razılaşma forması təklif olunub.
ABŞ-ın Cənubi Qafqaz siyasəti: həqiqət inkar olunanda.
Dünyada gedən geosiyasi proseslər Amerikanın yeni şəraitdə oynaya biləcəyi rolu ilə bağlı analizləri də aktuallaşdırır. Moskva Karnegi Mərkəzinin ABŞ-ın Cənubi Qafqazdakı siyasətinin təhlilinə həsr edilmiş hesabat hazırlaması bu baxımdan maraq doğurur.
Milli.Az newtimes.az-a istinadən xəbər verir ki, orada Vaşinqtonun bu ziddiyyətli regiondakı fəaliyyətinin tarixçəsinə qısa nəzər salınır və dəyişən şəraitdə onun əsas istiqamətlərindən bəhs edilir. Müəlliflər qeyd edirlər ki, son zamanlar Avropa beynəlxalq təhlükəsizlik sisteminin dağılması, enerji daşıyıcıları bazarında baş verən dəyişikliklər, Cənubi Qafqazın cənub sərhədləri yaxınlığında qeyri-sabitliyin artması, Avropa İttifaqının daxili problemlərinin çoxalması və ABŞ-da hakimiyyət dəyişikliyi Vaşinqtonun bu regiona olan siyasətinə də təsir etməkdədir. Eyni zamanda, analiz müəllifləri region ölkələrinin geosiyasi statusu barədə də fikir bildirirlər. Onların mövqeyi əksər məqamlarda qərəzli və səthidir. Bu aspektdə daha geniş təhlil aparılmasını lazım bildik.
ABŞ-ın Cənubi Qafqaz təcrübəsi: ikili standartların əsirliyində
Amerikanın Cənubi Qafqaz siyasəti öz aktuallığını saxlayır. Bu barədə kifayət qədər mütəxəssis rəyi mövcuddur. Ekspertlər daim məsələnin müxtəlif aspektləri haqqında fikir bildirirlər. ABŞ-da rəhbərliyin dəyişməsi ilə Cənubi Qafqaz siyasətində müəyyən çalarların yeniləşməsi mümkündür. Artıq 25 ildən çoxdur ki, həmin sahədə təcrübə toplanıb. Region dövlətləri ilə dünyanın ən qüdrətli ölkəsi arasındakı əlaqələrin hansı istiqamətdə inkişaf edə biləcəyi, təbii ki, indi də ciddi maraq obyektidir. Bu bağlılıqda Moskva Karnegi Mərkəzinin bir analitik hesabatı diqqətimizi çəkdi (bax: Eugene Rumer, Richard Sokolsky, Paul Stronski. Политика США на Южном Кавказе: Армения, Грузия и Азербайджан / Carnegie.ru, 13 fevral 2018).
Onun məzmunu ilə tanışlıq göstərir ki, müəlliflər yeni mövqe nümayiş etdirməyiblər, dərin təhlil ortaya qoymayıblar. Ancaq həm qlobal geosiyasi proseslərin ümumi təkamül tendensiyası, həm də regional təhlükəsizliyin müəyyən elementlərinin dərk edilməsi kontekstində bir sıra tezislərə rast gəlinir. Öncədən vurğulamaq istərdik ki, hesabatda ənənəvi qərbçilik və ikili standart elementləri yer alıb. Xüsusilə hesabatda Azərbaycanla Ermənistana yanaşmada və onların geosiyasi mövqelərini qiymətləndirmədə Qərb KİV-lərində tez-tez rast gəlinən bəsit yanaşma qabarıq şəkildə mövcuddur. Görünür, bu mərəz bütövlükdə Amerika və Avropa siyasi-analitik şüurunda möhkəm yer almaqda və xeyli dərəcədə ehkama çevrilməkdədir.
Problemə bu özəlliyi nəzərə almaqla yanaşdıqda, məsələ daha da aktual görünür. Çünki məlum olur ki, Qərb siyasi dairələri tutduqları ikili standartlar və məxsusi maraqlar mövqeyindən çıxış etmək şakərindən imtina etmək fikrində deyillər. Bəs bu şərt daxilində ABŞ-ın Cənubi Qafqaz siyasətinə necə geosiyasi-nəzəri qiymət vermək olar?
Hər şeydən əvvəl, müəlliflər vurğulayırlar ki, “Birləşmiş Ştatların Cənubi Qafqazda ciddi, ancaq həyati əhəmiyyəti olmayan maraqları var” (bax: əvvəlki mənbəyə). Bu, hansı maraqlardır? Birincisi, regionda sabitliyi saxlamaq. İkincisi, “dondurulmuş münaqişə” zonalarında hərbi əməliyyatların bərpasının qarşısını almaq. Üçüncüsü, demokratik islahatlara və dövlət idarəçilik sistemini təkmilləşdirməyə dəstək. Dördüncüsü, Azərbaycan, Ermənistan və Gürcüstanın dünya birliyinə inteqrasiyasına nail olmaq (bax: əvvəlki mənbəyə).
