Avropa ittifaqı
Vahid valyutanın tətbiq edilməsi — avro — İttifaqın dayanıqlılığını təmin etməyə, on bir ölkənin 1999-cu ildə Maastrixt kriterilərində əldə etdikləri nəticələrə nail olmasına kömək edir. Onların milli valyutaları 2002-ci ildə ləğv olunur. Bu kriterilər: 1997-ci il büdcə defisiti və ÜDM (ümumi daxili məhsul. — Red.qeydi) arasında nisbət 3%dən yuxarı qalxmamalıdır; Dövlət borcu ilə ÜDM-in 1997ci il nisbəti 60 faizdən yuxarı olmamalıdır; 1997-ci ilə inflyasiya səviyyəsi (orta hesabla daha müvəffəqiyyətli üç üzv-dövlətin səviyyəsindən) 1,5 faizi keçməməlidir; gəlir səviyyəsi (üç ən yaxşı üzv-dövlətin səviyyəsindən) 2 faizdən az olmamalıdır; valyuta kursu Avropa valyuta sisteminin son iki ildəki göstəricilərinə əsasən 2,25 faiz həddində olmalıdır.«Stabillik Paktı» üzv-dövlətlərin xəzinə intizamı kimi əsasən ümumi valyutadan istifadə etmələrini təmin etməlidir.
Avropa İttifaqı
18 Aprel 1951-də Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən qurulmuşdur.
- 1951-ci il – Avropanın Polad və Kömür birliyinin yaradılması haqqında müqavilə.
- 1957-ci il – Avropanın Atom Enerjisi birlyinin yaradılması haqqında müqavilə.
- 1957-ci il – Avropanın İqtisadi Birliyinin yaradılması haqqında Roma müqaviləsi
- 1965-ci il – Avropa İqtisadi Birliyinin, Avropa Atom Enerjisi Birliyinin, Avropa Polad və Kömür Birliyinin vahid şəkildə birləşməsi üçün Brüssel müqaviləsi
- 1986-cı il – Vahid daxili bazarın yaradılması və siyasi əməkdaşlıq haqqında vahid Avropa aktı
- 1990-cı il – Şöngen müqaviləsi
- 1992-ci il – Maastrixt müqaviləsi
- 1997-ci il – Amsterdam müqaviləsi
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2023
rəhbərliyinə müraciət
Avropa ittifaqı
Aİ (uyğun olaraq ing. — EU ) on beş üzv dövlətdən təşkil edilmişdir: Avstriya, Belçika, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Lüksemburq, Hollandiya, Portuqaliya, Birləşmiş Krallıq, Finlandiya, Fransa, İsveç. Onların hamısı imzalamanın iştirakçıları idilər yaxud sonradan 1957-ci ildə Roma müqaviləsinə, 1986-cı ildə vahid Avropa aktına, 1992-ci ildə Avropa ittifaqı haqqında Maastrixt müqaviləsinə, 1997-ci ildə Amsterdam müqaviləsinə, eləcə də daxil olma və assosiasiya yaratmaq haqqında regionun müxtəlif ölkələri üçün daxil olma şəraiti və gələcəkdə üzvlük perspektivləri təklif edən müxtəlif müqavilələrə qoşuldular. İslandiya, Lixtenşteyn və Norveç ilə birlikdə iştirakçı ölkələr on səkkiz dövlətin hamısının sənaye mallarının, kapitalın, xidmətlərin və adamların sərbəst hərəkəti üçün Avropa iqtisadi məkanını təşkil etdilər. Aİ həm də Türkiyə ilə azad ticarət zonasını yaratdı və 1996-cı ildə Barselona konfransının qərarlarına əsaslanaraq İordaniya da daxil olmaqla Avro-Aralıq dənizi regionunun on iki dövləti ilə danışıqlar apardı.