Deməli, Vaşinqton üçün sadalanan məqamlar vacibdir, lakin bu, “ölüm-qalım” məsələsi deyil. Bu o deməkdir ki, özü üçün ciddi təhlükə hiss etdikdə ABŞ onların hər hansı birindən, yaxud hamısından imtina edə bilər. Deyək ki, 2008-ci ildə Rusiya Gürcüstanı qısamüddətli müharibədə milçək kimi əzəndə, gürcülərin “Con dayısı” elə də müqavimət göstərə bilmədi. Onlar ancaq “gərgin” diplomatik fəaliyyətlə Rusiyanın daha da irəliləməsinin qarşısını aldılar. Ancaq Moskva istədiyinə nail oldu: Abxaziya və Cənubi Osetiya Rusiyanın tam nəzarətinə keçdi ki, indiyə qədər bu reallıq dəyişməyib. Əksinə, Tbilisi Moskva ilə əlaqələrə can atır.
Başqa misal Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktının Amerika xarici siyasətində nə dərəcədə obyektiv nəzərə alınması ilə bağlıdır. Hələ keçən əsrin 90-cı illərində ABŞ Konqresi bədnam “907-ci düzəlişi” qəbul edib. Bu sənədə görə, Azərbaycana dəstək məsələsinə Ermənistanı “blokadada” saxladığı səbəbindən məhdudiyyət qoyulur. Lakin Ermənistana olan yardımlar davam edir. Bunu müəlliflər ayrıca qeyd edir, üstəlik, ona haqq qazandırırlar. Onlar yazırlar ki, “Ermənistan qismən azad ölkədir. Azərbaycan getdikcə daha çox avtoritarizmə yuvarlanır və Qərb tərəfdaşlarından uzaqlaşır. Gürcüstan demokratik islahatlar aparır, xarici siyasətdə isə Qərblə yaxınlaşmağa can atır” (bax: əvvəlki mənbəyə).
Burada Gürcüstan haqqında deyilənlər qismən reallığa uyğun gəlir, Ermənistan barədə ifrat tərəfkeşlik, Azərbaycan haqqında qeyri-obyektivlik mövcuddur. Faktlara müraciət edək.
Gürcüstan faktoru: “sevimli uşaq” və regionun reallıqları
Gürcüstanda demokratik islahatlar bir müddət ölkənin özünəməxsus tarixi-siyasi ənənəsinə uyğun aparıldı. 2012-ci ildən bu yana isə həmin proses demək olar ki, dayanıb. Bunun əvəzində cəmiyyətdə milli-radikal yanaşmanın elementləri özünü göstərməkdədir. Gürcüstanın fərqi ondadır ki, həmin milli-radikal yanaşma qanun pərdəsi altında həyata keçirilir (Amerika üslubunu hiss edirsinizmi?). Gürcü analitiklərin bəziləri vurğulayırlar ki, hazırda cəmiyyət hansı ideoloji istiqamətdə getməli olduğunu qətiləşdirə bilmir. Bir qisim Rusiyaya, digəri isə Qərbə meyl etməkdədir.
Ancaq xarici siyasətdə Qərblə geosiyasi, hərbi və iqtisadi yaxınlaşma kursu saxlanılır, eyni zamanda, Rusiya ilə əlaqələrin inkişafına da ayrıca diqqət yetirilir. Rusiyalı ekspert S.Markedonov yazır ki, kuluarlarda gürcü siyasətçiləri və ekspertləri Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan ehtiyat etdiklərini və Rusiyanın onlara balans olmasını arzuladıqlarını ifadə edirlər (bax: Сергей Маркедонов. Победа “и – и”. Как Армении удается совмещать европейскую и евразийскую интеграцию / Carnegie.ru, 27 noyabr 2017).
Tbilisinin belə bir mövqe tutması onun öz işidir. Lakin bəzi tarixi faktları xatırlatmağa ehtiyac vardır. Cənubi Qafqazda üç respublikanın hər biri müstəqillik əldə edəndə, məhv olmaqda olan Gürcüstanı çökməyə Azərbaycan qoymadı. Bakı hətta öz vətəndaşlarının payından kəsərək Gürcüstana yardım etdi. Bu, daha çox enerji sahəsinə aid idi. Əgər paytaxt Tbilisidə belə qaz, işıq və neft olmayanda, Azərbaycan fədakarlıq etməsəydi, indi gürcü siyasətçiləri və analitikləri Gürcüstanın müstəqilliyi və azadlığından danışmazdılar.
Eduard Şevardnadze və Mixeil Saakaşvili dəfələrlə Azərbaycanın həyati əhəmiyyətli yardımından bəhs ediblər. Özü də Azərbaycan Gürcüstandakı radikal-milliyyətçi ünsürlərin azərbaycanlılara qarşı zorakılıq tətbiq etdiyi, onları hətta deportasiyaya uğratdıqları zaman dəstəyini əsirgəmədi. Türkiyəyə gəldikdə isə, bütün imkanı ilə Gürcüstanın müstəqilliyi arxasında durdu. İqtisadi-ticari, hərbi və digər aspektlərdə Ankara Tbilisini yalnız buraxmadı. 2008-ci il müharibəsində də Türkiyə Gürcüstanı müdafiə etdi. Qədirbilən gürcü xalqı bunları əsla unutmur və indi də minnətdarlıq hissi ilə bu barədə danışırlar.
Azərbaycanın Amerikanın da razılığı ilə Gürcüstana geosiyasi kontekstdə verdiyi ən böyük dəstək özünün enerji resurslarını etnik və tarixi cəhətdən özünə yaxın olan İran vasitəsilə deyil, məhz Gürcüstan xətti ilə nəqlinə üstünlük verməsindədir. E.Rumer, R.Sokolsky və P.Stronski bununla bağlı yazırlar ki, enerji layihələri hesabına Gürcüstan büdcəsini idarə edə bilir və bunu Amerika çox dəstəkləyir (bax: Eugene Rumer, Richard Sokolsky, Paul Stronski. Политика США на Южном Кавказе: Армения, Грузия и Азербайджан / Carnegie.ru, 13 fevral 2018).
Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Gürcüstana verdiyi dəstəyə görə müəyyən kənar təzyiqlərə məruz qalıb. İndi Tbilisi “birtərəfli Azərbaycan və Türkiyə əməkdaşlığından” qurtulmağı düşünür? Yoxsa “demokratik” Amerika belə olmasını arzulayır? Bu da Tbilisinin öz işidir, lakin yaddaş qısalığı həmişə dövləti və milləti köləlikdən köləliliyə sürükləyər!
İşğalçıya yardım, yaxud “907-ci düzəliş”in səhv ünvanı
Ermənistan məsələsinin tarixçəsi başqa hadisə ilə bağlıdır. Bu vassal və forpost dövlətə münasibəti Karnegi Mərkəzinin müəllifləri Amerikada güclü erməni diasporunun olması ilə əlaqələndirirlər. Hesab edirlər ki, diaspor daim Vaşinqtonun İrəvana diqqət göstərəcəyini təmin edəcək. Belə çıxır ki, Vaşinqton reallığa, faktlara, bölgədəki xalqların hər birinin hüququnun təmin edilməsi prinsipinə və ədalətə deyil, bir qrup erməninin dünyaya baxışına əsaslanaraq Cənubi Qafqazda hərəkət edir? Hesabat müəllifləri bunun adını nə qoyurlarsa qoysunlar, real məzmunu tərəfkeşlikdir! Bu, ermənilərin minlərlə Azərbaycan insanının hüququnu tapdalamasına, haqqın itirilməsinə və ikili standartlara demokratik don geyindirmək deməkdir.
Görünür, buna görədir ki, təcavüzkar Ermənistana “907-ci düzəliş”i tətbiq etmək əvəzinə onu torpaqları işğal olunmuş Azərbaycana yönəldiblər. Eyni zamanda, işğalçıya hərtərəfli dəstək verməkdədirlər. Təbii ki, belə bir şəraitdə Ermənistan Qərbin “şıltaq çocuğu” kimi özünü aparacaq. İndi amerikalı ekspertlər Cənubi Qafqazda sabitliyin saxlanması ilə Dağlıq Qarabağda hərbi əməliyyatların bərpa edilməməsi arasında sıx bağlılığı da Ermənistanı qorumaq üçün tez-tez vurğulayırlar. Çünki əgər söhbət həqiqi mənada qalıcı sabitlikdən gedərdisə (Azərbaycan həmişə buna çalışıb), onda öncə işğalçı erməni silahlı qruplarının zəbt etdikləri ərazilərdən rədd olmasını ilk olaraq Vaşinqton tələb edərdi. BMT-nin dörd qətnaməsi qalıb bir tərəfdə, Konqres Azərbaycana “907-ci düzəliş”i tətbiq edir. Budurmu demokratiya, budurmu Amerika dəyərləri? Belə bir ölkə ilə Azərbaycan geosiyasi taleyini necə və hansı şərtlərlə bağlaya bilər?
İnsan haqları məsələsinə gəldikdə isə, onu ən çox pozan Ermənistandır. Bu ölkə ərazisindən bütün qeyri-erməniləri deportasiya edib. İndi orada multikultural deyilə biləcək sosial-siyasi mühit yox dərəcəsindədir. Ermənilər azərbaycanlılara qarşı terror edə-edə bu vəziyyəti yaradıblar. Tarixi faktlar göstərir ki, XIX əsrdən başlayaraq onlar xarici havadarlarının məsləhəti və birbaşa dəstəyi ilə həmin prosesi aparıblar. İndi Ermənistan “qismən azad”, Azərbaycan isə “avtoritar” ölkə olub.