Nəinki “ümumi ideyalara malik olan digər Avropa xalqlarının güclərini birləşdirməyi təklif edən”, həm də «müxtəlif regionlar və baxımsız, geridə qalmış regionlar arasında fərqlərin azaldılması» məqsədini müəyyən edən Roma müqaviləsi, bu prosesə maliyyə gətirə biləcək ölkələrin üzvlük perspektivlərini hazırkı vaxta qədər paradoksal məhdudlaşdırır və hələlik resipiyent-ölkənin ehtiyatlarının rəqabət edə biləcəyini istisna edir. «Asılılıq» prinsipinə riayət edilməsi hər hansı real yayılmanı istisna edir, amma bu siyasət Aİ Komissiyasının prezidentinin, “İttifaq daxilində və xaricində şərait sürətlə dəyişir” və 1997-ci ilin iyulunda İttifaqın əsil inkişaf və islah etmə addımlarının atılmasının qeyd olunduğu «gündəlik 2000»-i təqdim etdikdə qəti surətdə dəyişdirilmişdir. Yayılma Avropa tarixində Avropanın təhlükəsizliyinin, iqtisadiyyatının, mədəniyyətinin və dünyada vəziyyətinin möhkəmlənməsi maraqlarından faydalanmaq üçün dönüş vaxtıdır. Komissiya Üzvlüyə ərizə vermiş Mərkəzi və Şərqi Avropanın assosiasiyalaşmış on ölkəsindən Macarıstanın, Polşanın, Estoniyanın, Çex Respublikasının, Sloveniyanın və Kiprin daxil olması haqqında danışıqlara başlamağa rəy verdi. Daxil olma haqqında sonrakı danışıqlara Bolqarıstan, Latviya, Litva, Rumıniya və Slovakiya ilə başlamalıdırlar. Növbəti hökumətlərarası konfrans institutsional islahatlar və yenidən qurtulmaları, həmçinin ümumi aqrar siyasətini müzakirə etməlidir.
Roma müqaviləsinin ilk altı üzvünün məqsədi «daha sıx ittifaqa» (müqavilənin preambulası) aparan prosesin təşkil edilməsində, ticarətdə maneələrin aradan qaldırılmasından ibarətdir və üzv-dövlətlərin iqtisadi siyasətində ümumi bazanın qurulması və inkişaf etməklə yaxınlaşma prinsipi etibarilə daha böyük nailiyyətdir (2-ci maddə). Birliyin yaradıcısı Jan Monenin dediyi kimi «biz dövlətlərin assosiasiyasını yaratmırıq, biz xalqlar ittifaqını qururuq», və buna görə də Avropa iqtisadi birliyinin qərarları ilə qəbul edilmiş inzibati üsullar quruluşca birləşmə məqsədinə aparan proseslərə imkan yaratmaq üçün təşkil olunmuşdur.
«Birləşmiş Avropaya yol salma» siyasi fikri 1969-cu ildə Haaqada səslənmişdir, bir məqsəd kimi qəbul edilmiş və 1983-cü ildə təntənəli Ştutqart deklarasiyasında təsdiq edilmişdir, 1986-cı ildə isə üzv-dövlətlər vahid Avropa aktında ” Avropa ittifaqı daxilində dövlətlər arasında əlaqələrin transformasiyası” (preambula) üzrə öz üzərilərinə öhdəlik götürdülər və şərt qoydular ki, «Avropa cəmiyyəti və Avropa siyasi korporasiyası (yəni xarici siyasətin harmonizasiyası) Avropa birliyi istiqaməti üzrə irəliləmə yaratmaqda birgə səy göstərməyi qarşılarına məqsəd qoysunlar (1-ci maddə). Birləşmə prosesini davam etdirən hazırlanmış aktın əsas müddəası nazirlər şurasında səsvermə zamanı ixtisaslaşdırılmış əksəriyyət sisteminin genişləndirilməsi əsasında ayrı-ayrı üzv hökumətlərin veto hüquqlarının azaldılmasından ibarətdir.
Üzv-dövlətlərin çoxu üçün iqtisadi daxil etmə və asılılıq prosesinin yaradılması elə əlçatmaz oldu ki, Avropa birliyinə hərəkət növbəti mərhələyə keçdi, 1992-ci ildə Maastrixt müqaviləsinin imzalanması ilə daxil olanlar Avropa xalqları arasında daha sıx ittifaqın yaradılması prosesinin yeni səviyyəsi kimi Avropa ittifaqının təşkil edilməsini» qarşılarına məqsəd qoymuşdular. Bu vahid valyutanın və Aİ-yə vətəndaşlığın tətbiq edilməsini təşkil etməklə, iqtisadi və maliyyə ittifaqının qurulması vasitəsilə İttifaqın reallığa nail olmasına səbəb oldu. Bundan başqa İttifaq «birgə xarici siyasət həyata keçirməklə beynəlxalq arenada eyniliyi təsdiq etməyə və təhlükəsizliyi təmin etməyə» səy göstərməyə başladı.
Maastrixt müqaviləsi Amerika konstitusiyası ilə müqayisədə mərkəzi hakimiyyətə verilməsi mümkün olan xüsusi funksiyaları müəyyən etməyərək həmin məsuliyyəti müəyyən etmək səlahiyyətini Avropa məhkəməsinə verdi, hansı ki, hakimiyyət İttifaqın yaradılması məqsədilə tamamilə uyğun olması üçün qəbul etməlidir. Amma məlum oldu ki, üzv-dövlətlərin məqsədi — yəni siyasi ittifaq — onları qarşılıqlı öhdəliklərlə bağlayır. Müqavilə, ittifaq məqsədinə nail olmaq üçün hökuməti gələcək addımlarını atmağa vəzifələndirən inteqrasiya prosesinin dinamik konsepsiyasını təmsil edir, Avropa ittifaqının və fəaliyyətdə olan tekstin hüquq mənbələrini müəyyən edir. Maastrixt və Amsterdam müqavilələri Roma müqaviləsi və Vahid Avropa aktı ilə birlikdə de facto on bir ölkənin konfederasiyadan federasiyaya keçidi kimi şərh edilə bilərlər, İttifaqın hazırkı və gələcək üzvləri quruluş və idarəetmə sistemi haqqındakı danışıqlar prosesinin başlanmasına və 2002-ci ildən 40 illik birləşmə prosesinin sonuna qədər öz milli valyutalarını və iqtisadi siyasətlərini birləşdirməyə razılaşdılar.
Roma müqaviləsinin imzalanmasından başlayaraq ümumi Qərbi Avropa və İttifaq daxilindəki ölkələr arasında əməkdaşlıq səviyyəsi yüksəlməyə başlayır, o cümlədən standartlaşmanın və bərabərliyin yüksək səviyyəsinə nail olunmuş yerlərdə. «Dörd hərəkətin sərbəstliyi»nin qarşısına qoyduğu məqsədə — sənaye mallarının, xidmətlərin, kapitalın və işçi qüvvəsinin əsasən 1993-cü ilin yanvarına kimi nail olunmuşdur, ticarətdə qeyri-tarif maneələri əsas etibarilə aradan qaldırılmışdı. Kənd təsərrüfatı mərkəzləşdirilmiş şəkildə qaydaya salınmışdır və iqtisadiyyatdan çox siyasət obyekti qalmışdır. Əhəmiyyətli tərəqqinin vəsaitlərin müstəqil sənaye dövlətlərindən kənd təsərrüfatı dövlətlərinə transferinin həyata keçirməsinə və az inkişaf etmiş ölkələrə maliyyə yardımının transferinə nail olunmasına baxmayaraq, qarşıda daha vacib məqsəd «iqtisadi konvergensiya» olaraq qalırdı.
Vahid valyutanın tətbiq edilməsi — avro — İttifaqın dayanıqlılığını təmin etməyə, on bir ölkənin 1999-cu ildə Maastrixt kriterilərində əldə etdikləri nəticələrə nail olmasına kömək edir. Onların milli valyutaları 2002-ci ildə ləğv olunur. Bu kriterilər: 1997-ci il büdcə defisiti və ÜDM (ümumi daxili məhsul. — Red.qeydi) arasında nisbət 3%dən yuxarı qalxmamalıdır; Dövlət borcu ilə ÜDM-in 1997ci il nisbəti 60 faizdən yuxarı olmamalıdır; 1997-ci ilə inflyasiya səviyyəsi (orta hesabla daha müvəffəqiyyətli üç üzv-dövlətin səviyyəsindən) 1,5 faizi keçməməlidir; gəlir səviyyəsi (üç ən yaxşı üzv-dövlətin səviyyəsindən) 2 faizdən az olmamalıdır; valyuta kursu Avropa valyuta sisteminin son iki ildəki göstəricilərinə əsasən 2,25 faiz həddində olmalıdır.«Stabillik Paktı» üzv-dövlətlərin xəzinə intizamı kimi əsasən ümumi valyutadan istifadə etmələrini təmin etməlidir.