Bu cür yanaşmanın mövcud olduğu yerdə hansı strateji tərəfdaşlıqdan söhbət gedə bilər? Ermənistanın təcavüzkarlığına verilən dəstək davam etdikcə, Amerikanın Azərbaycanda geosiyasi üstünlüyündən danışmaq imkansızdır. Suriyada onların kimləri dəstəklədiyi də ayrıca faktdır. Məhz indi orada baş verənlər Qərb demokratiyası və multikultural dəyərlərə verilən “önəmi” yaxşı göstərir. Bu faktlar daha açıq şəkildə sübut edir ki, illərdir Vaşinqtonun təcavüzkar Ermənistana verdiyi dəstək tam gözlənilən imiş. Yeri gəlmişkən, bu, ATƏT-in Minsk qrupunun digər həmsədr dövlətlərinin Ermənistana dəstək vermədiyi anlamına gəlmir. Hətta Rusiyanın onun birbaşa havadarı olduğunu da hər kəs bilir, Moskva özü də bunu gizlətmir.
Ermənistanın əsl kimliyi onun Xocalı soyqırımını törətməsində ifadə olunub. Öz ərazisindən qeyri-erməniləri deportasiya edən və başqa ölkənin ərazisində müsəlmanları kütləvi surətdə qətlə yetirən rejimin yaşamaq haqqı yoxdur. Lakin Karnegi Mərkəzi adından analiz aparan müəlliflər nəinki bu məqamları xatırlatmır, hətta Ermənistanın geosiyasi şanslarına belə işarə edirlər. Onlar qeyd edirlər ki, Amerika bu ölkəyə dəstəyini və yardımını davam etdirməlidir.
İkili standartlar: hədəf Azərbaycandır!
Bu ikili yanaşmaların fonunda müəlliflərin Azərbaycanla bağlı mövqeyi olduqca gülünc və qərəzlidir. Əvvəla, onlar hansısa qeyri-hökumət təşkilatının verdiyi əsassız qiymətə uyğun Azərbaycanın ABŞ-ın Cənubi Qafqaz siyasətindəki yerini müəyyənləşdirməyə çalışırlar. Ciddi analitik yalnız tutarlı, obyektiv və elmi faktlara əsaslanar. Deyək ki, müəlliflər özlərindən bir tezis quraşdırıblar: Qərb dövlətləri Azərbaycanla əməkdaşlıqdan uzaqlaşırlar (bax: əvvəlki mənbəyə). Reallıq necədir? Azərbaycanın xarici ticarətinin 50%-i Avropa ölkələrinin payına düşür! Aİ-nin bir neçə dövləti Azərbaycanla strateji tərəfdaşlıq sazişi imzalayıblar.
İndi Avropanın siyasi liderləri Azərbaycanla uzunmüddətli əməkdaşlıq sənədləri imzalayırlar. Bunun nümunələrindən biri 2050-ci ilə qədər qüvvədə olacaq qaz sahəsində əməkdaşlıqla bağlı müqavilədir. Avropa İnvestisiya Bankı tarixində ən çox sərmayəni həmin proyekt üçün ayırıb. “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində reallaşacaq bu sərmayə Avropanın enerji təhlükəsizliyi naminə xərclənir.
Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu əlaqələndirən layihələrin təşəbbüskarıdır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri və “Yeni İpək Yolu” proyekti birbaşa rəsmi Bakının qətiyyətli və davamlı siyasi iradəsinin nəticəsidir. Ən çətin anlarda məhz Heydər Əliyev Bakı-Tbilisi-Ceyhanın həyata keçməsi üçün ilk addım atan Lider oldu. İndi isə İlham Əliyev bütün istiqamətlərdə Ulu Öndərin həmin böyük işlərini davam etdirir.
Buna görədir ki, hazırda Azərbaycan Cənubi Qafqazın ən demokratik ölkəsidir. Faktlara baxaq. Azərbaycanda bütün etnik qruplar əvvəlki kimi mehriban və bütün hüquqları təmin edilmiş şəkildə yaşayırlar. Hətta on minlərlə erməni belə burada rahat yaşaya bilir. Azərbaycan davamlı olaraq mədəniyyətlərin, dinlərin və sivilizasiyaların əməkdaşlığına həsr edilmiş beynəlxalq tədbirlər həyata keçirir. Bu tədbirlərə dünyanın müxtəlif guşələrindən minlərlə nümayəndə gəlir və böyük razılıqla gedirlər.
Azərbaycan regionda yeganə dövlətdir ki, daxili siyasətində multikulturalizmə böyük önəm verib, onu dövlət siyasəti səviyyəsinə yüksəldib. Ermənistanda, yaxud Gürcüstanda belə bir xətt varmı? Ermənistanda, ümumiyyətlə, multikultural mühit yoxdur. Gürcüstanda isə hələ də azərbaycanlıların yaşadıqları kəndlərin tarixi adları bərpa olunmayıb, əksinə, başqalarının da adını dəyişmək istiqamətində dolayı işlər aparılır. Karnegi Mərkəzi bunları bilmir? Bəlkə də bilir, lakin ikili mövqe həqiqəti deməyə imkan vermir.