Amsterdam müqaviləsi xarici siyasət və təhlükəsizlik sahəsi üzrə deleqat qismində nazirlər Şurasının baş katibi ilə beynəlxalq işlər üzrə Katibliyi təsis edir. Əgər qəbul edilən qərar bu dövlətlərin həyati maraqlarına toxunursa, vetonun mümkünlüyü və təcrübəli çoxluğun səsverməsi yolu ilə qəbul olunur; amma bu zaman üzvlərə xüsusi xarici siyasət qərarları qəbul etmək imkanı verilir ki, buna da hamının birləşməsinin məcburi deyildir. Komissiyanın xaricdə nümayəndəlik şəbəkəsinin genişləndirilməsi kimi, ASEAN ilə və Pio Qrupu ilə xarici ticarət kursu və dialoq da xarici siyasətin vəzifəsi olaraq qalır.
Ədliyyə və daxili işlər, immiqrasiya, sığınacaq, viza siyasəti (yekunda — Şenqen sistemi çərçivəsində sərhədlərin götürülməsi) məsələləri Şurada yekdilliklə qəbul edilən səsvermə yolu ilə həll edilir, Britaniya, Danimarka və İrlandiya burada müvəqqəti olaraq iştirak etmək hüququna malikdirlər. Müdafiə prinsip üzrə Maastrixt müqaviləsində «Avropa ittifaqının inteqral hissəsi kimi» təqdim olunan Qərbi Avropa ittifaqına həvalə edilir, amma praktik olaraq çoxtərəfli sazişin əlahiddə təşkilatı halında qalır.
Avropa ittifaqının orqanları:
İştirakçı-dövlətlərin hökumətləri tərəfindən təyin olunmuş, iyirmi üzvdən ibarət olan, Komissiya (Avropa birliyinin), müstəqil surətdə fəaliyyət göstərir. Fransa, Almaniya, İtaliya, İspaniya və Birləşmiş Krallıq hər biri iki üzv, qalan ölkələr isə hər biri bir üzv təyin edir. Komissiya Avropa iqtisadi birliyinə aid olan bütün işlərdə İttifaq tərəfindən təqdir edilən tədbirlər həyata keçirmək kimi müstəsna hüquqlara malikdir və Avropa ittifaqı haqqında Müqavilə çərçivəsində xarici siyasət, təhlükəsizlik, ədliyyə və daxili işlər sahəsində təklif təşəbbüsçüsü kimi əlavə hüquqlara malikdir. Bəzi hallarda nazirlər Şurası Komissiyadan qəti tədbirlər görməyi xahiş edir. Komissiyanın hər bir üzvü onun dövləti tərəfindən beş illik müddətə təyin olunur və onun idarədəki konkret vəzifələri Komissiyanın prezidenti tərəfindən müəyyən edilir.
On beş ölkənin hər biri tərəfindən təyin olunmuş və təqdim edilmiş nazirlərdən ibarət olan nazirlər Şurası müzakirələr aparır və Komissiyaya təkliflər verir, Şura həm də veto hüququna malikdir. Qərarlar təcrübəli çoxluğun səsverməsi yolu ilə qəbul edilir, amma bəzən yekdilliklə qəbul edilən səsvermə də tələb olunur. Səsvermə çoxluğu ölkə əhalisinin sayına müvafiq olaraq təşkil edilir: Birləşmiş Krallıq, Fransa, Almaniya, İtaliya on səsə malikdirlər, İspaniya səkkiz, Belçika, Niderland, Yunanıstan və Portuqaliya beş, Avstriya və İsveç — dörd, Finlandiya, İrlandiya və Danimarka — üç və Lüksemburq — iki səsə malikdirlər. İyirmi altı səs xarici işlər nazirlərindən ibarət ümumi məsələlər üzrə Komitədə ittifaq bağlamış azlığın səsidir.
Avropa parlamenti açıq səsvermə yolu ilə seçilmiş 626 üzvdən ibarətdir: doxsan doqquzu Almaniyadan; səksən yeddisi Fransadan, İtaliyadan və Birləşmiş Krallıqdan; altmış dördü İspaniyadan; otuz biri Hollandiyadan; iyirmi beşi Belçikadan, Yunanıstandan və Portuqaliyadan; iyirmi ikisi İsveçdən; iyirmi biri Avstriyadan; on altısı Danimarkadan və Finlandiyadan; on beşi İrlandiyadan və altı üzv isə Lüksemburqdandır. Parlament konsultasiyalar və diskussiyalar aparmaq hüququna malikdir; Birliyin büdcəsinə dəyişikliklər etməyi təklif edə bilər, bəzi detalları daxil etmək yaxud rədd etmək, həmçinin Komissiyanın tərkibini qəbul etməmək səlahiyyətləri vardır (bu praktikada heç vaxt baş verməyib). Parlament həm də İttifaqın yeni üzvlərinə münasibət üzrə və əsasən daxili bazarın və xarici siyasətin, müqavilələrin və daxili təhlükəsizliyin bəzi mərhələlərinə aid məsələlərdə veto hüququna malikdir.