Məsələni ümumi şəkildə qoya bilərik. Yəni Ermənistan Avropanın təhlükəsizliyi üçün nə edib? Rəsmi İrəvan nəinki həmin istiqamətdə heç bir addım atmayıb, hətta özünü Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmaqla daha ciddi təhlükə mənbəyinə çevrilib. Erməni ekspertlər hətta zarafatla deyirlər ki, Ermənistan Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında ora-bura qaçaraq “özünü KTMT-yə, yəni silah olan yerə təpib”! Konkret desək, Azərbaycandan fərqli olaraq Ermənistan müstəqil siyasət yeritmək iqtidarında deyil. Onun geosiyasi tərəddüdlərini ermənipərəst analitiklər “ya, ya” formulundan “və-və” formuluna keçid kimi təqdim etməyə çalışırlar. Yəni Ermənistan həm Aİİ, həm də Aİ ilə əməkdaşlıq edə bilir, onları “uyğunlaşdırır”. Rusiyalı ekspert isə hətta bunu İrəvanın “və-və” formulunun qələbəsi adlandırır (bax: Сергей Маркедонов. Победа “и – и”. Как Армении удается совмещать европейскую и евразийскую интеграцию / Carnegie.ru, 27 noyabr 2017).
Əslində isə hamı bilir ki, bu, formal xarakter daşıyır. Çünki Ermənistanın həm siyasəti, həm iqtisadiyyatı, həm də təhlükəsizliyi birbaşa Rusiyanın əlindədir. Və deməli, Avropa İttifaqı ilə imzalanan saziş dolayısı ilə Rusiyanın idarə edəcəyi bir işdir. Bu kontekstdə ekspertlər vurğulayırlar ki, Ermənistana lazımi yardım edə bilməyən Rusiya, Qərbin ona yardım etməsindən geosiyasi aspektdə yararlanacaq, bununla da Avrasiya İqtisadi İttifaqının cəlbediciliyini artırmış olacaq. Buradan belə qənaətə gəlmək olur ki, reallıqda Ermənistanı Aİ ilə yarımçıq saziş imzalamağa Moskva təhrik edib. Bu da Qərbin qismən azad ölkəsi!
Nəhayət, Karnegi Mərkəzinin ekspertləri ABŞ-ın nəticə çıxararaq Cənubi Qafqazda uzunmüddətli fəaliyyətində düzəliş etməsinin lazım gəldiyini yazırlar. Konkret olaraq, Vaşinqton region dövlətləri ilə eyni qəlibdə deyil, fərqli yanaşmalarla işləməlidir. Bu zaman başlıca olaraq münaqişələrin qarşısının alınmasına, Amerikan dəyərlərinin yayılmasında ehtiyatlı olmağa, əsassız gözləntilərdən uzaq durmağa, Aİ-nin fəaliyyəti üçün yer qoymağa, regionun enerji ehtiyatlarını real qiymətləndirməyə çalışmalıdır.
Onlar “enerji ehtiyatlarını yenidən qiymətləndirmək” dedikdə, bu məsələnin elə də perspektivinin olmadığını nəzərdə tutur, həmin məntiqlə də Azərbaycana önəm verilməməsi gərəkliyini demək istəyirlər. Hesab edirlər ki, daşdan alınan qaz, sıxılmış qaz və başqa məqamlar Xəzər dənizindəki enerji ehtiyatlarının əhəmiyyətini azaldır.
Bütün bunlar analizin qərəzli və birtərəfli aparıldığını, onun ciddi faktlara əsaslanmadan bəzi təşkilatların hesabatları əsasında hazırlandığını göstərir. Aydın ifadə etməyə çalışırlar ki, Amerika regionda başlıca olaraq Gürcüstan və Ermənistanı dəstəkləməlidir. Azərbaycan isə arxa plana atılmalıdır. Təbii ki, Azərbaycanın kimsənin yardımına ehtiyacı yoxdur və Bakı daim müstəqil siyasət yeridəcək. Bu mövqe ilə hər kəs, o cümlədən Amerika da barışmalı, onu Azərbaycanın təbii haqqı kimi tanımalı və hörmətlə qarşılamalıdır. Azərbaycan ən yaxın qonşuları ilə də, ən uzaq tərəfdaşları ilə də eyni prinsiplə münasibət qurur – qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq münasibəti! Əgər onlar təcavüzkar və forpost bir dövlətlə daha yaxın olmaq istərlərsə, işğalın alovunda özləri də yanarlar! Tarix bunu dəfələrlə sübut edib.
Milli.Az
Avropa Birliyi Cənubi Qafqaz üçün xüsusi plan hazırlayır
Avropa Birliyi – Azərbaycan, Gürcüstan və Ermənistanla bağlı yeni strategiya üzərində işləyir. Birliyə sədrlik edən İsveç üzv ölkələrdən xahiş edib ki, Cənubi Qafqazın bu üç ölkəsi ilə əlaqələri daha da dərinləşdirməyi nəzərdə tutan bir plan cızılsın.