Avropa məhkəməsi on altı müstəqil məhkəmədən ibarətdir, İttifaqa aidiyyəti olan və ümumilikdə ittifaq müqavilələrinin izahı ilə əlaqəsi olan işlərdə ali məhkəmədir. Məhkəmə «yeni hüquq qaydalarını» mühafizə edir və hüququ «Avropa birliyinə konkret irəliləmə» yolu kimi şərh edir. Məhkəmə həm də Komissiyanın tapşırığı ilə Roma müqaviləsinin (171-ci maddə) öhdəliklərini yerinə yetirməyən dövlətlərdən cərimələri yığmaq hüququna malikdir.
İqtisadi və sosial komitədən və regionlar Şurasından başqa aşağıdakı təşkilatlar fəaliyyət göstərir:
Heç olmazsa ildə iki dəfə görüşlər keçirən, xarici işlər nazirləri və Komissiyanın prezidenti ilə birlikdə Avropa ittifaqının iştirakçısı olan dövlətlərin başçılarından yaxud ölkələrin hökumətlərindən ibarət olan Avropa şurası (yaxud sammiti); onun əsas təyinatı — ümumi siyasəti müəyyən etməkdir.
Şurada prezidentlik — üzv-ölkələr altı ildən bir növbə ilə bir-birini əvəz edirlər. Şurada sədrlik edən ölkə həm də müxtəlif şuralarda, komitələrin iclaslarında sədrlik edir, onların gündəliyini müəyyənləşdirir, xarici işlər naziri isə Avropa parlamentində çıxış edir. “Üçlük” keçmiş, hazırkı və gələcək sədrlik edənlər — lazım olduqda Avropa ittifaqına təhlükəsizlik və xarici siyasət məsələlərini təqdim edir.
Daimi nümayəndələr Komitəsi (uyğun olaraq ing. COREPER ) iki komitədən ibarətdir: biri Avropa ittifaqında akkreditə olunmuş üzv-dövlətin daimi nümayəndəsindən (yəni səfirindən ) və o birisi — daimi nümayəndələrinin müavinlərindən. İkisi də hər həftə görüşürlər, onların əsas tapşırıqları — prosesi həyata keçirmək və Aİ Şurasına müzakirə və qərarların qəbul edilməsi üçün materialları hazırlamaqdır. Onlar da Şuranın nümayəndələrinin vəzifələrini icra edirlər.
Yaund, Aruş və sonrakı Lomey konvensiyası əsasında ərazi cəhətdən əvvəllər onlardan asılı olan İttifaq üzvləri arasında xüsusi əlaqələr yaradılmışdı. IV Lomey konvensiyasının müddəti 1990-cı ildən 2000-ci ilə qədərdir; burada Aİ-nin on beş və AKT-ın (Afrika, Karib və Sakit okean regionu, uyğun olaraq ing. — ACP ) on yeddidən çox ölkəsi iştirak edir və onun büdcəsi 12 milyon avro təşkil edir. Bu məbləğin 10,8 milyon avrosunu milli və regional proqramların həyata keçirilməsinə sərf etmək üçün əsasən qrantlar formasında, həmçinin kənd təsərrüfatı ixracatının itkilərinin kompensasiyası (STABEX üçün) və mədənçıxarma monoiqtisadiyyatına (SYSMİN üçün) kömək üçün Avropa inkişaf fondu (uyğun olaraq ing. EDF) verir. 1,2 milyon avrosunu isə xüsusi layihələrin aparılması üçün Avropa investisiya bankı (EİB) istiqrazlar formasında verir. Aİ ticarət münasibətlərində demək olar ki, bütün AKT- idxalçılarını və qəndə kvota üçün imtiyazlı qiymətləri gömrüksüz daxil olma ilə təmin edir. Konvensiyanın orqanları hər il iclasları keçirilən Aİ/AKT-nin nazirlər Şurası, hər altı aydan bir görüşləri keçirilən Aİ/AKT-nin səfirlər Komitəsi, AKT-nin üzvü olan ölkələrin nümayəndələrindən ibarət olan Aİ/AKT-nin ümumi Assambleyası və hər il toplaşan Avropa parlamentinin bərabər sayda üzvləridir. AKT-nin katibliyi Brüsseldə, Ave. Georges Henri 451 ünvanında yerləşir.