Sentyabrın 14-də Birlik ölkələrinin xarici işlər nazirləri həmin plan barədə fikirləri müzakirə edəcəklər.
AzadlıqRadiosunun Brüsseldəki əməkdaşı Ahto Lobyakas yazır ki, Birlik bundan əvvəlki Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı layihələri ilə də Cənubi Qafqazı əhatə edirdi. Amma görünür, həmin layihələr Avropa Birliyinə bu regionla davamlı və aydın siyasət aparmağa imkan verməyib.
«ƏSAS NARAHATLIQ REGİONUN SABİTLİYİNDƏNDİR»
O, Brüsselin Cənubi Qafqaza xüsusi marağını bu cür izah edir:
– Avropa Birliyinin əsas narahatlığı regionun sabitliyindəndir. Birlik Rumıniya və Bolqarıstana genişlənəndən sonra Qara dəniz regionunun əhəmiyyəti kəskin artdı. İkincisi, əlbəttə, enerji məsələsidir.
Xüsusilə də Azərbaycan və Gürcüstandan neft və qaz tranziti kimi istifadə olunması. Sözsüz ki, burada siyasi maraqlar da var. Avropa Birliyi öz qonşularının işində rol oynamaq istəyir. Beləliklə də Cənubi Qafqaz ölkələri ilə işə bütün bu məsələləri daxil etmək olar.
Ahto Lobyakas Brüsseldə dolaşan məlumatlar əsasında qeyd edir ki, yeni strategiya Birliyin əvvəlki siyasətindən tam fərqli bir yanaşma nəzərdə tutmur. Təşkilatın məqsədi eynidir, o, həmin üç ölkədə qanunların və siyasətin mümkün qədər Avropa standartlarına yaxınlaşdırlmasını istəyir.
Ahto Lobyakas
Ahto Lobyakasın bildirdiyinə görə, artıq adı çəkilən üç Qafqaz dövlətinin hər birinə ümumi razılaşma forması təklif olunub.
Bu razılaşmaların tətbiqi azad ticarətə və vizaların verilməsində liberallaşmaya gətirib çıxara bilər. Amma əvvəlki təkliflərdə olduğu kimi, yeni strategiyada da Avropa Birliyinə üzvlükdən söhbət getmir.
Brüsseldə rəsmilər deyirlər ki, əməkdaşlıq arzulayan hər bir ölkə bunun üçün şans əldə edəcək. Onların heç birinə üstünlük verilməyəcək və proses də onun verəcəyi nəticələrdən asılı olacaq.
GÜRCÜSTAN AZƏRBAYCAN VƏ ERMƏNİSTANLA EYNİ CƏRGƏDƏ MÜZAKİRƏ OLUNMAQ İSTƏMƏYİB
Strategiya barədə fikirlər ortaya çıxanda Gürcüstan Azərbaycan və Ermənistanla eyni cərgədə müzakirə olunmaq istəməyib. Gürcüstanda hesab edirlər ki, Avropa Birliyi onu Ukrayna ilə bir sırada nəzərdən keçirməlidir.
Ahto Lobyakas yazır ki, Gürcüstanın fikri ağlabatan görünür. Çünki indiyə qədər Azərbaycan və Ermənistanın nə Avropa Birliyinə, nə də NATO-ya qoşulmaq cəhdləri ilə bağlı bir şey məlum deyil. Onlar bunun əvəzinə Rusiyaya üstünlük verirlər.
Amma hər necə olsa da artıq başqa cərgədə olmaq iddiası bir tərəfə qoyulub: «Brüsseldə diplomatların dediyinə görə, keçən ilin avqustunda Rusiya ilə müharibəyə və müxalifətlə zorakı davranışına görə prezident Saakaşvili Avropa liderləri yanında nüfuzunu çox xərcləyib.
İndi Gürcüstan prezidenti iddialar irəli sürmək deyil, Avropa Birliyi ölkələrinin paytaxtlarına səfər üçün dəvətnamə ala bilmək hayındadır” – deyə Lobyakas yazır.
O, hesab edir ki, bazar ertəsi başlayacaq müzakirələrdə əsas çətinlik Gürcüstanın xüsusi imtiyaz iddiasına görə yox, Avropa Birliyinin özünün daxilində məsələyə bədgüman yanaşmaya görə ola bilər.
Avropa Komissiyası nazirlərin görüşü ərəfəsində qeyd edib ki, Cənubi Qafqaz ölkələri yaxın əlaqələri özləri «qazanmalıdırlar», bunun üçün siyasi hazırlıq nümayiş etdirməlidirlər.
Komissiya xəbərdarlıq edib ki, onlara qazanmadıqları imtiyazları vermək Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin əldə etdikləri uğurları dəyərdən sala bilər.