Müəllif Ralf Corc Felthem
Mənbə Diplomatın stolüstü kitabı
- Teqlər:
- Avropa ittifaqı
- , Avropa
- , Avropa Birliyi
Avropa ittifaqı
Avropa İttifaqının iki aspekti var: siyasi və iqtisadi. Avropa İttifaqı demokratik əsasların, insan hüquqlarının, mətbuat azadlığının cəmiyyətə maksimum inteqrasiyası prinspləri əsasında qurulur. Bu, sözdə belədir. Lakin əməldə tam başqa məzərə yaranır. Avropada istənilən antiqey mitinqləri amansızcasına polis tərəfindən dağıdılır. 2014-cü ilin fevralında AŞ binası qarşısında metallurgiya sənayesi işçilərinin mitinqi qaz, rezin güllələr istifadə olunmaqla amansızcasına dağıdılıb.
Yaxın tarixi hadisələri xatırlayaq: ABŞ və Rusiya arasında şpion qalmaqalı zamanı, demokratik adlanan Avropa ölkələri Boliviya prezidentinin təyyarəsinə hava məkanını bağladılar. Səbəb? Axı Edvard Snouden cinayətkar deyildi? O sadəcə, dünya ictimaiyyətinə ABŞ haqda həqiqətləri çatdırmaq istəyirdi! Budurmu söz azadlığı?
Hazırda Latviya və Litvada Rusiya kanallarının verilişləri dayandırılib. Səbəb kimi isə Rusiya kanallarının təbliğatı göstərilir. Budurmu mətbuat azadlığı? Latviya prezidentinin tərcümeyi-halı ciddi-cəhdlə ictimaiyyətdən gizlədilir, üstəlik də, onun barəsində məbuata gedən materiallar əngəllənir. Budurmu mətbuat azadlığı?
Siyasi aspektlərdən hazırda Azərbaycan üçün ən qəbulolunmaz olanı LGBT hüquqlarının tanınmasıdır. A vrointeqrasiya yolu ilə gedən dövlətlər üçün LGBT hüquqlarının tanınması İCRASI VACİBDİR. LGBT hüquqlarının qorunması haqda sənəd 20 səhifəlik deklorasiyada protokollaşdırılıb ki, deklorasıyanın icrasını Avropa İttifaqının ölkədəki nümayəndələri nəzarət altında saxlayır, hər ay deklorasiyanın icrası ilə bağlı AŞPA-ya hesabat verirlər. İlk baxışdan düşünmək olar ki, LGBT hüquqlarının tanınmasında pis cəhət yoxdur, lakin bu heç də səsləndiyi qədər sadə məsələ deyil.
Problem ondadır ki, kiminsə cinsi azlıq olması ucbatından onun məktəbə, yaxud uşaq baxçasına işə qəbul olumaması da onun hüquqlarının sıxışdırılması hesab olunur. Hazırda ABŞ və Avropada bu əsl problemə çevrilib: hətta cinsi azlıq nümayəndəsini işə qəbul etmədiyinə görə kilsə xidmətinin də cərimə məsuliyyətinə cəlb olunduğu hallar da var! İndi isə təsəvvür edin ki, cinsi azlıq nümayəndəsi sizin uşağın təhsil aldığı məktəbdə müəllimdir, yaxud ən pisi-uşaq baxçasında tərbiyəçi işləyir.
Yaxud sizin hansısa məclisinizə qəsdən onun cinsi azlıq olduğunu bildirən geyimdə gəlir. Qova bilməzsiniz- ona da elə bu lazımdır, Avropa və Amerikada belə hallar artıq cinsiz azlıq nümayəndələrinin gəlir mənbəyinə çevrilib. Qovarsanız, sizi məhkəmə və zərərçəkmişin xeyrinə külli miqdarda cərimə gözləyir.