Avropa birliyinin cənubi qafqaz siyasəti
- Lukaşenko məmurlara ölüm cəzasını nəzərdə tutan qanunu imzalayıb
- NATO İsveç, Finlandiya və Türkiyə rəsmiləri arasında görüşlə bağlı bəyanat yayıb
- NASA ayətrafı orbitə astronavt göndərəcək
- Martın 15-i pensiyalar tam ödəniləcək
- Bu günə olan valyuta məzənnələri
- Bakı havasında dəm qazının miqdarı normadan 1,5 dəfə yüksək olub
- X Qlobal Bakı Forumunun növbəti günü
- Azərbaycan beynəlxalq aləmin diqqət mərkəzində – Qlobal Bakı Forumunun əhəmiyyəti
- NATO-nun nümayəndə heyəti “N” hərbi hissəsini ziyarət edib
- Azərbaycan neftinin qiyməti 85 dolları ötüb
İranin Cənubi Qafqaz siyasəti
25.10.2011 [14:02] – Güney Azərbaycan-Təbriz
Cənubi Qafqazda gedən proseslər baxımından İranın ümumən xarici siyasəti, xüsusilə İranın Cənubi Qafqaz siyasəti və bu ölkənin Cənubi Qafqaz ölkələri ilə ikitərəfli münasibətləri xüsusi əhəmiyyət kəsb edir.
Digər bir baxışla İranın mövcud Cənubi Qafqaz siyasətini düzgün anlamaq üçün bu ölkənin xarici siyasətinin ümumi mahiyyətinə, Cənubi Qafqazın ümumilikdə və ayrı- ayrılıqda ölkələr kimi İran üçün əhəmiyyətinə, İran xarici siyasətinin bu bölgə ilə bağlı əsas hərəkətverici qüvvələrinə, istiqamətlərinə və mərhələlərinə ayrı-ayrılıqda nəzər salmaq vacibdir. Bu baxımdan İranın Cənubi Qafqaz siyasəti bir neçə məqalə ilə təhlil edilməyə çalışılacaqdır. İlk yazıda İranın ümumi xarici siyasəti fonunda Cənubi Qafqazın yerinə və İranın Cənubi Qafqaz ölkələri ilə münasibətlərinin ümumi mənzərəsinə nəzər salınacaqdır. Sonra isə növbəylə İranın Azərbaycan, Ermənistan və Gürcüstan ilə ikitərəfli münasibətlərinə daha geniş toxunulacadır. Ümumi Mənzərə İkiqütblü dünya sisteminin qütblərindən birinin mərkəzi olan SSRİ-nin dağılmasına paralel olaraq bir tərəfdən ortaya çıxmağa başlayan yeni boşluqlar üçün güc mübarizəsi, digər tərəfdən müstəqilliyinə qovuşmağa başlayan ölkələr içərisində və arasında etnik problemlər yaşanmağa başlamışdır. Bu proses Cənubi Qafqazdan da yan keçməmişdir. Sovetlər Birliyinin dağılmasıyla birlikdə Cənub Qafqazda üç yeni dövlət; Azərbaycan, Ermənistan və Gürcüstan respublikaları ortaya çıxmışdır. Bölgə üçün mübarizə aparan güclər, bəzən bunları ayrı-ayrı götürərək aralarındakı problemlərdən faydalanmağa çalışmış, bəzən Cənubi Qafqazı bir bütün olaraq görüb, bu istiqamətdə strategiyalar müəyyənləşdirmiş və tətbiq etməyə çalışmışdır. Cənubi Qafqaz bölgəsi ümumlikdə ABŞ başda olmaqla Qərb dünyası, Rusiya, Türkiyə, İran, Çin, Yaponiya və digər dövlətlər üçün onların strateji məqsədləri istiqamətində böyük əhəmiyyət daşımaqdadır. Şübhəsiz, digər dövlətlərin Cənubi Qafqazla bağlı maraqları da İranı yaxından maraqlandırır. Amma bu məqalədə ümumi şəkildə sadəcə bölgənin İran üçün əhəmiyyətinə toxunacağıq. Birbaşa İran üçün aşağıdakı səbəblərdən Cənubi Qafqaz xüsusi əhəmiyyət daşıyırdı: 1. Bölgə ölkələrinin müstəqilliyə qovuşmasından sonrakı ilk illərdə yayılmacılıq sahəsi meydana gətirmək (Azərbaycanın və Azərbaycan Türklərinin sıx olaraq yaşadığı cənub-şərqi Gürcüstanın timsalında); 2. Böyük güclərin (xüsusilə ABŞ başda olmaqla Qərbin, Rusiyanın və Türkiyənin) özünə istiqamətlənmiş planlarına mane olmaq; 3. Müstəqil Azərbaycanın güclənməsi zamanı, bunun öz sərhədləri içərisindəki Azərbaycan Türkləri üzərindəki mümkün təsiri məhdudlaşdırmaq, daha da irəli gedərək Azərbaycanın müstəqilliyini və varlığını məhdudlaşdırmaq; 4. Bölgədəki təbii qaynaqların xarici şirkətlər tərəfindən çıxarılmasına (istehsalına) və bu qaynaqların beynəlxalq bazarlara çatdırılmasına mane olmaq həm Qərb güclərinin bölgəyə bu bəhanələrlə/səbəblərlə yerləşmələrini önləmək, həm də istehlakçı kimi özünə rəqib yaranmasına mane olmaq. Göründüyü kimi, SSRİ-nin dağılmasından sonrakı mərhələ üçün geosiyasi mübarizə baxımından yeni bir meydan xüsusiyyəti qazanan Cənubi Qafqaz, İran üçün “həm risklər, həm də fürsətlər sahəsi” kimi diqqəti cəlb edirdi. SSRİ-nin parçalanması İranın son üç əsrdə ən mühüm təhdid hesab etdiyi Rusiya ilə birbaşa sərhəddinin aradan qalxmasına səbəb olmuşdu. Onun yerinə isə qonşuluqda Azərbaycan, Gürcüstan və Ermənistan kimi nisbətən “kiçik dövlətlər” yaranmışdı ki, bu da İran tərəfindən Qafqaza dair tarixi iddilarının yenidən gündəmə gətirilməsi fürsəti kimi qiymətləndirmişdir. Amma digər tərəfdən İran üçün “müstəqil Azərbaycan problemi” yaranmışdı. Bu məqam bir neçə səbəbdən xüsusilə əhəmiyyət daşıyırdı. Onlar arasında “Azərbaycan məsələsi”nin İranın təzadlı mövqeyini nümayiş etdirməsi də vardı. Əslində ümumilkdə İran üçün Cənubi Qafqaz (hətta ümumilikdə Qafqaz bölgəsi) xarici siyasət doktrinasının və ideologiyasının nəzəriyyə və praktika baxımından ziddiyyət təşkil etdiyi ən vacib nümunələrdən biridir. Xüsusilə İran-Ermənistan və İran-Azərbaycan münasibətləri, bir az daha geniş coğrafiyaya baxacaq olsaq Şimali Qafqazdakı proseseslər və xüsusilə də Çeçenistan problemi İranın xarici siyasəti ilə bağlı təzadlı mənzərəni gözlər önünə sərmişdir. İranın bölgə siyasətinin ümumi mənzərəsinə qısaca baxacaq olsaq bu ölkənin başlanğıcdan etibarən Ermənistan və Azərbaycanla sıx, Gürcüstanla daha məhdud əlaqə içərisində olduğunu görərik. 1992-ci ilin iyun ayından 1993-cü ilin iyun ayına qədərki dövrdə İranın Azərbaycanla bağlı siyasəti xüsusilə mənfi, lakin Ermənistanla bağlı siyasəti isə xüsusilə müsbət olmuşdur. Bu siyasət həm İranın strateji seçimlərindən, həm də Azərbaycandakı Elçibəy hakimiyyətinin İranla bağlı siyasətindən qaynaqlanırdı. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra İranın narahatlıqlarını azaldan siyasət izləməyə başlamışdır. Amma bu addım da Azərbaycanın müstəqilliyini, hətta varlığını özünə qarşı təhlükə kimi görən İranın siyasətini tam dəyişdirə bilməmişdir. İran indiki mərhələdə hələ də ABŞ-ın onu əhatəetmə və ölkəsinə müdaxilə siyasətində Azərbaycandan baza kimi istifadə edə biləcəyi narahatlığını sıx-sıx yaşamaqdadır. İran Ermənistan ilə yaxşı əlaqələrini yalnız Azərbaycana qarşı müharibə dövrü ilə məhdudlaşdırmamışdır. İki ölkə arasında elektrik, neft, dəmiryolu və təbii qaz mərkəzli enerji əməkdaşlığı da davam edir. İran-Gürcüstan münasibətlərində ilk mərhələdə çox əhəmiyyətli proseslər yaşanmamış, ümumiyyətlə, Gürcüstanın ABŞ ilə hərbi əlaqələrinin yaxşı olması səbəbindən İran bu ölkəyə soyuq yanaşmışdır. Amma, maraqlıdır ki, Gürcüstan-ABŞ münasibətlərinin zirvəyə yaxınlaşdığı mərhələdə İran-Gürcüstan münasibətlərində hər iki ölkənin zəruri ehtiyacları səbəbiylə müəyyən yaxşılaşma müşahidə edilmişdir. Son illərdə İran Gürcüstanla vizasız gediş-gəliş müqaviləsi də imzalamışdır. Bütün bu məsələlərin detallarına İranın Cənubi Qafqaz ölkələri ilə ikitərəfli münasibətlərinə dair yazılarda daha geniş toxunulacaqdır.
Araz Aslanlı,
Araz tədqiqatlar mərkəzinin rəhbəri
Bu xəbər oxucular tərəfindən 4982 dəfə izlənilmişdir!
Comments are closed, but trackbacks and pingbacks are open.