İqtisadi aspekt nədir? Avropa İttifaqına daxil olacağımız halda (hərçənd mənim buna ciddi şübhəm var, çünki Azərbaycan iqtidarı gömrük manapoliyasını əldən buraxmaq istəmir) bu avtomatik olaraq sərhədlərin açılması deməkdir və dərhal ucuz Avropa mallarının ölkə bazarlasını dolmasıdır. Lakin gəlin əvvəlcə düşünək: ucuz Avropa malları ilə rəqabət aparacaq nəyimiz var? Avtomobilqayırma sənayemiz dərhal iflasa uğrayacaq-ucuz və keyfiyyətli alman avtomobilləri ilə rəqabət apara biləcək istehsal sənayemiz yoxdur. Bizim Avropa bazarına istehsal edib çıxara biləcəyimiz heç bir məhsulumuz olmadığından, Avropa məhsullarının Azərbaycan bazarına yeriməsi ölkədəki istehsal sahələrinin iflası ilə müşayiət olunacaq. Bunun nəticəsində biz işsizliklə üzləşə bilərik və ölkə heç vaxt xammal satmaqdan qurtula bilməz. Bizim yüngül və yeyinti sənayesi mallarımız isə çətin ki Avropada maraq doğura bilsin. Beləliklə Avropa İttifaqı Azərbaycan iqtisadiyyatı üçün fəlakətlə bitəcək, buna qəti şübhə etməyin.
GMO istifadəsi və qabaqcıl texnologiyanın tətbiq olunması ilə istehsal olunan Avropa kənd təsərrüffatı məhsulları, kustar üsulla istehsal ucbatından maya dəyəri qat-qat baha olan yerli məhsulları bazardan sıxışdıracaq. Beləliklə, az bir müddətdə Azərbaycan fermeri öz təsərrüffat fəaliyyətini mənfəət əldə edə bilməməsi ucbatından buraxmalı olacaq.
Əlbəttə ki, istehsal və kənd təsərrüfatı sahələrini modernizasiya etmək və yüksək hazırlıqlı mütəxəssislərin cəlb olunması ilə bütün sadalanan sahələrin rentabelliyini artırmaq olar, lakin Avropaya çatmaq üçün bizə təəssüf ki ən azı onilliklər lazımdır. Üstəlik də bu fəaliyyətə sərf olunacaq investisiya yatırımlarının həcmini təsəvvür edin. Qeyd edim ki, istehsal sahələrinin optimallaşdırılması həm də infrastrukturun da təkmilləşdirilməsini tələb edir ki, indiki büroratik vəziyyətdə bu kimi fikirlər ən azı fantastika kimi səslənir.
Yaxın vaxtlarda Avrozonaya qoşulan istənilən dövləti götürsək -istər Latviya, istər Macarıstan, istər Litva, Estoniya, yaxud Yunanıstan- acınacaqlı mənzərə ilə qarşılaşmış olarıq: bütün sadalanan dövlətlər Avrozonanın “qəndqabısına” çevriliblər.
Latviya: SSRİ dövründə yüksək keyfiyyətli elektronika istehsal edən respublika hazırda eksporta “Baltika” balıq konservindən başqa heç bir məhsul ixrac edə bilmir. Avropa İttifaqına qoşulandan sonra əhalisi 20 faiz azalıb.
Litva: Əhali 18 faiz azalıb.
Estoniya: Əhali 15 faiz azalıb.
Macarıstan: İşsizlik 40 faizə çatıb, ölkə tez-tez sosial iğtişaşlara bürünür. İş o yerə çatıb ki, əhali üsyan qaldıraraq parlamentin binasını zəbt etmişdi və Avropa İttifaqının bayraqlarını Parlametin binasından küçəyə tullamışdı.
İndi isə özünüz fikirləşin: Avropa İttifaqı bizə lazımdırmı?
01-05-2015 13:55 Baxılıb: 1 5240
- Baş səhifə
- Xəbərlər
- Gündəm
- Publisistika
- Müsahibə
- Mədəniyyət və incəsənət
- Litparad
- Kriminal
- Musiqi
- Gülüş çələngi
- Maraq dünyamız
- Facebook statusları
- Araşdırmalar
- Pərdəarxası
- Ən yeni tarix
- Vahhabilik nədir?
- Nurçuluq
- Сирия выстоит и победит!
- Kahr olsun İsrail!
- Avrasiya mahnıları
- Mənəviyyat aləmi
- Azərbaycan şeir antologiyası
- Şəkil
Comments are closed, but trackbacks and pingbacks are open.